Şirvani Ədilli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#677
  1   2   3   4   5   6

Şirvani Ədilli 
 
 
 
 
 
 
 
 
MƏNİM ODLAR 
DİYARIM 
(Şeirlər) 
 
 
 
 
 
 
 
 
 
“Türküstan” kitabxanası 


 
 
 
 
Redaktor: 
Fil. e. d., prof.  
Nəsir Əhmədli
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ədilli Şirvani 
Mənim  odlar  diyarım.  ġeirlər.  Redaktor  və  ön  sözün 
müəllifi fil. e. d., pr. N. Əhmədli. Bakı, “Adiloğlu”–2011, 112 
səh. 
 
 
Kitabda  müəllifin  vətənpərvərlik,  sevgi,  satirik  və  digər 
mövzularda olan Ģeirləri toplanmıĢdır. Kitab bədii ədəbiyyatla 
maraqlanan geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur.  
 
 
 
 
 
BAKI –  “ADĠLOĞLU” – 2011 


 
Redaktordan: 
 
Canı canan üçün sevən şair 
 
ġirvani  Ədillinin  “Mənim  odlar  diyarım”  Ģeirlər  kitabının 
əlyazmasını  diqqətlə  oxuyub  çox  sevindim.  Ġllərdən  bəri  beynimdə 
gəzdirdiyim, 1999-cu ildə iki ölkənin – Fransa ilə ABġ-nın vətəndaĢı 
və  Milli  Qəhrəman  Jilber  de  Lafeyetə  (1757-1834)  həsr  etdiyim 
“Altruist”  adlı  yazımda  ifadə  etdiyim  bir  keyfiyyəti  gördüm  onda. 
Heç  kəsdən  heç  nə  ummadan  baĢqalarının  qeydinə  qalan, 
baĢqalarının azadlığı, xoĢbəxtliyi naminə öz Ģəxsi, fərdi mənafeyini, 
var-dövlətini,  lazım  gələndə  canını  qurban  verən  adama  altruist 
deyirlər.  Latıncadan  alınmıĢ  həmin  sözü  (alter  –  baĢqası)  elmi 
ədəbiyyata  məĢhur  fransız  filosofu  O.  Kont  (1798-1857)  gətirib. 
BaĢqa  əksliklərdə  olduğu  kimi  altruizmlə  eqoizmin  “qızıl  ortasını”, 
vəhdətini tapıb özündə birləĢdirmək, yəni Füzulinin dediyi kimi, eyni 
vaxtda  həm  canı  canan  üçün,  həm  də  cananı  can  üçün  sevmək, 
sağlam  canla  sağlam  canana  qovuĢmaq  ideal  variantdır.  Bu  fikri 
tələbə vaxtı – 60-cı illərdə yazdığım Ģeirlərimin birinin son bəndində 
belə ifadə etmiĢdim: 
 
Ölüb can qurtarmaq istəmirəm mən, 
QurumuĢ budaqdan yerə nə kölgə? 
Mən səni yaĢadıb, özüm də, Vətən, 
YaĢamaq istərəm səninlə birgə. 
 
Eyni fikrə ġirvaninin “DöyüĢə gedirəm” Ģeirində rast gəldim və 
fərəhləndim  ki,  çağdaĢ  gənclərimiz  yaĢatmaq  üçün  yaĢamaq 
amalındadırlar: 
 
Mən döyüĢə getmirəm fəda edəm canımı, 
Mən döyüĢə gedirəm məhv edəm düĢmanımı. 
Mən döyüĢə getmirəm tabutum geri dönsün, 
Məni kimsə ağlasın, kimsə yasa bürünsün. 
Ölməyə qəhrəmanlıq, igidlik  demərəm mən, 
Hünərin var ölmədən igid, qəhrəman ol sən! 
...Mən gedirəm millətin haqqın geri almağa, 
Yağılar üzərində qəti zəfər çalmağa... 


 
ġirvani  “millət”  deyəndə  təkcə  ərazisinin  beĢdə  biri  yağı 
tapdağında  olan  9  milyonluq  Quzey  Azərbaucan  xalqını  nəzərdə 
tutmur,  50  milyonluq  bütöv  Azərbaycanı  öz  poetik  düĢüncəsinə 
hədəf seçir: 
 
Oldu “Türkmənçay” Azərbaycana tarix ləkəsi, 
Ġki əsr oldu Quzey Rusiya müstəmləkəsi, 
Sonra da oldu Güney farsdan əsarət çəkəsi
Bu Araz millətə göz dağı olan seldir axı, 
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı! 
 
Bütöv  Azərbaycandan  keçən,  Məhəmməd  Əmin  Rəsulza-
dələrin,  Əli  bəy  Hüseynzadələrin,  Əhməd  Cavadların,  Üzeyir 
Hacıbəylilərin... arzusuna qovuĢan bu yol daha da geniĢlənərək bütün 
türk dünyasını ağuĢuna alır: 
 
Millət kimi artıq özünüdərk çağımızdır, 
Türkük, Vətənin üç yanı namərd yağımızdır, 
Dərbənddən üzü Kəngərə öz torpağımızdır, 
Yadlarda qalan elləri azad edərik biz, 
Yol dahilərin qoyduğu yoldur, gedərik biz! 
 
Kitabda  100-ə  yaxın  müxtəlif  mövzulu,  müxtəlif  janrlı  Ģeir 
toplanıb. Mən onların bədii keyfiyyətini qiymətləndirmək istəmirəm. 
Qoy  oxucu  özü  mülahizə  yürütsün.  Bircə  onu  deyim  ki,  ġirvaninin 
hər  bir  əsərində  orijinal  düĢüncə  tərzi,  yenilik  axtarıĢı  duyulur. 
ġeirlərin bir hissəsi qəzəl janrındadır və burada müəllif əruz vəzni ilə 
heca vəzni arasında sanki bir körpü yaratmağa çalıĢıb. ġ. Ədillinin bu 
sahəyə  aid  “Əruz  vəzninin  sadələĢdirilmiĢ  qəlibləri”  adlı  maraqlı 
araĢdırması da var. 
Gənc dostumuza həm milli mücadilə yolunda, həm də bədii və 
elmi  yaradıcılıqda  uğurlar arzulayıram.  Belə  gəncləri  görəndə  istər-
istəməz  qürur  hissi  keçirirsən  və  düĢünürsən  ki,  “Hələ  yaĢamağa 
dəyər bir az da”. 
 
Nəsir ƏHMƏDLİ 
Filologiya elmləri doktoru,  
professor. 


 
 
 
 
 
 
 
Vətənpərvərlik
 
mövzusunda
 
  
 
olan şeirlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
                
Əziz 
V
ətən
 
 
Əziz Vətən,
 
Bu  ürəyim, canım kimi,
 
Damarımda qanım 
kimi 
                 
varlığıma bağlısan sən!
 
Əziz 
V
ətən,
 
Hər an necə qərar tutar
 
                          
ruh bədəndə,
 
Qərar tutduq biz də səndə!
 
Azadlığın bizim üçün
 
                       
bir səadət,
 
Əsirliyin bizə zillət,
 
Yad əllərdə qalan ellər
 
                 
qəlbimizdə dərin yara,
 
Can verərik, qan tökərik,
 
                 
çıxaq xoşbəxt sabahlara!
 
Əziz 
V
ətən,
 
Sənə olan məhəbbətim
 
             
həyatıma məna verən
 
                                  hiss olubdur, 
O ülvi hiss bu dünyada
 
                 
mənlə birgə doğulubdur,
 
M
ənlə birgə öləcəkdir,
 
Könlüm vətən sevgisiylə
 
                 
ağlayacaq, güləcəkdir!
 
Bütöv 
V
ətən,
 
Sən millətin ən böyük bir diləyisən,
 
Hava-
su tək gərəyisən,
 
Bütövlüyün millət üçün şərəf
-
şandır,
 
Əsl ömür sürən insan
 
                 
bu amalla yaşayandır!
 
Əziz Vətən,
 
əziz Vətən,
 
Qəlbimizdə bütövsən sən,
 
Orda “Araz” adında bir 
 


 
                            
sərhəd də yox,
 
Ayrılıq yox, həsrət də yox,
 
Birdir Gəncə, Təbriz, Zəncan,
 
Kərkük, Bakı, Qəzvin, Tehran!
 
Qədim, ulu Əkbatanım,
 
İlk vətənim, ilk məkanım

Bir eli də gərək anım,
 
Doğma, əziz Xorasanım

Öz ünvanım,
 
G
ündoğanım!
 
Yurdumun bütün elləri

Xoyu, Dərbəndi, Kəngəri
 
                   bir olubdur, bir olacaq,                                      
Bütöv 
V
ətən torpağında
 
       
bir gün bütöv 
d
övlətim də 
 
                                      qurulacaq! 
 
                                         18. 05. 2009. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
                 
Mənim Odlar diyarım
 
 
Bu elin hər daşının, torpağının türklüyü var,
 
Hər ağac, hər kolunun, yarpağının türklüyü var,
 
Suyunun, səhrasının, yaylağının türklüyü var,
 
Enməz, üçrəngli, böyük bayrağının türklüyü var,
 
T
ürklüyüm, bir uca milliyyətim –
 
Odlar diyarım,
 
Qürurum, varlığım, heysiyyə
tim 

 
Odlar diyarım!
 
 
Ulu tarix, ulu Kəngər, Alatey,
 Qutdu bu el, 
Mərd Kiağsar, qoca Zərdüşt, Dədə Qorquddu bu el,
 
Odunun nuru ilə haqq yolunu tutdu bu el,
 
Qüdrətiylə ucalıb düşməni qorxutdu bu el,
 
Adı tarixdə qədimdən qədim Odlar diyarım,
 
Qürurum, varlığım, heysiyyətim –
 
Odlar diyarım!
 
 
Köksü üstündə də baxma, neçə sərhəd dayanar,
 
Yenə gerçəkdə, ürəklərdə bütövdür bu diyar,
 
Lənətə gəlmiş o sərhədləri qırmaqdı qərar,
 
Xalqımın qırmağa güc
-
qüvvə
s
i də, haqqı da var,
 
Budur uğrundakı son niyyətim, Odlar diyarım,
 
Qürurum, varlığım, heysiyyətim –
 
Odlar diyarım!
 
 
                                                                 May, 2005. 
 
 
 
 
 
 


 
 
 
 
 
 
                     
Döyüşə gedirəm
 
 
Mən döyüşə getmirəm fəda edəm canımı,
 
Mən döyüşə gedirəm məhv edəm düşmanımı.
 
 
Mən döyüşə getmirəm tabutum geri dönsün,
 
Məni kimsə ağlasın, kimsə
 
yasa bürünsün.
 
 
Ölməyə qəhrəmanlıq, igidlik  demərəm mən,
 
Hünərin  var ölmədən igid, qəhrəman ol sən!
 
 
Düşündürməz heç zaman döyüşdə ölmək  məni,
 
Hər an hazır olaram öldürməyə düşməni!
 
 
Rus, ingilis, fransız –
 
öz haqqına çatanlar,
 
Başqasının haqqını almağ
a can atanlar. 
 
Mən gedirəm millətin haqqın geri almağa,
 
Yağılar üzərində qəti zəfər çalmağa!
 
 
Mən gedirəm qaytaram əsir elləri geri,
 
Qıram torpaq üstünə çəkilən sərhədləri!
 
 
                                                 Fevral, 2002.  
 
 
 
 
 
 

10 
 
 
 
        Uğur marşı 
 
Birdir bizim  ellərimiz,
 
Dərbəndimiz, Kəngərimiz ,
 
Çıxıb qından xəncərimiz

Hədəf bəlli, qərar qəti

Uğur sənə, Türk milləti

 
Var gücümüz, qüvvətimiz,
 
Özgəyə yox minnətimiz,
 
Bütövlükdür niyyətimiiz,
 
Budur millət şərafəti,
 
Hədəf bəlli, qərar qət
i, 
Uğur sənə, Türk milləti!
 
 
Aş Arazı, keç o
 taya, 
Bax Təbrizə, Urmiyaya,
 
Gəl yenidən bu dünyaya,                            
 
Anla  yenə bu hikməti,
 
Hədəf bəlli, qərar qəti,
                                
Uğur sənə, Türk milləti!
 
 
Kim “böyüklük” edər bizə

Qır sədləri, çıx Körfəzə

Zalımları əzə
-
əzə
 
Al  əbədi hürriyyəti! 
 
Hədəf bəlli, qərar qəti

Uğur sənə, Türk milləti!
 
 
                      Oktyabr, 2000.  
 
 
 

11 
 
 
 
Ay quzeydən gələn namərd
 
 
                              
Şimal düşmənlərimizə
 
 
Ay quzeydən gələn namərd,
 
Qorxmursansa adımı de!
 
Qələmlə ad silən namərd,
 
Doğmamı de, yadımı de.
 
 
Ay quzeydən gələn namərd,
 
Məni yaxşı bilən namərd,
 
Məndən qorxub
-
silən namərd,
 
Axı yaxşı bilirsən sən,
 
Kimliyimi doğru desən
 
Kəsəmməzsən mənimlə şərt,
 
Qoyammazsan mənə sərhəd

 
Desən hardan gəlir səsim,
 
Desən əlim çatır hara,
 
Sən olarsan mənə təslim,
 
Dağılarsan para
-para! 
 
Ay quzeydən gələn namərd,
 
Sözlə məni bölən namərd,
 
Saxta sözün, yalanların
 
Faş olacaq bil ki, yarın!
 
 
Tarix bir gün əsarəti 
 
Keçmişlərə atacaqdır,
 
Ellər alıb hürriyyəti
 
Səadətə çatacaqdır!
 
 
                         Avqust, 2000. 
 

12 
 
 
                        
 
 
                        
Savaş
 
 
                         
Sahibsiz olan məmləkətin batması haqdır,
 
                      
Sən sahib 
olursan bu 
vətən batmayacaqdır

      
              M.A.
Ərsoy
    
 
Millət kimi artıq özünüdərk çağımızdır,
 
Türkük, Vətənin üç yanı namərd yağımızdır,
 
Dərbənddən üzü Kəngərə öz torpağımızdır,
 
Yadlarda qalan elləri azad edərik biz,
 
Yol dahilərin qoyduğu yoldur, gedərik biz!
 
 
Bizlər sevərik xalqı, eli, milləti candan,
 
Öz xalqını sevməklə çatar haqqına insan,
 
Millətçilərik, indi bizimdir daha meydan,
 
Qoy hamı gəlib qüvvəmizi görsün, inansın,
 
Yoxdur önümüzdə elə qüvvət ki, dayansın!
 
 
Hürriyyət olar dünyada hər xalqa səadət,
 
Hürriyyətin uğrunda zəfərdir bizə qismət,
 
Bu yolda bizimlə olacaq çünki

ədalət!
 
Bir qovğada hansı ulusun qayəsi haqdır,
 
Haqqın gücünə sonda o qalib çıxacaqdır!
 
  
                                                    Aprel, 2000. 
 
 
 
 
 
 
 
 

13 
 
 
 
 
 
 
                  
Millətçilərik biz
 
 
Nə qəsbkarıq biz, nə əsarətçilərik biz,
 
Müstəmləkəlikdən ki şikayətçilərik biz,
 
Nə saxta, riyakar, nə də 
bid
ətçilərik biz,
 
Meydanda ləyaqətli siyasətçilərik biz,
 
Sadiq sözünə, andına millətçilərik biz!
 
 
Mənfur yağılar istəyinə millət əzilməz,
 
Nam
ərd qabağında axı Türk oğlu əyilməz,
 
Xalq olmamış azad bu savaşdan da çəkilməz,
 
Bir kimsə bu yoldan bizi ki, döndərə bilməz,
 
Çatsın səsimiz hər yana 

millətçilərik biz,
 
Sadiq sözünə, andına, millətçilərik biz!
 
 
Yol başlamışıq vahid Azərbaycanımızçün,
 
Yox 
qorxu müqəddəs bu gedişdə canımızçün,
 
Heç bir vədə gəlməz  ləkə Türk ad
-
sanımızçün,
 
Çıxmışsa qınından bu qılınc düşmanımızçün,
 
O bir daha dönməz qına, millətçilərk biz,
 
Sadiq sözünə, andına, millətçilərik biz!
 
 
                                                    
İyun,
 1999.  
 
 
 
 
 
 
 

14 
 
 
 
                        
Bir eldir axı
 
 
Adımız Türkdü bizim, yurdumuz  “Odlar”dır axı,
 
Ən qədimdən də qədim tariximiz vardır axı,
 
Xalqımız
 
neyçün əsarətlərə düçardır axı?
 
Niyə bu ellərin üstündəki yad əldir axı?
 
Zəngəzur, Göyçə,
 
Güney, Borçalı bir eldir axı!
 
 
Oldu “Türkmənçay” Azərbaycana tarix ləkəsi,
 
İki əsr oldu Quzey Rusiya müstəmləkəsi,
 
Sonra da oldu Güney farsdan əsarət çəkəsi,
 
Bu Araz millətə göz dağı olan seldir axı,
 
Zəngəzur, Göyçə, Güney,Borçalı bir eldir axı!
 
 
Eləsin satqına, xainlərə lənət yaradan,
 
Zəngəzur, Göyçə de, hay torpağı oldu haradan?
 
Bəs deyilmiş kimi millət  də qovuldu oradan,
 
Qəlbimizdə bu dərin ağrıdı, nisgildir axı,
 
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı!
 
 
Yağılar tapdağı altındakı nakam Qarabağ,
 
Çəkilən dağların üstündə olub bir yeni dağ,
 
Qarabağsız bəs olarmı bu elin bir günü ağ

Həsrətik biz bu əziz yurda neçə ildir axı,
 
Zəngəzur, Göyçə, 
G
üney, Borçalı bir eldir axı!
 
 
Oldu yad ölkə yeri Borçalı tək cənnətimiz,
 
Orda yad ölkə vətəndaşlarıdır millət
imiz, 
Bir gün axır ki, yaranmazmı bütöv dövlətimiz,
 
Qəhrəman xalqımızın tarixi əvvəldir axı,
 
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı!
 
 
                                                       Yanvar, 1999. 

15 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sevgi şeirləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

16 
 
           
Sənli günlərim.
 
 
Sənli günlərim,
 
Ömrümə bir silinməz naxış,
 
Yada salmaq 

  
Əlçatmaz zirvəyə
 
                    
həsrətlə baxış!
 
Sənli günlərim,
 
Demirəm qədrini 
 
                   
bilməmişəm mən,
 
Bilmişəm, 
 
Bəlkə də daha çox
 
                     i
ndi bildiyimdən!
 
Nə edə bilərdim ki?
 
Tutub saxlaya bilməzdim ki
 
                             
mən zamanı,
 
Bilirdim, ötəcəkdi, 
 
Bir xəyala dönəcəkdi
 
                            
hər bir anı!
 
Sənli günlərim,
 
O günlərdə sən mənimçün  
 
                               
bir səadət,
 
Mən səninçün bir xəyaldım,
 
Səndən bir saf könül aldım.
 
O günlərin səadəti 
 
                  
o qədər böyükdü ki,
 
Sanki gerçək deyildi,
 
Mənimçün də bir xəyaldı,
 
Elə xəyal tək də qaldı!
 
O səadət bir xəyaldısa,
 
              
həmin
 
xəyal indi də var,
 
Bəs nə yoxdur,
 
                
nədir qəlbdəki intizar?
 
Hər halda o günlər yoxdur –
   
                          
sənli günlərim!
 

17 
 
Bəlkə bu şeir qaytaracaq,
 
                              
o günləri?
 
Yox, 
hər halda 
qaytarmayacaq, 
Daim sızıldayacaq 
 
               
həsrət yarasının yeri.
 
 
                               19. 04. 2010. 
 
 
              Varam 
 
...yoxsan, 
Sən mənim
 
üçün
 
Xoş arzularsan demək,
 
Baharda qarsan demək,
 
Qışda baharsan demək.
 
Yoxsan, 
sən mənim
 
üçün 
 
daha çox varsan demək...
 
 
                   
B. Vahabzadə

 
Varam! 
Qışında qaram,
 
Yayında baram,
 
Varam, varam, mən varam,
 
Bir gerçəyəm, aşkaram!
 
 
Varam, 
Hər an ürəyimdə 
 
                  
səni anaram,
 
Eşqinlə yanaram.
 
Varam, 
Gördüyüm hər şeydə
  
                       
səni bularam,
 
Səninlə 
qalaram. 
 

18 
 
Varam, 
Mən sənə ömürdə
 
              
sonadək yaram,
 
Sənsiz bimaram!
 
 
                            12. 07. 2007.  
 
 
 
 
 
                              
Qəzəl
 
 
Heç nəyim yoxdur, cahanda bir nigarım var mənim,
 
Ondan ayrıysam nə səbrim, nə qərarım var mə
nim. 
 
Heç nəyin çəkməz bu könlüm həsrətin bir dəm, fəqət
 
Yalnız o gülçün ürəkdə intizarım var mənim!
 
 
Ayrılıq həsrətlə doydurduqda aşiq könlümü
 
Sanki, Məcnun tək biyabandan güzarım var mənim.
 
 
Dörd fəsilnən dövr edər daim təbiət, amma bu
 
Gerçək eşqimlə ömürlük bir baharım var mənim.
 
 
Ey Ədilli
, T
anrı bəxş etmişsə bu eşqi mənə,
 
Artıq aləmdə nə dərdim, nə qubarım var mənim!
 
 
                                                                 06. 01. 2007. 
 
 
 
 
 
 

19 
 
 
 
 
 
 
 
 
                  
Səadətim
 
 
Göydə bəxt ulduzu aramışam mən,
 
Nə bilim

sən elə göydən düşmüsən!
 
Qapını üzünə qapamışam mən,
 
Çölündə “sən” adlı səadət ikən!
 
 
Bu könlüm
 
gör necə sevibmiş səni,
 
Heç kimi o qədər sevməyəcək tək,
 
Ağıl bu qədərmi kor imiş yəni?
 
Ona görünməmiş bu boyda gerçək!
 
 
Ay mənim mələ

tək məsum baxışlım,
 
Qəlbə düşmən oldum tərk edib səni,
 
Ölümsə cəzası bu günahımın

Gəl öz əllərinlə vur öldür məni! 
 
 
                                       17. 07. 2006. 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin