Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
Bakı şəhəri, 7 yanvar 2009-cu il
№ 2
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2009-cu il 7 yanvar
tarixli 2 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora
növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi
Qaydaları
I. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının qoşulduğu «Kökünün kəsilməsi
təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında»
Konvensiyanın iştirakçısı olan dövlətlərin 2004-cü il oktyabrın 2-14-də Tailandın
Banqkok şəhərində keçirilmiş 13-cü konfransında qəbul olunmuş 13.81 nömrəli
Qərarına əsasən Konvensiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə
hazırlanmışdır.
1.2. Bu Qaydalar «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı
flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya»nın I, II və III, habelə bu
Qaydaların 1 və 2 nömrəli əlavələrində qeyd olunan yabanı flora və vəhşi fauna
növlərinin, onların hissələrinin və derivatlarının beynəlxalq ticarətini tənzimləyir.
1.3. Bu Qaydalarda istifadə olunan terminlər və anlayışlar aşağıdakı mənaları
ifadə edir:
1.3.1. Konvensiya - «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı
flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiya (CİTES);
1.3.2. mənşə ölkəsi - bu və ya digər növün vəhşi təbii mühitdən əldə edildiyi,
doğulduğu, süni yolla yetişdirildiyi və ya artırıldığı ölkə, onları dənizdən
introduksiya edən ölkə;
Dostları ilə paylaş: |