Аnnotasiya: Kitabda 1920-1930-cu illər Azərbaycan nəsrinin nümayəndələrindən Məmməd Səid Ordubadi, Seyid Hüseyn, Qantəmir, Tağı Şahbazi Simürğ, Hacıbaba Nəzərli, Böyükağa Talıblı, Əvəz Sadıq, Əli Vəliyev, Əbülhəsən Ələkbərzadə, Mir Cəlal, Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı və İlyas Əfəndiyevin nəsr əsərlərindən nümunələr verilmişdir.
35.
894.361`3`008-dc
(22 Aze)
Azərbaycan nəsri antologiyası. Beş cilddə.
IV cild. Bakı, ”Şərq-Qərb”, 2006, 312 səh.
Аnnotasiya:Kitabda XX əsrin ortaları (1940-1950-ci illər) Azərbaycan nəsrinin nümayəndələrindən Süleyman Rəhimov, Qılman İlkin, Süleyman Vəliyev, Bayram Bayramov, İsmayıl Şıxlı, Məmməd Aranlı, Hüseyn Abbaszadə, Fəthi Xoşginabi, Salam Qədirzadə, Gülhüseyn Hüseynoğlu, Məmmədrza Afiyət, Vidadi Babalı, İsa Hüseynov, Sabir Əhmədov, İsi Məlikzadə, Yusif Səmədoğlunun nəsr əsərlərindən nümunələr verilmişdir.
36.
894.361`3`008-dc
(22 Aze)
Azərbaycan nəsri antologiyası. Beş cilddə.
V cild. Bakı, ”Şərq-Qərb”, 2006, 352 səh.
Аnnotasiya: Kitabda 1960-cı illərdən sonrakı dövr Azərbaycan nəsrinin nümayəndələrindən Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Anar, Çingiz Hüseynov, Əfqan, Çingiz Ələkbərzadə, Fərman Kərimzadə, Sabir Azəri, Vaqif Nəsib, Elçin, Mövlud Süleymanlı, Məmməd Oruc, Mənzər Niyarlı, Firuz Mustafa, Aqil Abbas, Baba Vəziroğlu, Saday Budaqlı, Afaq Məsud, Elçin Hüseynbəyli, Rəşad Məcid və Orxan Fikrətoğlunun nəsr əsərlərindən nümunələr verilmişdir.
37.
398.2`094754-dc
(21 Aze)
Koroğlu. Bakı,”Lider nəşriyyat”, 2005, 552 səh.
Аnnotasiya: Azərbaycan şifahi xalq ədəbiyyatının qiymətli əsəri olan “Koroğlu” dastanında xalqımıza məxsus qəhramanlıq, vətənpərvərlik, humanizm, dostluq, qardaşlıq, qonaqseverlik və başqa xusüsiyyətlər öz parlaq bədii ifadəsini tapmışdır. Aşıq yaradıcılığının bu əzəmətli abidəsi dəfələrlə müxtəlif şəkillərdə nəşr edilmişdir. Hələ XIX əsrin 30-cu illərində başlayaraq müxtəlif mətbuat səhifələrində eposun əsas qəhramanı və ayrı-ayrı surətləri, eləcə də onların adları ilə bağlı abidələr haqqında ilk məlumatlar, rəvayətlər, əfsanələr və kiçik epizodlar nəşr olunmağa başlamışdır.
38.
398.2`094754-dc
(21 Aze)
Koroğlu. Paris nüsxəsi. Bakı, “Şərq-Qərb”, 2005, 224 səh.
Аnnotasiya: Tanınmış polyak şərqşünası, şair və mütərcimi A.Xodzko Cənubi Azərbaycandan Avropaya apardığı “Koroğlu” dastanının əl yazmasını ingilis dilinə çevirib Londonda dərc etdirməklə (1842) eposun nəşr tarixində silinməz bir iz qoymuşdur.Təqdim olunan kitab “Koroğlu” eposunun ilk əl yazma nüsxəsi əsasında hazırlanmışdır. XIX yüzilliyin əvvəllərində qələmə alınmış (toplanmış) bu dastanda xalqımızın tarixi keçmişi ilə bağlı qəhrəmanlıq ənənələri, onun mənəvi aləmi, xarakteri, əqidəsi, əxlaqi dəyərləri bədii boyalarla əks etdirilmişdir.
39.
894.361’3’008-dc
(22 Aze)
Azərbaycan nəsri antologiyası. Beş cilddə.
I cild. Bakı,”Şərq-Qərb”, 2006, 312 səh.
Аnnotasiya: Kitabda XIX əsr Azərbaycan nəsrinin nümayəndələrindən Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov və Sultanməcid Qənizadənin nəsr əsərlərindən nümunələr verilmişdir.
40.
894.361’3’008-dc
(22 Aze)
Azərbaycan nəsri antologiyası. Beş cilddə.
II cild. Bakı,”Şərq-Qərb”, 2006, 368 səh.
Аnnotasiya: Kitabda XX əsrin əvvələri Azərbaycan nəsrinin nümayəndələrindən Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Abbas Səhhət, Süleyman Sani Axundov, Sultanməcid Qənizadə, İbrahim bəy Musabəyov, Abdulla Şaiq, Əlabbas Müznib, Abdulla bəy Divanbəyoğlu, Yusif Vəzir Çəmənzəminli və Cəfər Cabbarlının nəsr əsərlərindən nümunələr verilmişdir.
41.
894.361’3’008-dc
(22 Aze)
Azərbaycan nəsri antologiyası. Beş cilddə.
III cild. Bakı,”Şərq-Qərb”, 2006, 416 səh.
Аnnotasiya: Kitabda 1920-1930-cu illər Azərbaycan nəsrinin nümayəndələrindən Məmməd Səid Ordubadi, Seyid Hüseyn, Qantəmir, Tağı Şahbazi Simürğ, Hacıbaba Nəzərli, Böyükağa Talıblı, Əvəz Sadıq, Əli Vəliyev, Əbülhəsən Ələkbərzadə, Mir Cəlal, Mehdi Hüseyn, Sabit Rəhman, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı və İlyas Əfəndiyevin nəsr əsərlərindən nümunələr verilmişdir.
42.
894.361’3’008-dc
(22 Aze)
Azərbaycan nəsri antologiyası. Beş cilddə.
IV cild. Bakı,”Şərq-Qərb”, 2006, 312 səh.
Аnnotasiya: Kitabda XX əsrin ortaları (1940-1950-ci illər) Azərbaycan nəsrinin nümayəndələrindən Süleyman Rəhimov, Qılman İlkin, Süleyman Vəliyev, Bayram Bayramov, İsmayıl Şıxlı, Məmməd Aranlı, Hüseyn Abbaszadə, Fəthi Xoşginabi, Salam Qədirzadə, Gülhüseyn Hüseynoğlu, Məmmədrza Afiyət, Vidadi Babanlı, İsa Hüseynov, Sabir Əhmədov, İsi Məlikzadə, Yusif Səmədoğlunun nəsr əsərlərindən nümunələr verilmişdir.
43.
894.361’3’008-dc
(22 Aze)
Azərbaycan nəsri antologiyası. Beş cilddə.
V cild. Bakı,”Şərq-Qərb”, 2006, 352 səh.
Аnnotasiya: Kitabda 1960-cı illərdən sonrakı dövr Azərbaycan nəsrinin nümayəndələrindən Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Anar, Çingiz Hüseynov, Əfqan, Çingiz Ələkbərzadə, Fərman Kərimzadə, Sabir Azəri, Vaqif Nəsib, Elçin, Mövlud Süleymanlı, Məmməd Oruc, Mənzər Niyarlı, Firuz Mustafa, Aqil Abbas, Baba Vəziroğlu, Saday Budaqlı, Afaq Məsud, Elçin Hüseynbəyli, Rəşad Məcid və Orxan Fikrətoğlunun nəsr əsərlərindən nümunələr verilmişdir.
44.
894.361- dc (21 Aze)
Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə.
I cild. Bakı, “Şərq-Qərb”, 2005, 424 səh.
Аnnotasiya: Kitabda Azərbaycan klassik poeziyasının 500 illik bir dövrünü əhatə edən poetik əsərlərdən nümunələr toplanmışdır. Əsasən lirik və ictimai-siyasi şeirlərdən ibarət olan bu əsərlər ərəb və fars dillərindən tərcümə edilmişdir. Nümunələr seçilərkən bu dövr Azərbaycan poeziya məktəbini fərqləndirən xüsusiyyətləri özündə birləşdirən şeir parçalarına üstünlük verilmişdir. Təqdim olunan nümunələrə yüksək estetik meyarla yanaşı, dərin humanizm və ictimai pafos da xasdır.
45.
894.361- dc (21 Aze)
Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə.
II cild. Bakı, “Şərq-Qərb”, 2005, 408 səh.
Аnnotasiya: XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı yeni mühüm keyfiyyətlər qazanmış, özünəməxsus, mürəkkəb bir inkişaf yolu keçərək yüksək təkamül nöqtəsinə çatmışdır. İctimai-fəlsəfi məzmun, bədii dil və poetik üslub baxımından Füzuli qələminin qüdrəti ilə kamillik dərəcəsinə yetən bu dövr Azərbaycan poeziyası artıq Yaxın Şərq xalqlarının söz sənətinə təsir göstərməyə başlamışdır.
46.
894.361- dc (21 Aze)
Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə.
III cild. Bakı,“Şərq-Qərb”, 2005, 456 səh.
Аnnotasiya: XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı əvvəlki dövrlər poeziyasından bir sıra özünəməxsus cəhətləri ilə seçilir. Bu dövr poeziyası bir tərəfdən klassik ədəbiyyatın mütərəqqi ənənələrinə bağlılığı, digər tərəfdən də tükənməz xalq yaradıcılığının zəngin təcrübəsinə əsaslanaraq həyata, insana, ictimai mühitə aydın münasibət göstərməsi, sadəliyi və xalq həyatına daha dərindən nüfuz edə bilinməsi ilə səciyyələnir.
47.
894.3613-dc (22 Aze)
Hüseyn Abbaszadə. Seçilmiş əsərləri.İki cilddə.
I cild. Bakı,“Şərq-Qərb”, 2006, 320 səh.
Аnnotasiya: Hüseyn Abbaszadənin “Seçilmiş əsərləri”nin bu cildinə müxtəlif illərdə yazılmış hekayələrinin bir qismi və üç povesti “Şokolad paylayan qız”, “Uzaqdan gələn qonaq”, “Xahiş” daxil edilmişdir.
48.
894.3613-dc (22 Aze)
Hüseyn Abbaszadə. Seçilmiş əsərləri.İki cilddə.
II cild. Bakı,“Şərq-Qərb”, 2006, 392 səh.
Аnnotasiya: Hüseyn Abbaszadənin “Seçilmiş əsərləri”nin ikinci cildinə onun “Burulğanlar” romanı daxil edilmişdir. Romanda yoxsul ailədən çıxmış, fiziki cəhətdən çox güclü olan bir sadə insanın yarıməsrliik ömür yolu. Onun qarşısına çıxan çətinliklər və acınacaqlı talehi təsvir olunur. Bu məhrumiyyətlər onun insanlıq ləyaqətinə, mənəviyyatına, həyat eşqinə mane ola bilmir. Müxtəlif dillərə tərcümə olunmuş “Burulğanlar” romanı 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.
49.
894.3613-dc (21 Aze)
Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə.
I cild. Bakı, “AVRASİYA PRESS”, 2005, 496 səh.
Аnnotasiya: XX əsrin əvvəlində nəşr etdirdiyi şeir, hekayə və pyesləri ədəbi-publisist yazıları, müntəxəbat və dərslikləri bir yazıçı və pedaqoq kimi, romantik çalarla aşılanmış maarifçi-realist ədəbi hərəkatın görkəmli xadimi kimi Abdulla Şaiqə geniş şöhrət qazandırmışdır. Ədib həm yaradıcılığı, həm də müəllimlik fəaliyyəti ilə Azərbaycan ədəbi dilinin billurlaşmasına hərtərəfli xidmət etmişdir. Şaiqin mənsur dili XX əsr Azərbaycan nəsrinin, bu nəsrin bugünkü ifadə mükəmməliyinə ən yaxın olan bədii ifadə və üslub nümunələrindən biridir.
50.
894.3613-dc (21 Aze)
Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə.
II cild. Bakı, “AVRASİYA PRESS”, 2005, 568 səh.
Аnnotasiya: Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Abdulla Şaiq romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, bədii tərcümələr müəllifi kimi zəngin və çoxşaxəli yaradıcılıq irsinə malikdir. Şeir yaradıcılığına qəzəllə başlayan Şaiq sonralar yeni mühitin, mütərəqqi rus, Qərb və türk şeirinin yaxından təsiri ilə poeziyasını dövr üçün müasir bir lirikanın ən yaxşı elementləri ilə zənginləşdirmiş, XX yüzildə yeni milli şeirin yaranması yollarında Sabirlə, Səhhətlə birlikdə mübarizə aparmışdır.
51.
894.3613-dc (21 Aze)
Abdulla Şaiq. Seçilmiş əsərləri. Üç cilddə.
III cild. Bakı, “AVRASİYA PRESS” 2005, 536 səh.
Аnnotasiya: XX əsr milli ictimai, ədəbi və mədəni fikir tariximizdə özünəməxsus yer tutan görkəmli ədib Abdulla Şaiq həm də uşaqların sevimli yazıçısı, şair və dramaturqudur. Əsrin əvvələrində də, ortalarında da pedaqoji intibahın görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərən Şaiqin 40 ilə yaxın şərəfli müəllimliyi Azərbaycanda xalq maarifinin tarixinə işıqlı səhifə olaraq yazılmışdır. Şair ikən müəllim müəllim ikən şair olan Şaiqin şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Azərbaycan uşaq şeiri və nəsri, dramaturgiyası bütöv və müstəqil bir klassik məktəb səviyyəsində məhz onun yaradıcılığında kamala çatmışdır. Bizdə uşaqlar üçün ilk milli səhnə əsərini, ssenarini o yazmışdır. Gənc tamaşaçılar teatrı milli dramaturqlardan ən çox onun adı ilə bağlı olmuşdur.
52.
079.4754-dc 22
Publisistika. Əhməd bəy Ağaoğlu. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2007, 392 səh.
Аnnotasiya: Əhməd bəy Ağaoğlu Azərbaycanın və Türkiyənin, bütünlükdə isə çağdaş türk-islam dünyasının mədəniyyət və ictimai fikri tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olmuşdur. Onun təxminən yarım əsr müddətində Azərbaycan, türk, rus, fars, fransız dillərində yazdığı əsərlər XX əsr Azərbaycan ədəbi-bədii və ictimai-siyasi fikrin ayrılmaz tərkib hissəsini təşkil edir.
53.
894.361-dc (21 Aze)
Abbas Səhhət. Seçilmiş əsərləri. Bakı,”Lider nəşriyyat”, 2005, 456 s.
Аnnotasiya: Azərbaycanda XX əsrin əvvəlinin ədəbi-bədii tufanı, onun həm realist, həm də romantik dalğada qabaran, öz içərisindən aşıb-daşan narahat nəhri məhz Səhhətin poeziyasında durulmuşdur. Sözün əsl mənasında “millilik” və “millət” anlayışı, “Ana dili” və “Vətən” məfhumu müasirləri və qələm dostları arasında məhz Abbas Səhhətin zəngin ədəbi-elmi irsində bu qədər aydınlıq kəsb etrmişdir.
54.
894.3613-dc (21 Aze)
Süleyman Sani Axundov. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, 448 səh.
Аnnotasiya: Maarifpərəst ədib Süleyman Sani Axundov bədii əsərlərində pedoqoji elmi fəaliyyətində və vətandaşlıq əməllərı ilə zəngin olan ictimai həyatında işıqlı fikirlərin təsdiqi, nurlu, xeyirxah əməllərin təbliği onun başlıca yaradıcılıq idealları kimi meydana çıxmışdır.
55.
894.3613-dc (21 Aze)
Axundzadə Mirzə Fətəli . Əsərləri. Üç cilddə
I cild. Bakı, “Şərq-Qərb”, 2005, 296 səh.
II cild. Bakı, “Şərq-Qərb”, 2005, 376 səh.
III cild. Bakı, “Şərq-Qərb”, 2005, 296 səh.
Аnnotasiya:
56.
894.3613-dc (21 Aze)
Bakıxanov Abbasqulu ağa Qüdsi. Seçilmiş əsərləri. Bakı Avrasiya Press 2005, 488 səh.
Аnnotasiya:
57.
82(5Aze)
A 14
Abdulla, Bəhlul. Folklorda say simvolikası . /B.Abdulla. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnctitutu. - Bakı : Elm, 2006. - 148 s.; 20sm.
Аnnotasiya: Folklorda say-rəqəm hesablama əməliyyatı vasitəsi olmaqla bərabər, həmçinin əski təsəvvürlərlə bağlı "sevimli", "uğurlu", "müqəddəs" də bilinməklə simvolik səciyyə daşıyıb.Xalq yaradıcılığı örnəklərində sıx-sıx işlənən belə sakramental sayların bəziləri həmçinin makro və mikro kosmos modelinin şaquli (3, 9), üfüqi (4-8) durum göstəricisi tək də baxışı çəkir.Sayların mifoloji görüşlərlə də bağlılığı danılmazdır.Araşdırmada, əsasən, türk folklor örnəkləri işığında bu deyilənlərdən, eləcə də sayların məişətdə, insan taleyində oynadığı funksiyasından, semantik simvolikasından söz açılır.Kitab mütəxəssislər və ümumi şəkildə oxucular üçündür.
58.
83(5Aze)
A 14
Abdulla, Bəhlul."Kitabi-Dədə Qorqud"un poetikası; Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu. / B.Abdulla. - Bakı : Elm, 1999 - 224 s.; 20 sm.
Аnnotasiya: Dünya xalqlarının məşhur folklor örnəkləri sırasında duran "Kitabi - Dədə Qorqud" un poetikasına həsr olunmuş bu kitabda Qorqudşünaslıqda indiyə qədər toxunulmamış məsələlər araşdırılır. Kitabda abidədəki istər mifoloji qatlı təbiət varlıqlarının - daglar - dərələr, sular, agacların, istərsə də zooloji mühitin Oguz cəmiyyətindəki rolu və mövqeyi ilk dəfə tədqiq, təhlil olunur. Eposun boyalarından çıxış etməklə xalq mənəviyyatının tərkib hissələrindən olan adət - ənənə, mərasimlərin təkamül yolu monoqrafiyada ayrıca izlənilir. Yuxugörmə - yuxuyozma, alqış - qargış , dua-and, müqəddəs saylar, eləcə islami ünsürlərin "Kitabi -Dədə Qorqud " da poetik fiqur kimi mühüm funksiya daşıması da araşdırmada ilk dəfə elmi - nəzəri istiqamətdə öyrənilir. Kitab elmi - ədəbi ictimaiyyət, eləcə də geniş oxucu auditoriyası üçün yazılıb.
59.
82(5Aze)
A 14
Abdulla, K.Sirr içində dastan və yaxud gizli Dədə Qorqud-2. /K.Abdulla - Bakı: Yeni nəşrlər evi: Elm, 1999 - 288 s.; 20 sm
60.
84(2Poc)
A 14
Abdullayev, Çingiz. Etiraflar vadisi. /Ç.Abdullayev.- Bakı : Çıraq, 2009. - 280 s.; 20sm. - (Müasir Azərbaycan Detektivi)
Аnnotasiya: İlk baxışdan onlara elə gəlirdi ki, hər şey nəzarət altındadır. Qəfləti heç nə baş verə bilməz. İndoneziyanın Kalimantan adasındakı cəngəlliklərə səyahətə yollanmış bir neçə varlı adam , özlərini hər bir təhlükədən sığortalanmış hesab edirdilər ; - peşəkar bələdçilər, marşrutu yoxlamış təcrübəli ovçular və istənilən qədər silah - sursat. Amma həmişə olduğu kimi, şər şeyi insan faktoru həll edir. Dəstədə qatil peyda olur. Nəticədə isə , dəstənin bir üzvü bıçaqla öldürülür, digəri zəhərlə qətlə yetirilir, o birisi isə güllələnir. Dəstənin üzvlərindən biri olan Roman Lampa -dovun bəxti gətirir və o sağ qalır. Bütün hadisələrin mahiyyətini başa düşən Lampadov sarsılır...
61.
84(2Poc)
A 14
Abdullayev, Cingiz. QisasIn ölcüsü. /C.Abdullayev. – Bakı : Cıraq, 2008. - 320 s.; 20sm. - (Müasir Azərbaycan Detektivi)
Аnnotasiya: Orta Asiyadan Moskvanın gecə kulublarına böyük pullar çay kimi axır. Heroin pulları. Bu pullarla minlərlə gənc özlərinə uzunsürən ölümü satın alırlar. Bu pullardan ötəri kriminal qruplaşmalardakı "qardaşlar" bir -birlərinin boğazını üzməyə hazırdırlar və rəqiblərin aradan götürülməsini təşkil edirlər. Bu dəhşətli çayın qarşısını kim kəsəcək? Bəlkə həyatını narkomafiya ilə mübarizəyə həsr etmiş xüsusi xidmət orqanlarının təcrübəli polkovniki? Yoxsa qəflətən öz "sahiblərinin" əleyhinə qalxaraq həqiqət naminə ölümə gedən bir insan?
Аnnotasiya: Kitabda zəmanəsinin tanınmış şairi, gözəl publisist, zəkalı qələm sahibi, istedadlı insan, mərhum İlyas Niyaz oğlu Allahverdiyevin Qara Göl romanı tərtibçi Rauf Allahverdiyev tərəfindən toplanaraq ərsəyə gətirilmişdir. Kitabda eyni zamanda müəllifin XX əsrin ortalarında qələmə aldığı bir sıra poemaları, satirik hekayələri, publisist yazıları, habelə görkəmli ziyalıların, tanınmış yazıçı və şairlərin xatirələri toplanmışdır. İlyas Qəmginin Qara Göl romanı ilə bağlı Rauf İlyasoğlunun mənbələrə istinad edərək erməni saxtakarlığı, riyakarlığı və erməni məkrindən bəhs edən təhlili yazıları bu əsərə əlavə olunaraq oxucularına çatdırılmışdır. İnanırıq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu cür dəyərli kitabları dünya ictimaiyyətinə çatdırmaqla erməni saxtakarlığının iç üzünü açmış olarıq.
63.
81.2Az-4
A 58
Almanca-Azərbaycanca lüğət: A-Z. - Bakı: Şərq-Qərb, 2007-648 s.; 22 sm.
Аnnotasiya: Azərbaycan Dillər Universitetinin alman dili və fonetika kafedralarının müəllimlərinin birgə əməyi nəticəsində yaranan bu lüğət təxminən 40000-ə yaxın söz və ifadəni əhatə edir. Lüğət əsasən alman dilini öyrənənlərə, alman bədii ədəbiyyatını, ictimai-siyasi, elmi-kütləvi ədəbiyyatı, qəzet və jurnalları oxuyub tərcümə etməyə kömək məqsədini güdür. Lüğətdə həyatın ən müxtəlif sahələrini (texnika, təbiyyət elmləri, incəsənət, ədəbiyyat, ictimai elmlər və s.) ifadə edən sözlər toplanmışdır. Lüğətin birinci nəşri sovet dönəmində hazırlanıb çapdan çıdığına görə, təbiidir ki, o dövrün siyasi tələblərini özündə əks etdirir. İkinci nəşrdə lüğət həmin siyasi "pərsəngdən" təmizlənmiş, müstəqil Azərbaycanın reallıqları daxil edilmişdir. Bundan əlavə, lüğətin ikinci nəşrində köhnəlmiş söz və ifadələr daha çağdaş və işləkli söz və ifadələrlə əvəz edilmişdir. Lügətin tərtib olunmasında Babayeva Rəfiqə, Dadaşova Qəribə, Əliyeva Əminə, Əsgərova Bikəxanım, Muradova Elmira, Paşayev Heybət, Pepinova Sevda, Sadıxova Ədilə və Cəfərov Cəfər iştirak etmişlər.
64.
63.4(5Aze)
A-99
Azərbaycan arxeologiyası: orta əsrlər - 6 cilddə. C.6. ; Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu-Bakı: Şərq-Qərb, 2008 - 632 s.; 20 sm. - (Azərbaycan dili və tarixi)
65.
63.4(5Aze)
A 99
Azərbaycan arxeologiyası : daş dövrü : 6cild .C.1 ; baş red. M. Rəhimova. - Bakı : Şərq -Qərb, 2008. - 448 s.; 24sm. - (Azərbaycan Dili və Tarixi)
Аnnotasiya: Çoxcildlik "Azərbaycan arxeologiyası" kitabının I cildi respublikamızın ərazisində Daş dövrü üzrə aparılmış kompleks elmi tədqiqatlar zamani tapılmış maddi məddəniyyət qalıqlarının elmi şərhinə həsr olunmuşdur. Əsərdə Azərbaycan ərazisində qeydə alınmış dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrindən aşkar olunmuş arxeoloji, paleontoloji və paleoantropoloji qalıqlar arxeologiya elminin son nailiyyətləri əsasında tədqiq edilmişdir. Respublikamızın ərazisində müəyyən edilmiş quruçay, aşel, mustye, üst Paleolit, Mezolit və Neolit arxeoloji mədəniyyətlərinin inkişaf xüsusiyyətləri, ulu sakinlərin əmək alətləri hazırlamaları, ovçuluq, yığıcılıq təsərrüfatı, ibtidai tikililərin yaranması, odu kəşf etməsi, qayaüstü təsvirlərin meydana gəlməsi, ibtidai insanların mənəvi aləmi və Qarabağın ən qədim tarixi maddi mədəniyyət qalıqları əsasında şərh edilmişdir. Kitab arxeoloqlar, etnoqraflar, tarixçilər, paleontoloqlar, paleoantropoloqlar, tələbələr və digər oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.