Kİtabxanasinda olan kitablarin biBLİoqrafiK – İnformasiya göSTƏRİCİSİ



Yüklə 7,93 Mb.
səhifə6/13
tarix31.01.2017
ölçüsü7,93 Mb.
#7195
1   2   3   4   5   6   7   8   9   ...   13

156.

65(5Aze)

N-14


Nadirov, A. Azərbaycan iqtisadiyyatı /A.Nadirov-Bakı: Elm, 2003-344 s.; 21 sm

Аnnotasiya: Kitabda Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, potensial imkanları haqqında dolğun məlumat verilmiş, onun yüksəlişini şərtləndirən əsas istiqamət və prinsiplərə toxunulmuşdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

157.

92(5Aze)

N-17


Naxcıvan ensiklopediyası; red. C.B.Quliyev-[s. l.]: AMEA, 2002-594 s.: xəritə., şək.; 26 sm

Аnnotasiya: Naxçıvan ensiklopediyası muxtar respublikanın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşrdir. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilmişdir.

158.

63.3(5Aze)

N-17


Naxcıvan sancağının müfəssəl dəftəri; tərc.ed.: Z.Bünyadov, H. Məmmədov-Bakı: Elm, 2001-376 s.; 20 sm

Аnnotasiya: Bu nəşirdə Naxçıvan sancağının tarixi daha geniş xronoloji çərçivədə, təqribən 150 illik dövrün hadisələr kontekstində tədqiq edilmiş, tərcümənin mətnində isə cüzi dəyişikliklər edilmişdir. Bundan əlavə II nəşrə mətinlə bağlı qeyd və terminoloji şərhlər də əlavə edilmişdir.

159.

28.57

N 49


Nəbatat terminləri (azərbaycanca-rusca) və bitki adları (azərbaycanca-latınca-rusca-ingiliscə), (latınca-azərbaycanca-rusca-ingiliscə) lüğəti. C.1.; red.: O.V.İbadlı, V.S.Fərzəliyev-Bakı: Elm, 2008-320 s.; 20 sm

Аnnotasiya: Oxuculara təqdim olunan 2 hissəli lüğət latın qrafikası ilə müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Lüğət 7385 nəbatat terminləri və 1295-dən artıq bitki adlarından ibarətdir. Lüğət elmi işçilər, ali və orta məktəb müəllimləri, şagirdlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

160.

28.57

N 49


Nəbatat terminləri (azərbaycanca-rusca) və bitki adları (azərbaycanca-latınca-rusca-ingiliscə), (latınca-azərbaycanca-rusca- ingiliscə) lüğəti C.2.; red.: O.V.İbadlı, V.S.Fərzəliyev-Bakı: Elm, 2008-352 s.; 20 sm

Аnnotasiya: Oxuculara təqdim olunan 2 hissəli ilk dəfə olaraq latın qrafikası ilə müasir tələblərə uyğun olaraq hazırlanmışdır. Lüğət 7250 nəbatat terminləri və 1240-dan artıq bitki adlarından ibarətdir. Lüğət elmi işçilər, ali və orta məktəb müəllimləri, şagirdlər, tələbələr və geniş oxuçu kütləsi üçün nəzərdə tutulmuşdur.

161.

83(5Aze)

N 49


Nəbiyev, B. Xəzan vurmasın: toplu; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur /Bəkir Nəbiyev-Bakı: Elm, 2006-452 s.; 20 sm

Аnnotasiya: "Xəzan vurmasın" kitabına akademik Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatşünaslığının aktual problemlərinə, ayrı-ayrı ədəbi simaların yaradıcılığına dair əsasən son illərdə qələmə aldığı məqalələri, məruzələri, müxtəlif əsərlər haqqında rəyləri, dünyasını dəyişmiş bəzi dostları, həmkarları haqqında xatirələri, habelə yol qeydləri daxil edilmişdir.

162.

84(5Aze)

N 62


Nəzirli, Ş. Güllələnmiş Azərbaycan generalları: hekayələr, portretlər, oçerklər, məqalələr /Ş.Nəzirli-Bakı: OKA Ofset, 2006-655 s.: портр.;23 sm

Аnnotasiya: Uzun illər Azərbaycan hərb tarixinin tədqiqatı ilə məşğul olan Müdafiə Nazirliyi Hərbi- Elmi Mərkəzin Baş Elmi əməkdaşı polkovnik-leytenant Şəmistan Nəzirli samballı kitabların müəllifidir. Onun "Azərbaycan generalları", "Qəribə talelər", "Arxivlərin sirri açılır", "Cümhiriyyət generalları", "Tam artilleriya generalı Səməd bəy Mehmandarov", "General Yadigarov qardaşları", "General Əliağa Şıxlinski ömrü", "İlk hərbi təyyarəçi Fərrux ağa Qayıbov", və başqa əsərlərini oxucular maraqla qarşılamışlar. Tədqiqatçı-publisist Şəmistan Nəzirli gərgin elmi axtarışlardan sonra "Güllələnmiş Azerbaycan generalları" adlı yeni kitabını bitirmişdir. Arxiv sənədləri əsasında yazılmış kitabda totalitar Sovet rejimi illərində Azərbaycanın on doqquz generalının, onlarla ali rütbəli polkovnik və podpolkovnikin faciəli həyatı araşdırılır.

163.

82(5Aze)

N 78

Novruz bayramı ensiklopediyası -Bakı: Şərq-Qərb, 2008-208 s.: şək.; 25 sm - (Lüğət və Ensiklopediyalar)

164.

84(5Aze)

N 87


Nur, Məqsəd. Tərs kimi /Məqsəd Nur-Bakı: Adiloğlu, 2006-240 s.; 18 sm

Аnnotasiya: Yazıçının ilk kitabına 1988-2001-ci illərdə qələmə aldığı proza-hekayə və silsilələr daxildir.

165.

74.00

O 28


Oxu!: yaşamaq üçün...-Bakı: Kövsər, 2007 - 128 s. : şək.; 21 sm

Аnnotasiya: Bu kitab oxumağın həyatımızdakı əhəmiyyətindən, oxuma üsullarından, oxumağımıza mane olan faktorların müəyyən edilməsindən və onları aradan qaldırma metodlarından bəhs edir. Kitab məktəb şagirdi, tələbə və valideynlərə ünvanlanmışdır.

166.

63.3(5Aze)

O-58


Oruclu, M. Azərbaycanda və mühacirətdə müsavat partiyasının fəaliyyəti : (1911-1992). / Məryəm Oruclu- Bakı : Azərnəşr, 2001. - 271 s.; 20sm.

Аnnotasiya: Əsərin tədqiqat obyekti Müsavat Partiyasının fəaliyyətinin əsas istiqamətləridir. Əsərdə əsrin əvvəllərində Müsavat Partiyasının yaranmasıni zəruri edən amillər araşdırılır, partiyanın müxtəlif dövürlərdə qəbul etdiyi proqramları geniş təhlil edilir. Burada Azərbaycan Demokratik Respublikasının yaranmasında və idarə edilməsində partiyanın yeri və rolu araşdırılır, onun ölkə daxilində və mühacirətdə fəaliyyəti diqqət mərkəzinə gətirilir. Müsavat Partiyasının Azərbaycanda bərpasını zəruri edən amillərin təhlilinə əsərdə xüsusi yer verilir. Əsərə Müsavat Partiyasının bütün proqramlarından və qurultay materiallarından ibarət olan əlavələr edilmişdir.

167.

83(5Aze)

O-63


Osmanlı, V. Məhəmməd Hadinin romantizmi; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu /Vəli Osmanlı- Bakı: Elm, 2006-204 s.; 20 sm

Аnnotasiya: XX əsr Azərbaycan romantiki Məhəmməd Hadinin yaradıcılığından indiyədək əsasən ümumi ədəbi tarixi istiqamətdə yazılıb. Bu tədqiqatda mütəfəkkir şairin romantik irsi romantizmin öz yaradıcılıq prinsipləri və təhlil ilə məxsusi qaydada araşdırılır. Belə məxsusi araşdırma şairin yaradıcılığında yeni obrazların, ideyaların, romantizmin poetikasına məxsus rəmzlərin aşkarlanmasına imkan vermişdir. Nəticədə Hürriyyət və Bəşər obrazları, Millət və Vətən ideyaları, Həqiqət, Xəyal, Şüur, İsmət kimi rəmz tipologiyaları müəyyənləşdirilir. İnqilabla intibahın dialektikası açıqlanır.

168.

84(5Aze)

P 19


Parcalanmış millətin harayı. I: Həsrət şeirləri və bayatıları-[s. l.]: Nurlar, 2007 - 656 s. : портр.; 22 sm

Аnnotasiya: "Parçalanmış millətin harayı" adlı bu toplu 180 ilə yaxınlaşan bir müddətdə zorla ikiyə parçalanmış Azərbaycan xalqının şeir və bayatılar dili ilə bu haqsızlığa və ədalətsizliyə qarşı çıxış və etiraz səsidir. Kitabda o taylı-bu taylı 100-dən şairlərimizin həsrət, hicran nisgili və vüsal arzusu ilə bağlı şeirlərindən və bu mövzuda deyilmiş bayatılardan nümunələr oxuculara təqdim olunur. Parçalanmış vətənin ağrısını köksündə gəzdirən hər bir azərbaycanlı türk üçün, bu ağır tarixi faciəyə biganə qalmayan insanlardan ötrü kitabın oxunaqlı və cazibəli olacağına şübhə etmirik. Bu səpgidə kitabın hazırlanması ilk təşəbbüs olduğundan onun nöqsan və qüsurlardan tam xali olacağı mümkünsüzdür. Bununla bağlı öz təklif və rəylərini göndərəcək oxuculara əvvəldən minnətdarlığımızı bildiririk. Həsrət poeziyasından və bayatılardan seçmələr olan bu kitabın vüsal həsrəti ilə yaşayan hər bir türkün stolüstü kitabı olacağına inanırıq.

169.

88.3

P 82


Psixologiya: ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün dərslik - [s. l.]: Nurlan, 2007 - 700 s.; 20 sm

Аnnotasiya: Dərslikdə "Psixologiya" proqramına (2005) müvafiq olaraq psixologiyanın predmeti və metodları, fəaliyyət və ünsiyyət, şəxsiyyət və qrupların psixologiyası, psixi proseslər və hallar, şəxsiyyətin fərdi psixi xassələri, yaş və pedoqoji psixologiyanın predmeti və vəzifələri, məktəbə daxil olanadək, kiçik məktəb yaşı, yeniyetməlik və ilk gənclik yaşı dövlərində psixi inkişafın əsasları, tərbiyə, təlim, pedoqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası, məktəbə psixoloji xidmətin əsasları psixologiya elminin müasir nailiyyətlərinə uyğun şəkildə öz əksini tapmışdır. Dərslik ali pedoqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün hazırlamışdır. Ondan magistrlar, müəllimlər və valideynlər də istifadə edə bilərlər.

170.

85.33(5Aze)

R 52


Rəhimli, İ. Barat Şəkinskaya: xalq artisti Bahar Xanım Şəkinskayanın həyatı və yaradıcılıq yolu /Rəhimli İlham-Bakı: Tutu, 2005-149 s.; 20 sm

Annotasiya: Kitabda İlham Rəhimlinin şəxsi arxivində olan şəkillərdən və Azərbaycan Dövlət Teatr Muzeyinin foto-neqativ şöbənin nadir nüsxələrindən istifadə olunub.

171.

83(5Aze)

R 99


Xəlil Rza Ulutürk. Gəl, ey səhər; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi /Rza Xəlil Ulutürk - Bakı: Nağıl evi, 2004-420 s.: şəkil.; 20 sm

Annotasiya: Kitabda görkəmli şair, filosof, mütəfəkkir şəxsiyyət, istiqlal mücahidi və ictimai-siyasi xadim Xəlil Rza Ulutürkün milli mədəniyyətimizə dair, əsasən, elmi-publisistik və elmi-tarixi memuar məqalələri toplanmışdır. Həmin məqalələrin əksəriyyəti sənətkarın arxivindən ilk dəfə götürülərək nəşr olunur. Kitab milli mədəniyyətimizin inkişaf məsələlərinin öyrənilməsində əhəmiyyətli mənbədir. "Gəl ey səhər" toplusu inəsənət nümayəndələri, Ulutürkşünaslığımız üçün qiymətli töhfə, xalqımız üçün milli mənəvi sərvətdir.

172.

83(5Aze)

R 99


Xəlil Rza Ulutürk. Lefortovo zindanında /Rza Xəlil Ulutürk - Bakı: ÇİNAR-ÇAP, 2006 - 482 s.; 21 sm

Annotasiya: Bu əsər ədəbiyyatımızda elmi-tarixi memuar janrının ilk nümunələrindəndir. İndiyədək analoqu olmayan ədəbi yaradıcılıq tipidir. Belə nümunələrə dünya ədəbiyyatında az təsadüf edilir. Kitabda istiqlal şairi, milli azadlıq mücahidi Xəlil Rza Ulutürkün azadlıq mübarizəsindəki iştirakının bəzi səhifələri, habelə, onun Lefortovo zindan həyatının mühüm tarixçəsi ifadə olunmuşdur. Əsər gənclərimizin hərbi vətənpərvərlik və dövlətçilik tərbiyəsi, vətənə, xalqa, torpağa əqidəcə, məsləkcə bağlanmaq sahəsində qiymətli salnamədir.

173.

72(5Aze)

R 99


Rzayev Ağababa. Nəsirəddin Tusi: (həyatı, elmi, dünyagörüşü); Azərbaycan Milli Elmlər Akademiyası İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutu /Ağabala Rzayev-Elm, 2001 - 352 s. : şək.; 20 sm

Annotasiya: Monoqrafiya XII əsr Azərbaycan elminin ən görkəmli alimi Nəsirəddin Tusinin həyatına və dünyagörüşünə həsr olunub. Əsərdə onun Şərqin və dünyanın ən əzəmətli Marağa rəsədxanasının yaradılmasındakı, riyaziyyat, həndəsə, fəlsəfə, hüquq elmlərinin inkişafındakı rolu işıqlandırılır; əxlaq, təhsil, cinayət və cəza problemlərinə münasibəti açıqlanır.

174.

91(5Aze)

S 16


Sadıqova Solmaz. Abuzər Xələfov: biblioqrafik məlumat kitabı; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi M.F.Axundov adına Milli Kitabxana /Solmaz Sadıqova-Bakı: Nağıl Evi, 2006-142 s.; 15 sm

Annotasiya: Biblioqrafik məlumat kitabı əməkdar elm xadimi, BİA-nın akademiki, Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universiteti kitabxanaçılıq-informasiya fakültəsi kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri dokoru, professor Abuzər Alı oğlu Xələfovun həyat və yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyətinə həsr olunmuşdur. Biblioqrafik məlumat kitabı Abuzər Xələfovun yaradıcılığı və kitabxanaşünaslıq elmi ilə maraqlanan mütəxəssislər, mədəniyyət işçiləri, kitabxanaçılar, müəllimlər və tələbələr üçün nəzərdə tutulmuşdur.

175.

92

S 21


Salahov, Mustafa. İzahlı fəzavi kimya terminləri. Kitab 1 /Mustafa Salahov - Bakı: Elm, 2006 - 164 s.; 21 sm

Annotasiya: Kitabda ilk dəfə olaraq Azərbaycan dilində mühüm fəzavi kimya terminlərinin geniş şərhi verilmiş, onların rus və ingilis dilində sinonimləri göstərilmişdir.Bununla yanaşı kitabda bəzi fiziki-kimyəvi terminlərin qısa izahı verilməklə, onların Azərbaycan (izahlı) – rus - ingilis; rus - Azərbaycan (izahlı) - ingilis və ingilis - Azərbaycan (izahlı) - rus dillərində sinonimləri göstərilir. Daha sonra fəzavi kimya sahəsində geniş işlənən bir sıra fiziki-kimyəvi terminlərin Azərbaycan-rus-ingilis; rus-Azərbaycan-ingilis və ingilis-Azərbaycan-rus lüğəti verilmişdir.

176.

83(5Aze)

S 12


Sasani, Ç. Orta əsrlər Azərbaycan poeziyasinda naturalist ədəbi-fəlsəfi fikir; Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu /Çingiz Sasani-Bakı: Elm, 2007- 432 s.; 20 sm

Annotasiya: Monoqrafiyada antik Azərbaycan və Yunan naturalist ədəbi-fəlsəfi poeziyasının tarixi təşəkkül və təkanül məsələləri, onun bir ədəbi janr və fəlsəfi nəzəriyyə kimi formalaşmasında şair və alim Zərdüşt və muğların təbiətin həyati və nüfuzu ilkin qaynaqlar əsasında tədqiq edilmişdir. Əsərdə ilk orta əsirlərdən başlayaraq öncə Yaxın və Orta Şərqdə (V,VIII-X əsrlərdə) və sonra Avropada (XI-XIII və XV-XVI əsrlərdə) təsis edilən ədəbi- fəlsəfi məktəb və akademiyaların yetişdirmiş olduğu intibah hərəkatlarında antik naturalizmin dərin istihalə yolu keçərək yeni bədii-fəlsəfi üslub və məzmunlarda orta əsirlər klassik Şərq və Avropa ədəbiyyatlarına nəqli məsələsi elmi-nəzəri şərhini tapmışdır. Kitabda ilk dəfə olaraq naturalizm həm də ədəbi bir fikir axını kimi öyrənilir, naturalist poeziyanın bədii mətnində təmsil janrının poetikası, simvolizmi, dil-üslub xüsusiyyətləri, naturalizmin panteist şerə təsiri kimi bir sıra ədəbi-fəlsəfi və irfani məsələlər İran və Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkir və şairləri Rüdəki, Nasir Xosrov, Şeyx Əli Babakuhi Bakuri, Ömər Xəyyam, Məshəti, Nizami, Sührəvədi, Əttar Nişaburi, Zülfüqar Şirvani, Humam Təbrizi, Mövlana Rumi, Əhvədi, Mahmud Şəbüstəri, Qasım Ənvar, Nəsimi, Qazi Bürhanəddin, Qövsi, Xətayi, Füzuli, Məshəti və Saib və Cuyanin yaradıcılığında ətraflı tədqiq edilmişdir.

177.

84(4Fr)

S 31


Sent-Ekzüperi, Antuan Düi. Gecə uçuşu /Sent-Ekzüperi Antuan Düi-Bakı: Şərq-Qərb, 2007 - 120 s.; 14 sm - (Dünya Ədəbiyyatı)

Annotasiya: Əbədi aləmdə həyati və yaradıcılığı Sent-Ekzüperində olduğutək bir-biriylə qırılmaz və üzvi şəkildə bu qədər bağlı ikinci yazıçı adı çəkmək çox çətindir. "Bəşəriyyət səmanın ənginliyini, təyyarəçilik sənətinin romantikasını Sent-Ekzüperinin romanları ilə mənimsəmiş, səmadan yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxış, planetimizin gözəlliyini, zərifliyini Sent-Ekzüperi ilə duymuşdur". Filosof-yazıçıya ilk ədəbi şöhrəti 1931-ci ildə Femina mükafatına layiq görülən "Gecə uçuşu" əsəri qazandırmışdır. "Gecə uçuşu" Sent-Ekzüperinin yalnız ədəbiyyatda deyil, həm də həyatda başlıca devizinin bəşəriyyət qarşısında insanlıq naminə məsuliyyət hissinin aliliyini göstərir. Sent-Ekzüperi etiraf edirdi ki, təyyarəçilərə qulaq asmağı çox sevir; onların danışıqları da raportları kimi aydın və lakonikdir. Həmin aydınlıq, lakonizm və yığcamlıq Sent-Ekzüperi yaradıcılığının, eləcə də "Gecə uçuşu" nun səciyyəvi cəhətlərindəndir.

178.

84(5Aze)

S 37


Seyidov M.C. Peyğəmbər /Mir Cəfər Seyidov-Bakı: Sabah, 2008-178 s.; 20 sm

Annotasiya: Müəllifin bu əsəri İslam peyğənbəri həzrət Məhəmmədin həyatından və yeni din uğrunda apardığı mübarizədən bəhs edir.

179.

84(5Aze)

S 37


Seyidəliyev, S. Qisas baş tutmadı /S.Seyidəliyev-Bakı: Çıraq, 2009-152 s.; 20 sm

Annotasiya: Povestdəki hadisələr ötən əsrin 70-ci illərindən bəhs edir. O vaxtki sovetlər hakimiyyəti dövründə rayon partiya komitələrinin birinci katiblərinin əksəriyyəti özlərini ağa kimi aparır, heç kəslə hesablaşmır, əhalidə qorxu xofu yaradırdılar. Onlar kimi istəsə həbs etdirir, vəzifədə olan kommunistlərə partiya cəzası verirdilər. Lakin o dövürdə təmiz işləyən, vicdanlı, qürurlu, qorxmaz, mübariz kommunist rəhbər işçilər də az deyildi. Onlar haqsızlıqlara dözmür, belə katiblərlə mübarizə aparırdılar. Əsərdə təsvir olan hadisələri hazırki yaşlılar və orta nəslin nümayəndələri görmüş, şahidi olmuşlar.

180.

51

S-42


Səfərov, M. Gözəlliyin və sağlamlığın yaşıl ensiklopediyası; Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu /M. Səfərov-Bakı: Səda, 2005 - 448 s.; 20 sm

Annotasiya: "Gözəlliyin və sağlamlığın yaşıl ensiklopediyası" kitabında Mikayıl Səfərov xalq təbabəində işlədilən bir çox dərman bitkiləri, dəmləmələr, bişirmələr, tinkturalar, şirələr və s. haqda çox geniş məlumat verməklə bərabər, dərman bitkilərinin yığılması vaxtı, qurudulması, saxlanması, onların işlədilməsinə göstriş və əks göstərişləri geniş qaydada açıqlamış, xalqın başa düşəcəyibir şəkildə izahlar verilmişdir. Kitabda gözəlləşmə, ürək-qan damar sistemi, ağciyər, həzm sistemi, böyrək-sidik sistemi, endokrin, onkoloji, qadın, qan xəstəlikləri, şirələr, arı məhsulları, burun-qulaq-boğaz xəstəlikləri və s. haqda da geniş məlumat verilmişdir.

181.

65.01

S 47


Səmədzadə, Z. İqtisadi tərəqqiyə həsr edilən ömürlər /Ziyad Səmədzadə - Bakı: Gənclik, 2002 - 400 s.; 20 sm

Annotasiya: İqtisadiyyatın ən müxtəlif sahələrində aktual nəzəri- metodoloji və praktiki problemlərin həllində aparıcı rol oynamış görkəmli iqtisadçılar, iqtisad elimləri doktorları Azərbaycan ziyalılarının avanqard dəstəsidir. Milli iqtisadiyyatın tərəqqisi naminə öz bilik, bacarıq və əməklərini sərf etmiş bu insanların həyat və yaradıcılığı, zənnimizcə, oxucular üçün maraqlı olacaq.

182.

83(5Aze)

S 98


Süleymanlı, Şamil. Azərbaycan ədəbiyyatı ensiklopediyası: ən qədim dövrlərdən 1920-ci ilədək /Ş.Süleymanlı C.1.-Bakı: Nağıl Evi, 2008-414 s.; 20 sm

Annotasiya: "Azərbaycan ədəbiyyatı ensiklopediyası"nda ən qədim və orta əsrlərin ədəbiyyat nümunələrindən, VII əsrdən 1920-ci ilədək Azərbaycanda və dünyanın müxtəlif ölkələrində anadan oluş, yaşamış, yazıb- yaratmış 209 azərbaycanlı şairin, yazıcının, ədibin həyat və yaradıcılığından, eyni zamanda bəzi dastan, epos və aşıq ədəbiyyatı nümunələrindən ətraflı, nizamlı məlumat verilmişdir.

183.

74(2Рос)

Ş 70


Şoloxov, M.A. Povest və hekayələr /M.A.Şoloxov-Bakı: Avrasiya press, 2007 - 360 s.; 20 sm - (Dünya Ədəbiyyatı)

Annotasiya: Bu kitaba XX əsr rus nəsrinin ən görkəmli nümayəndələrindən olan Mixail Şoloxovun "Yol" povesti, Don kazaklarının sinfi mübarizəsindən, acınacaqlı həyatından, habelə İkinci Cahan müharibəsində əsirlik həyatı yaşayan rus əsgərinin əzablı günlərindən, yenilməz iradəsindən bəhs edən "İnsanın taleyi" hekayələri daxil edilmişdir.

184.

87

Ş 95


Şükürov, A. Fəlsəfə: ali məktəblər üçün dərslik /Ağayar Şükürov; Azərbaycan Milli Elmlər Akademiyası Azerbaycan Respublikası Təhsil Nazirliyi-Bakı: Çıraq, 2008 - 492 s.; 20 sm.

185.

81(5Tу)

T 38


Təkləli, M.A. Türk imzası: rus yazıçı və alimlərinin, ictimai xadimlərinin daşıdığı türk təxəllüslərinin lüğəti /M.A.Təkləli-Bakı: NURLAN, 2006 - 192 s.; 23 sm

Annotasiya: Kitabda türk təxəllüsləri daşıyan şəxsiyyətlərin tərcümeyi-hallarını və yaradıcılığını əhatə edən yığcam məqalə, istifadə etdikləri türk mənşəli təxəllüslərinin tarixi-etimoloji təhlili verilmişdir.

186.

51

T 52


Tibb bacısının məlumat kitabı - Bakı: Çıraq, 2008 - 528 s.; 20 sm.

Annotasiya: Bu kitabda tibb bacısının mənəvi və peşə keyfiyyətləri; xəstələrə ümumi qulluq və müalicə-diaqnostika əməliyyatları; dərmanlar, onların aptekdən yazıb alınması, saxlanması və paylanması; xəstələrin müalicə qidası; terapevtik, vərəmli, infeksion, cərrahi və yaman şişləri olan xəstələrə; hamilə və zahı qadınlara, ginekoloji xəstələrə; yeni doğulmuş sağlam və xəstə uşaqlara; nevroloji və psixi xəstələrə; qulaq, boğaz və burun, göz xəstəliklərində, dəri və zöhrəvi xəstəliklərdə qulluğa aid məlumatlar; rentgen- radioloji şöbələrdə və kabinetlərdə tibb bacısının işinin xüsusiyyətləri; təxirəsalınmaz və həkiməqədər yardım, reanimasiya məsələlərinə dair məlumatlar verilir.

Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin