Neft-qaz quyularının tamamlanması
İmtahan sualları
1.
Quyunun möhkəmləndirilməsində əsas məqsəd
2.
Quyu quruluşu haqqında anlayış
3.
Quyuya endiriləcək
qoruyucu kəmərlərin növləri
4.
Birgələşdirilmiş təzyiqlər qrafikinin qurulması
5.
Qoruyucu
kəmərlərin növləri
6.
Qoruyucu kəmərlərin
növlərinin seçilməsi
7.
Quyu quruluşunun hesabı
8.
Quyu quruluşunun yüngülləşdirilməsi
9.
Qoruyucu kəmərlərin təchizatı üçün qurğu və alətlər (başmaq istiqamətləndirici tıxaclar).
10.
Əks
klapanlar
11.
Dayaq halqası
12.
Sərtliyi artıran halqalar
13.
Mərkəzləşdirici fənərlər
14.
Qaşıyıcı və turbulizator
15.
Quyu lüləsinin qoruyucu kəmərlərin endirilməsinə hazırlanması
16.
Quyuların sementlənməsi üsulları
17.
Quyuların sementlənməsi üçün avadanlıqlar
18.
Bir
pilləli sementləmə
19.
Sementlənmə zamanı baş verən mürəkkəbləşmələr
20.
Məhsuldar laylaların açılması
21.
İstismar kəmərinin perforasiya edilməsi üsulları
1. Quyunun möhkəmləndirilməsində əsas məqsəd.
1. Quyunun istismarı dövründə qaz və mayenin maneəsiz hərəkəti üçün uzun müddətli, etibarlı və hermetik
kanalın yaradılması;
2. Quyunun bütün işləmə dövrü üçün quyu divarının dəyanətli olmasını
təmin etmək;
3. Lay sularının bir horizontdan digərinə axmasının, atmosferə təzahürlərinin və onlarla bağlı
mürəkkəbləşmələrin qarşısını almaq;
4. Təzahürlər əleyhinə tərtibatların və istismar avadanlıqlarının quyu ağzında möhkəm və hermetik birləş-
dirilməsini təmin etmək;
5. Geoloji kəsilişdə bir-birinə yaxın
olan laylardan birində udulma, digərində
isə fontan təhlükəsi olan
layların fəaliyyətinin qarşısını almaq;
6. Ləğv edilməsi mümkün olmayan hallarda intensiv surətdə udulmanın qarşısını almaq;
7. Çox böyük dərinliyə malik olan kəşfiyyat quyularında öyrənilməmiş intervalları qazarkən ehtiyat tədbiri
kimi qoruyucu kəmər endirilməsi nəzərdə tutulmalıdır.