Kİtabxanasinda olan kitablarin biBLİoqrafiK – İnformasiya göSTƏRİCİSİ



Yüklə 7,93 Mb.
səhifə5/13
tarix31.01.2017
ölçüsü7,93 Mb.
#7195
1   2   3   4   5   6   7   8   9   ...   13

128.

83(5Aze)

İ-84


İsrafil, H. "Füyuzat" və milli dramaturgiya problemləri. /Hüseyn İsrafil - Bakı: Elm, 2007 - 156 s.; 20 sm

Annotasiya: Monoqrafiyada füyuzatçılar ədəbi hərəkatının və jurnalın ədəbi mövqeyi janr, ədəbi və orta dil, yaradıcılıq metodu, klassik ədəbi irsə münasibəti, çağdaşlıq və s. işıqlandırılır. Əsərdə "Füyuzat"ın milli dramaturgiyanın inkişafı və təkamülü sahəsində görüşləri və mövqeyi şərh edilir. Füyuzatçıların "Türkləşmək, islamlaşmaq və müasirləşmək" məramnaməsinə uyğun olaraq məcmuədə nümunə kimi çap edilən "Nədən bu hala qaldıq" (A.S.Ayvazov) pyesi müfəssəl təhlil olunur. Kitabda həmçinin M.M.Axundov və Axund Yusif Ziya Talıbzadənin dramaturgiyası təhlil olunur. İslam Fütuhatı dövrünü əhatə edən "Səd Vəqqas", "Ərmənisə", "Əmir Xalid ibn Vəlid" pyeslərində islam dəyərləri (əqidə, mənəviyyat, əxlaq, hüquq, müharibə və s.) geniş və əhatəli şəkildə şərh edilir. Təhlil olunan əsərlərin janr və bədii xüsusiyyətləri, ideya-məfkurə məsələləri də şərh olunur.

129.

87.4

İ-84


İsrafilov, Mahir. Məntiq terminlərinin izahlı lüğəti /Mahir İsrafilov; Azərbaycan Respublikası Təhsil Nazirliyi-Bakı: MBM, 2007-352 s.; 19 sm

Annotasiya: Kitabda dünya məntiq elmində işlədilən məntiqi anlayışların, cərəyanların, istiqamətlərin, müxtəlif ölkələrdə yaranan məntiqi məktəblərin konkret izahı verilməklə, burada ayrı-ayrı alimlərin də elm sahəsində xidmətləri ön plana çəkilmişdir. Yuxusuz gecelərin və gərgin əməyin məhsulu olan bu kitabı oxuyan hər bir vətəndaş özü üçün müəyyən nəticələr çıxaracaq, təfəkkürünün cilalanmasını hiss edəcək, məntiqi mədəniyyətini artırmaqla, şübhə etmirik ki, hər yerdə elmi və məntiqi mühitin hərtərəfli inkişafına ürəkdən yardım göstərəcəkdir.

130.

84(2Poc)

З-82


Çukovski, K.İ. Seçilmiş əsərləri /K.İ.Çukovski-Bakı: Şərq-Qərb, 2007 - 160 s.; 20 sm - (Dünya Ədəbiyyatı)

Annotasiya: Kitabda Korney Çukovskinin insanlarda yüksək mənəvi və əxlaqi hisslər aşılayan "Gümüş gerb" povesti və azyaşlı oxucuların dillər əzbəri olan "Milçək-vizilcək" , "Qorxunc tarakan", "Moydadır" , "Aybolit" şeirləri daxil edilmişdir.

131,

81.2

K.-56


Kəngərli, A. "Turanın bir eli var və yalnız bir dili var!" /A.Kənğərli - Bakı: Mütərcim, 2006 - 152 s.; 20 sm

Аnnotasiya: Filologiya elmləri doktoru Aybəniz Kəngərlinin bu kitabında ortaq türkcə cərəyanının türk dünyasında keçdiyi inkişaf yolu ilk dəfə olaraq sistemli elmi şəkildə izlənir. Kitabda eyni zamanda XX yüzilin ilk onilliklərində ortaq türkcə haqqında Azərbaycan mətbuatında yayınlanmış məqalələrin mühüm qismi ilk dəfə olaraq bir kitab halında oxucuya təqdim edilir. Türk birliyi, dildə birlik hərəkatının öncülü İsmayıl bəy Qaspıralıya Azərbaycanda həsr olunmuş şeirlər də məsələyə münasibəti anlamağa yardımçı olduğu üçün kitaba daxil edilmişdir. Kitab ədəbiyyatşünaslar, dilçilər, tarixçilər, bütövlükdə ümumi oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

132.

85.33(5Aze)

K-58


Kərimov, İ. Şuşa-Ağdam teatrı /İ.Kərimov-Bakı: Elm, 2001-140 s.; 20 sm

Аnnotasiya: Monoqrafiyada Şuşa və Ağdam teatrlarının yaranması, inkişaf mərhələləri nəzərdən keçirilir. Bu iki qonşu şəhərin teatr həyatında baş verən hadisələr tarixi fonda təsvir edilir. Azərbaycanın milli teatrımız tarixində özünəməxsus yeri olan Şuşa-Ağdam teatrının yaradıcılıq yolu müasir teatrşünaslıq elmi-nöqteyi nəzərindən təhlil edilir. Öz taleyini bu teatrlarla bağlayan bir çox görkəmli rejissor və aktyorlarların yaradıçılığı səciyyələndirilir. Kitabda mətni müşayiət edən şəkillər də verilmişdir.

133.


81

K-76


"Kitabi-Dədə Qorqud" dilinin izahlı lüğəti-Bakı: Elm, 1999-204 s.; 20 sm

Аnnotasiya: Oxuculara təqdim edilən bu lüğət abidənin söz xəzinəsi barəsində ilk leksikoqrafik əsərdir. Lüğətin yazılmasından məqsəd işlənmə intensivliyindən və mənşəyindən asılı olmayaraq, bütün sözləri qeydə almaq, sözlərin dastanın dilindəki semantik və qrammatik mənalarını əyani göstərməkdir. Kitabda sabit söz birləşmələri, sözlərin məcazi mənaları da verilmişdir. Lüğətdə 2400-ə yaxın sözün izahı verilir.

134.

81.2

K-85


Kononov, A.N. Rusiyada Türk dillərinin öyrənilməsi tarixi (1917-ci ilə qədər). SSRİ-də Türk filologiyası (1917-1967) /A.N.Kononov-Bakı: ÇİNAR-ÇAP, 2006-352 s.: şək.; 25 sm.

135.

84(5Aze)

K-98


Kürdoğlu, H. Yurduma qurbandır sözüm /Hüseyn Kürdoğlu-Bakı: Sabah, 2005-516 s.; 20 sm

Аnnotasiya: Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Hüseyn Kürdoğlunun poetik irsi zəngin və çoxşaxəlidir. Oxuculara təqdim olunan bu kitabda yarım əsrdən artıq yaradıcılıq yolu keçən mərhum şairin 1990-2003-cü illər arasında yazılan və böyük əksəri ilk dəfə çap olunan şeirləri toplanıb. Kövrək qəlbində Qarabağ dərdini, Vətən nisgilini daşıyan, gözəlliyə, sevgiyə, haqqa-ədalətə tapınan şairin vətəndaş amalı, bədii-fəlsəfi düşüncələri bənzərsiz bir söz ustalığı ilə təsirli poetik lövhələrə, odlu-alovlu misralara, zərif və heyrətamiz obrazlara dönüb bu nəğmələrin hər birində. "Yurduma qurbandır sözüm" kitabı doğma yurd-yuva həsrəti ilə dünyadan köçən, 70 yaşını bizimlə birlikdə qeyd edə bilməyən ustad şairin nigaran ruhuna və qədirbilən oxucularına bir töhfə və təsəllidir.

136.

63.3

Q.-24


Qaraoğlu F. Ermənilər və həqiqətlər: rəsmi sənədlərdə /F.Qaraoğlu. C.1. -Bakı: Nurlar, 2007-400 s.; 20 sm

Аnnotasiya: Professor F.Qaraoğlu bu kitabında zəngin arxiv sənədləri və ilkin mənbələr əsasında ermənilər tarixindən, sosial-iqtisadi həyatından, mədəniyyətindən, dinindən, yaşadıqları bölgələrdə ətrafa olan münasibətlərindən və türklərə qarşı törətdikləri məzalimlərdən bəhs edilir. Bu kitabda xalqımızın bilmək məcburiyyətində olduğu tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir.

137.

86.38

Q-24


Qaraoğlu Fazil. Peyğəmbbərimiz Hz.Məhəmmədin həyatı /Fazil Qaraoğlu-Bakı: CBS, 2006 - 333 s.; 20 sm

Аnnotasiya: Təqdir edərsiniz ki, min dörd yüz il boyunca müqəddəs sədası bütün dünyanı bürüyən Peyğəmbər əfəndimizin həyatını qələmə almaq olduqca məsuliyyətli bir işdir. Bu baxımdan, əlinizdəki bu əsər o uca insanın həyatını, misilsiz əxlaq və fəzilətlərini qeyri-ciddi rəvayətlərə yer vermədən, tarixi həqiqətləri olduğu kimi və sadə oxunaqlı bir dildə anladan əsərlərdən biri olduğunu söyləyə bilərik.

138.

84(2Рос)

Q-23


Qarin, N.M. Seçilmiş əsərləri /N.M.Qarin-Bakı: Şərq-Qərb, 2007-192 s.; 20s.; 20 sm

Аnnotasiya: Bu kitaba rus klassik ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçısı Nikolay Qarin-Mixaylovskinin "Dimin sarayı", "Adoçka", "Canavar", "Dahi" hekayələri və "Tyomanın uşaqlığı" povesti daxil edilmişdir. Yazıçı bu əsərlərdə, əsasən uşaqların, gənc nəslin ailə xronikasından və həyatından bəhs edərək, onların şəxsiyyətinin müdafiəçisi kimi çıxış etmişdir. Nikolay Qarin-Mixaylovski müəyyən məqamlarda böyüklərin uşaqlara və gənc nəslə qarşı laqedliyini, öz qəhramanlarının düşüncələrini və sarsıntılarını, eyni zamanda povest və hekayələrdə təsvir olunan hadisələrin psixoloji çalarlarını zəngin bədii lövhələrlə qələmə almış.

139.

54.15

Q-25


Qasımov, M. Artıq bədən çəkisi və piylənmə ilə yanaşı gedən xəstəliklərdə pəhriz /M.Qasımov-Bakı: Qismət, 2004-120 s. : şək.; 20 sm

Annotasiya: Artıq bədən çəkisi və piylənmə xəstəliyi ilə yanaşı gedən ürək qan-damar sistemi, şəkərli diabet, eləcə də qalxanvari vəzinin hipofunksiyası patologiyalarında xəstələrin dietik qidalanmasının korreksiyası. Bu vəsait həkim-dietoloqların, ümumi praktik həkimlərin, qidalanma ilə əlaqədar pozulmaların müalicəsi və xəstəliklərin profilaktikası ilə məşğul olan həkimlərin gündəlik işində olan tibb profilli bütün universitetlərin, texnikumların, kolleclərin, özəl tibb müəssisələrin tələbələri üçün dərs ləvazimatıdır. Bunlardan başqa, ictimai iaşə müəssisələriində Dövlət sanitariya maarifi aparan tibb işcilərinin gündəlik fəaliyyətində çox lazım olan vəsaitdir. İndiki dövürdə bu kitabın hazırlanması əhalinin bir sıra xəstəliklərinin, xüsusən artıq bədən çəkisi və piylənmə xəstəliyi ilə yanaşı gedən ürək qan-damar sistemi, şəkərli diabet, eləcə də qalxanvari vəzinin hipofunksiyası patologiyalarında dieta ilə müalicə aparılmasının əhəmiyyəti olduqca böyükdür. Bununla bərabər yuxarıda adları çəkilən xəstəliklərin nəinki müalicəsində, eləcə də profilaktikasında insanların səmərəli qidalanmasının əsaslandırılması və təşkilində də əhəmiyyəti çoxdur. Bu kitabda 1-ci və 2-ci tip şəkərli diabetdə pəhriz, şəkərli diabetin bəzi agırlaşmaları barədə qiymətli, gündəlik praktikada çox əhəmiyyətli olan məsləhətlər verilir. Şübhəsiz ki, xəstələr öz xəstəliklərində pəhriz haqqında geniş məlumatı bu kitab vasitəsilə əldə edə biləcəklər.

140.

53.51(5Aze)

Q-25


Qasımov, M.S. Azərbaycan mətbəxində pəhriz /M.S.Qasımov-Bakı: Qismət, 2004-392 s.: şək.; 21 sm

Аnnotasiya: Məlumat kitabı xəstə və sağlam insanlar üçün pəhrizləri və onların variantlarını seçməkdən ibarət olan müalicə profilaktika və sanator-kurort müəüssisələrində terapevt və digər ixtisaslı həkimlər, həkim-dietoloqlar və pəhriz üzrə tibb bacıları, pəhriz yeməkxanalarının və şöbələrinin müdirləri, pəhriz yeməkləri hazırlayan aşpazlar, ictimai-iaşə üzrə texnoloqlar, ticarət şəbəkəsində dietik ərzaq mallarının realizasiyası sistemində çalışanlar, eləcə də pəhriz qidalanmasından istifadə edən və buna ehtiyacı olan xəstələrə qulluq edən bütün şəxslər üçün nəzərdə tutulmuşdur. Bununla belə kitab klinik ordinatorlar, aspirantlar, tibbi profilaktika və müalicə fakultələrinin tələbələri üçün praktiki dərs ləvazimatıdır, eləcə də texnoloji, iqtisadi, özəl ali təhsil universitetlərinin və texnikumların, o cümlədən tibbi kolleclərin tələbələri üçün, ictimai-iaşə müəssisələrində yeyinti məhsullarının texnologiyasına aid dərslik vəsaiti kimi də istifadə edilə bilər.

141.

86.38

Q-89


Qurani-Kərim və açıqlamalı məali -Bakı Nurlar, 2007-604 s.; 24 sm

Annotasiya: Qurani-Kərimin bu məaldəki mətni məşhur Qayışzadə Hafiz Osman xətti orta boy əlyazmaları filmlərdən götürülmüşdür. Təqva sahibi olan hər kəs mütərcimə sormadan müqəddəs Kitabımız "QURANİ- KƏRİM VƏ AÇIQLAMALI MƏALİ"ni gözəl bir şəkildə nəşr etdirib Uca Allahın Kəlamını təbliğ etmək şərəfinə nail ola bilər.

142.

84(4Ис)

L-77


Lope De Veqa. Seçilmiş əsərləri /Lope De Veqa-təkrar nəşr-Bakı: Şərq-Qərb, 2007-384 s.; 21 sm - (Dünya Ədəbiyyatı)

Аnnotasiya: Kitaba ispan milli dramaturgiyasının banisi Lope de Veqanın "Seviliya ulduzu", "Valensiya divanələri" və "Fuente Ovexuna" pyesləri daxil edilmişdir. Bu əsərlərdə İntibah dramının başlıca prinsipləri ifadə olunmuş, o dövrün qabaqcıl, humanist ideyaları əks edilmişdir.

143.

67(5Aze)

M-34


Mehdiyev, Ramiz. Vətəndaş cəmiyyətinə yol açan ideyalar. /Ramiz Mehdiyev-Bakı: CBS, 2006-583 s.; 25 sm

Аnnotasiya: "Vətəndaş cəmiyyətinə yol açan ideyalar" kitabı fəlsəfə elimləri doktoru, professor Ramiz Mehdiyevin 2002-2006-cı illərdə "Azərbaycan" qəzetində çap edilən əsərlərinin və onlara həsr olunan rəylərin məcmusudur. Azərbaycanın müstəqillik dövrünün fundamental salnaməsi olan bu əsərlərdə ölkəmizdəki sosial-iqtisadi inkişaf, baş verən mütərəqqi siyasi dəyişikliklər, aparılan hüquqi, demokratik islahatlar konseptual şərh edilmiş, Heydər Əliyev irsinin milli inkişaf strategiyasına çevrilməsi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi əsaslandırılmışdır. Görkəmli elm xadimlərinin, ziyalıların, mütəxəsislərin rəylərində isə Azərbaycanın son 13 illik dövrünü əhatə edən intibah mərhələsi məhz bu araşdırmaların kontekstində təhlil olunmuşdur. "Azərbaycan" qəzetinin "Azərbaycanın özü qədər əbədi" silsiləsindən nəşr etdirdiyi bu növbəti kitab elmi ictimaiyyət, geniş oxucu kütləsi və Heydər Əliyev irsinin tədqiqatçıları üçün dəyərli töhfədir.

144.

70(5Aze)

M-34


Mehdizadə, İntiqam. Karvanın sarvanı /İntiqam Mehdizadə-Bakı: Qarabağ, 2008-664 s.; 20 sm

Аnnotasiya: "Karvanın sarvanı" kitabında istedadlı Azərbaycan jurnalisti İmran Mehdizadənin 35 ildən cox bir zaman çərçivəsində mədəniyyətimizin ayrı-ayrı sahələrindən bəhs edən yazıları toplanıb. Respublikanın öncül mədəniyyət, elm, incəsənət xadimləri barədə jurnalistin yaradıcı məninə xas olan bir incəliklə qələmə aldığı portret-oçerklər, müsahibələr, məqalələr çox güman ki, oxucular tərəfindən duyğuyla qarşılanacaq. Müxtəlif illərin dövrü mətbuatında dərc olunmuş, Azərbaycan Radiosunun məşhur proqramlarında səslənmiş bu matterialların bir kitabda toplanıb işıq üzü görməsi ölkəmizin mədəniyyət salnaməsinə yazıcı-publisist İ.Mehdizadənin kiçik də olsa dəyərli töhfəsidir.

145.

71

M-51


Məmmədov, F. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi: təriflər, düsturlar, mədəniyyət müddaaları, ayrı-ayrı məqalə, məruzə və çıxışlar. /Fuad Məmmədov-Bakı: Çıraq, 2008-400 s.; 20 sm

Аnnotasiya: Bu kitab orta məktəb, gimnaziya və litsey şagirdləri, ali məktəb tələbələri, müəllimlər, alimlər, siyasətçilər, dövlət idarəçiliyi sahəsində işləyənlər, mədəniyyət menecerləri, qeyri dövlət təşkilatlarının rəhbərləri, qadın və gənclər təşkilatları, bələdiyyə, həmkarlar, sahibkarlar və eləcə də eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

146.

66.1(0)

M-51


Məmmədov, İ. Siyasi tarix XX əsr: dərslik /İsaq Məmmədov-Bakı: Çıraq, 2006-352 s.; 20 sm

Аnnotasiya: Dərslikdə XX əsrdə baş verən ümumdünya ictimai-siyasi proseslər: XX əsirin əvvəllərində dünyada cərəyan edən hadisələr, demokratik və milli-azadlıq hərəkatları, XX əsirin dünya müharibələri, sovet cəmiyyətinin bərqərar olması və süqutu, faşizmin meydana gəlməsi və iflası, "soyuq müharibə" və onun sona yetməsi, müstəmləkə sisteminin dagılması, dünya sosializm sisteminin yaranması və iflası, XX əsirdə iri iqtisadi böhranlar, XX əsrin ikinci yarısında dünyanın inkişafında başlıca meyllər və onların nəticələri: zamanəmizin qlobal problemləri və s. kimi məsələlər şərh olunmuşdur. Dərslikdə Azərbaycanın XX əsr tarixinə aid də müvafiq materiallar verilmişdir. Dərslik XX əsrin siyasi tarixini öyrədənlər və öyrənənlər üçün nəzərdə tutulmuşdur.

147.

26(5Aze)

M-51


Məmmədov, Q.Ş. Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları. /Q.Ş.Məmmədov-Bakı: Elm, 2007 - 856 s. : şək.; 25 sm

Аnnotasiya: Azərbaycan Respublikası Prezidentinin "Torpaq ehtiyatlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti" (28 noyabr 2000 -ci il) və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" (11 fevral 2004-cü il) haqqında fərmanları və 28 sentyabr 2006-cı il tarixli sərancamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kopleks Tədbirlər Planı" müəllifin yeni kitabının siyasi və elmi konsepsiyasını təşkil edir. Monoqrafiya torpaq ehtiyalarının davamlı və dayanıqlı, səmərəli istifadəsini təmin etmək məqsədilə ölkədə həyata keçirilən aqrar islahatlarla bağlı torpaq istifadəçiliyində yeni təsərrüfatçılıq formalarının yaradılması, bu xüsusda torpaq üzərində mülkiyyət növlərinin təsbit edilməsi, habelə torpaq ehtiyatlarından istifadəyənəzarətin artırılması, ictimai təsərrüfatçılıq dönəmində münbitliyi itirilmiş, tənəzzülə uğramış torpaqların təbii münbitliyinin bərpası, artırılması, onun mühafizəsi və s. bu kimi bir çox məsələlər tədqiq olunur. Monoqrafiya tələbə, aspirant və mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsi üçün də nəzərdə tutulmuşdur.

148.

26

M-51


Məmmədov, Q. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları: ali məktəblər üçün dərslik /Qərib Məmmədov-Bakı: Elm, 2007-664 s.; 25 sm

Аnnotasiya: "Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları" kitabı yeddi hissədən, 43 fəsildən, 120 paraqrafdan ibarətdir. Kitabın giriş hissəsində torpaqşünaslıq elminin predmeti, elmi-nəzəri əsasları, tədqiqat metodları, dünyada və həmçinin Azərbaycanda inkişaf tarixi və ayrı-ayrı görkəmli torpaqşünasların müxtəlif dövrlərdə apardıqları tədqiqatlar haqqında ətraflı məlumat verilir. Dərslik Bakı Dövlət Universitetinin biologiya fakultəsinin "Torpaqşünaslıq" , "Yerquruluşu və torpaq müfəttişliyi" və "Torpaq kadastrı" ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin aspirantlar üçün dərslik kimi nəzərdə tutulmuşdur.

149.

63(5Aze)

M-51


Məmmədov, S. Azərbaycan tarixi: XV-XIX əsrin birinci otuzilliyi /Süleyman Məmmədov-Bakı: Çaşıoğlu, 2004-292 s.; 20 sm

Аnnotasiya: Kitabda ilk qaynaqlar və mövcud ədəbiyyat əsasında Azərbaycanın feodal dövlətləri-Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin sosial strukturu, siyasi həyatı, keşməkeşli və ziddiyyətli məqamları, dövlət quruluşu, ordu quruculuğu məsələləri işıqlandırılır, Ağqoyunlu və Şəfəvilər dövlətlərinin Qərbi Avropa dövlətləri ilə diplomatik əlaqələrinin yaranması və inkişafı tarixi izlənilir.

150.

83(5Aze)

M-51


Məmmədli, N. 80 budağın hərəsindən bir yarpaq /Nüşabə Məmmədli-Bakı: Çıraq, 2001-198 s.: şək.; 20 sm

Аnnotasiya: Müəllif bu kitab vasitəsilə sevimli yazıçımız, görkəmli alimimiz Əzizə Cəfərzadənin həyatından söz açmaq, onun dünyaya göz açdığı gündən keçdiyi həyat yolunun hər ilindən bir anı Əzizə xanımın pərəstişkarlarına çatdırmaqdır.

151.

63(5Aze)

M-51


Məmmədov, S. Azərbaycan tarixi: XV-XIX əsrin birinci otuzilliyi /Süleyman Məmmədov-Bakı: Çaşıoğlu, 2004-292 s.; 20 sm

Аnnotasiya: Kitabda ilk qaynaqlar və mövcud ədəbiyyat əsasında Azərbaycanın feodal dövlətləri-Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətinin sosial strukturu, siyasi həyatı, keşməkeşli və ziddiyyətli məqamları, dövlət quruluşu, ordu quruculuğu məsələləri işıqlandırılır, Ağqoyunlu və Şəfəvilər dövlətlərinin Qərbi Avropa dövlətləri ilə diplomatik əlaqələrinin yaranması və inkişafı tarixi izlənilir. Dərslikdə, həmçinin Azərbaycan xanlıqlarının yaranmasının ilkin şərtləri, Şimali-Şərqi Azərbaycan Quba xanlığı ətrafında birləşdirilməsi, Fətəli xanın diplomatiyasının xüsusiyyətləri şərh edilir.

152.

63.3(5Aze)

M-51


Məmmədova, H. Azərbaycan xalq cümhuriyyəti dövründə yuxarı qarabağda siyasi vəziyyət: Erməni terrorizminin güclənməsi (1918-1920) /Həvva Məmmədova - Bakı: Nağıl Evi, 2006-150 s.; 20 sm

Annotasiya: Oxculara təqdim olunan bu kitabda zəngin arxiv materiallarından istifadə olunaraq 1918-1920-ci illərdə Yuxarı Qarabağda siyasi vəziyyət, Zəngəzurda erməni terroru haqqında ətraflı məlumat verilir. Kitabda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təhlil edilir. Bu dövürdə Azərbaycan hökümətinin atdığı qətiyyətli addım, General- qubernatorluğun yaradılması və fəaliyyəti geniş işıqlandırılır. Kitab erməni terrorizminin köklərini araşdırmaq və bəzi məqamlara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

153.

94.8(5Aze)

M-65


Mir, Cəfər. Düşüncələr /Cəfər Mir-Bakı: Sabah, 2008-112 s.; 15 sm

Аnnotasiya: Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı tarixi, dini, milli-mənəvi dəyərlər haqqında düşüncələri toplanmışdı.

154.

83(5Aze)

M-67


Mirzə İbrahimov müasirlərinin xatirələrində-Bakı: Elm, 2008-560 s.; 20 sm

Аnnotasiya: Kitab gorkəmli ictimai xadim, Xalq yazıçısı və ədəbiyyatşünas alim Mirzə İbrahimovun həyat və yaradıcılıgından bəhs edir. Burada verilmiş çoxsaylı şəkillər və onu yaxından tanıyanların xatirələri XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olan Mirzə İbrahimovun keçdiyi çətin və şərəfli ömür yolunu dolğun əks etdirir. Sanballı toplu geniş oxucu auditoriyası-ədəbiyyatsevərlər, ali məktəb tələbələri, tədqiqatçılar üçün zəngin məlumat mənbəyidir.

155.

88.6

M-67


Mirzəyev, İ. Postravmatik streslərin sosial-psixoloji təhlili /İlham Mirzəyev - Bakı: Adiloğlu, 2007 - 280 s.; 20 sm

Аnnotasiya: Bu kitab Azərbaycanda "Posttravmatik stresslərin sosial-psixoloji təhlili" nə həsr olunmuş ilk monoqrafik tədqiqat işidir. Əsərin məzmunu müvafiq namizədlik dissertasiyasının genişləndirilmiş strukturunu əhatə edir. Burada possttravmatik stresslərin mahiyyəti, onların sosial-psixoloji reablıtasiyası məsələləri sistemli şəkildə araşdırılmış, Dağlıq Qarabağ münaqişəsinin doğurduğu fəsadların, stresslərin sosial-psixolji təhlilinə xüsusi diqqət yetirilmişdir. Əsərdən geniş oxucu kütləsi, psixoloqlar, sosioloqlar, magistrlər, aspirantlar, müəllimlər, elmi işçilərnistifadə edə bilərlər.

Yüklə 7,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin