Kafedra: neft-qaz geologiyasi müƏLLİM : dos. MƏMMƏdov. H. M geokiMYƏVİ TƏDQİqatlar



Yüklə 0,66 Mb.
səhifə8/14
tarix15.12.2022
ölçüsü0,66 Mb.
#74969
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
C fakepathMühazir l r tam toplu

Biogeokimyəvi göstəricilər: Propan və butan oksidləşdirici bakteriyalar, metanoksidləşdirici abkteriyalar, sulfatsızlaşdırıcı bakteriyalar.
Hidrogeokimyəvi göstəricilər: SO4-2 mq/l, NH4+ mq/l; J, Br, B, benzol, toluol.
Bituminoloji göstəricilər: ÜM-in propan rezonansı göstəricisi, XBA-nın yağlılıq miqdarı; XBA-da komponentlərin struktur göstəriciləri; biomarkerlərin XBA yağlarında paylanma xüsusiyyətini əks etdirən göstəricilər; Bituminor maddələrin morfoloji xüsusiyyətlərini əks etdirən göstəricilər.
Litogeokimyəvi göstəricilər: Ph, EH, elektrik, maqnit göstəriciləri, süxurların istilik-keçirmə qabiliyyətini əks etdirən göstəricilər, Fe süxurunda formalarının nisbəti.
Bu göstəricilər kompleksinin informatikliyi tədqiqat rayonun geoloji-geokimyəvi xüsusiyyətlərindən, yığımların yatım dərinliyindən, onların faza halından asılıdır.
(MÜHAZİRƏ 16)
GEOKİMYƏVİ AXTARIŞ ÜSULLARININ
TƏTBİQ OLUNMA MƏRHƏLƏLƏRİ.

  1. Regional mərhələr – bu mərhələdə geokimyəvi tədqiqatlar aşağıdakı məqsədlə aparılır; iri əyalətlərin və neft-qaz hövzələrinin dayaq kəsilişinin geokimyəvi üsul tipinə görə bölünməsi; regional və zonal anomal geokimyəvi sahələrin seçilməsi; rayonların ayrılması və onlarıda axtarış işləri aparılmasının növbələşdirilməsi və s. Bu tədqiqatlar əsasən neft-qazlılığın proqnozu və neft qaz toplanma zonalarının qiymətləndirilməsi mərhələlərində aparılır.

  2. Proqnoz-rekoqnisləşmə mərhələsi – bu tədqiqatlar axtarış mərhələsində aşağıdakı məqsədlə aparılır: perspektiv tələlər daxilində lokal anomal sahələrin aparılması; obyektlərin seçilməsi və onların axtarış qazmasında hazırlamaq məqsədilə növbələşdirilməsi; Bu tədqiqatlar- qaz, hidrogeokimyəvi və biogeokimyəvi metodlara əsaslanır. Bu üsullarla planalma adətən 1:500000; 1:200000; 1:100000 miqyasında aparılır.

  3. Axtarış- qiymələndirmə mərhələsi – bu mərhələdə tədqiqatlar aşağıdakı məqsədlə aparılır: perspektiv tələlər daxilində lokal anomaliyalı sahələrin təbiətinin qiymətləndirilməsi, dərin quyuların qazılmas yerinin təyini və seçilib-hazırlanmış sahələrin qazmaya verilməsi üçün növbələşdirilməsi.

  4. Detal mərhələ - bu mərhələdə geokimyəvi tədqiqatlar aşağıdakı məqsədlə aparılır: Geoloji kəsilişin neft-qazlılıq və geokimyəvi cəhətdən qiymətləndirilməsi; kəsilişdə neftli-qazlı komplekslərin yerinin və hüdudunun təyini; neftli-qazlı komplekslərin, kollektorların, qeyri-keçirici örtük süxurların qiymətləndirilməsi; flüidərin geokimyəvi xassələri və xüsusiyyətlərinin təyini:

Bu tədqiqatlar- neft və qaz yataqları və yığımlarının axtarış mərhələsində aparılır.



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin