3.15. Nümunələrin bu Qaydalara müvafiq beynəlxalq ticarəti üçün müəyyən
edilmiş şərtlər aşağıdakılara tətbiq olunmur:
3.15.1. nümunələrin Azərbaycan ərazisindən gömrük nəzarəti altında tranzit
daşınmasına;
3.15.2. ixrac və ya təkrar ixrac edən ölkənin inzibati orqanı nümunələrin
Konvensiyanın və bu Qaydaların şərtlərinin tətbiq olunmasından əvvəl əldə
edilməsinə əmin olunduqda;
3.15.3. alimlər və ya elmi təşkilatlar arasında inzibati orqan tərəfindən verilmiş
və ya təsdiq edilmiş yarlıqları olan herbari, digər konservləşdirilmiş, qurudulmuş,
xüsusi mayedə qoyulmuş muzey eksponatların, canlı bitki nümunələrinin
mübadiləsi, müvəqqəti istifadəsi, bağışlanması, habelə kommersiya məqsədi
daşımayan barter hallarına;
3.15.4. Konvensiyanın I və bu Qaydaların 1 nömrəli əlavələrinə daxil edilmiş
şəxsi və ya məişət əşyalarına (əgər onlar sahibi tərəfindən başqa ölkədə əldə edilərək
şəxsin (sahibinin) daimi yaşadığı ölkəyə idxal edilmirsə);
3.15.5. Konvensiyanın II və bu Qaydaların 2 nömrəli əlavələrinə daxil edilmiş
şəxsi və ya məişət əşyalarına (əgər onlar başqa ölkənin vəhşi təbiətindən əldə
edilərək sahibinin daimi yaşadığı ölkənin ərazisinə idxal edilmirsə və nümunənin
əldə edildiyi dövlətin inzibati orqanı onların ölkədən ixrac olunması üçün
əvvəlcədən icazə tələb etmirsə);
3.15.6. səyyar sirklər, heyvanxana, zooloji bağlar və bitki sərgilərinə (əgər
nümunələr qəbul edilmiş qaydada inzibati orqanda qeydiyyatda keçmişdirsə və ya
nümunələr bu Qaydaların 3.15.2-ci bəndindəki kateqoriyaya aiddirsə, həmçinin
inzibati orqan canlı nümunələrin daşınması və onlara qulluq edilən zaman mümkün
zədələnmələrin, amansız rəftarın və həyatı təhlükə riskinin minimuma
endiriləcəyinə əmindirsə).
Dostları ilə paylaş: |