Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə



Yüklə 390,62 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix25.12.2016
ölçüsü390,62 Kb.
#3171
  1   2   3   4   5   6


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında 

yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq 

edilməsi barədə

[1]

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

 



Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinin  və  onun  yanında 

yaradılmış dövlət  agentliyinin  və dövlət  xidmətlərinin  fəaliyyətini  təmin  etmək 

məqsədilə qərara alıram:

[2]

 

1.



  

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə 

təsdiq edilsin (əlavə olunur - əlavə 1).

 

2.



  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 

Meliorasiya  və  Su  Təsərrüfatı  Agentliyi  haqqında  Əsasnamə  təsdiq  edilsin  (əlavə 

olunur - əlavə 2).



[3]

 

3.



  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında Dövlət 



Baytarlıq Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 3).

[4]

 

4.



  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Dövlət 

Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 

4).


 

5.

  



Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Kənd 

Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə 

olunur - əlavə 5).

[5]

 

6.



  

"Bəzi  fəaliyyət  növlərinə  xüsusi  razılıq  (lisenziya)  verilməsi  qaydalarının 

təkmilləşdirilməsi  haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin  2002-ci  il  2 

sentyabr  tarixli  782  nömrəli  Fərmanı  (Azərbaycan  Respublikasının  Qanunvericilik 

Toplusu,  2002-ci  il,  №  9,  maddə  555)  ilə  təsdiq  edilmiş  əlavə  №  2  -  "Xüsusi  razılıq 

(lisenziya)  tələb  olunan  fəaliyyət  növlərinin  siyahısı"nın  10-cu  və  11-ci  bəndlərində 

"Azərbaycan  Respublikasının  İqtisadi  İnkişaf  Nazirliyi"  sözləri  "Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyi" sözləri ilə əvəz edilsin.

 

7.

  



Azərbaycan  Respublikası  Prezidentinin  aşağıda  göstərilən  Fərmanları 

qüvvədən düşmüş hesab edilsin:

 

7.1.


  

"Dövlət  Aqrar  İslahatı  Komissiyasının  yaradılması  haqqında"  Azərbaycan 

Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı;

 

7.2.



  

"Azərbaycan  Respublikası  Dövlət  Aqrar  İslahatı  Komissiyası  haqqında 

Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci 

il 14 aprel tarixli 313 nömrəli Fərmanı;

 

7.3.


  

"Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım 

üzrə  Dövlət  Komissiyasının  yaradılması  haqqında"  Azərbaycan  Respublikası 

Prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli Fərmanı;

 

7.4.


  

"Kənd  təsərrüfatında  özəl  təsərrüfatların  formalaşmasına  yardım  üzrə 

Dövlət  Komissiyası  haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin  2000-ci  il  7 

fevral tarixli 275 nömrəli Fərmanı.

 

8.  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:



 


8.1.

  

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyinin  və  onun 



yanında  yaradılmış  dövlət agentliyinin və  dövlət  xidmətlərinin  işçilərinin  say 

həddini bir ay müddətində müəyyən etsin;



[6]

 

8.2.



  

normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini 

hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

8.3.



  

bu  Fərmanla  ləğv  edilən  Azərbaycan  Respublikası  Dövlət  Aqrar  İslahatı 

Komissiyasının müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına 

Yardım  Agentliyinin  sənədlərinin  və  əmlakının  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin;

 

8.4.



  

Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

9.  Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  bu  Fərmandan  irəli 



gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

 

10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.



 


Yüklə 390,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin