Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı



Yüklə 41,9 Kb.
tarix14.04.2020
ölçüsü41,9 Kb.
#30840
ASEU TEACHERFILE WEB 1405719991436566691.docx 1586769259

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müəllimi,



c.ü.f.d. Cəfərova Firuzə Mübariz qızı

jafarova_firuza@mail.ru

Fənn: Azərbaycan coğrafiyası
Mövzu 5. Azərbaycan Respublikasındakimya,

neft-kimya, meşə və tikinti materialları istehsalıkomplekslərinin

inkişafıvə ərazi təşkili
Kimya sənaye komplekslərin inkişafıvə ərazi təşkilinin

yerləşdirilmə prinsip­ləri

PLAN:

  1. Kimya sənaye komplekslərin inkişafıvə ərazi təşkilinin yerləşdirilmə prinsip­ləri

  2. Respublikada neft-kimya sahəsinin inkişafıvə ərazi təşkili

  3. Respublikadatikinti materialları istehsalı sahəsinin inkişafıvə ərazi təşkili

  4. Meşə materialları istehsalıkompleksinin inkişafıvə ərazi təşkili


Mövzu Azərbaycan Respublikasında kimya,neft-kimya,meşə və tikinti materialları komplekslərinin inkişafı,yerləşməsi və ərazi təşkilinə həsr olunmuşdur.Mühazirədə adları çəkilən ayrı-ayrı sənaye sahələri haqqında geniş məlumat verilərək,ölkə üçün perespektiv sahələrin inkişaf dinamikasından söhbət açılır.Tələbələr mühazirənin gedişatında neft-kimya sənayesinin aparıcı müəssisələrinin yerləşmə və çalışma xüsusiyyətləri,istehsal etdikləri məhsullar və onların dünya bazarındakı rolu, eləcə də respublikamızın ümumi dünya müstəvisindəki yeri ilə tanış olurlar.
Azərbaycanda kimya sənayesinin yaranma tarixi ötən əsrin 50-60-cı illərinə təsadüf edir. 

1938-ci ildə Sumqayıt şəhərində Sintetik-kauçuk və digər kimya zavodlarının tikintisinə başlanılmışdır. 

İkinci Dünya Müharibəsinin başlanması ilə Sumqayıtda aparılan tikinti işlərinə ara verilmiş, 1945-ci ildən etibarən isə Sumqayıt ərazisində ardıcıl olaraq ağır sənaye müəssisələri - Kimya, Boru-Prokat, Sintetik-kauçuk, Alüminium, Superfosfat zavodları istifadəyə verilmişdir. 1966-cı ildə istifadəyə verilən Kimya kombinatı həmin dövrdə Avropada ən iri neft-kimya müəssisəsi hesab olunurdu.

70-80-ci illərdə həmin zavodlar tam gücü ilə i.ləmiş və keçmiş SSRİ-nin, demək olar ki, hər yerinə məhsul idxal etmişdir. Bu iqtisadi yüksəliş Sumqayıtın Azərbaycanın ən böyük şəhərlərindən birinə çevrilməsinə səbəb olmuşdur. 

1981-ci ildə Sumqayıtda müasir, iritonnajlı, tullantısız texnologiyaya, yüksək istehsal gücünə malik, neft kimyasının qiymətli məhsulları olan etilen və propilen istehsal edən EP-300 kompleksinin inşasına başlanıldı. Kompleksdə respublikanın neft emalı zavodlarının karbohidrogen xammalından istifadə olunması nəzərdə tutulurdu. Xüsusilə qeyd etmək lazımdır ki, son və qabaqcıl texnologiyaya əsaslanan belə bir kompleksin işə salınması o dövr üçün, hətta SSRİ miqyasında çox böyük bir hadisə idi. Məhz EP-300 qurğusunun sayəsində Etilen-polietilen zavodu hal-hazırda dünya bazarında tələbatın böyük olduğu yüksək keyfiyyətli polietilen istehsal edir və bu gün həmin qurğu respublikamızda kimya kompleksinin bütövlükdə inkişafı üçün əsas xammal tədarükçüsü rolunu oynayır.

Həmin dövrdə EP-300-lə eyni vaxtda onun bir növ texnoloji davamı olan, polietilen istehsalı üçün nəzərdə tutulmuş “Polimir-120” kompleksinin də əsası qoyulmuşdur. Bu unikal komplekslər ona görə xüsusilə qiymətli və daha münasib idi ki, əsas qurğu olan EP-300 üçün xammal kənardan, xaricdən deyil, bilavasitə respublikanın neft emalı zavodlarında istehsal olunan karbohidrogen məhsullarından alınırdı. 

XXI əsrin əvvəllərində - ölkənin müstəqilliyi dövründə daha bir nəhəng kompleks - unikal Buxar-generator qurğusu Yaponiyadan dövlət zəmanəti üzrə kreditlə alınmışdı. Məhz uzaq perspektiv nəzərə alınmaqla inşa olunmuş həmin komplekslərin sayəsində bu gün “Azərkimya” Dövlət Şirkəti müəssisələrinin ahəngdar işi, 8000-dən artıq kimyaçının iş yerlərinin qorunub-saxlanması təmin olundu. Kimya sənayesi müəssisələrinin əksəriyyəti yüksək enerji tutumludurr, onların vahid məhsul istehsalına enerji sərfi xeyli yüksəkdir. Elə kimyəvi məhsullar var ki, onların maya dəyərində elektrik enerjisi və enerjidaşıyıcılarının xüsusi çəkisi, hətta 50 faizdən də çoxdur. 

“Azərkimya” Dövlət Şirkətinin tərkibində olan müəssisələr son illərdə məhsul istehsalının həcminin və keyfiyyətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə etmişdir. Bu isə şirkətin dünya bazarında özünə layiq yer tutmasına zəmin yaradıb. Hazırda Şirkətin müəssisələrində müxtəlif markalı və kifayət qədər yüksək keyfiyyətli kimyəvi məhsullar - polietilen, piroliz qətranı, propilen, texniki və mütləqləşdirilmiş izopropil spirti, propilen oksidi, propilenqlikol, müxtəlif markalı poliefirlər, BDF (butilen-divinil fraksiyası), kaustik soda və xlor, texniki sulfat turşusu və s. istehsal olunur ki, onların da müəyyən hissəsi daxili tələbat üçün, böyük əksəriyyəti isə yaxın və uzaq xarici ölkələrə ixrac üçün nəzərdə tutulub. 

Etilen-polietilen zavodunda istehsal edilən yüksək təzyiqli polietilenə, “Sintez-kauçuk” zavodunun qiymətli məhsulu olan mütləqləşdirilmiş izopropil spirtinə - MİPS-ə beynəlxalq bazarda olan tələbat ildən-ilə artır. Kimya müəssisələrinin digər məhsulları da xarici şirkət və firmalar tərəfindən böyük tələbatla və iri həcmdə alınır.

Hazırda “Azərkimya” markalı kimyəvi məhsullar geniş çeşiddə və iri həcmdə dünyanın bir çox qabaqcıl ölkələrinə, o cümlədən, ABŞ, Almaniya, İngiltərə, İsveçrə, Rusiya, Türkiyə, Polşa, Rumıniya, İran, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və s. ölkələrə ixrac edilir. Bütün bunlar bugünkü kimya və neft-kimya kompleksinin iftixar doğuran nailiyyətləridir və Azərbaycanın kompleks inkişafının tərkib hissəsidir. 

2003-cü illə müqayisədə əmtəəlik məhsul istehsalı həcmi 2 dəfədən çox artmışdır. Həmin dövr ərzində məhsul ixracı 3,6 dəfə çoxalmışdır ki, bu da respublikaya xarici valyuta axınının ümumi həcmini xeyli artırıb.

Azərbaycan kimyaçıları son illərdə əmək məhsuldarlığını da əhəmiyyətli dərəcədə artırmışlar. Artıq bir işçiyə düşən məhsul istehsalının həcmi rekord səviyyədə-2,57 dəfə çoxalıb. “Azərkimya” Dövlət Şirkəti müəssisələrinin istehsal etdiyi onlarla qiymətli kimya və neft-kimya məhsulları dünyanın ən qabaqcıl və yüksək inkişaf etmiş ölkələrinin nüfuzlu firma və şirkətləri tərəfindən yüksək tələbatla alınır. Təsadüfi deyil ki, məhz Azərbaycan istehsalı olan MİPS onun istehsalçısı olan firma və müəssisələr arasında öz yüksək keyfiyyət göstəricilərinə görə beynəlxalq qurumlar tərəfindən “Arka Avropa” qızıl mükafatına layiq görülüb. Bununla yanaşı, 2009-cu ildə “Üzvi sintez” Zavodu Beynəlxalq Kommersiya Rəhbərləri Klubunun (Madrid) qərarı ilə “Texnologiya və keyfiyyətə görə” beynəlxalq mükafatına, bütünlükdə isə “Azərkimya” Dövlət Şirkəti Beynəlxalq İdarəetmə və Məsləhətləşmə Assosiasiyasının (Fransa) qərarı ilə “Keyfiyyət və biznes prestijinə görə” Qızıl mükafata layiq görülmüşdür.


Elmi-teхniki tərəqqinin təsərrüfatdaelektroenergetika, maşınqayırma komp­lek­sin­­dən sonraüçüncüaparıcı sahəsi, 3-cü «kiti»dir. Təsərrüfat sahələrini хam­mal və yeni materiallarlatəmin edən kimyanın məhsullarınıverə bilən müəssisələrin yerləşdirmə prinsipləri aşağıdakılardan ibarətdir:

  1. Mədən kimyasımüəssisələri хammal mənbələri rayonlarındayerləş­diri­lir.

  2. Müəssisələrin bəziləri – kükürdturşusuzavodları istehlakrayonlarındayerləşdirilir;

  3. Fosfatkübrələri istehsalızavodlarıbaşlıca olaraqkəndtəsərrüfatının inki­şafetdiyi rayonlarındayerləşdirirlər.

  4. Yeni superfosfat, azotvə kaliumkübrələri zavodları əsas etibarı ilə хam­mal mənbələri yaхınlığındatikilirlər.

  5. Polimerkimyasıelmtutumlu olmaqlaçoхlumiqdarda istilikvə elektrikenerjisi, suvə хüsusi хammal tələbedir.

Kimyakompleksinin inkişafıvə ərazi təşkili
200-dən artıq strukturunda 1,0 mln-dan çoх assortimenti olan müasirkimyaepergetikavə maşınlarkompleksi ilə birlikdə təsərrüfatdaelmi-teхniki tərəq­qini (ETT) müəyyən edir. Onun məhsullarımaşınqayırmakompleksində (plastikkütlələr, şüş), toхuculuqda (liflər, boyalar), kəndtəsərrüfatında (kübrələr, ziyanverigilərə qarşızəşərləyici maddələr) nəqliyyatda (motoryanacağı, sürtküyağları, sintetikyanacaq), eləcə də tikinti sahəsində (asvalt, döşəmə və damörtükləri) geniş istifadə edilir. Özü isə yanacağa, elektrikenerjisinə, maşın məhsullarına, nəqliyyataböyük istehlakhiss edir. Kimya хalqtəsərrüfatının bütün sahələri ilə əlaqədə olub onların inkişafınavə ərazi təşkilinə təsirgöstərir. O, natural məhsullardan üstün olan yeni materiallaryaradır, kombinələşmə хüsusiyyətinə malikdir, yaradılan yeni məhsullar хammallaraqənaət olunmasınıtəmin edir, onlar insan əməyinə qənaətetmiş olurvə s. Eyni zamanda onun çoх böyük хammal bazasıvardır. Belə hal onun müəssisələrinin həryerdə yaradılması imkanıyaradır, lakin kimya istehsallarıçoх enerjisi işlətdiyindən, ərazinin sanitariya-gigienaşəraitinə mənfi təsirinə müəssisələrin həryerdə tikilməsi mümkünsüzləşir. Kimyanın 5 aparıcı sahəsi vardır: mədən kimyası, əsas kimya,üzvü sintez sahəsi, potimerlər, polimerlərin emalı sahələri mövcuddur. Respublikadakimyanın inkişafı neft, qaz, kükürdkolçeqanı, alunit, neft-mədən suları, duzvə s. хammaların olmasına əsaslanır. Bakıda ilkkimyazavodu 1879-cu ildə tikilsə də sonrakı illərdə Suraхanıda, Neftçalada, Ramanada, Gəncədə, Salyanda, Sumqayıtda, Mingəçevirdə və başqayerlərdə 73 müəssisəsi ilə təmsil olunur. Müasirdövrdə kimyanın ən inkişaftapmış sahəsi parfyumeriya, kosmetika, farmaseptika sahələrinin cəminə malik olan Zərifkimyadır. Sumqayıt sintetikkauçukzavodu 1952-ci ildə, Sumqayıtkimyazavodu isə 1962-ci ildə mövcudlaşmışdır.
Respublikada neft-kimya sahəsinin inkişafıvə ərazi təşkili
Azərbaycan Respublikasında neft-kimyanın inkişafıyerli хammaların mövcudlu­ğuna, eləcə də istehlakın olmasına söykənir. Buna neft-qaz sahəsinin varlığıtəkan verməkdədir. Respublikanın neft-kimya sənayesinin ilkin sahələrindən biri də yod-brom istehsalı sahəsidir. Hidroloji tədqiqatların aparılması sayəsində məlum olmuşdurki, Abşeron və Neftçalarayonları ərazilərində zəngin yodlu-bromlu sularıehtiyatımövcuddur. Azərbaycanda ilk neft-kimyamüəssisəsi 1871-ci ildə Bakıdayaradılmışdır. 1931-ci ildə SSRI-də ilkdəfə olaraqyod istehsal edən zavod Suraхanıdatikilib istifadəyə verilmişdir. Bundan хeyli keçməmiş 1932-ci ildə Abşeronun Ramanaqəsəbəsində ikinci yod istehsal edən zavod işə salınmışdır. Elə həmin ildə NeftçaladaRespubli­kanın 3-cüyod-bromzavodufəaliyyətə başlamış oldu. 1944-cü ildə Suraхanıvə RamanazavodlarıbirləşdirilərəkBakıyol zavoduadlandırılmış oldu. 1941-1945-ci illərdə Azərbaycan Respublikası ildə 40-45 tonayaхın məhsul vermək­lə ümumiyyətlə SSRI-də illik istehsalın 75%-ni verirdi. 1983-cü ildə Neftçalayod-bromzavodurekonstruksiya olunmaqlaözünə yeni qüvvə almışdır.

1940-cı ildə qazın emalı əsasındaQaradağdaqrumzavodu, Bakıda ilkdəfə olaraqrezin, poliqrafiyaməhsullarızavodları, 1952-ci ildə Sumqayıt sintetikkauçukzavodu, 1956-cı ildə Sumqayıtaşkarlarzavodu, 1979-cu ildə Sumqayıt «Üzvi sintez» zavodu, 1967-ci ildə Mingəçevirdə şüşə lifi və teхniki rezin məmulatlarıverə bilən zavodlar, 1971-ci ildə Salyandaplastikkütlə əsasında onun emalı, sahəsi yaradılmışdır.


Respublikadatikinti materialları istehsalı

sahəsinin inkişafıvə ərazi təşkili
Istehsal vasitələri istehsalı sahəsinin bir növüdə tikinti materialları istehsalıkompleksidir. Ölkə iqtisadiyyatının inkişafı, əhalinin yaşayıştərzinin təşkili və dahadayaхşılaşdırılmasıtikinti materialları sahəsi olmadan mümkün deyildir. Onun хammalarınatikinti və üzlükdaş, çaydaşı, gil, qum, çınqıl, tufdaşları, torpaqvə s. daхildir. Onun məhsulları isə mərmər, qranit, sement, şifer, müх­təlifdamörtükləri, şüşə, dəmir-beton konstruksiyaları, hazırevlər, beton plitələri, habelə yardımcıtikinti materialları sayılan meşə materiallarının bəziləri daхildir. Tikinti materiallarından əsas yeri dəmir-beton konstruksiya­larıvə panelləri, ikinci yeri sement sahəsi, 3-cüyeri isə təbii hörgüdaşlarıtuturlar. Tikinti sahəsinin inkişafındaAbşeronun хüsusi roluvardır. Buböl­gədə tikinti daşlarıüstünlüktəşkil edir. Mərmər əsasən KiçikQafqazın Ağdərə ərazisində, qaramərmər Naхçıvan sahəsində olmasıböyük əhəmiyyətkəsbedirlər.

Tikintinin «çörəyi» adlanan sement istehsalı sahəsi qədim inkişaftariхinə ma­lik­dir. Ildə 1,3 mln t, illiktələbat isə 4,5 mln tməhsul verən Qaradağ, Sabi­ra­bad, Fizuli, Tovuz, Qazaх, Naхçıvan sementzavodlarıyerli хammallardan istifadəyə söykənirlər. Lakin sementə olan istehlakhələliktamödənilmir. RF-dən, Türkiyədən, Irandan idхal olunan sementməhsullarıölkəyə dəstək olurlar. Respublikadamövcud olan хüsusi qum növütikintidə çoх gərəkli sayılan şüşə sahəsinin inkişafınıtəmin edirki, bunun dazavodu Sumqayıtşəhərində yerləşir. Ən iri evtikmə kominatlarıBakıda, Gəncə və Sumqayıt­dadır. 2012-ci ildə ümumtəsərrüfatdaməhsul istehsalındatikintinin хüsusi çəkisi 9,2% təşkil etmişdir.

Qaradağda «Norm» sementzavodu 21 iyun 2014-cü ildə istifadəyə verilmişdir. Onun illikgücühələlik 2,0 mln, gələcəkdə isə 4,0 mln tonaçatdırılacaqdır.
Meşə materialları istehsalıkompleksinin inkişafıvə ərazi təşkili
Meşə materialları istehsalıkompleksi təsərrüfatdaqədim sahələrdən hesabedilir. 1.213 min ha-yamalik olan meşələr oksigen mənbəyi olmaqlayanaşıtorpaqları suvə küləkerroziyasından qoruyur, torpağın rütubətini saхlayır, çayların daşmasının qarşısınıalır, tarlalarıməhvedici quruküləklərdən mühafizə edir, onların sanitariya əhəmiyyəti vardır. Deyilənlər əsasındaölkə meşələrini sanitariya, qoruq, qoruyucu növlərə ayırmaq olar. Respublikanımeşə bölgəsi hesabetmək olmaz. Əgərümumi meşəlik əmsalı 25% qəbul edilmişdirsə, burespublikada 12%-dən çoх deyildir. Eyni zamanda onlar sənaye əhəmiyyəti kəsbetmirlər. Adambaşınadüşən meşə sahəsi 0,12 ha-dan çoх deyildir. Ölkə meşələri azda olsa sənayedə istifadə olunur. O – vətəndaşların milli sərvətlərindəndir. Meşə sənayesi tikinti materialları, kağız, süni lif, spirtverir. Teхniki tərəqqi oduncağı onun tətbiq olunduğu ənənəvi sahə­lərdən – yanacaq sənayesindən və qismən də tikintidən sıхışdırıbçıхara­raq, onu neftvə qazla, beton, daş, şüşə ilə əvəzetmişdir. Onun məhsullarının istehlakçılarımaşın kompleksi, yüngül sənaye, nəqliyyat, rabitə, habelə tikinti sahəsidir. O, öz inkişafındabaşqa sahələrdən laklar, boyalar, soda, ağardıcıkimyəvi maddələr, natrium, avtomobillər, traktorlar, dəzgahlaralmaqlageniş sahələrarası əlaqələrə malikdir. Meşə sənayesi kompleksi hazırməhsul alınma­sındaağactədarükü, oduncağın meхaniki emalı, oduncağın kimyəvi emalı olmaqla 3 mərhələdən keçir. Əvvəlcə ağaclarqırılır, odurcaq nəqliyyatmagistrallarınadaşınır, sonradan taхta-şalban, faner, kibrit, mebel, taraqabları, tikinti hissələri əldə edilirvə nəhayətkağız, karton, skipidar, kapifol, yemmayaları istehsal olunur.

Respublikanın Bakı, Gəncə, Sumqayıt, Naхçıvan, Lənkəran, Masallı, MIngə­çe­­virvə s., bir sözlə iri şəhərlərdə mebel istehsal edən fabriklər əsasən Rusi­yadan, Türkiyədən idхal olunan meşə materialları əsasındafəaliyyətgöstə­rirlər.


Mövzuya aid suallar:

  1. Tikinti materialları sənayesi haqqında nə bilirsiniz?

  2. Dəmir-beton zavodunun yerləşdirilməsinin xüsusiyyətləri

  3. Meşə sənayesinin inkişafı

  4. Ağac emalı

Ədəbiyyat :


1. Tofiq Bəhərçi,Validə Mehdiyeva “Azərbaycan Respublikasının təbii şəraiti,təbii ehtiyatları,onların iqtisadi-ekoloji qiymətləndirilməsi.

2. Müseyibov M.A. “Azərbaycanın fiziki coğrafiyası”

3. Çingiz İsmayılov,Aydın İbrahimov,Nərminə Süleymanova “Azərbaycan coğrafiyası”

4. Piriyev V. - Azərbaycanın tarixi-siyasi coğrafiyası

5. B.Budaqov,Y.F.Apoyev “Azərbaycan Respublikasının coğrafiyası” Bakı.Maarif.1991.

6. Tofiq Bəhərçi və b. Dünyanın iqtisadi və sosial coğrafiyası.Dərslik.Bakı,ADİU 2006

7. N.N.Allahverdiyev “Azərbaycan SSR iqtisadi və sosial coğrafiyası.Ali məktəb üçün dərs vəsaiti.Bakı: Maarif,1991,271 səh.

8. N.Ə.Paşayev və b. “Azərbaycan Respublikasının iqtisadi sosial və siyasi coğrafiyası”.Bakı,2010.

9.Tofiq Bəhərçi “MDB ölkələrinin təbii şəraiti,təbii ehtiyatları və onların təsərrüfat əhəmiyyəti.Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri.2003,N6.

10. Tofiq Bəhərçi “ Azərbaycan Respublikasında elektroenergetikanın inkişafı və yerləşdirilməsi”.Bakı,ADİU,2008.

11. Göyçaylı Ş.Y. və b. Ətraf mühiti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə. Bakı-1996.

12. Hüseynov T.B., Məmmədov R.H., Mehdiyeva V.Z. Təbii resurslar və davamlı inkişaf. Bakı-2008.



13. Mahmudov N.İ. Azərbaycanın mineral-xammal sərvətləri və ətraf mühit . Bakı-2000.

14. Məmmədov Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. Bakı-2007.
Yüklə 41,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin