III. İcazə/sertifikatın verilməsi qaydaları və şərtləri
3.1. Nümunələrin beynəlxalq ticarəti üçün icazə/sertifikatı almaq istəyən fiziki
və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana müraciət edirlər.
3.2. Müraciətdə fiziki şəxslərin adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq
edən sənədin surəti, hüquqi şəxslərin isə tam adı, hüquqi və faktiki ünvanı, telefon
nömrələri, habelə beynəlxalq ticarəti nəzərdə tutulan nümunələr barədə ətraflı
məlumatlar göstərilməlidir.
3.3. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə
daxil edilmiş nümunələrin ixracı üçün icazə almaq barədə ərizəyə aşağıdakı sənədlər
əlavə edilməlidir:
3.3.1. nümunələrin Azərbaycanın hüdudları daxilində əldə edilməsi (tutulması,
vurulması, yığılması) barədə təsdiqedici sənədin surəti və dəyişmə, alğı-satqı,
bağışlama, vərəsəlik yolu ilə əldə edilən nümunələrin təbii mühitdən götürülməsinin
qanuniliyini təsdiq edən sənədlər;
3.3.2. Konvensiyanın I, habelə bu Qaydaların 1 nömrəli əlavəsinə daxil edilmiş
nümunələrin ixrac olunacaq ölkənin inzibati orqanı tərəfindən həmin nümunənin
idxalına verilmiş icazə/sertifikatın surəti;
Dostları ilə paylaş: |