14. Qaşıyıcı və turbulizator Qaşıyıcı qoruyucu kəmərin endirilməsi zamanı quyu divarından gil qabığını qaşımaq üçün tətbiq edilir.
Onu qoruyucu kəmərin mərkəzləşdirici fənərin qoyulduğu hissələrində yerləşdirirlər. Ən yaxşı effekt
mərkəzləşdirici fənərlə qaşıyıcının birlikdə tətbiqi zamanı alınır.
Turbulizator . Qazıma məhlulunun sement məhlulu ilə yaxşı qarışmasını təmin edir. Turbulizator
qoruyucu boruya tərpənməz bağlanmış elastik (rezindən) boru oxuna nisbətən 30….50
0
bucaq altında
əyriləşdirilmiş pərlərdən ibarətdir.
Bundan başqa quyu lüləsi mürəkkəb konfiqurasiyalı olduqda boruarxası fəzanın dar, dayanıqlı zolaqları
önündə kəmərə məhlulun strukturluğunu artırmaq üçün turbulizatorlar baglanır.
15. Quyu lüləsinin qoruyucu kəmərlərin endirilməsinə hazırlanması Burada əsas tələb qoruyucu kəmərin layihə dərinliyinə müvəffəqiyyətlə endirilməsi və quyunun keyfiyyətlə
sementlənməsidir. Bu tələbin ödənilməsi aşağıda qeyd edilənlərin ardıcıllıqla yerinə yetirilməsindən çox
asılıdır.
Bundan başqa quyu lüləsi mürəkkəb konfiqurasiyalı olduqda boruarxası fəzanın dar, dayanıqlı zolaqları
önündə kəmərə məhlulun strukturluğunu artırmaq üçün turbulizatorlar baglanır.
Əgər quyuda mürəkkəbləşmə yoxdursa və quyu lüləsi normal vəziyyətdədirsə, onda qoruyucu kəməri
endirməzdən əvvəl quyu lüləsi təkrar şablonlaşdırılır. Kəmərin endirilməsi zamanı oturmalar müşahidə olunan
intervallar yenidən işlənməlidir.
Quyu divarı işlənərkən qazıma məhlulunun sərfi və sürəti, eləcə də rotorun fırlanma sürəti, lülənin sonuncu
intervalı qazılarkən istifadə edilən göstəricilər kimi olmalıdır.
Quyu divarı işləndikdən sonra quyu lüləsi şablonlanmalı, kimyəvi reagentlər və əlavələrlə işləmə sona
çatdırılmalı və quyu 2 tsikl yuyulduqdan sonra qazıma kəməri qaldırılmalıdır.
Yalnız bu işlərdən sonra quyu qoruyucu kəmərin endirilməsinə hazırlanmış hesab edilə bilər.