Söhrab Tahir -90. (Metodiki vəsait)



Yüklə 25,14 Kb.
tarix14.01.2017
ölçüsü25,14 Kb.
#5553
Söhrab Tahir -90.

(Metodiki vəsait).


Söhrab Tahir 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir.1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır.O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur.1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur.1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşriyyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991- ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir.İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə  layiq görülmüşdür.2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.

Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi.Son illərdə xəstəliyi şiddətlənən sənətkarın hər iki ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.

Keçiriləcək tədbirlər.

Şair Söhrab Tahirin anadan olmasının 90 illiyi ilə əlaqədar MKS-də və onun filiallarında bir sıra tədbirlər keçirilməlidir.Yubiley ilində bütün mədəni-maarif müəssisələri ilə yanaşı kitabxanalar da fəal iştirak etməli, böyük şairin həyat və fəaliyyətinə həsr olunmuş ədəbiyyatın oxucu kütləsi arasında geniş təbliğ olunmasına səylə çalışmalıdırlar.MKS-də və onun filiallarında tədbirlər planı işlənib hazırlanmalı və şairin yubileyi yüksək səviyyədə keçirilməlidir.

Yubiley ilində kitabxanalar Söhrab Tahirin əsərlərinin və onun haqqında çap olunmuş kitabların, həmçinin dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından; kitab sərgilərindən, kitabxana plakatlarından, məruzə və mühazirələrdən və s. geniş şəkildə istifadə etməlidirlər.

Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbi-bədii gecələrin təşkili də vacib tədbir vasitələrindən biridir.Adından məlumdur ki, ədəbi-bədii gecə iki hissəyə bölünür.Tədbirin birinci hissəsində ədəbi mövzu və onun müəllifi haqqında rəsmi çıxışlar olmalı və məlumatlar verilməlidir.

Gecənin ikinci hissəsində isə tədbirin mövzusu ilə bağlı səhnəciklər göstərilməlidir.Kitab təbliğinin ən canlı formalarından biri sərgilərdir.Kitab sərgisi üçün adətən oxucuları maraqlandıran ən qiymətli ədəbiyyat seçilir.Sərgiləri layiqincə hazırlayıb oxuculara təqdim etmək lazımdır.Sərgi zövqlə tərtib edilməli, kitablar xüsusi bir sistemlə düzülməlidir. “Söhrab Tahir-90” adlı sərgi məqsədəuyğundur.Aşağıda belə bir sərginin nümunəsini veririk:

1.Başlıq: “Söhrab Tahir -90”.

2.Söhrab Tahirin şəkili.

3.Kitablarının nümayişi .

4.Seçilmiş əsərləri.

5.Ay işığında.

6.Həyat şirindir.

7.Qonşu qızın məktubları.

8.Əmanət.

Ədəbiyyat siyahısı.

1.Tahir , Söhrab. Ay işığında / S.Tahir.-B. : Azərnəşr, 1956.- 84 s. ; 5.000 nüs.

2.Tahir, Söhrab.Bulaq / S.Tahir.-B. : Azərnəşr, 1959.-100 s. ; 3.000 nüs.

3.Tahir, Söhrab.Həyat şirindir / S.Tahir.-B. : Azərnəşr, 1963.-108 s. ; 6.000 nüs.

4.Tahir, Söhrab.Qırılan zəncirlər / S.Tahir.-B. : Azərnəşr, 1963.-200 s. ; 6.000 nüs.

5.Tahir, Söhrab.Burdan bir atlı keçdi / S.Tahir.-B. : Gənclik, 1972.-144 s. ; 6.500 nüs.

6.Tahir, Söhrab.Azad qardaşım var / S.Tahir.-B. : Azərnəşr, 1973.-140 s. ; 10.000 nüs.

7.Tahir, Söhrab.Mənim yolum / S. Tahir.B. : Gənclik, 1975.-128 s. ; 8.500 nüs.

8.Tahir, Söhrab.Qonşu qızın məktubları / S. Tahir.-B. :Yazıçı, 1988.-383 s. ; 40.000 nüs.

9.Tahir, Söhrab.Əmanət.Povestlər / S. Tahir.-B. : Gənclik, 1991.- 424 s. ; 30.000 nüs.

Mərkəzi kitabxananın Metodika və biblioqafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

Əlisa Nicat -80.

(Metodiki vəsait).
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub.1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirib.1957-ci ildə  Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib.1955-ci ildə "Ədəbiyyat və incəsənət" "Bircə söz" adlı ilk şeiri çap olunub.1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib.1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib.1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib.1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb.1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib.

1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib.SSRİ-nin süqutundan və müstəqilliyn əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib.Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib.Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb.

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib.  

Keçiriləcək tədbirlər.

Şair Əlisa Nicatın anadan olmasının 80 illiyi ilə əlaqədar onun bədii irsinin yeni tarixi

şəraitdə öyrənilməsi, geniş oxucu kütləsinə çatdırılması və gənc nəslin Əlisa Nicat yaradıcılığının dəyərindən bəhrələnməsi, onlarda milli ləyaqətin tərbiyə olunması, elmi dünyagörüşünün formalaşdırılması üçün bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar qarşısında da mühüm vəzifələr durur.

Bu əlamətdar ildönümü münasibətilə kitabxanalarda Əlisa Nicatın əsərlərinin təbliği üçün rəngarəng forma və metodlardan istifadə etməklə geniş tədbirlər planı işlənib hazırlanmalı, onun yubileyi yüksək səviyyədə keçirilməlidir.

Bununla yanaşı, kitabxanalar birinci növbədə, ədib haqqında çap olunmuş ədəbiyyatın düzgün komplektləşdirilməsinə, özlərinin kataloqlarında, biblioqrafik kartotekalarında yeni rubrikaların açılmasına və yubiley materiallarının orada vaxtında əks etdirilməsinə nail olmalıdırlar.

MKS-nin Mərkəzi kitabxanası və onun kitabxana filialları Əlisa Nicatın bədii irsinin oxuculara çatdırılması üçün əyani və şifahi təbliğatın: kitab sərgiləri, kitabxana plakatları, stend, albom, ədəbi-bədii əsərlərin müzakirəsi, söhbətlər və disputların aparılması, oxucu konfranslarının, biblioqrafik icmalların keçirilməsini təmin etməlidir.

Təbii ki, kitabxanalarda bu formada atılan hər yeni addım milli mədəniyyətimizin üfüqlərini genişləndirdiyi kimi, müasir oxucunu da qədim və zəngin bədii söz sənətimizə hörmət və məhəbbət ruhunda tərbiyə etməkdən ibarətdir.

Əlisa Nicatın anadan olmasının 80 illiyi ilə əlaqədar kitabxanalarda sərgilərin tərtibi metodikasına diqqətlə yanaşmaq tələb olunur.

Aşağıda Əlisa Nicatın yaradıcılığına həsr olunmuş bir kitab sərgisinin nümunəsini veririk:



  1. “Əlisa Nicat-80”.

  2. Əlisa Nicatın şəkili.

  3. Kitablarının nümayişi.

  4. Seçilmiş əsərləri.

  5. Yay axşamı.

  6. Bir qız , üç çinar.

7. Nəğməyə dönmüş ömür.

8. Tarixin qürubu.

Ədəbiyyat siyahısı.

1.Nicat, Əlisa. Yay axşamı (şerlər) / Ə.Nicat.-B. : Azərnəşr, 1964.- 42 s. ; 4.000 nüs.

2.Nicat .Əlisa.Çənlibel (şerlər və poemalar) / B. : Gənclik, 1971.-72 s. ; 19.000 nüs.

3.Nicat, Əlisa.Bir qız , üç çinar (hekayələr) / Ə.Nicat.-B. : Gənclik, 1973.-93 s. ;

15.000 nüs.

4.Nicat, ƏIisa.Qırmızı buludlar (hekayələr və povestlər) / B. : Gənclik, 1977.- 83 s. ;

13.000 nüs.

5.Nicat, Əlisa.Nəğməyə dönmüş ömür (roman) / Ə.Nicat.-B. : Yazıçı, 1980.-186 s. ;

10.000 nüs.

6.Nicat, Əlisa.Qızılbaşlar (roman) / Ə.Nicat.-B. : Yazıçı, 1983.-256 s. ; 40.000 nüs.

7.Nicat, Əlisa.Mirzə Şəfi (roman) / B. : Gənclik, 1984.-274 s. ; 40.000 nüs.

8.Nicat, Əlisa.Qəbilə başçısı (povestlər və hekayələr) / Ə.Nicat.-B. : Yazıçı,1987.-

295 s. ; 30.000 nüs.

9.Nicat, Əlisa.Gəncəli müdrik (roman) / Ə.Nicat.-B. : Yazıçı, 1990.-280 s. ; 10.000 nüs.

Mərkəzi kitabxananın Metodika və biblioqafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

Füzuli rayonunun işğalından 23 il ötür.

(Metodiki vəsait).

23 avqust 1993-cü ildə ümumi sahəsi 139 393 hektar olan Füzuli rayonunun qərb hissəsindən 125368 hektar ərazinin erməni bədxahları tərəfindən işğal olunmasından 23 il ötür.

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur.Rayon 8 avqust 1930- cu ildə yenidən təşkil olunmuş və Qaryagin adlandırılmışdır.1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

İşğaldan əvvəl rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd, 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s.obyektlər var idi.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə Füzuli sakini döyüşmüş, yüzlərlə insan şəhid olmuş, yaralanmış, itkin düşmüşdür.Qarabağ müharibəsində ölkəmizdə ən çox itkin və şəhid verən Füzuli rayonunun əhalisi olmuşdur.Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır.Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.Hazırda 51 kənd və rayon mərkəzi erməni tapdağı altında zillət çəkir.55 min nəfərə yaxın Füzulili köçkün həyatı yaşayır.

Rayonunun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır.Qəsə- bələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri ilə müvəqqəti olaraq burada yerləşdirilmişlər.Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

Ümid edirik ki, işğal olunmuş torpaqlarımız yaxın zamanlarda erməni zülmündən azad ediləcək.Minlərlə köçkün öz yurd-yuvalarına qayıdacaqdır.

Keçiriləcək tədbirlər.

Bu il avqust ayının 23-də Füzuli rayonunun ermənilər tərəfindən işğal edilməsinin 23 ili tamam olur.Bununla əlaqədar respublikamızın hər yerində, xüsusilə mədəni-maarif müəssisələrində o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmalıdır.Bu məqsədlə kitabxanalar Füzuli rayonunun tarixinə aid əsərləri təbliğ etmək üçün əyani və şifahi təbliğatın: kitab sərgiləri, ucadan oxu, oxucularla söhbət , oxucu konfransı, anım gecəsi və s. formalardan istifadə edə bilərlər.

İlk növbədə kitabxanada sərgi təşkil olunmalıdır.Sərgidə Azərbaycanın tarixinə, Füzuli rayonunun işğalına aid müxtəlif çap olunmuş kitabları, dövrü mətbuatda dərc olunnmuş məqalələr nümayiş oluna bilər.

Kitabxanada keçirilən tədbirlər arasında anım gecəsi də xüsusi yer tutur.Gecə iki hissədə nəzərdə tutulur.Gecədə tarix müəllimlərinin, məktəblilərin iştirakı gecəni daha

daha maraqlı edər.Birinci hissədə kitabxanaçı Azərbaycanın dilbər guşəsi olan Qarabağın tarixi haqqında, erməni qəsbkarlarının işğalçılıq siyasəti haqqında danışmalı, qonaqların çıxışları dinlənilməlidir.İkinci hissədə Füzuli rayonuna aid bayatılar, şeirlər, poemalardan parçalar göstərilə bilər.Gecədə Füzuli rayonundan didərgin düşmüş soydaşlarımızın da iştirakı və çıxışı vacibdir.Gecədə foto-şəkillərin də nümayiş etdirilməsi, gənc nəsillərdə vətənə, torpağa məhəbbəti, düşmənə nifrəti artırır.

Tədbirin sonunda Füzuli rayonunun işğalına həsr olunmuş kino-film nümayiş etdirilə bilər.

Ədəbiyyat siyahısı.
1.Qaraoğlu, Fazil.Ermənilər və həqiqətlər / F.Qaraoğlu.-B. :Nurlar, 2009.-344 s.

2.Erməni soyqırımı: “mif və gerçəklik” / B. : Adiloğlu, 2012.-368 s.

3.Xudiyev, İlham.Qarabağ münaqişəsi.Faktlar və həqiqətlər / İ.Xudiyev.-B. :Ünsiyyət,

2007,100 s.

4.Qəhrəmanov, Nazim.I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili /

N.Qəhrəmanov.-B. : E.L, 2008.-296 s.

5.Əsgərov, Vüqar.Azərbaycanın milli qəhrəmanları / V.Əsgərov.-B. :Dərələyəz-M,

2010.-288 s.

6.Hicran, Fəridə.Qarabağda talan var / F.Hicran.-B. :Gənclik, 1992.-160 s.

7.Sultanov, Z.Qarabağ gündəliyi / Z.Sultanov.-B. :Yazıçı, 1991.-116 s.

8.Xuraman.Qarabağım qəm ocağım / B. : “Nağı evi”, 2004.-112 s.

9.Kəngərli, Qulu.Erməni lobbisi... Azərbaycan faciəsi / Q.Kəngərli.-B. :Yazıçı, 1992.-

208 s.

10.Əzizinəm Qarabağ / B. :Gənclik, 1993.-191 s.

11.Əroğul, Əlisahib.Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası / Ə.Əroğul.-

B. : Təknur, 2009.-200 s.

12.Musayev, Maksim.Ermənilər Amerikada / M.Musayev.-B. :Nurlar, 2012.-128 s.

13.Didərginlər / B. :Gənclik, 1990.-384 s.

14.Məmmədova, Həvva.Azərbaycan Xalq cümhuriyyəti dövründə yuxarı Qarabağda

siyasi vəziyyət.Erməni terrorizminin güclənməsi / H.Məmmədova.-B. :Nağıl evi,

2006.-150 s.
Mərkəzi kitabxananın Metodika və biblioqafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

.

Cəbrayıl rayonunun işğalı işğalından 23 il ötür.



(Metodiki vəsait).

1993-cü il avqust ayının 23-də Cəbrayıl rayonu işğalçı erməni silahlı qüvvələri tərəfindən zəbt edilmişdir.

1994-cü il Horadiz əməliyyatı zamanı Milli Ordunun hərbi silahlı qüvvələri şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətinə irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi düşmən işğalından azad olunmuşdu.

İşğaldan əvvəl rayonda 72 orta və natamam orta məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğu fəaliyyət göstərmişdi.Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi olmuşdu.Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim , 52 feldşer-mama məntəqəsi xidmət göstərirdi.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilmişdir.

Ümumiyyətlə, döyüşlərdə 180, atəşkəs dövründə isə 16 nəfər həlak olmuş, 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişmiş, 90 nəfərə yaxın isə əsir və itkin düşmüşdür.Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu almış, 6 nəfər isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.Cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var.

2006-2007-cı illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilmişdir.

Ölkənin 58 bölgəsinə səpələnən cəbrayıllılar daha çox Beyləqan, İmişli, Sabirabad, Saatlı, Biləsuvar rayonlarında məskunlaşmışlar.

Biz inanırıq ki, qələbə uzaqda deyil. Ali baş komandanın yürütdüyü uzaqgörən siyasət, apardığı danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad olacaq, bütün həmvətənlərimiz öz yurd-yuvalarına dönəcəklər.

Keçiriləcək tədbirlər.

Bu il avqust ayının 23-də Cəbrayıl rayonunun ermənilər tərəfindən işğal edilməsinin 23 ili tamam olur.Bununla əlaqədar respublikamızın hər yerində, xüsusilə mədəni-maarif müəssisələrində o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmalıdır.Bu məqsədlə kitabxanalar Cəbrayıl rayonunun tarixinə aid əsərləri təbliğ etmək üçün əyani və şifahi təbliğatın: kitab sərgiləri, ucadan oxu, oxucularla söhbət , oxucu konfransı, anım gecəsi və s. formalardan istifadə edə bilərlər.

İlk növbədə kitabxanada sərgi təşkil olunmalıdır.Sərgidə Azərbaycanın tarixinə, Cəbrayıl rayonunun işğalına aid müxtəlif çap olunmuş kitabları, dövrü mətbuatda dərc olunnmuş məqalələr nümayiş oluna bilər.

Kitabxanada keçirilən tədbirlər arasında anım gecəsi də xüsusi yer tutur.Gecə iki hissədə nəzərdə tutulur.Gecədə tarix müəllimlərinin, məktəblilərin iştirakı gecəni daha

daha maraqlı edər.Birinci hissədə kitabxanaçı Azərbaycanın dilbər guşəsi olan Qarabağın tarixi haqqında, erməni qəsbkarlarının işğalçılıq siyasəti haqqında danışmalı, qonaqların çıxışları dinlənilməlidir.İkinci hissədə Cəbrayıl rayonuna aid bayatılar, şeirlər, poemalardan parçalar göstərilə bilər.Gecədə Cəbrayıl rayonundan didərgin düşmüş soydaşlarımızın da iştirakı və çıxışı vacibdir.Gecədə foto-şəkillərin də nümayiş etdirilməsi, gənc nəsillərdə vətənə, torpağa məhəbbəti, düşmənə nifrəti artırır.



Tədbirin sonunda Cəbrayıl rayonunun işğalına həsr olunmuş kino-film nümayiş etdirilə bilər.

Ədəbiyyat siyahısı.
1.Qaraoğlu, Fazil.Ermənilər və həqiqətlər / F.Qaraoğlu.-B. :Nurlar, 2009.-344 s.

2.Erməni soyqırımı: “mif və gerçəklik” / B. : Adiloğlu, 2012.-368 s.

3.Xudiyev, İlham.Qarabağ münaqişəsi.Faktlar və həqiqətlər / İ.Xudiyev.-B. :Ünsiyyət,

2007,100 s.

4.Qəhrəmanov, Nazim.I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili /

N.Qəhrəmanov.-B. : E.L, 2008.-296 s.

5.Əsgərov, Vüqar.Azərbaycanın milli qəhrəmanları / V.Əsgərov.-B. :Dərələyəz-M,

2010.-288 s.

6.Hicran, Fəridə.Qarabağda talan var / F.Hicran.-B. :Gənclik, 1992.-160 s.

7.Sultanov, Z.Qarabağ gündəliyi / Z.Sultanov.-B. :Yazıçı, 1991.-116 s.

8.Xuraman.Qarabağım qəm ocağım / B. : “Nağı evi”, 2004.-112 s.

9.Kəngərli, Qulu.Erməni lobbisi... Azərbaycan faciəsi / Q.Kəngərli.-B. :Yazıçı, 1992.-

208 s.

10.Əzizinəm Qarabağ / B. :Gənclik, 1993.-191 s.

11.Əroğul, Əlisahib.Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası / Ə.Əroğul.-

B. : Təknur, 2009.-200 s.

12.Musayev, Maksim.Ermənilər Amerikada / M.Musayev.-B. :Nurlar, 2012.-128 s.

13.Didərginlər / B. :Gənclik, 1990.-384 s.

14.Məmmədova, Həvva.Azərbaycan Xalq cümhuriyyəti dövründə yuxarı Qarabağda

siyasi vəziyyət.Erməni terrorizminin güclənməsi / H.Məmmədova.-B. :Nağıl evi,

2006.-150 s.
MərMərkəzi kitabxananın Metodika və biblioqafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.



Yüklə 25,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin