Kİtabxanasinda olan kitablarin biBLİoqrafiK – İnformasiya göSTƏRİCİSİ



Yüklə 7,93 Mb.
səhifə4/13
tarix31.01.2017
ölçüsü7,93 Mb.
#7195
1   2   3   4   5   6   7   8   9   ...   13

100.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri; / B.Çobanzadə. 5 cilddə. C.1.-təkrar nəşr-Bakı: Şərq-Qərb, 2007-336 s.; 20 sm - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Müasir türk dünyasının ən böyük türkoloq-alimi adını daşımağa layiq olan professor Bəkir Çobanzadə qısa həyat yaşamış, ancaq özündən sonra zəngin elmi və bəddi irs qoyub getmişdir. Stalin repressiyasının qurbanı olmuş alimin vəfatından sonra onun həyat və yaradıcılığı haqqında çoxsaylı əsərlər yazılmasına baxmayaraq, elmi işlərinin böyük əksəriyyəti yalnız öz dövründə-keçən əsrin 20-30-cu illərində ərəb və ovaxtı latın qrafikası ilə nəşr olunmuş, sonralar, demək olar ki, əsərlərinin heç biri yenidən işıq üzü görməmişdir. Bəkir Çobanzadənin "Seçilmiş əsərləri"nin I cildinə 1920-ci illərdə Bakıda ərəb qrafikası ilə nəşr edilmiş "Türk-tatar lisaniyyatına mədxəl" və "Türk-tatar dialektolojisi", eləcə də arxivdə makina latın çapı və əski əlyazması halında qalmaqda olan "Xətainin dili və bədii yaradıcılığı haqqında" əsərləri daxil edilmişdir.

101.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri; /B.Çobanzadə. 5cilddə C.2.- təkrar nəşr-Bakı: Şərq-Qərb, 2007-368 s.; 20 sm - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Şərq dünyasının XX əsrin 20-30-cu illərində yazıb-yaratmış ən böyük alimlərdən Bəkir Çobanzadənin "Seçilmiş əsərləri"nin II cildinə onun 1928-ci ildə Ağməsciddə əski əlifbada nəşr etdirdiyi "Son dövr Krım-tatar ədəbiyyatı tənqid təcrübələri", arxivdə makina latın çapı və əski əlyazması halında qalmış "İbn Mühənna və onun lüğəti" kitabları, eləcə də elmi dövri mətbuatda Azərbaycan və rus dillərində nəşr edilmiş 27 məqalə və çıxışı daxil edilmişdir.

102.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri; / B.Çobanzadə. 5 cilddə. C.3.-Bakı: Şərq-Qərb, 2007- 344 s.; 20 sm - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Görkəmli türkoloq Bəkir Çobanzadənin "Seçilmiş əsərləri"nin üçüncü cildinə daxil edilmiş "Türk dili və ədəbiyyatının tədris üsulu" adlı ikicilidliyi türk dillərinin və ədəbiyyatlarının tədrisi və tədqiqi metodlarının öyrənilməsinə həsr olunmuşdur. Kitab Azərbaycanda ali təhsil tarixinin öyrənilməsinə zəngin material verir və müasir tədris və elmi araşdırmalar üçün aktuallığını hələ də saxlamaqdadır.

103.

81(5Aze)

З 67


Çobanzadə, Bəkir. Seçilmiş əsərləri /B.Çobanzadə. 5 cilddə. C.4.- Bakı: Şərq-Qərb, 2007 - 200 s.; 22 sm - (Müasir Azərbaycan Ədəbiyyatı)

Annotasiya: Oxucuların diqqətinə təqdim olunan bu kitab 1928-ci ildə “Evdə pedaqoji texnikomu" seriyasindan türk dilini müstəqil öyrənənlərə kömək üçün nəzərdə tutulsa da, əslində türk dilinin tədrisində müəllimlərə metodiki kömək vəsaiti sayıla bilər.

104.

86.38

D13


Dadaşov, Aydın. Demokratiya və islam. /A.Dadaşov; Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu-Bakı: Elm, 2007 - 280 s.; 20 sm

Аnnotasiya: Amerika demokratiyasının ixracının son həddi ola biləcək bir qütblü dünyanın yaranmasının çətinliyi, qloballaşma prosesinin mürəkkəb strukturunda mövcud olan əsas qüvvələrin münasibətlər sisteminin öyrənilməsini tələb edir. Məhz dünyamızın əmin-amanlığı naminə əsas qüvvələri qane edəcək çıxış yolunun tapılması, demokratiya və islamın qarşılıqlı əlaqələrinin də, tarixin müəyyən mərhələlərində nəzərdən keçirilməsini, inkişaf istiqamətinin proqnozlaşdırılmasını diqtə edir. Demokratiya və islam dəyərlərinin Azərbaycanın yenidən istiqlalını qazanmasına qədər müxtəlif tarixi dövrlərdə, akademik mənbələrə söykənməklə, nəzəri metodoloji prinsiplər əsasında, mütərəqqi dəyərləri önə çəkməklə izlənilməsi təqdirəlayiqdir. İrqindən, dinindən, millətindən, cinsindən asılı olmayaraq hər kəsin yaşam haqqına malik olduğu Azərbaycanda get-gedə formalaşan vətəndaş cəmiyyətinin idarə olunmasında demokratiyanin imkanlarını önə çəkməklə, insanın axirət dünyasını belə əhatələndirən islam faktorunun unudulmaması, müqəddəs dövlətçiliyimizin üzərinə kölgə salan, ərazilərimizin bütövlüyünün təminatında xristian təəssübkeşliyinin önə keçməsini neytrallaşdıra bilir. Tarixin ibrət dərslərinin informasiya gerçəkliyi zəminində nəzərdən keçrilməsində strateji məqsəd, Azərbaycanın bu qlobal problemini daim gündəmdə saxlamaqdır. Dərs vəsaitlərinin, dərslik və monoqrafiyaların müəllifi, dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, f. e. d., professor Aydın Dadaşovun bu məqsədə xidmət edən "Demokratiya və islam" kitabı mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

105.

66.5

D 20


Daşdəmirov, Ə.F.Millət və cəmiyyət tarixin sərt dönəmlərində /Ə.Daşdəmirov; Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu - Bakı: Elm, 2008 - 344 s.; 20 sm

Аnnotasiya: Ötən iyirmi il Azərbaycanın çoxəsrlik tarixində qısa bir andır. Lakin ictimai-siyasi dəyişikliklərin miqyasına və əhəmiyyətinə görə bu dövr Azərbaycan cəmiyyəti və millətinin ən yeni tarixində görkəmli yer tutmuşdur. Oxucuların diqqətinə təqdim olunan "Millət və cəmiyyət tarixin sərt dönəmlərində" kitabında müəllifin-Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fəlsəfə elmləri doktoru, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasının professoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Əfrand Daşdəmirovun bu dövr haqqında ötən əsrin 80-ci illərinin sonunda və 90-cı illərində, eləcə də indiki əsrin əvvəlində müxtəlif Azərbaycan və rus nəşrlərində dərc olunmuş müşahidə və mülahizələri yer almışdır. Bu yazılarda SSRİ-də yenidənqurma prosesi gedişində başlanmış və dərin siyasi və sosial-iqtisadi böhran, sonda isə Sovet İttifaqının süqutu ilə nəticələnmiş köklü islahatlar və struktur dəyişiklikləri şəraitində cəmiyyət və millətin nələrlə üzləşdiyi müzakirə olunur.Kitabda Azərbaycanda dövlət müstəqilliyi quruculuğunun problemləri, xalqın milli özünüdərkinin yeniləşməsi, onun milli identikliyi məsələləri, ölkənin sərbəst inkişafının daxili və xarici imkanları işıqlandırılır. Əsərin aparıcı mövzusu- Azərbaycan Respublikasının demokratik inkişafının problemləri, çətinlikləri və qazancları, ictimai elmlərin Azərbaycan cəmiyyətinin demokratik seçiminin əsaslandırılmasında rolu və əhəmiyyətidir.

106.

82(5Aze)

D-47


Dəmirçizadə, Ə.M. "Kitabi-Dədə Qorqud" dastanlarının dili; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu - təkrar nəşr - Bakı: Elm, 1999 - 140 s.; 20 sm

Аnnotasiya: Təqdim edilən kitabda dastanın Azərbaycan dilinin ilk təşəkkül dövrünü aydınlaşdıran zəngin və dolğun mənbə olduğu açıqlanır. Bu kitabda xüsusən ali məktəblərimizin filoloji fakültələrində oxuyan tələbələrə həm Azərbaycan dilinin tarixi, həm də Azərbaycan ədəbiyyatı fənlərini öyrənməkdə faydalı vəsait olacağına əminik.

107.

84(0)

D-97


Dünya fantastika antologiyası - Bakı: Şərq-Qərb, 2007 - 464 s.; 20 sm - (Dünya Ədəbiyyatı)

Аnnotasiya: Kitabda fantastika janrında yazılan dünya yazıçılarından Pyer Bul, Artur Klark, Ayzek Əzimov, Rey Bredberi, Fred Tomas Saberhagen, Con Kristofer, Vatslav Kaydoş, Kişiştof Borun, Siniti Xosi və Namiq Abdullayevin hekayələri, eləcə də Aleksandr Belyayevin "Professor Douelin başı" povesti və Herbert Uellsin "Görünməz adam" romanı daxil edilmişdir.

108.

83(5Aze)

Ə-36


Əhmədov, Teymur. Nəriman Nərimanovun dramaturgiyası - Bakı: Nurlar, 2005 - 384 s.; 20 sm

Annotasiya: Monoqrafiya görkəmli dövlət xadimi, yazıçı və publisist Nəriman Nərimanovun dram yaradıcılığı, onun Azərbaycan milli teatrının yaranması və inkişafında rolu, eləcə də aktyorların sənət məktəbi olan səhnə əsərlərinin Krımda, Zaqafqaziyada, Tatarıstanda və Orta Asiyada tamaşaya qoyulması ilk dəfə tarixi sənədlər, arxiv materialları və şəkillər əsasında geniş araşdırılmışdır. Bu elmi əsər 1971-ci ildə "Elm" nəşriyyatında bütövlükdə kiril əlifbası ilə kütləvi tirajla buraxılmışdır. Monoqrafiya Azərbaycanın dramaturgiya və teatr tarixi ilə maraqlanan oxucular, müəllim və tələbələr, tədqiqatçılar üçün dəyərli hədiyyədir.

109.

83(5Aze)

Ə-36


Əhmədov T. Nəriman Nərimanovun yaradıcılıq yolu /N.M.Əhmədov; Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu - Bakı: Nurlar, 2005 - 384 s.; 20 sm

Annotasiya: Monoqrafiyada Nəriman Nərimanovun keçdiyi mürəkkəb və çətin yol onun ictimai-siyasi və ədəbi fəaliyyəti fonunda zənzin arxiv sənədləri əsasında şərh olunur. Azərbaycanın ictimai fikri tarixində, maarifçi-realist dramaturgiyanın, bədii nəsrin, siyasi publisistikanın və ədəbi tənqidin yaranması və inkişafı tarixində Nəriman Nərimanovun mövqeyi obyektiv qiymətləndirilir.

110.

81(5Aze)

Ə-51


Əlibəyzadə, Elməddin. Azərbaycan dilinin tarixi / E.Əlibəyzadə C.2. - Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 2008 - 640 s.; 20 sm

Annotasiya: "Azərbaycan dili tarixi" nin II cildində söz ustalarının, böyük sənətkarların dili üzərində tədqiqat aparılıb bu kitab yazılıb.

111.

84(5Aze)

Ə-50


Əlioglu, Ç. Atlantlar /Ç.Əlioğlu-Bakı: Aspoliqraf, 2006-664 s.; 25 sm

Annotasiya: Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlu həm də Azərbaycan Yazıçılar Birliyinin Poeziya seksiyasının sədridir. Moskvada keçirilən Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin Təşkilat komitəsinin və Münsiflər Heyətinin üzvü, 30 ildən yuxarı naşirlik təcrübəsi olan Ç.Əlioğlu bu gün də Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, MDB İcra Komitəsinin "Dövrü mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya məsələləri" üzrə Dövlətlərarası Şurasında respublikamızın təmsilçisidir. Orijinal kitablarıyla yanaşı dünya ədəbiyyatının İ.Bunin, A.Kuprin, V.Korolenko, A.Axmatova, M.Svetayeva, S.Marşak, A.Barto və s.kimi klassik yaradıcılarından, Y.Yevtuşenko, İ.Sklyarevski, B.Kupriyanov, A.Soutoll, B.Burıç kimi çağdaş müəlliflərindən-ümumilikdə 250-dən çox ad-tərcümə etdiyi əsərlərdən tərtib edilmiş 60-dan yuxarı kitabın müəllifidir. Çin və ərəb dilləri də daxil olmaqla şeirləri dünyanın bütün aparıcı dillərinə tərcümə edilmiş, müxtəlif ölkələrdə kitabları nəşr edilmiş şairin hörmətli oxucuların diqqətinə təqdim edilən bu kitabına həmin şeirlərdən də bir sıra nümunələr daxil edilmişdir. Ayrı-ayrı illərin yaradıcılıq bəhrəsindən tərtib edilmiş "Atlantlar" həm də müxtəlif ölkə xalqlarının oxucaları üçün nəzərdə tutulmuşdur.

112.

75

Ə-60


Əlirzayev, Ə. Turizmin inkişafının sosial-iqtisadi problemləri. /Ə.Əlirzayev-Bakı: Adiloğlu, 2006 - 164 s.; 20 sm

Annotasiya: Kitabda turizmin inkişafının sosial-iqtisadi rolu və onun Azərbaycan iqtisadi və sosial inkişafında yeri müəyyənləşir. Turizmin inkişafının əsas iqtisadi, maliyyə aspektləri qiymətləndirilir. Turizmin modeli, onun əsas parametrləri və sosial-iqtisadi nəticələri proqnozlaşdırılır. Turizmin sahə kimi şəraiti və onun təşkilində resurs potensialın iqtisadi dövriyyəyə cəlb edilməsi yolları əsaslandırılır. Kitab turizmin iqtisadi idarəetmə orqanları, ali məktəb tələbələri, elmi tədqiqat işçiləri üçün əhəmiyyətlidir.

113.

87.3(0)

Ə-64


Əliyev, E. Məktəbli fəlsəfəsi /E.Əliyev-Bakı: Adiloglu, 2008-264 s.; 20 sm

Annotasiya: Kitabda fəlsəfə tarixi, fəlsəfi cərəyanlar, fəlsəfənin əsas anlayışları və prinsipləri şərh edilib, dünya fikir tarixinin ardıcıl inkişafına xüsusi diqqət yetirilib. Orta məktəbin yuxarı sinif şagirdləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

114.

63.3(5Aze)

Ə-64


Əliyev, F. Naxçıvan xanlığı /F.Əliyev-Bakı: Şərq-Qərb, 2007-120 s.; 20 sm - (Azərbaycan dili və tarixi)

Annotasiya: Kitabda Naxçıvan xanlığının yaranması, onun sosial-iqtisadi vəziyyəti, o cümlədən xanlığın siyasi tarixində xan hakimiyyətinin təbiəti, onların şəxsi keyfiyyətləri, xanlıqlararası münasibətlər dolğun tarixi faktlarla göstərilmişdir. Bundan əlavə, kitabda son on ildən artıq müddətdə Naöçıvanın qədim tarixi, bu diyarın zəngin arxeoloji irsinin öyrənilməsi ilə əlaqədar aparılmış araşdırmalar, elmi dövriyyəyə gətirilmiş yeni faktlar da öz əksini tapmışdır.

115.

63.3(5Aze)

Ə-64


Əliyev, Fuad. İrəvan xanlığı /F.Əliyev-Bakı: Şərq-Qərb, 2007-144 s.; 20 sm - (Azərbaycan dili və tarixi)

Annotasiya: Tarixən qədim Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı həm siyasi, həm də iqtisadi baxımdan az öyrənilmiş xanlıqlardan biridir. Kitabda müstəqil dövlət qurumuna çevrilməzdən əvvəl mürəkkəb və uzun tarixi yol keçmiş İrəvan xanlığının yaranması, ictimai-iqtisadi vəziyyəti və siyasi tarixi ilkin mənbələr və arxiv sənədləri əsasında təqdim edilir. Bu kitabda 1747-1828-ci illəri əhatə edən dövürdə ermənilərin Azərbaycan ərazisində, Rusiya imperiyasının tərkibində "erməni dövləti" yaratmaq üçün müxtəlif məktublarla dönə-dönə Rusiya dövlətinə müraciət etmələri barədə də maraqlı məlumatlar vardır.

116.

83(5Aze)

Ə-64


Əliyev, K. Hüseyn Cavid: həyatı və yaradıcılığı /Kamran Əliyev; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu - Bakı: Elm, 2008 - 324 s.; 20 sm

Annotasiya: Kitabda böyük şair və dramaturq Hüseyin Cavidin həyatı və şəxsiyyəti, ədəbiyyata baxışı, poeziyası və dramaturgiyası, bədii yaradıcılığının poetikası, folklorla əlaqəsi və sənətkarlıq məziyyətləri araşdırılmışdır.

117.

87.8

Ə-65


Əlizadə, H. Estetika. /H.Əlizadə; Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu - [s. l.]: Elm, 2007- 380 s.; 21 sm

Annotasiya: Monoqrafiya gözəllik problemi ətrafında qurulmuş, gözəllikdən başqa, estetikanın digər kateqoriyaları da gözəllik problemi ilə sıx əlaqədə yazılmışdır. Monoqrafiyada estetika elmində ilk dəfə olaraq gözəlliyin qrasiya, zəriflik və füsunkarlıq kimi modifikasiyalarını öyrənməyə cəhd göstərilmişdir. Bundan başqa, kitabda estetik şüur problemi geniş şərh olunmuşdur, ilk dəfə olaraq "katarsis" mövzusuna diqqət yetirilmiş, həmçinin incəsənətdəki gözəlliyə də xüsusi yer ayrılmışdır. Kitab estetika ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur, bununla yanaşı, uyğun ali məktəblər üçün dərs vəsaiti kimi də istifadə oluna bilər.

118.

83(5Aze)

Ə-62


Əlişanoğlu, Tehran. XX əsr Azərbaycan nəsrinin poetikası. T.Əlişanoğlu; Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu - Bakı: Elm, 2006 - 312 s.; 20 sm

Annotasiya: Tehran Əlişanoğlunu "XX əsr Azərbaycan nəsrinin poetikası" əsərində Azərbaycan nəsrinin təşəkkülü, yaranması və inkişafından bəhs edilir. Janrın XX əsrdə Azərbaycan ədəbiyyatında tutduğu yer, üslub və növ zənginliyi, əsr səciyyəsi, tipoloji müxtəlifliyi geniş tədqiqat materialları əsasında təhlil olunur, poetikası nəzəri analizə cəlb olunur. Monoqrafiya XX əsr nəşrinə bütövlükdə nəzər salır, bu nəsrin tarixini, inkişaf meyllərini, çağdaş milli və dünya ədəbiyyatı konteksində mövqeyini, əhəmiyyətini öyrənmək baxımından gərəkli vəsaitdir.

119.

81.2Az-4

F-25


Farsca-Azərbaycanca lüğət-Bakı: Şərq-Qərb, 2007 - 640 s.; 22 sm

Аnnotasiya: Hazırki lüğət ilk növbədə özümlülüyü ilə, daha doğrusu, yığcamlığı və praktik keyfiyyətləri ilə seçilir. Lüğətin tərtibi zamanı əsas götürülən bu amilləri nəzərə alaraq, çağdaş fars ədəbi dilinin rəngarəng və zəngin lüğət tərkibindəki mövcud sözlər üzərində bir növ seçmə əməliyyatı aparılmışdır. Bu işdə başlıca diqqət seçilən sözlərin müasir fars ədəbi dilində ümumişləkliyinə, işlənmə dərəcəsinə yönəldilmişdir. Əsasən klassik fars ədəbi dili üçün səciyyəvi olan bir sıra sözlərə və danışıq dilində çox işlənən ayrı-ayrı söz və ifadələri də lüğətə daxil etmək məqsədəuyğun sayılmışdır. Bundan əlavə çağdaş fars ədəbi dilində işlənən bir sıra yeni sölər də, əsasən, internet səhifələrindən bəhrələnməklə ilk dəfə lüğətə daxil edilmişdir.

120.

83(5Aze)

F-55


Fətəliqızı, G. Məmməd Arazlı günlərim: Xatirələr. /Ğ.Fətəliqızı-Bakı: Zəkioğlu, 2008 - 216 s.: rəngli. şək.; 20 sm

Аnnotasiya: Azərbaycanın "bütün zamanlar üçün" böyük olan şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəli qızının "Məmməd Arazlı günlərim" adlı xatirələr kitabında şairin taleyində rol oynamış yaxşı adamlar, yaxşı hadisələr təsvir olunur. Sonda müasirlərinin Məmməd Araz haqqındakı fikirləri verilmişdir.

121.

84(4Fr)

F-82


Fransız ədəbiyyatı antologiyası. III cild-Bakı: Şərq-Qərb, 2007-408 s.; 20 sm - (Dünya Ədəbiyyatı)

Аnnotasiya: Bu cildə XVII-XX əsrlər Fransız ədəbiyyatının görkəmli nümayəndələrindən Bualo, Onore dö Balzak, Prosper Merime, Şarl Bodler, Emil Zolya, Lui Araqon, Antuan dö Sent-Ekzüperi, Klod Avlin, Semyuel Bekket, Pyer Bul, Bernar Klavel, Lui Navir və başqalarının əsərləri daxil edilmişdir.

122.

76(5Aze)

F-98


Füyuzat: (1906-1907) - Bakı: Çaşıoğlu, 2006-672 s.: şək.; 29 sm

Аnnotasiya: Ə.Hüseynzadənin baş mühərrirliyi və H.Z.Tağıyevin maddi vəsaitilə 1906-1907-ci illərdə nəşr olunan "Füyuzat" məcmuəsinin 32 sayı bu kitabda toplanmış, çağdaş latın əlifbasında, yenidən nəşr olunmuşdur. Bu məcmuə, XX əsrin əvvəllərində Azəri və türk xalqlarının siyasi və ədəbi fikrinin ən möhtəşəm abidəsidir. O bu mövqeyini yeni əsr üçün də qoruyub saxlamışdır.

123.

84(5Aze)

H-47


Heydər, Nizami. Övliya Mir Möhsün ağa. /Nizami Heydər-Bakı: Adiloğlu, 2009 - 328 s.; 21 sm

Аnnotasiya: Nəşrə madii-mənəvi dayaq duran, amma bu nəcib əməlinin gizli qalmasını istəyən tibb elmləri namizədi, kübar insan, Səadət xanım Yunis qızı Mahmudovaya dərin təşəkkürümüzü yetiririk. Hörmətli adının çəkilməsinə gələndə isə üzrxahlıqla bildiririk ki, bu zərurətdə "yaxşılığı öymək yaxşılığı artırır" hikmətinə daha üstünlük verdik. Allah razı olsun. Amin!

124.

86.38

H-58


Həmidullah, Məhəmməd. Türk-İslam dünyası: islama giriş /M.Həmidullah-Bakı: Nurlan, 2007-129 s.; 20 sm

Аnnotasiya: Bu əsər daha öncə mərhum yazıçı Kamal Quşçu tərəfindən türk dilinə tərcümə edilmişdir. Lakin o tərcümədə olunan dilin bu gün gənclər tərəfindən çox çətinliklə anlaşıldığı və müəllif Məhəmməd Həmidullahın sonradan əlavələr etdiyini diqqətə alaraq, kitabın təkrar tərcüməsi uyğun və zəruri görülmüşdür.

125.

66.4(O)

H-63


Həsənov, A. Beynəlxalq terrorizm; I hissə /A.Həsənov-Bakı: Əbilov, Zeynalov və oğulları, 2003 - 588 s.; 20 sm

Аnnotasiya: Kitabda müasir dövrümüzün ən təhlükəli problemlərindən biri olan beynəlxalq terrorizmin tarixi, onun yaranması, növləri, 1990-cı illərdən başlayaraq həyata keçirilən terror aktları, terrorizmin dövlətlərarası münasibətlərə təsiri, beynəlxalq terrorizmə kömək edən dövlətlər haqqında məlumatlar öz əksini tapmışdır. Kitabda həmçinin beynəlxalq təşkilatların və böyük dövlətlərin antiterrorizm siyasətindən, erməni terrorizmindən və Azərbaycan Respublikasının beynəlxalq terrorizmə qarşı mübarizəsindən, terror təşkillatları və məşhur terrorçuların həyatından danışılır. Kitabda hüquq-mühafizə orqanlarının əməkdaşları, ali məktəb müəllimləri və tələbələri, diplomatlar və problemlə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

126.

83(5Aze)

H-97


Hüseynzadə, Əli bəy. Seçilmiş əsərləri /Ə.Hüseynzadə-Bakı: Şərq-Qərb, 2007 - 480 s.; 21 sm - (Müasir Azərbaycan Ədəbiyyatı)

Аnnotasiya: Böyük fikir adamı, publisist, filosof, şair, həkim, rəssam... Əli bəy Hüseynzadənin "Seçilmiş əsərləri"nə müxtəlif illərdə yazdığı bədii-publisistik irsindən nümunələr daxil edilmişdir. XX yüzildə Türk dünyası üçün misilsiz əhəmiyyət kəsb edən türkləşmək, islamlaşmaq, avropalaşmaq təliminin yaradıcısı olmuş bu dahi şəxsiyyətinəsərləri istər elmi-ədəbi, istərsə də milli məfkurə tariximizin öyrənilməsi baxımından əsas qaynaqlardan hesab olunmaqdadır.

127.

84(5Aze)

İ-32


İlyasoğlu,R. Xatirəyə dönmüş anlar. /Rauf İlyasoğlu-Bakı: Çənlibel, 2008 - 264 s.; 20 sm

Annotasiya: Bir çox kitabların redaktoru, tərtibçisi, "QƏLƏM" və "SÖZÜN SEHRİ" almanax kitablarında şeirləri çap olunan, AJB-nin üzvü Rauf İlyas oğlu "Xatirəyə dönmüş anlar" kitabı ilə oxucularının görüşünə gəlmişdir. 2008-ci ildə Çənlibel nəşriyyatı tərəfindən çap olunmuş "Qara göl" romanının (İlyas Qəmgin) tərtibçi-redaktoru olan Rauf İlyasoğlu eyni zamanda mənbələrə istinad edərək erməni saxtakarlığından, xəyanətkarlığından və erməni məkrindən bəhs edən təhlili yazılarını da həmin kitaba əlavə edərək oxucularına çatdırmışdır. Bu kitabı vərəqləyərkən yer üzünün əşrəfi sayılan insanların qurub yaratmaq eşqi ilə yaşaması, yaylağa və arana köç edən elat karvanları, erməni təcavüzündən qaçqın-köçkün düşmüş insanların qəm- kədər, həsrət dolu baxışları, duyğuları, uca dağların zirvəsindən, dərələrin dərinliyindən süzülüb keçən şeh ətirli dumanlar, çənlər, sədaqətli dostların bir-birini çətin anda araması, insanlığı puldan, var-dövlətdən üstün tutanları qamçılamaqla yanaşı, baməzə kişilərin duzlu, məzəli surətlərini canlandırmaqla, Allahın vahiliyini, dahiliyini, yeri-göyü, asimanı, bütün canlı və cansız aləmi yaradanı hər an qəlbimizdə yaşadaraq, dünyanı dərk etməyimiz daha aydın hiss olunur, kövrək xatirələr yaddaş süzgəcindən, göz önündən gəlib keçir.

Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin