1.3.3. növ - heyvan və bitkinin istənilən növü, yarım növü və ya onların coğrafi
mühitə uyğunlaşmış populyasiyaları;
1.3.4. derivat - heyvan və bitki növlərinin həyat fəaliyyətinin məhsulları;
1.3.5. nümunə - Konvensiyanın I, II, III, habelə bu Qaydaların 1 və 2 nömrəli
əlavələrinə daxil edilmiş canlı və ya cansız heyvan və ya bitki növləri, həmçinin
müşayiətedici sənədindən, qabından, markirovkasından, etiketindən, yarlığından və
ya digər asan tanınan əlamətlərindən müəyyən edilən hər hansı heyvan və bitkinin
hissəsi və ya derivatı;
1.3.6. dənizdən introduksiya - nümunələrin hər hansı dövlətin yurisdiksiyası
altında olmayan dəniz sahələrindən Azərbaycana gətirilməsi;
1.3.7. beynəlxalq
ticarət
-
dənizdən
introduksiya
və
«Azərbaycan
Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»ilə müəyyən
edilən hər hansı ixrac, təkrar ixrac və idxal;
1.3.8. tranzit - Azərbaycan Respublikasının qanunvericiliyində xüsusi olaraq
nəzərdə tutulmayan hallarda gömrük orqanlarının nəzarəti altında qalmaqla,
beynəlxalq ticarətin obyekti olan nümunənin ölkə daxilində daşınması;
1.3.9. qeyri-sərbəst şəraitdə artırılmış - qeyri-sərbəst mühitdə cütləşmiş və ya
digər yolla qametlərini ötürmüş valideynlərdən qeyri-sərbəst mühitdə alınmış yeni
nəsil (o cümlədən yumurta);
1.3.10. süni yetişdirilmiş - insan tərəfindən nəzarət altında toxumlardan,
çilinglərdən, şişkinlik əmələ gətirən toxuma və hüceyrələrdən, habelə zoğlardan
yetişdirilmiş bitkilər;
Dostları ilə paylaş: |