IV. İcazə/sertifikatın tərtibi
4.1. Konvensiyanın I, II və III, habelə bu Qaydaların 1 və 2 nömrəli əlavələrinə
daxil edilmiş növlərin beynəlxalq ticarəti zamanı bu Qaydaların 3 nömrəli əlavəsinə
uyğun icazə/sertifikatı tərtib edilir.
4.2. İcazə/sertifikatı xüsusi blanklarda növlərin adları latın dilində qeyd
olunmaqla, Azərbaycan və ingilis dillərində tərtib edilir.
4.3. İcazə/sertifikatın əsli və 3 nüsxəsi (surətləri) olmaqla tərtib edilir.
İcazə/sertifikatın əsli ilə digər nüsxələrinin rəngləri fərqlənir və icazə/sertifikatın
əslinə CİTES-in nömrələnmiş markası yapışdırılaraq bütün nüsxələr inzibati orqanın
rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Ərizəçiyə icazə/sertifikatın əsli
və digər iki nüsxəsi təqdim edilir. Gömrük orqanları tərəfindən icazə/sertifikatın
əslində və nüsxələrin birində müvafiq qeydlər aparılır və qeydiyyatı aparılmış
nüsxələrdən biri gömrük orqanları tərəfindən götürülür. Üçüncü nüsxə ərizəyə əlavə
edilmiş sənədlərlə birlikdə müəyyən olunmuş qaydada inzibati orqanda saxlanılır.
Dostları ilə paylaş: |