VI. Bu Qaydaların pozulması nəticəsində götürülmüş nümunələrdən istifadə
6.1. Konvensiyanın tələblərinə müvafiq olaraq, götürülmüş nümunələr
saxlanılmaq üçün inzibati orqana verilir.
6.2. Məhkəmənin qərarına əsasən və ya elmi orqanın rəyini nəzərə alaraq,
inzibati orqan nümunələr barədə aşağıdakı qərarlardan birini qəbul edir:
6.2.1. sahibinə qaytarılması;
6.2.2. ixrac edildiyi ölkəyə qaytarılması (müvafiq dövlətin Konvensiya üzrə
inzibati orqanı ilə məsləhətləşmələr apardıqdan sonra);
6.2.3. təbii mühitə buraxılması;
6.2.4. canlı nümunələrin qeyri-sərbəst şəraitdə və ya süni olaraq yaradılmış
mühitdə saxlanılması və artırılması, cansız nümunələrin isə saxlanmaq üçün dövlət
və ya bələdiyyə təşkilatlarına, təbiəti mühafizə, elmi, maarifçilik, mədəniyyət və tibbi
məqsədlər üçün əvəzsiz verilməsi;
6.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada satılması (bu Qaydaların 6.2.1-6.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş
qərarların həyata keçirilməsi mümkün olmadıqda);
6.2.6. öldürülməsi və ya məhv edilməsi (canlı nümunələr üçün baytarlıq
nəzarəti orqanlarının rəyi olduqda).
6.3. Nümunələrin
satışı
Azərbaycan
Respublikasının
müvafiq
qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
6.4. Nümunəni alan şəxsə inzibati orqan tərəfindən bu Qaydaların 4 nömrəli
əlavəsində göstərilən formada Şəhadətnamə verilir. Şəhadətnamə nümunənin əldə
edilməsinin qanuniliyini təsdiq edən sənəddir.
Şəhadətnamə nümunənin hər bir nüsxəsinə və ya partiyasına verilir.
6.5. Nümunənin sahibi dəyişdiyi halda, yeni sahib 3 (üç) həftə ərzində əvvəlki
sahibin Şəhadətnaməsini və nümunənin yeni sahibinə verilməsi faktını təsdiq edən
sənədləri inzibati orqana təqdim etməklə öz adına Şəhadətnamə almalıdır.
Nümunənin məhv olduğu (itirildiyi) hallarda onun sahibi 2 (iki) həftə
müddətində bu barədə inzibati orqanı məlumatlandıraraq Şəhadətnaməni
qaytarmalıdır.
'Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna
və yabanı flora növlərinin beynəlxalq ticarətinin
tənzimlənməsi Qaydaları"na
1 nömrəli əlavə
Azərbaycan üçün xarakterik, nadir və kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı
Dostları ilə paylaş: |