Oruc İbadlı
Müalicə bitkiləri
DƏRMAN BƏDRƏNCİ
Bakı-2009
2
Redaktorlar: V.S.Fərzəliyev, N.B.Hüseynova
Oruc İbadlı
Dərman bədrənci. Bakı, 2009
Dərman, qida və ətirli-ədviyyəli bitki kimi misilsiz imkanlara
malik, əvəzolunmaz əhəmiyyət kəsb edən dərman bədrənci hələ
qədim zamanlardan insanlar tərəfindən istifadə olunmuşdur.
Kitabçada bədrəncin bioloji xüsusiyyətləri, əkilməsi, becəril-
məsi, müxtəlif xəstəliklərin müalicəsində istifadəsi qaydaları və s.
öz əksini tapmışdır.
AMEA-nın müxbir üzvü, b.e.d. O.V İbadlı kitabçanın
tərtibində anası Seyid Fatimənin söz boxçasından və Qafqazda
apardığı 42-illik tədqiqatlarının materiallarından istifadə etmişdir.
Kitabça geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Onun ərsəyə gəlməsində böyük xidmətləri olan S.N.
Kazımovaya, A.O. Nəsibovaya və G.T. Əliyevaya təşəkkürü-
müzü bildiririk.
©
Oruc İbadlı
3
Dərman bədrəncinin müalicəvi xüsusiyyətləri
Yüzlərlə xəstələrə şəfa vermiş sevimli
anam Seyid Fatimənin əziz xatirəsinə
ithaf edirəm
Bədrənc (ballı nanə, limonotu, arıotu, balotu, batrinc və
s.) - Melissa L.- Lamiacea Lindl. – Dalamazkimilər
fəsiləsinə aid olub, Aralıq dənizi ölkələrində, Qafqazda və
Azərbaycanda bir növü - M.officinalis L.- dərman bədrənci
yayılmışdır. Melissa sözü latın dilindən tərcümədə «bal»
deməkdir. Bitki bal arılarını həddindən çox cəlb etdiyinə
görə belə adlandırılmışdır.
Bədrənc əsasən Mərkəzi Avropa ölkələrində, Aralıq
dənizi sahillərində, Qafqazda (Krımda), Azərbaycanda, ən
çox Quba-Xaçmaz, Kür-Araz, Ağdam-Füzuli, Lənkəran-
Lerik ərazilərində və Naxçıvan MR-nın rayonlarında geniş
yayılmışdır. Bitkiyə ən çox aşağı və orta dağ qurşaqlarında,
meşələrin talalarında, kolluqlarda və bəzən bağ-bağçalarda
rast gəlinir.
Bədrənc gilli-daşlı, qumsal torpaqlarda, ən çox
kolluqların ətrafında bitir. Bədrənc çox qədim vaxtlardan
xalq təbabətində istifadə olunur. Qədim əsatirlərdə, Teofrast,
Dioskorid, Koeymella və İbn Sinanın əlyazmalarında bitki
haqqında geniş məlumatlar verilir.
Azərbaycanın
bir
çox
rayonlarında
bitkinin
yarpaqlarından mədə-bağırsaq xəstəliklərində, köpməyə,
sancılara qarşı geniş istifadə olunur. Təəssüf ki, belə
qiymətli dərman və ədviyyat bitkisi öz geniş istifadə
imkanlarını tapmamışdır.
Məhz bu nöqteyi - nəzərdən tərəfimizdən hələ 1973-cü
ildə Füzuli rayonun Dövlətkarlı kəndinin Daşyeli dağının
4
ətəklərindən bitkinin toxumları yığılıb gətirilərək AMEA-
nın Mərkəzi Nəbatat Bağının təcrübə sahəsində əkilib
becərilməyə
başlanmışdır.
Hazırda
bədrənc
bitkisi
toxumları, vegetativ orqanları, kökümsovları vasitəsilə asan
artıb çoxalır. Yerli iqlim şəraitində bitir, toxumları ilə öz-
özünə daha geniş artıb çoxalma qabiliyyətinə malikdir.
Bədrəncin botaniki təsviri
Bu növ Dalamazkimilər (Lamiaceae) fəsiləsinin Melissa
cinsinə aid olub, çoxillik ot bitkisidir. Yerüstü hissəsi
(yarpaq və budaqları) limon ətri verir. Gövdəsi düzbudaqlı
olub nisbətən tükcüklüdür, hündürlüyü 50-100 sm-dir.
Yarpaqları qarşı-qarşıya düzülmüş, saplaqlı yumurtavarı
formadadır. Yarpağın alt tərəfi bozumtul-yaşıl rəngdədir.
Yarpaqları nisbətən iridir, kənarlarında qırmızımtıl nöqtələr
hiss olunur. Yarpaq ayasının uzunluğu 8-12 sm, eni 3-4 sm-
dir. Çiçəkləri xırda, açıq-bənövşəyi və ya çəhrayıdır.
Çiçəkləməsi mayın axırlarından başlayır və iyulun axırlarına
kimi davam edir. Yetişmiş meyvələri açıq-qonur rənglidir,
diametri 1,5 mm-dir. Toxumları cücərmə qabiliyyətini 2-3 il
saxlaya bilir. Bitkinin vegetasiya müddəti 105-125 gündür
(şəkil 1).
5
Şəkil 1. Bədrənc bitkisi kolleksiya sahəsində
Kimyəvi tərkibi
Kimyəvi tərkibinə görə başqa dərman bitkilərinə nisbətən
yüksək müalicəvi xüsusiyyətlərə malikdir.
Bitkinin yerüstü zoğ hissəsində 0,33%, yarpaq-larında
0,1-0,3%, çiçəklərində 0,04-0,08% efir yağı vardır. Efir
yağının tərkibinin çox hissəsini (60%) sitral aldehidi təşkil
edir. Bundan əlavə tərkibində sitronellol, mirsen, geraniol,
linalol və başqa ferhenlər, yarpaqlarında aşı maddələri (5%),
qətran, selikli maddələr, qəhvə, ursol, oleanol turşuları və
150 mq %-C vitamini vardır. Meyvələrinin tərkibində 20 %
piyli-yağ vardır.
6
İstifadə qaydaları
Bədrəncdən müxtəlif xalqlar ayrı-ayrı xəstələiklərin
müalicəsində istifadə edirlər. Bitkinin elmi təbabətdə
unudulmasına baxmayaraq, AMEA Mərkəzi Nəbatat
Bağında 40 ildən artıq çalışdığım vaxtdan bu qiymətli
bitkinin ayrı-ayrı rayonlarda müxtəlif məqsədlər üçün
istifadə olunduğunun şahidi olmuşam. Becərilməsi çox da
zəhmət tələb etməyən bu qiymətli bitkini unutmaq
həqiqətən də bağışlanılmazdır.
Azərbaycanın xalq təbabətində bitkinin yerüstü
hissəsinin çay kimi dəmləməsi ürək ağrılarında, qan
təzyiqinin aşağı salınmasında, köpmədə, həzm prosesinin
nizama salınmasında istifadə olunur. Azərbaycanın bir çox
rayonlarında hələ 40-50 il bundan qabaq bədrənc çayı
böyrək xəstəliklərində sidikqovucu və iltihabı götürən
məhlul kimi daxilə qəbul edilir və yaxud içilirdi.
Azərbaycanın Quba-Xaçmaz bölgəsində yerli əhali
bitkinin çiçəklərini toplayıb qurudur, yel və podaqra (oynaq
ağrıları) xəstəliklərinin müalicəsində çay kimi dəmləyərək
istifadə edirlər.
Respublikanın Ağdam, Füzuli, Cəbrayıl və s. rayonlarda
bədrəncdən hazırlanmış davacatdan oturaq sinir ağrılarının
sakitləşdirilməsində,
gəyirmənin,
hıcqırmanın,
ürək
ağrılarının,
sancıların,
xüsusən
də,
taxikardiyanın
müalicəsində istifadə edirlər.
Qafqaz
regionlarında,
xüsusən,
Azərbaycan
və
Gürcüstanda bitki geniş istifadə olunur. Gürcü dilində
bitkiyə «Barambo» deyilir. Gürcüstanda bitkinin
dəmləməsi və cövhərindən sidikqovucu, tərlədici vasitə kimi
istifadə edilir.
7
Arı şanlarından məhsul yığılarkən arı sancmasın deyə
bədənə, ələ və üzə bədrənc suyu çəkirlər. Arının beçəvermə
vaxtı qaçıb dağılmasının qarşısını almaq üçün bitkinin
suyundan istifadə edirlər. Nəticədə təzə beçə topa şəkildə
təzə yeşiyə yığılır.
Orta Asiya təbibləri isə bitkinin yarpaqlarının və
çiçəyinin həlimindən qanazlığı, mədə ağrıları, əsəb
sisteminin
möhkəmləndirilməsi,
ürək
fəaliyyətinin
nizamlanması, sidikqovucu, ürəkkeçmədə, başgicəllən-
məsində, qadınların ana halının (aybaşının) ağrılı keçməsi və
gecikməsində,
oynaqlarda
maddələr
mübadiləsinin
pozulması
zamanı
əmələ gələn şişlərin (podaqra)
müalicəsində istifadə edirlər.
Bolqar təbibləri isə bədrəncdən ağrıkəsici, əsəb
sisteminin sakitləşdirilməsi, iştahgətirici, yuxusuzluğa qarşı,
dəri səpgiləri, ağrılı aybaşı, eyni zamanda diş ətinin ağrısı və
qanamasında istifadə edirlər. Bunun üçün 8-10 qr. xırda
doğranıb, qurudulmuş yarpaqları 500 ml qaynadılmış suya
töküb 30 dəqiqə ağzı bağlı saxlayır, sonra süzüb yeməkdən
qabaq, acqarına, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edirlər.
Fransız təbibləri isə bitkidən sakitləşdirici, tutmalara
(spazmalara), qulaqda əmələ gələn küyə qarşı, ürək
əzələlərinin möhkəmləndirilməsində, yarasağaldıcı, mədə
ağrılarında, əsəb gərginliyi, başın gicəllənməsi, və s.
xəstəliklərin müaliçəsində istifadə edirlər.
Bunun üçün 20-50 qr. qurudulmuş yarpaqları 1 litr
qaynadılmış suya tökür, 30 dəqiqə dəmlədikdən sonra
gündə 3 dəfə, acqarına 200 ml qəbul edirlər.
Avstriya əczaçıları bitkinin ev əczaxanası kimi təzə-tər
cövhərindən
mədə-bağırsaq
ağrılarında,
bağırsaq
köpmələrinin qarşısının alınmasında istifadə edirlər.
8
Polşa təbibləri bədrənci oturaq sinir ağrıları zamanı
pişikotu (valerian) kökü əvəzinə istifadə edirlər.
Bədrəncin ətirli yarpaqları spirtli və spirtsiz içkilərin
hazırlanmasında («Sartrez», «Beneduktun», «Yero-qoviç»)
geniş istifadə olunur.
Qədim şərq təbabətində bağırsaq çöplərinə və sancılarına
qarşı 20 qr. qurudulmuş bədrənc yarpaqlarının qaynar suda
dəmləməsindən istifadə olunurdu. Yaxud 2 çay qaşığı
bədrəncin qurumuş yarpağından 50 qr. götürüb üzərinə
40%-li spirt əlavə edərək 7 gün qaranlıqda saxladıqdan
sonra süzmək və həmin cövhərdən 1 çay qaşığı götürüb 40
ml qaynanmış suda həll etməklə gündə 3 dəfə yemək vaxtı
qəbul etmək çox faydalıdır.
Ruh düşkünlüyünə və sarsıntıya qarşı istifadəsi
Bir çay qaşığı qurudulmuş bədrənc yarpağı, 1 çay qaşığı
qurudulmuş dağ keşnişi otu, 1 çay qaşığı doğranmış limon
qabığı, 2 ədəd mixək toxumunu yaxşı-yaxşı əzərək
qarışdırıb, üzərinə 1 litr qaynanmış ilıq su əlavə edilir.
Qarışığı qaranlıq yerdə 14 gün saxlamaqla, 3 gündən bir
çalxalamaq və 3 qat tənzifdən süzmək lazımdır. Hazırlanmış
məhlul səhər, axşam bir çay qaşığı çayla birlikdə içilməlidir.
Müalicə 21 gün davam etdirilməlidir.
Kəskin qastrit (mədə iltihabı) ağrılarına qarşı
istifadəsi
Bədrənc
və
nanənin
hərəsinin
qurudulmuş
yarpaqlarından 1 çay qaşığı, 4 çay qaşığı birəotunun
qurudulmuş çiçəyini, 2 çay qaşığı kətan toxumunu 0,5 litr
9
qaynanmış suya tökür və vam odda 5 dəqiqə qaynadırlar.
Sonra ağzını qapaqla örtüb 30 dəqiqə saxlayır və süzürlər.
Hazırlanmış qarışıqların məhlulu gündə 6 dəfə, yeməkdən
15 dəqiqə əvvəl 80 ml qəbul edilməlidir.
Mədə turşuluğunun aşağı olmasına qarşı istifadəsi
Qurudulmuş bədrənc yarpağının, dərman çobanyastığı
çiçəyinin, dağkeşnişi otunun, ətirli şüyüdün yarpağının və
acı yovşanın yarpağının hərəsindən 1 çay qaşığı götürüb
qarışdırır və 2 stəkan qaynar suya töküb 20 dəqiqə
dəmləyirlər. Sonra süzüb gündə 3 dəfə yeməkdən əvvəl, 2
xörək qaşığı qəbul edirlər. Əgər gecələr ağrıdan yata
bilmirsinizsə onda axşam yatmazdan əvvəl, səhərlər isə
acqarına qəbul etmək məsləhətdir.
Ürək ağrılarında, qan təzyiqinin aşağı salınmasında
istifadəsi
Bədrəncin qurudulmuş yarpaqlarından 8 çay qaşığı
götürüb, 2 stəkan qaynar suda ağzı bağlı çini qabda
dəmləyirlər.
Məhlulu süzür və yeməkdən əvvəl gündə 3 dəfə 2 xörək
qaşığı qəbul edirlər.
Diş və diş əti xəstəliklərində istifadəsi
Bitkinin qurudulmuş yarpaqlarından 4 xörək qaşığı
götürüb, 500 ml suda 1-3 dəqiqə qaynadır və süzürlər.
Süzüntünün qalığını xırdalayıb təmiz tənzifə bükərək
ağrıyan yerə qoyurlar. Süzülmüş məlhəmlə (maye) ağzı 2-3
dəfə qarqara edirlər.
10
Çiban tipli yaraların müalicəsində istifadəsi
Bədrəncin qurudulmuş yarpaqlarından 1 xörək qaşığı
götürüb 200 ml qaynar suda 1 saat dəmləyir və sonra
süzürlər. Məhluldan gündə 3 dəfə 50 ml, acqarına 15 gün
qəbul edirlər.
Oynaq ağrıları, iflic zamanı istifadəsi
Bitkinin cövhərindən 2 xörək qaşığı götürüb üzərinə 3
xörək qaşığı 40% -li spirt və ya araq əlavə edib, 7 gün, hər
gün 10 dəqiqə çalxalamaqla qaranlıq yerdə saxlayırlar. Hər
gün 3 dəfə 1 xörək qaşığı, yeməkdən əvvəl qəbul edirlər.
Bədrəncin kulinariyada istifadəsi
Kətə və qutab. İki dəstə təzə-tər bədrənci xırda –xırda
doğrayıb, üzərinə hərəsindən 1 dəstə olmaqla soğan,
dağkeşnişi, boyana (razyana) doğrayıb qarışdırırlar.
Doğranmış göyərtilərə turş nar dənələri və yaxud azacıq
isladılmış zoğal qurusu (müxəşşər, axta) əlavə edilir.
Hazırlanmış göyərti və turşu qarışığından kətə və ya qutab
bişirilir. Çox dadlı və ləzətli olur, eyni zamanda mədə-
bağırsaq, əsəb, qan təzyiqi və diş ətinin iltihabına qarşı
xeyirdir.
Buğlama və ya balva. Hərəsindən bir dəstə olmaqla
bədrənc, soğan, dağ keşnişi, razyana, əvəlik götürüb yuyur,
yaxşı-yaxşı doğrayırlar. Doğranmış göyərtiləri emallı qaba
tökərkən çalışmaq lazımdır ki, tavanın dibinə bir qat göyərti,
üzərinə bir qat turşu və bir qat da düyü tökülsün. Bu bir neçə
qat ola bilər. Sonra üzərinə bir stəkan su əlavə edib ağzın
11
qapaqla örtürlər. Yemək qaynayan vaxt üzərinə hər kəs öz
zövqünə uyğun 50-150 qram yağ əlavə edə bilər. Buğlama
vam odun üzərində 25-40 dəqiqə bişirilir. Tam bişmə düyü
ilə yoxlanılır. Düyü bişibsə, yemək hazır hesab olunur. Çox
faydalı və ləziz yemək olub, mədə-bağırsaq, yaddaş zəifliyi,
sidikqovucu və bir çox xəstəliklərə qarşı xeyirlidir.
Dovğa. Ailə üzvlərinin sayını nəzərə alaraq müəyyən
qədər bədrənc, quşəppəyi, quzuqulağı, dağkeşnişi, cincilimi
götürüb doğrayır və zövqə uyğun duzlayırlar. Sonra qatığı
bərabər nisbətdə su ilə qarışdırıb ondan bircinsli maye
hazırlayırlar. Doğranmış göyərtilərin həcmində qazan
götürüb qarışıq qatığı ora tökür və odun üzərinə qoyurlar.
Sonra göyərtiləri töküb qaynayana kimi çömçə və ya taxta
qaşıqla qarışdırırlar ki, dovğa çürüməsin.
Zövqə uyğun olaraq noxud, un, düyü də əlavə olunur. Bu
cür hazırlanmış dovğa yatmazdan 1 saat əvvəl ilıq halda bir
stəkan içildikdə köpməyə, qıcqırmaya qarşı kömək etməklə,
rahat yuxu gətirir və insanın əsəblərini sakitləşdirir.
Bədrəncin toplanması, qurudulması və saxlanması
qaydaları
Bitkinin istifadə üçün əsas yararlı orqanı yarpaqları və uc
zoğlarıdır. Onları çiçəkləməyə az qalmış iqlim şəraitindən
asılı olaraq may ayının 15-dən iyun ayının 15-dək tədarük
etmək lazımdır. Yarpaqları çox zərif olduğundan toplanan
kimi solmağa başlayır. Ona görə çalışıb onları tez qurutmaq
lazımdır.
Toplanmış yarpaqlar təmiz ağ kağız üzərinə sərilir.
Çalışmaq lazımdır ki, gün şüaları birbaşa təsir etməsin.
Günaşırı yarpaqları çevirir, quru hissəni alta, alt hissəsini isə
üstə qoymaq şərti ilə yarpaqlar tam quruyana qədər
12
çevirməni davam etdirirlər. Əgər əl vuran kimi ovulursa,
toplamaq lazımdır.
Qurumuş yarpaqları 1 litrlik işıq keçirməyən bankalara
doldurub ağzını qapaqla bağlayıb istifadə etmək üçün
saxlayırlar. Yaxşı qurudulmuş yarpağı 2-3 il saxlamaq
mümkündür. Əgər yarpaqlar yaxşı qurumasa tədarük
olunmuş məhsula qurd düşər və yaxud kiflənib öz
keyfiyyətini itirər.
Bədrəncin becərilməsi
Qulluğa bir o qədər tələbkar olmayan bu bitkinin əkilib
becərilməsi çox da zəhmət tələb etmir. Bitkinin əkilməsi
üçün torpaq nisbətən yüngül, qumsal olmalıdır. Sahə açıq və
gündüşən yerdə seçilməli, küləkdən qorunması üçün tədbir
görülməlidir.
Bitkini əkmək üçün torpağın düzgün hazırlanması əsas
şərtlərdən biridir. Seçilmiş sahə daş-kəsək, şüşə
qırıntılarından, əlavə tullantılardan təmizlənməli, sahə 25-30
sm dərinliyində bellənməlidir. Yaxşı hazırlanmış torpaqda
bitkini 8 il bir yerdə becərmək mümkündür.
Daha yaxşı məhsul götürmək üçün əkin qabağı hektara
orta hesabla 40-50 ton peyin, 40-50 kq azot, 50-60 kq fosfor,
25-30 kq kalium gübrəsi verilir. Gübrələr payızda
verilməlidir. Gübrələrin 50% -ni isə vegetasiya müddətində
yemləmə şəklində vermək məsləhətdir.
Bədrənc
toxumları,
yaşıl
qələmləri
ilə
və
kökümsovlarının bölünməsi yolu ilə çoxaldılır.
Toxumla çoxaldılması
13
İsti şitillikdə. Toxumları əkməzdən əvvəl ləklər
düzəldilməli, ləklərə 1 m
2
-ə 15 qr azot, 30 qr fosfat və 15 qr
kalium kübrəsi verilməlidir. Yaxşı olar ki, 10-20 kq yanmış
mal peyini verilsin. Sonra ləklər 20-30 sm dərinliyində
bellənir və dırmıqlanır. Toxumların əkilməsi payız və yazda
aparılır. Payız səpinini isti şitillikdə, şüşəbəndlərdə hərarət
18-20° olduqda, xüsusi düzəldilmiş yeşiklərdə 1:1
nisbətində peyin, qum, torf və torpaq qarışığında aparmaq
məsləhətdir. Səpin dərinliyi 0,5-1,5 sm olmalıdır. Səpin
normasına görə 0,8-1,0 qr toxum 1m
2
sahəyə səpilməlidir.
Səpilmiş toxumlar 6-8 gündən sonra cücərməyə başlayır.
Toxumlardan cücərmiş cücərtilərin sl yarpaqları əmələ
gəldikdə onu seyrəltmək lazımdır. Sonrakı qulluq qaydaları
əkilmiş bitkini vaxtlı vaxtında suvarmasından, diblərinin
yumuşaldılmasından, alaqdan təmizlənməsindən ibarətdir.
Daimi yerinə əkilmiş bitkilərdə bitki arası məsafə 50-60 sm
olmalıdır. Bitkinin daha yaxşı böyüməsi üçün ona yemləmə
məqsədi ilə üzvü və mineral gübrələr verilməlidir.
Açıq şəraitdə. Açıq şəraitdə toxumları vaxtında və
yığılandan sonra dərhal səpmək daha yaxşıdır. Bədrəncin
toxumlarını çox saxladıqda cücərmə qabiliyyəti aşağı düşür.
Toxumlar açıq şəraitdə yazda səpilir. Havaların hərarəti 20-
21° olduqda səpini aparmaq olar. 2,5 x1,5 m və 3 x 2 m
ölçüdə xüsusi ləklər düzəldilir. 1:1 nisbətində yuyulmuş
dəniz qumu, torpaq və torf qarışığı, 1 m
2
sahəyə 15 qr azot,
30 qr fosfor, 15 qr kalium kübrəsi və 10 kq yanmış peyin
qataraq ləklərə səpilir. Sonra onu 20-25 sm dərinliyində
belləyir və dırmıqla yaxşı-yaxşı hamarlayırlar. Toxumları
səpməzdən əvvəl 25-30 dəqiqə ilıq suda saxlayırlar. Sağlam
olmayan toxumlar suyun üzərinə çıxır. Toxumlar tam
islanandan sonra suda batır. Batmayan toxumları yığıb
14
kənarlaşdırırlar. Sonra xüsusi bağ kətməninin (bir tərəfin
ucu nisbətən ensiz, digər tərəfi isə enli) ensiz tərəfi ilə 3-4
sm dərinlikdə şırımlar açılır. Şırımların içərisi su çiləyənlə
yüngülvarı isladılır. Toxumlar şırımların içərisinə səpilir.
Üzərinə 1-1,5 sm qalınlığında əvvəlcədən hazırlanmış və
narın ələkdən keçirilmiş 1:1 nisbətində münbit torpaq, çay
qumu və torf qarışdırılmış torpaq əlavə edilir. Sonra narın
gözlü su çiləyənlə suvarılır. Səpilmiş toxumlar 10-12
gündən sonra cücərməyə başlayır. Sonrakı qulluq tədbirləri
suvarma,
alaq
otlarından
təmizləmə,
dibinin
yumuşaldılmasından ibarət olur. Cücərtilərdə əsl yarpaqlar
formalaşan vaxt onları istənilən sahəyə və ya daimi yerinə
köçürmək məsləhətdir.
Vegetativ üsulla çoxaldılması
Vegetativ üsulla çoxaldılması bitkinin nisbətən
yoğunlaşmış 1,-3- illik yaşıl qələmləri vasitəsilə aparılır.
Çiçəkləməyə az qalmış və çiçəkləmə vaxtı bitkidən
tumurcuq olan qələmlər kəsilib götürmək, 1-2 gün suda
saxladıqdan sonra onları yuyulmuş narın dəniz qumunda
əkmək məsləhətdir. Yaxşı olar ki, qələmlərin üzərində 1-2
göz və yaxud tumurcuq olsun. Kəsilmiş qələmin uc həssəsi
çəpinə, alt hissəsi, yəni quma basdırılan hissəsi isə düzünə
kəsilir. Kəsilmiş qələmlər yuyulmuş qumda 1 göz torpağın
altında qalmaq şərti ilə əkilir.
Əkilmiş qələmlər vaxtaşırı suvarılıb lazimi qulluq
göstərildikdə yaxşı inkişaf edib böyüyürlər. Düzgün
aqrotexniki qulluq edildikdə 1-ci ili çiçək açıb toxum
verirlər. Bu qayda ilə bir ana bitkidən 10-12 qələm almaq
mümkündür.
15
Kökümsovların bölünməsi ilə çoxaldılması
Bu üsulla çoxaltma ən asan və əlverişli üsullardan biridir.
Bitki kökümsovların bölünməsi yolu ilə çoxaldıldıqda, tez
çiçək açır və toxum verir, lakin toxumla çoxaldılmadan
fərqli olaraq çoxsaylı əkin materialı əldə etmək mümkün
olmur.
Şəkil 2. Çoxaltmaq üçün kökümsovlu bədrənc
Kökümsovların bölünməsi yolu ilə əsasən 3,-5- illik ana
bitkidən istifadə etmək daha məqsədəuyğundur (şəkil 2.).
Bitki olan sahə yaxşı suvarılır, bir gün keçdikdən sonra,
çoxaltma üçün nəzərdə tutulan bitki çıxarılır. Kökümsovları
16
iti bıçaq və ya bağ qayçısı ilə kök boğazı zədələnməmək
şərti ilə üzərində olan göz tumurcuqlarının sayına görə 4-6
hissəyə ayrılır. Çalışmaq lazımdır ki, bölünmüş hər
kökümsovun üzərində 1-2 zoğ qalsın. Ayrılmış əkin
materialları kök hissəsi yoxdursa, onu bir az kəsib azaltmaq
və seyrəltmək məsləhətdir. Bitkinin daha yaxşı bitməsi üçün
yerüstü zoğ hissəsində azacıq seyrəltmə və yaxud ucvurma
aparılmalıdır. Hazırlanmış əkin materialı daimi yerinə əkilir.
Bu qaydalara əməl edilməklə əkilmiş bitki 1-2-ci ildən
başlayaraq çiçək açıb toxum verir.
Çox qiymətli ədviyyat bitkisi sayılan dərman bədrənci
qidalılığına, dərman əhəmiyyətinə görə birincilər sırasında
olmağa layiqdir. Əfsuslar olsun ki, Bakı bazarlarında
ədviyyat bitkiləri arasında bu qiymətli bitkiyə rast gəlmək
mümkün deyildir. Dünyanın bir çox ölkələrində ləziz
yemək, məzə (delikates) sayılan və neçə illərdir ki, təbliğ
etdiyimiz dərman bədrənci Azərbaycanda ədviyyat bitkiləri
arasında öz layiqli yerini tapmamışdır.
Məqsədli şəkildə yazdığımız bu kitabçada dərman
bədrənci haqqında hərtərəfli məlumat verdik. Əkin
materialına ehtiyacınız olarsa, AMEA-nın Mərkəzi Nəbatat
Bağına müraciət edə bilərsiniz.
17
ƏDƏBİYYAT
1. Axundov A. Azərbaycan dilinin orfoqrafiya lüğəti.
Bakı, «Lider» nəşriyyatı, 2004, 728 səh.
2. Əsədov K. S., İbadlı O. V. Yabanı qida bitkiləri.
Bakı,1989, 95 səh.
3. Əsgərov A. Azərbaycanın ali bitkiləri. Azərbaycan
florasının konspekti. III cild. Bakı, «Elm», 2008, səh.34
4. Həsənov Z., Əliyev C., Qasımov V., Əlizadə S.,
Məmmədova M., İdrisov H., Süleymanova Y. Meyvə və
tərəvəz bitkiləri. Bakı, «AGAHI» nəşriyyatı, 2000, 224 səh.
5. Həsənov Z. M. Pomoterapiya (Meyvələrlə müalicə).
«Gəncə poliqrafiya» ASC. Gəncə, 2007, 89 səh.
6. İbadlı O. V., Ağamirov Ü. M., Bayramov A. Ə.
Gülçülük. Bakı, «Ozan», 2003, 224 səh.
7. İbadlı O. V. Müalicə bitkiləri. Soğan. Bakı, «Çıraq»,
2002, 16 səh.
8. İbadlı O. V. Müalicə bitkiləri. Zəfəran. Bakı, «Çıraq»,
1999, 16 səh.
9. İbadlı O. V. Zəfəran (Azərbaycan, rus və ingilis
dillərində), Bakı, «Tural» NPM, 2005, 28 səh.
10. İbadlı O.V. Müalicə bitkiləri. Qulançar və ya
Mərəçüyüd. Bakı, «Tural» NPM, 2005, 24 səh.
11. İbadlı O.V. Müalicə bitkiləri. Çiriş. «Tural», NPM,
2005, 16 səh.
12. İbadullayeva S. C., Cəfərli İ. Ə. Efir yağları və
aromaterapiya. Bakı, «Elm», 2007, 116 səh.
13. Qasımov M. Azərbaycanın ədviyyat bitkiləri. Bakı,
1992, səh.126-129.
18
14. Qurbanov E. M. Ali bitkilərin sistematikası. Dərslik.
Bakı, «Bakı Universiteti» nəşriyyatı, 2009, 420 səh.
15. Nəbatat terminləri (azərbaycanca- rusca) və bitki
adları
(azərbycanca-latınca-rusca-ingiliscə),
(latınca-
azərbaycanca-rusca-ingiliscə) lüğəti. I cild, Bakı, «Elm»,
2008, 328 səh.
16. Nəbatat terminləri (rusca- azərbaycanca) və bitki
adları
(rusca-azərbycanca-latınca-ingiliscə),
(ingiliscə-
azərbaycanca-latınca-rusca) lüğəti. II cild, Bakı, «Elm»,
2008, 352 səh.
17. Talıbov T. İbrahimov Ə. Naxçıvan Muxtar
Respublikası florasının taksonomik spektri (Ali sporlu,
çılpaqtoxumlu və örtülütoxumlu bitkilər). «Əcəmi» NPB,
2008, 364 səh.
18. Алекперли Ф.У. Тысяча и один секрет Востока.
Баку, Изд-во «Нурлан», 2008, 490 стр.
19.
Декоративные травянистые растения для
открытого грунта. Том 1, 2, Изд-во «Наука», 1977
20.Ибадлы О.В. Конспект геофитов Кавказа. Баку,
«Турал» ИПЦ, 2005, 64 стр.
21. Касумов Ф. Ю. Эфиромасличные виды рода
Thymus флоры Кавказа и пути их рационального
использования. Автореф. дис.... док. биол. наук. Баку,
2006, 49 стр.
22. Коволева Н.Г. Лечения растениями. Изд-во
«Медицина». 1971, 349 стр.
23. Флора Азербайджана . Изд-во АН Азерб. СССР.
Т.VI, Баку, 1957, стр.21
24. Флора СССР, Т.21, М., Л., 1954, стр.411
19
25. Черепанов С. К. Сосудистые растения Росии и
сопредельных государств (в пределах бывшего СССР).
Русское издание, Мир и семья, 1995, 992 стр.
Dostları ilə paylaş: |