“Azərbaycan tarixi” kursunun mövzusu, onu öyrənməyin əhəmiyyəti. «Azərbaycan tarixi» nin xüsusi fənn kimi formalaşması və tədrisi prosesi mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Sovet rejimi dövründə SSRİ tarixi fənni içərisində az bir yer verilən «Azərbaycan tarixi»nə Müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra Vətən tariximizin yeni istiqamətində tədqiqinə vəöyrənilməsinə xüsusi diqqət verildi. Bu fənn Şərq dünyasının və Qafqazın ümumi tarixi kontekstində Azərbaycan Tarixinin aktual problemlərini, əsas mərhələlərini, vacib hadisələri, siyasi, hərbi, ideoloji, kulturaloji, demoqrafik və etnik prosesləri öyrədir. Müqayisələr və paralellər aparmaq yolu ilə tələbələrdə müxtəlif dövrlərdə baş vermiş tarixi hadisələri düzgün təhlil etmək, məntiqi nəticələr çıxarmaq bacarığı formalaşdırılır.
Kursun tədrisi ərzində Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlərin siyasi tarixi (dövlətin yaranması, təşəkkülü, daxili və xarici siyasəti), iqtisadi vəziyyəti (kənd təsərrüfatı, sənətkarlıq, ticarət və s.), sosial münasibətləri (istehsal münasibətlərində dəyişikliklər, üsyanlar, çıxışlar) və mədəniyyəti (maarif, elm, ədəbiyyat və incəsənət) yeni baxışlar əsasında öyrənilir.
Arxeoloji qazıntılar və elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisinin dünyanın qədim insan məskənlərindən biri olması artıq dəfələrlə sübut edilmişdir. Ən qədim daş dövründən burada insanların yaşadığını göstərən Azıx mağarasından tapılmış maddi mədəniyyət nümunələri buna sübutdur. Fənnin tədrisi gedişində tarixin sonrakı dövrlərində Aratta, Turikki, Kuti (Kutium), Lullubi (Lullubum) kimi dövlət qurumları Manna, Midiya, Kimmer-iskit-sak padşahlığı, Atropatena. Albaniya, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və s. kimi dövlətlər və imperatorluqlarhaqqında tələbələrə geniş məlumat verilir, tariximizin qaranlıq səhifələri işıqlandırılır.
Azərbaycan sözü haqqında. Çox nadir hallarda bu və ya digər ölkəyə qədimdə şamil edilən adlar müasir dövrə kimi öz varlığını saxlaya bilir. Qedim dövrlərdə Azərbaycanın yığcam, bütöv bir əraziyə şamil edilən coğrafi adı olmamışdır. Ölkəyə şamil edilən bu və ya digər ad müxtəlif amillər əsasında meydana gəlirdi. Ya etnik, ya şəxsi, ya da ərazinin müəyyən bir coğrafi səthini, mənzərəsini əks etdirən şəraitdən asılı olaraq tədricən, ümumiyyətlə, ölkənin adına çevrilirdi. E.e. III minillikdə Cənubi Azərbaycanın ərazisini bildirən adlardan bin Aratta idi. Aratta Urmiya gölünün cənub və cənub-şərqini əhatə edən ölkənin adı imiş. Sadəcə, «dağ» mə'nasım daşıyan Aratta sözü, heç şübhəsiz, ərazinin dağlıq coğrafi mənzərəsini əks etdirən məfhum kimi meydana gəlmişdi. Antik qaynaqlar Azerbaycanın cənub hissəsini Atropatena, şimal hissəsini isə Albaniya adlandırmışlar. E.ə. II əsrə qədər bu adlar qaynaqlarda yad edilmirdi. Həmin əsr müəllifi Polibi Azərbaycanın cənub hissəsini «Artabazanın vilayəti» (hökmdann adı ilə) adlandırmışdı. Lakin Artabazanın adı ölkəni bildirən ada çevrilmədi. İlk dəfə e.ə. I - e. 1 əsrində yaşamış Strabon bu ölkəni Atropatın adı ilə bağlamışdı. Strabon, şübhəsiz ki, irandilli etnoslann ən’enəsinə əsaslanan mə’lu- matlardan istifadə etmişdi. Yəqin ki, ölkənin həqiqi adı Atropat adına oxşar səslənirmiş və buna görə irandilli etnoslar arasında mövcud olan xalq yozumu Atropat adının bütün ölkəyə şamil edilməsinə əsas vermişdi. Atropatena adı erkən orta əsr qaynaqlannda Aturpatakan şəklində də işlədilirdi. Lakin Suriya və Bizans qaynaqlannda Adorbiqan/ Adarbaqan, orta fars yazılannda Aturpatakan və Adarbadaqan, Azərbaycan, ərəb qaynaqlannda Adirbican, Azərbican və Azərbaycan, sonrakı qaynaqlarda Adirbican, Aderbijan və s. formalar əks olunmuşdur. «Azərbaycan» adının qədim formaları göstərir ki, xoronimin əmələ gəlməsində iki komponent 2 - atr (atur və adir) adər sözləri iştirak etmişdir. Birinci söz qədim iran dillərində «od» mə’nasını daşıyırdı. İkinci söz isə türk toponimiyasında indi «adır» şəklini saxlayır, lakin xoronimin tərkibində -azər fonetik dəyişikliyinə mə’ruz qalmışdır. Mövcud fonnalardan çıxış edərək qeyd etmək lazımdır ki, Azərbaycan adının erkən formasında adır /adər/adir komponenti əks olunmuşdur. Türk toponimiyasında «adır” dağlıq coğrafi mənzərəni əks etməklə «yüksəklik, təpəlik, təpəli dağ ətəyi, dağ silsiləsi» mə’nalarını daşıyır.
Cənubi Azərbaycan hələ qədimdə dağlıq ölkə kimi məlum idi. Bu erazinin bir qismi Aratta «dağ» «dağlıq ölkə» və Alatey «dağ» «dağlıq ölkə» adlandırılırdı. Ümumiyyətlə, həm qədimdə, həm də sonralar toponimlər əsasən erazinin coğrafi mənzərəsinə uyğun yaranırdı. E.ə. Vlll - VII əsr mixi qaynaqlarıda təxminən Mannanın Midiya ilə sərhəd hissəsində. Qızıl Üzən çayının cənub-qərb başlanğıc axannda Andirpatianu/Andarpatian yer adı çəkilmişdir. Bezi alimler bu adı Atropatena adı ile eyniləşdirmiş, bə'ziləri isə bu oxşatmanı qəbul etməmişlər. Mixi işarələrin xüsusiyyətini nəzərə alaraq addakı andir/andar komponentini adir/ader/adır sözünün əksi kimi qəbul etmək olar. Andirpatianu/Andarpatian adı Azərbaycan adının sonrakı Adərbadqan/Adirbadqan, Adərbayqan/Adirbayqan və nəhayət, Adirbican/Azirbican və Azərbaycan formalarının başlanğıcını təşkil etmişdir. Xoronimin ilkin forması fars mənşəli sülalənin hakimiyyəti zamanı forma və mo’naca Midiya canişini Atropatın adına uyğunlaşdı- nlmışdır.
Beləliklə, mixi qaynaqlardakı Andirpatianu/Andarpatian (yaxud Adirpatyan/Aderpatyan) məskən adını «Azerbaycan» adının ən qədim və ilkin forması kimi qəbul etmək olar. Qədimdə Mannanın Midiya ilə sərhədində bir məskənə şamil edilən ad tədricən şimala doğru uzanan və eyni, dağlıq coğrafi mənzərəni əks etdirən əraziyə aid edilmiş və xoronim şəklini almışdır, ye’ni böyük bir ərazini bildirən ölkə adına çevrilmişdir. Bununla yanaşı. Midiya adının da şimala doğm tətbiqi genişlənmişdi. Ümumiyyətlə, yer və ölkə adlannm tədrisən geniş bir ərazini bürüməsi tarixdə nadir hal deyildir. Hələ erkən orta əsrlərdə «Azərbaycan» məfhumunun həm coğrafi, həm də siyasi tətbiqi Araz çayından şimala doğıxı genişlənmişdi. Azərbaycan (Aturpatakan) canişini Dərbənddə otururdu. Ərəb qaynaqları Dərbəndə qədərki ərazini «Azərbaycan» anlamına daxil edir və buranı bə’zən «Yuxan Azərbaycan» adlandırırdılar. Sonrakı dövrlərdə ta «birləşməyə» qədər (fərdi rayonlaşdırmaları nəzərə almasaq) Azərbaycan şimalda Dərbəndə, cənubda Qəzvin və Zencana kimi, qərbdə İrəvan, Göyçə mahalı və Tiflisə qədərki ərazi daxil olmaqla geniş bir sahəni əhatə edirdi.
Azərbaycan sözü haqqında ilkin mülahizələrə görə o, başlanğıcını Atropaten adından götürür. Atropatenə gəldikdə isə məşhur coğrafiyaşünas və tarixçi Strabon (m.ə.64–m.24) yazırdı: «Midiya iki hissəyə ayrılır. Bir hissəsini Böyük Midiya adlandırırlar ki, baş şəhəri Midiya dövlətinin paytaxtı olmuş böyük şəhər Ektabandır… İkinci hissə – Atropat Midiyasıdır: öz adını sərkərdə Atropatdan alıb, hansı ki, bu ölkənin, Böyük Midiya kimi, makedoniyalılara tabe olmasına yol vermədi. Döğrudan da təntənə ilə çar elan edilən Atropat öz hökmü ilə bu ölkəni müstəqil etdi və indi də varislik onun ailəsində qalır…»1 Sonralar Atropaten (orta farsca Atur–pat-akan; Suriya formasında –Adorbijan, yeni farsca – Ader-bay-gan, ərəbcə – Ader-bay-can) Azərbaycan kimi səslənmişdir. Strabondan çıxış etsək ölkənin adının Atropatdan götürülməsitamamilə qanunauyğundur. Əvvəla, Strabon təkcə bu barədə deyil, ümumiyyətlə Azərbaycan haqqında xeyli qiymətli material verir; ikinci, Strabonu verdiyi məlumatdan tarixən qısa bir vaxt, 250–260 il ayırır, hələ o zaman varislik Atropaten ailəsində qalırmış. Bu da o deməkdir ki, hadisə haqqında canlı fikirlər ola bilsin hələ yaşamaqda davam edirmiş; üçüncü, tarix boyu olduğu kimi ölkənin adını onun «Böyük Midiya kimi (!) makedoniyalılara tabe olmasına yol verməyən», «öz hökmü ilə bu ölkəni müstəqil edən» bir şəxsin – Atropatın adından götürülməsi fikrində qeyri–adi heç nə yoxdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan sözünün belə izahı bir çox tədqiqatçıları təmin etməmiş, nəticədə onun yeni–yeni təfsirləri meydana gəlmişdir. Tarixi–filoloji ədəbiyyatda Azərbaycan sözünün ondan çox mənası barədə fikir irəli sürülmüşdür.Ölkənin adı kimi vacib bir məsələni bu cür sonu görünməyən müzakirələr obyektinə çevirmək və hətta onun ağıla belə sığmayan mənasını «aşkar etmək» elmi və mənəvi baxımdan qənaətbəxş hesab edilə bilməz. Ona görə də ən yaxşı çıxış yolu bu sahədəki mübahisələrə son qoymaq və «Azərbaycan» sözünün ictimai fikir səviyyəsinə yüksəlmiş mənasını qəbul etmək məqsədəuyğun olardı.
Bu nöqteyi–nəzərdən Atropaten–Azərbaycanın ən genişyayılmış «Odlar yurdu», «Odlar diyarı» mənası ilə kifayətlənmək olar.