Şirvani Ədilli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix02.12.2016
ölçüsü2,8 Kb.
#677
1   2   3   4   5   6

       
Ayan qızım
 
 
Göydə Ayı andırırsan
 
Mənim adı Ayan qızım,
 
Görüm elə Ay kimi də
 
Yüksəklərdə dayan, qızım!
 
 
Bu dünyanı anla dərin,
 
Qulu olma simu-
zərin,
 
Ols
un ən böyük dəyərin
 
Ağlın, abır
-
həyan, qızım!
 
 
Elim ulu, yurdum böyük,
 
Fəqət köksü bölük
-
bölük,
 
Sev Vətəni, olma dönük,
 
Vətən dərdinə yan, qızım!
 
 
                        29. 08. 2009. 
 
 
 
 
 

81 
 
 
             
Xəyallar
 
 
Nə qədər xoşdu xəyallar,
 
Qəlbimin dostu xə
yallar. 
Tale məndən üz döndərsə
 
                 
hər şeyimi alsa bir gün,
 
Bağlayaraq əl
-qolumu  
                 
məhbəslərə salsa bir gün,
 
Döndüyüm son pənah yerim
 

   
                                      
xəyallarım,
 
Keçmişimdə xatirələr, 
 
Gələcəkdə arzularım, diləklərim
 

  
                                       
xəyallarım...
 
İçim, canım
 

  
                
xəyallarım,
 
İlk məkanım,
 
Son ünvanım
 

 
                 
xəyallarım.
 
Ha üzürəm,
 
Ha süzürəm 
 
               
xəyallarda,
 
Xəyal elə xəyal olur,
 
Amma elə həqiqətin zövqü yenə
 
Xəyallarla gerçək olur, 
 
                               real olur! 
Xəyallarım arzularçün, 
 
                              
amallarçün,
 
Arzularım səadətçün,
 
Səadətim yenə şirin 
 
                              
xəyallarçün
 
 
                                      31. 08. 2005. 
 
 

82 
 
                
İnanıram
 
 
İnanıram, 
 
          
varlığıma inandığım tək,
 
Bir asudə, azad, xoşbəxt
 
                           
zaman gələcək,
 
Əsarətin, haqsızlığın
 
                        
sərt qaranlığı,
 
Hürriyyətin işığında
 
                        
bir gün itəcək.
 
İblislərin

xainlərin
 
                        
hökmranlığı
 
Mələklərin hökmü ilə
 
                           
sona yetəcək!
 
 
                                  Yanvar, 2001.  
                    
 
 
Sən göylərə uçduğun gün.
 
 
                                 
Ə. Elçibəyə
 
 
Sən göylərə uçduğun gün,
 
Behiştə nur saçdığın gün,
 
Nə dost, sirdaş ağlar səni,
 
Nə bir yaxın,
 
          qohum-
qardaş ağlar səni.
 
Fəqət

gözü yaş bilməyən,
 
Nə dost, nə qardaş bilməyən,
 
Bir qəlbi daş ağlar səni,
 
Töküb qan
-
yaş ağlar səni!
 
 
                           Sentyabr, 2000.  
 

83 
 
 
 
                     
Böyük 
 
 
                                              
Ə. Elçibəyə
 
 
Sənin bir ömürdə
 
daşıdığını
 
Yüz ömür bir yerdə daşıya bilməz,
 
Ürək daşımağa böyük gərəkdir,
 
H
ər ürək ki
 
dözüb yaşaya bilməz!
 
 
Nədir daşıdığın? –
 
ötən
 
illərdə,
 
Min-
min insanların qalan diləyi,
 
Aşiqi olduğun türk millətinin
 
Xoşbəxt həm bu günü, həm gələcəyi.
 
 
Nədir daşıdığın? –
 
ötən illərin
 
Ümmanında itən dürlər, incılər,
 
Onları tapanda türk millətinə
 
Güc, qürur, azadlıq, şərafət gələr!
 
 
Niyə daşıyırsan? –
 
yüz
 
illər daha
 
Millətin onları dağıtsın deyə,
 
Dağılıb, itrilib, qurtaran günü
 
Yeni “Elçi” yığıb qayıtsın deyə!
 
 
Qısqanclıq edərlər bu öndərliyə,
 
“Bəlkə mən də öndər
 
olardım”
 
deyə,
 
Əgər düşünsələr

“olmadım niyə?”
 
Bilsınlər, Tanrıdan riza gərəkdir,
 
Qısqanan qəlblərə
 
cəza gərəkdir!
 
 
                                        
İyun,
 2000.  
 
 
 

84 
 
 
 
 
 
 
Çıxdı Günəş qırmızı
 
 
Çıxdı Günəş qırmızı,
 
An, gülüm, an, an,
 
Eylədi xoşbəxt bizi,
 
Qan, gülüm, qan, qan!
 
 
Hər birimiz bir çiçək,
 
San, gülüm, san, san,
 
Şeytanı yenmiş mələk,
 
Can, gülüm, can, can!
 
 
Batdı günəş qap
-qara, 
Yan, gülüm, yan, yan,
 
Saldı bizi ah
-zara, 
Can, gülüm, can, can!
 
 
Doğar günəş bir daha,
 
Tez, gülüm, tez, tez,
 
Eylə dua A
llaha, 
Döz, gülüm, döz, döz!
 
 
                    Aprel,  2000.  
 
 
 
 
 
 
 

85 
 
 
 
 
 
 
 
 
 
                 
Allahdır
 
 
Göstərmə Allaha yaxşını, pisi,
 
Allah hər 
bir 
şeyi görən allahdır,
 
Demə görünməyir, gəlməyir səsi,
 
Başımız üstündə duran 
A
llahdır!
 
 
Görəndə deyərək “sonsuz” adına,
 
Qonşusu i
stehza 
eyləyir ona,
 
Bir kor qız diləyən sonsuz qadına
 
Bir gözü kor qızı verən 
A
llahdır!
* 
 
                               Aprel, 2000. 
 
*Ağdam rayonunun Muğanlı
  
  
kəndində olmuş hadisə

 
 
 
 
 
 
 
 
 
 
 
 

86 
 
           
Dərd deyil ki
 
 
Haqqın varsa, 
 
Haqsızlıqla dünya dola
 
                         
Dərd deyil ki,
 
İnsan qəlbi min arzudan, 
 
                        kamdan qala, 
                         D
ərd d
eyil ki. 
Lap sonunda dəliliklə
 
Qəlbin asudəlik bula

                         
Dərd deyil ki.
 
Bir dərd ki

bir vaxt insanı
 
A
z yaşında müdrik edə,
 
Zaman ilə çıxıb gedə,
 
Hərdən də düşəndə yada,
 
Hətta bir az şirin dada

                         
Dərd deyil ki.
 
Gülüşünlə, sevincinlə 
 
                         zaman-zaman 
Dərd ki gəldi
-
gedər ola,
 
Əzabını çəkəndəsə
 
Yükü bir “
ah

 
qədər 
ola, 
                           
Dərd deyil ki.
 
Dərd ki, qaldıqca köhnələn, 
 
                 lap saralan, solan ola, 
Dərd ki bircə dəqiqəlik 
 
                 
qəlbdə unudulan ola,
 
                            
Dərd deyil ki! 
 
Dərd odur ki, birdən durub
 
              
vicdan səni haqsız görə, 
 
Ruhuna min əzab verə,
 
Vicdanının səsi sənin 
 
Hər izini, addımını 
 
                 
hər an təqib edə
-
edə,
 
Kölgə kimi bir yanında 
 

87 
 
                               
gedə
-
gedə,
 
İti qılınc tək qəlbini 
 
                   
dəlib 
e
də dəlik
-
dəlik,
 
Dünya adlı bir məhbəsdə
 
                 
axtarasan asudəlik,
 
Tapmayasan bir an belə,
 
Tapmağına qalmaya heç 
 
                             
güman belə!
 
Öz içindən gələ sənə 
 
                   
elə əzab, elə zülm,
 
Nə dəlilik çarə ola,
 
                   
nə də ki, bir ucuz ölüm!
 
 
                                    Avqust, 1999.  
 
                     
   
Dünya, səndən əl çəkimmi
 
 
Taleyimin hər an üzü döndüsə,
 
Qəlbimdəki arzu, ümid söndüsə,
 
Həyat gəlib gözdə heçə endisə,
 
Dünya, səndən əl çəkimmi, bilmirəm!
 
 
Dörd bir tərəf namərdlərlə doldusa,
 
Haqq müttəhim, nahaqq hakim oldusa,
 
Əl çəkməyim haqqa gedən yoldusa
 
Dünya, səndən əl çəkimmi, bilmirəm!
 
 
Sevinc məndən hər an qaçar oldusa,
 
Qəlbim gəlib sonda naçar oldusa,
 
Hər bəlaya, dərdə düçar oldusa,
 
Dünya, səndən əl çəkimmi, bilmirəm!
 
                                          
                                        Mart, 1999.  
 

88 
 
 
 
Xocalı adlı bir faciəmiz var
 
 
Demə bu dünyada nəsibmiş bizə,
 
Xocalı adlı bir faciəmiz var,
 
Qanla yazılıbdır tariximizə,
 
Unutma
z heç zaman bu el, bu diyar,
 
Xocalı adlı bir taleyimiz var!
 
 
Orda bir el-
oba, yurd talanıbdır,
 
Köksümüz üstündə od qalanıbdır,
 
Orda namusumuz tapdalanıbdır,
 
Allah göz ola kor, qulaq ola kar,
 
Xocalı adlı bir faciəmiz var!
 
 
Yoğruldu bu elin qanla torpağı,
 
Qılıncdan keçrildi körpə uşağı,
 
Çəkildi bir zülm, vəhşilik dağı,
 
Tanrı dərgahına çıxdı ahu
-zar, 
Xocalı adlı bir faciəmiz var!
 
 
Allahdır yaradan axı insanı,
 
O verib insana vücudu, canı,
 
Zülmün, vəhşiliyin var bir divanı,
 
Zülmünə məhkumdur zalım, zülmkar,
 
Xoca
lı adlı bir faciəmiz var!
 
 
Xocalı dildə bir dərd kəlməsidir,
 
Bir gün yox, bir əsrin faciəsidir,
 
Bu haray, bu fəryad haqqın səsidir,
 
Eşitsin bu dünya, olsun xəbərdar,
 
Xocalı adlı bir faciəmiz var!
 
 
 

89 
 
 
 
Bəsdir qəmə batdıq, bəsdir hüzn, yas,
 
Babalardan bizə mə
rdlikdir miras, 
Namərd yağılardan alaraq qisas,
 
Bir gün edəsiyik biz onları xar,
 
Xocalı adlı bir faciəmiz var!
 
 
                                             Fevral, 1999. 
 
 
                     
İnsanlıq
 
 
Səadət bəlkə kef, bəlkə əzabdı

İnsan oğlu onu bəs nədə tapdı?
 
Səadət insanlıq, bir də savabdı

       
İnsanlıq qərəzdən hər an qaçmaqdır,
 
       
Ən böyük bir s
a
vab ürək açmaqdır!
 
 
Mərd olanı axmaq biləndən uzaq,
 
Namərd olmayana güləndən uzaq,
 
Yoldaşına kələk gələndən uzaq,
 
       
İnsanlıq qərəzdən hər an qaçmaqdır,
 
       
Ən böyük bir savab ürək açmaqdır!
 
 
Xoş sözlə arzular oyanan olur,
 
Qocalar özünü gənc sanan olur,
 
Könül möcüzəyə inanan olur,
 
       
İnsanlıq qərəzdən hər an qaçmaqdır,
 
       
Ən böyük bir savab ürək açmaqdır
 
 
                                            Dekabr,  1998.  
 
 
 

90 
 
 
 
 
                    Ya
şamaq qanunu
 
 
Göz açırıq bu dünyaya yaşamağın həvəsində

Gələn gündən bulunuruq həyat mübarizəsində

Hər birimiz sanırıq ki, sahibiyik bu zamanın
,  
Əslən zaman ola
-
ola tək sahibi hər insanın.
 
Hər birimiz bir səadət idealına inanırıq,
 
Qəlbimizin arzusuna, xəyalına inanırıq.
 
Çatmaq üçün bu dünyada arzulara, səadətə,
 
Bir şövq ilə qatlaşırıq hər əzaba

hər zəhmətə.
 
B
ir gün ən böyük bir arzun gerçək olandasa sənə
,  
Tez təzə bir arzu çıxır, olmayırsan xoşbəxt yenə.
 
Çatıb arzulara xoşbəxt sanmadıqca özümüzü

Tez dikirik daha yüksək arzulara gözümüzü.
 
O qədər tamahı iti gəlmişik ki, bu dünyaya
 
İstəyirik kosmonavt tək çıxaq ulduzlara, A
ya. 
İş çətinə düşəndəsə özümüzə gəlirik biz,
 
Xoşbəxt görünən keçmişin tez qədrini bilirik biz

Vaxtında bilmədiyimiz üçün peşiman oluruq,
 
Hər şeyçün Allaha şükür eyləyən insan oluruq.
 
Lap bədbinləşirik dönsə bir az da taleyin üzü,
 
Axtarırıq tək bir ümid, bir quru təsəlli sözü.
 
Kimin ümidi qalıbsa, bəlkə də bir səadətdir,
 
Çünki, həyatda insana hərdən fələk çox namərddir.
 
Elə bir iş işləyir ki, qəlbdə arzu, ümid sönür,
 
Arzu, ümid həqiqətdə əsl möcüzəyə dönür!
 
Yaşamaqçün məcbur olub həqiqətini danırsan,
 
                                          
Möcüzəyə inanırsan!
 
 
                                                           Noyabr, 1998.  
 
 

91 
 
 
 
 
 
 
 
 
           
Gənclər üçündür
 
 
Bu aləm gənclərin deyil, ya nədir?
 
Nə var təbiətdə gənclər üçündür.
 
Yaş ötsə səadət bir əfsanədir,
 
Əsl səadət də gənclər üçündür!
 
 
Mənalı nə varsa bizim həyatda,
 
Şənlik də, bayram da, toy da, büsat da,
 
İncə musiqi də, xoş muğamat da,
 
Şeir də, sənət də gənclər üçündür! 
 
 
Gənc olan aldatmaz özü özünü,
 
Görər səadətin hər bir üzünü,
 
Qocalsam deyərəm yenə düzünü:
 
-
Həyat cəmiyyətdə gənclər üçündür!
 
 
                                      
İyul,
 1998.  
 
 
 
 
 
 
 
 
 
 

92 
 
 
 
 
 
 
 
                    
Fəqirlik
 
 
Vara qürur deyən insan mərd deyil,
 
Xoşbəxt olmağımçün var da şərt deyil.
 
Fəqirlik nəinki ağır dərd deyil,
 
O, mənim bəlkə də səadətimdir,
 
Mənim öz taleyim, öz qismətimdir!
 
 
Çox vaxt görməyəndə insan fəqarət,
 
Olar harınlamaq, xudbinlik adət,
 
Gərək insanlığa edəsən hörmət,
 
İnsanlıq, kamillik var
-
dövlətimdir,
 
Fəqirlik bəlkə də səadətimdir.
 
 
Namərd olmamaqçün yaxına, yada,
 
Ehtiyac görəsən gərək dünyada,
 
Fəqirlik nə qədər acı olsa da,
 
Bu m
ənim bir şirin həqiqətimdir,
 
Fəqirlik bəlkəsiz səadətimdir!
 
 
                                     Aprel, 1998.  
 
 
 
 
 
 
 
 

93 
 
 
 
 
 
 
 
 
                            
Qaçqınlıq
 
 
Bu insandır, yurd yuvası, od ocağı öz cənnəti,
 
Öz qəlbində gələcəkçün min arzusu, min niyyəti,
 
Bircə anda məhv olarsa neçə evin səadəti,
 
Yoxsa bu bir axır
-
məhşər, qiyamət çathaçatıdır?
 
                                             
Bu ki insan həyatıdır!
 
 
Ömür eşqiylə yurdunda hər kəs cahi
-
cəlal edib,
 
Ocağında həm sevinib, həm qəm edib, məlal edi
b, 
İndi bir ömür əzabı zalımlara “halal edib”
 
İki
-
üç əşya, bir libasla çıxmağı son nicatıdır?
 
                                             
Bu ki insan həyatıdır!
 
 
Bu olanlar de ki haqqa, ədalətə necə sığa?
 
Bu insanlar da bəs axı layiq idi insanlığa,
 
Neçə ailə
 
töküldülər çölə, düzə, alaçığa,
 
Bu həyata layiq axı xaliqin heyvanatıdır,
 
                                             
Bu ki insan həyatıdır,
 
                                             
Bu ki insan həyatıdır!
 
                                                            
                                                            Aprel, 1998.  
 
 
 
 
 
 
 

94 
 
 
 
     
Dərd və gülüş
 
 
Bu gülüşün altı dərddir,
 
Can dərd çəkir gülə
-
gülə.
 
Bu fələk gör nə namərddir

Can da yanıb döndü külə,
 
Dərd

çəkdi gülə
-
gülə!
 
 
Bilmirəm
 
ki, bu nədəndir,
 
Qəlb nə nikbin, nə də şəndir,
 
Dərdi öz məhvinə təndir,
 
Öz dərdini bilə
-
bilə
 
Can dərd çəkir gülə
-
gülə!
 
 
Yəqin ki, bu son ümiddi,
 
İndi artıq o da itdi,
 
Elə bilmə gülüş getdi,
 
Bu dodaqlar qaçır elə

Can dərd çəkir gülə
-
gülə!
 
 
Ən xoşbəxt gün ötən gündü,
 
Hər cəhətdə o üstündü,
 
Lap fələyin üzü döndü,
 
Bu can isə dözür hələ,
 
D
ərd

çəkir gülə
-
gülə

 
Dünyanın çox bəlası var,
 
Olar sonunda intihar, 
Hər naçarı gülüş tutar,
 
Qoymaz birdəfəlik ölə!
 
Can dərd çəkir gülə
-
gülə!
 
 
 

95 
 
Düşsək də hər ağlar günə,
 
Gülüş məqam tapıb yenə
 
Tezcə gəlib keçər önə,
 
Göz yaşını silə
-
silə.
 
Can dərd çəkir gülə
-
gülə!
 
 
Kim görürsə, Şirvaniyə
 
Deyir: -
Üzün gülür, niyə?
 
Bilmirəm nə etsin deyə
 
Bu dodaqlar qaçır belə,
 
Can dərd çəkir gülə
-
gülə!  
 
                         
                               Fevral, 1998.  
 
 
 
               Analar 
 
Düşünürdüm,
 
Qəlbimə bir sual gəldi:
 
-
Kimsən, anam?
 
Cavab gəldi:
 
-
Nazın ilə oynayanam,
 
Sən gecələr ağlayanda beşiyində,
 
Mən də sənin səhərədək keşiyində
 
Nazın ilə oynayanam!
 
Olmayıbdır, olmayacaq,
 
                 
ola bilməz bil ki, sənin,
 
Mənim qədər bu dünyada
 
                 
sənə qayğı bəxş edənin.
 
Olmayıbdır, olmayacaq 
 
                 
mənim kimi bir insanın,
 
Mənim qədər səbri olub 
 
                 
nazın ilə oynayanın,
 
Ömür boyu yenə sənin 
 

96 
 
                 
borclu qalacaq bu canın.
 
Can bala , yox, borc demirəm,
 
                                 
bəxşişimdir,
 
Mən anayam bu da mənim
 
                 
adı müqəddəs işimdir...
 
-
Sən, ay mənim canım anam,
 
Həqiqəti necə danam,
 
Sənin mənə yandığını
 
Yəqin sənə çətin yanam,
 
Bunun üçün ömür gödək,
 
Ömürü uzadan gərək.
 
Ana, bəyəm 
 
İndi nəyəm?
 
Bu on doqquz yaşımda da
 
Qucağında bir körpəyəm,
 
Aciz, arsız,
 
İqtidarsız,
 
Bir insafsız,
 
Etirafsız

Bir körpəyəm

sən də mənim
 
                  
başım üstündə həyansan,
 
Bu yaşda da yenə mənim 
 
                  
nazım ilə oynayansan!...
 
Övladının uğurunda
 
                  
analar nə günlər görüb,
 
Ana nələrdən vaz keçib,
 
                  
nələrini qurban verib,
 
Miqdarı yox, qədəri yox
,  
Bəlkə ondan birindən də
 
                  
övladının xəbəri yox!
 
Analarsa bu əzabdan,
 
                      iztirabdan 
                               usanmazlar, 
Bu əzabın, 
 
      
iztirabın 
 

97 
 
              
qarşılığını ummazlar,
 
Amma taparlar əzabda,
 
                           iztirabda 
                                   
səadəti!
 
Nə gözəldir təbiətin, 
 
                      
cəmiyyətin 
 
                                  
bu adəti, 
 
                                   
bu hikməti!
 
Sanki itir bu əzablar     
 
Övladına sevgisində, həvəsində
,  
Sanki qalı
r bu bor
c, əzab
 
Bir sevginin, məhəbbətin kölgəsində!
 
Heç bir zaman bu analar 
 
Övladıyçün etdiyinə                   
 
                        
olmaz peşman,
 
Yenə edər canın qurban

Olmasa da böyüyəndə 
 
                    
övladının ləyaqəti,
 
Son məqamda
 
        tapar 
təkcə
 
övladının
 
                           
varlığında səadəti!
 
Nə gözəldir təbiətin,
 
                 
cəmiyyətin 
 
                           
bu adəti!                                
 
                           
bu hikməti!
 
 
Bu hikmətdir 
 
                 
anaları dahi edən,
 
Müqəddəs, ilahi edən.
 
Tanrı bizə bəxş eləmiş
 
                   
ömür, dünya bir həvəsdir,
 
Bir hikmət var bu dünyada 
 
  
o bir haqdan gələn səsdir –
  
                                    
hər bir ana müqəddəsdir!
 
                         
                                              Yanvar, 1998.  

98 
 
 
 
 
 
 
 
 
                            
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin