Kynğrypa
Азербауджана
2-oy
половины
XIX
века",
"Азербауджанское музыкал£ное искусство в годы Великоу
Отечественноу воуны". В., «Maarif», 1992;
«Musiqi ədəbiyyatı». Uşaq musiqi məktəblərinin VII sinfi
üçün dərslik /həmmüəllif- F.Əliyeva/. B., «Şur», 1994;
172
«XX əsrin Azərbaycan musiqisi» e/m toplusu /tərtibçi və ön
sözün müəllifi/. /I buraxılış/. B., ADK-nın nəşri, 1994;
«XX əsr Azərbaycan musiqisi» e/m toplusu /tərtibçi və ön
sözün müəllifi/. /II buraxılış/. B., «Elm və həyat», 1997;
«Arşm mal alan» musiqili komediyasının val yazısı. «XX əsr
Azərbaycan musiqisi» e/m toplusu /II buraxılış/. B., «Elm və
həyat», 1997.
Hacı Şirinin dördüncü oglu Zülfüqar Şuşa şəhərində anadan
olmuşdu. Gəncə şəhərində dükan açıb alver edirdi.
Zülfüqar 1920-ci ildə vəfat edib.
Zülfüqar Hafizə ilə ailə qurmuşdu. Əli adlı oğlu, Tamara adlı
qızı vardı.
Əli Şuşa şəhərində doğulmuşdu.
Əli kolxozlaşma dönəmində Canhəsən kəndində qolçomaqlar
tərəfindən öldürüldü.
Zülfüqarın qızı Tamara Şuşa şəhərində doğulmuşdu.
Tamara Dəmirlə ailə qurmuşdu. Onun tutulmasından sonra bir
türkmənlə evlənmişdi.
Hacı Şirinin beşinci oğlu Hüseyn Şuşa şəhərində anadan
olmuşdu.
Hüseyn Maya Kərbəlayı Cavad qızı ilə ailə qurmuşdu. Şirin,
Asəf, Hafiz adlı oğlanları, Firəngiz adlı qızı var.
Züleyxa Hacı Şirin qızı Şuşa şəhərində anadan olmuşdu.
Züleyxa Mir Həsən Ağamirovla ailə qurmuşdu. Məhbubə və
Rübabə adlı qızları vardı.
Tavad Hacı Şirin qızı Şuşa şəhərində anadan olmuşdu.
Tavad müğənni Keçəçioğlu Məhəmmədlə ailə qurmuşdu.
Ramiz adlı oğlu, Hökümə və Adilə adlı qızları vardı.
Kərbəlayı Tağının ikinci oglu Zeynalabdin 1840-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Ailədə Zeynal çağrıldığından bu adla
tanındı. Lakin bu tanınmağı uzun sürmədi. Zeynal cavan yaşlarında
vəfat etdi.
173
Kərbəlayı Tağının üçüncü oğlu Adıgözəl 1847-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Ailədə Həşim çağırıldığından bu adla
tanındı. Molla yanında ibtidai təhsil almışdı. Ticarətlə məşğul idi.
Kərbəlayı Tağının dördüncü oglu Qasım
1851-ci
ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında ibtidai təhsil almışdı.
Ticarətlə məşğul idi.
Hacı Fəyyaz uşağı (Fəyyazovlar)
Təbrizli məhəlləsinin tanınmış soylarından biri də Hacı
Fəyyaz uşağıdır. Bu soyun ulu babası Fəyyazdır. Fəyyaz Təbriz
şəhərində anadan olmuşdu.
Şuşa şəhərinə köçürülmüşdü.
Müqəddəs Kəbəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Fəyyazm törəmələri Fəyyazov soyadım daşıyırdılar.
Hacı Fəyyazm Qafiır, Şükür adlı oğlanları vardı.
Qafur 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Qafur 1852-ci ildə Şuşa şəhərində vəfat edib.
Məşədi Qafiır Ballı ilə ailə qurmuşdu.Həsən, Hüseyn, Əkbər
adlı oğlanları, Qönçə və Cahan adlı qızları vardı.
Həsən 1817-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Pak Xorasan
torpağım, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Həsənin Məmməd, Əliqulu, Dadaş, Rüstəm, Cəmil,
Mustafa, Xəlil adlı oğlanları vardı.
Məmməd 1847-ci ildə Şuşa şəhərində dünyaya göz açmışdı.
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi Həsənin ikinci oğlu Əliqulu 1851-ci ildə Şuşa şəhə
rində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul
idi.
Məşədi Həsənin üçüncü oğlu Dadaş 1857-ci ildə Şuşa şəhə
rində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul
idi.
174
Məşədi Həsənin dördüncü oğlu Rüstəm 1859-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Məşədi Həsənin beşinci oğlu Cəmil 1865-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Məşədi Həsənin altıncı oğlu Mustafa 1867-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məş
ğul idi.
Məşədi Həsənin yeddinci oğlu Xəlil 1869-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Məşədi Qafurun ikinci oğlu Hüseyn 1822-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi, Məkkeyi-
müəzzəmi ziyarət etmişdi. Ona bəzən Hacı Məmmədhüseyn də
deyirdilər.
Hacı Hüseyn Gülbaharla ailə qurmuşdu.Məmmədəli, Aslan,
Talib adlı oğlanları vardı.
Məmmədəli 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu.
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Hacı Hüseynin ikinci oğlu Aslan 1856-cı ildə Şuşa şəhərində
anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Hacı Hüseynin üçüncü oğlu Talib 1866-cı ildə Şuşa şəhə
rində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul
idi.
Məşədi Qafurun ikinci oğlu Əkbər 1833-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi. Müqəddəs Kəbəyi-müəzzəmi ziyarət etmişdi.
Hacı Əkbərin Cabbar, Əbdürrəhim, Ələsgər adlı oğlanları
vardı.
Cabbar 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul idi.
175
Hacı Əkbərin ikinci oğlu Əbdürrəhim 1856-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Hacı Əkbərin üçüncü oğlu Ələsgər 1869-cu ildə Şuşa şəhə
rində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul
idi.
***
Hacı Fəyyazm ikinci oğlu Şükür 1772-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Pak
Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Şükür Fatma ilə ailə qurmuşdu. Fəyyaz, Mehdiqulu,
Sadıq, Hacı, Abbas adlı oğlanları, Nabat, Xanım adlı qızları vardı.
II Fəyyaz 1805-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-müəz-
zəmi ziyarət etmişdi.
II Hacı Fəyyazm Məmmədqulu, Məmmədəli adlı oğlanlan
vardı.
Məmmədqulu 1845-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Müqəddəs Məkkəyi-
müəzzəmi ziyarət etmişdi.
Hacı Məmmədqulunun Tiflisdə dükanları vardı.
II Hacı Fəyyazm ikinci oğlu Məmmədəli 1848-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Məşədi Şükürün ikinci oğlu Mehdiqulu 1807-ci ildə ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə məş
ğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Mehdiqulunun Kərim, Səlim, Əli adlı oğlanlan
vardı.
Məşədi Şükürün üçüncü oğlu Sadıq 1809-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Sadığın Baxşalı adlı oğlu vardı.
176
Məşədi Şükürün dördüncü oğlu Hacı 1812-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağım, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Hacı İrana getmişdi.
Məşədi Hacı Bədimisə ilə ailə qurmuşdu.
Məşədi Şükürün beşinci oğlu Abbas 1832-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Abbas qardaşı Məşədi Hacıya qoşulub İrana getmişdi.
Kərbəlayı Ağababa uşağı
Təbrizli məhəlləsinin tanınmış sakinlərindən biri də Canıdır.
Cam XVIII yüzilin ikinci yarısında yaşamışdı. Mədrəsə təhsili
almışdı. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Ömrünün
sonlarında kor olmuşdu.
Kərbəlayı Ağababamn Fətəli adlı oğlu vardı.
Fətəli 1768-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Fətəli 1855-ci ildə vəfat edib.
Fətəli Qızyetərlə ailə qurmuşdu. İmamqulu, Ələsgər,
Ələkbər adlı oğlanları, Hüsnü, Xanım adlı qızları vardı.
İmamqulu 1830-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun Abış, Əbdül, Cəlil adlı oğlanları vardı.
Abış 1854-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun ikinci oğlu Əbdül 1856-cı ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
İmamqulunun üçüncü oğlu Cəlil 1871-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Fətəlinin ikinci oğlu Ələsgər 1836-cı ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
177
Ələsgərin Firudin adlı oğlu vardı.
Firudin 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Fətəlinin üçüncü oğlu Ələkbər 1833-cü ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Canı uşağı
Təbrizli məhəlləsinin tanınmış sakinlərindən biri də Camdır.
Cam XVIII yüzilin sonlannda, XIX yüzilin önlərində yaşamışdı.
Mədrəsə təhsili almışdı. Müqəddəs Kərbəla torpağını ziyarət
etmişdi.
Kərbəlayı Canının Abdulla, Əbdüləzim adlı oğlanlan vardı.
Abdulla 1782-ci ildə Şuşa şəhərində anadan olmuşdu.
Mükəmməl mədrəsə təhsili almışdı. Mədrəsə yoldaşlarından
Mirzə Əzizin adı bəllidir.
Abdulla şair idi. Öz adıyla rəvan təbli şeirlər yazırdı.
Dövrünün şair və aşıqlanyla yazışmaları qalıb.
Abdulla Müqəddəs Kərbəla torpağım ziyarət etmişdi.
Təzkirəçi Mir Möhsün Nəvvab yazır: «Kərbalayı Abdulla
Canının oğludur və Qarabağın Şuşa qalasında sakin idi. Kəsbkarlıq
da edərdi. Ağıllı bir adam idi və dövrünün ariflərindən hesab
olunurdu. 1255-ci ildə (1839) sağ idi və təxminən 50 yaşı var idi.
1259-cu ildə vəfat edib. Bəzi qəribə elmlərlə maraqlanırdı.
Eşitdiyimizə görə, kimyanı məşq edirdi. O vaxtlar artıq səriştəsi də
var idi. İstəyirdi ki, Mürtəzəvinin «Cefri-came» («Sehirli fal»)
kitabım yazsm. Bu falnamənin cüzvlərindən on üç cüzv yazmışdı
ki, fani dünyadan köçdü, allah ona rəhmət eləsin. Mən o on üç
cüzvü nəzərdən keçirəndə öz gözümlə gördüm ki, doğrudan da,
zəhmət çəkmişdir».
Kərbəlayı Abdullanın şeirindən seçmə.
178
Ey ki, zülmət gəhi-zülf içrə nurun misli-çırağ,
Məsti-sərxoş gözünə qarşı yaman gözlər İraq.
Olmasın xaki-dərin guşeyi-çeşmidən uzaq,
Ləblərindən dəhənim dərdə dava etdi soraq.
Söylədi ağzıma innabi-şəkər, sib buxaq.
Baxdı mərdum üzünə, saldı nəzərdən ayi,
Qıldı xəm şöhrəti-əbruyi-lətifin yayi,
Qədru qiyməti ləli-ləbin həmtayi,
Həvəsi-zülfi-siyahmla olub sövdayi
Ki, çəkib məsəleyi-kakili-tərradə daraq.
Görünür, çəhrələrin lalə kimi gülgünü al,
Qoymadı al ilə rüyin görünə, oldu məhal,
Sürməni şux gözün fitnəyə saldı filhal,
Qıldı iztıari-şərəf Kəbeyi-ruxsardə hal,
Üzünü sərdi qədəmgahinə gülgün yanaq.
Kakilin şaxələnir zinəti düş etmək üçün ,
Xoş gəlir həlqeyi-ləb hərfi neyuş etmək üçün,
Dil dilər şərbəti-güftarını nuş etmək üçün,
Həlqədən vəsfi-binaguşunu guş etmək üçun,
Bəhr açdırdı sədəfdən duri-qəltanə qulaq.
Gül xitab etsə sənə qönçə ona eylər itab,
Qönçə kimdir ki, o qarşı üzünə verə cəvab?
Baxsa mərdüm üzünə şərmdən olmazmı kəlab?
Nədir ayinə ki, kuyində səni eyləyə yab?
Əksi-rüxsarm ona olmuya mənada dayaq.
Düşsə ayinə müqabil, üzünə qılsa nəzər,
Ona üz vermə, nəzərdən sal onu şamü səhər,
Qazədən qoyma qala dövrü-yanağında əsər,
Sərməvü vəsmə gözü qaşına meyl etsə əgər,
Sürməni sehrə salıb, vəsməyə et qaşü qabaq.
Hüsnünə aşiqi-sadiq demə hər gümrahi,
Aşiq oldur, yaxa çərxi dili-atəşgahi,
İmtəhan eylə şəbi-hicrdə Abdullahi,
Şöleyi-ahinə gər yanmasa çərxin mahi,
Tiğ çək, başını kəs, şəm kimi atəşə yax”.
179
Kərbəlayı Abdulla Саш oğlunun bu şeirini müğənni Məşədi
İsi oxuyarmış.
Kərbəlayı Abdulla Cam oğlu Gövhəmisə bəyim İbrahimxəlil
xan qızı Sarıcalı-Cavanşirlə sirdaş idi. Şair hərdən xan qızının
yanma gedər, söhbətləşərdilər. Anlaşılmazlıqdan dolayı aralarında
sərinlik əmələ gəlmişdi. Tədqiqatçı-jurnalist Vasif Quliyev yazır:
“Gövhər Nisə bəyim kimi ağıllı, mərifətli, çox gözəl və zərif bir
qadının Xankişi bəyə ərə getməsinə görə şuşalı şair Kərbəlayı
Qəhrəman aşağıdakı beytləri yazıb, ona göndərmişdi:
Xərmöhrəyə layiq olmayan xər
Səd heyf, cahanda tapdı Gövhər.
Təqdiri-qəzaya qıl tamaşa,
Axır səni verdi cəhrəbaşa.
Gövhər Nisə bəyim elə bilmişdi ki, bu misraları pərəstişkarı
olduğu, tanınmış söz ustası Canı oğlu Abdulla yazıb. Ədəbiyyata,
poeziyaya yüksək qiymət verən və özü də gözəl lirik şerlər yazan
xan qızı şairin xətrini dünyalar qədər istəyir, yaradıcılığını həmişə
təqdir edirdi. Vəsiyyətnaməsi itib-batmasın deyə, Gövhər Nisə
bəyim 1832-ci ildə Aşağı Gövhərağa məscidi üçün maddeyi-tarix
yazmağı Abdulladan xahiş eləmiş və onun qələmə aldığı əsl sənət
əsəri səviyyəsinə qalxan poeziya ətirli sözlər aydın nəstəliq xətlə
məscidin girəcəyində, qapının üstündəki mərmər daşın üzərinə
həkk olunmuşdu: “Şuşa məmləkətinin banisinin taxt-tacınm
qübbəsi öz həşəmətilə aya tənə edərək onun qarşısına çıxdı. Qapısı
bütün dünya xanları üçün pənahgah olan qüdrətli İbrahimxəlil
xanın elə parlaq cəmalı günəşin qarşısını tuturdu. O pak gövhər
məscid və mehrabın banisi oldu. Firdovs behişt əhli buna şahid
oldu. Əhli qələm bu tarixi belə qeyd etdi: “Allahın Kərəm
sədəfində Gövhər daimi olsun!” Gövhər Nisə bəyim şairdən bərk
incimiş və el arasında onu nə üçün biabır etdiyini soruşmuşdu.
Abdulla isə üzrxahlıq edərək bu işdən xəbəri olmadığını aşağıdakı
tərzdə yazıb ona göndərmişdi: “Ağa, böyük və yeganə Allah haqqı,
bu söz-söhbətdən xəbərim yoxdur. Çoxdandır ki, mən heç
danışmıram, amma zəmanə adamları mənim adımdan danışırlar.
180
Qartal bir qırqovulu cəngəlinə alanda göydəki bütün sərçələr
qışqırmağa başlayırlar” 1.
Kərbəlayı Abdulla Səfiyə ilə ailə qurmuşdu. Əbdürrəhim,
Əbdüləzim, Mehrəli adlı oğlanları vardı.
Əbdürrəhim 1807-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olurdu. Müqəddəs
Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı Əbdürrəhim Balaxanımla ailə qurmuşdu. İbrahim,
Məmmədbağır adlı oğlanları vardı.
İbrahim 1839-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Ticarətlə məşğul idi.
İbrahimin Həmid, Əhməd adlı oğlanları vardı.
Həmid 1869-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı.
Ticarətlə məşğul idi.
İbrahimin ikinci oğlu Əhməd 1871-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Əbdürrəhimin ikinci oğlu Məmmədbağır 1855-ci
ildə Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
Kərbəlayı Abdullanın ikinci oğlu Əbdüləzim 1817-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul olurdu. 1833-cü ildə “Rastabazar”da dükan işlədirdi.
Müqəddəs Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı Əbdüləzim Ruqiyə ilə ailə qurmuşdu. İsmayıl,
Hüseyn adlı oğlanları vardı.
İsmayıl 1845-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Kərbəlayı Əbdüləzimin ikinci oğlu Hüseyn 1857-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
181
Kərbəlayı Abdullanın üçüncü oğlu Mehrəli 1827-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul olurdu.
Mehrəlinin Müseyib, Zülfüqar, Heydər adlı oğlanları vardı.
Müseyib 1863-cü ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Mehrəlinin ikinci oğlu Zülfüqar 1865-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Ticarətlə məşğul idi.
Mehrəlinin üçüncü oğlu Heydər 1867-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Ticarətlə məşğul idi.
***
Kərbəlayı Canının ikinci oğlu Əbdüləzim 1784-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul olurdu. “Rastabazar”da dükan işlədirdi.
Əbdüləzimin Hüseyn adlı oğlu vardı.
Hüseyn 1805-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul olurdu. Pak Xorasan torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Hüseynin Dadaş, Ələkbər, Əbdül adlı oğlanlan vardı.
Dadaş 1837-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Ticarətlə məşğul idi.
Məşədi Hüseynin ikinci oğlu Ələkbər 1839-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Məşədi Hüseynin üçüncü oğlu Əbdül 1843-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Mustafa uşağı (Hacıyevlər)
Bu soyun ulu babası Kərbəlayı Mustafadır. Kərbəlayı
Mustafa XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində
yaşamışdı. Ticarətlə məşğul idi.
182
Kərbəlayı Mustafanın Hüseyn, Zeynal, İbrahim adlı oğlanları
vardı.
Hüseyn 1772-ci ildə Şuşa şəhərində anadan olmuşdu.
Mükəmməl mədrəsə təhsili almışdı. Müqəddəs Məkkəyi -
mükərrəmi ziyarət etmişdi.
Hacı Hüseyn bir müddət Təbrizli məhəlləsinin deputatı və
ağsaqqalanndan olmuşdu.
Məclis və mərəkələrdə həmişə başda olardı. XVIII yüzilin
ikinci yarısından başlayaraq Aşura təziyəsi, əsasən, Təbrizli
məhəlləsində keçirilirdi. Daha izdihamlı, daha gur olduğundan
şəhər qazısı da bu məhəllədə təziyəyə qatılırdı. 1840-cı illərin
önlərində ruslara arxalanan ermənilər Təbrizli məhəlləsinin
təziyyə məclisinə lağ eləmişdilər. Təziyədə iştirak edən şəhər
qazısı Mirzə Əbülqasım bəy Mirzə Əli bəy oğlu Haqverdiyev
(1803-?) ermənilərin əleyhinə fitva hazırlamış, bu işin həyata
keçirilməsini şəhər deputatı, Təbrizli məhəlləsinin ağsaqqalı Hacı
Hüseyn Kərbəlayı Mustafa oğluna (1772-?) tapşırmışdı. Məhəllə
əhli hərə bir dəyənək götürüb, erməniləri xurd-xəşil eləmişdilər.
Şəhər qəza idarəsinin polisləri və keşikçilər qəzəbli kütləni güc-
bəla ilə yatırmışdılar. Erməniləri fitnəsi haqqında çara məlumat
verilmişdi.
Hacı Hüseyn 1854-cü ildə vəfat edib.
Hacı Hüseynin törəməsi Hacıyev soyadını daşıyırdılar.
Hacı Hüseyn Fatma ilə ailə qurmuşdu. Ağakişi, İsmayıl,
Babakişi adlı oğlanları, Qızxanım, İmmi, Əziz, Qızyetər adlı qızları
vardı.
Ağakişi 1822-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Ağakişi Ayna ilə ailə qurmuşdu. Əlikişi, Muxtar,
Həmid, Salman, Əhməd adlı oğlanları, Dümisə, Bəyim adlı qızları
vardı.
Əlikişi 1850-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Məktəb təhsili almışdı.
183
Məşədi Ağakişinin ikinci oğlu Muxtar 1852-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi Ağakişinin üçüncü oğlu Həmid 1854-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi Ağakişinin dördüncü oğlu Salman 1857-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı. Ticarətlə
məşğud idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Salman Xanım Hacı İbrahim qızı ilə ailə qurmuşdu.
Mahmud, Qulam adlı oğlanları vardı.
Mahmud Şuşa şəhərində doğulmuşdu. Şəhər Real Məktəbini
bitirmişdi. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına
qəbul olunmuşdu. Seminariyanı tamamlayandan sonra Şuşa Real
Məktəbində müəllim işləmişdi.
Mahmud bəyin Məryəm xanım adlı qızı vardı.
Məşədi Salmanın ikinci oğlu Qulam Şuşa şəhərində dünyaya
gəlmişdi. Şəhər Real məktəbini bitirmişdi. 1917-ci ildə imtahan
verib, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul
olunmuşdu.
Məşədi Ağakişinin üçüncü oğlu Əhməd 1859-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Hacı Hüseynin ikinci oğlu İsmayıl 1824-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi İsmayılın Hüseyn, Əbdülhəsən, Əbdüləli, Ələsgər
adlı oğlanları vardı.
Hüseyn 1859-cu ildə Şuşa şəhərində doğulmuşdu. Məktəb
təhsili almışdı.
Məşədi İsmayılın ikinci oğlu Əbdülhəsən 1861-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi İsmayılın üçüncü oğlu Əbdüləli 1866-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi İsmayılın dördüncü oğlu Ələsgər 1869-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
184
Hacı Hüseynin üçüncü oğlu Babakişi 1837-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Babakişinin İbrahim, Xanlar adlı oğlanları vardı.
İbrahim 1865-ci ildə Şuşa şəhərində doğulmuşdu. Məktəb
təhsili almışdı.
Babakişinin ikinci oğlu Xanlar 1868-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Məktəb təhsili almışdı.
***
Kərbəlayı Mustafanın ikinci oğlu Zeynal 1807-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Zeynalın törəmələri Zeynalov soyadını daşıyırdılar.
Məşədi Zeynal Səkinə ilə ailə qurmuşdu. Qasım, Əsəd,
Əbülhəsən adlı oğlanları, Məsumə, Şahnisə adlı qızları vardı.
Qasım 1836-cı ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Qasımın Teymur, Zeynal adlı oğlanları vardı.
Teymur 1866-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Məktəb təhsili almışdı.
Məşədi Qasımın ikinci oğlu Zeynal 1868-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi Zeynalın ikinci oğlu Əsəd 1851-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
Məşədi Zeynalın üçüncü oğlu Əbülhəsən 1859-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı.
***
185
Kərbəlayı Mustafanın üçüncü oğlu İbrahim 1820-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Kərbəlayı Qədiməli uşağı (Qədimovlar)
Təbrizli məhəlləsində sakin olanlardan biri də Qədiməlidir.
Qədiməli “Rastabazar”da baqqal dükanı işlədirdi. Müqəddəs
Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Qədiməli Tükəzlə həyat qurmuşdu. Həsən adlı
oğlu vardı.
Həsən Şuşa şəhərində anadan olmuşdu. Molla yanında
oxumuşdu. Ticarətlə məşğul idi. Xorasanın pak torpağını və
müqəddəs Məkkəyi-müşərrəfı ziyarət etmişdi.
Hacı Həsən Əcəblə ailə qurmuşdu. Hüseyn, Ağakişi,
Hümbətəli, Həsənəli adlı oğlanları vardı.
Hüseyn 1824-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla
torpağını ziyarət etmişdi.
Kərbəlayı
Hüseynin
Cəfərqulu,
Abbasqulu,
Əliqulu,
Hüseynqulu adlı oğlanları vardı.
Cəfərqulu 1863-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Hüseynin ikinci oğlu Abbasqulu 1868-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Kərbəlayı Hüseynin üçüncü oğlu Əliqulu 1870-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Kərbəlayı Hüseynin dördüncü oğlu Hüseynqulu 1871 -ci ildə
Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Ticarətlə məşğul idi.
Hüseynqulu Ağca Kərbəlayı Yusif qızı ilə ailə qurmuşdu. *
*
*
***
186
Hacı Həsənin ikinci oğlu Ağakişi 1839-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ağakişinin Şirin, Salman, Süleyman, Şükür, Dadaş
adlı oğlanlan vardı.
Şirin 1863-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Şirinin Manaf, Lətif, Qulam, İslam adlı oğlanlan vardı.
Manaf 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla
yanında oxumuşdu. Sonra ali məktəbdə təhsil almışdı. Kənd
Təsərrüfatı naziri olub.
Manaf Xavər Axundova ilə ailə qurmuşdu. Bilqeyis adlı qızı
vardı.
Bilqeyis Bakı şəhərində doğulmuşdu.
Bilqeyis Yusif Məmmədəliyevlə ailə qurmuşdu.
Şirinin ikinci oğlu Lətif 1895-ci ildə Şuşa şəhərində dünyaya
gəlmişdi. Almaniyada ali texniki məktəb bitirmişdi. SSRİ-yə
qayıdandan sonra Nərimanov adına texnikumunda və başqa
yerlərdə işləmişdi. Repressiya olunub. 1941-ci ildə həbsxanada
vəfat edib.
Şirinin üçüncü oğlu Qulam 1903-cü ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Qulam Kleopatra ilə ailə qurmuşdu. Ramiz adlı oğlu vardı.
Şirinin dördüncü oğlu İslam 1907-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra Leninqrad
Politexnik İnstitutuna qəbul olunmuşdu. 1930-cu ildə institutu
tamamlamışdı. Həmin il Azərbaycan SSR-nin Kommunal
Təsərrüfat Komissarlığının əsaslı tikinti trestinə rəis təyin
edilmişdi.
Sonra komissarlığın plan-iqtisad idarəsinə rəis
dəyişilmişdi. 1941-ci ilədək bu idarədə çalışmışdı. 1932-ci ildə
eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdi.
İslam Qədimov 1941-ci ildə cəbhəyə yollanır. 1944-cü
ilədək II Dünya müharibəsində iştirak edir. Leytenant rütbəsindən
mayor rütbəsinədək yüksəlir. Bir çox döyüş nişanları ilə təltif
187
edilir. 1944-cü ildə Azərbaycan KP MK-nin çağırışı ilə ordudan
tərxis olunur. Azərbaycan SSR-nin Komunnal Təsərrüfat komissarı
təyin olunur. 1945-ci ildə bu komissarlıq nazirliklə əvəzlənir. İslam
Qədimov
1948-ci ilədək Azərbaycan SSR-nin Komunnal
Təsərrüfat naziri vəzifəsində çalışır. Bu vəzifədə bir çox dövlət
nişanları ilə təltif edilir. 1948-ci ildən 1966-cı ilədək ölkənin bir
çox şəhər və rayonlarının tikinti sahələrində rəhbər vəzifələrində
işləyir. Bakı Zərif Mahudlar Fabrikinin, Q.Musabəyov adma
Mexaniki Zavodun, Şamaxı rəsədxanasının və onlarla respublika
əhəmiyyətli tikintinin inşasına başçılıq edir. 1966-cı ildən
“Azkəndtikinti” trestinə rəis təyin edilir. Ömrünün sonunadək
burda çalışır.
İslam Qədimov 1973-cü ildə vəfat edib.
İslam öncə bir rus əsilli qadınla, sonra Rövşanə Əliağa qızı
Mustafayeva ilə ailə qurmuşdu. Yusif, Oqtay adlı oğlanları, Səidə,
Dilarə adlı qızları var.
Yusif 1928-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi
bitirəndən sonra Azərbaycan Politexnik İnstitutuna qəbul olunub.
İnstitutu tamamlayandan sonra memar işləyib.
Yusif Qədimov körkəmli memardır. Əməkdar memar adma
layiq görülüb. Akademikdir. 2009-cu ildə Azərbaycan Memarlar
İttifaqı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis etdiyi
medalla təltif olunub.
İslamın ikinci oğlu Oqtay 1932-ci ildə Bakı şəhərində anadan
olub.
İslamın böyük qızı Səidə 1938-ci ildə Bakı şəhərində
dünyaya gəlib. 6 №-li orta məktəbi bitirəndən sonra Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1963-cü
ildə universiteti tamamlayıb. Elə həmin ildən Azərbaycan
radiosunda çalışıb. Sonra Azərbaycan Televiziya və Radio
Verilişləri Komitəsində dublyaj redaksiyasına dəyişilib. 1969-cu
ildə həyat yoldaşı ilə bərabər Kubaya ezam olunub. 1972-ci ildə
vətənə dönüb və Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsində rəngli televiziya redaksiyasında redaktor vəzifəsində
işləyib. 1977-ci ildən hərbi-vətənpərvərlik redaksiyasında redaktor
188
vəzifəsində çalışıb. 1979-1981-ci illərdə həyat yoldaşı ilə bərabər
Əfqanıstan respublikasına ezam olunub. Məzari-Şərif vilayətində
rus
dili
müəllimi
işləyib.
Ordan
qayıdandan
sonra,
“Azərbaycanfılm” kinostudiyasında sənədli filmlər şöbəsində
çalışıb. 1982-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri
Komitəsində - “Drujba” redaksiyasında redaktor işləyib. Burdan
da təqaüdə çixib. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, əmək
veteranıdır.
Səidə xanım Rauf Yaqub oğlu Sücəddinovla ailə qurub.
Cavid adlı oğlu, Cəmilə adlı qızı var.
İslamın ikinci qızı Dilarə 1944-cü ildə Bakı şəhərində
dünyaya göz açıb. 6 nömrəli orta məktəbi bitirəndən sonra
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olub. Müəllim işləyir.
Kərbəlayı Ağakişinin ikinci oğlu Salman 1865-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Salmanın Həmid, Xasay, Cəlal, Camal adlı oğlanları vardı.
Həmid Bakı şəhərində doğulmuşdu.
Həmid Əminə ilə ailə qurmuşdu. Çingiz, Fuad adlı oğlanları,
Fəridə və Fəxrəndə adlı qızları var.
Çingiz Bakı şəhərində dünyaya gəlib.
Həmidin ikinci oğlu Fuad Bakı şəhərində anadan olub. Orta
məktəbi bitirəndən sonra incəsənət institutuna qəbul olunub.
Bəstəkar və şairdir. Bəstələdiyi mahnılar Azərbaycanın tanınmış
müğənniləri, o cümlədən, Flora Kərimova tərəfindən ifa olunur.
Onlardan biri də gözəl musiqisi, mənalı sözləri ilə çoxlarının
yaddaşına yazılmış «Dalğalar» mahnısıdır. Adətən, musiqini insan
həyatının mənası adlandırırlar. Bu, həqiqətən də, belədir. Məgər
musiqisi və sözləri istedadlı Fuad Qədimova aid «Dalğalar»
mahnısı bizə ömrümüzün xoş, qayğısız günlərini xatırlatmırmı?
Şəffaf bulaq suyu kimi damla-damla qəlbimizə yol tapan bu
mahnını eşidəndə özümüzdən asılı olmayaraq dodaqlarımız xəfifcə
gülümsəyir.
189
Gah coşursan, gah susursan,
Gah mahnısan, göz yaşısan,
Dalğalar, ay dalğalar.
İnsanı duyğulandırdığı qədər düşüncələrə qərq edən gözəl
sözlər elə mahnının musiqisini bəstələyən Fuad Qədimova
məxsusdur. Mahnı Fuad müəllimə gənclik illərindən yadigardır. O,
1972-ci ildə incəsənət institutunu bitirərkən buraxılış işi kimi bu
gözəl mahnım ərsəyə gətirib. Elə həmin il buraxılış gecəsində
məşhur müğənnimiz Flora Kərimovanın ifasında səslənən
«Dalğalar» mahnısı bir gecənin içində minlərlə insanın qəlbinə yol
tapıb. Flora xanımın ecazkar ifası onu əsl sənət əsərinə çevirib.
Heç kəsə bənzəməyən, özünəməxsus ifa tərzi olan Flora Kərimova
«Dalğalar» mahnısının yaranma tarixini belə xatırlayır: “Mahnını
eşidən kimi sevmişdim. Onun musiqisinə də, sözlərinə də
vurulmuşdum. Fuad Qədimova aid «Dalğalar» mahnısını ilk dəfə
«Dan ulduzu» ansamblının rəhbəri Gülarə Əliyeva oranjiman
etmişdi. Mahnı o qədər ürəyəyatımlı, o qədər xəfif alınmışdı ki,
onu sevməmək mümkün deyildi. Sonra «Dalğalar» mahnısını
yazdırmaq qərarına gəldim. Göz yaşlan içində, ürək ağrısı ilə ifa
etdiyim mahnı çox gözəl alınmışdı. Oxuculara bir sirri açmaq
istərdim. İlk dəfə «Dalğalar» mahnısını yazdıranda böyük qardaşım
təzə rəhmətə getmişdi. «Dalğalar» onun ən çox sevdiyi və
dinlədiyi nəğmələrdən idi. Odur ki, ifa edərkən özümdən asılı
olmayaraq axıtdığım göz yaşları mahnım daha da yanıqlı etmişdi.
Ümumiyyətlə, itkilər həmişə mənə çox pis təsir edib. Xüsusilə də,
əgər bu insan sənin doğman, yaxmındırsa, bu itki ilə heç cür
barışmaq istəmirsən. Ən qəribəsi isə o oldu ki, ifa zamanı
axıtdığım göz yaşlarına baxmayaraq, səsimdə heç bir dəyişiklik
olmadı. Təəssüflər olsun ki, sonradan sənətimə qadağaların
qoyulduğu vaxt yazdırdığım bu mahnını da özümdə saxlaya
bilmədim”.
Amma artıq qeyd etdimiz kimi, insan kimi mahnının da
taleyi, qisməti var. Belə olmasaydı, illər keçəndən sonra Flora
xanıma «Dalğalar»ı ikinci dəfə ifa etmək, onu yeni oranjimanda
yazdırmaq qismət olmazdı. Mahnının müəllifi Fuad Qədimovun
190
təşəbbüsü ilə Flora Kərimova «Dalğalar»ı yenidən yazdırmaqla öz
pərəstişkarlarını bir daha sevindirib, keçmiş xatirələri yada salıb.
Kim bilir, bəlkə də, «Dalğalar» neçə-neçə insanın taleyində
silinməz iz qoyub. Onu yenidən eşidəndə isə neçə-neçə insan öz
gəncliyini, həyatının unudulmaz anlarını yada salıb, nostalji
hisslərə dalıb. Beləliklə mahnı insanları, insanlar isə mahnını
yaşadıb. İllər keçəcək, amma «Dalğalar» hər zaman yaddaşlarda
yaşayacaq, onu dinləyənlərə əvəzolunmaz anlar, xoş duyğular bəxş
edəcək.
Fuadın Rəna adlı qızı var.
Salmanın ikinci oğlu Xasay Bakı şəhərində anadan olmuşdu.
Xasayın Əziz adlı oğlu, Elmira adlı qızı var.
Salmanın üçüncü oğlu Cəlal Bakı şəhərində anadan olmuşdu.
Salmanın dördüncü oğlu Camal Bakı şəhərində anadan
olmuşdu.
Camalın Elvira adlı qızı var.
Kərbəlayı Ağakişinin üçüncü oğlu Süleyman 1867-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Ticarətlə məşğul idi.
Kərbəlayı Ağakişinin dördüncü oğlu Şükür 1870-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Şükür İzzətbəyim Seyid Nəsrulla qızı (1923-2000) ilə
ailə qurmuşdu. Kamil, Əmir adlı oğlanları, Firəngiz adlı qızı vardı.
Kamil 1914-cü ildə Şuşa şəhərində doğulmuşdu.
Kamil Qədimov 1980-ci ildə vəfat edib.
Kamil Dünyaxanım İmamqulu qızı ilə ailə qurmuşdu. Rəna
adlı qızı var.
Rəna Qədimova 1958-ci il yanvarın 10-da Bakı şəhərində
doğulub. 1961-ci ildən 1964-cü ilədək Bülbül adma Orta İxtisas
Musiqi Məktəbində Degina Seroviçin sinfində fortopiano öyrənib.
1965-ci ildən 1976-cı ilədək orta təhsilini davam etdirib. 1976-cı
ildən 1983-cü ilədək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
191
Konservatoriyasında (Fərəc Qarayevin sinfində) bəstəkarlıq
ixtisası üzrə oxuyub.
Rəna Qədimova 1983-cü ildən Soltan Hacıbəyov adma
Sumqayıt şəhər Orta İxtisas Musiqi Məktəbində müəllim kimi
fəaliyyətə başlayıb. 1997-ci ilədək bu məktəbdə çalışıb. 1997-ci
ildən bu günədək Bülbül adma Orta İxtisas Musiqi Məktəbinin
müəllimidir.
Rəna
Qədimova peşəkar bəstəkardır.
Xeyli musiqi
bəstələyib. 1963-1964-cü illərdə: fortopiano üçün kiçik əsərlər
(“Qız qalası”, “Qəmli mahnı”, “Balaca at”, “Pioner marşı”).
Fortopiano üçün bəstələdiyi 11 prelüd uğur qazanıb.
1979-cu ildə özünün bəstələdiyi əsərləri ilə ilk dəfə çıxış
edib. I Zaqafqaziya festivalının diplomunu alıb. Türkmənistan-
Azərbaycan gənc bəstəkarlar forumunun iştirakçısı olub. “Üzü
zirvəyə” Beynəlxalq bəstəkarlıq festivalında öz əsəri ilə çıxış edib,
(faqot və fortopiano üçün sonata)
Bu illərdə keçirilən Azərbaycan Respublikası Bəstəkarlar
İttifaqının qurultaylarında, plenumlarında öz əsərləri ilə konsertlər,
müxtəlif televiziya kanallanndakı verilişlərdə iştirak etmişdir.
2006-2007-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin keçirdiyi xor əsərləri və nəfəsli alətlər üçün əsərlər
müsabiqəsinin mükafatçısı olub.
Gənclər festivalında münsiflər heyətinin üzvləri cərgəsinə
qatılıb.
2008-ci ildə bəstəkarlar ittifaqının konfransında məruzə edib,
dövri mətbuata, eləcə də “Musiqi dünyası” jurnalına məqalələr
yazıb, radioda çıxışları ilə yadda qalıb.
Rəna Qədimova 2008-ci ilin sentyabrında III müəllimlər
qurultayına nümayəndə seçilib.
Məşədi Şükürün ikinci oğlu Əmir 1917-ci ildə Şuşa
şəhərində anadan olmuşdu.
Əmir Şəkər xanımla ailə qurmuşdu. Aydın adlı oğlu, Firəngiz
adlı qızı var.
Kərbəlayı Ağakişinin beşinci oğlu Dadaş 1873-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
192
məşğul idi. Tağıyeva Fatmabəyim Seyid Nəsrulla qızı ilə ailə
qurmuşdu. Nazim adlı oğlu dağ mühəndisi idi. Nazim 45 yaşında
vəfat edib. Nazimin iki oğlu Azər və İsgəndər hal-hazırda Moskva
şəhərində yaşayırlar.
Hacı Həsənin üçüncü oğlu Hümbətəli 1845-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Anadalgəlmə kor idi.
***
Hacı Həsənin dördüncü oğlu Həsənəli 1863-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Bakı şəhərində dükan icarəyə götürüb işlədirdi.
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsənəli Qədimov 1909-cu ildə borca düşmüş, evi
açıq hərracda satışa çıxarılmışdı. Rza bəy Hacı İbrahim bəy oğlu
Müqimov və Məşədi Salman bəy Hacı Hüseyn bəy oğlu
Allahverənbəyov bu satışa etiraz etmişdilər.
193
Qədimovlar soyu
Məşədi Şükür Ağalişi oğlu
və xanımı İzzətbəyim Seyid
Nəsrulla qızı
194
L ə tif Şirin oğlu Qədimov
Dadaş Ağakişi oğlu və xanımı
Fatmabəyim
195
Islam Şirin oğlu Qədimov
L ə tif Şirin oğlu Qədimov
L ə tif ailəsi ilə
Fuad Həmid oğlu
Qədimov
196
Rəna Kamil qızı Qədimova (sağda)
Rəna Kamil qızı
Qədimova
Kamil Şükür oğlu
Qədimov
197
(Şəkildə yuxandan solda) Həmid Salman oğlu Qədimov,
Dadaş Ağakişi oğlu, Əminə Süleyman qızı, Bilqeyis M ana/
qızı, M a n a f Şirin oğlu
Əmir Şükür oğlu
Qədimov
Dilarə İslam qızı
Qədimova
Kübra Həsən qızı
Qədimova
198
Əminə Süleyman qızı övladları və qardaşı qızı ilə
Qulam və Rəna Qədimovlar
199
Qədimovlar: Fizzə, Əminə, Həmid, Surxay,
Fəridə, Faiq, Nailə və b.
Fəridə Həmid qızı
qardaşı Faiqlə
Salman Ağakişi oğlu
200
Qədimovlar: Fizzə,
Əminə, Həmid,
Surxay, Fəridə,
Faiq, Nailə və b.
Hacı Şirin oğlu, M a n a f Şirin
oğlu və Dadaş Ağakişi oğlu
201
Hacı Ağakişi
oğlu
Əmir Aydın
oğlu
Ceyhun Tofiq
oğlu
İradə Tofiq qızı
Tofiq Hacı oğlu
Əmir Şükür oğlu
202
Həmid Faiq oğlu
Fəxrəndə Həmid
Oqtay İslam oğluı
qızı
Firəngiz Əmir qızı
*e'>,
Dostları ilə paylaş: |