Azərbaycan respublikasinin naziRLƏr kabineti Qərar



Yüklə 53 Kb.
tarix25.12.2016
ölçüsü53 Kb.
#2882
növüQaydalar

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Qərar

020

26/01/2006 il

"İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları"nın təsdiq edilməsi haqqında

"İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları"nın təsdiq edilməsi haqqında

"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1.19-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmişdir

İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsinin şərtləri və qaydalarını müəyyən edir.

1.2. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş, azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan və cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olmuş, barələrində məcburi tibbi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələri (İTM) fəaliyyət göstərir.

1.3. Məcburi müalicənin yalnız məhkəmənin qərarına əsasən tətbiq edilməsinə icazə verilir.

1.4. Məcburi müalicədə olan xəstəyə aşağıdakı müalicə planı tətbiq olunur:

1.4.1. ildə bir dəfə rentgen-müayinə;

1.4.2. altı ayda bir dəfə ümumi və kliniki laborator müayinələri;

1.4.3. ildə bir dəfə instrumental müayinələr;

1.4.4. yoluxucu xəstəliklərin müayinəsi (QİÇS, hepatitlər, vəba və s.);

1.4.5. somatik statusun müayinəsi və hər-hansı bir xəstəlik aşkar edildikdə, onun müvafiq qaydada müalicəsini təmin etmək;

1.4.6. ehtiyac olduqda, digər mütəxəssislərin müayinəsindən keçirilməsi;

1.4.7. ilk iki ay ərzində xəstənin vəziyyəti haqqında gündəliklərin 3 gündən bir yazılması. Növbəti bir ay ərzində həftədə bir dəfə, qalan müalicə müddətində ayda bir dəfə yazıla bilər.

2. İTM-də saxlanılan şəxslərin əsas hüquq və vəzifələri

2.1. İTM-də saxlanılan şəxslər bu Qaydalarla müəyyən olunmuş məhdudiyyətlərlə yanaşı, Azərbaycan Respublikası vətəndaşları üçün qanunlarla müəyyən olunmuş hüquq və vəzifələrə malikdirlər.

2.2. İTM-də saxlanılan şəxslər borcludurlar:

mövcud qanunvericiliyin tələblərinə, həmçinin şöbənin daxili nizam-intizam qaydalarına dəqiq və ciddi əməl etməyə;

vicdanla işləməyə və xüsusi müalicə üzrə tibbi heyətin tələblərini yerinə yetirməyə;

əmək intizamına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl etməyə;

əmlaka ehtiyatla yanaşmağa, yaşayış və istehsalat binalarında və İTM-in ərazisində təmizliyi və səliqəni gözləməyə, şəxsi gigiyena qaydalarına əməl etməyə;

nəzakətli olmağa.

2.3. Narkoloji tibb müəssisələrinin rəhbərləri həmin müəssisələrdə işləyən tibbi heyətin və xəstələrlə əlaqədə olan digər şəxslərin narkoloji xəstələr tərəfindən törədilə biləcək təhlükəli hərəkətlərdən mühafizəsini təmin etməyə borcludurlar.

2.4. Məcburi müalicəyə gətirilən xəstəyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun stasionar xəstənin tibbi kartası açılır və müvafiq qaydada doldurulur.

2.5. İTM Səhiyyə Nazirliyinin narkoloji xidmətinə daxildir.

2.6. İTM-də olan şəxslərə müstəsna hallarda, yaxın qohumun ölümü, yaxud həyatı üçün təhlükəli olan ağır xəstəliyi və ya həmin şəxsə və ya onun qohumuna ağır maddi ziyan vurmuş təbii fəlakət zamanı, təbii fəlakət ləğv edildikdən sonra 10 gündən çox olmayaraq, İTM-dən çıxmaq üçün qısamüddətli icazə verilə bilər. Qısamüddətli çıxıb getmə üçün icazə məhkəmə orqanları ilə müdiriyyət tərəfindən İTM-də saxlanılan şəxsin şəxsiyyəti və davranışı nəzərə alınmaqla verilir. Həmin şəxsin İTM-dən kənarda olduğu müddət İTM-də olma müddətinə hesablanır. Gediş haqqı onların özləri və ya qohumları tərəfindən ödənilir.

2.7. Altı aylıq müalicədən sonra əgər müalicə-əmək təsiri müvəffəqiyyətli olarsa, tibbi rəyə əsaslanaraq, şöbədə olan şəxsin müalicə müddəti qısaldılmağa ehtiyac olduqda müdiriyyət tərəfindən lazımi sənədlər məhkəməyə göndərilir və məhkəmə tərəfindən müvafiq qərar çıxarılır.

2.8. İTM-in daxili intizam qaydalarını pozan və ya müalicə- əməkdən yayınan şəxslərə əmək qanunvericiliyində nəzərdə tutulan tənbehlər tətbiq olunur.



2.9. İTM-də və ya oraya qəbul olunanadək törədilmiş cinayətə görə azadlıqdan məhrum olunan şəxslər cəzalarını çəkdikdən sonra məcburi müalicənin yarımçıq qalmış müddətini davam etdirmək üçün İTM-ə göndərilməlidirlər.

3. İTM-in maddi-məişət təminatı, rejimi və müalicə növləri

3.1. İTM- də saxlanılan şəxslər sanitar-gigiyena qaydalarına cavab verən zəruri mənzil- məişət şəraiti ilə təmin olunurlar. İTM-də saxlanılan hər bir şəxsə düşən yaşayış sahəsi 2 kvadrat metrdən az olmamalıdır. Bir otaqda isə 10 nəfərə qədər xəstə yerləşdirilə bilər.

3.2. İTM-də saxlanılan hər bir şəxsə fərdi yataq yeri və geyim ləvazimatı verilir, onlar mövsümə və məişət şəraitinə uyğun geyim, alt paltarları və ayaqqabı ilə təmin olunur, müəyyən olunmuş norma üzrə qida alırlar.

3.3. İTM-də imkan daxilində narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər və narkomanlıq xəstəliyinə düçar olmuş yetkinlik yaşına çatmayanlar bir-birindən ayrı saxlanılırlar. Qadınların məcburi müalicəsi qadın şöbəsində aparılır.

3.4. İTM-ə yeni daxil olan xəstələr məcburi tibbi müalicə xarakterli tədbirlərlə, xəstələrin davranışının korreksiya olunmasına, onların itirilmiş və ya enmiş sosial funksiyalarının bərpa olunmasına (tibbi və sosial readaptasiya) yönəldilmiş tədbirlər kompleksi ilə təmin olunurlar.

3.5. Narkotik asılılıq əleyhinə xüsusi müalicə, yanaşı xəstəliklərin müalicəsi və ümumi möhkəmləndirici müalicə, psixoterapevtik psixoloji və pedaqoji (tərbiyəvi) təsirlər və sosial nəzarət (saxlanma rejimi) məcburi müalicənin komponentləridir. Narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin sosial reabilitasiyası prosesinin təmin olunmasında əmək tərbiyəsinin xüsusi əhəmiyyəti olduğuna görə ictimai faydalı əmək (əmək müalicəsi) məcburi müalicənin ən vacib komponentidir.

3.6. Detoksikasiya, narkotik maddələrdən kəskin fiziki və psixi asılılığın və abstinensiyanın digər əlamətlərinin aradan götürülməsi, ümumi möhkəmləndirici müalicə, qrup psixoterapiyası xəstə İTM-ə daxil olan kimi başlanır və İTM-də saxlanan digər şəxslərdən təcrid olunmaqla, stasionar şəraitdə aparılır.

3.7. Narkotik əleyhinə xüsusi müalicə (sensibilizasiya, şərti-reflektor terapiya) xəstənin yazılı ərizəsinə əsasən aparılır.

3.8. Narkomanlıq xəstəliyinə düçar olmuş xəstələrin psixoterapiyası onların İTM-ə uyğunlaşmasına, anozoqnoziyanın dəf olunmasına, könüllü müalicəsinə xidmət edir. Müalicənin bütün mərhələlərində əsas forma qrup psixoterapiyasıdır. Müalicədən yayınan, xüsusilə, şəxsiyyətin psixopatoloji dəyişikliyi ilə əlaqədar olan xüsusi davranışlı xəstələrə fərdi nəzarət və əlavə psixofarmakorreksiya aparılır.



3.9. Məcburi tədbirlərin tətbiqi zamanı istifadə olunan tibbi üsullar könüllü müalicə üçün müraciət etmiş xəstələrə tətbiq edilən üsullardan fərqlənmir və tibb elminin son nailiyyətlərinə əsaslanır.

3.10. Müalicədən boyun qaçıran narkomanlar barədə səhiyyə, daxili işlər və ədliyyə orqanları mütəmadi olaraq bir-birlərinə müvafiq məlumatların göndərilməsini və ehtiyac olduğu halda bu məsələlərin həllində qarşılıqlı köməklik göstərilməsini təmin edirlər.
Yüklə 53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin