Kİtabxanasinda olan kitablarin biBLİoqrafiK – İnformasiya göSTƏRİCİSİ



Yüklə 7,93 Mb.
səhifə1/13
tarix31.01.2017
ölçüsü7,93 Mb.
#7195
  1   2   3   4   5   6   7   8   9   ...   13
Təsdiq edirəm:

Azərbaycan Dövlət Pedaqoji Kollecinin

direktoru, professor Nurlana Əliyeva _________

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ KOLLECİNİN
KİTABXANASINDA OLAN KİTABLARIN
BİBLİOQRAFİK – İNFORMASİYA GÖSTƏRİCİSİ

2014/2015
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ KOLLECİNİN
K İ T A B X A N A S I




KİTABLARIN
BİBLİOQRAFİK – İNFORMASİYA GÖSTƏRİCİSİ
2014/2015

BAKI -2014

Azərbaycan Dövlət Pedaqoji Kollecinin kitabxanası

Kitabların biblioqrafik-informasiya göstəricisi oxucular arasında yeni ədəbiyyatı təbliğ etmək məqsədi ilə tərtib olunmuşdur. Təqdim edilən ədəbiyyatlar əlifba sırası ilə və dillər üzrə düzülmüşdür. Sonda köməkçi aparat kimi müəlliflərin əlifba göstəricisi, sərlövhə göstəricisi və kitabları çap edən nəşriyyatların siyahısı verilmişdir.



Kitabxananın perspektivi

Hal-hazırkı yeni texnologiyalar dövründə kitabxanalar öz fondlarında müxtəlif sənədlər saxlamaqla yanaşı, həmçinin öz yeni biblioqrafik resurslarını da yaradırlar.

Göstərmək lazımdır ki, kitabxanada biblioqrafik fəaliyyət gənc oxuculara informasiya təlabatını ödəməyə yönəldilmişdir. Kitabxana təcrübəsində məlumdur ki, informasiya təlabatı insan fəaliyyətinin simvoludur və bu fəaliyyət lazım olan informasiyanın axtarışına yönəlmişdir. Bununla əlaqədar kitabxana öz oxucularının informasiya təlabatının öyrənilməsinə böyük diqqət göstərir. Sənədlərin analizi, müxtəlif sorğular, müsahibələr, oxucu kartockaları ilə iş, gənclərin profesional maraqları, onların öz aralarında informasiya mübadiləsi bacarıqlarını öyrənmək “Yeni kitabların informasiya – biblioqrafik göstəricisi” ni çap etməyi ön plana çəkmişdir. Nəticə olaraq bu biblioqrafik resurs meydana gəlmişdir.

Vəsait oxucular arasında ədəbiyyatı təbliğ etmək, biblioqrafik vəsaitlərdən istifadə etməyi aşılamaq üçün həm oxucular, həm də kitabxanaçılar üçün ən operativ bir mənbədir. Vəsait həmçinin gənc oxucular arasında yeni ədəbiyyatın seçilməsi, mütaliə mədəniyyəinin inkişafına müstəsna kömək göstərmək məqsədi daşayır.

Göstərici özündə Azərbaycan dilində olan bədii, elmi, tarixi, tərcümə ədəbiyyatlarını toplayır. Xüsusilə rus dilində olan ədəbiyyat gənclərimizi rus ədəbiyyatı ilə tanış edir, rus ədəbiyyatı vasitəsilə xarici müəlliflərin əsərlərini oxuculara çatdırır.

Göstəricidə ədəbiyyatlar DÜST 7.1-2003 standartlarına əsasən təsvir edilmişdir.

Əlavə olaraq həm oxucular, həm də kitabxanaçıların təlabatını nəzərə alaraq rəsmi sənəd – “Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” öz əksini tapmışdır. Bu proqram göstərir ki, artıq kitab və kitabxana işi dövlət siyasətinin prioritetlərindən biridir və dövlətimizin daim diqqət mərkəzindədir.

Vəsaitdə olan çatışmamazlıqlar haqqında mütəxəssislərdən məsləhət almaq bizi sevindirərdi.




Azərbaycan dilində


1.

894.361-dc

(21 Aze)

Mikayıl Müşfiq. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 352 səh.

Аnnotasiya: Müşfiqin gözəl hiss, axıcılıq və məna zərifliyi ilə zəngin, dilə-dodağa yatan, tez də yadda qalan şeirlərini çoxu nəğmədən seçilmir. Müşfiq ədəbiyyat tariximizdə də, xalqımızın yaddaşında da, hamımzın qəlbində də 30 yaşlı çılğın, romantik, xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Ömrümüzün hər çağında alovlu şairin billur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcək, amma icəri dünyamızda daima onun tük ürpədici harayını eşidəcəyik.

2.

170-dc 21

Qabusnamə. Bakı, “Şərq-Qərb”, 2006, 216 səh.

Аnnotasiya: Qədim Şərq ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətinnən bəhs edir.

3.

398.2’094754-dc

(21 Aze)

Azərbaycan dastanları. 5 cilddə.

1-ci cild. Bakı “Lider nəşriyyat”, 2005, 392 səh.

2-ci cild. Bakı, “Lider nəşriyyat”, 2005, 448 səh.

3-cü cild. Bakı, “Lider nəşruyyat” 2005, 328 səh.

4-cü cild. Bakı, “Lider nəşriyyat” 2005, 464 səh.

5-ci cild. Bakı, “Lider nərşriyyat” 2005, 344 səh.

Аnnotasiya: Azərbaycan şifahi xalq ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Elimizin söz sənətini onlarsız düşünmək sadəcə olaraq mümkün deyil. Həm xalqın mübarizələrlə dolu keçmişini, həm də ayrı-ayrı əsərlərdə bədii təfəkkür tərzini öyrənmək baxımından dastanlar geniş xalq kütləsinin canlı tarixidir.

4.

398.2’0947- dc (21 Aze)

Azərbaycan nağılları. Beş cilddə.

1-ci cild. Bakı, “Şərq-Qərb”, 2005, 360 səh.

2-ci cild. Bakı, “Şərq-Qərb”, 2005, 296 səh.

3-cü cild. Bakı, “Şərq-Qərb”, 2005, 296 səh.

4-cü cild. Bakı, “Şərq-Qərb”, 2005, 336 səh.

5-ci cild. Bakı, “Şərq-Qərb”, 2005, 304 səh.

Аnnotasiya: “Biri vardı...biri yoxdu”....möcüzəsi əsrlərdən-əsirlərə, nəsillərdən-nəsillərə kecmiş, dildən - dilə, yaddaşdan-yaddaşa köçə-köçə milyon-milyon insan ömrünü yaşayaraq bügünümüzədək gəlib çatmışdır. Əbədi gözəlliyə qovuşmaq istəyindən doğulan , şirin-şəkər dillərdə yaşaya- yaşaya şirinləşən, yüzilləri adladıqca daha da cilalanan söz-fikir incilərimiz –nağıllar yenə də insanları öz işığına toplayır.

5.

894.361008-de (21 Aze)

XIX əsr Azərbaycan şeri antologiyası. Bakı, “Şərq-Qərb”, 2005, 424 səh

Аnnotasiya: Qədim və spesifik mənəvi mədəniyyətlərin bir coxunun öz saflığını və büllurluğunu itirdiyi XIX əsr Azərbaycanın bədii mədəniyyəti tarixində ideya-estetik nailiyyətləri ilə secilən bir mərhələdir. Klassik irsin yaşarı ənənələri zəminində inkişaf edən ,eyni zamanda bədii keyfiyyətlərinə görə özünəməxsus bir hadisə olan,təzə,orijinal ədəbi forma və janrlarla zəngin XIX yüzil Azərbaycan ədəbiyyatında bununla yanaşı aparıcı yeri qədim və orta əsrlərdə olduğu kimi, hələ ki yenə poeziya tutur. Lakin onun yeni istiqamətdə inkşafını artıq əsrin əvvəllərində ictimai-siyasi və mədəni həyatda baş vermiş mühüm dəyişikliklər şərtləndirir.

Təqdim olunan “XIX əsr Azərbaycan şeri antologiyası”nda həmin dövrdə yaşayıb-yaratmış 60-dan artıq şairin əsərlərindən seçmələr toplanmışdır. Nümunələr tarixi-xronoloji prinsip əsasında düzülmüşdür.



6.

894.361008-dc (21 Aze)

XX əsr Azərbaycan şeri antologiyası. (1905- 1920-ci illər). Bakı, “Şərq-Qərb”, 2005, 432 səh.

Аnnotasiya: Çoxəsrlik ədəbiyyatımızın köklü ənənələri zəminində yaranıb inkşaf edən 1905-1920-ci illər Azərbaycan şerinin poetik mənzərəsinə uyğun olaraq oxuculara təqdim olunan bu kitabda XX əsr poeziyamızın görkəmli nümayəndələrindən Sabirin və onun ədəbi məktəbinə mənsub satiriklərin yaradıcılıq nailiyyətləri əhatə edilir, romantik şairlərin poetik irsindən nümunələr verilir. Yazılma tarixinə görə xronoloji ardıcıllıqla düzülmüş nümunələr dövrün poeziyasının mövzu, ideya və surətlər aləmi, həmçinin bədii sənətkarlıq xüsusiyyətləri barədə dolğun təsəvvür yaradır.

7.

894.3611-dc (21 Aze)

Mustafa Zərir. Yusif və Züleyxa. Bakı, “Şərq-Qərb”, 2006, 128 səh.

Аnnotasiya: XIII-XIV əsrlərdə Azərbaycan dilində meydana gələn ilk yazılı abidələrimizin mövzusu əsasən Qurani-Kərimdəki Yusif və Züleyxa qissəsindən götürülmüşdür. Şərqi Anadoluda yaşayıb-yaratmış Azərbaycan şairi Mustafa Zərir də bu mövzunu hicri 768-ci (miladi 1367-ci ) ildə nəzmə çəkmişdir.Abidənin orijinalı İstanbul Universitetinin kitabxanasında saxlanılır. Əsərin geniş oxucu kütləsinin sərancamınına təqdim etdiyimiz varianti ilk dəfə Bakıda 1991-ci ildə “Elm” nəşriyyatında işıq üzü görmüş elmi mətni əsasında hazırlanmışdır. Kitabın ön sözü mərhum alimimiz Şaməddin Xəlilovun tədqiqatı əsasında yenidən işlənmişdir.

8.

398.2-dc 22

Ərəb nağılları. Min bir gecə. Səkkiz cilddə.

I cild. Bakı, ”Şərq-Qərb”, 2007, 344 səh.

II cild. Bakı, ”Şərq-Qərb”, 2007, 352 səh.

III cild. Bakı, ”Şərq-Qərb”, 2007, 336 səh.

IV cild. Bakı, ”Şərq-Qərb”, 2007, 408 səh.

V cild. Bakı, ”Şərq-Qərb”, 2007, 392 səh.

VI cild. Bakı, ”Şərq-Qərb”, 2007, 432 səh.

VII cild. Bakı, ”Şərq-Qərb”, 2007, 384 səh.

VIII cild. Bakı, ”Şərq-Qərb”, 2007, 352 səh.

Аnnotasiya: “Min bir gecə” nağılları şifahi xalq ədəbiyyatının ən monumental abidələrindəndir.Bu nağıllar xalqın “şirin xəyallarının cazibəsinə” uymaq arzularının, Şərq xalqlarının- ərəblərin, farsların, hindlilərin təmtəraqlı təxəyyül coşqunluğunun sərbəst söz oyunu ilə son dərəcə mükəmməl ifadəsidir. Sözlərdən toxunan bu çox qədimdən yaranmışdır; onun rəngarəng ipək sapları dünyaya uzanaraq öz əsrarəngiz söz xalısını bütün yer kürəsinin üzərinə sərmişdir.

9.

398.2’094754-dc

(21 Aze)

Azərbaycan xalq ədəbiyyatından seçmələr (Qaravəllilər, oyunlar və xalq tamaşaları), Bakı, ”Şərq-Qərb” - 2005, 312 səh.

Аnnotasiya: Kitabda mərasimlər və ayinlər içərisində yaranıb yayılan, öz məzmun, şəkil və hətta mənalarını dəyişərək zəmanəmizə qədər gəlib çıxan qədim və son dərəcə zəngin xalq sənəti nümunələrindən qaravəllilər, oyunlar və xalq tamaşaları toplanmışdır.

10.

894.3611- dc (21 Aze)

Azərbaycan aşıq şeirindən seçmələr. İki cilddə.

I cild ---- Bakı, “Şərq-Qərb” - 2005, 376 səh.

Аnnotasiya: Azərbaycan aşıq sənətinin ən başlıca xüsusiyyyəti onun milli özünəməxsusluğudur. Elimizin tarixən yaratdığı solmaz bədii düşüncə sərvətləri içərisində tükənməz gözəllik xəzinəsi təşkil edən aşıq poeziyasında neçə-neçə nəsillərin, dövrlərin mənəvi təcrübəsi durulub. Dərin məzmunlu zəngin sənət növü kimi aşıq yaradıcılığının qaynağı insan,onun dünyada yeri, təbiətdə münasibətidir.

Orta əsr və XIX yüzilliyin tanınmış el sənətkarlarının seçmə əsərlərini əhatə edən bu kitabda dövrün, zamanın kəşməkəşlərindən keçərək, misilsiz poetik irsə çevrilmiş, xalqın mənəvi aləminin, bədii təfəkkürünün, estetik zövqünün zənginləşməsində müstəsna rol oynamış lirik incilər toplanmışdır. Bu el çələngi-qaynar söz-saz çeşməsi yüzilliklər boyu ideya-bədii dəyərini qoruyaraq sonra yaranan aşıq şeirinin inkişafında, yetkinləşməsində xüsusi əhəmiiyət qazanmış, tərbiyəvi didaktik siqlətini. poetik təravətini bu gün də saxlamışdır.


11.

894.3611- dc (21 Aze)

Azərbaycan aşıq şeirindən seçmələr. İki cilddə.

II cild ---- Bakı, “Şərq-Qərb”, 2005, 424 səh.

Аnnotasiya: Azərbaycan aşığı hər zaman olduğu kimi bu gün də, əlində saz kəndləri gəzir, toylarda, bayram şənliklərində, xalqın qurduğu məclislərdə saz çalır, nəğmə və dastan qoşur, öz ifası ilə xalqın ruhunu oxşayaraq ona gözəl duyğular aşılayır. Bütün varlığıyla elinə-obasına bağlı həmin sənətkarların sözü-söhbəti canlı xalq danışıq dilinin gözəlliklərini və incəliklərini özündə birləşdirir.

Geniş oxucu kütləsinə təqdim olunan bu cilddə Aşıq Ələsgər, Aşıq Rəcəb, Aşıq Qurban, Aşıq Mehdi, Padarlı Abdulla, Molla Cuma, Zodlu Usta Abdulla, Çoban Əfqan, Bozalqanlı Aşıq Hüseyn, Aşıq Səməd, Xəyyat Mirzə, Göyçəli Aşıq Musa, Aşıq Şəmşir, Xındı Məmməd, Aşıq Hüseyn Cavan, Aşıq Hüseyn Saraclı, Aşıq Kamandar və başqa neçə-neçə el aşığının, el şairinin gəraylıları, qoşmaları, təcnisləri, divaniləri, müxəmməsləri, bayatıları daxil edilmişdir.


12.

398.2-dc

(21 Aze)

Azərbaycan folkloru (Məktəblilər üçün seçmələr). Bakı, “Şərq-Qərb”, 2005, 360 səh.

Аnnotasiya: Elimizin tarixən yaratdığı solmaz bədii düşüncə sərvətləri onun ömür kitabının mənalı səhifələrini təşkil edir. Bayatılarımız, nağıllarımız, dastanlarımız, el sözləri...tükənməz estetik gözəllik xəzinəsidir.

Kitaba daxil edilmiş çoxsaylı örnəklər Azərbaycan folklorunun neçə-neçə janrını əhatə etməklə qalmayıb, şifahi xalq ədəbiyyatımızın zənginliyini göstərir. Milli mənəviyyatımızın, söz sənətimizin hansı qaynaqlar əsasında intişar tapması haqqında aydın təsəvvür yaradır. Folklor antologiyası səciyyəsi daşıyan bu kitab əsasən,məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.



13.

398.2–dc (21 Aze)

El çələngi (xalq şerindən seçmələr). Bakı, “Şərq-Qərb”, 248 səh.

Аnnotasiya: Hər nümunəsi bitkin bir əsər təsiri bağışlayan xalq poeziyası lirik xarakterli əhvali-rühiyyəni parlaq əksi olub, bədii-estetik zənginliyi və fəlsəfi-hissi dərinliyinə görə seçilir.

Azərbaycan xalq şeirinin seçmə incilərini vəsfi-hal, layla, oxşama, bayatı, xalq mahnıları, qəhramanlıq nəğmələri, aşıq şeri kimi yetkin əsərlərini özündə toplayan bu kitabda oxucu öz mənəvi aləmini söz sənətinin misilsiz, ibrətamiz, hikmətli və tərbiyəvi fikriləri ilə zənginləşdirəcəkdir.



14.

398.2`094754-dc

(20 Aze)

Azərbaycan bayatıları Bakı, ”XXI- Yeni Nəşrlər Evi”, 2004, 304 səh.

Аnnotasiya: Bayatı Azərbaycan şifahi xalq poeziyasının ən geniş yayılmış janrlarından biridir. Xalq ədəbiyyatının tükənməz xəzinəsi olub, hər birindən dərin fikir və duyğu ifadə edilən, bədii-estetik və fəlsəfi-hissi zənginliyinə görə seçilən bu numünələr məzmunca da müxtəlifdir. Əsasən fərdi-intim duyğuların, lirik xarekterini əhval-ruhiyyənin öz əksini tapdığı həmin sadə və oynaq vəznli, yığcam poetik forma nümunələrindən hər biri ayrılıqda bitkin əsərdir.


15.

398.2`094754-dc

(21 Aze)

Əsatirlər, əfsanə və rəvayətlər. Bakı, ”Şərq-Qərb”, 2005, 304 səh.

Аnnotasiya: Xalqın milli-mənəvi mədəniyyətinin qaynağı və özülü olan mifoloji irsi onun keçmışı ilə yanaşı, bugününü də dərk etməyə, çağdaş ədəbiyyatını və incəsənətini daha geniş kontekstdə öyrənməyə, tarixi-mədəni perspektivi düzgün müəyyənləşdirməyə böyük yardım göstərir.


16.

398.204-dc (21 Aze)

Molla Nəsrəddin lətifələri. Bakı, ”Öndər nəşriyyat”, 2004, 304 səh.

Аnnotasiya: Uyğur elindən Serbiyayadək böyük bir ərazidən geniş şöhrət tapmış.duzlu-məzəli hekayətləri, tutarlı cavabları el məsəllərinə çevrilmiş, xalqın rəğbət və məhəbbətini qazanmış Molla Nəsrəddin xalq müdrikliyinin timsalıdır. O nə coğrafi sərhət tanıyır, nə zaman sərhədi. O həmişə yaşardır.


17.

398.9-dc

(21 Aze)

Atalar sözü. Bakı, ”Öndər nəşriyyat”, 2004, 264 səh.

Аnnotasiya: Cild-cild kitablardakı mənalı bəzən bir neçə kəlməyə sığdıran, ona görə də hələ əski çağlardan bəri “yazılmamış müqəddəs kitabın ayələri tək qavranan atalar sözləri” ulu babaların müdiklik dəfinəsinin birər hikmət inciləri, fikir cövhərləridir...


18.

398.6-dc

(21 Aze)

Tapmacalar. Bakı, ”Şərq-Qərb”, 2004, 208 səh.

Аnnotasiya: Azərbaycan şifahi xalq ədəbiyyatının geniş yayılmış olan şəkillərindən biri də çoxvariantlılığı ilə seçilən tapmacalardır. Hər hansı bir əşya və ya hadisəni bənzətmə yolu ilə göstərən nəzm və nəsr şəkilli bu yığcam məcazi ifadələrin qayəsi insanları düşünməyə sövq etməkdir.


19.

894.36-dc (21 Aze)

Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 376 səh.

Аnnotasiya: Qədim söz sənətimizi şöhrətləndirən böyük insanpərvərlik duyğuları, mənəvi ucalığa, qəhramanlıq və mərdliyə çağıran fikirlər, yüksək bəşəri idealar öz başlanğıcını tükənməz Dədə-Qorqud məhrindən götürür.

20.

894.36-dc (21 Aze)

Qorqud ədəbiyyatı. Bədii əsərlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 368 səh.

Аnnotasiya: Kitabda Dədə Qorqud motivləri əsasında müxtəlif janrlarda yazılmış bədii əsərlərdə nümunələr toplanmışdır.

21.

894.36-dc (21 Aze)

Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət. “Öndər nəşriyyat”, Bakı, 2004, 368 səh.

Аnnotasiya: “Kitabi-Dədə Qorqud Ensiklopediyası”nın ikinci cildi əsasında hazırlanan bu nəşrdə “Dədə Qorqud kitabı” mətnində rast gəlinən ən müxtəlif anlayışların elmi izahı verilir. Filoloji və türkoloji fikrin bir çox mühüm nailliyətlərini özündə əks etdirən həmin izahlar eyni zamanda qorqudşünaslıqla bağlı zəngin məlumat mənbəyidir.

22.

398.2-dc

(21 Aze)

Kəlilə və Diminə. Bakı, “Öndər nəşriyyat”,2004,304 səh.

Аnnotasiya: Qoca Şərq müdrik əhvalatların, ibrətamiz hekayələrin beşiyidir. Min illər ərzində yaradılan bu rəvayətlər ağızdan-ağıza düşmüş, bir məmləkətdən o birinə.bir nəsildən digərinə keçmişdir. Hər məmləkət, hər nəsil onları zövqünə görə dəyişmiş, öz həyatına düşüncə dünyasına uyğunlaşdırmışdır.

23.

398.9-dc

(21 Aze)

Oğuznamə. Bakı, ”Şərq-Qərb”, 2006, 216 səh.

Аnnotasiya: “Oğuznamə” XV-XVI əsrlərdə üzü köçürülən əl yazmasıdır. Xalq müdrikliyindən nur alan “Oğuznamə”, təxminən iki min atalar sözü və məsəldən ibarətdir. Alliterasiya prinsipi ilə qurulmuş bədii idrak və təxəyyül ələyindən keçmiş bu narın zərrələr dərin və samballı həyat həqiqətlərini dolğun əks etdirir. Ulu babalarımızın dil və təfəkkür incilərinin sistemli şəkildə bizə çatdıran bənzərsiz “Oğuznamə” toplusu Azərbaycan və türk dilləri tarixinin müxtəlif cəhətdən öyrənmək işinə xidmət edəcək çox qiymətli yazılı ədəbi abidədir.

24.

894.361`2`008-dc22

Azərbaycan dramaturgiyası. Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə.

I cild. “Şərq-Qərb”, Bakı, 2007, 472 səh.

Аnnotasiya: Cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov və Cəfər Cabbarlının əsərləri daxil edilmişdir.

25.

894.361`2`008-dc22

Azərbaycan dramaturgiyası. Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə.

II cild. “Şərq-Qərb” Bakı, 2007, 512 səh.

Аnnotasiya: Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Səməd Vurğun, Məcid Şamxalov, Mehdi Hüseyn, Sabit Rəhman, İlyas Əfəndiyev, Seyfəddin Dağlı, Şıxəli Qurbanov və Nəbi Xəzrinin əsərləri daxil edilmişdir.

26.

894.361`2`008-dc22

Azərbaycan dramaturgiyası. Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə.

III cild. “Şərq-Qərb” Bakı, 2007, 544 səh.

Аnnotasiya: Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Rüfət Əhmədzadə, Maqsud İbrahimbəyov, Kəmalə, Əkrəm Əylisli, Anar, Vaqif Səmədoğlu və Rüstəm İbrahimbəyovun əsərləri daxil edilmişdir.

27.

894.361`2`008-dc22

Azərbaycan dramaturgiyası. Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə.

IV cild. “Şərq-Qərb” Bakı, 2007, 584 səh

Аnnotasiya: Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Aslan Qəhramanlı, Mustafa İskəndərzadə, Arif Abdullazadə, İnqilab Nadirli, Elçin, Hidayət, Əli Əmirli, Kamal Abdulla, Mənzər Nigarlı, Elçin Mehrəliyev, Firuz Mustafa, Əmir Pəhləvan və Elçin Hüseynbəylinin əsərləri daxil edilmişdir.

28.

894.361`2`008-dc22

Azərbaycan dramaturgiyası. Azərbaycan dramaturgiyası antologiyası. Dörd cilddə.

V cild. “Şərq-Qərb” Bakı, 2007, 304 səh.

Аnnotasiya: Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Mir Mehdi Seyidzadə, Xalidə Hasilova, İslam Səfərli, Adil Babayev, Söhrab Tahir, Azər Azərin əsərləri daxil edilmişdir.

29.

894.361`08-dc (21 Aze)

Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Üç cilddə.

I cild. Bakı, “Öndər nəşriyyat”, 2005, 248 səh.

Аnnotasiya: Azərbaycan uşaq ədəbiyyatının ən əsas və aparıcı qolu uşaq poeziyasıdır. Məktəb yaşlılar üçün nəzərdə tutulan “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın bu cildində XX əsrə qədərki, Azərbaycan poeziyasında seçmələr təqdim olunmuşdur. Bunlar yeniyetmələrin yaş səviyyəsinə uyğun olub, böyüməkdə olan gənc nəslin tərbiyəsində başlıca vasitə kimi yeni keyfiyyətli, yüksək bədii dəyərə malik uşaq ədəbiyyatı nümunələridir.

30.

894.361`08-dc (21 Aze)

Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Üç cilddə.

II cild. Bakı, “Öndər nəşriyyat”, 2004, 264 səh.

Аnnotasiya: XX əsr Azərbaycan poeziyasının həm mövzu, həm də forma, janr və sənətkarlıq xüxusiyyətləri barədə dolğun təsəvvür yaradan bir sahəsi də uşaq şeridir. Bu dövrün milli uşaq poeziyası janr baxımından da əlvandır. “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın II cildində XX əsrin Azərbaycan uşaq poeziyası təmsil, mənzum hekayə, didaktik nəsihətlərlə yanaşı təbiət mövzulu lirik və sujetli şeir, mənzum nağıl kimi ədəbi nümunələrlə təmsil olunur.

31.

894.361`08-dc (21 Aze)

Azərbaycan uşaq ədəbiyyatı antologiyası. Üç cilddə.

III cild. Bakı, “Öndər nəşriyyat”, 2005, 240 səh.

Аnnotasiya: “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın təqdim olunan cildində Azərbaycan yazıçılarının uşaqlar üçün qələmə aldıqları nəsr əsərlərindən nümunələr toplanmışdır. Uşaq ədəbiyyatının zəngin ənənələri zəminində yaranan bu əsərlər məktəb yaşlıların estetik tələbinə və zövqünə uyğun olub, oxucusunu uşaq aləminə aparır, yetişməkdə olan nəslin milli ruhda tərbiyəsinə kömək göstərir.

32.

894.361`3`008-dc

(22 Aze)

Azərbaycan nəsri antologiyası. Beş cilddə.

I cild. Bakı, ”Şərq-Qərb”, 2006, 312 səh.

Аnnotasiya: Kitabda XIX əsr Azərbaycan nəsrinin nümayəndələrindən Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Sultanməcid Qənizadənin nəsr əsərlərindən nümunələr verilmişdir.

33.

894.361`3`008-dc

(22 Aze)

Azərbaycan nəsri antologiyası. Beş cilddə.

II cild. Bakı, ”Şərq-Qərb”, 2006, 368 səh.

Аnnotasiya: Kitabda XX əsr Azərbaycan nəsrinin nümayəndələrindən Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Abbas Səhhət, Süleyman Sani Axundov, Sultanməcid Qənizadə, İbrahim bəy Musabəyov, Abdulla Şaiq, Əlabbas Müznib, Abdulla bəy Divanbəyoğlu, Yusif Vəzir Çəmənzəminli və Cəfər Cabbarlının nəsr əsərlərindən nümunələr verilmişdir.

Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin