«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında



Yüklə 263.9 Kb.
PDF просмотр
səhifə1/3
tarix26.05.2017
ölçüsü263.9 Kb.
  1   2   3

«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin 

beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın təsdiq edilməsi haqqında

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

 

 

 



«Kökünün  kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı  flora  növlərinin 

beynəlxalq  ticarəti  haqqında»  Konvensiyanın  (CİTES)  iştirakçısı  olan  dövlətlərin 

2004-cü  il  oktyabrın  2-14-də  Tailandın  Banqkok  şəhərində  keçirilmiş  13-cü 

konfransında  qəbul  olunmuş  13.81  nömrəli  Qərarının  müddəalarını  nəzərə  alaraq 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.  «Kökünün  kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı  flora  növlərinin 



beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları» təsdiq edilsin

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.



 

 

 



Azərbaycan Respublikasının Baş naziri

 

A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 7 yanvar 2009-cu il



 

                      № 2

 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər 

   Kabinetinin 2009-cu il 7 yanvar 

       tarixli 2 nömrəli qərarı ilə 

           təsdiq edilmişdir 

 

 



Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora

 

növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi

 

Qaydaları

 

 

 

I. Ümumi müddəalar

 

 



 

1.1. Bu  Qaydalar  Azərbaycan  Respublikasının  qoşulduğu  «Kökünün  kəsilməsi 

təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı  flora  növlərinin  beynəlxalq  ticarəti  haqqında» 

Konvensiyanın  iştirakçısı  olan  dövlətlərin  2004-cü  il  oktyabrın  2-14-də  Tailandın 

Banqkok  şəhərində  keçirilmiş  13-cü  konfransında  qəbul  olunmuş  13.81  nömrəli 

Qərarına  əsasən  Konvensiyanın  həyata  keçirilməsini  təmin  etmək  məqsədi  ilə 

hazırlanmışdır.

 

1.2. Bu  Qaydalar  «Kökünün  kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı 

flora  növlərinin  beynəlxalq  ticarəti  haqqında  Konvensiya»nın  I,  II  və  III,  habelə  bu 

Qaydaların  1  və  2  nömrəli  əlavələrində  qeyd  olunan  yabanı  flora  və  vəhşi  fauna 

növlərinin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətini tənzimləyir.

 

1.3. Bu  Qaydalarda  istifadə  olunan  terminlər  və  anlayışlar  aşağıdakı  mənaları 

ifadə edir:

 


1.3.1. Konvensiya  -  «Kökünün  kəsilməsi  təhlükəsi  olan  vəhşi  fauna  və  yabanı 

flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiya (CİTES);

 

1.3.2. mənşə  ölkəsi  -  bu  və  ya  digər  növün  vəhşi  təbii  mühitdən  əldə  edildiyi, 

doğulduğu,  süni  yolla  yetişdirildiyi  və  ya  artırıldığı  ölkə,  onları  dənizdən 

introduksiya edən ölkə;

 

1.3.3. növ - heyvan və bitkinin istənilən növü, yarım növü və ya onların coğrafi 

mühitə uyğunlaşmış populyasiyaları;

 

1.3.4. derivat - heyvan və bitki növlərinin həyat fəaliyyətinin məhsulları;

 

1.3.5. nümunə  -  Konvensiyanın  I,  II,  III,  habelə  bu  Qaydaların  1  və  2  nömrəli 

əlavələrinə  daxil  edilmiş  canlı  və  ya  cansız  heyvan  və  ya  bitki  növləri,  həmçinin 

müşayiətedici sənədindən, qabından, markirovkasından, etiketindən, yarlığından və 

ya digər asan tanınan əlamətlərindən müəyyən edilən hər hansı heyvan və bitkinin 

hissəsi və ya derivatı;

 

1.3.6. dənizdən  introduksiya  -  nümunələrin  hər  hansı  dövlətin  yurisdiksiyası 

altında olmayan dəniz sahələrindən Azərbaycana gətirilməsi;

 

 



 

1.3.7. beynəlxalq 

ticarət 


dənizdən 

introduksiya 

və 


«Azərbaycan 

Respublikasında  idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»ilə müəyyən 

edilən hər hansı ixrac, təkrar ixrac və idxal;

 

1.3.8. tranzit  -  Azərbaycan  Respublikasının  qanunvericiliyində  xüsusi  olaraq 

nəzərdə  tutulmayan  hallarda  gömrük  orqanlarının  nəzarəti  altında  qalmaqla, 

beynəlxalq ticarətin obyekti olan nümunənin ölkə daxilində daşınması;

