Heyvanlar Aləmi Fənni Üzrə mtahan Sualllarının Cavabları



Yüklə 206,33 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix31.01.2017
ölçüsü206,33 Kb.
#6945
1   2   3

23. Heyvanların köçürülməsinin mənfi nəticələri. 

   Heyvanların  insanlar  tə

rəfindən  köçürülməsi  heç  də  həmişə  müsbət  nəticələr 

vermir,  arealın  genişlənməsinə  səbəb  olmur.  Yeni  Zelandiyaya  köçürülmüş  40-a 

yaxın  məməli  heyvan  növü  oranın  iqliminə  uyğunlaşa  bilməmişdir.  Heyvanları 

yeni biosenozlarda iqlimə uyğunlaşdırarkən, bu heyvanların eyni qida ilə qidalanan 

orqanizmlərlə  rəqabət  təşkil etməsi, müəyyən  yırtıcılar  tərəfindən  məhv  edilməsi, 

yaxud xəstəliklərə  tutulması  nəzərə  alınmalıdır.  Məsələn,  Azərbaycana  Rusiyanın 

Uzaq Şərq diyarından gətirilmiş xallı maral Xızı rayonuna buraxılmış, lakin orada 

qoyunların  yeminə  xələl  gətirərək,  rəqabət  yaratmışdır.  Buna  görə  də  xallı 

maralları oradan Lənkərana – Hirkan qoruğuna köçürmüşlər. 

   Heyvanların  yayılması  bəzən  təsərrüfata  ciddi  ziyan vurur. Buna  görə də bütün 

ölkələrdə  ciddi karantin qaydaları  mövcuddur.  Heyvanların başqa yerlərdə iqlimə 



uyğunlaşdırılması  elmi  cəhətdən  əsaslandırılmalıdır:  yeni  köçürülmüş  heyvanlar 

zərərverici  olmamalıdır;  yerli  heyvanları  sıxışdırmamalıdır;  uyğunlaşmadan 

ə

vvəlki  keyfiyyətini  itirməməlidir.  Məsələn,  Sibirin  iynəyarpaqlı  tayqa 



meşələrindən  Krımın  enliyarpaqlı  meşəsinə  köçürülmüş  sincab  növü  burada 

yayılsa  da,  qısa  müddət  ərzində  onun  xəz  örtüyü  kobudlaşmış,  rəngi  tündləşmiş, 

seyrəkləşmiş,  keyfiyyətini  itirmişdir.  Xəzər  dənizində  iqlimə  uyğunlaşdırılmış 

kefal balığı Qara dəniz kefalından daha iridir, lakin dadına görə ondan geri qalır. 

 

24. Ada faunası və materik faunası. 

   Qədim  ada  faunasının  səciyyəvi  xüsusiyyətləri  bunlardır:  1)  endemik  növlərin 

zənginliyi;  2)  növ  tərkibinin  kasıb  olması;  3)  adaya  məxsus  qrupların  azlığına 

baxmayaraq, onların növlərinin müxtəlifliyi. 

   Ada  faunasının  əksinə  olaraq,  materik  faunası  özünün  zəngin  növ  tərkibinə, 

biosenozunun  zənginliyinə,  yerli  növlərlə  kənardan  gələn  növlər  arasındakı 

rəqabətin mürəkkəb olmasına görə fərqlənir. 

   Materik  və  okean  adalarının  faunaları  müxtəlif  xarakterlidir:  materik  adaları 

ayrıldığı  materikin  faunasına,  okean  adaları  isə  “təsadüfi  gətirilən”  faunaya 

malikdir. 

 

25. Yer kürəsinin faunistik bölgüləri. 



   Qurunun  faunistik  vilayətləri  4  aləmdə  birləşdirilir:  arktogey,  paleogey,  neogey 

və notogey. 

   Öz nəhəng sahəsinə görə Holarktika vilayəti Arktogey aləminə uyğun gəlir. Bu 

aləmin səciyyəvi müsbət xüsusiyyətləri –  məməlilərin geniş yayılmış və endemik 

fəsilələrinin  mövcudluğu,  mənfi  xüsusiyyətləri  –  yarımmeymunların,  fil  və 

kərkədanların olmamasıdır. 

   Notogey – qurunun 3 faunistik vilayətini birləşdirən zoocoğrafi bölgüdür. Buraya 

Yeni  Zelandiya,  Avstraliya  və  Polineziya  vilayətləri  daxildir.  Bu  vilayətləri 

birləşdirən  müsbət  xüsusiyyətlər  balsoran  quşlar  (200  növ)  fəsiləsinin  olması, 

mənfi cəhəti isə ali (plasentalı) məməlilərin yerli mənşəli dəstələrinin olmamasıdır. 

   Neogey  –  qurunun  Neotropika  vilayətinə  uyğun  gələn  zoocoğrafi  aləmdir. 

Neogeyin  heyvanlar  aləmi  üçün  kloakalı  məməlilərin  olması,  kisəlilərin  çox  az, 

plasentalı  məməlilərin,  əsasən  kəmdişlilərin  və  enliburun  meymunların,  fil  və 

kərkədanların olmamasıdır. 

   Paleogey  –  qurunun  3  faunistik  vilayətini:  Madaqaskar,  Efiop  (Həbəşistan)  və 

Hind-Malay  vilayətlərini  birləşdirən  zoocoğrafi  bölgüdür.  Hər  üç  vilayət  üçün 

yarımmeymunlar, viverralar səciyyəvidir. 

 

 



 

26. Notogey faunistik aləmi. 

   Bu  faunistik  aləmə  3  vilayət  daxildir:  1)  Yeni  Zelandiya;  2)  Avstraliya;  3) 

Polineziya.  

   Yeni  Zelandiya  vilayətinə  Yeni  Zelandiya  adaları  (Şimal  və  Cənub  adaları, 

Styuart və bir neçə kiçik adalar), həmçinin Çatam, Oklend, Kempbell və Antipod 

adaları  daxildir.  Horfolk  və  Lord  Xau  adalarının  faunası  isə  Yeni  Zelandiya  və 

Avstraliya  faunaları  arasında  keçid  xarakter  daşıyır,  lakin  əsasən  Avstraliya 

faunasına daha yaxındır. 

   Avstraliya vilayətinə  Avstraliya  materiki, həmçinin Tasmaniya,  Yeni   Qvineya, 

Solomon  və  Timor  adaları,  Bismark  arxipelaqı  daxildir.  Digər  Kiçik  Zond, 

Sulavesi  və  Molukk  adaları  Avstraliya  və  Hind-Malay  vilayətlərinin  faunası 

arasında keçid qurşaq təşkil edir ki, bu qurşaqda qarışıq fauna mövcuddur. 

   Polineziya  vilayətinə  Okeaniyanın  çoxlu  sayda  kiçik  adaları  –  şərqdə  Yeni 

Kaledoniya,  Karolin,  və  Marian  adalarından  tutmuş,  şimalda  Havay  adaları, 

cənubda  Tuamotu  daxildir.  Bu  adaların  hamısı,  Yeni  Kaledoniya  adası  müstəsna 

olmaqla, vulkan və mərcan mənşəlidir. 

 

27. Avstraliya vilayəti. 

   Avstraliya faunası öz qədimliyinə görə Yeni Zelandiyadan sonra ikinci yeri tutur. 

Bu  faunanın  səciyyəvi  xüsusiyyətləri  bunlardır:  1)  Birdəlikli  məməlilər  – 

ördəkburun və yexidna ancaq bu faunaya məxsusdur; 2) Kisəli məməlilərin burada 

olduqca  çoxlu  növü  vardır  (150-yə  qədər)  və  bunlardan  cütkəsicidişli  kisəlilər 

yarımdəstəsi avtoxtondur; 3) Plasentalı məməlilərdən ancaq yarasalar, gəmiricilər 

və  vəhşi  dinqo  iti  vardır;  4)  Emu  və  kazuarlardan  ibarət  olan  Avstraliya 

dəvəquşuları  dəstəsi  endemikdir;  5)  Balıqlardan  ikicürtənəffüslü  seratod  endemik 

dəstədir. 

   Avstraliyada  kisəli  məməlilərin  aşağıdakı  növləri  vardır:  kenqurular  (17  növ), 

koala  (kisəli  ayı),  kisəli  şeytan,  vombat  (kisəli  siçovul),  kisəli  köstəbəklər,  kisəli 

canavar  (ancaq  Tasmaniya  adasındadır),  kisəli  ərəbdovşanı,  kisəli  dələlər,  kisəli 

sincab (uçan sincab) və s. 

   Avstraliya vilayəti 2 yarımvilayətə bölünür: 1) Xüsusi Avstraliya yarımvilavəti; 

2) Papua (Yeni Qvineya) yarımvilayəti. 

 

28. Paleogey faunistik aləmi. 



     Buraya 3 zoocoğrafi vilayət daxildir: 1. Hind-Malay; 2. Efiopiya (Həbəşistan); 

3. Madaqaskar. 

   Hind-Malay vilayətinə Hindistan, Hind-Çin və Malakka yarımadaları, həmçinin 

Ş

ri-Lanka (keçmiş Seylon), Filippin (Luson, Mindanao və s.), Bali və Böyük Zond 



adaları (Kalimantan, Yava, Sumatra, və s.) adaları daxildlr. 

   Efiopiya və ya Həbəşistan vilayətinə Saxaradan (Böyük Səhra) cənuba Afrikanın 

böyük  bir  hissəsi  daxildir.  Həmçinin  buraya  Sokotra,  Vozneseniya  və  Müqəddəs 

Yelena adlarıda aiddir. 

   Madaqaskar  vilayətinə  Madaqaskar  adası  və  bir  sıra  xırda  adalar  –  Seyşel, 

Amirant, Komor, Maskaren, Reyunyon, Mavriki, Rodriges daxildir. 

 

29. Hind-Malay vilayəti. 



   Bu vilayət tamamilə tropik və subekvatorial iqlim qurşaqlarında yerləşir. Ərazidə 

həm  savannalar  (Dekan  yaylası),  həm  sıx  meşələr,  həm  də  qumlu  isti  səhralar 

vardır.  Hind-Malay  faunası  materik  xarakterlidir:  bu  fauna  olduqca  müxtəlif  və 

zəngindir. 

   Hind-Malay  faunasının  səciyyəvi  əlamətləri  bunlardır:  1.  Məməlilərin  burada 

ancaq  2  endemik  dəstəsi  vardır  (yunqanadlılar  və  uzuntopuqlular).  Tupaylar  və 

hibbonlar  fəsiləsi  endemikdir.  2.  Marallar,  sincablar  və  uçan  sincablar,  quşlardan 

isə  qırqovullar  geniş  yayılmışdır.  3.  Bu  vilayətin  faunasının  Efiopiya  faunasına 

oxşarlığı  çoxdur.  Belə  ki,  burada  fil,  kərkədan,  ensizburun  meymunlar,  kələzlər, 

kiçik  marallar,  yarımmeymunlar,  kərkədan-quşlar  və  s.  vardır.  4.  Hind-Malay  və 

Avstraliya vilayətlərinin fauna elementlərinin bir-birinə keçməsi müşahidə olunsa 

da,  ümumiyyətlə,  Hind-Malay  faunası  Avstraliya  faunasından  kəskin  surətdə 

fərqlənir. 5. Bu vilayətdə yayılan tapir və yenotlar (panda) Neotropika vilayətində 

də yaşayırlar. 

   Hind-Malay  vilayəti  5  yarımvilayətə  bölünür:  1.  Hindistan;  2.  Myanma-Çin;  3. 

Zond; 4. Filippin; 5. Sulavesi. 

 

30. Efiopiya (Həbəşistan) vilayəti. 

   Bu vilayətin faunası ekoloji cəhətdən zəngin olub, otyeyən heyvanların çoxluğu 

ilə  səciyyələnir.  Vilayət  ekvatorial  və  subekvatorial  iqlim  qurşaqlarında  yerləşir. 

Burada rütubətli ekvatorial meşələr (Konqo çayı hövzəsi) və savannalar geniş ərazi 

tutur.  


   Efiopiya vilayətinin səciyyəvi əlamətləri bunlardır: 1. Məməlilərdən damanlar və 

borudişlilər, quşlardan isə Afrika dəvəquşularının dəstələri endemikdir. 2. Efiopiya 

vilayətinin faunası ilə Hind-Malay vilayəti faunası arasında böyük oxşarlıq vardır: 

hər  ikisində  fillər,  kələzlər,  ensizburun  meymunlar,  kərkədanlar,  kiçik  marallar 

vardır. 3. Burada məməlilərdən ayı, köstəbək və marallar yoxdur. 

   Vilayətin  səciyyəvi  heyvanları  bunlardır:  fil,  kərkədan,  begemot,  zebra,  zürafə, 

ş

ir, bəbir, gepard, kaftar, 40 növə yaxın antilop (qnu, kanna və s.) zəhərli mamba 



ilanı (qara ilan), gürzə, Nil timsahı, buqələmun,kələzlər, mahmızlı qurbağa, Afrika 

dəvəquşusu,  katib  quş,  meymunlardan  qorilla,  şimpanze,  hibbon,  balıqlardan 

çəkikimilər,  ikicürtənəffüslü  balıq  protopterus,  həşəratlardan  termitlər  (nəhəng  ağ 

qarışqalar), təhlükəli se-se milçəyi və s. 



   Efiopiya  vilayəti  3  yarımvilayətə  bölünür:  1.  Şərqi  Afrika  (savanna  zonası);  2. 

Qərbi Afrika (Konqo hövzəsinin sıx meşələri); 3. Cənubi Afrika (Kap). 

 

31. Neogey faunistik aləmi. 

   Buraya  bütün  Cənubi  Amerika,  Mərkəzi  Amerika  və  Vest-Hind  adları  (Kuba, 

Haiti, Yamayka, Puerto-Riko, Baham və s.) daxildir. 

   Cənubi  Amerikada  1  ekvatorial, hər 2  subekvatorial,  1 tropik, 1 subtropik və 1 

mülayim  iqlim  qurşaqları  vardır.  Buranın  təbiəti  olduqca  rəngarəngdir.  Burada  3 

ovalıq – Amazon, Orinoko və La-Plata, 2 yayla – Braziliya və Qviana, həmçinin 

dünyanın ən quru yeri olan Atakama səhrası, Pataqoniya yarımsəhrası, yüksək And 

dağları vardır. Burada dünyanın ən bol sulu çayı olan Amazon çayı vardır.  

   Cənubi  Amerikanın  təbii  zonaları  bunlardır:  1.  Rütubətli  ekvatorial  meşələr  – 

selvas. Bu meşələr Amazon çayı hövzəsini əhatə edir, sahəsi 7 milyon kvadrat km-

dir  və  Yer  kürəsinin  “ağ  ciyərləri”  hesab  olunur.  2.  Savannalar  burada  2-dir. 

Ş

imaldakı  savanna  “lyanos”,  cənubdakı  savanna  isə  “kampos”  adlanır.  3.  Çöl 



zonası  –  “pampa”  adlanır.  4.  Pataqoniya  yarımsəhrası.  5.  Atakama  səhrası.  Bu 

səhra  dünyada  ən  az  yağıntı  düşən  yerdir.  Onun  yaranmasının  əsas  səbəbi  Sakit 

okeandakı soyuq Peru cərəyanıdır. 

   Mərkəzi  Amerika  və  Vest-Hind  adaları  əsasən  savanna  və  rütubətli  ekvatorial 

meşələrdən ibarətdir. 

 

32. Neotropika vilayəti. 



   Neotropika vilayətinin faunası olduqca zəngin və özünəməxsusdur. Bu faunanın 

ə

n  səciyyəvi  xüsusiyyətləri  bunlardır:    1.  Kəmdişlilər  dəstəsi  (zirehlilər, 



qarışqayeyənlər,  ərincəklər)  yerli  heyvanlar  olub,  ancaq  zirehlilərin  bəziləri 

vilayətin ərazisindən bir az şimala tərəf çıxırlar. 2. Burada kisəlilərin 3 növü vardır 

ki,  bunlar  opossum  adlanan  gəmiricilərdir.  3.  Növləri  çox  olan  enliburun 

meymunlar  dəstəsi  endemikdir  və  avtoxtondur.  4.  Həşəratyeyənlər  dəstəsi  demək 

olar ki, yoxdur. 5. Böyük yarasalar (vampir) fəsiləsi endemikdir. 6. Gəmiricilər çox 

müxtəlif  olub,  əksər  qrupları  endemikdir.  7.  Gövşəyən  heyvanlardan  ancaq 

marallar  və  lamalar  (lama,  alpaka,  quanako)  vardır.  Boşbuynuzlular  yoxdur.  8. 

Quşlar  çox  zəngindir  və  çoxlu  endemikləri  vardır:  Amerika  dəvəquşuları  (rea), 

tinamular, hoatsinlər, palamedeylər, krakslar, tukanlar, kərkəslər. 

Cənubi  Amerikanın  səciyyəvi  heyvanları  bunlardır:  opossum,  ərincək, 

qarışqayeyən,  tapir,  zirehli,  yaquar,  puma,  lama,  quanako,  alpaka,  maral,  dəniz 

donuzcuğu,  karibar  (su  donuzcuğu),  şinşilla,  pekari  (çöl  donuzu),  yenot,  bataqlıq 

qunduzu  (nutriya),  hörümçəyəoxşar  meymun,  anakonda,  boa  yatağan  ilanı,  qartal 

kondor,  viskaça,  dəvəquşu  nandu,  kərtənkələ  iquana,  tutuquşular,  kolibri  quşu, 

çaylarda isə yırtıcı balıq olan piranya. 


   Neotropika  vilayəti  4  yarımvilatə  bölünür:  1.  Pataqoniya-Çili;  2.  Braziliya;  3. 

Mərkəzi Amerika; 4. Vest-Hind. 

 

33. Arktogey faunistik aləmi.  

   Buraya  şimal  yarımkürəsinin  çox  böyük  quru  sahəsi  aiddir.  Buranın  yeganə 

vilayəti Holarktikadır. Bu vilayətə Şimali Amerika, Afrikanın şimalı, Avrasiyanın 

çox  böyük  bir  ərazisi  aiddir.  Həmçinin,  bu  vilayətə  Şimal  Buzlu  okeanındakı 

Qrenlandiya,  Kanada  Arktik  arxipelaqı,  Şpitsberqen,  Frans  osif  torpağı,  Novaya 

Zemlya,  Severnaya  Zemlya,  Novosibir  və  Vrangel  adaları,  Sakit  okeandakı 

Komandor,  Kuril,  Saxalin,  Yapon,  Aleut,  Kadyak,  Aleksandr  arxipelaqı,  Kraliça 

Ş

arlotta  torpağı,  Vankuver,  Pribılov,  Atlantik  okeandakı  Kanar,  slandiya, 



rlandiya, Böyük Britaniya, Farer, Azor, Madeyra və Yaşıl Burun adaları daxildir. 

   Lakin  vilayətin  belə  nəhəng  olmasına  baxmayaraq,  onun  faunası  nisbətən 

kasıbdır.  Bu  da  müasir  ekoloji  və  tarixi  səbəblərlə  izah  olulur.  Birincisi, 

Holarktikanın  böyük  hissəsini  səhralar,  yarımsəhralar,  yüksək  dağlıq  sahələr 

(Tibet,  Pamir,  Kunlun,  Himalay,  Qafqaz,  Tyan-Şan  və  s.),  daimi  buzlaqlar 

(Qrenlandiya və digər qütb adaları), həyat üçün az əlverişli olan tundra və s. təşkil 

edir.  kincisi, Yer kürəsində ən geniş meşə sahəsi olan iynəyarpaqlı tayqa meşəsi 

ə

n cavan landşaft olub, buzlaşma dövründən sonra əmələ gəlmişdir. 



 

34. Holarktika vilayəti. 

   Holarktika  vilayətinin  aşağıdakı  səciyyəvi  əlamətləri  vardır:  1.  Məməlilərin 

özünəməxsus endemik, geniş yayılmış yüksək sistematik qruplarından köstəbəklər, 

qunduzlar,  ərəbdovşanları  və  otyeyənlər  vilayət  üçün  səciyyəvidir.  Məməlilərin 

endemik  dəstələri  yoxdur,  ancaq  cinslərin  (150-yə  qədər)  təqribən  yarısı 

endemikdir. Quşlardan tetrakimilər, qaqarlar və şimal qağayısı endemikdir. 

   Suda-quruda yaşayanlardan quyruqlular bu vilayət üçün səciyyəvidir, balıqlardan 

isə nərəkimilər endemikdir. 

   2.  Ən  geniş  yaylılmış  məməlilərdən  yarımmeymunlar,  fillər,  kərkədan  və 

meymunlar  burada  yoxdur.  Tutuquşular  vilayətin  yalnız  cənub  hissəsində  rast 

gəlinir. 

   Beləliklə,  böyük  ərazini  tutan  Holarktika  vilayətinin  səciyyəvi  cəhəti  yüksək 

sistematik qruplarının və xüsusilə endemik qruplarının kasıb olmasıdır. 

   Holarktika vilayəti 2 vilayətə bölünür: 1. Neoarktika; 2. Paleoarktika. 

 

35. Su – heyvanların yaşayış mühiti kimi. 



   Okean  və  dənizlərin  ümumi  sahəsi  361  milyon  kvadrat  km-dir  ki,  bu  da  Yer 

kürəsinin  sahəsinin  71  %-ni  təşkil  edir.  Okeanın  üst  qatında  qidalı  maddələr  çox 

olduğundan  orqanizmlər  bundan  istifadə  edə  bilir.  Suyun  səthində  fotosintez 

kifayət  qədər  gedir.  Okeanların  dibində  isə  milyon  illər  ərzində  külli  miqdarda 



“gübrə” toplanmışdır. Burada  biogen elementlərin tükənməz ehtiyatı – azot, fosfor 

və silisium vardır. Dəniz orqanizmlərində toplanmış çoxlu miqdarda üzvi maddələr 

onların ölümündən sonra həyat fəaliyyəti üçün məhsul kimi yenidən dəniz suyuna 

daxil  olur.  Beləliklə,  canlı  orqanizmlər  öz  bədənlərilə  suya  müxtəlif  maddələr 

qaytarırlar.  

   Dəniz  faunası  olduqca  müxtəlif  olub,  heyvanlar  aləmi  üçün  səciyyəvi  olan 

özünəməxsus  əlamətlərə  malikdir.  Okean  heyvanlarının  hərəkətli  olması,  okeanın 

eynicinsli mühitə malik olması, okean və dənizlərin bir-birilə birləşməsi hər şeydən 

ə

vvəl,  onların  yayılmasına  təsir  göstərən  ekoloji  faktorlardan  asılıdır.  Okean  və 



dənizlərin  orqanizmləri  aşağıdakı  qruplara  bölünür:  1.  Plankton  –  su  qatında 

yaşayanlar;  2.  Bentos  –  suyun  dibində  yaşayanlar;  3.  Nekton  –  suda  sərbəst 

üzənlər; 4. Perifiton – sudakı əşyalara yapışaraq yaşayanlar. 

    


36. Azərbaycanın yarımsəhra və çöl zonasının heyvanları. 

   Buraya  Kür-Araz  ovalığı  və  Naxçıvanın  Arazboyu  düzənliyi  aiddir.  Burada 

yarımsəhra,  şoranlıq,  bozdağlar,  Kürsahili  tuqay  meşələri  və  Xəzər  sahillərinin 

qumluqları kimi landşaftlar vardır. Açıq yarımsəhrada ceyran, tülkü, porsuq, xallı 

safsar,  gəlincik,  gəmiricilərdən  çöl  siçanı,  qırmızıquyruq  siçan,  Boqdanov  çöl 

siçanı,  Vilyams  ərəbdovşanı,  xırda  ərəbdovşanı,  bozdağ  siçanı,  meşə  siçanı  və 

dovşan, quşlardan daşquşu, boz torağay, kəkilli torağay, çöl torağayı, qaraqarın çil, 

qırmızı  ördək,  avdot  cüllütü,  adi  göyərçin,  ev  yapalağı,  qara  çalağan,  leylək,  çöl 

qaraquşu,  ağbaş  Asiya  kərkəsi,  leşyeyən  qartal,  zağca,  sığırşın,  ağ  leylək, 

sürünənlərdən  tısbağalar,  kərtənkələlər,  gürzə,  təlxə,  kor  ilan,  suda-quruda 

yaşayanlardan  qurbağalar,  həşəratlardan  əqrəb,  skolopendr,  zəhərli  qaraqurd, 

gənələr,  donuzanqurdu,  dəvədəlləyi  və  s.  yaşayır.  Bozdağların  ən  səciyyəvi 

heyvanları  kaftar,  tülkü,  canavar,  yarasalar,  qaya  kəkliyi,  gekkon,  tuqay 

meşələrində  isə  çöl  donuzu,  qamışlıq  pişiyi,  çaqqal,  dovşan,  kirpi,  yarasalar, 

çalağan, bayquş, zığzığ, göycə qarğa, qurqur, sarıköynək, arıquşu, sərçə, qırqovul, 

turac, koramal və s.-dir. 

 

37. Azərbaycanın dağ meşələrinin heyvanları. 

   Buraya  Böyük  Qafqaz,  Kiçik  Qafqaz  və  Talışın  800-2200  m-də  yerləşən  dağ 

meşələri  zonası  aiddir.  Böyük  və  Kiçik  Qafqazda    nəcib  maral,  cüyür,  köpgər, 

Dağıstan turu, çöl donuzu, qonur ayı, vaşaq, meşə pişiyi, sincab, dələ, safsar, kirpi, 

gəlincik,  meşə  siçanı,  süleysin,  quşlardan  sarıköynək,  şanapipik  (hophop), 

ağacdələn,  süzər,  qar  quşu,  bülbül,  alaqanad,  bayquş,  qırmızıboğaz,  su  sərçəsi, 

arıquşu,  qaratoyuq,  sığırçın,  yapalaq,  sürünənlərdən  gürzə,  təlxə,  koramal,  suda-

quruda  yaşayanlardan  qurbağa  vardır.  Talış  meşələrinin  səciyyəvi  heyvanları 

bunlardır: cüyür, xallı bəbir, çöl donuzu, vaşaq, porsuq, dələ, köstəbək, qalxansifət 

ilan, kələz, kaftar, dağ siçanı, tülkü, canavar, çaqqal və s. 


 

38. Azərbaycanın yüksək dağ çəmənlikləri və qayalıqların heyvanları. 

   Buraya Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan və Talışın 2200 m-dən hündürdə 

yerləçən əraziləri aiddir.Burada məməlilərdən qaplan (qar bəbiri), dağ keçisi, qaya 

keçisi,  köpgər  (qarapaça),  Dağıstan  turu,  muflon  (dağ  qoyunu),  tülkü,  dovşan, 

canavar, kor köstəbək, quşlardan Qafqaz uları (dağ hind toyuğu), Xəzər uları, tetra, 

qırmızıdimdik,  alp  dolaşası,  dağ  qaratoyuğu,  dağ  ant  quşu,  qırmızıqarın 

işıldaquyruq, saqqallı quzuqapan kərkəz, ağbaş Asiya kərkəzi, sar, qızılquş (şahin, 

tərlan), sürünənlərdən qaya kərtənkələsi, qonur ilan, amfibilərdən xaçlıca qurbağa 

vardır.  Naxçıvanda  isə  Bezoar  keçisi  (qılıncbuynuz  keçi),  muflon,  qaplan,  Kiçik 

Asiya gürzəsi və  s. vardır. 

   Talışşın yüksək dağlıq ərazilərində (yüksək Zuvand dağ çölü) tülkü, dovşan, çöl 

siçanı,  kəklik,  qalxansifət  ilan,  xarabalıq  kələzi,  korca,  dağ  siçanı,  girdəbaş 

kərtənkələ  rast  gəlinir.  Bu  Zuvand  dağ  çölü  ran  dağ  yaylasının  Azərbaycan 

ə

razisinə girmiş hissəsidir. 



 

39. Xəzərin faunası. 

    Ümumilikdə  Xəzər  dənizində  1334  növ  heyvan  yaşayır  ki,  bunların  da  çox 

böyük  əksəriyyətini  onurğasızlar  təşkil  edir.  Hazırda  Xəzər  dənizində  yaşayan 

yeganə  məməli  heyvan  Xəzər  suitisidir  ki, bu  da  endemik  növ  sayılır.  Quşlardan 

Xəzərin  Qızılağac  görfəzində  bir  sıra  su  quşlarına,  o  cümlədən,  3  növ  qu,  2  növ 

qutan,  çəhrayı  flaminqo  (qızılqaz),  kəkilli  anqut,  qara  ördək,  qırmızıbaş  ördək, 

yaşılbaş ördək, qarabattağa rast gəlinir. Sürünənlərdən su ilanı və Xəzər tısbağası 

vardır.  Xəzərdə  111  növ  balıq  vardır  ki,  bunlardan  5  növü  qədim  balıq  olan 

qığırdaqlı balıqlardır. Bunlar nərəkimilərdir: bölgə, nərə, uzunburun, kələmo (qaya 

balığı),  cökə.  Qalanları  isə  sümüklü  balıqlardır:  kilkə,  kütüm,  külmə,  sıf,  çəki, 

durnabalığı, siyənək, xul balığı, ağ qızılbalıq, xəşəm, iynə balığı, ilan balığı, kefal, 

qızılbalıq və s. Onurğasızlardan xərçənglər (amfipodlar və ya yanüzən xərçənglər, 

mizidlər,  kum  xərçəngləri,  dəniz  tarakanı)  mollyusklar  (dreyssena,  kardium, 

didakna,  teodoks),  ağcaqanad  sürfələri,  su  böcəyi,  qurdlar  (nereis,  rotatorilər, 

planarilər), meduzalar və süngərlərə rast gəlinir. 

 

40. Azərbaycanın göl, çay, bataqlıq və su anbarlarının faunası. 

   Buraya  Kür,  Araz,  Tərtər,  Qanıx,  Qabırrı,  Qudyalçay,  Girdiman,  Ağsu,  Əlican, 

Ə

yriçay  və  bir  çox  dağ  çayları,  göllərdən  Sarısu,  Ağgöl,  Mehman,  Hacıqabul, 



Ağzıbirçala, Göygöl, Maralgöl, su anbarlarından isə Mingəçevir, Varvara, Şəmkir, 

Yenikənd, Araz, Mil-Muğan, Yekəxana, Aşıq Bayram, Nohurqışlaq, Cavanşir və s. 

aiddir.  Kür  çayının  və  onun  qollarının  faunası  Xəzər  dənizi  ilə  sıx  əlaqədardır. 

Xəzərin  bir  sıra  qiymətli  vətəgə  balıqları  kürü  tökmək  üçün  Kürə  girirlər.  Lakin 

Kürün  özünün  spesifik  balıqları  da  vardır.  Onların  35  növü  məlumdur.  Bunlara 


xramulya,  qumlaqça,  şirbit,  gümüşcə,  dağ  çaylarında  qızılxallı  və  ya  ala  balıq 

(forel)  geniş  yayılmışdır.  Qamışlı  göllərdə  və  bataqlıqlarda  çöl  donuzu,  qamışlıq 

pişiyi, çaqqal, su siçovulu, boz siçovul, çoxlu su quşları (ağ vağ, anqut, danquşu, 

sultan  toyuğu,  balıqcıl,  qamışquşu,  qarabattaq,  ördəklər,  boz  qaz,  boz  durna), 

sürünənlərdən  su  ilanı,  tısbağa,  suda-quruda  yaşayanlardan  qurbağa,  balıqlardan 

çəkı,  çapaq,  enlialın,  ağ  amur,  naxa,  durnabalığı,  sıf,  ilanbalığı,  tikanbalığı, 

həmçinin çay xərçəngi, su böcəkləri, mollyusklar (anodonta, korbikula), ağcaqanad 

sürfələri və s. yaşayır. 

 


Yüklə 206,33 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin