Şirvani Ədilli



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə3/6
tarix02.12.2016
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6

Özüməm
 
 
Məni necə görmək istəsən də sən,
 
Bil ki, 
başqa biri edə bilməzsən,
 
Sən nə görürsənsə

o da mənəm, mən,
 
Yaxşı bax

bu qaşım, bu da ki, gözüm,
 
Əmin ol, bu mənim özüməm, özüm!
 
 
Kim nə söyləyirsə, qoy özü bilsin,
 
Nə gərək bununçün qürur əyilsin,
 
Bu mənəm, xoşuna gəlirsə gəlsin,
 
Gəlmirsə yenə də yoxdur bir sözüm,
 
Bax, 
gülüm, bu mənim özüməm, özüm!
 
 
Mən buyam, olmaram sabah başqa cür,
 
Ruhum ki 
yarımçıq deyil, bütövdür,
 
Ancaq bir üzümlə sürərəm ömür,
 
Bil ki, yoxdur mənim ikinci üzüm,
 
Yaxşı bax

bu mənim özüməm, özüm!
 
 
                                            Mart, 2000.  
 
 
 
 
 
 
 
 

41 
 
     
            
Günah özümdədir.
 
 
Eşqim bu sükuta dözəmməyəndə
 
Dərd verən deyirəm nahaqdan sənə,
 
Axı sənin məndən nə xəbərim var,
 
Mən ancaq baxıram qıraqdan sənə.
 
 
Sanıram sənə bu qəlbimi açsam,
 
Açaram bir böyük qəbahətimi,
 
Deyirəm qarşında qəbahətim tək
 
Gizlədim içimdə məhəbbətimi!
 
 
Bəlkə də bu namərd dilimi açsam
 
Bir anlıq sən gedib xəyala dərin
 
Y
enə də mehriban baxışlarınla
 
Baxarsan üzümə, qaçar ləblərin.
 
 
Səndən ki özgə şey görməyib gözüm

Bir kəlmə nədir ki, dəyişəsən sən,
 
Bir kəlmə nədir ki, nifrətə dönsün
 
İllərin dostluğu, sayğısı birdən!
 
 
Özgələr içində qıraqdan baxıb,
 
Nə salam söyləyib, nə söz deyərsən,
 
Təklikdə onun da əvəzin çıxıb
 
Hər sözünlə sanki, üzr istəyərsən!
 
 
Aşiq ki heç zaman

heç bir çətində
 
Eşqin yollarından çəkilməz geri,
 
Böyük bir sevginin həqiqətində
 
Yoxdur bir təkəbbür, təvazö yeri!
 
 
                                      Fevral,  2000.  
 

42 
 
 
 
 
                  
Tək bənd
 
 
Ayrılığın son qoyubdu

hər şeyə,
 
Sən getmisən, arzu gedib, kam gedib,
 
Kədər gəlib mənlə ömür etməyə,
 
Sevin
c mənə alışmamış xam gedib!
 
 
                                            Noyabr, 1999.  
 
 
 
                  
Möhtacam 
 
 
Bir ox olub, gəl sinəmə bat mənim,
 
Hər an sənin gəlişinə möhtacam.
 
İstəyirsən sevincimi qəm edib 
 
Qəmimə gül, gülüşünə möhtacam!
 
 
Gəlib məndən əhvalımı soruşma,
 
Dərd
-
qəmimə şərik olma, qarışma,
 
Küsülü tək bir söz demə, danışma,
 
Baxışına, duruşuna möhtacam!
 
 
Qayıt gülüm, gözüm gürsün çöhrəni, 
 
Xəyalına əsir etmə sən məni,
 
Həqiqətdə görəmməsəm mən səni,
 
Bir yuxuma girişinə möhtacam!
 
 
                                         20. 11. 1999. 
 
 
 

43 
 
 
 
 
 
 
 
 
 
                 
Səndədir
 
 
Gülüm, baş götürüb getsəm də hara,
 
Xoşbəxt həyatımın özü səndədir,
 
Çoxdur ürəyimə vurulan yara,
 
Hər ürək yaramın közü səndədir!
 
 
Yüz insan görsəm də tənhayam yenə,
 
Möhtacam sevincdə, kədərdə sənə,
 
Bu qəmli dünyada bir kərə mənə
 
Taleyin güləcək üzü səndədir!
 
 
Bərələr keçirəm, bəndlər yarıram,
 
Hara əl atıram, qəm qoparıram,
 
Hər şeyi “sən” görüb, “sən” axtarıram
 
Hər an bu könlümün gözü səndədir
 
 
                                            17. 11. 1999. 
 
 
 
 
 
 
 
 
 

44 
 
 
 
 
 
 
 
 
 
                         
Qəzəl
 
 
Yaxşı ki, eşq aləmimdə sən, gülüm var olmusan,
 
Heç zaman dönməz bu sevdama səbəbkar olmusan.
 
 
Səndən əvvəl də çox afət qəlbimə mehman olub,
 
Qəlbimi tərk etməyib tək sən vəfadar ol
musan. 
 
Tək sənə oldum nədən aşiq, buna olmaz səbəb,
 
Sən mənə Xaliq yetirmiş sevgili yar olmusan.
 
 
Çatdım aləmdə səni sevməklə mən kamilliyə,
 
Qəlbimə zülmət qaranlıqdan xilaskar olmusan.
 
 
Səndə tapmışdır Ədilli ömrünün mənasını,
 
Sən sevincimdə səadət, qəmdə qəmxar olmusan!
 
 
                                                               17. 11. 1999. 
 
 
 
 
 
 
 
 
 

45 
 
 
 
 
                 
Tək bənd
 
 
Sən tək bir gözəli görən bir insan
 
Ürəyi sinədə qoya bilərmi?
 
Lap yüz illik ömür sürən bir insan
 
Sən olan dünyadan doya bilərmi? 
 
 
                                        Aprel, 1999.  
 
 
 
              
Gözəlliyin var
 
 
Gülüm, heç özündən varmı xəbərin?
 
Qəlbləri yandıran gözəlliyin var!
 
Ləbin çeşməsidir abı
-
kövsərin

Cənnəti andıran gözəlliyin var!
 
 
Sən tək bir gözəlin yox ki qiyməti,
 
Kim danar dünyada bu həqiqəti

Min bir gözəllikli bu təbiəti
 
Hərdən utandıran gözəlliyin var!
 
 
Gözəl olduğunu sən bilə
-
bilə,
 
Danışıb
-
gülürsən naz
-
qəmzə ilə,
 
Sən özün naz edə bilməzsən belə,
 
Səni nazlandıran gözəlliyi
n var! 
 
                                        Mart, 1999.  
 
 
 

46 
 
 
 
           
Nəyinə gərəyəm
 
 
Bütün bu təbiət heyranındısa,
 
Dünyanın nəyi var qurbanındısa

Görəni ram etmək imkanındısa,
 
Nəyinə gərəyəm axı mən sənin?
 
 
Mən bələd olaram eşqın dadına,
 
Şeirlər qoşaram sənin adına,
 
İstəsən
, ya
naram sənin oduna,
 
Nəyinə gərəyəm axı mən sənin?
 
 
Çəkərəm mən sənin eşqində zülüm,
 
Buna görə səni minnətdar bilim?
 
Yox, yox, mən özüm də bilirəm, gülüm,
 
Nəyinə gərəyəm axı mən sənin?
 
 
Nə fərqi, aşiqəm, aşiq deyiləm,
 
Eşqimə sadiqəm, sadiq deyiləm,
 
Bircə gülüşünə layiq deyiləm,
 
Nəyinə gərəyəm axı mən sənin?
 
 
Məni tanısan da

özünçün görmə,
 
Sənə “haqq” verilib, salam da vermə,
 
Mənə ürək  verən eyham da vurma,
 
Nəyinə gərəyəm axı mən sənin?
 
 
Hərdən üzümə də gəlib gülərsən,
 
Bir sözünlə məni xoşbəxt elərsən,
 
Sən bunu sədəqə yəqın bilərsən

Nəyinə gərəyəm axı mən sənin?
 
 
 

47 
 
 
 
 
 
Demərəm “bu dünya belədir

niyə?”
 
Tək tanrı sahibdir çünki, hər şeyə,
 
Varsa bir sədəqən, ver dilənçiyə,
 
Nəyinə gərəyəm axı mən sənin?        
 
 
                                         Fevral, 1999.  
 
 
 
               
Qəzəl
 
 
Var vücudumda dərin yarası
 
naz etməyinin,
 
Vəsldir yarası
n
ın çarə
si
, naz etməyinin
 
 
Səndə bir başqa gözəllik də görünməz gözümə,
 
Olmuşam təkcə mən avvarəsi
 
naz etməyinin!
 
 
Məndə can qalmaz axır sən bu qədər naz eləsən,
 
Badına getdi canım parası, naz etməyinin.
 
 
Əl çəkim, baxmayım heç, bəlkə yumum gözlərimi?
 
Oduna yandı gözüm qarası, naz etməyinin.
 
 
Bu əsirlikdən Ədilli necə azad olsun?
 
Qəlbimi ovladı macərası naz etməyinin!
 
 
                                                      Yanvar, 1999.  
 
 
 
 

48 
 
 
 
 
 
 
 
 
 
   
Mənimçün yaranmamısan
 
 
Bəlkə qiyməti var sən
 
tək dilbərin

Bəlkə bu dünyada var bərabərin

Gözəlim, sən bütün gözəlliklərin
 
Bəlkə zirvəsində dayanmamısan?
 
 
Hər bir eyhamının sirri var dərin,
 
Görəsən özünün varmı xəbərin?
 
Səni
 
bu dünyada görməyənlərin
 
Hələ ki, qanına boyanmamısan!
 
 
Görəndə bu qədər gözəl çöhrəni
 
Sanki bir bədbinlik bürüyür məni,
 
Allah kiminçünsə yaradıb səni,
 
Bilirəm, mənimçün yaranmamısan

 
                                             Yanvar, 1999.  
 
 
 
 
 
 
 
 
 

49 
 
 
 
 
 
 
 
Məni vəd gözləyən görməyəcəksən
 
 
Məni vəd gözləyən görməyəcəksən,
 
Tez-
tez gördüyün o əziz məkanda.
 
Bil ki, səbəbkarsan hicrana tək sən

Sonda da
rıxsan da, darıxmasan da!
 
 
Burda axı mənim nə günahım var

Hər şey istəyinlə olub hər zaman

İndi də sən özün verirsən qərar,
 
Qızın inadına nə deyər oğlan?
 
 
O ilk tanışlığın xoş xatirəsi 
 
Başqa görüşlərdən üstün olubdur,
 
Hər günün olsa da eşqi

həvəsi,
 
İndi mənə qalan ilk gün olubdu
r! 
 
Yəqin inciməzsən məndən heç zaman,
 
İncisən özündən inciyəcəksən,
 
Bəlkə də bir zaman olub peşıman
 
“Ayrılaq” sözündən inciyəcəksən!
 
 
                                           14. 10. 1998. 
 
 
 
 
 
 

50 
 
 
 
 
                   
           
Bilərəmmi mən
 
 
Gülüm, səni görüb ürəyim dolub,
 
Dilimlə danışa bilərəmmi mən?
 
Bu eşqli dünyada aşiqin olub
 
Məcnunla “yarışa”
 
bilərəmmi mən?
 
 
Baxanda gözünə sənin bir anlıq,
 
Həm nifrət görürəm, həm mehribanlıq,
 
Sonda qalmamaqçün mənə qaranlıq
 
Özündən soruşa bilərəmmi mən?
 
 
Bir gün olsam səni yolundan qoyan,
 
Çıxıb qənşərinə söyləsəm “
dayan


Qəlbimin bu sonsuz hissini əyan 
 
Etməyə çalışa bilərəmmi mən?
 
 
Nakam aşiqinə sən gülə
-
gülə,
 
Gözəlliyin ilə, naz qəmzən ilə,
 
Hər gün ürəyimə od qoysan elə
 
Bir gün də alışa bilərəmmi mən?
 
 
G
zəlim, bu könlüm hər axşam
-
səhər,
 
Bil ki, təkcə sənin fikrini çəkər,
 
Sən məni bəxtimə düşməsən əgər
 
Bəxtimlə barışa bilərəmmi mən?
 
 
                                     Sentyabr, 1998.  
 
 
 

51 
 
 
 
 
 
 
 
 
                           
Qəzəl
 
 
Olub eşq aludəsi, bir gülərüz yar sevirəm,
 
Daha aləmdə nə bir dərdi
-
qəmim var, sevirəm!
 
 
Bir sevən qəlbə nə xiffət, nə kədər mail olar?
 
Sevgisiz başa fəqət dünya gələr dar, sevirəm!
 
 
Sevdıyımdən bəri biganəyəm hər yad gözələ,
 
Olub öz yarıma bir əhli
-
vəfadar, sevirəm.
 
 
Əsl aşiq gərək aşiqliyi ar eyləməsin,
 
Hətta məcnunluğu da eyləməyib ar, sevirəm.
 
 
Eşqimi yüz dəfə ərz
 
eyləmişəm mən o gülə,
 
Osa hey sevdiyini eyləyir inkar, sevirəm.
 
 
Onda sahibi-
cahan oldu ki, Şirvani, o yar
 
Dedi 

 
öz sevdiyini eyləyib iqrar –
 
“sevirəm”

 
                                                        
İ
yul, 1998.  
 
 
 
 
 
 
 

52 
 
 
 
 
 
 
 
 
                          
Qəzəl
 
 
Səni sevən, gözəlim, təkcə bir nəfər kim olar?
 
Cahanda tək səni sevməklə bəxtəvər kim olar?
 
 
Bir 
an görünməyının həsrətiylə bəs
 
gözəlim,
 
Məhəllənizdən ötən, söylə, hər səhər kim olar?
 
 
Bir az kobud yanaşıb, sonradan həyanı görüb,
 
Tez ar edi
b axıdan damla
-
damla tər kim olar?
 
 
Əgər həqiqi deyildirsə aşıqın, gözəlim,
 
O “yox” sözünlə edən dünyadan həzər kim olar?
 
 
Bu tale hər cürə saldıqca hey aralı bizi,
 
Bu intizarda çəkən qüssə, qəm, kədər kim olar?
 
 
Ədilli bəlkə də heç layiqin deyil, gözəlim,
 
Cahanda bəs sənə layiqli bir bəşər kim olar? 
 
 
                                                            
İyun, 
1998.  
 
 
 
 
 
 
 

53 
 
 
 
 
 
 
 
                          
Qəzəl
 
 
Hər yerdə, məkanda çıxan aşkara məhəbbət,
 
Hər yerdə də hər dərdimizə çarə
 
məhəbbət.
 
 
Könlüm deyəsən bir təzə sevdaya düşübdü,
 
Bəslər o mələk çöhrəli bir yara məhəbbət.
 
 
Gördükcə yarın üstəlik əxlaqını hər dəm
 
Qəlbimdə vurar şövq ilə fəvvarə
 
məhəbbət.
 
 
Aləmdə təki aşiq olub vəslə çataq biz,
 
Uğrunda qoy etsin bizi avvarə
 
məhəbbət.
 
 
Qoy biz yaşayaq ki, hər an eşq ilə, çıxartsın
 
Aləmdə bizi xoş günə, rüzgara məhəbbət.
 
 
Düş eşqə gözəl hislərinin möcüzəsin gör,
 
Malikdi müəmmalı min əsrara məhəbbət.
 
 
Şirvaniyə yoxdursa məhəbbət, nə gərək söz?
 
Baisdi bu könlümdə hər əş’ara məhəbbət!
 
 
                                                          
İyun, 
1998.  
 
 
 
 
 

54 
 
 
 
 
 
 
 
                            
Qəzəl
 
 
Gözəlim, öylə gözəl, incə gəlirsən ki

mənə,
 
Bilmirəm mən nəyi layiq görüm aləmdə sənə!
 
 
Bir baxışda sənə qurban verirəm hər şeyimi,
 
Sən olursan bu gözümdə, gözəlim, bircə dənə.
 
 
Bəlkə də səndən uzaq sanmaram, ancaq görən an
 
Unudub hər şeyi, könlüm sənə təslimdi yenə.
 
 
Deyəsən axırı bu hiss məni məcnun edəcək,
 
Sənə bu eşqimin artır gücü gündən də günə.
 
 
Nə qədər vəslinə də çatmayıb öz dilbərinin
 
Bil ki, aşiqdə
 
də sığmaz gözəlim, ruh bədənə.
 
 
Gəlişindən bu təbiət də şərəf duydu sənin,
 
Səni mən qısqanıram, gül
-
çiçəyə, çöl
-
çəmənə.
 
 
Necə heyranın olub gör ki, bu Şirvani sənin
 
Qurbanam, sən kimi qızlar yetirən bir Vətənə!
 
 
                                                       09. 06. 1998. 
 
 
 
 
 

55 
 
                             
                  
Qızlar
 
 
Vüsal həsrətiylə, eşq həvəsiylə,
 
Vuran ürəklərin yarası qızlar.
 
Hər yerdə, məkanda bu eşq əhlinin
 
Hər zaman başının bəlası qızlar.
 
 
Gələndə qəmzəylə, nazla, eyhamla,
 
Dold
urar qəlbləri arzuyla, kamla,
 
Hər yeri düşəndə bircə məqamla,
 
Ən böyük bir sevda dünyası qızlar.
 
 
Bu qızlar qəlbləri sevdaya salıb
 

z
də zirvələrə qalxıb, ucalıb

Müqəddəs analıq yükünü alıb
 
Olar gələcəyin anası qızlar.
 
 
Qızlara yaraşır ola mehriban,
 
Olmay
a acıdil, yersiz danışqan,
 
Olanda özünə biganə
, nadan, 
Olar xaliqinə də asi qızlar.
 
 
Bəzən bir namərdi həmdəmi sanıb,
 
Sadəlövh qəlblə hər sözə inanıb,
 
Bir özgə məqsədli “eşq”ə aldanıb
 
Sonradan peşiman olası qızlar.
 
 
Qızların qəlblərdə necə sehri var,
 
Bu nə
 
bir gözəllik, bu nə iqtidar,
 
Hansı bir məkanda peyda olsalar
 
O dəm həmin yerin səfası qızlar.
 
 
                                                         Aprel, 1998.  
 

56 
 
 
 
 
 
 
 
 
 
                             
Qəzəl
 
 
Hər kimə sevdalı bu aləmdə sevda yetməyə,
 
Yəqin aləmdə o insançün dəyər vay etməyə.
 
 
Sanki bu aləm yaranmış eşq üçün, sevda üçün,
 
Can yaranmış yar üçün hər dəm onu pay etməyə.
 
 
Ey Ədilli, bil ki, nahəqdir, çalışma dünyada 
 
Özgə bir zövqü bu eşqin zövqünə tay etməyə!
 
 
                                                            Mart, 1998.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

57 
 
                   
Gözəl qız, sən nə gözəlsən.
 
 
Gözə

qız, sən
 
Nə gözəlsən? –
  
              
qaşı qara, gözü qara,
 
Özgə bi

zövq, bir gözəllik
 
                
bil yanında üzü
qara. 
Nə gözəlsən, ay gözəl qız,
 
Saçı qara, üzü bəyaz,
 
Üstəlik də edəndə naz
 
Könül necə məftun olmaz?
 
Təbiətin gör bir necə 
 
                      
hökmü vardır

Hansı dahi,
 
          bir ilahi 
                  
sənətkardır

Yaradıbdı sənin kimi bir əsəri,
 
Gözəlliyi fəth eləyibdi göyləri!
 
Kim çəkibdi ağ üzünə o xalını?
 
Sehrə salıb camalını.
 
El dilində bir söz yaşar,
 
Gözələ lap al da geysə, 
 
                       
şal da geysə
 
                              
tez yaraşar.
 
Əslindəsə belə baxsan,
 
Geyim nədir? –
 
cansız əşya,
 
Sən geyimə yaraşıxsan!
 
Sən belə bir gözəlliklə
 
                       t
əbiətin eyhamısan,
 
Sənətkarlar ilhamısan,
 
Hər dəmində şairlərin
 
                      
şeirisən, qəzəlisən,
 
Gözəlliklə bu dünyanın 
 
             
yoxsa ki, bir axırısan,
 
                                     
əzəlisən?
 

58 
 
                 
Azərbaycan gözəlisən!
 
Kim ki, görər surətini,
 
Gözəllikdə qiymətini,
 
Üstəlik də ismətini

Tezcə tapar ülvi eşqi, 
 
                         
məhəbbəti,
 
Xoşbəxtliyi, səadəti
 
Gözlərinin, qaşlarının 
 
                       
saçlarının 
 
                              
qarəsində!
 
Kim ki, görər surətini,
 
Tez düşünər
 
        
kimin yarı olacağın barəsində.
 
Düşər bir eşq, bir sevdanın
 
                                     
xəyalına,
 
İstəyər ki, çata sənin vüsalına.
 
Qeyrisinə mail olsan
 
Coşar,
 
      
daşar
 
            
eşq qarışıq xudbinliyi,
 
Sonda yenə tapar qəmi bədbinliyi...
 
Kimin yarı olursan ol,
 
İstəmirəm eqoizmi, xudbinliyi,
 
                                     
bədbinliyi,
 
Həyat belə tələb edir.
 
Xudbinliklə bacarmayan
 
Eşq adıyla öz canını tələf edir!
 
Bu sözlərim bəlkə eşqə böhtan olar,
 
Yanlış olar, yalan olar,
 
Özüm üçün bəlkə də bir
 
                       s
üni, quru təsəllidir,
 
Fəqət yenə hikməti var,
 
                       y
əqin sənə də bəllidir
!  
 
                                           Noyabr, 1997.  

59 
 
 
 
 
 
                         
Qəzəl
 
 
Kim sevsə bilər ki

necə hikmətdi məhəbbət,
 
Ən aliməqam dünyada nemətdi məhəbbət.
 
 
Asudə o kəsdir çatıb eşqində vüsala, 
 
Arif olana əsl

səadətdi məhəbbət.
 
 
Aşiqliyə biganədi, cahildi yəqin ki,
 
Kim söyləsə ki, sadəcə şəhvətdi məhəbbət.
 
 
Eylərmi xəyanət yarına aşıq olan kəs 
 
Daim qalan ülfətdi, sədaqətdi məhəbbət.
 
 
Sevdikcə də mənən durulub pak olar insan,
 
Zalımlığa

namərdliyə nifrətdi məhəbbət!
 
 
Bir ali ləyaqətdi, mərifətdi bəşərçün,
 
Kamilliyə yol, haqqa itaətdi
 
məhəbbət.
 
 
Kim eşqə inanmır, yanılır bilsin o əsla,
 
Aləmdə danılmaz bir həqiqətdi məhəbbət.
 
 
Şirvani, deyək qoy elə mənalı bu ömrün
 
Mənası məhəbbətdi, məhəbbətdi, məhəbbət!
 
 
                                                    Oktyabr1997.  
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə