Qəzəl
Mehman sənə cahanda kədərdir, könül, yenə,
O, canımın da məhvi qədərdir, könül, yenə
.
Hər tazə qəm ötəndən ağır gəldi insana,
Bu qəm ötənkidən də betərdir,
könül
,
yenə.
Səbr eylədikcə vaxt da keçər, qəm də köhnələr,
Sannam ki, qəm də gəldi
-
gedərdir, könül, yenə.
Gər tazələnsə qəm
,
bilərəm, qəm də ölməy
ib,
Görrəm səbir də, söz də hədərdir, könül, yenə.
Qəm var ki, dağ da, daş da dayanmaz əzabına,
Yalnız dözən cahanda bəşərdır, könül, yenə.
Şirvani çıxdı qəmlə yenə əsla davaya,
Kimdə süqutdu, kimdə zəfərdir, könül, yenə?
Oktyabr, 1997.
99
Məhbus qrup yoldaşıma
Sən bir məsum, bir sadəlövh, təvazökar bəşərsən,
Nə şər əməl sahibisən, nə bir qəlbə dəyərsən.
Zalımlıqdan, qəddarlıqdan, namərdlikdən uzaqsan,
Böyüklərlə böyüksən sən, uşaqlarla uşaqsan.
Hər kəsə xoş rəftarınla sevdirərsən özünü,
Tanış
-
biliş yanında da ağ edərsən üzünü.
Rəvadı
rm
ı məgər sənə məhbus adı almağın,
Cahillər tək
cani olub məhbəslərdə qalmağın?
Sənin məhbus olmağına inanmazlar heç vədə,
Tanış
-
biliş yanında bil
,
üzün ağdır yenə də!
Əyilmə sən, məğrur dayan, çün ki, tanır səni hamı,
Kim tanıyar lənətləyər
, bil,
səni yox, bu əyyamı.
Bu ad sənə layiq deyil, fələk qəddar etdi səni,
Fələk özü günahkardır, cinayətkar etdi səni.
Məhkəmədə veriləndə sual səndən utanacaq,
Qollarına vurulanda qandal səndən utanacaq
.
Utanacaq sən girdiyin məhbəslərin divarları,
O divarlar bil ki,
heç vaxt dik baxammaz sənə sarı!
Sənin cani olmağın
bu
ağlımıza çətin sığa,
Sən məhbəsə layiqsənsə, kim layiqdir azadlığa?!
Məhbus sanma özünü sən sərt divarlar arasında,
Sən yenə də bizimləsən –
tələbələr sırasında!
Sentyabr, 1997.
100
Gənclik
Qəlbə nisgil olar yada düşəndə
Bir kərə ömür var, bir kərə gənclik.
Durub neyləyim ki, bilim qədrini,
Keçməsin ömürdə boş yerə gənclik,
Bir k
ərə ömür var, bir kərə gənclik!
Hər dilək gənclikdə mənalı, xoşdur,
Yaş otsə bəlkə də mənası boşdur,
Hər cür zövq, gözəllik gəncliyə tuşdur,
Açıbdır bir özgə mənzərə gənclik!
Bir kərə ömür var, bir kərə gənclik!
Bir vaxt gənclik kamı çox gec olanda,
Çox şeydən məhrum, həm möht
ac olanda,
Ruhun gənc qalanda, can qocalanda
Olacaq bir acı xatirə gənclik!
Bir kərə ömür var, bir kərə gənclik!
İyun,
1997.
101
Mən özümü bağışlaya bilmirəm
Halal gələr, haram gəlməz əlimdən,
Bir a
n nahaq söz çıxanda dilimdən,
Ya bir günah əməlimdən, felimdən
Mən özümü bağışlaya bilmirəm.
Güzgüdə hey mən baxaram özümə,
Güzgüdəki mənə baxan gözümə,
Nəzər salıb hey əyrimə, düzümə
Mən özümü bağışlaya bilmirəm.
Baxma, çıxıb çoxlarının
xarabı,
Hər əmələ canlarının var tabı
,
Mən çəkərəm hər an vicdan əzabı,
Çün özümü bağışlaya bilmirəm.
Öz qəlbim də nədən olmaz yar mənə,
Belə yerdə dünya gələr dar mənə,
İçimdə bir tənə edən var mənə,
Mən özümü bağışlaya bilmirəm.
Bu dünyadır, gələr hər cür vaxt
-
vədə,
Kimsə
məndən bir kərə incisə də,
Gəlib məni bağışlayar bəlkə də,
Mən özümü bağışlaya bilmirəm!
02. 11. 1996.
102
Köçkünün gileyi
Biz ki yaşamaqdan yorulmamışdıq,
Toz tək ayaq altda ovulmamışdı
q,
Anamızdan qərib doğulmamışdıq,
Doğma ev, doğma el bizim də vardı.
O vaxt əsl ömür
-
günü görürdük,
Biz də insan kimi ömür sürürdük,
Həyat bağçasının gülün dərirdik
Doğma yurd, çəmən
-
çöl bizim də vardı.
Bir insan ki,
oldu elinə həsrət,
Bu ruha bədəndə əz
ab-
əziyyət,
Görənlər qoymasın bizlərə minnət,
Axı hər şey əzəl bizim də vardı!
İyul,
1996.
103
Bizi elimizə qaytaran fələk
Ömür
-
gün o doğma diyarda qaldı,
Yayda, qış da qaldı, bahar da qaldı.
Görəsən bu qədər bə harda qaldı,
Bizi elimizə qaytaran fələk?
Ellərdə gözəl bir məsəl var belə,
Bir ev evə sığmaz, sığsa el
-
elə,
Biz bu dünyadaykən təki tez gələ
Bizi elimizə qaytaran fələk.
Köçkünlük dərdini hər insan bilər,
Həm olan, həm də ki
,
olmayan bilər,
B
əs onda bilmirəm nə zaman bilər,
Bizi elimizə qaytaran fələk?
De necə olmasın düşmənlərə kin,
Qalmadı nə ömür, nə iman, nə din,
Nə vaxtsa bir zaman gələcək yəqin,
Bizi elimizə qaytaran fələk.
Bu illər ötdükcə öz həyatımdan
,
Qorxuram o illər çıxa yadımdan
,
Görsəz deyin gəlsin mənim adımdan
Bizi elimizə qaytaran fələk.
11. 04. 1996.
104
Beş yaşlı cocuq
.
Ay qəlbi sevincli beş yaşlı cocuq,
Nə qəmli, nə də ki, təlaşlı cocuq,
O qədər çoxdu ki, dünyada nemət,
Sanki, bu dünyanın özüdür cənnət!
Ondan kam alanda onu bil ki, sən
Dünyanın bu zəngin nemətlərindən
Həyatda səninçün hey təmənnasız
Bəxş edən atandı, anandı yalnız!
Ataya, anaya borcumuz çoxdur,
Bu borcun dünyada əvəzi yoxdur!
Bu gözəl dünyada hər an sevin, gül,
Ancaq hər güləndə təki bunu bil,
Bu dünya səninçün oldusa cənnət,
Varındı atana, anana minnət!
Fevral, 1996.
105
Qəzəl
Ömrün keçən il
-
günləri üst
-
üstə varaqdı
r,
Aləm mənə hər gündə də bir tazə maraqdır.
İllər yüz ötüb keçsə də sanki, bu cahanda
Hər gün bu bəşər tazə doğulmuş bir uşaqdır.
Yalnız bu könül kama xəyallarda qovuşdu,
Aşkarda ona hər cürə qəm
-
qüssə qonaqdır.
Bilməm necə insan kimi ömr eyləyərik bi
z,
İllərdir o doğma elimiz bizdən uzaqdır.
İnsançün, Ədilli, çox olar dünyada dərd
-
qəm,
Bir dərdim əgər varsa, o dərdim Qarabağdır!
Noyabr, 1995.
106
Çarəsiz
qəm
Qəm var ki, könülə amansız olar,
Könül qəm önündə çarəsiz qalar,
Könülə tuşlanar
bir qəm zərbəsi,
Sınıb çiliklənər
könül şüşəsi,
Ağır olar sınan şüşənin dərdi,
O ki pak sudan da ləkələnərdi!
Bu dəmdə bir ümid varmı sabaha?
Sınıbsa bitişməz şüşə bir
daha!
Gülüş dodaqlara gəlmə
z k
i bir dəm,
Könülə saxla
yar
əbədi matəm.
Nə qədər gülüşə etsə də meyil,
Zaman bu yazını pozası deyil,
Daş üstdə cızılan kədər naxşıdır
,
Ölüm yaxşıdır!
Oktyabr, 1995.
107
Tək bənd
Qoy könül olmasın bir an da dərdsiz,
Dünyada çəkməyə zülüm yaxşıdır!
Ömrü əziyyətsiz yaşamaqdansa,
Yanıb yerdə qalan külüm yaxşıdır!
Oktyabr, 1995.
Məktəbli cocuq
Bir ana əlindən ovsun götürüb
Hər səhər məktəbə yollanan cocuq,
O şən əyyamında nə bəxtəvərsən,
Varmı bu dünyada qəmxanan, cocuq?
Düşün ana kimi yaxının varmı?
Gülüş
-sevincinin baisi
–
Ana!
De ki,
ondan başqa bəşər olarmı,
Sənə onun kimi ürəkdən yana!
Bir ana əlidir dərdinə məlhəm,
Yüz dava
-
dərmandan daha yaxşıdır!
Ana kölgəsində nə kədər, nə qəm?
Tutasan adını baha yaxşıdır!
May, 1995.
108
Ocaq
Adın bir yurd
-
yuva rəmzinə dönüb
,
Yandığın yer əziz
məkandı
r, ocaq.
Sən
ömür
-
günümüz,
səadətimiz,
Qəlblərdə nisgili də yandır, ocaq!
Bir ocaq qalayaq, alovu isti,
Ucalsın göylərə dalğalı tüstü,
Yığışaq başına bir axşamüstü,
Qaranlıq gecədə həyandır ocaq.
Bir doğma, mehriban, xoş söhbəti var,
Həm nuru, həm də ki, hərarəti var,
Sanki, bir pir kimi kəraməti var
,
Bəşərə bir dindir, imandır ocaq
.
Söndün külün qaldı
,
sığınaq hara?
Yurd-
yuva həsrəti
çəkəcək d
ara,
Yenə də nur çilə doğma diyara
Canımız yolunda qurbandı
r, ocaq!
İ
yun, 1994
.
109
Mündəricat
Vətənpərvərlik mövzusunda olan şeirlər
.......................................
5-14
Əziz Vətən
.…………………………..............….…...………........................…........
6
Mənim Odlar diyarım
.........................................................................................
8
DöyüĢə gedirəm
.......................................................................................................
9
Uğur marĢı
................................................................................................................
10
Ay quzeydən gələn namərd
..........................................................................
11
SavaĢ
..............................................................................................................................
12
Millətçilərik biz
.....................................................................................................
13
Bir eldir axı
...............................................................................................................
14
Sevgi şeirləri......................................................................15-69
Sənli günlərim
........................................................................................................
16
Varam
...........................................................................................................................
17
Qəzəl (
Heç nəyim yoxdur, cahanda bir nigarım var mənim
)........
18
Səadətim
.....................................................................................................................
19
Səni sevə-sevə
........................................................................................................
20
Mən ağlamaq istəyirəm
...................................................................................
21
Sən deyilsən
.............................................................................................................
22
Get sevgilim
.............................................................................................................
23
Mənə çıx get deyən gözəl
..............................................................................
25
Sənsiz bu dünya ki heç gəlir mənə
.........................................................
26
Mənim biganə sevgilim
...................................................................................
27
Adi bir insan tək tapmıĢdım səni
.............................................................
28
Bir köhnə sevgi
......................................................................................................
29
Bir gözəl ağlar qoymuĢam
............................................................................
30
Bir an baxdım gül çöhrənə
............................................................................
31
Küsən yar
...................................................................................................................
32
Taleyim veribdir bir kərə aman
.................................................................
33
Tale ulduzlarımız
.................................................................................................
34
Çıxart gözündən eynəyi
..................................................................................
35
Tale bizi görüĢdürdü
..........................................................................................
36
Qəzəl (Sən bilirsənmi mənimçün nə deməksən, gözəlim)
...
38
QuĢcığaz
.....................................................................................................................
39
110
Özüməm
......................................................................................................................
40
Günah özümdədir
................................................................................................
41
Tək bənd (Ayrılığın son qoyubdur hər Ģeyə)
..................................
42
Möhtacam
..................................................................................................................
42
Səndədir
......................................................................................................................
43
Qəzəl (YaxĢı ki, eĢqaləmimdə sən gülüm, var olmusan
).......
44
Tək bənd (Sən tək bir gözəli sevən bir insan)
................................
45
Gözəlliyin var
.........................................................................................................
45
Nəyinə gərəyəm
....................................................................................................
46
Qəzəl (Var vücudumda dərin yarası naz etməyinin)
.................
47
Mənimçün yaranmamısan
.............................................................................
48
Məni vəd gözləyən görməyəcəksən
.......................................................
49
Bilərəmmi mən
......................................................................................................
50
Qəzəl (Olub eĢq aludəsi bir gülərüz yar sevirəm)
.......................
51
Qəzəl (Səni sevən, gözəlim, təkcə bir nəfər kim olar?)
..........
52
Qəzəl (Hər yerdə, məkanda çıxan aĢkarə məhəbbət).
..............
53
Qəzəl (Gözəlim, öylə gözəl, incə gəlirsən ki, mənə)
................
54
Qızlar
............................................................................................................................
55
Qəzəl (Hər kimə sevdalı bu aləmdə sevda yetməyə)
................
56
Gözəl qız, sən nə gözəlsən
............................................................................
57
Qəzəl (Kim sevsə bilər ki, necə hikmətdi məhəbbət)
...............
59
Olasan mənim
.........................................................................................................
60
Qəzəl (AĢiqlərə afətlərinin vəsli gərəkdir)
.......................................
61
Sevgilim.
....................................................................................................................
62
Qəzəl (Dilbəra, ol hüsnünə heyran qalanın var sənin)
.............
63
Qəzəl (Gözəl, hüsnün ürəklərdə nə halətdir, biləydin kaĢ)
..
64
Özünə vurulmuĢam
............................................................................................
65
Qəzəl (Əhsən o dünyaya ki, sən tək gözəl cananı var)
............
66
Oldu
................................................................................................................................
67
Qəzəl (Bir kərə gördüm səni, ey gül, qərarım qalmadı)
.........
68
Qəzəl (Tər güllərin də bülbülə avazı var imiĢ)
……..........…........
69
Satirik şeirlər.
......................................................................................................
70-77
RüĢvətxor müəllim
.............................................................................................
71
Ağıllı məsləhət (Bəhri-təvil)
.......................................................................
73
111
Tələbə
...........................................................................................................................
74
Doğma hər bir sözü rədd eyləyərik
........................................................
75
Ali məktəb müəllimlərimə
............................................................................
76
Digər mövzularda olan şeirlər
...........................................................
78-108
Dəniz
.............................................................................................................................
79
Ayan qızım
...............................................................................................................
80
Xəyallar
.......................................................................................................................
81
Ġnanıram
......................................................................................................................
82
Sən göylərə uçduğun gün
..............................................................................
82
Böyük
...........................................................................................................................
83
Çıxdı GünəĢ qırmızı
...........................................................................................
84
Allahdır
........................................................................................................................
85
Dərd deyil ki
............................................................................................................
86
Dünya, səndən əl çəkimm
i............................................................................
87
Xocalı adlı bir faciəmiz var
..........................................................................
88
Ġnsanlıq
........................................................................................................................
89
YaĢamaq qanunu
..................................................................................................
90
Gənclər üçündür
...................................................................................................
91
Fəqirlik
.........................................................................................................................
92
Qaçqınlıq
....................................................................................................................
93
Dərd və gülüĢ
..........................................................................................................
94
Analar
...........................................................................................................................
95
Qəzəl (Mehman sənə cahanda kədərdir, könül yenə)
..............
98
Məhbus qrup yoldaĢıma
..................................................................................
99
Gənclik
......................................................................................................................
100
Mən özümü bağıĢlaya bilmirəm
............................................................
101
Köçkünün gileyi
................................................................................................
102
Bizi elimizə qaytaran fələk
........................................................................
103
BeĢ yaĢlı cocuq.
.................................................................................................
104
Qəzəl (Ömrün keçən il-günləri üst-üstə varaqdır)
...................
105
Çarəsiz qəm
...........................................................................................................
106
Tək bənd (Qoy könül omasın bir an da dərdsiz)
.......................
107
Məktəbli cocuq
...................................................................................................
107
Ocaq
............................................................................................................................
108
112
Ədilli Şirvani Kamil oğlu
MƏNĠM ODLAR DĠYARIM
(Şeirlər)
Redaktor:
Fil. e. d., prof. Nəsir Əhmədli
BAKI – “ADĠLOĞLU” – 2011
Dostları ilə paylaş: |