Qaraqoyunlu tayfaları



Yüklə 57,39 Kb.
tarix25.11.2019
ölçüsü57,39 Kb.
#29691
baharlilar

Qaraqoyunlu tayfaları — XV əsrdə Azərbaycanın siyasi tarixində mühüm rol oynamış,regionda nüfuzlu bir dövlət qurmağa qadir olan Qaraqoyunlu tayfalarının Oğuz və ya türkmən elini təşkil edən 24 boydan hansına mənsub olması ilə bağlı mənbələrdə dəqiq məlumata rast gəlinmir.Yalnız XV əsr Osmanlı tarixçilərindən Mövlana Şükrullah Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir.[1] 

Bu qeydə əsaslanaraq Faruq Sümər onların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olduqlarını qeyd etmiş və Yıvə boyu ilə Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görmüşdür.[2] Bu fikri tarixçilərdən Ə.Çay da müdafiə etmişdir. V.Minorski və C.A.Boyl da Qaraqoyunluların mənşəyini Yıvə türkləri ilə əlaqələndirmişlər.

Qaraqoyunlu tayfa birliyinə daxil olan bəzi boyların V əsrdən Azərbaycanda yaşadığını nəzərə alaraq qaraqoyunluların daha erkən dövrlərdən bu ərazidə yaşadıqlarını güman etmək olar.F.Sümərin fikrincə Qaraqoyunluların ilk vətəni Şərqi Anadoludur və onlar Azərbaycana,İrana məhz bu ərazidən köç etmişlər.Z.Bünyadov və O.Əfəndiyev isə bu fikrə qarşı çıxmışlar.Çünki Azərbaycan türkdillitayfaların Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir.Bu məsələ mübahisəli olaraq qalmaqdadır.Lakin ehtimal etməyə əsas var ki, sonralar Qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların və qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış və Monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar".

Türk araşdırmaçıları monqol yürüşləri dövründə onların hakimiyyətini qəbul etməmiş türkmanların böyük bir hissəsinin Azərbaycandan Şərqi Anadoluya köçdüyünü qeyd edirlər.Ehtimal etmək olar ki,sonra onlar Qaraqoyunlu tayfalarına birləşərək Qaraqoyunlu dövlətinin yaranmasında iştirak etmişlər.

Bu tayfalar aşağıdakılardır:

1.Alpout tayfası

1. Nəcəfli Tofiq Hümbət oğlu ``Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünasliğında``,səh.14

2.  Sümer F. Qaraqoyunlular, c. I, s.132

2Baharlı tayfası

3Sədlu tayfası

4Cakirlu tayfası

5Qaramanlu tayfası

6Hacılu tayfası

7Bayburtlu tayfası

8Ağacəri tayfası

9Bayramlu tayfası

10Varsaq tayfası

11Evoğlu tayfası

12Qaracadağlu tayfası

13Düharlu tayfası

14Ayinlu tayfası

15Döğər tayfası

16Kürd tayfaları



V.Minorsksinin fikrinə görə tayfa öz adını Həmədan yaxınlığındakı Bahar qalasından götürmüşdür.F.Sümər də bu fikri müdafiə etsə də,bəzi tarixçilər bununla razılaşmırlar.Onlar tayfanın adının Kürdüstan yaxınlığındakı Bahar adlı yerdən götürmüşlər. M.H.Baharlı Baharlı tayfasının öncə Xorasanda yaşadığını və sonralar Azərbaycana gəldiyini, Marağa ətrafında yerləşdiyini qeyd edir.Baharlu bəyləri Qaraqoyunlu xanədanı ilə qohumluq əlaqələri yaratmış və bu dövlətin ən böyük əmirləri olmuşlar.F.Sümərin qənaətinə görə münəccimbaşı "Baharlu" adı ilə "Baranlu" adını bir-biri ilə qarışdığı üçün Qaraqoyunlu əmirləri bu tayfadan çıxmışdır.Həmdüllah Qəzvini "Nüzhətül qülub" əsərində Bahar qalasının XIII əsrin əvvəllərində Yıvə əmiri Süleyman Şahın paytaxtı olduğunu qeyd edir.[4] Bu isə baharlıların oğuzların Yıvə boyundan olduğunu güman etməyə imkan verir.Baharlı tayfası öz adını heç də V.Minorskinin qeyd etdiyi kimi, Bahar qalasının adından almamışdır.Güman etmək olar ki, Baharlı tayfası öz adını tanınmış əmirlərindən birinin adından almış və sonralar bu ad həmin nəslin və ya sülalənin adına çevrilmiş və hakim olduqları bölgə də onların adı ilə adlanmağa başlanmışdı.

Tayfanın ən böyük əmiri Əlişəkər bəy idi.O Cahan padşahın adından uzun müddət Həmədan,Vorucerd,Nəhavənd hakmi olmuşdur.

Həsən padşahla döyüşdə iştirak edərək Mardində əsir düşdü.Lakin,sonra əsirlikdən azad edilərək yenidən Həmədan hakiminə çevrilmişdir.Övladları Pirəli bəy,Yarəli bəy və Bayram bəy də böyük əmirlər idilər.Pirəli bəy Səncəq döyüşündə Həsən padşah tərəfindən əsir götürülsə də,azad edilmişdir.Tayfanın digər böyük əmiri Şahvəli bəy Səncəq döyüşündə öldürülmüşdür.Baharlı tayfasının digər bir nümayəndəsi Əlişəkər bəyin nəvəsi Bayram xan idi.Humayun padşahın əmir-əl-ümərası olan Bayram xan Cəlaləddin Əkbərin taxta çıxmasından sonra fitnələrə məruz qalmışdır.Padşahla arasında yaşanan gərginlikdən sonra Həccə yollanan Bayram xan yolda hindlilər tərəfindən qətlə yetirilmişdir.Onun oğlu isə layiqli xidmətlərinə görə ``xanlar xanı`` titulunu aldı.Cəlaləddin Əkbər padşah ona Rüstəm Mirzə ilə birlikdə Dəkən ölkəsini tutmağı həvalə etdi.Daha sonra isə adı çəkilən məmləkətin hökmdarına çevrildi. Baharlu tayfası ilə bağlı olan oykonimlər Şuşada və Zəngəzurda indi də qalmaqdadır.[5]Azərbaycanın XV əsr tarixi qədimdən Azərbaycanda yaşayan oğuz türk boylarından olub, tariximizdə daha çox Baharlı və Bayandurlu kimi tanınan iki böyük nəslin siyasi hakimiyyət uğrunda mübarizəyə qoşularaq uğur qazanması,yarı türk,yarı monqol dövləti kimi tanınmış Hülakülərdən sonra Azərbaycanda tam bir türk dövlətçiliyinin bərpa olunması və inkişaf etdirilməsi ilə əlamətdardır.Özlərini türk və ya türkmən adlandıran bu iki nəslin kökü bir olub, Oğuz xana gedib çıxır. Bu boyların bir-birinə çox yaxın qohum olması Əbu Bəkr Tehraninin “Kitabi Diyarbəkriyyə“ əsərində verilmiş məlumatlarla bir daha təsdiqlənir. 1406-cı ildə Qara (Böyük) Yusif Baharlı ilə Qara Yuluq Osman Bayandurlu arasında tərəflərdən heç birinin üstün gələ bilmədiyi Mardin döyüşündən sonra sülh sazişi bağlayan Qara Yusif Qara Yuluq Osmana belə müraciət etmişdi: “Biz hər ikimiz türkmənik və bundan sonra bir-birimizə qarşı vuruşmamalıyıq.Daha düzgün və məqsədə uyğun olardı ki, sən,düşmənlərimiz olan Şam (Suriya) və Rum (Osmanlı) üzərinə get,mən isə Cığatayların (Teymurilərin) üstünə gedim.“

Orta çağda oğuzların tərkibində Orta Asiyadan Yaxın Şərqə və Azərbaycana gəlmiş türk tayfasıdır. "Baharlı" etnik termininə ilk dəfə XV yüzilə aid qaynaqlara təsadüf edilir. Vladimir Minorski qeyd edir ki, Barani (və ya Baranlı) digər bir adının Baharlı olduğu və İva boyundan ayrılmış, Qaraqoyunlu tayfa ittifaqına daxil olan oymaqdır. C.Malkolma görə, "Əmir Teymur tərəfindən Suriyadan Fars əyalətinə gətirilmiş" əslən Şamlıların bir qoludur[1].

XIV əsrdə Baharlı oymağına başçılıq edən Bayram Xoca Şərqi və Cənub-Şərqi Anadolunun üç bölgəsində öz hakimiyyətini qurmuşdu və 1380-ci ildə onun ölümü ilə yerinə keçən oğlu Qara Məhəmmədin dövründə mərkəzi Van olan bu türk bəyliyinin siyasi fəaliyyət dairəsinə Azərbaycan da daxil edilmişdi.1387-ci ildə Çapaqçur döyüşündə Teymuru məğlub edən Qara Məhəmməd bir il sonra Təbrizə yiyələnmişdi.1389-cu ildə Van hakimi olan Qara Yusif Sultan Əhməd Cəlairi ilə birgə Əmir Teymura qarşı mübarizəyə başlasa da,1394-cü ildə Bağdad döyüşündə məğlub oldu.Qara Yusif Sultan Əhmədlə birlikdə öncə Osmanlıya sığınsa da,1402-ci

il Ankara döyüşündən sonra Misir Məmlük dövlətinə pənah aparmışdı.Misir sultanı

isə Teymurun təhdidi ilə onları həbs etmişdi.Həbsdə onlar əhd bağlayaraq azad olduqdan sonra Azərbaycanın Yusifə,Ərəb İraqının Sultan Əhmədə qalacağı ilə bağlı razılığa gəlmişdilər. Sultan Əhməd Yusifin oğlu Pirbudağı “oğulluğa“ götürmüşdü.1406-cı ildə onların andlaşması Sultan Əhməd tərəfindən pozuldu,o Təbrizə daxil oldu.Lakin,o Teymuri Əbu Bəkrin yeni hücumu qarşısında şəhəri tərk etmişdi.

1406-cı ildə Qara Yusif Araz çayı sahilində Əbu Bəkrin ordusunu məğlub etmiş və 1408-ci ildə Sərdrud döyüşündə Teymuri Miranşahı məğlubiyyətə uğratmışdı.Bunun nəticəsində Teymurilər ölkədən qovulmuş və Azərbaycanın cənub torpaqları Qara Yusif Baharlının hakimiyyəti altına keçmişdi.1408-ci ildə öz adına pul kəsdirən Yusifin əsas məqsədi bütün Azərbaycanı birləşdirməkdən ibarət idi.1409-cu ildə Şəki və Şirvana qoşun göndərən Yusifin bu cəhdləri uğursuz olmuşdu.1410-cu ildə Sultan Əhməd Cəlairi Şənbi-Qazan döyüşündə Qara Yusif tərəfindən məğlub edildi.Bu qələbə nəticəsində Sultan Əhməd Azərbaycanda və İraqda hakimiyyətin rəsmən Yusifin oğlu Pirbudağa verilməsi haqda fərman imzalamağa məcbur olmuşdu.Beləliklə,1410-cu ildə paytaxtı Təbriz olan Azərbaycan 1.Ənvər Çingizoğlu. 1.Baharlı oymağı. "Soy" dərgisi, Bakı, 2008, səh.22-79

dövləti rəsmən tarix səhnəsinə çıxmış oldu.Azərbaycanın Şirvanşahları istisna olmaqla,bütün qalan torpaqları,Ərəb İraqı,Əcəm İraqı,Anadolunun şərqi bu dövlətə tabe idi. Dövlətin rəsmi hakimiyyəti Pirbudaqda olsa da,real hakimiyyət Qara Yusifin idi.Qara Yusif monqol ağalığından sonrakı dövrün ilk böyük türk hakimi kimi qiymətləndirilir.O Şirvanşahlığın yeni yaratdığı dövlətdən kənarda qalması ilə barışmırdı.Şirvanşah I İbrahimin 1406-cı ildə iki aylıq Təbrizdə hakimiyyətini qurması,Sultan Əhməd Cəlairini qanuni hökmdar kimi tanıması və 1410-cu ildə oğlu Kəyumərsi Sultan Əhmədə köməyə göndərməsi onlar arasındakı münasibətləri savaş həddinə çatdırdı.1412-ci ildə Kür çayı sahilində baş vermiş döyüşdə Qara Yusif qalib gəlmişdir.

I İbrahimin oğlu I Xəlilullah taxta çıxan kimi Baharlılardan formal asılılığa son qoyaraq Teymurilərlə yaxınlaşmışdır.Teymurun varisi Xorasan hakimi Sultan Şahrux 1420-ci ildə Azərbaycana hücum etmiş,Şirvanşah Xəlilullah da ona yardım etmişdir.Qara Yusif öldükdən sonra Sultan Şahrux Təbrizi döyüşsüz ələ keçirdi.1421-ci ildə Alaşkerd döyüşündə Qara İsgəndər Teymurilərə məğlub oldu. Şahrux Bayandurlu Əli bəyi Təbrizə hakim təyin edib ölkəni tərk etdi.Az sonra Qara İsgəndər Təbrizi geri alaraq hakimiyyətini bərpa etdi.O əsas diqqətini Şahruxun müttəfiqi Şirvanşahlığa yönəltmiş,1428-ci və 1434-cü illərdə Şirvana yürüşlər etmiş və hər iki yürüşdə Şahrux Xəlilullaha yardım etmişdir.

1435-ci il Təbriz məğlubiyyətindən sonra İsgəndərin yerinə onun oğlu Cahanşah gəlmişdir. O Şahruxun 1447-ci ildə ölümündən sonra onlardan asılılığı rədd etmişdir.1446-cı ildə Bağdadı ələ keçirərək Ərəb İraqını və Farsı da yenidən dövlətə qatmışdı.1458-ci ildə Teymurilərin paytaxtı Heratı ələ keçirmişdi.Cahanşahın Teymurilərlə və o zaman Diyarbəkr hakimi olan Uzun Həsənlə düşmən münasibətdə olması Azərbaycanla Osmanlının münasibətlərinin yaxşılaşmasına təkan verirdi.Cahanşahın hakimiyyətinin son illəri daxili çəkişmələr,iri qiyamlar və Bayandurlu Həsənlə mübarizə şəraitində keçmişdi.1467-ci il Muş döyüşündə Bayandurlu Həsən tərəfindən məğlub edilərək öldürülən Cahanşahın yerinə taxta Həsənəli çıxdı.Həsənəli Qara Yusif nəslinin Azərbaycan taxtında son nümayəndəsi oldu.

Baharlılar Qaraqoyunlu tayfa ittifaqında hakim mövqe tutmuşdular. Qaraqoyunluların süqutundan sonra baharlılar Ağqoyunlulara tabe olmaq istəməyərək Xorasana gedib, Teymurlulara sığınmışdırlar. Uzun Həsənin ölümündən sonra (1478) onların Qaraqoyunlu dövlətini bərpa etmək təşəbbüsü nəticə vermədi. Baharlıların bir hissəsi Babura qoşularaq Hindistana getmiş, orada Qütbşahlılar dövlətini yaratmışdılar, digər qismi isə Xorasan da qalmışdı. [1] 



Səfəvilər dövlətində İran və Azərbaycanın siyası həyatında fəaliyyət gətirmişdilər. XVI yüzilin axırlarında baharlılar şahsevənlərə qoşulmuşdular.

Qaraqoyunlular dövləti yıxıldıqdan sonra baharlıların bir hissəsi Ağqoyunlulara tabe olmadı. Onlar Əlişükür bəy Baharlıların oğulları Pirəli bəy, Bayram bəy və Yarəli bəy ilə birlikdə Xorasana köcərək Sultan Hüseyn Bayqaranın xidmətinə daxil oldular. Ağqoyunlu Uzun Həsən onların təslim

edilməsini Bayqaradan dəfələrlə tələb etsə də, müsbət cavab ala bilmədi. Uzun Həsənin ölümündən sonra Qaraqoyunlular dövlətini bərpa etmək istəyən baharlılar 1479-cu ildə Sistan Bəm yolu ilə Ağqoyunlulara tabe olan Kirman əyalətini tutdular. Sonra Fars əyalətini də, tutmaq istədilər, lakin Ağqoyunlu hökmdarı Sultan Yaqub bəy tərəfindən onların yürüşlərinin qarşısı alındı. Baharlılar Kirmana və oradan Gürgana qayıtmağa məcbur oldular. Pirəli bəy Sultan Hüseyn Bayqara tərəfindən öldürüldükdən sonra Baharlılardan bir qismi Hindistana getmiş və sonralar orda Qütbşahlılar dövlətini təşkil etdilər. İranda qalan Baharlılar Səfəvilər dövründə öz mövqelərini qoruyub saxlamış, onların başçıları mühüm vəzifələrə təyin edilmişlər".[2].



Əlişəkər bəy Baharlının oğlu Pirəli bəy və qardaşları Mirzə Məhəmmədinin (Sultan Cahanşah bəy Qaraqoyunlunun oğlu-Ə.Ç.) oğlu İbrahimi də götürərək Xorasanın və Mavərənnəhrin hakimləri ilə ittifaqa girib, onları Uzun Həsənə qarşı müharibəyə qızışdırdılar. Onlar Hisari Şadmanın hakimi olan Şah Mahmud İbrahimin anası ilə (Paşa bəyimlə-Ə.Ç.) evləndi. Pirəli və qardaşları Xorasana qaçdılar. Onların məqsədi Əbu Səidin oğlu Əbu Bəkr ilə birləşərək və onu qardaşına qarşı qiyama

1. Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan. Bakı, 2015

2.Ənvər Çingizoğlu, Baharlılar, Tarixi və etnoqrafik tədqiqat, Bakı 2012, 176 səh.

məcbur etmək idi. Lakin onların əli boşa çıxdı. Oradan Qəznəyə və Hindistana getdilər. 1478-ci ildə Uzun Həsənin ölüm xəbərini eşidib, sevincək geri qayıtdılar. Güman edirdilər ki, Azərbaycan, İraq və Fars onların dədə-baba torpaqlarıdır və bu torpaqlarda onlar ağalıq edəcəklər. 1479-ci ildə Sistan və Bəm yolu ilə Kirmana gəldilər. Əbu Bəkir yeni şahlığa, Cahanşahın nəvəsi Mirzə Məhəmmədinin oğlu İbrahimi təklif etdi. O, dünya hökmranlığına can atırdı. Onlar Kirmanı və Sircanı tutduqdan sonra əhalidən nalbaha adlı vergi yığdılar. Sultan Yaqub onlara qarşı Sufi Xəlil bəyi və başqa adlı-sanlı əmirlərini göndərdi. Pirəli və onun qardaşlarının ailələri əsir düşdü. Başlarını götürüb Gürgan və Təbəristana qaçdılar.

Sultan Hüseyn Bayqara onları əsir alıb cəzalandırdı. Əbu Bəkir öldürüldü. Pirəlinin gözü çıxarıldı. Bayramın başını kəsdilər. İbrahim və başqa əsirləri Herata gətirdilər.

Baharlı oymağının Qaraqoyunlular dövləti dönəmində ən adlı-sanlı əmiri

Əlişükür bəy idi. Bəzi farsdilli qaynaqlarda bu əmirin adı Əlişəkər bəy kimi də yazılır. Sultan Cahanşah bəyin adından Borucerd və Nəhavəndi idarə edirdi. Sonralar bu əyalət Qolamrovi-Əlişəkkər (Əlişəkkər ölkəsi) adlandı.

Baharlı toponiminə Qarabağda rast gəlinir. Bu adlar Baharlı oymağı ilə bağlıdır. Baharlı oymağı tarixi şəxsiyyətlər, elm və mədəniyyət xadimləri yetirmişdir.. Bu şəxsiyyətlərdən Məhəmməd bəy BaharlıPirəli bəy BaharlıCanəli bəy BaharlıSeyfəli bəy BaharlıSultanqulu bəy BaharlıBayram xan BaharlıƏbdürrəhim xan BaharlıHəsən bəy MüqimiBayramxan bəy Abdulla xan oğlu BaharlıMirzə Vəli bəy BaharlıMirzə Haşım bəy Baharlıİbrahim bəy BaharlıMirzə İsmayıl bəy Vəliyev (Baharlı)Mirzə Məmmədhəsən bəy VəliyevMəşədi Əsədulla bəy VəliyevMəhəmmədəli bəy Vəlizadə (Məxfi)Abdulla bəy VəlizadəNəcəfqulu bəy Vəliyev (Şeyda)Əbülfət bəy VəliMəhəmmədhəsən bəy Vəlili-BaharlıƏliş bəy VəliyevCabbar bəy VəlibəyovSulduz RüstəmovVəli VəlizadəZakir Cabbar bəy oğlu Məmmədov, Səttar bəy Vəliyev, Xostan VəliyevZahid MəmmədovMəhəmməd Baharlı, tədqiqatçı-jurnalist Orxan Zakiroğlu (Baharlı) və başqaları daha çox tanınırlar.

Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar (II kitab. Bakı, 2013)

Qarabağ baharlıları

Baharlı eli oymaq şəklində Qarabağda, bir neçə mahalın ərazisində qərar tuturdu. Baharlı obasının ikisi Kəbirli elində, biri Çulundur mahalında, biri isə Qapan mahalında yaşam sürürdü.



II Şah Abbas Səfəvinin 1071-ci ilin şəvval ayı tarixli (iyun, 1601) fərmanında Baharlı oymağı haqqında dəyərli məlumat verilib.[1]. Baharlı oymağının sakinlərindən Dərgahqulu, Kərəməli və başqalarının şikayəti əsasında tərtib edilmiş həmin fərmandan görünür ki, vaxtı ilə qeyd olunan tayfanın bir çox ailələri Qarabağdan İsfahanla Şiraz arasında yerləşən Şəhrikord məntəqəsinə köçürülmüş və orada uzun müddət yarımköçəri həyat sürmüşlər.

Şah Sultan Hüseyn Səfəvi tərəfindən 1714-cü ilin dekabr ayında verilmiş şəcərəyə görə köhnə xəlifə Əbutalib bin Şeyx Məhəmməd bin Xəlifə Əlirzanın əmisi oğlu Xəlifə Məhəmmədqasım Qapanat mahalının Baharlı, Sarıəlili, Xacəəbuishaqlı

və Xələc camaatına yeni xəlifə təyin edilmişdi.

Baharlı obalarından üçü Kəbirli mahalında yerləşmişdi. Biri I Baharlı obası, biri II Baharlı obası, o birisi isə Lələimamverdi obası idi.

Fars əyaləti baharlıları haqqında

Baharlı oymağının bir qolu İranın Fars əyalətində yaşayırdı. Onlar Qarabağdan gəlmişdilər. Bu qol XVIII əsrdə Xəmsə eli deyilən bir boy birliyi təşkil etmişdi. 1852-ci ildə Baharlıoymağı Nəfər elinin tərkibindən çıxaraq, özlərindən Molla Əhməd adlı birisini kələntərliyə qəbul etdilər. Yeni kələntərə hökumət tərəfindən xanlıq ünvanı verildi. Əhməd xan tayfanın tirələri arasında sülh və sakitlik yaratdı. Əhməd xan Baharlı 1858-ci ildə vəfat etdi.

Yenidən tayfa-tirə qarışıqlığı yarandı. Hər kəs öz tirəsindən el kələntərliyinə adam irəli sürdü. Çaba-çarpışma xeyli çəkdi. Nəhayət 1863-cü ildə Baharlı tayfasının Təlkə (təklə) tirəsindən olan Çıraqəli bəy tayfanın kələntəri oldu. O, müvəqqəti olsa da, sakitlik yaratdı, lakin 1892-ci ildə Çıraqəli bəy Əhmədli tirəsinə mənsub bəylər tərəfindən öldürüldü.

1Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri). Bakı, 2015

XIX yüzilin son illərində Baharlı tayfasına Çıraqəli bəyin tərbiyə etdiyi Hüseyn xan Baharlı kələntər təyin edildi və Qacar sülaləsinin son illərinə qədər elə başçılıq etdi.Xəmsə birliyinə qatılan Baharlı tayfasının tirələri:



  • Əbülqasımlı

  • Əhmədli

  • Ələmdar

  • Əmələ

  • Əminə

  • Əminli

  • Əmirhacılı

  • Aşıqlı

  • Aşırlı

  • Övladlı

  • Əzizbəyli

  • Hacıəttarlı

  • Hacıbaranlı

  • Hacıxanlı

  • Heydərli

  • Həsənbəyli

  • Ibrahimxanlı

  • Ismayılxanlı

  • Isabəyli

  • Caməbözörgi (böyükcaməli)

  • Qağaxanlı

  • Kamanlı

  • Məmmədli

  • Məhəmmədxanlı

  • Nəzərbəyli

  • Qaraxanlı

  • Qaraxaslı

  • Kazımbəsli

  • Rəsulxanlı

  • Sadıqlı

  • Səfixanlı

  • Səkkizli

  • Şəkərli

  • Əzizli

  • Çəhərdəh çərik (on dörd çərik)

  • Dərəşur (şordərəli)

  • Kərimli

  • Xosrovlu

  • Lor

  • Sül eymanlı

  • Təkkə (təklə)

  • Zərgər

  • Fars əyalətində yaşayan oymağın xanları bunlar idi:

  • Hüseyn xan (Bahadur-Nizam)

  • Əmir Ağa xan

  • Sultan İbrahim xan

  • Kazım xan

  • Qulamhüseyn xan

  • Manuçöhr xan

  • Əhmədrza xan

  • Mürtəza xan

Bəzi tarixçilər iddia edirlər ki, Qaraqoyunlu və Ağqoyunlu dövlət adı ola bilməz. Bunlar əslində Baharlu və Bayandurlu dövlətləridir .Lakin biz yuxarıda araşdırdığımız məlumatlardan görürük ki, bizim 5 min illik dövlətçilik tariximizdə ayrı-ayrı dövrlərdə müxtəlif Azərbaycan sülalələrinin yaratdığı dövlətlərimiz mövcud olmuşdur. Həmin sülalələr dəyişsə də, dövlətçilik ənənələrimiz qorunub saxlanmışdır

Bu sülalələrdən biri də Qaraqoyunlu və Ağqoyunlulardır. Onlar Oğuz boylarındandır. Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm məlumatı Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani “Kitabi-Diyarbəkriyyə” adlı əsərində verir. Müəllif “Həsən padşahın ulu babası Ağqoyunlu bəyliyinin qurucusu olmuş Qara Yuluq Osmanı bir-bir adlarını saymaqla, Bayandur xan vasitəsilə 52-ci arxa dönənindən Oğuz xana çıxararaq Ağqoyunluların Oğuz, yəni türkman elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir. Qaraqoyunlular Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Kınık boylarından birinə mənsub olmuşdur. Qaraqoyunluların Yivə boyundan olduğunu təsdiq edən faktlar vardır. Tarixşünas­lığımızda bəzən Qaraqoyunluları Baharlı sülaləsi kimi təqdim etməyə cəhdlər göstərilir. Ancaq bunu dövrün heç bir qaynağı təsdiq etmir. Baharlı tayfası Qaraqoyunlu tayfa ittifaqına daxil olan 13 tayfadan biridir. Maraqlıdır ki, 15 və 16-cı əsr qaynaqlarında Qara Yusifin Barani nəslindən olduğu göstərilir. Baranilər Təbərinin əsərində adı keçən Oğuz tayfalarından biridir. 11 və 12-ci əsrlərdə Baranilər Azərbaycanda, Şərqi Anadolunun böyük bir hissəsinə yayılıblar. Hətta Suriyayadək gedib çıxıblar. Ona görə də ərəb mənbələrində onlar haqında müfəssəl məlumatlar vardır.

Bu dövlətlərin bayraqlarında qara qoç və ağ qoç təsvirinin yer alması da mübahisə doğuran məsələlərdəndir.  Həqiqətən bu dövlətlərin bayraqları da bağlı məsələ də uzun müddət tarixşünaslığımızda mübahisə mövzusu olmuşdur. Döyüş vasitəsi və qələbə nişanəsi olan bayraqlar Qara­qoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi-hərbi fəaliyyətində önəmli yer tutmuşdur. Ağqoyunluların Topqapı Saray muzeyində saxlanılan, Həsən padşaha aid olan ağ bayrağının üzərində qoyun

rəsminin olmadığı aydın görünür. Həmin bayrağın üzərinə içərisində “Sultan Həsən Bahadur” sözləri yazılmış Bayandur böyunun tamğası vurulub. Qaraqoyunluların isə dövrümüzədək bayrağı gəlib çatmadığı üçün qəti fikir söyləmək xeyli çətindir. Hə­sən bəy Rumlu yazır ki, türkmanlar döyüşə gedərkən rəngli bayraqlardan istifadə edirdilər. Rəngarəng bayraqların parlaqlığından ətraf ərazi gül və lalə bağçasına dönmüşdü. Səfəvilər XV yüzillikdə Azərbaycanda hakimiyyətdə olmuş Türkman Baharlı və Bayandur sülaləsinin hərbi-siyasi özülünü təşkil edən Ərəşli, Zülqədər, Əfşar, Şamlı,Təkəli, Ustaclı, Qacar, Qaradağlı və başqa türk ellərinə, çoxçeşidli sosial zümrələrə arxalanıb onların əsgəri köməyi ilə hakimiyyəti ələ almışdılar. Məlum olduğu kimi, Səfəvi şeyxləri ilə Bayandur sülaləsi arasında qohumluq əlaqələri də mövcud olub. Belə ki, Səfəvi şeyxi Cüneyd (1447-1460) Bayandurlu hökmdarı Uzun Həsənin (1453-1478) bacısı Xədicə bəyimlə, şeyx Cüneydin oğlu Şeyx Heydər isə Uzun Həsənin qızı Aləmşah bəyimə evlənib, bu nigahdan da I İsmayıl və onun iki qardaşı doğulub. Beləliklə, Səfəvi şahlıq sülaləsinin yaradıcısı İsmayıl hakimiyyətə Ağqoyunlu hökmdar irsinin davamçısı kimi gəlib.

Tarixə Baharlı, Bayandurlu, Səfəvi adı ilə düşən hər üç sülalənin özülü – dayağı Azərabaycan olmuş və bu sülalələr hakimiyyətdə olduqları illərdə yaratdıqları dövlətin quruluşundakı cüzi fərqlərlə bir-birini tamamlayıb. Ancaq Səfəvilər vaxtında oturaq əhalinin rolu artıb, Şirvan və Şəki hakimlərinin mərkəzdənqaçma cəhdlərinə tam son qoyulub.

Maraqlıdır ki, Topqapı Sarayında xəzinə kitabxanasında 2756 nömrədə saxlanılan və 1428-ci ildə ispan J.Villadestes tərəfindən perqament üzərində çəkilmiş xəritədə Qaraqoyunluların bayrağı sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdır. Bu da onunla bağlıdır ki, Qaraqoyunlular Azərbaycanda Cəlairlər sülaləsini əvəz etdiklərindən bir növ varislik ənənələrinə sadiq qalmışdılar. Çünki Cəlairilərin bayrağında da biz bu rəngləri görürük. Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin bayraqlarında ağ və qara qoç təsviri olması dövrün qaynaqlarında təsdiqini tapmır. Bəs bu bayraqdakı qoç təsvirinin olması məsələsi haradan qaynaqlanır? Bu fikri Fransız şərqşünası J.Dögininin fıkrincə, Qaraqoyunlu türk­mənləri bayraq­larındakı qara qoyun (qoç-T.H.N.) rəsminə görə Qaraqoyunlu adlanmışlar. Bayraqlarında qara qoyun rəsmi olduğu üçün Qaraqoyunların bu adı almasına aid Qərb müəlliflərinin iddia­larının heç bir əsası yoxdur.

XVIII əsrin ortalarında irəli sürülmüş bu fikir Türkiyə, Azərbaycan və Sovət tarixşü­naslığında uzun illər qəbul olunmuşdur Lakin onların fıkri ilə razılaş­maq çətindir. Çünki tayfa və sülalənin öz adını bayraqdakı qara qoyun rəsminə görə alması fikri həqiqətdən uzaqdır. Belə çıxır ki, tayfa öncə bayrağını, sonra isə adını seçmişdir.  Əslində, əksinə olmalıdır. Hər bir tayfa öz adını rəsmi bayraqlarında, hökmdarın möhüründə, rəsmi məktublarında bu və ya digər formada yaşatmışdır. Maraqlıdır ki, Rəşidəddinin “Oğuznamə”sində qaraqoyunluların mənsub olduğu Oğuzların Yivə boyunun tamğası qoç buynuzunu xatırladır. Qaraqoyunlular indiki Azərbaycanın Qərb bölgəsində, Qarabağda, Şərqi Anadolunun şimalında, Ağqoyunlular isə cənubunda məskunlaşmışdılar. Ağqoyunlular VI əsrin sonunda və VII əsrin əvvəllərində Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında yaşamışdılar.

Baharlı toponimi müasir dövrümüzdə bir çox kəndlərdə qalmaqdadı.



  • Baharlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd.

  • Gül Baharlı — Azərbaycanın Ağdam rayonunda kənd.

  • Birinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə.

  • İkinci Baharlı — Azərbaycanın Ağdam rayonunda qəsəbə.

  • Baharlı (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd.

  • Baharlı(Qafan) — Ermənistan Respublikasının cənubunda keçmiş Qafan rayonunda kənd.

  • Baharlı (Qafan, 2) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.

  • Baharlı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.

Şəhərlər Baharlı (Türkmənistan) — Türkmənistanın Ahal vilayətində sənaye şəhəri.

  • Baharlı yaşayış yeri — Abidə Ağdam rayonu Miraşelli kəndinin Bənövşələr köçgün qəsəbəsindən 500m cənub-qərbdə yerləşir.

  • Mündəricat


Qaraqoyunlu tayfalarının yaranması , yaşadığı ərazilər........................................1

Baharlı tayfası........................................................................................................2

Ədəbiyyat siyahısı

1.Ənvər Çingizoğlu. Baharlı oymağı. "Soy" dərgisi, Bakı, 2008

2.Ənvər Çingizoğlu, Baharlılar, Tarixi və etnoqrafik tədqiqat, Bakı: Mütərcim, 2012

3.Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(I kitab. Bakı, 2013)

4.Orxan Zakiroğlu (Baharlı). Şərq tarixi: Baharlılar.(Ensiklopedik məlumat kitabı) (II kitab. Bakı, 2013)

5.Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri). Bakı, 2015

6.Orxan Zakiroğlu (Baharlı). Xanlar xanı Bayram xan (sələfləri, xələfləri).Bakı, 2015

7.Orxan Zakiroğlu (Baharlı). Mirzə Vəli bəy və onun nəslinin tanınmış övladları. "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri". Bakı, 2014

8.T. Ə. Ibrahimov (Şahin). Qaşqaylar.Bakı.1988. səh.33-34

9. Fəzlullah Ibn Ruzbehan Xunəci.Tarixi Aləm arayi-Əmini.Bakı. 1987.səh.59-60.

10.https://az.wikipedia.org/wiki/Baharl%C4%B1_oyma%C4%9F%C4%B1

11. http://sonuncuesr.com/tarixdersleri/

12  Baharlı, Əhvalati-Qarabağ, Qarabağnamələr, Bakı, 1991.

13.http://1905.az/tofiq-n%C9%99c%C9%99fli-qaraqoyunlular-v%C9%99-agqoyunlular-oguz-boylaridir/



14. Nəcəfli Tofiq Hümbət oğlu ``Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi MÜASİR TÜRK TARİXŞÜNASLIĞINDA

15.  Sümer F. Qaraqoyunlular,


Yüklə 57,39 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin