Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət agentliyi və dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə


III. DÖVLƏT XİDMƏTİNİN ƏSAS FUNKSİYALARI



Yüklə 390,62 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix25.12.2016
ölçüsü390,62 Kb.
#3171
1   2   3   4   5   6
III. DÖVLƏT XİDMƏTİNİN ƏSAS FUNKSİYALARI

 

9.   Dövlət  Xidməti  ona  həvalə  olunmuş  vəzifələrə  uyğun  olaraq  aşağıdakı  funksiyaları 



həyata keçirir:

 

9.1.



  

ölkədə  heyvan  xəstəliklərinin  profilaktikası  və  ləğvi  üzrə  tədbirlərin  yerinə 

yetirilməsini təmin edir;

 

9.2.



  

baytarlıq-sanitariya  baxımından  yüksək  keyfiyyətli  heyvan  mənşəli  məhsulların  və 

xammalın istehsalı zamanı baytarlıq tələblərinin gözlənilməsinə nəzarət edir;

 

9.3.



  

ölkəyə  yoluxucu  və  ekzotik  xəstəliklərin  keçirilməsinin  və  yayılmasının  qarşısını 

almaq məqsədilə müvafiq tədbirlər həyata keçirir;

 

9.4.



  

səhiyyə orqanları ilə birlikdə insan və heyvanlar üçün ümumi olan xəstəliklərə qarşı 

tədbirlərin həyata keçirilməsini təmin edir;

 

9.5.



  

heyvanların  xüsusi  təhlükəli  xəstəliklərinin  profilaktikasına  dair  milli  proqramların 

hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

 



9.6.

  

qanunvericiliyə  uyğun  olaraq  dövlət  baytarlıq  nəzarətində  olan  yüklərin  ölkə 



daxilində daşınmasına və tranzitinə, heyvanların, heyvan mənşəli məhsulların və xammalın, 

quş,  balıq  və  arıçılıq  məhsullarının  idxalına  və  ixracına  qanunvericiliklə  müəyyən  edilmiş 

hallarda və qaydada baytarlıq nəzarətini həyata keçirir;

 

9.7.



  

baytarlıq  preparatlarının,  yemlərin  və  yem  əlavələrinin,  hormonların,  bioloji 

stimulyatorların  istehsalına  və  dövriyyəsinə  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

nəzarət edir;

 

9.8. baytarlıq  təbabətinə  aid  təlimat,  göstəriş,  tövsiyə  və  qaydaların  qüvvədə  olan 



qanunvericilik  aktlarına  və  beynəlxalq  normativlərə  uyğunlaşdırılmasına  dair  təkliflər 

hazırlayır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

 

9.9.            heyvanların  xəstəliklərdən  qorunması  üçün  lazım  olan  bioloji  preparatlara, 



ləvazimatlara,  alətlərə,  müalicə,  dezinfeksiyaedici  və  digər  vasitələrə  olan  tələbatı 

müəyyənləşdirir  və  bu  barədə  Azərbaycan  Respublikası  Kənd  Təsərrüfatı  Nazirliyinə 

təkliflər verir;

 

9.10.



 

epizootiya  əleyhinə  tədbirlər  planı  hazırlayır  və  təsdiq  edilmək  üçün  Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;

 

9.11.



 

xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyatını yaradır;

 

9.12.


 

beynəlxalq  ticarətdə  Ümumdünya  Heyvan  Sağlamlığı  (OİE)  və  digər  beynəlxalq 

təşkilatların  tələblərinə  uyğun  öhdəliklərə  və  qaydalara  əməl  edilməsini  səlahiyyətləri 

daxilində təmin edir;

 

9.13.


 

heyvan  xəstəlikləri  ilə  mübarizədə  dünya  baytarlıq  təcrübəsində  qəbul  olunmuş 

müxtəlif vasitələrdən istifadə edilməsini təmin edir;

 

9.14.



 

baytarlıq  sahəsində  fəaliyyət  göstərən  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  ətraf 

mühitin  çirklənməsinin  qarşısını  almaq  və  nəticələrinin  aradan  qaldırılması  istiqamətində 

səlahiyyətləri daxilində tədbirlər görür;

 

9.15.


 

baytarlıq  elminin  inkişafı,  mütəxəssislərin  hazırlanması  və əlavə  təhsili üçün 

səlahiyyətləri daxilində zəruri tədbirlər həyata keçirir; 

[37]

 

9.16.



 

heyvandarlıq obyektlərinin, sallaqxanaların, ət, süd və digər heyvan mənşəli məhsul 

emal  edən  müəssisələrin,  bazarların,  xammal  anbarlarının  baytarlıq  sanitariya  nəzarətini 

həyata  keçirir,  həmin  obyektlərin  tikintisinin  və  yenidən  qurulmasının,  habelə  yerqazma 

işlərinin baytarlıq ekspertizasının aparılmasını təmin edir;

 

9.17.



 

mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq bütün hüquqi 

və fiziki şəxslərə baytarlıq xidmətinin göstərilməsini təşkil edir;

 

9.18.



 

tabeliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  təşkilatların, 

müəssisə  və  idarələrin,  fiziki  şəxslərin  heyvandarlıq,  quşçuluq,  balıqçılıq  və  arıçılıq 

təsərrüfatlarında xəstəliklərə qarşı baytarlıq tədbirlərinin aparılmasına nəzarət edir;

 

9.19.


 

baytarlıq  preparatlarının,  yem  və  yem  əlavələrinin  istehsalı  zamanı  standartlara, 

texniki şərtlərə və baytarlıq tələblərinə riayət edilməsinə, qanunvericiliklə müəyyən edilmiş 

qaydada heyvan xəstəliklərinin profilaktikası və müalicəsi zamanı bioloji, kimyəvi və digər 

baytarlıq preparatlarının istifadə olunmasına nəzarəti həyata keçirir;

 

9.20.



 

başqa  dövlətlərdən  yoluxucu  və  ekzotik  heyvan  xəstəliklərinin  və  törədicilərinin 

ölkəyə  gətirilməsinin  və  yayılmasının  qarşısını  almaq  məqsədilə  müvafiq  baytarlıq 

tədbirlərinin həyata keçirilməsini təmin edir;

 

9.21. Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün 



müvafiq  proqramlar  və  xərc  smetaları  tərtib  edib  Azərbaycan  Respublikasının  Kənd 

Təsərrüfatı Nazirliyinə təqdim edir;

 



9.22.          büdcə  vəsaitinin  istifadəsi  barədə  müəyyən  olunmuş  qaydada  Azərbaycan 

Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat verir;

 

9.23. dövlət  büdcəsi  və  digər  mənbələr  hesabına  alınmış  baytarlıq  preparatlarının 



saxlanmasına (daşınmasına) və istifadəsinə nəzarəti təşkil edir;

 

9.24.



  

müəyyən  edilmiş  hallarda  qanunvericiliyə  uyğun  olaraq  baytarlıq  sahəsində 

beynəlxalq  təşkilatlarda  Azərbaycan  Respublikasını  təmsil  edir  və  onlarla  əməkdaşlığı 

həyata keçirir;

 

9.25.


  

müəyyən  edilmiş  qaydada  baytarlıq  sahəsində  uçot  və  hesabatların  aparılmasını 

təmin edir, heyvanların karantin xəstəliklərinin statistik uçotunu aparır;

 

9.26.



  

qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir.

 


Yüklə 390,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin