7293
Ənvər Çingizoğlu
ŞUŞA ŞƏHƏRİ:
TƏBRİZLİ MƏHƏLLƏSİ
(Tarixi-genealoji tədqiqat)
-
№
35
'
BAKI -2012
Ç01 (2010)
Q ^ 1
Elmi redaktor: Qasım Hacıyev,
tarix elmləri doktoru
Redaktor:
Vasif Quliyev
Rəyçilər:
Nurlana Cavanşir,
tarix elmləri üzrə fəlsəfə doktoru,
Ədalət Tahirzadə,
filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent
Ə. Çingizoğlu. Şuşa şəhəri: Təbrizli məhəlləsi. Bakı, «Zərdabi
LTD» MMC, 2012.- 324 səh.
Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun bu kitabı Azərbaycan
xalqının mədəniyyətində mühüm rol oynamış Şuşa şəhərinin ilk
məhəllələrindən biri olan Təbrizli məhəlləsindən və sakinlərinin yaşam
yolundan bəhs edir.
XVIII, XIX, X X yüzilliklərdə Təbrizli məhəlləsində baş verən
önəmli hadisələr, şəhərin iqtisadi, mədəni həyatı sənədlərlə, şahidlərin
bilgisi ilə qələmə alınaraq oxucuların önünə çıxarılıb.
Kitabda arxiv materiallarından istifadə edilməklə Təbrizli məhəl
ləsinin demoqrafik mənzərəsi, məhəllə sakinlərinin şəcərəsi yaradılıb.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
г 05005000000
Ç 0103-2012
© Müəllif hüquqları qorunur. Müəllifin icazəsi olmadan bu kitabı
və ya onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxarmaq qadağandır!
© Ə. Çingizoğlu, 2012
giriş
Şuşanın tarixi Azərbaycan tarixinin maraqlı və mənalı
dövrüdür. Bu şəhər yarandığı gündən mədəniyyət yolunda qol
döyüb, qələm çalıb. Bu mədəni şəhərin məhəllə tarixinə aid olan
bu kitabda nə görəcəyik?
Müəllif Şuşa şəhərinin böyük bir yaşayış sahəsi olan Təbrizli
məhəlləsinin tarixini, demoqrafiyasını, əhalinin geneologiyasını
arxivlərdə mühafizə olunan sənədlərlə işləmiş, ortalığa bitkin bir
əsər çıxarmışdır.
Şuşanın məhəllələrinin tədqiqində Təbrizli məhəlləsinin
xüsusi yeri var. Məlumdur ki, məhəllə tarixi yalnız müəyyən
inzibati-ərazi vahidlərində baş verən dəyişiklikləri deyil, həm də
həmin massivdə əhalinin, təsərrüfatın, ticarətin, sənətkarlığın
problemlərini təbii-coğrafi şərait və insan fəaliyyətinin göstərilən
sahələrinə siyasi hadisələrin təsiri baxımından tədqiq edir.
Beləliklə, sosial-iqtisadi həyatın demək olar ki, bütün sahələri
məhəllə tarixinin tədqiqat obyektinə çevrilə bilər.
Təbrizli məhəlləsinin tarixinə dair az-çox məlumatları
özündə əks etdirən mənbələrin bir qismini arxiv sənədləri, digər
qismini isə çap olunmuş mənbələr təşkil edir. Arxiv sənədləri
içərisində Azərbaycanın Rusiya tərəfindən işğalı dövründə rus
məmurları tərəfindən tərtib edilmiş kameral təsvirlərin xüsusi
əhəmiyyəti var. Materialların məzmunundan aydın olur ki, çar
Rusiyası Azərbaycanın iqtisadi cəhətdən mənimsənilməsini başa
çatdırmaq üçün onun ayrı-ayn bölgələrinin sərvətləri, əhalinin
milli və sosial tərkibi, kənd təsərrüfatının, sənətkarlığın, şəhərlərin
vəziyyəti haqqında müfəssəl məlumat toplamağa çalışmışdır.
Müəllif Təbrizli məhəlləsinin tarixini öyrənməkdən ötrü
XIX yüzildə Şuşaya dair Rusiyada nəşr edilən tarixi ədəbiyyatla
tanış olmuş, onlara tənqidi cəhətdən yanaşaraq bir sıra faktiki
materillardan faydalanmış, habelə bu günə qədər tarix elminə az
məlum olan yeni arxiv sənədlərini üzə çıxarmışdır.
3
XVIII əsrin ikinci yarısına aid yerli faktiki materiallara
gəldikdə cəsarətlə demək olar ki, belə tipli sənədlər yox
dərəcəsindədir. Məsələ burasındadır ki, XVIII əsrin ikinci
yansından başlayaraq Türkmənçay (1828) müqaviləsinə qədərki
dövrdə Qarabağ xanlığını Ağa Məhəmməd şah Qovanlı-Qacarm
işğalı, birinci (1804- 1813) və ikinci (1826-1828) rus-İran
müharibələri dövründə Qarabağ xanlığı ərazisinin müharibələr
meydanına çevrilməsi faktları xanlığın həm siyasi və həm də
təsərrüfat həyatına zərbə endirmişdi. Bu müharibələr məhsuldar
qüvvələrin zəifləməsinə, maddi mədəniyyət abidələrinin, o
cümlədən, yazılı mənbələrin məhv olunmasına gətirib-çıxarmışdı.
Belə vəziyyət Qarabağ xanlığına aid olan bir çox faktların üzə
çıxarılmasına çətinlik törədir.
Beləliklə, kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə Şuşa
şəhərinin məhəllə tarixinin araşdırılmasına təşəbbüs göstərilir.
Burda Şuşanın ərazisinin dəyişilməsində siyasi hadisələrin,
müharibələrin təsiri araşdırılır, ölkənin ərazi-inzibati bölgüsü və
onun dəyişdirilməsinin səbəbləri, sənətkarlığın coğrafiyası,
əhalinin etnik və sosial tərkibi, demoqrafik dəyişmələri ilk dəfə
olaraq məhəllə tarixi baxımından tədqiq edilir.
Mənbələrin verdikləri məlumatlara əsasən belə fikir
söyləmək olar ki, Təbrizli məhəlləsi Şuşa şəhərinin ən qədim
məhəllələrindən biridir.
Müəllif əsərin ərsəyə gəlməsində etdikləri maddi və mənəvi
yardımlara görə mühəndis-menecer Rauf Müqimova təşəkkürünü
bildirir.
Şəkillərin toplanmasında yaxın yardımına görə Ədalət
Tahirzadəyə və Vasif Quliyevə minnətdarlıq borcumuz var.
4
Məhəllənin tarixi
Təbrizli məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir.
Şuşa şəhəri qurulduğu çağdan başlayaraq genişləndi. Yeni-yeni
məhəllələr meydana gəldi. Hər məhəllədə məscid, hamam tikildi,
meydan quruldu.
Ümumiyyətlə,
Şuşanın bir şəhər kimi
formalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar: birinci
mərhələ 1750-ci ildən başlayaraq çox qeyri-sabit şəraitdə 1763-cü
ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdı.
Bu dövrdə şəhərin şərq hissəsində 9 məhəllə salınmışdı.
İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806)
təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha
keyfiyyətli və möhtəşəm olmuşdu. Bu dövrdə şəhərdə yaşayış
məhəllələrinin sayı 17-yə çatmışdı. XIX yüzili əhatə edən üçüncü
mərhələdə şəhərin dağlıq qərb hissəsində yeni 12 məhəllə
salınmış və əslində, bununla Şuşanın formalaşması başa çatmışdı.
Təbrizli məhəlləsi Şuşa şəhərinin ilk məhəllələrindən
biridir. Bu məhəllə sakinləri Təbrizdən Bayat qalasına, ordan
Şahbulağa, sonra isə Şuşa şəhərinə gəliblər. Bayat qalasına
gəlmələri haqqında tarixçi Mirzə Camal Qarabaği yazır: “Hələ
Qarabağın Xəmsə mahalları ona tabe olmadığı zaman (Pənah xan)
ətraf xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və
qohumlarının, qulluqçu və yaxın adamlarının və (el) böyüklərinin
qorunması üçün ellərin arasında münasib bir yerdə qala tikilməsini
lazım bilmişdi. Məşvərətdən sonra indi Kəbirli mahalı içində olan
Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar
və xəndək qaynldı, bazar, hamam və məscid tikildi. Xan bütün
ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını ora topladı.
Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və
məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi
və sənətkarlan belə, öz ailələri ilə birlikdə gəlib, Bayat qalasında
yerləşdilər”. 1
İbrahimxəlil xan Cavanşir 1783-cü ildə və 1785-ci ildə
Təbriz xanlığına yürüş etmişdi. O da bu yürüşlərində Təbrizdən
xeyli ailə gətirib Təbrizli məhəlləsində yerləşdirmişdi. Həmin
5
dövrdə hələ Təbrizdə yaşayan Ağahüseyn Arif İbrahimxəlil xan
Sarıcalı-Cavanşirin Təbrizə yürüşünü şeirlərində pisləmişdi. O, bu
yürüşlə bağlı yazırdı:
Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,
Dağılıb hər biri bir guşədə pünhan oldu...
1823-cü ildə Yermolov və Mogilyevski tərəfindən tərtib
olunmuş vergi dəftərində şəhərin məhəllələri və demoqrafik
mənzərəsi əks olunmuşdur. Biz «Statistik təsvir»dən məhəllə
adlarını çıxarış edib, yazımıza köçürürük.
1. Təbrizli məhəlləsi
2. Qazançılı məhəlləsi
3. Əylisli məhəlləsi
Şəhərdə müəyyən mahaldan və el-obadan gəlib, kompakt
halında yaşayanlar da vardı. Bu yaşayış sahələri sonradan böyük
məhəllələrə çevrildi. Həmin sahələri aynntıları ilə açıqlayaq.
1. Dəmirçihəsənli mahalından - Mamaylı, Xocavənd
2. Cavanşir-Dizaq mahalından (Hacılı, Yağləvənd, Qaraxan
bəyli, Merdinli, Seyidmahmudlu, Dədəli, Zərgər və dəmirçilərin
yaşadıqları məhəllə.
3. Cavanşir mahalından (Köçərli, Keştazlı, Şıxbabalı, İlxıçı-
Muğanlı.
4. İyirmidörd mahalından - Saatlı.
5. Kəbirli mahalından - Qurd-Dördlər, Qurd-Gürcüstan,
Qurd-Qaradağlı, sonradan Seyidli.
6. Ağadədəli məhəlləsi öz adını Cəfərqulu xan Sarıcalı-
Cavanşirə bağlı olan Ağa bəy Dədəlinin yaşadığı ünvandan alıb.
7. Hacıyusifli məhəlləsi isə məşhur divanbəyi Hacı Yusif ağa
Hacı Rəhim ağa oğlu Muğanlımn adından götürülüb.
8. Gəlmələr məhəlləsi isə müxtəlif yörələrdən gəlmiş
adamlar tərəfindən şəhərdə salınmış yaşayış massivi idi.
Belə nəticə çıxarmaq olar ki, Şuşanın ən qədim məhəl
lələrindən biri Təbrizlidir.
Təbrizli məhəlləsinin sakinləri Qarabağ mədəniyyətinə təkan
verdilər. Muğamat sazı, qəzəl qoşmanı üstələdi. Qarabağın bir çox
şairləri bu məhəllədən çıxıb. Həmin şairlərdən Ağahüseyn Arif,
6
Abdulla Camzadə, Süleyman Faxir, Əbdül Şahin, Mirzə Nəcəfqulu
Şəms-Zakir, Fərruxi və başqalarım nişan verə bilərik.
Məhəllə əhalisinin əksəriyyəti savadlı idi. 1797-ci ildə Şu
şada tərtib olunmuş bir qəbaləyə qol çəkib şahidlik edənlərin
böyük çoxluğu Təbrizli məhəlləsinin sakinləridir. Həmin sakin
lərdən Hacı Xudaverdini, Ağa Nadırhüseyni, Ağa Cilovxam, Hacı
İmamqulunu, Məşədi Hüseyni və başqalarım göstərə bilərik. 1
Bu məhəllədən həkimlərdən Hacı Mirzə Müqim bəy İman-
bəyovu, Məşədi Hacı Əkbər oğlunu, katiblərdən Mirzə Haqverdi
Ocaqverdi oğlunu və digər peşə sahiblərini təqdim edə bilərik.
Məhəllə ilk dövründə sənətkarlar məhəlləsi olsa da, tez bir
zamanda mədəniyyət beşiyinə çevrildi.
İki dünyəvi məktəbdə müəllim olanlardan biri Təbrizli
məhəlləsinin sakini idi. Həmin şəxsin, Əbdüləli Bağır oğlu Mux
tarovun Azərbaycanda maarifçiliyin yayılmasında önəmli rolu var.
Təbrizli məhəlləsinin bünövrəsinədək Qarabağda Xudadad
(farsca Allahverdi) adı yox idi. Bu adı onlar özləri ilə bərabər gətir
mişdilər. Ad daşıyıcılarından biri Xudadad xan Dünbülü Təbrizin
hakimi olmuşdu. Məhəllə sakinlərindən biri bu adı öz oğluna
qoymuşdu.
Şuşa şəhərinin digər məhəllələrində tanınmış biri adamı
çağıranda adının sonuna, Təbrizli məhəlləsində isə önünə “ağa”
sözü əlavə edilirdi.
XVIII yüzilin ikinci yarısından başlayaraq Aşura təziyəsi,
əsasən, Təbrizli məhəlləsində keçirilirdi. Daha izdihamlı, daha gur
olduğundan şəhər qazısı da bu məhəllədə təziyəyə qatılırdı. 1840-
cı illərin önlərində ruslara arxalanan ermənilər Təbrizli məhəllə
sinin təziyə məclisinə lağ eləmişdilər. Təziyədə iştirak edən şəhər
qazısı Mirzə Əbülqasım bəy Mirzə Əli bəy oğlu Haqverdiyev
(1803-?) ermənilərin əleyhinə fitva hazırlamış, bu işin həyata keçi
rilməsini şəhər deputatı, Təbrizli məhəlləsinin ağsaqqalı Hacı
Hüseyn Kərbəlayı Mustafa oğluna (1772-?) tapşırmışdı. Məhəllə
əhli hərə bir dəyənək götürüb, erməniləri xurd-xəşil eləmişdilər.
Şəhər qəza idarəsinin polisləri və keşikçilər qəzəbli kütləni güc-
bəla ilə yatırmışdılar. Erməniləri fitnəsi haqqında çara məlumat
verilmişdi.
7
1906-cı il erməni basqınlarında keçmiş Təbrizli məhəlləsinin
sakinləri müdafiədə fəallıq göstərmişdilər. Belə fəallardan biri də
Əfrasiyab Əzimov idi. O, vətənpərvər, el qədri bilən bir qəhrəman
kimi tanınmışdı. 1905-1906-cı illər erməni-müsəlman qırğınlarında
igidliyi sayəsində neçə-neçə günahsızı ölümdən qurtarmışdı. Mir
Möhsün Nəvvab yazır: «Müsəlmanlar da bir neçə yerdə səngərlər
tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında,
ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş
tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas
bəy Talib bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və
erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və
onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü
səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab
Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi.
Onun rəhbəri isə Məşədi Abış Bəylər oğlu idi. Altıncı səngər isə
mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və
istiqamətvericisi cənab Axund Molla Şükür idi» 1.
Əfrasiyab Əzimov həm «Difai», həm də «Qarabağ məclisi»
təşkilatlarının fəal üzvü olmuşdu. «Difai», həm də «Qarabağ
məclisi» təşkilatlarının üzvlərindən biri də keçmiş Təbrizli
məhəlləsinin sakinlərindən olan Məşədi Süleyman Kərbəlayı
Allahverdi oğlu Əsgərov idi.
Təbrizli məhəlləsinin əhalisi azad icma idi. Onlar xan
divanına, rus üsul-idarəsi dönəmində dövlətə vergi ödəyirdilər.
Şuşa şəhərinin digər məhəllələrində olduğu kimi, Təbrizli
məhəlləsində də əhalinin başlıca məşğuliyyət sahələri sənətkarlıq
və ticarət idi. Məhz sənətkarlar və tacirlər Təbrizli məhəlləsi
əhalisinin böyük əksəriyyətini təşkil edirdilər.
Bu məhəllənin əhalisinin hamısı təbrizlidirmi? Mənbələri
diqqətlə araşdırdıqda bu məsələnin də düzgün izahım vermək
mümkündür. Qənaət budur ki, bu məhəllədə əslən təbrizli olanlar
la yanaşı, Qaradağdan, Naxçıvandan, Şirvandan və digər yörələr-
dən gələnlər də məskunlaşmışdılar.
Təbrizli məhəlləsi XIX yüzilin ikinci yarısından sonra tarix
meydanından çıxdı. Bu məhəllənin sakinlərinin bir qismi
Ağadədəli, bir qismi isə Xocamircan məhəlləsinə qarışdı.
8
MƏHƏLLƏNİN ƏHALİSİ
1823-cü ildə Şuşa şəhərinin əhalisi dövlət tərəfindən kameral
siyahıya alınıb. Həmin siyahıdan çıxanş edib, yazımıza köçürürük.
Təbrizli məhəlləsi
1. Hacı Allahverdi-kədxuda
2. Məşədi Hüseynəli-çavuş
3. Rza
4. Allahverdi
5. Razi Mirzə Abbas oğlu
6. Kərim Qara oğlu
7. Mehdiqulu Bədəl oğlu-mübahisəlidir. Hacı Bəylər bəy
(Cavanşir - Ə.Ç.) onu özününküləşdirib.
8. Əbdürrəzzaq Ağahüseyn oğlu
9. Kərbəlayı Səfərəli
10. Ağa Cilovxan
11 .Ağakişi Ağacan oğlu
12. Feyzulla Hacı Qafar oğlu
13. Allah verdi-yetim
14. Pənci-kasıb
15. Mirzə-Ağacanm qardaşı
16. Məşədi Dostuməli
17. Rəcəbəli Vəli oğlu-şərbaf
18. Baba Əliyar oğlu
19. Kərbəlayı Yadigar-kasıb
20. Hacı Əhməd
21. Məşədi Məmməd
22. Məşədi Mustafa
23. Bağır Əli oğlu
24. Xəlifə Qafar
25. İman
26. Tağı-baqqal, kasıb
27. Hüseyn Hacı Ramazan oğlu
28. Əliməmməd Məmmədzaman oğlu
29. Yusif Zikirəli oğlu
9
30. Məşədi Musa
31. Abbas-çarvadar, kasıb
32. Məmməd-keçəl
33. Hüseynbaba
34. Mirzəməmməd-yetim
35. Kərbəlayı Ağalar
36. Məşədi Rəcəb
37. Məşədi Məmməd
38. Məşədi Həsən Bağır oğlu
39. Məşədi Hacıbaba
40. Bala Həsən
41. Mövla baqqalın yetimləri
42. Fətəli-kasıb
43. Ağa Məmmədəmin oğlu
44. Feyzulla
45. Məşədi Həzrətqulu
46. Məmmədəli-kar
47. Məmmədrəhim
48. Kərbəlayı Nəmi və Xudaverdi
49. Usta Rəcəb
50. Məmmədsəfı
51. Məmmədqulu-kasıb
52. Qurban Əlinağı oğlu
53. Məşədi Ələsgər Ağaməmməd oğlu
54. Qulaməli-Talıbxan bəyin rəiyyəti
55. Baba Şərif oğlu
56. Kərbəlayı Vəli
57. Səfər-kasıb
58. Qəhrəman
59. Məşədi Sadıq
60. İbrahim Allahverdi oğlu
61. Məşədi Məmmədtağı
62. Musa-onun qardaşı
63. Tanrıverdi Məlikməmməd oğlu
64. Məmmədbağır Tanrıverdi oğlu
10
65. Bağır Eyvaz oğlu
66. Tağı Hacı Lətif oğlu
67. Məşədi Xudaverdi
68. Məmmədhəsən Əli oğlu-məaf
69. Kərbəlayı Bədəl
70. Qurbanəli Səlbi oğlu
71. İbrahim-qaraqulaq
72. Məşədi İman Molla Müqim oğlu-məaf
73. Məşədi Məmmədəli Qoca oğlu
74. Həsən Məməğanlı
75. Ağababa-cuhud
76. Məşədi Əkbər
77. Hacı Əsgər
78. Abış Sadıq oğlu
79. Ələkbərin oğlanları
80. Məşədi Hüseyn Hacı İmamqulu oğlu
81. Molla Əbdülhüseyn
82. Kərbəlayı Ağakişi
83. Ağakişi Kərbəlayı Yusif oğlu
84. Məmmədəli xəlifə İsmayıl oğlu
85. Kərbəlayı Xudadad
86. Ağababa-qaraqaş
87. Əlirza
88. Hacı Əlibaba oğlu
89. Hacı Mirzəbaba
90. Hacı Əliməmməd Hacıbaba ağa oğlu
91. Məşədi Abdin
92. Mirzə-kasıb
93. Pənci Əli oğlu-ikinci
94. Məmmədcəfər Şamaxılı
95. Məmmədşah Məmməd oğlu
96. Kəlbi
97. Allahverdi-Məşədi Əlinin qardaşı
98. Ağarza-yamaqçı
99. Məşədi Əli
11
100. Məşədi Cam
101. Abdulla Məşədi Canı oğlu
102. Qasım Fəti oğlu
103. Məşədi Məsum
104. Şahbaz Hacı Qafar oğlu
105. Ələsgər Ağaməmməd oğlu
106. Məmmədqulu-kosa
107. Kərbəlayı Ocaq
108. Kərbəlayı Baba-bəhləduz
109. Səfərqulu Məmməd oğlu
110. İsmayıl-dabbaq
111. Zaman Mücavür oğlu
112. Məşədi Rəsul
113. Şəfi Hacı Hüseynəli oğlu
114. Məhərrəm Məşədi Məmmədəli oğlu
115. Axund Cəfər Ordubadlı
116. Məşədi Rəhim
117. Zaman-rəngsaz
118. Hacı-baqqal
119. Məşədi Mirzə
120. Ağa Zeynal oğlu
121. Məşədi Nəcəf
122. Allahverdi-kasıb
123. Xəlifə Mirzə
124. Əliməmməd-keçəçi
125. Əliqulu Abuzər oğlu-simsar
126. Kərbəlayı Əsgər-kəlləpəz
127. Əsəd-Məmmədqasım ağanın rəiyyəti
128. Baba
129. Bayram-çarıqçı
130. Məşədi Əli Hacı Əmir bəy oğlu
131. Məşədi Murad
132. Məmmədrza
133. Məşədi Qasım
134. Məşədi Məmmədəli
12
135. Hacı Zeynalabdin
136. Cəfər Hacı Kəlbi oğlu
137. Səfərəli
138. Hacı Haqverdinin yetimləri
139. Molla Mirzəli
140. Eyvazəli-kor
141. Allahverdi Rəhimbaba oğlu
142. Əmiraslan
143. Sail
144. Mehdi-ekpa
145. Məşədi Ələsgər
146. Şükür Hacı Fəyyaz oğlu
147. Qafur Hacı Fəyyaz oğlu
148. Xəlifə Rəfi
149. Əlicəfər Ordubadi
150. Kərbəlayı Səfər-kasıb
151. Sadıq-kök
152. Rza
153. Ağa bəy Əlihüseyn ağa oğlu
154. Qədiməli-baqqal
155. İbrahim-Kərbəlayı Əhmədin qardaşı oğlu
156. Məmmədhüseyn
157. Abutalıb
158. Kərbəlayı Əhməd
159. Məşədi Fətəli-bəhləduz
160. Nəzər -dəllək
161. Sadıq Atababa oğlu
162. Məşədi Hüseyn
1842-ci ildə Şuşada yaşayan dövlət kəndliləri hökumət tərə
findən kameral siyahıya alınıb. Həmin siyahıdan Təbrizli məhəl
ləsində yaşayanları çıxarış edib, yazımıza köçürməyi qərara aldıq.
1. Əlinin dul arvadı
Şəhrəbanu Döyrü qızı
Oğlanları - İsmayıl, Hüseyn, Həsən
2. Allahverdi Döyrü oğlu
13
Arvadı - Səkinə
Oğlu - Tağı
Qızları - Güllü, Könül
3. Tağı Hacı Lətif oğlu
Arvadı - Nisə
Oğlanları - Əliməmməd, Kazım
Qızları - Xədicə, Bəyim
4. Feyzulla Hacı Qafur oğlu
Arvadı - Nərim
Oğlanları - Şükür, Ərəb
Qızları - Zəhra, Fatma, Ayna, Bəyim
5. Məşədi Məmmədəli Allah verdi oğlu
Arvadı - Pəri
Oğlanlan - Həsənəli, Kəlbalı
Qızları - Xeyrənsə, Bəyim, Qızyetər
6. Mirzə Haqverdi Məşədi Ocaq oğlu
Arvadı - Fatmanisə
Oğlanlan - Abbas, Ələkbər, Ələsgər
Qızları - Minə, Səkinə
Qardaşı - Həsən
Anası - Şərəf Məşədi Bağır qızı
7. Abutalıb Hacıbaba oğlu
Arvadı - Pəri
Oğlu - Mahmud
Qızları - Mehri, Nabat, Gilə
8. Həsən Kərbəlayı Qədiməli oğlu
Arvadı - Əcəb
Oğlu - Ağakişi
Anası - Tükəz
9. Abbas Nəzər oğlu
Arvadı - Xırda
Oğlu - Aslan
Qızı - Nabat
10. Sadıq Məmmədqulu oğlu
Arvadı - Əziz
14
Oğlanlan - Məmmədqulu, Rəhim, Əbdüləzim
Qızlan - Gülsüm, Gövhər, Bədir
11. Hacı Kərim Hacı Əsgər (Səfər) oğlu
Qardaşı - Şükür
Bacısı - Xeyrənsə
Anası - Gülbəs
12. Məşədi Hüseyn Məmmədəmin oğlu
Arvadı - Tutu
Qızlan - Balaxanım, Bəyim
Anası - Tükəzban
13. Məşədi Şükür Hacı Fəyyaz oğlu
Arvadı - Fatma
Oğlanlan - Məşədi Hacı (arvadı - Bədimisə), Mehdiqulu,
Abbas
Qızlan - Nabat, Xanım
14. Kərbəlayı Məmməd Mirzə oğlu
Arvadı - Hüsnü
Oğlu - Məmmədhüseyn
Qızı - Zeynəb
Qardaşları - Məşədi Əlihüseyn (arvadı - Şirin, qızı -
Xədicə), Əbdülhüseyn (arvadı - Balaxanım, qızları - Bacıxanım,
Püstə)
15. Məşədi Qafur Hacı Fəyyaz oğlu
Arvadı - Ballı
Oğlanlan - Həsən, Məmmədhüseyn
Qızları - Qönçə, Cahan
16. Əliqulu Abuzər oğlu
Arvadı - Gülsüm
Oğlanları - Əkbər (arvadı - Xatm, qızı - Mehri), Məşədi Əli
Qızı - Zeynəb
17. Abbas Hacı Haqverdi oğlu - İrana gedib.
Arvadı - Bəyim
Oğlanlan - Hacı, Nəcəf
Qızı - Püstə
Bacısı - Qızyetər
15
Anası - Tükəzban
18. Cəfər Hacı Kəlbi oğlu
Arvadı - Şirin
Oğlu - Kəlbəli
Qızları - Fatma, Zəhra
Qardaşı - İsmayıl
Arvadı - Fatma
Anası - Nigar
19. Mirzəli Babaəli oğlu - İrana gedib.
Arvadı - Mələk
Oğlanlan - Tağı, Hacı, İbrahim
20. Rəhim Eyvazəli oğlu
Arvadı - Xeyrənsə
Oğlu - Həsən
Qızları - Şirin, Xanım
Qardaşı - Sadıq
Bacısı - Səkinə
21. Xudaverdi Rəhim oğlu - İrana gedib.
Arvadı - Fati
Oğlu - Sadıq
Anası - Ağabəyim
22. Paşa Məşədi Murad oğlu
Arvadı - Balaxanım
Oğlu - Rzaqulu
Qızı - Əzət
Qardaşları - Hüseynəli (arvadı - Fati, oğlu - Süleyman,
Qızı - Bəyim), Qasım (arvadı - Tükəz, oğlu - İsmayıl), Əsəd
23. Hacı Zeynalabdin oğlu
Arvadı - Bahar
Oğlanlan - Fərəc, Nəsrulla
Qızı - Mina
24. Kərbəlayı Hüseyn Məşədi Həsən oğlu
Qardaşı - Ələsgər
Bacılan - Şərəfnisə, Xeyrənsə
Anası - Pərzad
4-
Dostları ilə paylaş: |