Udulma
–sementləmə zamanı quyu divarına yüksək təzyiqin yaranmasının nəticəsidir. Buna səbəb:
-
udulma
təzyiqini, hidrodinamik təzyiqi və sementləmə hündürlüyünü nəzərə almadan sement
məhlulunun sıxlığının
seçilməsi;
-
turbulent axın rejimi üçün hidrodinamik təzyiqi nəzərə almamaq, məhlulun
hərəkət sürətini düzgün
seçməmək, boruarxası fəzada yaranan təzyiqin udulma təzyiqindən çox olmasına fikir verməmək;
-
qoruyucu kəmərin quyu içərisində eksentrik yerləşməsi nətiсəsində sement məhlulunun kəmərarxası
fəzada birtərəfli
hərəkət edərək sonra bərkiməsi;
-
sement məhlulunun vaxtından əvvəl tutuşmağa başlaması;
-
quyu divarının keçiriciliyi yüksək olan intervallarında tamponaj məhlulunun susuzlaşması nəticəsində
tez tutuşması;
-
sementləmə üsulunun və rejiminin
düzgün seçilməməsi;
-
tamponaj məhlulunun seçilməsi zamanı təzyiq və temperaturun təsirinin lazımınca qiymətləndirməməsi;
-
sementləmə zamanı buruqda sement məhlulunun hazırlanma reseptini
pozmaq da mürəkkəbləşməyə
səbəb ola bilər, yəni məhlulda suyun miqdarı azalarsa sement tez tutuşmağa başlayar, suyun miqdarı çox olarsa,
sementləmənin keyfiyyəti aşağı düşər;
-
kavernaların həcminin düzgün təyin edilməməsi–kəmərarxası fəzada sement məhlulunu tələb edilən
hündürlüyə qaldırmağı mümkünsüz edər, bu isə mürəkkəbləşməyə səbəb ola bilər.
Dostları ilə paylaş: