2 ulduz (**) Qaz və neft fontanlarında yanğınların söndürülməsi



Yüklə 24,28 Kb.
səhifə1/8
tarix02.01.2022
ölçüsü24,28 Kb.
#40635
  1   2   3   4   5   6   7   8
2 ULDUZ


2 ULDUZ
(**) .1. Qaz və neft fontanlarında yanğınların söndürülməsi
Qaz və neft fontanlarının söndürülməsi üzrə yanğınsön­dürən bölmələrin bütün təcili fəaliyyəti “Açıq qaz və neft fontanlarını aradan qaldırdıqda işlərin təşkili və təhlükəsiz aparılması üzrə təlimat”a uyğun olaraq, həmçinin tərkibinə YSR-nin daxil olduğu açıq fontanın aradan qaldırılması üzrə işlərə rəhbərlik edən qərargahın qərarları və tövsiyələri nəzərə alınmaqla həyata keçirilir.

Yanğında YSR-nin və operativ qərargahın əsas vəzifələri aşağıdakılardır:

- quyunun ağzında işləyən insanların su şırnaqları ilə qorunmasının təmin edilməsi;

- söndürmə üsulunun seçilməsi, qüvvə və vasitələrin tələb olunan sayının müəyyən edilməsi;

- söndürmənin taktiki planının işlənməsi, təcili sahələrin müəyyən edilməsi, rabi­tə­nin təşkili, şəraitin dəyişilməsi nəzərə alınmaqla planın təşkil edilməsi;

- işlərin hər bir mərhələsində qüvvə və vasitələrin təcili sahələr üzrə yerləşdirilməsi, bölmələr qarşısında vəzifələrin qoyulması;

- digər xidmətlərlə qarşılıqlı əlaqənin təmin edilməsi və onların qarşısında yanğın­sön­dü­rən bölmələrin uğurlu işi üçün şəraitin yaradılması üzrə vəzifələrin qoyulması;

- gündəlik texniki xidmətin, yanğınsöndürmə avtomobillərinin və digər növ yanğın­söndürmə texnikasının təmirinin təşkil edilməsi;

- şəxsi heyətin təhlükəsiz işləməsi üçün şəraitin təmin edilməsi.

Yanğının söndürülməsinə hazırlıq tədbirləri aşağıdakı­lardır:

- hər bir mərhələdə suyun və odsöndürən tozun hesablanmış ehtiyatlarının yaradılması;

- quyu ağzının avadanlıqdan, metal konstruksiyalardan və digər materiallardan təmizlənməsi;

- yanğınsöndürmə vasitələrinin ərazidə düzülüşü, mühüm mövqelər və yanğın­söndürmə texnikası üçün meydançaların hazırlanması.

Su lülələrinin mühafizəsi altında yanğın sahəsinin təmizlənməsi açıq qaz və neft fontanlarının qarşısının alınması, həmçinin troslar, qarmaqlar və s. ilə təchiz olunmuş traktorlar, dartıcı maşınlar və s. vasitəsilə hərbiləşdirilmiş hissələrin şəxsi heyəti obyektin texniki personalı tərəfindən həyata keçirilir.

Ayrı-ayrı hallarda yanğın yerinin adi üsullarla təmizlənməsi mümkün olmadıq­da, artilleriyanın köməyilə quyunun ağzındakı avadanlığın bəzi hissələrinin vurul­ması həyata keçirilir.

Yanğınsöndürmə vasitələrini ərazidə yerləşdirdikdən sonra aşağıdakılara əməl etmək lazım­dır:

- uzunmüddətli yanğınlarda su hovuzlarından neft-qaz fontanlarına diametri 100-150 mm olan metal boru kəmərlər çəkmək, onları başlıqlar və sürgülərlə təchiz etmək;

- su hovuzlarını təhlükəsiz yerlərdə, bir qayda olaraq, quyunun ağzına nəzərən iki əks tərəfdən, quyudan 150-200 m məsafədə mövcud küləyin istiqamətinə per­pen­­dikul­yar yer­ləş­dirmək, hər bir su hovuzunun yanında 5-10 yanğınsöndürmə av­to­mobilinin yerləşməsi üçün meydançalar düzəltmək;

- yüksək temperatur zonasında, bir qayda olaraq, təzyiq şlanqları çəkmək;

- quyunun ağzına bitişik ərazidə şlanq xətlərinin çəkilişini yer səthinin qabaq­cadan su ilə soyudulmasından sonra aparmaq lazımdır;

- seçilmiş yanğınsöndürmə üsulundan asılı olaraq, yüksək temperatur şərai­tin­də şəxsi heyəti istilikqaytaran qoruyucu kostyumlarla, tozlandırılmış lülələrlə və digər mühafizə vasitələri ilə məşq etdirmək.

Neftin çəkilib aparılması və yığılması üzrə tədbirlər aşağıdakılardan ibarətdir:

- bəndçəkmənin köməyilə neftin və kondensatın axıb dağılmasının məhdudlaş­dırıl­ma­sı;

- bəndçəkmə yerindən neftin və kondensatın yüksək temperatur zonasından kənarda yerləşən xüsusi tutum­la­ra (anbarlara) çəkilib aparılması;

- neftin və kondensatın çəkilib aparılması hidrosürgülü boru kəmərlərinin və ya köpüklə doldurulmuş xəndəklərin köməyilə həyata keçirilir.


Yüklə 24,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin