«Dünya maliyyə böhranları və
antiböhran siyasəti:nəzəriyyə,
metodologiya və təcrübə»
Zeynalov Vidadi Zeynal oğlu
İqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün
2015
MÜNDƏRİCAT
GİRİŞ
FƏSİL I. MALİYYƏ BÖHRANLARININ TƏDQİQİNDƏ NƏZƏRİ-METODOLOJİ ƏSASLAR
FƏSİL II. QLOBALLAŞMA DÖVRÜNÜN MALİYYƏ BÖHRANLARI
FƏSİL III. QLOBAL MALİYYƏ BÖHRANININ SİYASİ-İQTİSADİANATOMİYASI
FƏSİL IV. QLOBAL MALİYYƏ BÖHRANI ŞƏRAİTİNDƏ TƏTBİQ OLUNAN ANTİBÖHRAN
SİYASƏTİ MODELLƏRİ: MAKROİQTİSADİ TƏHLİL VƏ QİYMƏTLƏNDİRMƏ (DÜNYA
TƏCRÜBƏSİ VƏ AZƏRBAYCAN MODELİ)
FƏSİL V. MALIYYƏ - BANK SİSTEMİNDƏ ANTİBÖHRAN İDARƏETMƏ VƏ
MALİYYƏ
SABİTLİYİ SİYASƏTİNİN PRİORİTET İSTİQAMƏTLƏRİ
NƏTİCƏ
İSTİFADƏ EDİLMİŞ ƏBƏDİYYAT SİYAHISI
2
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
TƏDQİQAT İŞİNİN AKTUALLIĞI
2008
2008--ci
ci ildə
ildə ABŞ
ABŞ--da
da meydana
meydana gəlmiş
gəlmiş dünyanın
dünyanın maliyyə
maliyyə--iqtisadi
iqtisadi böhranı
böhranı,,
yaranmış
yaranmış bazar
bazar konyunkturası
konyunkturası və
və məlum
məlum iqtisadi
iqtisadi hadisələr
hadisələr əsas
əsas fond
fond
bazarlarında,
bazarlarında, nəticə
nəticə kimi
kimi əmtəə
əmtəə bazarlarında
bazarlarında yalnız
yalnız milli
milli deyil,
deyil, həmçinin
həmçinin
qlobal
qlobal miqyaslarda
miqyaslarda dərin
dərin enmələri
enmələri əvvəlcədən
əvvəlcədən müəyyənləşdirmişdir
müəyyənləşdirmişdir..
Beləliklə, bir ölkədə yaranmış böhran dünya maliyyə və əmtəə bazarlarında gələcək
dəyişikliklərin ilkin mənbəyinə və katalizatoruna çevirmişdir. Ölkələrin, o cümlədən, Müstəqil
Dövlətlər Birliyi (MDB) ölkələrinin iqtisadiyyatın qloballaşması proseslərinə yüksək cəlb edilmə
dərəcəsi qlobal miqyaslaradək artmış maliyyə böhranının arzuolunmaz nəticələrinə gətirib
çıxarmışdır.
Verilmiş problemin təhlili yalnız maliyyə böhranlarının məntiqinin özünün
tədqiqinə istiqamətlənməmiş, həmçinin antiböhran idarəetmənin praktiki
təkmilləşməsində,
bu
bazada
iqtisadiyyatın
idarə
edilməsinin
səmərəli
formalarının və metodlarının yaradılmasında elmi əsas kimi çıxış çıxış edir.
Böhranın əsasən 2008-ci ildə yaranmasına və inkişaf etməsinə baxmayaraq, əsas mənfi göstəricilər
2009-cu ilin payına düşür. Ona görə də zamanca əhatəsinə görə bunu 2008-2009-cu illərin böhranı
hesab etmək olar.
3
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Problemin işlənib hazırlanma dərəcəsi
Ümumilikdə iqtisadi və bəzən maliyyə böhranları problemi həmişə, xüsusilə iqtisadi
proseslərin silsiləliyi aşkar olunduqdan sonra aktual olmuşdur. Dissertasiyanın metodoloji
bazasının mühüm hissəsini Dolan E., Qoldstayn M., Aqlyetta M., Ansoff İ., Bertran A., Boqdanov
A.A., Buaye R., Keyns C.M., Kondratyev N.D., Kruqman P.R., Kuznetsov S., Marks K., Mitçell U.K.,
Oyken V., Stiqlits C., Tuqan-Baranovski M.İ., Xaberler Q., Şpitqof Y., Yakovts Y.V. və başqalarının
əsərlərində maliyyə böhranının səbəb-nəticə əlaqələrinin inkişafı problemlərinə, antiböhran
siyasətinin nəzəri və praktiki aspektlərinə həsr olunmuş elmi əsərlər təşkil edir.
Ölkəmizin iqtisadçı alimləri, o cümlədən Ə.M.Abbasov, Z.Səmədzadə, Ə.С. Muradov, N.M.
İmanov, A. Musayev, M.M.Sadıqov, M.M.Bağırov, D.A.Bağırov, M.X.Həsənli, E.Sadıqov, Ə.
Bayramov, Ş.Qafarov, M. Meybullayev, Z.H. İbrahimov, T.Paşa və başqalarının əsərlərini
xüsusilə qeyd etmək olar.
Amma iqtisadi və maliyyə böhranları probleminin müəyyən və kifayət qədər çəkili işlənib
hazırlanma dərəcəsinə baxmayaraq, böhranların təzahürünün regional aspekti və keçid
iqtisadiyyatlı ölkələrin spesifikası tərəfdən onların xarakteristikasında boşluq, aydındır ki,
ümumilikdə dünya miqyasında onların aradan qaldırılması prosesini çətinləşdirir.
Bununla əlaqədar olaraq, elmi işdə maliyyə böhranları problematikasının dərk
edilməsi,
onların spesifikasının təsərrüfatçılığın müxtəlif səviyyələrində başa
düşülməsi məsələsi prinsipcə yeni şəkildə qoyulur.
4
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Tədqiqatın predmeti, obyekti və məqsədi
Dissertasiyanın tədqiqat predmeti
–
dünya maliyyə böhranlari .
Tədqiqatın obyekti
– dünya maliyyə böhranı və antiböhran siyasəti konsepsiyası.
Tədqiqatın məqsədi-
dünyanın maliyyə böhranı şəraitində milli iqtisadiyyatların inkişafı prosesinin
tədqiqinin nəzəri-metodoloji əsaslandırılması və elmi-praktiki tövsiyələrin işlənib hazırlanmasıdır.
Qarşıya qoyulmuş məqsədə müvafiq olaraq, dissertasiyada aşağıdakı məsələlər qaldırılmış və həll
edilmişdir:
iqtisadi böhran kontekstində maliyyə böhranının mahiyyəti və komponentlərini müəyyən etmək;
müasir qlobal maliyyə böhranının meydana gəlməsi və spesifik xüsusiyyətini müəyyən etmək;
iqtisadiyyatın qloballaşmasının və liberallaşmasının maliyyə böhranlarına təsirini təhlil etmək;
maliyyə böhranının meydana gəlməsi səbəbləri və qanunauyğunluqlarını müəyyən etmək;
2007-2008 –ci illərdə başlanan maliyyə böhranının şıddətlənməsinə təsir edən amilləri təhlil etmək;
maliyyə böhranlarının inkişaf məntiqini müəyyən etmək;
qlobal maliyyə böhranının MDB ölkələrinin iqtisadiyyatına təsir yollarını müəyyən etmək;
qlobal maliyyə böhranının Şərqi Avropa və Baltika ölkələrinin iqtisadiyyatına təsirini aşkarlanmaq;
qlobal maliyyə böhranının Azətbaycan iqtisadiyyatına təsirini müəyyənləşdirmək;
qlobal maliyyə böhranının aradan qaldırılmasında monetar orqanlarının rolunu müəyyən etmək;
iqtisadi qloballaşmanın dünya maliyyə böhranının “yoluxucu” təsirinin təhlilinı vermək;
meqa, makro və mikro səviyyələrində antiböhran idarəetmənin məzmununu təhlil etmək;
qlobal maliyyə böhranı fonunda Azərbaycanda maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinin
müəyyənləşdirilməsi.
5
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Tədqiqatın metodologiyası
Tədqiq olunan problematikanın təhlilində əsas metodoloji istinad dünya maliyyə böhranı
miqyaslarında təzahür olunan dünya iqtisadiyyatının bütövlüyü haqqında fikirdir.
İqtisadiyyata hansısa bir «amorf» təhsil kimi deyil, onun fəaliyyətinin müxtəlif
«mərtəbələrini» işıqlandıran konkret məzmunlu bütöv bir orqanizm kimi baxılır.
İşdə ümumi elm, induksiya və deduksiya, müqayisəli təhlil, struktur səviyyələr, tarixi
və məntiqi, sistemli yanaşma, vahid bütövlüyü metodlarından istifadə edilmişdir.
Tədqiqatın normativ bazası kimi Azərbaycan Respublikası maliyyə-bank institutlarının
fəaliyyətini tənzimləyən Qanunlar çıxış etmişdir.
6
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Elmi yenilik
Tədqiqat aşağıdakı yeni elmi nəticələri əldə etməyə imkan yaratmışdır:
maliyyə böhranının mahiyyəti və komponentləri müəyyən edilmişdir;
müasir qlobal maliyyə böhranının meydana gəlməsi və genezisinin spesifik xüsusiyyətini təsbit edilmişdir;
iqtisadi böhranlar nəzəriyyəsinin tənqidi təhlili əsasında müasir iqtisadi silsilələrin generasiyası
mexanizminin tərkibinə maliyyə böhranlarının daxil edilməsi imkanı əsaslandırılmışdır;
maliyyə böhranının meydana gəlməsi səbəbləri və qanunauyğunluqları müəyyənləşdirilmişdir;
maliyyə böhranın maliyyə aktivləri qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, maliyyə bazarındakı ümumi
vəziyyətin pisləşməsi, xüsusilə milli pul vahidlərinin dəyərsizləşməsi və suveren borcun ödənilməsi problemi
və s. geniş təhlil edilməklə göstərilmişdir;
2007-2008 –ci illər qlobal maliyyə böhranının gücləməsinə təsir edən amillər təsbit edilmişdir;
maliyyə böhranlarının meydana gəlməsinin 4 qrupu sistemləşdirilmişdir: a) iqtisadiyyatın maliyyə
dərinliyinin şişkinliyi; b) hədsiz kredit ekspansiyası; c) maliyyə bazarları agentlərinin psixoloji davranışı; d)
iqtisadiyyatın maliyyə sektorunun qeyri-qənaətbəxş tənzimlənməsi;
iqtisadi qloballaşmanın maliyyə böhranlarının məzmununa mühüm düzəlişlərin gətirdiyi əsaslandırılmışdır
– miqyas effekti: qloballaşma dövrünün böhranları onların miqyaslarını artırmış və onların yayılma
müddətini azaltmışdır; mənşəyinə görə: böhranlar yaygınlaşmasına görə regional və qlobal xarakter əldə
edir; dövriliyə görə: lokal və regional böhranlar nisbətən qısa müddətdən (5-7 ildən) bir, qlobal böhranlar
isə hər 10-12 ildən bir təkrarlanır;
7
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Elmi yenilik
(davamı)
iqtisadiyyatda struktur metoddan istifadə etməklə böhranların məkan aspektində
təhlil edilməsi təklif edilmişdir:
şaquli aspekt – iqtisadiyyat, sahə, ya-rımsahə, müəssisə
(şirkət); üfiqi aspekt – rayon, region, ölkə, dünya;
tarixi-iqtisadi təhlillərin təhlili ilə iqtisadiyyatın böhrandan əvvəlki yüksək inkişaf
templərinin (xüsusilə, Azərbaycanda) maliyyə böhranlarının mənfi təsirlərini minimuma
endirməyə imkan verməsi əsaslandırılmışdır;
Azərbaycan
iqtisadiyyatının
mümkün
böhran
sarsıntılarından
qorunması
mövzusunda
təkliflər
paketi
hazırlanmışdır:
iqtisadiyyatın
strukturunun
optimallaşdırılması və diversifikasiyası; iqtisadiyyatın real və maliyyə sektorları
arasında səmərəli nisbətlərinin təmin edilməsi; iqtisadiyyatın real sektorunun
inkişaf etdirilməsi ilə müəyyən olduğu əsaslandırılmışdır; iqtisadiyyatda postböhran
dövrünün məzmunu və keçid iqtisadiyyatlı ölkələrdə onun spesifikası açıqlanmış, maliyyə
böhranlarından çıxış prosesini əks etdirən statistik göstəricilərin siyahısı təklif edilmişdir;
maliyyə böhranlarının inkişaf mərhələləri təhlili və qiymətləndirməsi
elmi cəhətdən
əsaslandırılmışdır;
qlobal maliyyə böhranı mühitində Azərbaycan Mərkəz Bankının
maliyyə sabitliyinin
təminatında rolu elmi cəhətdən müəyyənlədirilmişdir.
qlobal maliyyə böhranı fonunda Azərbaycanda maliyyə sabitliyi siyasətinin tətbiqində
mövcud problemlər tədqiq edilmiş və onun həlli yollarına yönəlik təklif və tövsiyələr
işlənib hazırlanmışdır və s.
8
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
FƏSİL I. MALİYYƏ BÖHRANLARININ TƏDQİQİNDƏ
NƏZƏRİ-METODOLOJİ ƏSASLAR
9
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
İqtisadi böhranın iqtisadi silsilə nəzəriyyəsi
kontekstində mahiyyəti və komponentləri
Silsiləvilik – bazar iqtisadiyyatının başlıca xarakterik cəhəti, onun inkişafının
iqtisadi fəallıqdakı dövri tərəddüdlərdə, yəni, qalxmaların və enmələrin
növbələnməsində ifadə olunan obyektiv formasıdır. Böhran dövrənin əsas formasını
təcəssüm etdirir, onun ifadələrindən biri maliyyə böhranıdır.
İqtisadi dövrələrin tədqiqi uzun tarixə malikdir, bununla belə bu problemin bir
çox aspektləri indiyə qədər kifayət qədər tədqiq edilməmişdir. Məhz bu şəkildə
belə bir faktı izah etmək olar ki, iqtisadiyyat elmi hələ ki, maliyyə-iqtisadi
böhranları proqnozlaqdırmağa və buna əsasən onlardan qaçmaq məqsədilə
profilaktik tədbirlər keçirməyə qadir deyildir.
Bazar iqtisadiyyatının silsiləliyi bir çox səbəblərlə şərtlənmişdir. Bu səbəblərin
tədqiqi bir çox nəzəri konsepsiyalara gətirib çıxarır:
10
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
1. Silsiləlik və elmi-texniki tərəqqi
2. Silsiləlik və pul-kredit amilləri
3. Bazarın silsiləliyi və ikiqütüblü struktur
Silsiləlilik və elmi-texniki tərəqqi
Birinci
istiqamət
iqtisadiyyatın
dövriliyini
elmi-texniki
inqilabın
müxtəlif
mərhələlərilə əlaqələndirir, onlar öz növbəsində istehsal amillərinin təkamülünə
səbəb olmuşdur. Elmi-texniki dəyişikliklərlə yaranmış dövrələr müxtəlif davamiyyətli
ola bilər:
•
3 ildən 5 ilədək qısa davamiyyətli dövrələr
•
7 ildən 10-12 ilədək orta davamiyyətli dövrələr
•
25 ildən 30 ilədək və 47 ildən 60 ilədək olan uzun dalğalar
Sonuncunu çox hallarda dünya iqtisadiyyatı dinamikasının «Kondratyev dalğaları»
adlandırırlar.
Qısa dövrələr bəzən də «Kitçin silsilələri» adlandırılır. Bu dövrələr tələb və təklif
arasında disbalans yaradan kapital tədavülünün dəyişməsindən əmələ gəlmişdir.
Orta müddətli dövrələr iqtisadi ədəbiyyatda «Juqlar silsilələri» kimi tanınır.
N.Kondratyevin «Uzun dalğalar» nəzəriyyəsinə müvafiq olaraq, uzun müddətli və
həddən artıq uzun müddətli dövrələrin maddi əsasını əsas kapitalın kütləvi şəkildə
yenilənməsi təşkil edir.
11
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Silsiləlilik və pul-kredit amilləri
Bazar iqtisadiyyatının dövriliyi səbəblərini izahedən ikinci konsepsiya pul-kredit
alətlərini ön plana çəkir. Bu mənada İrv. Fişerin və A. Fon Hayekin etirazları çox
maraqlıdır.
XX əsrin 70-ci illərinin əvvəllərindən M.Fridmanın dövriyyələrin pul konsepsiyası
geniş yayılmışdır, bu konsepsiyaya əsasən dövrə dinamikasında pul kütləsinin
təklifinin volatilliyi həlledici rol oynayır ki, bu da hökumətin günahı ucbatından baş
verir.
Pul kütləsində kəskin dəyişikliyə gətirib çıxaran antidövrilik siyasətinin
yerinə Fridman onun ildə 3-4% həddində sərt reqlamentasiyasını təklif
etmişdir. Fridmanın dövrənin pul nəzəriyyəsinin inkişafı amerikan alim R.Lukas
tərəfindən həyata keçirilmiş pul şoklarının təhlilidir. Onun nəzəriyyəsində müxtəlif
şok vəziyyətlər və böhranlar yarada bilən iqtisadi subyektlərin fəal davranışı ön
plana çəkilmişdir. Belə bir faktı xüsusilə qeyd etmək lazımdır ki, pul-kredit
sferasında meydana gələn şok amillər bu gün də dövrələrin maliyyə xaosu (panikası)
olan komponentinə böyük təsir göstərir.
12
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Bazarın silsiləliyi və ikiqütblü struktur
Dövri
tərəddüdlərin
üçüncü
nəzəri
istiqaməti
bazarın
ikiqütblü
strukturunun
dəyişiklikləri konsepsiyasıdır, o, ümumi tələb və təklifin qarşılıqlı asılılığına xüsusi
əhəmiyyət verir.
Bu üsulun çərçivəsi daxilində biz iqtisadi dövrələrin Keyns nəzəriyyəsini nəzərdən keçirə
bilərik. Keyns və onun ardıcılları – R.Xarod, J.Xiks, P.Samuelson, E.Hansen və başqaları
dövrəni gəlirin, istehlakın, əmanətin və investisiyanın qarşılıqlı asılılığı dinamikası
mövqeyindən tədqiq edirdi. Keyns konsepsiyasına görə dövrilik ilk növbədə ümumi
tələbin tərəddüdlərilə şərtlənmişdir.
Bəzi iqtisadçılar, məsələn, O.Blanşar hesab edir ki, dövrənin müasir nəzəriyyəsindəki
böyük çatışmamazlıqlardan biri dövrənin generasiyasında maliyyə sektorunun rolunun
kifayət qədər nəzərə alınmamasıdır. Dünya iqtisadiyyatındakı son hadisələr bu tənqidin
tam şəkildə düzgünlüyünü təsdiqləmişdir. Aydın olmuşdur ki, maliyyə mexanizmlərinin
rolunun təhlili olmadan iqtisadi böhranların meydana gəlmə səbəblərini və inkişafı
məntiqini tam şəkildə başa düşmək qeyri-mümkündür.
13
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Maliyyə böhranları
7 İyul 2015
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti"
14
Maliyyə böhranları
İqtisadiyyatda maliyyə böhranı – onun artımına mənfi təsir göstərən
disbalansdır.
Maliyyə böhranlarının tədqiqi – müasir iqtisadiyyat elmində bu sahədə iki
istiqamət daha geniş şəkildə tanınmışdır. Onlardan birincisi monetar nəzəriyyəyə
əsaslanır. Onun nümayəndələri Fridman və Şvars maliyyə böhranlarını bank
panikası və pulların təklifində bankların rolunun ixtisara salınması ilə
əlaqələndirirlər ki, bu da iqtisadi fəaliyyətin məhdudlaşmasına gətirib çıxarır.
Maliyyə böhranı tədqiqatlarının ikinci istiqaməti dövlətin onların aradan
qaldırılmasında fəal iştirakını zəruri hesab edir. Bu istiqamətin görkəmli
nümayəndələri X.Minski və Ç.Kindleberqerdir, onlar monetaristlərdən fərqli
olaraq, maliyyə böhranının daha mükəmməl və dəqiq definisiyasını xülasə
etmişdilər. Onların fikrinjə maliyyə böhranı aktivlərə olan qiymətləin düşməsi,
maliyyə və qeyri-maliyyə sferalarında kütləvi iflaslar, valyuta bazarının dağılması
kimi elementləri əhatə edir. Onlar hesab edirlər ki, bu elementlər olduqda
hökumət durmadan iqtisadiyyata intervensiyanı həyata keçirməlidir
15
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Maliyyə
böhranlarının
növləri
bank böhranı
borc böhranı
suveren defolt
satılma böhranı
birja (fond) böhranı
bazar köpükləri böhranı
valyuta böhranı
16
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Maliyyə böhranlarının səbəbləri və
qanunauyğunluqları
İqtisadi sistemdə maliyyə sektorunun hakimliyindən yaranmış böhranlar
Tənzimlənmənin çatışmamazlıqları nəticəsində yaranmış böhranlar
Maliyyə bazarı subyektlərinin psixoloji davranışı nəticəsində yaranmış
böhranlar
Kredit ekspansiyası ilə yaranmış böhranlar
17
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Maliyyə böhranlarına dair qanunauyğunluqlar
Bəzi iqtisadçılar maliyyə sektorunun inkişafı və real iqtisadi artımı
arasında müsbət və mənfi korrelyasiya ayırırlar. Fərz edirlər ki,
iqtisadiyyatın bu iki sektoru arasındakı müsbət («normal») korrelyasiya yalnız
1950-1960-cı illərdə müşahidə edilmişdir, sonra isə xüsusilə son 20-25 ildə
güclənmiş mənfi korrelyasiya baş vermişdir. Bu neqativ qarşılıqlı münasibət
aşağıdakı qanunauyğunluqlarda ifadə olunur:
1. «sıxışdırma effekti»
2. «maliyyə hakimliyi hipotezi»
3. «kazino kapitalizmi»
4. «qısamüddətlilik hipotezi»
5. «maliyyə qeyri-stabilliyi hipotezi»
18
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Derivativlər
Hal-hazırda maliyyə sektorunun strukturu, eləcə də iqtisadi sistemin strukturu
çevrilmiş piramida formasını almışdır ki, bu da onu göstərir ki, müvəqqətilik və
müvafiq olaraq, tərəddüdlük maliyyə sektorunda artır. Burada əsas rolu derivativlər
oynayır.
Derivativlər – qiyməti baza qiymətli kağızların dəyərilə müəyyənləşən törəmə
qiymətli kağızlardır (ikinci səviyyə qiymətli kağızlar). İqtisadi ədəbiyyatda
derivativləri mühüm maliyyə innovasiyası kimi nəzərdən keçirirlər. Derivativlərdən
istifadə nisbətən uzaq tarixə malikdir. Onların prototipləri valyuta fyuçersləri
olmuşdur.
Derivativlər bir tərəfdən, maliyyə bazarı strukturunun mürəkkəbləşməsində məntiqi
nəticədir, digər tərəfdən isə belə müürəkkəbləşməyə və məxfiliyə o dərəcədə səbəb
olur ki, maliyyə kompaniyalarının portfellərinin real qiymətləndirməsi və potensial
şəkildə ödəmə qabiliyyəti olmayan borc alanların aşkar edilməsi praktiki olaraq,
qeyri-mümkün olur.
19
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
İqtisadi böhranlar nəzəriyyəsinin postulatları
böhrana qeyri-
müəyyənlik və ya
bifurkasiya vəziyyəti
xarakterikdir
böhran üçün
gözlənilməzlik
xarakterikdir
böhranlar həmişə sistemə
zərərin vurulması
təhlükəsilə müşayiət
olunur
böhranlara ictimai-
iqtisadi inkişafın
paradiqmalarının
dəyişməsi stimulu kimi
baxmaq olar
20
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Böhranlar
Böhran
Böhran, sözün geniş mənasında, hadisələrin inkişafında
kəskin «sınıq», ağır keçid durumu, mürəkkəb vəziyyət
deməkdir.
Yunan transkripsiyasında böhran «qərar» və ya «dönüş
məntəqəsi», latın transkripsiyasında «bölgü» və ya «sınma»,
çində isə eyni zamanda «təhlükə» və «imkan» mənasını verir.
Böhrana yalnız dağıdıcı deyil, həmçinin yaradıcı tərəqqi kimi
də baxmaq olar. Bununla o, böhranın yalnız destruktiv
elemntlərindən olan fəlakətdən köklü surətdə fərqlənir.
21
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Böhranların gözlənilən müsbət nəticələri
böhran cəmiyyətin inkişafını dayandırmamış, əksinə, bir sıra ölkələr üçün o,
sanki “texnoloji fasilədir”
bir çox ölkələrdə və bütün dünyada toplanmış sərvət artacaq, çünki yenidən
yaradılmış kapital onun «sıradan çıxmış» hissəsini ötüb keçir
ölkələr qlobal maliyyə-iqtisadi böhranından zəngin antiböhran təcrübəsi alaraq,
çıxdı
böhranın ən mühüm dərslərindən biri həddən artıq
de-tənzimləmə siyasətinin
iflasa uğraması, nəzarətsizlik və dövlətin iqtisadi proseslərə müdaxiləsinin
təcrid edilməsidir
böhran göstərmişdir ki,
hal-hazırda zəngin ölkələrin əsas məsələsi inkişafın
keyfiyyətinin qaldırılması və sərvətlərin ədalətli bölgüsü haqqında qayğıdır.
böhran iqtisadi cəhətdən geridə qalmış ölkələrin yoxsulluqdan çıxarılması
problemini dərinləşdirmişdir,
bəşəriyyətin gələcəyi xeyli dərəcədə onların
həllindən asılıdır. Bərabərlik və ədalətlilik olmadan dünyadakı ümumi stabilliyi
qlobal miqyasda təmin etmək qeyri-mümkündür.
22
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
FƏSİL II. QLOBALLAŞMA DÖVRÜNÜN MALİYYƏ
BÖHRANLARI
23
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Maliyyə qloballaşmasının istiqamətləri
•
borc kapitalının nəhəng artımı
Borc kapitalı həm hökumətlərarası, həm də banklararası kreditlərin hesabına artmışdır,
bununla belə bu proses kəmiyyət parametrləri ilə yanaşı keyfiyyət dəyişikliklərini də
nəzərdə tuturdu
•
birbaşa xarici investisiyalar (BXİ)
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə BXİ əsasən elmin yüksək texnoloji sahələrində
kompaniyaların əldə edilməsi və yeni istehsal qüvvələrinin yaradılması üçün istifadə
edilirdi. Bu məqsədlə 1999-cu ildə 1987-ci ildəki 100 mlrd.dollar əvəzinə 720 mlrd.dollar
investisiyaya qoyulmuşdur
•
portfel investisiyaların nəhəng artımı
Portfel investisiyalar səhmlərin, istiqraz vərəqələrinin və başqa borc öhdəliklərinin əldə
edilməsilə bağlı investisiya yatırımını özündə birləşdirir, onlar müəssisənin fəaliyyətinə
nəzarət hüququnu vermir və onların həcmi müəssisənin nizamnamə kapitalının 10%-ni
ötüb keçmir.
•
valyuta bazarının nəhəng artımı
2001-ci ildə valyuta ilə dünya ticarətinin həcmi 400 trln. dollar təşkil etmiş və dünyanın
ticarət həcmini 80 dəfə ötüb keçmişdir
24
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Maliyyə böhranlarının ölkələrarası
yayılma istiqamətləri
böhranın baş verdiyi ölkələrdə satışı həyata
keçirən xarici firmaların tələblərində azalma
nəticəsində meydana gələn gəlirə təsir
bazarda dəymiş zərərin ödənilməsi üçün
investorların səhmlər bazarında yüksək satışlara
və satılmaya keçmək arzusu
xarici investorların eyni regionda fəaliyyət
göstərən firmaları həddən artıq
qiymətləndirməyə meylliyi
25
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Qloballaşmanın faydaları
yığım
normasının
artımı
investisiyal
arın və
innovasiyal
arın
səmərəliliyi
nin artımı
maliyyə
vasitəçiləri
nin
xidmətlərin
ə tələbin
azalması
kapitalın
beynəlxalq
mənbələrin
in istifadəsi
zamanı
yığım
investisiyal
arın və
risklərin
optimal
paylanması
26
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Qloballaşma nəticəsində maliyyə böhranlarının
yaranmasına təsir edən amillər
Valyuta məzənnəsinin stabil rejimi
Kapitalın yüksək mobilliyi
Obyektiv informasiya çatışmamazlığı
Maliyyə institutlarının natamam inkişafı
İnkişaf etməkdə olan ölkələrin qloballaşan maliyyə
bazarlarına inteqrasiyasının onlara fayda verməsi
27
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Maliyyə qloballaşmasının üstünlükləri
Kapitalların səmərəli təkrar paylanması
Dünya bazarında mövcud olan kapitallardan istifadə
imkanı
Məsrəflərin
səviyyəsinin
aşağı
düşməsi
və
əməliyyatların yüksək xidməti
Risklərin diversifikasiyası
Maliyyə
sferasında
müasir
standartların
və
texnologiyaların tətbiqi
28
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
ABŞ-da birja iflası (1987-ci ilin oktyabrı)
Bu proses 1987-ci il, oktyabrın 16-da başlamış və 19 oktyabrda öz
pik nöqtəsinə çatmış birja çökməsilə müşayiət olunmuşdur. O zaman
bazarın çökməsi faizi 22.6 təşkil etmişdir.
Fond, bank və kredit komponentlərinə malik 1987-ci ilin maliyyə böhranı
ABŞ-nın bütün pul-kredit sistemi islahatların başlamasına təkan vermişdir.
Belə ki,
1989-cu
ildə
Konqress
tərəfindən
maliyyə idarələrinin
islahatlaşdırılması, bərpası, eləcə də öhdəliklər üzrə məcburi müsadirə
haqqında qanun qəbul edilmişdir. 6 il ərzində 747 ödəmə qabiliyyəti
olmayan borc-əmanət
assosiasiyaları təcrid edilmişdir. 600
kredit
təşkilatlarının təqribən 500 rəhbəri məhkəməyə verilmiş və müxtəlif növ
maliyyə fırıldaqlarının aparılmasında günahkar kimi tanınmışdır.
29
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Hindistan böhranı (1991-ci il)
İnkişaf etməkdə olan ölkə statuslu Hindistanın iqtisadiyyatı bir sıra
xüsusiyyətlərə
malikdir,
onların
arasında
tənzimləmənin
yüksək
keyfiyyətlərini və dövlət əmlakının, xüsusilə, ağır sənayenin böyük xüsusi
çəkisini göstərmək lazımdır. Bununla yanaşı, Hindistan hökuməti stabilləşmənin
makroiqtisadi siyasətini uğurla həyata keçirmişdir ki, bu da pul kütləsinin aşağı
artım templərini və büdcənin orta çatışmamazlığını təmin edirdi. İnflyasiyanın
səviyyəsi də nisbətən aşağı idi, onun artımı yalnız xarici şokların təsirilə bağlıdır.
1980-ci illərin I yarısında ÜDM-un cari hesabının defisiti 1.5%-i ötüb keçmirdi.
Xarici borcun demək olar ki, ikiqat ölçüsündə artmasına gətirib çıxarmış
defisitin artımı ilə onilliyin ikinci yarısında vəziyyət xeyli pisləşdi. O, xüsusilə,
ABŞ-da
1985-ci
ildəki
35
mlrd.dollardan
1994-1995-ci
illərdəki
69
mlrd.dollaradək artdı. Belə olduqda Hindistan xarici şoklardan müdafiəsiz qaldı
və 1990-1991-ci illərdə iki belə şoklar yarandı. Onlardan birincisi, neftin
qiymətinin artımına səbəb olmuş İran körfəzindəki hərbi münaqişə ilə bağlı idi.
SSR İttifaqının dağılması da mənfi rol oynadı, o, Hindistanın ən iri ticarət
parnyorlarından biri idi. İkinci amil öz əsas ticarət partnyorları (o cümlədən,
ABŞ) ilə münasibətlərdə ölkənin rolunun artım templərinin azalması ilə bağlı idi
ki, bu da hind ixracının azalmasını şərtləndirirdi. Böhranın meydana gəlməsinə
ölkə daxilindəki siyasi vəziyyət də səbəb olurdu.
30
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Norveç və İsveçdə bank böhranı (1991-ci il)
1991-ci ildəki Norveç bank böhranından əvvəl 1984-1985-ci illərdə
maliyyə bazarlarının liberallaşması baş vermişdir, onun nəticəsində
kreditləşməyə qoyulan məhdudiyyətlərin bütün növləri götürülmüşdür. Ölkədə
neftin qiymətinin artımı, istehlak tələbinin və investisiyaların artımı fonunda
kreditləşmənin və daşınmaz əmlak bazarının partlayışı başladı. 1991-ci ilin
payızında böhran öz pikinə çatdı, bu zaman aktivləri bütün bank sisteminin
25%-ni təşkil edən ölkənin hesabca ikinci və dördüncü binkları tamamilə iflasa
uğradı, ölkənin ən iri bankı isə öz kapitalının 90%-ni itirdi.
1991-ci ildə İsveçin bank sektorunda problemlər meydana gəldi. Orada da,
Norveçdə olduğu kimi, kredit bazarının de-tənzimlənməsi həyata
keçirilirdi, onun nəticəsində bank zəmanətləri ilə təsdiqlənmiş qiymətli
kağızların bazarının sürətli inkişafı baş vermişdir. dövlət kreditlərin
artımını stimullaşdıran vergi siyasətini aparırdı. Nəticədə, onların həcmi 5 il
ərzində ÜDM-un 85%-dən 135%-dək artdı. 1991-ci ilin payızında İsveçin ən
böyük banklarından biri çox iri itki və kapital çatışmamazlığı haqqında elan
verdi; məhz buna görə də hökumət ona imtiyazlı şərtlər daxilində kredit
vermişdi. Növbəti halda dövlət yardımı digər banklara da təqdim edilmişdir.
31
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Meksikanın maliyyə böhranı (1994-1995-ci il)
1984-cü ildə dövlət əmlakının 80%-i özəlləşdirilmişdir. Vergi islahatları büdcə
intizamının bərkiməsini və defisitin azalmasını təmin edirdi. Müvafiq olaraq, inflyasiya
səviyəsi də 1990-cü ildəki 150%-dən 1994-cü ildəki 19%-dək azaldı. Meksikanın
iqtisadiyyatı xarici investorların diqqətini cəlb etmişdir və 1991-1994-cü illərdə
ölkədə Latın Amerikası investisiyalarının ümumi həcminin 45%-i həyata keçirilmişdir.
Belə uğurdan sonra maliyyə böhranının başlaması daha da gözlənilməz oldu, o,
növbəti səbəblərdən yaranmışdır: maliyyə siyasəti həddən artıq ekspansiv xarakter
daşıyırdı; banklar tərəfindən özəl sektorun həddən artıq kreditləşdirilməsi meksika
valyutasına – pesoya olan təzyiqi
gücləndirirdi; xarici ticarətin liberallaşdırılması
proteksionist maneələri tamamilə kənarlaşdırırdı ki, bunun da nəticəsində yerli
istehsalçılar ya bazarı tərk etmək, ya da transmilli kompaniyaların kapitalını tətbiq
etməklə, məhsul istehsal etmək məcburiyyətində idilər; kapital balansın cari hesab
çatışmamazlıqları xarici qısamüddətli kreditlər (yəni, «qaynar pullar») hesabına
doldurulurdu.
Meksikanın 1994-cü il maliyyə böhranı iki mühüm anı göstərdi. Birincisi, kəskin
maliyyə tərəddüdü makroiqtisadi stabillik pozulmadan da meydana gələ bilər.
İkincisi, inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə siyasi de-
stabilləşmənin hətta ayrı-ayrı elementləri maliyyə stabilliyində jiddi pozuntular
yarada bilər.
32
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Argentinanın maliyyə böhranı
(1995, 2001-2002-ci illər)
Meksika böhranı digər ölkələrə də yayıldı,
o ən çox Argentinanın
iqtisadiyyatına təsir göstərdi. Böhran onun fond bazarının dağılmasından
başladı.
1996-cı ildə sərt maliyyə siyasəti nəticəsində böhranın aradan qaldırılması
mümkün olmuşdur. Buna baxmayaraq, milli maraqlara yönəlmiş suveren
iqtisadiyyatı Argentinada «periferiyalı iqtisadiyyat» əvəz etdi, onun
strukturunun və fəaliyyətinin əsas prinsipləri qlobal bazar sisteminin
mərkəzlərini müəyyənləşdirirdi.
Argentinanın iqtisadiyyatı dünyanın iqtisadi konyunkturasından həddən artıq
asılı oldu və müvafiq nəticələr özünü çox gözlətmədi. 2001-ci il sentyabrın 11-də
Nyu-Yorkdakı terror aktı ümumdünya iqtisadi resessiyaya gətirib çıxardı və
Argentinada yeni maliyyə böhranına təkan verdi.
Hökumətin ciddi məhdud iqtisadi siyasəti nəticəsində xarici borcun ödənilməsi
üçün 720 mln.dollar sürətlə mobilləşdirmək mümkün oldu və ölkə defoltdan
qaçdı.
33
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Cənub-Şərqi Asiya böhranı (1997-ci il)
Böhran Cənub-Şərqi Asiyanın 5 ölkəsini əhatə etmişdi: Cənubi Koreya, Tayland,
Malayziya, İndoneziya və Filippin, o, Yaponiyaya da xeyli təsir göstərmişdi.
Asiyada böhran «virusunun»toxunmadığı yeganə ölkə Çin idi ki, bu da tam
qanunauyğun idi, çünki buna səbəb Çinin iqtisadiyyatı və ölkə hökuməti tərəfindən
aparılan iqtisadi siyasət idi.
Cənub-Şərqi Asiya ölkələrinin maliyyə böhranı səbəbləri:
daxili maliyyə bazarlarının sürətli və ümumi liberallaşması;
daxili bazarda xarici kapitalın, xüsusilə, qısamüddətli kreditlərin («yanan
pulların») bolluğu;
maliyyə institutlarının inkişafındakı qeyri-qənaətbəxş səviyyə;
dövlət büdcəsinin və ödəmə balansının böyük defisiti;
beynəlxalq maliyyə təşkilatlarının və birinci növbədə, BVF-nin böhranla bağlı
proseslərə gecikmiş və bəzən qeyri-adekvat reaksiyası.
34
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Braziliya böhranı (1999-cu il)
Braziliyada maliyyə böhranının təzahürünün əsas forması qiymətli kağızlar
bazarında (fond birjasında) da əks olunmuş valyuta böhranı idi.
Ölkənin xarici borcu durmadan artdı, o, 1988-1998-cu illərdə 60% artmışdır, dollarla
ifadə olunan daxili borca gəldikdə isə o, demək olar ki, 3 dəfə artmışdır.
Qeyd etmək lazımdır ki, Braziliyanın valyuta böhranı bəzi digər ölkələrə də
yayılmışdır. Artıq 1999-cu ilin yanvarında Argentinada birja göstəricilərinin 10.2%
azalmasına və ixracın 23% azalmasına səbəb olmuş «Samba effekti» baş verdi.
Böhran nəticəsində Braziliya bazarında Uruqvayın məhsulunun rəqabət qabiliyyəti
azaldı. Faktiki olaraq, Merkosur çərçivəsi daxilində irimiqyaslı ticarət böhranı
meydana gəldi.
35
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Türkiyə böhranı (2000-2001-ci il)
Öz xarakterinə görə Türkiyə böhranı sistemli maliyyə böhranı idi, yəni,
valyuta, büdcə və fond komponentlərindən ibarət idi. Türkiyənin daxili borcu
2000-ci ildə 130 mlrd.dollar təşkil edirdi. BVF-nun tövsiyələri üzrə həyata
keçirilmiş valyuta dəhlizinin tətbiqi nəticəsində türk lirəsi dollara və avroya
bağlanmışdı ki, bu da Türkiyənin Avrobirlik ölkələri ilə ticarət çatışmazlığını iki
dəfə artırdı.
2000-ci il noyabrın 17-də maliyyə böhranı başladı. Fond bazarı əvvəlcə 14.6%,
sonra isə 18% (müvafiq olaraq, 7 mlrd. və 3 mlrd.dollar çıxarılmışdır) aşağı
düşmüşdür. Birgünlük kreditlərə olan faiz normaları 40%-dən 1000%-dək qalxdı.
Türk hökuməti böhrandan çıxış proqramını işləyib hazırladı. Xüsusilə də dövlət:
«Türk Telekom» kompaniyasını özəlləşdirdi;
«Türk aviaxəttləri»nin səhm paketlərinin 51%-i satışa çıxarıldı;
yeni vergi məcəlləsi qəbul edildi;
elektrik enerjisinə olan tariflər artırıldı; dövlət bankları özəlləşdirildi.
36
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
FƏSİL III. QLOBAL MALİYYƏ BÖHRANININ SİYASİ-
İQTİSADİ ANATOMİYASI
37
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Müasir qlobal maliyyə böhranı
Maliyyə qloballaşmasının maliyyə böhranlarının yayılmasına təsiri 2007-ci ildə
ABŞ-ın maliyyə böhranı zamanı daha aydın şəkildə görünürdü. O, əvvəlcə, ölkənin
daxilində daxili dövlət problemi kimi meydana gəldi. Böhranın başlamasının rəsmi
tarixi kimi 2007-ci ilin avqustun 9-u göstərilir, bu zaman BNP Paribas bankı elan
etmişdir ki, o, satılmanın çatışmamazlığı ilə əlaqədar bazarda 3 bankın borcunun
ödənilməsini müvəqqəti dayandırır. Elə həmin gün Avropanın Mərkəzi Bankı
banklararası bazarda nəğd pulların kütləvi inyeksiyasına başladı.
2008-ci ilin sentyabrında vəziyyət daha da kəskinləşdi, bu zaman dünyadakı ən iri
investisiya bank olan Lehman Brothers Holding, İnc. iflasa uğradı. Daşınmaz əmlak
bazarlarında da analoji vəziyyət yarandı, qiymətlərin aşağı düşməsi Avrobirlik
ölkələrinin eyni tip bazarlarında oxşar hadisələrin meydana gəlməsinə səbəb oldu.
Demək olar ki, ABŞ və Avropadakı maliyyə böhranı növbəti iqtisadi böhran və resessiya
kimi paralel rejimdə inkişaf edirdi.
2006-cı ildə xarici borcun həcmi ÜDM-un 66%-ni təşkil edirdi. Əhalinin hər
nəfərinə düşən orta borc 42.6 min dollar, ödəmə defisiti isə 850 mlrd.dollar, yəni,
ÜDM-un 6.2%-ni təşkil edirdi.
38
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Müasir qlobal maliyyə böhranı
(davamı)
ABŞ-nın 2007-ci ildəki maliyyə böhranı sürətlə qlobal xarakter aldı və
dünyanın bir çox ölkələrindəki maliyyə sektorlarında ciddi problemlərə
səbəb oldu. Bu problemləri xarakterinə görə 3 qrupa ayırmaq olar:
•
maliyyə
vəsaitlərini
Amerikanın
ipoteka
banklarının
istiqraz
vərəqələrinə və digər strukturlaşdırılmış maliyyə alətlərinə qoymaqdan
əziyyət çəkən ölkələr (Avropa ölkələri, Yaponiya və Asiyanın ən inkişaf
etmiş ölkələri);
•
bank sistemləri inflyasiya ilə mübarizə məqsədi ilə pul siyasətinin
sərtləşdirilməsindən əziyyət çəkmiş ölkələr (Çin və Hindistan);
•
son illərdə fərdi maliyyə sferasının inkişafı üçün xarici kapitalı fəal
şəkildə cəlb edən və onun daxil olmasının dayanması nəticəsində ikili
böhran – valyuta və bank böhranının qarşısında olmuş ölkələr (İspaniya,
İslandiya, Qərbi Avropa və keçmiş Sovet İttifaqı ölkələri).
39
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Müasir qlobal maliyyə böhranı
(davamı)
Müasir qlobal maliyyə böhranının əsas xüsusiyyətləri:
iri transmilli korporasiyaların öz məhsullarının həcmini xeyli azaltması
və bunun da qlobal iqtisadiyyatda birgə tədarüklərin kəskin şəkildə
azalmasına gətirib çıxarması;
ABŞ-da başlamış böhranın sürətlə digər ölkələrə də yayılması və onun
mühüm makroiqtisadi göstəricilərin azalmasında ifadə olunması;
müasir böhranın klassik dövri böhran kimi formalaşmaması (tarixdən
məlum olduğu kimi ondan əvvəl iqtisadi partlayış olmamışdı);
iqtisadiyyatın ən zəif bölgəsinin maliyyə sektoru olması;
müasir böhranın öz dərinliyi ilə fərqlənməsi (tədqiqatçıların ümumi
rəyinə görə o, qloballaşma dövrünün iqtisadi böhranları arasında ən iri
miqyaslısıdır);
böhrandan nisbətən yüngül çıxa bilmək imkanı.
40
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
MDB ölkələrinin iqtisadiyyatına böhranın təsiri
MDB ölkələrində valyutanın devalvasiyası və Qızıl-Valyuta Fondunun
(QVF) azalması
Mənbə: Rusiya Əmanət Bankının Makroiqtisadi Tədqiqatlar Mərkəzi.
41
Ölkələr
Devalvasiya, %
QVF-nun azalması, %
Ukrayna
80
35
Rusiya
47
34
Türkmənistan
46
məlumat yoxdur
Belarus
36
36
Tacikistan
30
məlumat yoxdur
Qırğızıstan
28
20
Qazaxıstan
25
17
Ermənistan
24
29
Özbəkistan
22
məlumat yoxdur
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
MDB ölkələrinin iqtisadiyyatına
böhranın təsiri
(davamı)
MDB ölkələrinin maliyyələşdirmə səviyyəsinin dinamikası (2008-ci il)
42
Ölkələr
Maliyyələşdirmə, %-lə
Dəyişikliklər,%-lə
İlin əvvəlinə
İlin sonuna
Azərbaycan
13.0
8.0
-38.5
Belarus
10.0
12.0
20
Qazaxıstan
11.0
10.5
-4.5
Qırğızıstan
9.0
15.2
68.5
Moldova
16.0
14.0
-12.5
Rusiya
10.0
13.0
30.0
Tacikistan
15.0
13.5
-10.0
Özbəkistan
14.0
14.0
-
Ukrayna
10.0
12.0
20.0
"Dünya maliyyə böhranı və antiböhran
siyasəti,nəzəriyyə, metodologiya və təcrübə"
Şərqi Avropa və Baltikyanı ölkələrə böhranın təsiri
Qərbi Avropa üzərində böhranın zərbə dalğaları Mərkəzi və Şərqi
Avropayadək gedib çıxdı, burada böyük ağır xarakter aldı. Bunun əsas
səbəblərini aşağıdakı kimi izah etmək olar:
1. Şərqi
Avropanın
bütün
iqtisadiyyatında
yerli
kredit
Dostları ilə paylaş: |