Heyvanlar Alə mi Fə nni Üzrə
mtahan Sualllarının Cavabları
1.Fə nnin predmeti, mə qsə d və və zifə lə ri.
Heyvanlar aləminin Yer üzündə coğrafi yayılmasını öyrənən elm zoocoğrafiya
adlanır. Zoocoğrafiya heyvanların yayılmasını, bu yayılmanı müəyyən edən müasir
və keçmiş tarixi amilləri, qanunauyğunluqları, həmçinin heyvanların ekoloji
qruplarının coğrafi yayılmasını öyrənir. Bu elmin əsas məqsədi heyvan
komplekslərinin formalaşması və dəyişməsi yollarını analiz etmək, ayrı-ayrı
heyvan növlərinin, eləcə də bütöv bir faunanın yayılma səbəblərini, heyvanların
yayılmasının səbəblərinin, heyvanların yayılmasının əsas qanunauyğunluqlarını
müəyyən etməkdir.
Zoocoğrafiyanın əsas obyekti arealdır. Bu və digər ölkədə yayılan heyvanların
növ tərkibləri və yayılmaları haqqındakı materialların məcmuyu həmin ölkənin
heyvanat aləmi haqqında yekun məlumatı verir. Zoocoğrafiyanın digər obyekti
faunadır. Burada müəyyən coğrafi şəraitdə müəyyən ərazidə tarixən yaranmış və
formalaşmış heyvan növlərinin məcmuyu nəzərdə tutulur.
2. Biosfer və onun sərhədləri.
Yer kürəsinin canlılar yaşayan nazik qatını biosfer təşkil edir. Biosfer terminin
ilk dəfə XVIII əsrin ikinci yarısında fransız J.B.Lamark işlətmişdir. Lakin onu
elmə ilk dəfə avstriyalı E.Zyuss 1875-ci ildə daxil etmişdir. Biosfer haqqında
təlimi isə XX əsrdə rus alimi V. .Vernadski işləyib hazırlamışdır. Bu təlim Yerin
tarixi inkişafının dərindən və hərtərəfli təhlilinə, astronomiya, biologiya, coğrafiya,
geologiya, fizika və kimya elmlərində toplanmışbütün məlumatlara əsaslanaraq
yaranmışdır.
Vernadskiyə görə biosfer – vahid əlaqəli mexanizmdir. Biosferin sərhədləri
bunlardır: bütün hidrosfer, atmosferin alt qatı, litosferin üst qatı. Həmçinin, bir sıra
parazit orqanizmlər digər canlıların bədənində yaşayaraq qidalanırlar. Beləliklə,
biosferdə dörd yaşayış mühiti mövcuddur: hava, torpaq, su,və orqanizm (parazitlər
və simbiontlar üçün).
3. Heyvanların yaşayış mühitləri.
Canlı orqanizmlər bir-birindən təcrid edilmiş şəkildə yaşamırlar. Onların həyatı
digər canlı və cansız aləmin amilləri ilə vəhdət təşkil edir. Heyvanlar cansız
mühitin əhatəsində yaşayır, həmin mühitin müxtəlif elementləri orqanizmə bu və
ya digər şəkildə təsir göstərir.
Heyvanların yaşaması üçün lazım olan amillər onların zəruri həyat şəraitini
təmin edir. Heyvanları xarici mühitdən ayırmaq onların məhvi deməkdir. Xarici
mühit anlayışına heyvanları əhatə edən, onların quruluşuna, inkişafına,
yaşamasına, çoxalmasına təsir edən canlı və cansız təbiətin bütün çəraiti daxildir.
Heyvanların həyatına təsir göstərən amillər minimum, maksimum və optimum ola
bilər. Optimum şərait – heyvanlar üçün ən əlverişli şərait hesab olunur.
4. Evribiont və stenobiont heyvanlar.
Müəyyən amilin kəskin dəyişməsinə tab gətirən və asan uyğunlaşan heyvanları
– həmin amilin adına “evri” (yunanca – “geniş” deməkdir) ön şəkilçisi əlavə edib
adlandırırlar. Məsələn, evriterm heyvanlar olduqca müxtəlif temperatur şəraitində
yaşaya bilən heyvanlar deməkdir. Əksinə, müəyyən amilin azca dəyişməsinə cavab
verən heyvanlarış – həmin amilin adına “steno” (yunanca – “məhdud” deməkdir)
ön şəkilçisi əlavə edib adlandırırlar. Məsələn, stenoterm heyvanlar – yalnız
məhdud temperatur şəraitində yaşamağa uyğunlaşmış heyvanlardır. Müxtəlif
duzluluq şəraitində yaşaya bilən heyvanlar – evriqalin (əksinə,stenoqalin), müxtəlif
rütubətlilik şəraitində yaşayan heyvanlar – evrihiqrobiont (əksinə, stenohiqrobiont)
heyvanlar adlanır.
Müəyyən amili çox sevən və ondan uzaqlaşan heyvanları həmin amilin sonuna
– “fil” (yunanca – “sevmək” deməkdir), “fob” (yunanca – “uzaqlaşmaq” deməkdir)
şə
kilçilərinin əlavə edib adlandırırlar. Məsələn, termofil – istiliksevən, qalofob –
duzluluğu sevməyən heyvanlar deməkdir.
Geniş və ya yüksək ekoloji valentliyə malik olan növlər – evribiont, məhdud
ekoloji valentliyə malik olan növlər isə stenobiont heyvanlar adlanır.
5. Abiotik amillər.
Abiotik amillər cansız təbiətin heyvanlara təsir edən bütün elementlərinə
deyilir. Bu amillərə işıq, rütubət, temperatur, atmosfer təzyiqi, su, qar örtüyü,
ə
razinin relyefi, torpaq və iqlimin difər ünsürləri, o cümlədən, külək, ildırım, göy
guruldaması, nisbi və mütləq rütubətlilik, havanın quraqlıq dərəcəsi, iqlim
qurşaqları və iqlim tipləri, yüksəklik amili aiddir.
6. şıq amili.
Günəş Yer üzündə heyvanların bütün bioloji proseslərinin gedişində həlledici
rol oynayan əsas enerji mənbəyidir.. Günəş şüalarının spektral tərkibinin və
ş
üalanmanın intensivliyinin heyvan orqanizmləri üçün olduqca böyük əhəmiyyəti
vardır. Günəş enerjisi və işığı olmasa, Yer kürəsində həyat olmazdı. Heyvanların
davranışında, səmtləşməsində işığın mühüm rolu vardır.
şıq qüvvətli qıcıqlandırıcıdır. Hətta ibtidai heyvanlar da işıqlanmanın
dəyişilməsinə reaksiya verirlər. Daha yüksək quruluşa malik olan heyvanlarda
görmə orqanları – gözlər vardır. şıq heyvanların böyüməsində, inkişafında, yem
axtarmasında qidalanmasında, özünü düşməndən qorumasında mühüm rol oynayır.
ş
ıq heyvanların aktivliyinə təsir edərək, onların həyat tərzinə təsir edir: gündüz və
gecə həyat tərzi. Bundan başqa, işıqsız şəraitdə heyvanlarda piqmentləşmə prosesi
pozulur. Ona görə də az işıqlı yerlərdə heyvanların rəngi boz və ya ağ olur.
7. Temperatur amili.
Temperatur bir amil kimi müxtə
lif bitki və heyvanların inkişafına təsir
göstərərək, onların Yer kürəsində yayılmasını müəyyən edir. Təbiətdə temperatur
şə
raiti ilin fəsillərindən asılı olaraq dəyişir. Bununla əlaqədar olaraq, tarixi inkişaf
prosesi nəticəsində bitki və heyvanlarda temperaturun dəyişməsinə qarşı müxtəlif
uyğunlaşmalar yaranmışdır.
Bəzi heyvanlar sabit bədən temperaturu yaratmaq qabiliyyətinə malikdir.
Bəzilərində isə belə xassıyı görə heyvanları 2 qrupa bölürlər: poykiloterm və
homoyoterm heyvanlar.
8. Heyvanlarda anabioz vəziyyəti.
Həşəratlarda havanın soyuması, qış fəslininyaxınlaşması ilə əlaqədar olaraq,
onların qış diapauzasına getməsi və yaz fəslində temperaturun artması ilə əlaqədar
olaraq onların yer səthinə çıxmaları buna misal ola bilər. Hətta ayrı-ayrı fəsilənin
nümayəndələri mart ayından may ayına kimi müxtəlif vaxtlarda görünməyə
başlayırlar. Yayda yüksək istilərlə əlaqədar olaraq belə növlər yay diapauzasına
gedirlər. Bu hadisə anabioz (yunanca – “canlanma”, “dirilmə” deməkdir) adlanır.
Anabioz – həyat proseslərinin çox zəifləməsi və yenidən bərpa oluna bilən
müvəqqəti dayanması hadisəsidir. Anabioz bağırsaqboşluqlularda, qurdlarda,
mollyusklarda, həşəratlarda, müxtəlif qrup heyvanlarda (amfibilər, sürünənlər və
s.) müşahidə edilir.
9. Rütubət amili.
Havanın rütubətliliyi yalnız quruda yaşayan heyvanlar üçün əhəmiyyət kəsb
edən amildir. Bunların bəziləri evrihiqrobiontlar adlanır ki, onlar müxtəlif
rütubətlilik şəraitində yaşamağa uyğunlaşmış heyvanlardır. Bunlara məməlilərin
çox böyük əksəriyyəti, quşlar və həşəratlar aiddir. Əksinə olaraq, bəzi heyvanlar
stenohiqrobiontlardır ki, bunlar da rütubətsevən (hiqrofil) və quraqlıqsevən
(kserofil) qruplara bölünür.
Heyvanlar öz bədənlərində müxtəlif miqdarda su saxlamaq qabiliyyətinə
uyğunlaşmışlar. Buna ən yaxşı misal Avstraliya səhralarında yaşayan Xiroleptes və
Heleioporus cinsindən olan qurbağaları göstərmək olar. Bu qurbağalar ilin quraqlıq
vaxtlarında bədən boşluğunda, əsasən sidik kisəsində o qədər su saxlayırlar ki, şar
kimi şişirlər. Yerli əhali bu qurbağaları gizləndikləri yerdən tapır, onların suyundan
istifadə edirlər.
Bəzi heyvanlar isə havanın az rütubətliliyindən və eyni zamanda yüksək
temperaturdan yaxa qurtarmaq üçün gündüzlər yuvalarda, torpaq çatlarında və
müxtəlif sığınacaqlarda gizlənirlər. Gecələr isə ova çıxırlar, yəni gecə həyat tərzi
keçirirlər. Quraqlığa ən davamlı heyvanlara dəvəni misal göstərmək olar.
10. Relyef və torpaq amilləri.
Relyef və torpaq da heyvanların həyatında, onların coğrafi yayılmasında
müəyyən dərəcədə rol oynayır. Torpağın strukturundan asılı olaraq heyvanlar
orada məskən salırlar. Çınqıllı, qumlu, gilli və s. tipli torpaqlarda yaşayan
heyvanlar xüsusi uyğunlaşmalar qazanmışdır. Məsələn, qumlu torpaqlarda yaşayan
heyvanlarda ətrafın dayaq sahəsi genişlənir və s.
Relyef isə heyvanların təcrid olunmasında maneə kimim rol oynayır və
beləliklə, heyvanların qeyri-bərabər yayılmasına səbəb olur. Eyni zamanda
yüksəklikdən asılı olaraq heyvanlarda müxtəlif uyğunlaşmalar əmələ gəlmişdir.
Məsələn, dağ heyvanlarında dəri örtüyünün sıx və güclü piqmentləşməyə malik
olması, bədən ölçülərinin kiçik olması, yüksək dağ həşəratlarında qanadların kiçik
olması və ya heç olmaması müşahidə edilir.
Dağ heyvanları gündüz həyat tərzi keçirirlər. Bu da sutka ərzində havanın
temperaturunun kəskin dəyişməsinə qarşı uyğunlaşmadır.
11. Biotik amillər.
Biotik amillər orqanizmi əhatə edən mühitdəki bütün canlıların ona olan
təsiridir. Biotik amillərə bitkilərin, mikroorqanizmlərin, bütün heyvanların həyatı
boyu bir-birilərinə etdikləri qarşılıqlı təsirlər daxildir. Həyatın ən mühüm
amillərindən biri qidadır. Qida biotik amillərə daxildir.
Qida uğrunda, həyat uğrunda mübarizə ilə əlaqədar olaraq bitkilər, heyvanlar və
mikroorqanizmlər arasında qarşılıqlı münasibət, yaşayış formaları və qida əlaqələri
yaranmışdır. Qida – canlıların həyat tərzini müəyyən edir. Digər tərəfdən, qidanın
miqdarı, onun xarakteri fəsillər üzrə dəyişir. Qidanın dövri olaraq dəyişməsi
heyvanlarda mühüm dövri hadisələrin: miqrasiya, qış yuxusu, qida tədarükü və s.
ə
mələ gəlməsinə səbəb olmuşdur.
12. Evrifaq və stenofaq heyvanlar.
Qidanı qəbuletmə dərəcəsindən asılı olaraq, heyvanları 2 qrupa bölürlər: evrifaq
və stenofaq heyvanlar. Evrifaqlar hər cür qida ilə qidalanan heyvanlardır. Məsələn,
qonur ayı həm bitki kökləri və giləmeyvələrlə, həm qarışqalarla, həm balla, həm də
balıqla qidalanır. Bəzən o insana da hücum edərək onu parçalaya bilər. Buna aid
çoxlu kədərli faktlar vardır. Stenofaqlar isə yalnız eyni bir qida ilə qidalanan
heyvanladır. Bunlara ən çox otyeyən dırnaqlı heyvanlar aiddir.
Qidanın xarakterinə görə heyvanları ətyeyən (miofaq), otyeyən (fitofaq) və
qarışıq qidalı (polifaq) qruplara bölürlər.
13. Kommensalizm və mutalizm.
Kommensalizm – müxtəlif növdən olan iki orqanizmin elə yaşayış formasıdır
ki, bu zaman tərəflərdən biri digərinin qidasının istifadə edir, enunhesabına
qorunur və ya hər hansı bir fayda əldə edir, lakin ona heç bir zərər yetirmir.
Məsələn, adi qarğa öz yuvasını ağquyruq qartalın yuvası yanında quraraq,
düşməndən qorunur. Qartal isə qarğadan nə bir fayda, nə də bir zərər görmür.
Mutalizm – iki müxtəlif növdən olan orqanizmlərin elə birgə yaşayış formasıdır
ki, bu zaman tərəflər qarşılıqlı, faydalı və zəruri münasibətdə olur. Mutalizmdə
heyvanların biri o birisiz yaşaya bilmir. Məsələn, abdal xərçəng ilə
bağırsaqboşluqlu heyvan olan aktiniyanın birgə yaşayışını göstərmək olar. Hər iki
növ bir-birinə xeyir verir. Abdal xərçəng aktiniyadan ona görə istifadə edir ki,
aktiniya dalayıcı hüceyrələri ilə onu düşməndən qoruyur. Aktiniya isə oturaq həyat
tərzi keçirdiyi üçün xərçəngdən “nəqliyyat” kimi istifadə edir, eyni zamanda onun
qida qalıqları ilə qidalanır.
14. Amensalizm, parazitizm və yırtıcılıq.
Amensalizm – özü xeyir görməyən və başqasına birtərəfli ziyan vuran yaşayış
formasıdır. Hövzələrin dibində yaşayan qalxanxərçənglər torpağı daim qarışdırır və
oradakı və oradakı yosunların inkişafına mənfi təsir göstərir.
Parazitizm -parazitlə sahibin birgə yaşayış formasıdır. Bəzən parazit sahib
üzərində yalnız qida qəbulu zamanı olur və bir müddətdən sonra sahibi asanlıqla
tərk edə bilir. Məsələn, zəlilər, gənələr, qansoran həşəratlar və s. Bəzən isə
parazitlər uzun müddət sahibin üzərində və ya daxilində yaşayır və sahiblə sıx
bağlı olur. Parazit sahibin xaricində yaşadıqda ektoparazit, daxilində yaşadıqda isə
endoparazit adlanır.
Yırtıcılıq – bir heyvanın digəri ilə qidalanmasıdır. Məsələn, bütün ətyeyən
heyvanlar otyeyən heyvanlarla qidalanırlar.
15. Antropogen amillər.
Antropogen amillə
r – insanın təsərrüfat fəaliyyəti nəticəsində onu əhatə edən
ə
traf mühitə göstərdiyi təsirdir. Bu amillər vasitəli və bilavasitə ola bilər. Bilavasitə
təsirə misal olaraq, geniş ərazilərdə meşələrin qırılmasını, ov heyvanlarının hədsiz
sayda məhv edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına,
bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb ola bilər.
Vasitəli antropogen amillər landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və
kimyəvi tərkibi, hidrosfer, torpaq və s.-nin dəyişməsi yolu ilə baş verir. Mühitin
sənaye və məişət tullantıları ilə çirkləndirilməsi ekoloji tarazlığın pozulmasına
səbəb olur.
16. Areal haqqında tə lim.
Hər bir heyvan növünün özünəməxsus yayılma sahəsi, yəni arealı vardır. Areal
növün ekologiyası ilə sıx əlaqədardır. Ona görə də növün uyğunlaşmaları ilə
yanaşı, onun arealı da mühüm əlamət hesab olunur. Baxmayaraq ki, areal bütöv bir
sahə kimi göstərilir, əslində areal daxilində növ bütövlüdə deyil, müəyyən
biotoplarda yayılır.
Heyvanların yayılması tək-tək və qrup şəklində baş verir. Yayılma – növün
ayrı-ayrı fərdlərininyerdəyişməsi, xüsusilə onların arealdan kənarda yeni sahədə
məskunlaşmasıdır. Bu yayılmada iki cəhəti - ərazi boyu başdan-başa və maneəni
dəf edəndən sonra yayılmanı nəzərə almaq lazımdır. Əgər yayılmaya təsir göstərən
ə
lverişsiz mühit və maneə olmasa, heyvanlar müəyyən müddətdən sonra bütün Yer
kürəsində yayıla bilərlər.
17. Fiziki və bioloji maneələr.
Heyvanların yayılmasına təsir edən maneələri 2 yerə bölürlər: fiziki və bioloji
maneələr. Fiziki maneələr bunlardır: düzənlikdə yaşayanlar üçün dağ silsilələri,
rütubət sevənlər üçün quru iqlim, quruda yaşayanlar üçün su hövzələri, şirin suda
yaşayanlar üçün duzlu sular və s. Böyük ərazi də fiziki maneə kimi rol oynaya
bilər. Məsələn, bəzi quşlar arealını genişləndirə bilmirlər. Çünki, məsafə artdıqda
onlar bala çıxarmağa vaxt tapa bilmirlər. Əsil fiziki maneələr quruda yaşayanlar
üçün dəniz və okeanlar, dənizdə və okeanlarda yaşayanlar üçün isə materiklərdir.
Bioloji maneə dedikdə müəyyən növ canlıların yayılmasının qarşısını alan
mühitə yaxşı uyğunlaşmış bioloji qüvvələr – bitki və heyvanlar başa düşülür.
Məsələn, Avstraliyada göyərçinlər geniş yayılmışdır. Lakin onlar Zond adalarında
çox azdır. Çünki, Zond adalarında aöac həyat tərzi sürən meymunlar, sincablar və
kiçik yırtıcılar göyərçin yuvalarını dağıdırlar. Avstraliyada isə belə yırtıcılar
yoxdur.
18. Miqrasiya və onun səbəbləri.
Miqrasiya – heyvanların müə
yyən istiqamətdə və ilin müəyyən vaxtlarında
qanunauyğun halda yerdəyişməsidir. Miqrasiya latınca “köçmə” deməkdir.
Bütün canlılar ilin fəsillərindən asılı olaraq istər üfüqi, istərsə də şaquli
istiqamətdə yerlərini dəyişə bilirlər. Xüsusilə, dağlıq zonada, dərin su hövzələrində
heyvanların şaquli yerdəyişməsi baş verir. Məsələn, payızda dağlara qar yağdıqda
temperatur aşağı düşür, bu vaxt dağ keçiləri, dağ qoyunları, kəkliklər tədricən qida
ilə zəngin olan dağ yamaclarına enməyə məcbur olurlar. Onların ardınca yırtıcılar
– canavar, tülkü, qaplan da dağ ətəklərinə enir. Həmçinin, bəzi balıqlar və
onurğasız heyvanlar ilin müəyyən bir dövrünü suyun üst qatlarında, digər dövrünü
isə suyun dərinində keçirirlər.
Heyvanların miqrasiyası onların çoxalması, qida axtarması və digər bioloji
tələbatdan irəli gəlir. Bəzən miqrasiya başqa səbəbdən də baş verə bilər. Məsələn,
ş
imal maralları yayda mığmığa və ağcaaqanadlardan müdafiə olunmaq üçün
tayqadan meşəsiz dağlara, tundraya, külək olan yerlərə çəkilir, qışda isə
meşəliklərdə güclü tufanlardan qorunurlar.
19. Fəsillik, dövri və sutkalıq miqrasiyalar. Aktiv və passiv miqrasiyalar.
Fəsillik miqrasiyaya misal olaraq qışda tunradan cənuba doğru uçan köçəri
quşları göstərmək olar. Yayda bu quşlar yenidən tundraya qayıdırlar. Həmçinin,
yayda Afrikadan bir çox quşlar şimala uçub gəlir. Məsələn, flaminqo (qızıl qaz)
Azərbaycana, xəzərin Böyük Qızılağac görfəzinə uçub gəlir. Qışda isə yenidən
Afrikaya qayıdır.
Sutkalıq miqrasiyada suda yaşayan plankton orqanizmləri sutka ərzində
axşamlar qidalanmaq üçün suyun üzünə qalxır, gündüzlər isə dərin qatlara
geddirlər. Xüsusilə, Xəzər dənizindəki mizidlər bir sutka ərzində bir neçə yüz metr
dərinliyə miqrasiya edirlər.
Dövrü miqrasiyalar zamanı heyvanlar çoxalma ərazisindən kütləvi olaraq geri
qayıtmadan köçürlər. Bu, daha çox həyat şəraitinin kəskin dəyişməsi, Heyvan
fərdlərinin həddən artıq artması, qida çatışmamazlığı, yanğın, quraqlıq və s. kimi
səbəblərlə izah edilir.
Bütün bunlar aktiv miqrasiyalardır. Lakin passiv miqrasiyalarda heyvanlar bir
yerdən başqa yerə külək, dalğa, çay axını və sel vasitəsilə aparılır.
20. Hərəkətli və hərəkətsiz areallar.
Arealların sərhədləri 2 yerə bölünür: hərəkətli (tranzit) və hərəkətsiz (statis)
areallar. Bəzi arealların sərhədləri qısa vaxt ərzində, insanın gözü qarşısında
dəyişir Bu hərəkətli arealdır. Lakin bəzən arealların sərhəddi yüz min illər ərzində
az məsafədə dəyişir. Buna hərəkətsiz areal deyilir.
Hərəkətli areallar proqressiv sərhədli, yəni arealın genişlənməsinə tərəf dəyişən
areal və reqressiv areal, yəni arealın sərhəddinin kiçilməsinə tərəf dəyişən areallar
ola bilər.
21. Heyvanların yayılmasında insanın rolu.
Heyvanların yayılmasında insanın rolu son dərəcə böyükdür və ildən-ilə artır.
Bu, həm maneələrin aradan qaldırılması ilə, həm də heyvanların bir ölkədən başqa
ölkəyə daşınması ilə izah olunur.
Çayların kanallarla birləşdirilməsi balıqların bir çaydan digərinə keçməsinə mane
olan səddi aradan qaldırır. Məsələn, Süveyş kanalı vasitəsilə Aralıq dənizinin bir
çox heyvanları, əsasən də balıqlar Qırmızı dənizə, Qırmızı dənizin heyvanları isə
Aralıq dənizinə keçə bilmişlər.
Əkin sahələrini qoruyan meşə zolaqlarının salınması meşə quşlarının çöl
zonasında yayılmasına kömək edir.
Təbii landşaftları dəyişmək yolu ilə insan heyvanların yayılmasına daha çox təsir
etmiş, areal sərhəddinin dəyişməsinə səbəb olmuşdur. Bunun nəticəsində bir sıra
növlərin arealı genişlənmiş, digərlərininki isə kiçilmişdir.
22. Heyvanların şüurlu və kortəbii daşınması.
Heyvanların insan tərəfindən bir ölkədən başqa ölkəyə daşınması şüurlu və
kortəbii şəkildə baş verir. nsan siçanları, siçovulları, tarakanları, gənələri və bir
çox həşəratları gəmilərlə Yer kürəsinin hər yerinə düşünmədən köçürmüşdür.
ngiltərəyə təsadüfən Cənubi Amerika opossumu aparılmış, ABŞ-a isə opossumlar,
iquanalar və kərtənkələlər avtomobillərdə aparılmışdır. Əksər hallarda belə
köçürülmüş növlər yeni əraziyə yaxşı alışırlar. Müharibə illərində Amerikadan
Avropaya kartofla birlikdə kolorado böcəyi – leptinotazra gətirilmiş və burada
geniş yayılmışdır. Volqa-Don kanalının açılışından sonra Qara dənizdən Xəzər
dənizinə onurğasız heyvanlar – balyanus və mitilyaster keçmişlər və burada geniş
artaraq, yayılmışlar.
Heyvanların şüurlu köçürülməsi onların iqlimə uyğunlaşdırılması məqsədi güdür.
Bu məqsədlə dam sərçəsi Amerikaya, Avstraliyaya və Yeni Zelandiyaya
köçürülmüş və orada geniş yayılmışlar.
Zərərvericilərə qarşı mübarizə məqsədilə onların təbii düşmənləri köçürülür.
Məsələn, Antil adalarına Hindindistan manqustu siçovullara və zəhərli ilanlara
qarşı mübarizə məqsədilə gətirilmişdir. Qafqazda və Orta Asiyada malyariya
ağcaqanadlarınin sürfələrinə qarşı mübarizə üçün Cənubi Amerikadan qambuziya
balığı gətirilərək iqlimə uyğunlaşdırılmışdır.
Dostları ilə paylaş: |