 

1.3.9. qeyri-sərbəst  şəraitdə  artırılmış  -  qeyri-sərbəst  mühitdə  cütləşmiş  və  ya 

digər  yolla  qametlərini  ötürmüş  valideynlərdən  qeyri-sərbəst  mühitdə  alınmış  yeni 

nəsil (o cümlədən yumurta);

 

1.3.10.    süni  yetişdirilmiş  -  insan  tərəfindən  nəzarət  altında  toxumlardan, 

çilinglərdən,  şişkinlik  əmələ  gətirən  toxuma  və  hüceyrələrdən,  habelə  zoğlardan 

yetişdirilmiş bitkilər;

 

1.3.11.    inzibati  orqan  -  Konvensiyanın  IX  maddəsinə  müvafiq  təyin  edilmiş 

milli inzibati orqan;

 

13.12. elmi  orqan  -  Konvensiyanın  IX  maddəsinə  müvafiq  təyin  edilmiş  milli 

elmi orqan;

 

1.3.13.    icazə/sertifikat  -  nümunələrin  Azərbaycan  Respublikasının  ərazisinə 

idxalı,  dənizdən  introduksiyası,  habelə  respublikadan  ixracı  və  təkrar  ixracı  üçün 

inzibati orqan tərəfindən verilən sənəd;

 

1.3.14.    şəxsi  əşyalar  və  ya  məişət  predmetləri  -  mülkiyyət  hüququnun  bir 

hissəsi olan və şəxsə məxsus cansız nümunələr, hissələr və derivatlar.

 

1.4. Bu  Qaydalar  Xəzər  dənizinin  Azərbaycan  Respublikasının  suveren 

hüquqları  və  yurisdiksiyası  şamil  olunan  bölməsi  də  daxil  olmaqla,  Azərbaycan 

Respublikasının  bütün  ərazisində,  mülkiyyət  formasından  və  tabeliyindən  asılı 

olmayaraq,  istənilən  fiziki  və  hüquqi  şəxslərə,  Konvensiyanın  I,  II  və  III,  habelə  bu 

Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil edilmiş bütün heyvan və bitki növlərinə, 



onların hissələrinə və derivatlarına, nümunələrin Konvensiya üzvü olan və olmayan 

ölkələrlə beynəlxalq ticarətinə şamil edilir.

 

15. Konvensiya  ilə  müəyyən  edilmiş  şərtlər  bu  Qaydalardan  fərqli  olduqda, 

Konvensiyanın müddəaları tətbiq edilir.

 

16. Bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə müxtəlif heyvan və bitki növlərinin 

daxil edilməsi və ya çıxarılması elmi orqanın rəyi və inzibati orqanın təklifinə əsasən 

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

 

1.7. Bu Qaydalar Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş 

fauna və flora növlərinə şamil edilmir.

 

 



 

II. İnzibati və elmi orqanların səlahiyyətləri

 

 



 

2.1. İnzibati orqan:

 

2.1.1. Azərbaycan  Respublikasının  ərazisində  Konvensiyada  nəzərdə  tutulan 

səlahiyyətləri  icra  edir  və  Konvensiyanın  məqsədlərinin  həyata  keçirilməsini  təmin 

edir;


 

2.1.2. Konvensiya  ilə  müəyyən  edilmiş  qaydada  elmi  orqanın  rəyinə  əsasən 

icazə/sertifikatını  verir  və  ya  verməkdən  imtina  edir,  onlara  zəruri  hesab  etdiyi 

şərtləri  qoyur,  verdiyi  hər  hansı  icazə/sertifikatını  etibarsız  elan  edir,  geri  alır  və 

dəyişdirir;

 

2.1.3. nümunələrin ixracı, təkrar ixracı və idxalı üçün digər dövlətlərin inzibati 

orqanları  tərəfindən  verilmiş  və  istifadə  edilmiş  müvafiq  icazə/sertifikatı  toplayır, 

xətm edir və saxlayır;

 

2.1.4. bu  Qaydaların  1  və  2  nömrəli  əlavələrinə  daxil  edilmiş  növlərin 

qorunması  ilə  əlaqədar  qanunvericiliyin  icrasının  təmin  edilməsi  sahəsində  digər 

müvafiq orqanlarla əməkdaşlıq edir;

 

2.1.5. Konvensiyanın  həyata  keçirilməsi  ilə  əlaqədar  qəbul  edilməli  tədbirlər 

barədə dövlət orqanlarına zəruri tövsiyələr verir;

 

2.1.6. Konvensiyanın,  Konvensiya  tərəflərinin  konfranslarının  qətnamələri  və 

Konvensiya Katibliyinin qərar və tövsiyələrini icra edir;

 

2.1.7. nümunələrin  beynəlxalq  ticarəti  barədə  illik  hesabatlar  hazırlayır  və 

Konvensiya Katibliyinə təqdim edir.

 

2.2. Elmi orqan:

 

2.2.1. nümunələrin ixracının həmin növün həyatı üçün təhlükəli olub-olmaması 

barədə rəy verir;

 

2.2.2. hər  hansı  növün  populyasiya  şəraiti  tələb  etdiyi  hallarda,  həmin  növün 

ixracı  üçün  icazə/sertifikatının  verilməsinin  məhdudlaşdırılması  barədə  inzibati 

orqana tövsiyələr verir;

 

2.2.3. bu  Qaydaların  1  və  2  nömrəli  əlavələrinə  daxil  edilmiş  hər  hansı  növün 

eyniləşdirilməsinə dair əyani vəsait hazırlayır;

 

2.2.4. götürülmüş  nümunələrdən  istifadə  haqqında  qərar  çıxarılması  ilə 

əlaqədar rəy verir;

 


2.2.5. növlərin mühafizəsinə dair istənilən məsələlərlə əlaqədar inzibati orqana 

məsləhətlər verir;

 

2.2.6. Konvensiya  tərəflərinin  konfransının  qətnamələrində  nəzərdə  tutulan 

vəzifələri yerinə yetirir.

 

2.3. İnzibati  orqan  bu  Qaydaların  müddəalarının  həyata  keçirilməsinin  təmin 

edilməsi üçün digər müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edir.

 

2.4. İnzibati  orqanın,  habelə  Dövlət  Gömrük  Komitəsinin,  Dövlət  Sərhəd 

Xidmətinin  və  Azərbaycan  Respublikası  Daxili  İşlər  Nazirliyinin  vəzifəli  şəxsləri 

qarşılıqlı  əməkdaşlıq  etməklə,  bu  Qaydaların  pozulduğu  hallarda,  qanunvericiliyə 

uyğun olaraq aşağıdakıları həyata keçirə bilərlər:

 

2.4.1. bu  Qaydaların  pozulması  ilə  məsuliyyət  yaradan  əməllərin  törədilməsi 

şübhə  doğuran  sənədləri,  obyektləri,  predmetləri  və  s.  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada götürmək;

 

2.4.2. bu  Qaydaların  müddəalarının  pozulması  ilə  saxlanılan  hər  hansı 

nümunənin  yerləşdiyi  güman  edilən  binalara  və  nəqliyyat  vasitələrinə 

qanunvericiliyə uyğun olaraq baxış keçirmək və nümunələrə aid istənilən sənədlərlə 

tanış olmaq;

 

2.4.3. bu  Qaydaların  müddəalarının  pozulması  ilə  daşınması,  əldə  edilməsi  və 

ya alğı-satqı predmeti olması güman edilən nümunələrlə tanış olmaq;

 

2.4.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər tədbirlər görmək.

 

 

 



III. İcazə/sertifikatın verilməsi qaydaları və şərtləri

 

 



 

3.1. Nümunələrin  beynəlxalq  ticarəti  üçün  icazə/sertifikatı  almaq  istəyən  fiziki 

və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana müraciət edirlər.

 

3.2. Müraciətdə  fiziki  şəxslərin  adı,  atasının  adı,  soyadı,  şəxsiyyətini  təsdiq 

edən sənədin surəti, hüquqi şəxslərin  isə tam adı, hüquqi və faktiki ünvanı, telefon 

nömrələri,  habelə  beynəlxalq  ticarəti  nəzərdə  tutulan  nümunələr  barədə  ətraflı 

məlumatlar göstərilməlidir.

 

3.3. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə 

daxil edilmiş nümunələrin ixracı üçün icazə almaq barədə ərizəyə aşağıdakı sənədlər 

əlavə edilməlidir:

 

3.3.1. nümunələrin Azərbaycanın hüdudları daxilində əldə edilməsi (tutulması, 

vurulması,  yığılması)  barədə  təsdiqedici  sənədin  surəti  və  dəyişmə,  alğı-satqı, 

bağışlama, vərəsəlik yolu ilə əldə edilən nümunələrin təbii mühitdən götürülməsinin 

qanuniliyini təsdiq edən sənədlər;

 

3.3.2. Konvensiyanın I, habelə bu Qaydaların 1 nömrəli əlavəsinə daxil edilmiş 

nümunələrin  ixrac  olunacaq  ölkənin  inzibati  orqanı  tərəfindən  həmin  nümunənin 

idxalına verilmiş icazə/sertifikatın surəti;

 

3.3.3. elmi orqanın rəyi;

 

3.3.4. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər;

 


3.3.5. Konvensiyanın  I  və  bu  Qaydaların  1  nömrəli  əlavələrinə  daxil  edilmiş 

nümunələrin  süni  şəraitdə  yetişdirilməsini  (onun  valideynlərinin  2-ci  nəsli  barədə 

məlumatlar göstərilməklə) təsdiq edən sənədlərin surətləri.

 

3.4. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə 

daxil  edilmiş  nümunələrin  Azərbaycan  Respublikasından  təkrar  ixracı  üçün  icazə 

almaq barədə ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

 

3.4.1. nümunələrin  təkrar  ixracına  icazə/sertifikatın  alınması  zamanı  bu 

qaydaların 3.3-cü bəndin 3.3.3-cü yarımbəndindəki elmi orqanın rəyi istisna olmaqla, 

həmin bənddəki sənədlər ərizəyə əlavə edilir.

 

3.5. Konvensiyanın I əlavəsinə daxil edilmiş nümunələrin Azərbaycan ərazisinə 

idxalı üçün icazə/sertifikatın alınmasına dair ərizəyə elmi orqanın rəyi əlavə edilir.

 

3.6. Konvensiyanın  II  və  III  əlavəsinə  daxil  edilmiş  nümunələrin 

idxalına  icazə/sertifikatın verilməsi tələb olunmur.

 

3.7. Nümunələrin  Azərbaycan  ərazisinə  introduksiyası  üçün  icazə/sertifikatın 

alınmasına dair verilən ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

 

3.7.1. elmi orqanın rəyi;

 

3.7.2. baytarlıq və fitosanitar normalara cavab verdiyini təsdiq edən sənədlər.

 

3.8. İcazə/sertifikatı 

almaq 

barədə 


ərizəyə 

əlavə 


edilmiş 

sənədlərdə 

çatışmazlıqlar  və  uyğunsuzluqlar  aşkar  edildikdə,  3  (üç)  iş  günü  ərzində 

ərizəçiyə  yazılı  məlumat  verilir  və  məlumatda  sənədlərdəki  çatışmazlıqlar 

və 

uyğunsuzluqlar 



konkret 

göstərilir. 

Ərizədə 

bütün 


zəruri 

hallar 


göstərilmişdirsə  və  zəruri  materiallar  əlavə  edilmişdirsə,  ərizə  təqdim 

edildiyi  gündən  5  (beş)  gün  müddətində  bu  Qaydaların  tələblərinə  uyğun 

olaraq baxılır və imtina üçün əsas olmadıqda icazə/sertifıkatı verilir.

 

3.9. İcazə/sertifikatın  verilməsindən  imtina  edildikdə,  bu  barədə  ərizəçiyə 

əsaslandırılmış  yazılı  məlumat  verilir.  Ərizəçi  imtina  ilə  əlaqədar  qanunvericiliyə 

uyğun olaraq məhkəməyə müraciət edə bilər.

 

3.10. Konvensiyanın I, II və III və bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə daxil 

edilmiş nümunələrin ticarəti aşağıdakı şərtlərə cavab verdikdə həyata keçirilə bilər:

 

3.10.1. ixrac  və  ya  təkrar  ixracın,  habelə  introduksiyanın  obyekti  olan  canlı 

nümunələrin  Konvensiyanın  canlı  nümunələrinin  daşınması  ilə  bağlı  rəhbər 

prinsiplərinə əməl olunduqda;

 

3.10.2. canlı  nümunələrin  hava  nəqliyyatı  ilə  daşınması  hallarında,  heyvanların 

zədələnməsi,  həyatlarının  təhlükəyə  məruz  qalması  və  ya  onlarla  amansız  rəftar 

riskinin  minimuma  endirilməsini  nəzərdə  tutan  Beynəlxalq  Hava  Nəqliyyatı 

Assosiasiyasının canlı nümunələrin daşınması barədə tələbləri yerinə yetirildikdə;

 

3.10.3. Konvensiyanın  I  və  bu  Qaydaların  1  nömrəli  əlavələrinə  daxil  edilmiş 

növlərin  nümunələrinin  idxalı  və  ya  dənizdən  introduksiyası  kommersiya 

məqsədləri üçün istifadə edilmədikdə;

 

3.10.4. Konvensiyanın  II  əlavəsinə  daxil  edilmiş  hər  hansı  növü  ixrac  edən 

dövlətin  inzibati  orqanı  tərəfindən  ixrac  və  ya  təkrar  ixrac  üçün  icazə/sertifikatı 

verildikdə;

 


3.10.5. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə 

idxalı  zamanı  növü  ixrac  edən  ölkənin  mənsubiyyəti  barədə  sertifikat  təqdim 

olunduqda;

 

3.10.6. Konvensiyanın III əlavəsinə daxil edilmiş növlərin Azərbaycan ərazisinə 

idxalı  zamanı,  əgər  ixrac  Konvensiyanın  III  əlavəsinə  daxil  olunmasını  təklif  etmiş 

ölkədən  həyata  keçirilirsə,  həmin  ölkənin  inzibati  orqanı  tərəfindən  növün  ixrac 

olunmasına verilmiş icazə/sertifikatı təqdim olunduqda.

 

3.11. Konvensiyanın  III  əlavəsinə  daxil  edilmiş  növlərin  ticarəti  üçün  elmi 

orqanın rəyi tələb olunmur.

 

3.12. Bu  Qaydaların  1  və  2  nömrəli  əlavələrinə  daxil  edilmiş  növlərin 

nümunələrinin  beynəlxalq  ticarəti  məqsədi  ilə  icazə/sertifikatın  verilməsi  müvafiq 

olaraq Konvensiyanın  I  və II  əlavələri üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq 

həyata keçirilir.

 

3.13. Konvensiyanın  I  və  II,  habelə  bu  Qaydaların  1  və  2  nömrəli  əlavələrinə 

daxil  olan  və  qeyri-sərbəst  şəraitdə  artırılmış  və  ya  süni  yolla  yetişdirilmiş  bitki  və 

heyvan növlərinin nümunələri beynəlxalq ticarətin obyekti ola bilər.

 

3.14. Konvensiyanın  I  və  bu  Qaydaların  1  nömrəli  əlavələrinə  daxil  edilmiş 

növlərin  qeyri-sərbəst  şəraitdə  artırılan  və  ya  süni  yolla  yetişdirilən  nümunələrinin 

beynəlxalq  ticarəti  Konvensiyanın  II  və  bu  Qaydaların  2  nömrəli  əlavələrinə  daxil 

edilmiş növlər üçün müəyyən olunan qaydada həyata keçirilir.

 

3.15. Nümunələrin  bu  Qaydalara  müvafiq  beynəlxalq  ticarəti  üçün  müəyyən 

edilmiş şərtlər aşağıdakılara tətbiq olunmur:

 

3.15.1. nümunələrin  Azərbaycan  ərazisindən  gömrük  nəzarəti  altında  tranzit 

daşınmasına;

 

3.15.2.    ixrac  və  ya  təkrar  ixrac  edən  ölkənin  inzibati  orqanı  nümunələrin 

Konvensiyanın  və  bu  Qaydaların  şərtlərinin  tətbiq  olunmasından  əvvəl  əldə 

edilməsinə əmin olunduqda;

 

3.15.3. alimlər  və ya  elmi  təşkilatlar  arasında  inzibati  orqan  tərəfindən  verilmiş 

və  ya  təsdiq  edilmiş  yarlıqları  olan  herbari,  digər  konservləşdirilmiş,  qurudulmuş, 

xüsusi  mayedə  qoyulmuş  muzey  eksponatların,  canlı  bitki  nümunələrinin 

mübadiləsi,  müvəqqəti  istifadəsi,  bağışlanması,  habelə  kommersiya  məqsədi 

daşımayan barter hallarına;

 

3.15.4. Konvensiyanın  I  və  bu  Qaydaların  1  nömrəli  əlavələrinə  daxil  edilmiş 

şəxsi və ya məişət əşyalarına (əgər onlar sahibi tərəfindən başqa ölkədə əldə edilərək 

şəxsin (sahibinin) daimi yaşadığı ölkəyə idxal edilmirsə);

 

3.15.5. Konvensiyanın  II  və  bu  Qaydaların  2  nömrəli  əlavələrinə  daxil  edilmiş 

şəxsi  və  ya  məişət  əşyalarına  (əgər  onlar  başqa  ölkənin  vəhşi  təbiətindən  əldə 

edilərək  sahibinin  daimi  yaşadığı  ölkənin  ərazisinə  idxal  edilmirsə  və  nümunənin 

əldə  edildiyi  dövlətin  inzibati  orqanı  onların  ölkədən  ixrac  olunması  üçün 

əvvəlcədən icazə tələb etmirsə);

 

3.15.6. səyyar  sirklər,  heyvanxana,  zooloji  bağlar  və  bitki  sərgilərinə  (əgər 

nümunələr  qəbul  edilmiş  qaydada  inzibati  orqanda  qeydiyyatda  keçmişdirsə  və  ya 

nümunələr  bu  Qaydaların  3.15.2-ci  bəndindəki  kateqoriyaya  aiddirsə,  həmçinin 


inzibati orqan canlı nümunələrin daşınması və onlara qulluq edilən zaman mümkün 

zədələnmələrin,  amansız  rəftarın  və  həyatı  təhlükə  riskinin  minimuma 

endiriləcəyinə əmindirsə).

 

 



 

IV. İcazə/sertifikatın tərtibi

 

 



 

4.1. Konvensiyanın I, II  və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə 

daxil edilmiş növlərin beynəlxalq ticarəti zamanı bu Qaydaların 3 nömrəli əlavəsinə 

uyğun icazə/sertifikatı tərtib edilir.

 

4.2. İcazə/sertifikatı  xüsusi  blanklarda  növlərin  adları  latın  dilində  qeyd 

olunmaqla, Azərbaycan və ingilis dillərində tərtib edilir.

 

4.3. İcazə/sertifikatın  əsli  və  3  nüsxəsi  (surətləri)  olmaqla  tərtib  edilir. 

İcazə/sertifikatın  əsli  ilə  digər  nüsxələrinin  rəngləri  fərqlənir  və  icazə/sertifikatın 

əslinə CİTES-in nömrələnmiş markası yapışdırılaraq bütün nüsxələr inzibati orqanın 

rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Ərizəçiyə icazə/sertifikatın əsli 

və  digər  iki  nüsxəsi  təqdim  edilir.  Gömrük  orqanları  tərəfindən  icazə/sertifikatın 

əslində  və  nüsxələrin  birində  müvafiq  qeydlər  aparılır  və  qeydiyyatı  aparılmış 

nüsxələrdən biri gömrük orqanları tərəfindən götürülür. Üçüncü nüsxə ərizəyə əlavə 

edilmiş sənədlərlə birlikdə müəyyən olunmuş qaydada inzibati orqanda saxlanılır.

 

4.4. İcazə/sertifikatın surətlərinin heç biri əslinin əvəzinə istifadə edilə bilməz.

 

4.5. Nümunələrin hər partiyası üçün ayrıca icazə/sertifikatı tələb olunur.

 

4.6. Bir icazə/sertifikata üçdən artıq növün nümunəsi daxil edilə bilməz.

 

4.7. İcazə/sertifikata əlavə və düzəlişlər edilməsinə yol verilmir.

 

4.8. İcazə/sertifikatı verildiyi gündən aşağıdakı müddətdə qüvvədədir:

 

4.8.1. ixrac və təkrar ixrac üçün icazə/sertifikatı - 6 ay;

 

4.8.2. Konvensiyanın  I  və  bu  Qaydaların  1  nömrəli  əlavələrinə  daxil  edilmiş 

növlərin nümunələrinin idxalı üçün icazə/sertifikatı -12 ay;

 

4.8.3. Konvensiyanın  II,  habelə  bu  Qaydaların  2  nömrəli  əlavələrinə  daxil 

edilmiş  növlərin  nümunələrinin  digər  ölkənin  ərazisindən  ixrac  və  ya  təkrar  ixracı 

barədə  müvafiq  icazə/sertifikat  əsasında  verilən  idxal  üçün  icazə/sertifikat-6  ay 

(müddət ixrac və ya təkrar ixrac sənədlərinin verildiyi gündən hesablanır);

 

4.9. İcazə/sertifikatı  bu  Qaydalarla  müəyyən  edilmiş  müddətlərdə  və  yalnız 

icazə/sertifikatda  göstərilən  şəxslər  tərəfindən  istifadə  edilə  bilər,  digər  şəxslərə 

verilə bilməz.

 

4.10. İcazə/sertifikatı nümunələr ixrac olunmazdan əvvəl alınmalıdır.

 

 



 

V. İcazə/sertifikatın ləğv olunması və ona xitam verilməsi

 

 



 

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə