Kİtabxanasinda olan kitablarin biBLİoqrafiK – İnformasiya göSTƏRİCİSİ



Yüklə 7,93 Mb.
səhifə3/13
tarix31.01.2017
ölçüsü7,93 Mb.
#7195
1   2   3   4   5   6   7   8   9   ...   13

66.

63.3(5Aze)

A 99


Azərbaycan Cümhuriyyəti: 1918-1920; baş red. T. Kərimli-Bakı: Elm, 1998-336 s.; 20 sm.

Аnnotasiya: Kitab Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il tarixli sərancamı ilə yaradılmış Azərbaycan Cümhuriyyətinin 80 illiyini keçirmək üzrə Dövlət Komissiyasının qərarı ilə çap olunur. Kitabda XX əsr Azərbaycan Respublikasının milli hərəkatının təşəkkülünün əsas mərhələləri və bunun məntiqi nəticəsi kimi yaranmış milli dövlət nəzərdən keçirilir. Gənc Azərbaycan Cümhuriyyətinin müxtəlif sahələrdə apardığı fəaliyyət, onun süqutunun səbəbləri, tarixi əhəmiyyəti elmi şəkildə araşdırılır.

67.

84(5Aze)

A-99


Azərbaycan dramaturgiyası antologiyası. C.5.-Bakı: Şərq-Qərb, 2007. - 304 s.; 20sm. - (Müasir Azərbaycan Ədəbiyyatı)

Аnnotasiya: Bu cildə Azərbaycan dramaturgiyasının nümayəndələrindən Mir Mehdi Seyidzadə, Xalidə Hasilova, İslam Səfərli, Adil Babayev, Söhrab Tahir Azər Azərin əsərləri daxil edilmişdir.

68.

63.5(5Aze)

A 99


Azərbaycan etnoqrafiyası: 3 cilddə. C.1.; baş red. T.Bünyadov-Bakı: Şərq-Qərb, 2007-544 s.: şək.; 20sm. - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: "Azərbaycan etnoqrafiyası"nın birinci cildində Azərbaycanın təbii-coğrafya şəraiti, çoxəsirlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, onun əhalinin sosial-iqtisadi həyatında rolu, həmçinin xalqımızın qədim məşğuliyyət sahələrindən olan ovçuluq, balıqçılıq və arıçılığın keçdiyi inkişaf mərhələləri öyrənilir. Kitabda Azərbaycan xalqının qədim sənət sahələrindən olan dulusçuluq, daşişləmə, ağacişləmə, misgərlik, zərgərlik, dabbağlıq, xalçaçılıq və s. geniş tədqiq olunmuşdur.

69.

63.5(5Aze)

A 99


Azərbaycan etnoqrafiyası :3cilddə. C.3. ; baş red. T. Bünyadov. - Bakı : Şərq -Qərb, 2007. - 568 s. : şək.; 20sm. - (Lüğət və Ensiklopediyalar)

Annotasiya: Bu kitab Azərbaycan etnoqrafiyasının mühüm tərkib hissəsi olan mənəvi mədəniyyət məsələlərinə həsir edilmişdir. Cilddə xalqımızın çoxəsrlik tarixinə malik xalq bayramları, qarşılıqlı yardım formaları, ağsaqqallıq və ağbirçəklik adətləri, qonaqpərvərlik məsələləri şərh olunur. Eyni zamanda, əsərdə çoxsahəli musiqi dünyası, elm və təhsil, ədəbiyyat, xalq təqvimi və xalq təbabəti, oyun və əyləncələr, inamlar, dini görüşlər və digər sahələr işıqlandırılır.

70.

81.2(5Aze)

A 99

Azərbaycan ədəbi dili tarixi: XIII-XVI əsrlər: 4 cilddə. C.1.-Bakı: Şərq-Qərb, 2007-480 s.; 21 sm - (Lüğət və Ensiklopediyalar)

71.

81.2(5Aze)

A 99


Azərbaycan ədəbi dili tarixi: XVII-XVIII əsrlər: 4 cilddə. C.2.-Bakı: Şərq-Qərb, 2007-328 s.; 21 sm - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: XVII əsrin əvvəllərinədək əsasən Füzuli ədəbi məktəbindən qaynaqlanan Azərbaycan ədəbi dili XIII-XVIII yüzilliklərdə üstünlüyü daha çox xalq dili üslubuna verərək, Vaqif ədəbi məktəbinin yaranmasına münbit zəmin olmuşdur. XVII əsrin sonu XVIII əsrin inkişafı boyu Azərbaycan ədəbi dili ənənəvi klassik üslubdan uzaqlaşaraq, xalq ədəbi dili üslub xəttinin üstünlük kəsb etməsi ilə səciyyələnir. Bu kitab dövrün ədəbi dilinin əsas istiqamətlərini əks etdirən dahi söz ustadları Q.Təbrizi, S.Təbrizi (XVII əsr), habelə M.P.Vaqif, M.V.Vidadi və XVIII əsrdə yazıya alınmış dövrün ədəbi dilinin milli zəmində inkişaf xəttini işıqlandıran "Şəhriyar" dastanının dil materialı əsasında Azərbaycan ədəbi dilinin tarixi - diaxronik istiqamətdə elmi-nəzəri tədqiqinə həsr edilmişdir.

72.

81.2(5Aze)

A 99


Azərbaycan ədəbi dili tarixi : XIX əsr :4cilddə. C.3. ; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu . - Bakı : Şərq -Qərb, 2007. - 336 s.; 20 sm. - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: "Azərbaycan ədəbi dili tarixi" kitabının III cildi Azərbaycan ədəbi dilinin XIX əsr mərhələsində inkişaf tarixinin elmi tədqiqinə həsr edilir. Məlumdur ki, Azərbaycan xalqının ümummədəni tarixində, eləcə də ədəbi dilinin tarixində XIX əsr xüsusi mərhələ kimi-ədəbi dildə ümumxalq demokratik istiqamətli inkişaf xəttinin qüvvətlənməsi ilə səciyyələnir. XVII - XVIII əsrlərdə təməli qoyulan ədəbi dilin xalq dili zəminində inkişaf prosesi XIX yüzillikdə yüksək səviyyəyə qalxaraq ədəbi dilin bütün təbəqələrini (yaruslarını) əhatə edir. Bu cilddə Azərbaycan ədəbi dili, əsasən bədii üslub üzrə ədəbi dilin leksik, frazeoloji, habelə qrammatik mənzərəsi dövrün ədəbi simaları M.F.Axundzadə, Q.Zakir, S.Ə.Şirvani əsərlərinin, qismən də "Əkinçi" qəzetinin dil materialı əsasında araşdırılır, yeri gəldikcə, mətbuat, elmi, dini üslublarla müqayisələr də aparılır.

73.

81.2(5Aze)

A 99


Azərbaycan ədəbi dili tarixi: XX əsr: 4 cilddə. C.4.-Bakı: Şərq-Qərb, 2007-424 s.; 21 sm - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: XX əsrin əvvəllərində respublikada gedən elmi-texniki tərəqqi ilə əlaqədar olaraq Azərbaycan ədəbi dilində özünü göstərən irəliləyişlər milli dilin xəlqi əsasda inkişafı üçün dil sahəsində aparılan islahatlar-məktəblərin, ümummaarifçilik işinin yenidən qurulması, XIX əsrdən təşəkkül tapan mətbuat dilinin formaşlaması və inkişafı izlənilir, dövrün ədəbi dili mövcud üslublar-bədii üslub, publisist üslub, elmi üslub, dini (şəriət) üslub, rəsmi-epistolyar üslub üzrə tədqiq edilir.

74.

83(5Aze)

A 99


Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə. C.1.; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu-Bakı: Elm, 2004-760 s.; 20 sm.

Аnnotasiya: Çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi" oxuculara təqdim olunan birinci cildi mənəvi mədəniyyətimizin mühüm bir qolunu təşkil edən şifahi xalq ədəbiyyatının tarixi-semantik səciyyəsini, strukturunu, janr təkamülünü, folklor mətinlərinin ideya-estetik məziyyətlərini əks etdirir. Azərbaycan folklorşünaslığının çoxillik elmi təcrübəsi və yekun qənaətləri əsasında hazırlanmış bu kitab fundamental səciyyə daşıyır. Mifologiya və arxaik folklor, şifahi ədəbiyyatın ənənəvi janrları, ozan-aşıq sənəti, epos yaradıcılığı cildin əsas tədqiqat istiqamətini əhatə edir. Şifahi bədii düşüncənin tarixi inkişafı cilddə həm folklor yaradıcılığının ümumi mənzərəsi, həm də ayrı ayrı janrların mətndaxili təkamülü kontekstində öyrənilmişdir.

75.

83(5Aze)

A 99


Azərbaycan ədəbiyyatı tarixi: 6 cilddə. C.6.; baş red. T.Kərimli-Bakı: Elm, 2007-632 s.; 20 sm.

Аnnotasiya: Altıcildliyin bu cildi ən qədim zamanlardan XIII yüziliyə qədər olan dövrün ədəbiyyatını əhatə edir. İlk qaynaqları e.ə. altıncı əsrə gedib çıxan və ədəbi-mədəni fikirinə "Avesta" kimi ölməz abidə bəxş edən Azərbaycan xalqının ədəbiyyatı sonralar ümumtürk kontekstində davam etmiş, Orxon-Yenisey abidələrində (VI yüzillik) dövrümüzə qədər gəlib çıxmışdır. Cilddə həmçinin qədim alban yazılı abidələri və Azərbaycan islamlaşdıqdan sonra VIII-XII əsirlərdə ərəb dilində yazıb yaratmış azərbaycanlı şairlərin yaradıcılığı və bu ədəbi-mədəni prosesin zirvəsini təşkil edən Xətib Təbrizinin elmi-ədəbi irsi araşdırma predmetinə çevrilmişdir. Ancaq cildin əsas məzmununu XI-XII əsrlər Azərbaycan poeziya məktəbi və onun Qətran Təbrizi, Xaqani Şirvani, Fələk Şirvani, Mücirəddin Beyləqani kimi görkəmli nümayəndələrinin yaradıçılıq özəlliklərinin müəyyən edilməsi kontekstində dünya ədəbiyyatının ən böyük şəxsiyyətlərindən biri olan Nizami Gəncəvinin ədəbi irsi, ədəbiyyatşünaslıq elminin nailiyyətləri səviyyəsində araşdırılır, ana dilli ədəbiyyata keçid dövrünün ərəfəsi nəzərdən keçirilir.

76.

81.2Az-4

A 99


Azərbaycanca Fransızca lüğət: A-Z -təkrar nəşr-Bakı: Şərq-Qərb, 2007-624 s.; 20 sm - (Lüğət və Ensiklopediyalar)

Аnnotasiya: 25000-dən artıq baş sözü olan bu lüğətdə 70000-ə qədər söz birləşməsi, frazeoloji və sabit söz birləşmələri, atalar sözləri, zərbi-məsəllər və əlbəttə ki, nümunə cümlələr verilmişdir.

77.

28 A 99


Azərbaycanın heyvanlar aləmi: buğumayaqlılar: II cild-Bakı: Elm, 2004-388 s: рис.; 25 sm.

Аnnotasiya: Azərbaycanın quru ərazilərində və müxtəlif su hövzələrində yaşayan xərçəngkimilərin, cücülərin (həşaratın), hörümçəkkimilərin, bütün dəstələrinin növ tərkibi, biologiyası, miqdarı və əhəmiyyəti haqqında məlumat verilir. Ölkənin kənd təsərrüfatında mühüm rol oynayan faydalı və zərərli cücülərə xüsusi diqqət ayrılmışdır. Azərbaycan heyvanlar aləmi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab eləcə də zooloqlar, entomoloqlar, universitet və texnikomların bioloji fakültələrinin və orta məktəblərin biologiya müəllimləri üçün faydalıdır.

78.

28.69

A 99


Azərbaycanın heyvanlar aləmi: onurğalılar. C.3. ; Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu. - Bakı : Elm, 2004. - 620 s. +3 yap. vərəqi : şək.; 25sm.

Аnnotasiya: Cilddə Azərbaycan Respublikası zooloqlarının-dəyirmiağızlılar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifinə aid olan 623 onurğalı növün təşəkkül tarixinə, sistematik vəziyyətinə, yayılmasına və sayına, ekologiyasına və təsərrüfat əhəmiyyətinə dair çoxillik tədqiqatlarıın nəticələri ümumiləşdirilmişdir. Kitabda əsas yer tutan növ oçerklərində heyvanların taksonomik statusu, ərazi və landşaftlar üzrə yerləşməsi, biotopik uyğunlaşması məskunlaşma dinamikası, həyat fəaliyyətinin müxtəlif yönləri işıqlandırılmışdır. Kitab, Azərbaycan heyvanlar aləmi ilə maraqlanan geniş oxucu kütləsinə ünvanlanır. Zooloqlar, kənd, meşə, ovçuluq və balıqçılıq təsərüfatlarının mütəxəssisləri, həkimlər, eləcə də ali və orta təhsil müəssisələrinin biologiya fakültələrinin müəllim və tələbələri üçün xüsusən faydalı olacağına ümüdümüz var.

79.

36.99(5Aze)

A-99


Azərbaycan kulinariyası ensiklopediyası. - Bakı : Şərq -Qərb, 2007. - 168 s. : şək.; 25sm.

Аnnotasiya: Özünəməxsusluğu ilə ta qədimdən məşhur olan Azərbaycan mətbəx mədəniyyəti Vətənimizin coğrafi mövqeyi, xalqımızın milli ənənələri, həyat tərzi və s. bağlı tarixən formalaşan xüsusiyyətlərə malikdir. Fotoşəkillərlə zəngin ensiklopediyada Azərbaycan mətbəxinin xalq arasında geniş yayılmış 200-ə yaxin sulu və quru xörək reseptləri, eyni zamanda qəlyanaltılar, turşular, mürəbbələr və digər kulinariya məmulatları haqqında məlumat verilir.

80.

26.0

A 99


Azərbaycan Respublikası Torpaq Atlası; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Milli Elmlər Akademiyası Torrpaqşünaslıq və Aqrokimya İnstitutu. - Bakı : Bakı Kartoqrafiya Fabriki, 2007. - 127 s.

Аnnotasiya: "Torpaq atlası" ilk dəfə olaraq vahid xəritəçilik əsəri kimi nəşr olunur. Atlasdakı xəritələr 1:1 500 000 miqyasında tərtib olunub, bu da müxtəlif məzmunlu xəritələrin istifadəsi zamanı onların müqayisəsini asanlaşdırır. Atlasdakı xəritələrin informativliyini yüksəltmək, təcrübədə istifadəni asanlaşdırmaq üçün izahedici mətinlərdən, cədvəllərdən, qrafik və diaqramlardan istifadə olunmuşdur.

81.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi: III-XII əsrin I rübü: 7 cilddə. C.2.; məsul red. N.Vəlixanlı-təkrar nəşr-Bakı: Elm, 2007-608+24 s.: şək.; 20 sm - (Azərbaycan dili və tarixi)

82.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi: XIII-XVIII əsrlər: 7 cilddə. C.3.; məsul red. O.Əfəndiyev-təkrar nəşr-Bakı: Elm, 2007-592+56 s.: şək.; 20 sm -(Azərbaycan dili və tarixi)

83.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi: XIX əsr: 7cilddə. C.4.; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu-təkrar nəşr-Bakı: Elm, 2007-504+48 s.: şək.; 20 sm - (Azərbaycan dili və tarixi)

84.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi: 1900-1920-ci illər: 7 cilddə. c.5.; məsul red. M.İsmayılov-təkrar nəşr-Bakı: Elm, 2008-696+40 s.: şək.; 20 sm - (Azərbaycan dili və tarixi)

85.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi: aprel 1920-iyun 1941: 7 cilddə. C.6.; məsul red. C.Quliyev-təkrar nəşr-Bakı: Elm, 2008-568+48 s.: şək.; 20 sm - (Azərbaycan dili və tarixi)

86.

63.3(5Aze)

A 99


Azərbaycan tarixi: 1941-2002-ci illər: 7 cilddə. C.7.; məsul red. T.Qafarov-təkrar nəşr-Bakı: Elm, 2008-608+80 s.: şək.; 20 sm - (Azərbaycan dili və tarixi)

87.

65.26

B16


Bağırov, M.M.Banklar və bank əməliyyatları: ali məktəblər üçün dərslik. /M.M.Bağırov-Bakı: Nurlan, 2003- 512 s.; 20 sm.

Аnnotasiya: Kitabda bankların meydana gəlməsi, bank sisteminin formalaşması, bu sistemin idarə olunması özünün geniş şərhini tapmışdır. Mərkəzi və kommersiya bankların rolu, funksiyaları, vəzifələri yeni iqtisadi şəraitə uyğun olaraq təhlil olunmuş, bankların aktiv və passiv əməliyyatları ətraflı nəzərdən keçirilmişdir. Bankların likvidliyi, bank auditinin təşkili və bank uçotunun həyata keçirilməsinin ən mühüm problemlərinin konkret yolları göstərilmişdir. Dərslik aspirantlar, magistrantlar, bakalavrlar, həmçinin bank və iqtisad orqanlarının işçiləri, müəssisə və təşkilatların iqtisadşıları üçün nəzərdə tutulmuşdur.

88.

67.0

B 28


Bastiat, Frederik. Hüquq. /F.Basitat-Bakı: ÇİNAR - ЗAP, 2007-137 s.; 16 sm.

Аnnotasiya: Bu kitabçanın ana mövzusu və ideyası fərdin azadlığı və sosial ədalət problemidir. Hüququ zülmün, istismarın, ədalətsizliyin vəsaitinə çevirmək insanlığa ən böyük xəyanətdir. Hüquq-sadə insana duyulan məhəbbətin ifadəsi, zora, özbaşınalığa qarşı etirazdı. F.Bastiat dərin fikirlərini sadə şəkildə ifadə etməyi bacarmışdır.

89.

88.5

B 32



Bayramov, Ə.S.Sosial psixologiya: ali məktəblər üçün dərslik. /Ə.S.Bayramov-Bakı: Qapp-Poliqraf, 2003-356 s.; 20 sm.

Аnnotasiya: Dərslik beş hissədən ibarətdir. I hissədə sosial psixologiyanın ümumi məsələləri, II hissədə şəxsiyyətin sosial psixologiyası, III hissədə sosial psixologiyada qrup nəzəriyyəsi, IV hissədə ünsiyyətin sosial-psixoloji məsələləri, V hissədə sosial psixologiyanın tətbiqi problemləri açıqlanır.Dərslik bakalavr-psixoloqlar üçün nəzərdə tutulsa da, sosial psixoloji məsələləri ilə maraqlanan magistrlar, psixoloq və pedoqoq-aspirantlar, məktəb rəhbərləri, müəllimlər və tərbiyəçilər, praktik psixoloqlar, eləcə də geniş oxucu kütləsi üçün faydalı ola bilər.

90.

84(5Aze)

B 33


Bayramoğlu, Alxan. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat. /A.Bayramoğlu-Bakı: Elm, 2003-276 s.; 20 sm.

Аnnotasiya: Filologiya elimləri doktoru Alxan Bayramoğlunun bu kitabında Cümhuriyyət dövründə ədəbi-ictimai fikri düşündürən taleyüklü problemlərin ideya-estedik dərki dövrün poeziya və nəsr (qismən də publisistika) nümunələri əsasında təhlil olunur. Tənqid və ədəbiyyatşünaslığa isə xülasə şəkilndə diqqət yetirilir. Bu zaman ayrı-ayrı ədəbi şəxsiyyətlərin - A.Şaiq, M.Hadi, Ə.Cavad, Y.V.Çəmənzəminli, S.Hüseyin, M.Şahtaxtlı, U.Gülsüm, C.Cabbarlı və b. fərdi yaradıcılıq keyfiyyətlərinə, habelə onların münasibətlərinin işığında dövrün ictimai-tarixi hadisələrinə nəzər salınır. Əsər Cümhuriyyət dövrü ədəbiyyatımıza dair ilk monoqrafik təşəbbüs kimi 1989-cu ildə yazılmış və onun əsas müddəaları məqalələr şəklində elmi ictimaiyyətə 1990-cı ildən çatdırılmağa başlanmışdır. Müəllif monoqrafiyanı 1998-ci ildə yenidən işləmişdir. Kitabın "Bədii nümunələr" bölməsində dövrün poeziya, nəsr və publisistikasından müəllifin toplayıb ərəb qrafikasından transliterasiya etdiyi nümunələr, həmçinin onlara izah və qeyidlər verilir.

91.

87.4

B 73


Boqomolova, O.B.Məntiq məsələləri-2-ci nəşr /O.V.Boqolomova-Bakı: Çıraq, 2007- 240 s.: qraf., cədv.; 21 sm.

Аnnotasiya: Müxtəlif yaşlı məktəblilər üçün məntiqi məsələlər sistemi təklif edilir. Məsələlər məna tərkibinə və həll üsullarına görə strukturlaşdırılmışdır. Fərqli tipli məsələlərin müfəssəl həll sxemləri verilmişdir. Kitab məntiqi təfəkkürün inkişafına təkan verir, təhlilləri düzgün qurmağı, fərziyyələr irəli sürməyi və onları araşdırmağı, müstəqil qərar qəbul etməyi öyrədir. Məktəblilər, müəllimlər və metodistlər üçündür.

92.

84(5Aze)

B 47


Borsunlu, F.T.Borsunlu ermənilərə göz dağı oldu. /F.T.Borsunlu- Bakı: Nərgiz, 2008-136 s.; 20 sm

Аnnotasiya: Kitab Qarabağ döyüşündə analoqu olmayan igidliklər göstərmiş, öz dəstəsi ilədüşmənin dəfələrlə burnunu əzmiş, Çopur Məhəmmədin davamçısı, el qəhrəmanı Məmmədov İlham Bayram oğlunun şərəfinə həsr edilib.

93.

71.0

B 97


Bünyadova, Şirin.Azərbaycan qonaqpərvərliyi; Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu. /Ş.Bünyadova- Bakı: Elm, 2005-152 s.: şəkil.; 20 sm.

Аnnotasiya: Tarix elmləri namizədi Ş.Bünyadovanın bu monoqrafiyasında ilk dəfə olaraq Azərbaycan xalqının zəngin və çoxçalarlı qonaqpərvərlik mədəniyyəti tarixi mənbə və tədqiqatlar, etnoqrafik materiallar, xalq yaradıcılıq nümunələri əsasında geniş şərh edilmişdir. Burada qonaqpərvərliyin təşəkülü, tarixi inkişaf mərhələləri izlənilməklə onun məna və məzmunu, icra qaydaları, səciyyəvi cəhətləri öz əksini tapmışdır.

94.

84(5)

C 51

Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı: qədim dövr / N.Cəfərov. C.1.-Bakı: Çaşıoğlu-Azərbaycanda Atatürk Mərkəzi, 2006-320 s.; 29 sm.

95.

84(5)

C 51

Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı: orta dövr / N.Cəfərov. C.2.-Bakı: Çaşıoğlu-Azərbaycanda Atatürk Mərkəzi, 2006-320 s.

96.

84(5)

C 51

Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı: yeni dövr / N.Cəfərov. C.3.-Bakı: Çaşıoğlu-Azərbaycanda Atatürk Mərkəzi, 2007-320 s.; 29 sm

97.

84(5)

C 51

Cəfərov, Nizami. Türk xalqları ədəbiyyatı: ən yeni dövr / N.Cəfərov. C.4.-Bakı: Çaşıoğlu-Azərbaycanda Atatürk Mərkəzi, 2007-320 s.; 29 sm

98.

83(5Aze)

C 59


Cəmşidov, Şamil -“Dədəm Qorqud": tarixi, coğrafi, tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni; Azərbaycan Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu /Ş.Cəmşidov- Bakı: Elm, 1999-680 s.; 20 sm

Аnnotasiya: "Kitabi-Dədəm Qorqud" Azərbaycan şifahi ədəbiyyatının qədim abidəsidir. Dastanın Drezden (tam) və Vatikan əlyazmalarında, onların nəşrlərində çoxlu təhrifə yol verilmişdir ki, bu da əksər hallarda nəşrlərin səhv düzəlişləri, yaxud da üzü köçürülərək anlaşılmazlığa yol verilməsi ilə əlaqədardır. Monoqrafiyanın müəllifi abidənin əlyazması və onun müxtəlif nəşrlərində 800-dən çox söz, söz birləşməsi və cümləyə düzəliş etmiş, əsərin tam, düzgün elmi mətnini hazırlamışdır. Kitabda Drezden mətninin fotosurəti, həmçinin dastanın Azərbaycan əlifbası ilə dürüstləşdirilmiş mətni və elmi şərhlər verilmişdir. Əsər ədəbiyyatşünaslar, şərqşünaslar, ali məktəbllərin filoloji və şərqşünaslıq fakültələrinin müəllim və tələbələri üçün nəzərdə tutulur.

99.

67.408

C 68


Cəza-icra hüququ: dərs vəsaiti / Bakı Dövlət Universiteti; Azərbaycan Respublikası Din Polis Akademiyası-Bakı: Hüquq ədəbiyyatı, 2007- 360 s.; 20 sm

Аnnotasiya: Təqdim olunan bu dərs vəsaiti hüquq sahəsi barədə ətraflı məlumat almağa qulluq edir. Vəsaitdə qüvvədə olan cəza-icra qanunvericiliyinə istinadən cəza-icra hüquq nəzəriyyəsinin əsas müddəaları yığcam şəkildə işıqlandırılmış və ali təhsil müəssisələrində cəza-icra hüququnu daha yaxşı dərk etməyə yönəlmişdir. Eyni zamanda vəsait cəza-icra hüququ üzrə imtahan və ya məqbullara hazırlaşanlar üçün qiymətli vasitəçi rolunu oynaya bilər. Dərs vəsaitindən hüquqşünaslar, cəzanı icra edən müəssisə və orqanların işçi heyəti, cəza-icra hüquq sahəsi və penitensiar sahənin fəaliyyəti ilə maraqlanan şəxslər, habelə hüquq müdafiəçiləri də faydalana bilər.

Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin