Qida zənciri və trofik səviyyələr Ekosistemdə üzvi maddələr və enerjiyə malik olan avtotrof orqanizmlər he-terotrof orqanizmlər üçün qida və enerji mənbəyidir. Belə ki, bitkiləri yeyən hey-van və başqa bir heyvanın qidası ola bilər və beləliklə də enerji bir orqanizmdən digərinə qidalanma nəticəsində keçə bilir. Belə ardıcıllıq qida zənciri adlanır, zən-cirin hər bir halqası – trofiki səviyyə (yun.trophos-qidalanma) adlanır. Məsələn, di-atom yosunlar – xərçəngkimilər (kürəkayaqlılar) – siyənəklər və ya dəniz yosunları – sahil ilbizləri – sağsağan cüllüt və s. Avtotroflar trofiki səviyyələrin birinci pillə-sini təşkil edir və bunlara ilkin produsentlər də deyilir. İkinci trofiki səviyyənin or-qanizmləri ilkin konsumentlər adlanır, üçüncü trofiki səviyyə isə ikinci konsument-lərdir və s. Adətən dörd və beş trofiki səviyyə olur. Bəzi hallarda qida zəncirində altı səviyyə olur. Bir orqanizm digər orqanizm tərəfəndən qəbul olunan qida həm maddə, həm də enerji kimi bir trofiki səviyyədən digərinə keçir. Həzm olunmayan qidalar orqanizmdən kənarlanır. Heyvanlar fekalin (ekskrementlər) ifraz edirlər ki, maddədə də enerjinin müəyyən hissəsi saxlanılır.
Heyvanlar bitkilər kimi tənəffüs zamanı müəyyən qədər enerji itirirlər. Tə-nəffüs həm də ifrazat proseslərindən sonra artıq qalan enerji böyümə və inkişaf proseslərinə sərf olunur. Müəyyən qədəri də ehtiyat halında saxlanılır.
Su ekosistemində əsas produsentlər yosunlardır - bunlar daha çox birhücey-rəli fitoplankton orqanizmlərdir.
İlk produsentlər tərəfindən üzvi maddələr şəklində enerjinin toplanması (hansı ki, bu maddələr də qidalar kimi istifadə olunur) ilk məhsullar adlanır.
Xəzər dənizi fitoplanktonunda 449 növ yosun müxtəlifliyinə təsadüf olunur. Onlardan 71 növ Xəzər dənizinin Cənub bölgəsinə aiddir. Xəzər dənizi fitoplank-tonunda diatom yosunlar üstünlük təşkil edir (163 növ). Yaşıl yosunlar növ sayına görə ikinci yerdə dururlar. Həmçinin, firoplanktonlar içərisində evqlenkimilərin 5 növü və 1 növü qızılı yosuna (Dinobryon sertularia) təsadüf olunur.
Bəzi sənaye əhəmiyyətli balıqlar əsasən yosunlarla qidalanır. Məsələn: Ru-tilus caspius (körpə külmə); R.frisii (kütüm); Vimla persa (Xəzər qarasol); həm-çinin, Varicorhimus capoeta (Araz xramlyası); Alburnoides bipunctatus (Qıjovçu). Fəsildən asılı olaraq, iri Hypophtalmichtys molirix (Enlibaş) balıqları planktonlarla qidalana bilirlər.
FƏSİL