Biologiya yun


Şəkil 40. Xlamidomadanın quruluşu Şəkil 41



Yüklə 168,12 Kb.
səhifə44/56
tarix25.09.2022
ölçüsü168,12 Kb.
#64096
1   ...   40   41   42   43   44   45   46   47   ...   56
biologiya kitab 1

Şəkil 40. Xlamidomadanın quruluşu
Şəkil 41. Spiralşəkilli xloroplast
Qonur yosunlar şöbəsi (Phaeophyta)
Bura aid olan bütün növlər dəniz yosunlarıdır; bunlar sapşəkilli və tallomşə-killi olub, böyük ölçülüdürlər (1000-ə qədər növ). Tərkiblərində fukok-santin piq-menti var. Bu canlılar suyun dərin qatlarında fotosintez edə bilirlər, belə ki, onlar-da işıq şüalarını uda bilən piqment var (göy şüalar) və buna görə fotosintez edə bi-lirlər. Qonur yosunlar o qədər dərində yaşamırlar. Şimal dənizlərində daha çox ya-yılmışlar və iri ölçülərdədirlər. Öz rizoidləri ilə sualtı substratlara yapışaraq suyun səthinə doğru uzanırlar.
Ekoloji qruplar və ətraf mühitə uyğunlaşma. Məsələn, Fucus cinsinin bəzi nümayəndələrində uyğunlaşmaya nəzər salaq. Bu canlılar qabarma və çəkilmələr-dən asılı olaraq, daim temperatur dəyişkənliyinə və dalğa müqavimətinə məruz qa-lırlar. Dözümlülüyünə görə, Fucus cinsinin nümayəndələri 3 müxtəlif dərinlik zo-nasında yayılıblar. Məsələn, Fucus spiralis – qabarmanın ən yüksək olduğu yerlər-də, Fucus serratus - qabarmanın orta səviyyəsində, Fucus vesiculosus – çəkilmənin olduğu yerlərdə olur.
Evqlenkimilər şöbəsi (Euglenophyta)
Evqlenkimilər həm bitkilərin, həm də heyvanların əlamətlərinə malikdirlər. Bunlar birhüceyrəli orqanizmlərdir. Fotosintez piqmenti xlorofildir. Evqlenkimilər-də 1 və ya 2 qamçı olur ki, bunun hesabına aktiv hərəkət edirlər. Udalaq və qırmızı piqmenti gözcüyə malikdirlər ki, bu gözcüyə xərçəngkimilərdə də təsadüf olunur. Hüceyrə divarı yoxdur. Hüceyrə plazmatik membranla əhatə olunub. Membrandan altda zülali pellukula var. Bu xarici skelet rolunu oynayır. Bu yosunlar daha çox şi-rin su yosunlarıdır. Bəziləri avtotrof, bəziləri saprofit olsalarda bir qrupunda isə holozoo1 qidalanma mövcuddur (şək. 42) Bu qrup digər canlılarla qidalanır, yəni heyvanlarda olduğu kimi.
Şəkil 42. Evqlena gracillis-in quruluşu
Xloroplastlar fotosintetik piqmentə malikdirlər. Sitoplazmada yığıla bilən liflər vardır ki, bunlar yığılmaqla evqlenkimilərə xas hərəkəti təmin edirlər.

Yüklə 168,12 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin