Ömrün şəhidlik zirvəsi



Yüklə 8.4 Kb.
PDF просмотр
səhifə1/9
tarix22.04.2017
ölçüsü8.4 Kb.
  1   2   3   4   5   6   7   8   9

  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
  
 
Bakı-2012 
  

Ömrün şəhidlik zirvəsi 
 
 

 
Məsləhətçi: 
professor Azər Kərimov 
 
Toplayıb tərtib edəni və redaktoru: 
Araz Yaquboğlu 
“Qızıl qələm” mükafatı laureatı 
 
 
 
 
  
ÖMRÜN ŞƏHİDLİK ZİRVƏSİ.  
Bakı, “Elm və təhsil”, 2012. 

 160 səh. + 16 səh. şəkil 
 
  
Kitab  Qarabağ  müharibəsində  şəhid  olmuş  Kərimov  Yasif  Fəzi  oğlu-
nun  əziz  xatirəsinə  həsr  olunmuşdur.  Kitabda  şəhidin  babası,  Rəsullular 
nəslinin  igid  el  qəhrəmanı,  sərkərdə  Məşədi  Qasımın  XX  əsrin  əvvəllərində 
ermənilərə  qarşı  mübarizədə  göstərdiyi  qəhrəmanlıqlar,  II  Dünya  Müharibə-
sində  Rəsullular  nəslindən  həlak  olan  və  itkin  düşənlər  haqqında  da  geniş 
məlumatlar  verilmişdir.  Əsgər  sülaləsi  olan  Məşədi  Qasımın  iki  nəticəsi  – 
Abbas Qasımov, Nəbi Zeynalov, bu kökdən olan şəhidlər – Ziyafət Balıyev, 
Mehdi  Məhərrəmov  və  Rəsul  İlyasov  haqqında  da  kitabda  məlumatlar  öz 
əksini tapmışdır. 
Bərdə rayonu Yeni Daşkənd kənd tam orta məktəbi hazırda şəhid Yasif 
Kərimovun  adını  daşıyır.  2012-ci  ildə  məktəbin  girişində  şəhidin  büstü 
qoyulmuşdur. 
  
  
2012
098
4702000000


N
 qrifli nəşr 
 
© «Elm və təhsil», 2012 
 

Ömrün şəhidlik zirvəsi 
 
 

VƏTƏNİN ŞƏHİD OĞULLARI... 
(Atamla söhbət) 
 
Torpaq, əgər uğrunda ölən varsa, Vatandır! 
Mithat Camal Kuntay 
 
Əziz  ata,  kədərlənmə!  Oğlun  Yasifin  şəhid  olması, 
əbədiyyətə qovuşması üzməsin səni. Kimdir dünyanı tutub 
duran?  Kimdir  dünyada  əbədi  qalan?  İndiki  dirilərmi? 
Ölüm labüddür... 
Din  uğrunda,  Vətən,  azadlıq  uğrunda  ölüm  cismani 
deyil, Şəhidlikdir! Behiştlikdir! 
Biz  İlahinin  insana  bəxş  etdiyi  ən  yaxşı  töhvələrlə, 
daima gözlənilməz yaxşı, pis, bəzən də dəhşətli hadisələrlə 
qarşılaşırıq.  
Vətən  darda  olanda  onun  qeyrətli,  namuslu  oğulları 
ondan ötrü can verməyə, onun sipəri olmağa hazır olmama-
lıdırlarmı? Sən bizə baxıb «Düşmən toxmağısınız! Qadanız 
alım»  demirdinmi?  Məgər  Sən  özün  bizi  torpağa  bağlılıq, 
Vətənə sədaqət ruhunda böyütməmisənmi?  
Yaralı  yoldaşları  deyirlər  ki,  sənin  qeyrətli  oğlun 
ölümü ayaq üstə, əlində silah qarşıladı. Şəhid oldu. Elə bil 
torpaq  üçün  yaranmışdı.  Bəlkə  də  qismət,  məsləhət  belə 
imiş.  Qoy  ölüm  sevinməsin!  Bu  dəfə  bizlərdən  qismətinə 
şəhidlik düşən oğlun Yasif ölümə qələbə çaldı! Ölmədi. Öl-
məzlik  qazandı,  –  indi  Bərdə  rayonu  Yeni  Daşkənd  kənd 
məktəbi onun adını daşıyır. 
Bu  mənalı  ölüm  səssiz-küysüz  ölənlərlə  adiləşə 
bilməz. Şəhidlik yüzlərdən, minlərdən, milyonlardan birinə 
qismət  olur.  Bu  şərəfli,  uğurlu  ölüm  Ağdərədə  şəhid  olan 

Ömrün şəhidlik zirvəsi 
 
 

nəvən Abbas Qasımova da qismət oldu… Türk şairi Mithat 
Camal Kuntay necə də gözəl demişdir: 
 
Bayraqları bayraq yapan üstündəki qandır, 
Torpaq, əgər uğrunda ölən varsa Vatandır! 
 
Dəfndən  sonra  müvəqqəti  ayrılmağımız  məni  çox 
təsirləndirdi.  Qəhər  məni  boğur,  udquna  bilmirdim.  Göz-
lərin dolmuşdu. Ağırdır övlad üçün bu. Kimsəyə qismət ol-
masın.  “Hamınız  çıxıb  gedirsiniz,  qayıtmaq  vaxtıdır!  Sər-
hədlərimizi,  səngərlərimizi  boş  qoymayın.  Yiyəsiz  yurdda 
düşmən  gözü  olar”  –  dedin.  Bu  sözlərdən  ürəyimdən  bir 
sızıltı  keçdi.  Düşünürəm,  yaralanmış  canımızın  duyduğu-
muz  ağrısını  doğma,  ögey  bilmək,  ona  biganə  olmaq 
olarmı? Niyə təhqir olunan torpağımızın, alçaldılan ləyaqə-
timizin, gözü yaşlı ana-bacılarımzın, qız-gəlinlərimizin fər-
yadını  hamılıqla  eşitmirik?  Duymuruq?  Məgər  ümumilər 
ayrı-ayrı  xüsusilərdən,  alilər  ibtidailərdən,  mürəkkəblər 
sadələrdən ibarət deyilmi? Bu  gün  mənə varsa, sabah sənə 
var! Ümumi təhlükədə hər birimizin payı yoxdurmu? Elə o 
təhlükənin  bir  qurbanı  da  o  biri  oğlun  Yüzasif  oldu,  SSRİ 
ordusuna qurban getdi. 
Vətənə,  torpağa  namərdlik,  naxələflik  edən,  onun  al-
çaldılmasına  biganə  qalan  fərarilər,  ortada  yeyib  küncdə-
bucaqda  gizlənənlər,  qeydiyyatsız  gəzənlər,  qeyrət  vaxtı-
dır!!! 
İlahi, yandır əli silah tutan, tuta bilməyən övladlarının 
qəlbində  Vətən  eşqini.  Bizi  bu  müqəddəs  borca  biganə  et-
mə. Yoxsa axirət gününə qədər əzab çəkərik, gələcək nəsli-
miz, şəhidərimizin ruhu bizi bağışlamaz, bağışlanmarıq.  

Ömrün şəhidlik zirvəsi 
 
 

Elə  bu  el  dərdinə  şəriklik  qardaşım,  son  beşik  kiçik 
oğlun  Vasifi  Bərdə  batalyonunda  döyüşməyə,  mübarizəni 
davam etməyə sövq etdi! Görürsənmi! 
Mənim  qəhrəman  atam!  Qəddini  düz  tut!  Hələ  səni 
belə  ümidsiz,  köməksiz  görməmişdim.  Həyatda  bizə  möh-
kəm,  məğrur,  əyilməz  olun  deyən,  indi  özünün  möhkəm-
liyə,  məğrurluğa  ehtiyacı  olan  atam!  Sənin  ümidsizliyində 
bu dəfə biz – övladların möhkəmləndik,  məğrurlaşdıq! Elə 
nəvən  leytenant  Hidayət  Hacıyev  sənə  təsəlli  oldu.  Bərdə 
batalyonunda qərargah rəisinin müavinidir. 
Doğrudan da, kədərin ən yüksək dərəcəsi özünün əks 
qütbünə  çevrilib  səadətə  dönə  bilərmiş.  Həyat  davam  edir. 
Həyatımızın  bu  günki  mənasına  mübarizəmizin  məqsədi 
kimi  baxan,  el  qədrini  öz  canından  daha  əziz  bilən,  cəb-
hələrdə son ana qədər mərdliklə vuruşub şəhid olmağa belə 
hazır  olan  Yasif  qeyrətli  oğullarınla  fəxr  etməli,  öyün-
məlisən. Dərd insan üçündür. Böyük Allahın verəcəyi dərd 
müqabilində  ona  uyğun  səbr  verməsini,  həyatda  hər  şeyin 
ötüb keçdiyi kimi bunun da ötüb keçəcəyini, ancaq sonsuz 
dünyada  unudulmayan,  torpaq  uğrunda,  vətən  yolunda 
şəhid  olan,  onun  keşiyində  həmişəlik  qalıb  sərhəd  daşına 
dönən  oğullar  əbədi  yaşayırlar  –  deyirdin.  Qoy  bu,  bizim 
hamımızın təsəllimiz olsun.  
Allah bütün şəhidlərimizə rəhmət eləsin!  
 
Azər Kərimov, 
Azərbaycan İnşaat Mühəndisləri Universitetinin dosenti, 
Azərbaycan SSR komsomol mükafatı laureatı 
“Azərbaycan” qəzeti, 15 oktyabr 1992-ci il. 
 

Ömrün şəhidlik zirvəsi 
 
 

ŞƏHİD OLMAQ İSTƏYİRƏM, AY ANA! 
 
Bayraqları bayraq yapan üstündəki qandır, 
Torpaq, əgər uğrunda ölən varsa Vatandır. 
Mithat Camal Kuntay 
Bir  ömür  yaşadı,  körpə  fidan  kimi  yaşıllaşdı,  çiçək-
ləndi.  Ancaq  elə  bil  ki,  təbiətin  qanunlarına  üsyan  etdi,  nə 
saraldı,  nə  də  soldu.  Üstündən  şaxtalı-sazaqlı  illər  ötsə  də 
elə həmişəlik yaddaşlarda çiçəkli fidan kimi qaldı. 
Ömürlərinin  bahar  çağında  bir  qarış  vətən  torpağı 
uğrunda canlarını qurban verən vətən oğulları yurdumuzun 
hər  yerini  əbədi  laləzara  çevirmiş  gənc  fidanlardır.  Məzar-
ları ilə uyuduqları məkanı sanki müqəddəs ziyarətgaha çe-
virmiş bu qəhrəman eloğullarımızın narahat ruhları hər an, 
hər dəqiqə vətən göylərindən bizləri müşayiət edir, canları-
qurban verdikləri amal, əqidə uğrunda mübarizəni ruhları 
ilə davam etdirirlər. Uca yaradandan və peyğəmbərlərimiz-
dən  sonra  ən  uca  varlıq  hesab  edilən  şəhidlərimiz  zaman-
zaman  Azərbaycanımızı  yadellilərin  təcavüzkar  basqınla-
rından qəhrəmanlıqla qoruyaraq tarixin şanlı səhifələrini öz 
qanları  ilə  yazmış  və  şirin  canları  ilə  təsdiqləyərək  tarixin 
qızıl  fonduna  düşmüşlər.  Bu  əbədiyaşar  qəhrəmanlar  içə-
risində  mənim qardaşım 19  yaşlı Yasif Kərimov da vardır. 
Aradan az qala 20 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq 
Yasif  mənim  həmişə  19  yaşlı  qardaşım  olaraq  qalır,  illər 
öncə Yasif məni özünə böyük bacı kimi güvəndiyi, (dərslə-
rində  kömək  edən,  əlindən  tutub  məktəbə  aparan,  hər  an 
ona dəyərli göstərişlər verənməsləhətləşdiyi halda, bu gün 
mən həyatda atacağım hər bir addımı, ilk  öncə ucaların ən 
ucası  saydığım  şəhid  qardaşım  Yasifin  müqəddəs  ruhu  ilə 
məsləhətləşirəm.  Bütün  planlarım  haqqında  ona  hesabat 
verməyi özümə ən müqəddəs borc bilirəm. 

Ömrün şəhidlik zirvəsi 
 
 

Baharın  gəlişini  ilk  xəbər  verən  baharın  elçisi  qaran-
quşlar  kimi  gəlmişdi  ömrümüzə  Yasif.  Gəlişi  ilə  yurdu-
muza sevinc-şadlıq, ruzi-bərəkət gətirən baharın ilk ayında 
dünyaya  göz  açmışdı.  Təkcə  bir  ailənin  deyil,  bütövlükdə 
bir  elin-obanın  sevincinə  səbəb  olmuşdu.  Lap  kiçik  yaşla-
rından yaşıdlarından ağılı, kamalı, yanımcıllığı, zəhmətkeş-
liyi və vətənpərvərliyi ilə seçilərdi Yasif. 
Sanki  onun  balaca  ürəyində  igid  el  atası  sayılan 
Məşədi  Qasım  babamın  və  atam  Fəzi  Kərimovun  ürəyinin 
təpəri, qədd-qamətində ata-babamızın mərdliyi, məğrurluğu 
var idi. O, balaca ürəyində o qədər böyük sevgilər yaşadırdı 
ki,  heç  kimin  ürəyində  ata-anaya  belə  oğul  sevgisi,  bacı-
qardaşa  belə  qardaş  sevgisi,  elə-obaya,  vətənə  belə  vətən-
daş sevgisi ola bilməzdi. Üz-gözündən nur yağardı. Böyük-
kiçiyin  yerini  bilər,  atdığı  hər  addımı  ilə  ailəyə  başucalığı 
sevinc  gətirərdi.  Özündən  iki  yaş  kiçik  olan  Vasif  üçün 
ideal qardaş, mübariz sirdaş obrazı idi Yasif. Anamız haq-
qında  elə  möhtəşəm  planları  vardı  ki,  böyüyəndə  ananın 
bütün arzularını yerinə yetirmək, ona ən yaxşı həyat yaşat-
maq,  keçmişdəki  sıxıntılarını  unutdurmaq,  qəlbindəki 
Yüzasif  yarasını  sağaltmaq,  hər  an,  hər  dəqiqə  ona  qayğı 
göstərmək. Bu idi Yasifin ən ümdə arzusu. Sevdiyi qıza da 
ilk sözü “Anamı doğma ana kimi sevsən, səni baş tacı kimi 
sevəcəyəm” cümləsi olmuşdur. 
Ürəyinə  görə  bir  qız  sevmişdi  Yasif.  Allah-Təala  bu 
müqəddəs  üçlüyə  (Yasif,  nişanlısı  və  anası)  elə  bir  sevgi 
bəxş etmişdi ki... Kiçicik bir anı, bir dəqiqəsi, bir ömrə bə-
rabər  olan  bir  sevgi.  Qısa  zaman  kəsiyində  bu  üçlük  mü-
qəddəs bir sevgi, məhəbbət məbədinə çevrildi. Sanki ömrü-
nün qısa olacağını bilir, bir ömür payına düşəcək sevgisini 
bu qısaca ömrünə son dərəcə səxavətlə paylamağa çalışırdı. 

Ömrün şəhidlik zirvəsi 
 
 

Hərbi  xidmətini  başa  vurduqdan  sonra  toy  etmək, 
ananın gözlərindəki kədəri bir dəfəlik silmək istəyirdi. Yağı 
düşmənlə  qızğın  döyüşlərin  getdiyi  vaxtlarda  o,  döyüşə 
getdiyini  ata-anasından  ciddi-cəhdlə  gizlədirdi  ki,  nigaran 
qalmasınlar. Atam Böyük Vətən Müharibəsində 4 il igidlik-
lə  vuruşmuş  bir  veteran  kimi  hər  zaman  əsgərlərimizlə, 
kəndimizin  gəncləri  ilə  görüşür,  maraqlı  söhbətlər  aparır, 
dəyərli  məsləhətlər  verirdi.  Belə  söhbətlərin  birində  atam 
Yasifə  dedi  ki,  oğlum,  şər  deməsən  xeyir  gəlməz,  düşmən 
əlinə düşüb eləsən kimin nəslindən olduğunu bildirmə. 
Yasif  yaşından  qat-qat  böyüklərə  xas  olan  tərzdə 
cavab verdi.  
–  Ata  başqasının  adı  altında  gizlənməkdənsə,  elə  ba-
bam Məşədi Qasımın adına layiq nəvə kimi ölərəm.  
Qısa  ömür  yolunda  şanlı  bir  döyüş  yolu  keçdi  Yasif. 
Döyüş  bölgələrində  nisbi  sakitlik  yarananda  əmioğluları 
Ziyafət, Mehdi və Rəsulla, dostları Qulam, Cəfər, Rəşadət, 
Elçin,  Firudin,  Eldəniz,  Məhərrəm  və  Ziya  ilə  görüşüb 
məsləhətləşir,  bir-birilərinə  döyüş  taktikalarını  öyrədir, 
özlərini  qorumağı  söyləsələr  də,  əslində  hər  biri  bu  yolda 
ölməyə  hazır  olduğunu  gizlətmirdilər.  Məzuniyyəti  vaxtı 
Bakıya  gəlmişdi.  Şəhidlər  xiyabanına  getdik.  Xocalı 
şəhidlərinin  qəbrindən  ayrıla  bilmirdi.  Hər  şəhid  məzarı 
qarşısında  uzun  müddət  dayanır,  acı  göz  yaşlarını  ürəyinə 
axıdaraq sanki bu şəhidlərin ruhu qarşısında and içirdi. Geri 
dönərkən dediyi bir cümlə elə oradaca ürəyimə bir od saldı.  
–  Bacı,  adam  bu  şəhidləri  burda  qoyub  evə  getmək 
istəmir, elə burada onlarla qalmaq istəyir, – dedi, – Yasif.  
Elə həmin gündən etibarən mənim kiçik ürəkli qəhrə-
manım sanki həyatının ən mühüm qərarını qəbul etmişdi.  

Ömrün şəhidlik zirvəsi 
 
 

– Nə qədər ki, vətən dardadır bizə rahatlıq yoxdur, bu 
şəhidlərimizin qanını yerdə qoymayacağam.  
Son  nəfəsinədək  də  əhdinə  sadiq  oldu  mənim  şir 
ürəkli  qəhrəmanım.  Özü  ilə  kəndimizin  bütün  cavanlarını 
da  mübarizəyə  ruhlandırdı.  Qızğın  müharibə  illərində  öv-
ladlarını  müharibədən  yayındıran  soydaşlarımızı  görəndə 
deyirdi  ki,  zaman  hər  kəsə  öz  layiqli  qiymətini  verəcək.  O 
illər  ərzində,  bəlkə  də  respublikamızda  yeganə  kənd  idi 
bizim  kəndimiz.  Belə  ki,  qocasından  cavanına,  gəlinindən 
qızına kimi silaha sarılaraq müsəlləh bir ordu kimi döyüşə 
hazır  vəziyyət  almışdı.  Düşmənlə  döyüşə  girən  hər  bir 
gəncimiz  arxasında  belə  bir  mütəşəkkil  ordunun  olduğuna 
güvənir və daha da əzmkarlıqla döyüşürdülər. 
Elə  kəndimizin  ilk  şəhidi  də  mənim  Yasif  qardaşım 
oldu. Yasifin məzarı başında and içən əmisi oğlanları Ziya-
fət, Mehdi və Rəsul, dostları Qulam, Cəfər, Rəşadət, Elçin, 
Firudin,  Eldəniz,  Məhərrəm  və  Ziya  son  nəfəslərinədək 
igidliklə  döyüşərək  zamanın  daşa  dönmüş  sinəsinə  silsilə 
qəhrəmanlıq səlnaməsi yazdılar, şəhid oldular. Çiçəyin ətri 
burnunda olan gözlərindən sevgi, məhəbbət yağan, üzlərin-
dən nur tökülən bu el oğullarının hər biri bizim and yerimi-
zə, son anda üz tutacağımız müqəddəs məbədgahımıza çev-
rildilər. Qəbriniz nurla dolsun, atanızın çörəyi, ananızın sü-
dü sizə halal olsun! Bir də mənim əziz qardaşlarım, sizə uğ-
runda  canınızı,  qanınızı  əsirgəmədiyiniz  torpaqlarımızın 
azadlığını, Azərbaycanımızın bütövlüyünü qazanmasını ar-
zulayıram. Mən əminəm ki, o zaman sizin vətən göylərində 
narahatlıqla dalğalanan ruhunuz rahatlıq tapacaq.  
 
Sənubər Fəziqızı,  
“Press-Media” qəzeti, №13(137). 26 fevral 2010-cu il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
10 
TALEYİNƏ ŞƏHİDLİK 
QİSMƏT OLAN QARDAŞIM 
 
 
Kəndimiz – İrəvan xanlığı Göyçə mahalının Daşkənd 
kəndi.  Hal-hazırda  Bərdə  rayonunun  Yeni  Daşkənd  kəndi. 
1948-53-cü  illərdə  millətçi  daşnak  erməni  təqibinə  məruz 
qalan  guya  könüllü,  əslində  isə  min  bir  mərhumiyyətlə 
məcburən  köçən,  köçürülən  kənd.  Qaçqın  kənd,  didərgin 
kənd.  
Qəhərdən  boğulan  gözləri  nəmli,  taleyi  qəmli  Böyük 
Vətən Müharibəsinin II qrup əlili, şəhid atası, qaçqın atam 
Fəzi  Kərimov  dinimizin,  xalqımızın,  torpağımızın  təhqir 
olunmasına  dözməyən,  öz  yurdundan  didərgin  düşən  igid 
babam Məşədi Qasım Hacı Kərim oğlunun Göyçənin mərd 
oğulları ilə birlikdə əvvəllər Göyçə  mahalı, sonralar Qara-
bağ,  Malıbəyli,  Xocalı  uğrunda  gedən  döyüşlərdə  mənfur 
yağı düşmənlərlə apardığı ölüm-dirim vuruşmasını («Vətən 
səsi»,  №11(47),  14.03.1991;  Z.Bünyadov,  «Xəbərlər»  №4 
səh.87,91. 1989) o vaxtki hadisələri xatırlayır, həsrət qaldı-
ğı doğma, ata-baba yurdunun xırdaca daşının, ağacının belə 
gözləri önündən getmədiyini, bir an belə unutmadığını, «bir 
də  o  yerləri  görəydim,  sonra  öləydim»,  –  deyirdi,  bizi  də 
kövrəldirdi. O vaxtdan çox keçsə də, düşmənlərə qalan tor-
paqlarımızın, müqəddəs ata-baba yurdlarımızın qaytarılma-
sı, haqq-ədalətin bərpa olunması işi bir an belə yadımızdan 
çıxmamış,  tarixin  bu  haqsızlığının  gec-tez  düzəlməsinə 
ümidimizi itirməmişik.  
Məgər  torpaqlarımıza  bilə-bilə  olunan  qəsd,  sərhəd-
lərimizin  pozulması,  müqəddəs  əcdadlarımızın  ruhlarının 
dolaşdığı məmləkətimizin yağı düşmən tapdağı olması belə 
qovulmaların nəticəsi olmamışdırmı? Qaçqın olmuşuq, sus-
muşuq. Bizi kütləvi qıran, diri-diri yandıran, «türklər bizim 

Ömrün şəhidlik zirvəsi 
 
 
11 
düşmənimizdir»  deyə  bağıran,  təzə  gözü  açılan  dığaları  bu 
ruhda  tərbiyə  edən,  qətlimizə  məqam  axtaran,  bu  işdə  hər 
nəyi  varsa  qurban  verməyə  hazır  olan  şirin  dilli,  əfi  ilan 
zəhərli  din  düşmənlərimizi  hələ  bağışlamışıq  da.  Nə  üçün 
vaxtilə  ata-babalarımız  övladlarının adlarına «qaçqın»,  «di-
dərgin»  ləqəbi  qoymayıblar?  Bu  haqsızlığı  aləmə  car  çək-
məyiblər?  Yoxsa  sonrakı  müsibətlər  xalqımızın  başına  gə-
lərdimi?  Məruz  qaldığımız  soyqırıma  layiqli  siyasi  və  hü-
quqi qiymətin verilməməsində özümüz günahkar deyilikmi? 
İndi də tarixin bu haqsızlığı təkrarlanır. Vaxtilə qradlardan, 
kristallardan  Tərtər  rayonuna  atılan  mərmilərin  səsindən 
evlərinin şüşələri sınan, vahimələnən kənd camaatı, cəsarətli 
balalarımız, Vətən torpağının hər qarışı uğrunda ölüm-dirim 
mübarizəsinə  atılan  hər  döyüş  kəndi  basılmaz  bir  qaladır 
düşünən ürəklərdən, qəlblərdən bir sızıltı keçir. Bəs nə vaxt 
haqq-ədaləti ortaya çıxararaq buna son qoyacağıq? 
Bu  cavabsız  suallar  mənə  Ağdərə,  Drambon  döyüş-
lərində  şəhid  olan  rəhmətlik  qardaşım  Yasiflə  kəndimizə 
gedən yolda, ölümündən bir həftə əvvəl görüşdüyümüz son 
görüş gününü xatırladır.  
Amansız yaddaşıma həkk olunan, heç bir yağışın yu-
madığı,  şimşəyin,  tufanın  qoparmadığı  o  gün  yaxşı  ya-
dımdadır.  Mən  Bakıdan  evə  –  kəndə,  o  isə  hərbi  formada 
rayona – batalyona növbəyə gedirdi. Maşından düşüb öpü-
şüb  görüşdük.  Gözlərimə  inanmadım,  dünənə  qədər  uşaq 
bildiyim  qardaşım  necə  böyüyüb  məğrurlaşmışdı.  Üzün-
dən-gözündən nur tökülür, hərbi forma onun cəngavər gör-
kəmini bir az da cazibədar edirdi. «Özünü gözlə, hələ tezdir 
sənə ağır döyüşlərə getmək… Hər şey ola bilər», – dedim. 
Etiraz kimi ancaq hörmət əlaməti olaraq üzünü yana tutub, 
«Evdə də bunu mənə deyirlər. Bəs kim getsin döyüşə? Ya-
xına  düşən  düşmən  mərmilərinin  səsindən  kənddə,  evdə 

Ömrün şəhidlik zirvəsi 
 
 
12 
durmaq olmur. Hara qaçaq? İnsan öz torpağından neçə dəfə 
qaçqın  düşər?  Geriyə  yol  yoxdur!»  Ruhu  şad  olsun  bütün 
şəhidlərin.  Onun  cavabsız  qalan  sualları  indi  də  fikrimdə 
səslənməkdədir.  
İki  qardaşın  kənd  yolunda  dialoqu.  Halallaşdıq.  Şər 
qarışırdı.  Ayrılanda  bir  şəkil  verdi  mənə.  «Xatirə  saxla» 
dedi və ayrıldıq. Mən evə doğmalarla görüşə, o isə Vətənin 
keşiyində əbədi qalmağa gedirdi.  
Adətən  bir-birimizlə  evdə  görüşməyi  adət  etdiyimiz-
dən  qürub  çağı  bizi  ayıran  bu  görüşdən  sonra  bir  üşütmə 
keçdi ürəyimdən, qəribə hisslərlə yoluma davam etdim. Bu 
mənim  taleyinə  şəhidlik  qismət  olan  qardaşım  Yasiflə  son 
görüşüm idi.  
Dəfn  zamanı  şəhidin  Bakıya,  Şəhidlər  Xiyabanına 
aparılması  təklifini  eşidən  atam  onu  el  qəbirstanlığında 
uyuyan qardaşlarından ayırmayacağını dedi. Bu, şəhid qanı 
tökülən torpaqlarımızın unudulub sahibsizləşməsi, pusquda 
duran quzğun xislətli düşmənlərimizə lazımi xidmət olardı. 
Doğru  sözə  nə  deyəsən?  Məgər  şəhid  üçün  Vətənin  hər 
qarış torpağı müqəddəs deyilmi? 
«Vaxt hər şeyi udur və unutdurur», – deyirlər. Həmi-
şəlik  sükuta  qərq  olunmuş  yataq  otağı,  müxtəlif  cəbhə  şə-
killəri, qəzet materialları, donmuş baxışlarda suallar!  
İgid oğlanlarımızın qanı hesabına azad edilmiş kənd-
lərimiz,  döyüş  əhəmiyyətli  mövqelərimiz  biganəlik,  hərc-
mərcliklə  kimlərinsə  iyrənc  siyasi  marağına  görə  yenidən 
düşmənə verilib? Bu nə deməkdir? Daxili sıxıntıdan əriyi-
rəm, bütün varlığımla sarsılıram.  
Ağır  itki  valideynlərin,  doğmaların  baxışlarında  özü-
nü  biruzə  verir.  Sanki  qarşılaşmaqdan  ehtiyat  edirlər.  Nə 
ilə,  hansı  təsəlli  ilə  unutdurmaq,  hansı  məlhəm  ilə  ovun-
durmaq olar parçalanmış, buzlaşmış ana ürəyini?  

Ömrün şəhidlik zirvəsi 
 
 
13 
Bir nəğmə oxuyur
Bülbül ömrü uzunu. 
Nə haqdadır, o nəğmə, 
Bir kimsə bilmir bunu! 
Vətən nəğməsidir, 
Sevgi nəğməsidir, 
Dinlə bunu, ey könül.  
Olsaydı qeyri nəğmə
Çoxdan bezərdi bulbul! 
Vətənimiz,  anamız  torpaq  üçün  yaranmamışıqmı? 
Vətən darda olanda, yağı gülləsi qabağına çıxmaq, ölməzlik 
qazanmaq,  əbədiyyətə  qovuşmaq,  şəhid  olmaq,  ona  olan 
tükənməz məhəbbətin son zirvəsi deyilmi?  
Az keçmədi kənd camaatı daha bir sarsıdıcı xəbər al-
dı. Qısa ömür kitabını qəhrəmanlıq salnaməsi ilə tamamla-
yan  elimizin  qeyrətli,  qorxmaz  oğlu  milis  baş  serjantı  Zi-
yafət  Balıyev  Ağdərə  döyüş  mövqeyindən  hərbi  sursatla 
dolu  avtobusu  çıxararkən  şəhid  olmuşdur.  Sən  bir  taleyin 
hökmünə  bax,  sağlığında  qoşa  gəzən  igid  əmioğlulara  el 
qəbirstanlığında  birgə  uyumaq,  torpaqlarımızın  keşiyində 
əbədi qalmaq qismət oldu.  
Şimşək ömürlü şəhidlər, Allah sizə rəhmət eləsin!  
Ruhunuz şad olsun! 
 
Siz şəhidsiz, 
Vətən Sizsiz! 
Torpaq üçün  
Ölən sizsiz! 
 
Azər Fəzi 
Çexiya-Azərbaycan Elm Mədəniyyət Mərkəzinin sədri
Çex Respublikası Ali Texniki Universitetinin professoru 
“Vətən səsi” qəzeti, 7 may 1993-cü il 

Ömrün şəhidlik zirvəsi 
 
 
14 
ÖMRÜN ZİRVƏSİ ŞƏHİDLİKDİR 
Bir ana fəryadı səsləyər Səni! 
Göyçə mahalından, doğma ata-baba yurdundan didər-
gin düşmüş, igid babamız Məşədi Qasım Hacı Kərim oğlu-
nun,  əvvəllər  Göyçə  mahalı,  sonralar  Xocalı-Əsgəran,  öz 
adı  ilə  adlanan  Qasımlı  kəndi  uğrunda  gedən  döyüşlərdə 
yağı erməni düşmənlərlə vuruşmasını eşidə-eşidə böyümüş-
dü. O, elə bil qisas almaq üçün fürsət gözləyirdi. Həyat eşqi 
ilə yanan, parlaq, gülən gözləri nələr vəd etmirdi, nələr söy-
ləmirdi!!!  
Vaxt  gəldi  çatdı.  Bərdə  rayonu  Yeni  Daşkənd  kən-
dində  boya-başa  çatan  Yasif  Fəzi  oğlu  Kərimov  Bərdə  ba-
talyonunda hərbi xidmətə başladı. Qeyrəti, işgüzarlığı, isti-
qanlığı  ilə  az  müddətdə  birinci  bölüyün  rəğbətini  qazan-
mışdı. Xoş arzuları tükənməz idi!!! Nişanlı olduğunu əsgər 
yoldaşlarına  sözarası  demişdi.  Gözlərindən  «Sənsiz  keçən 
günlərim» intizarı oxunurdu. Qələbənin yaxınlığına heç bir 
şəkk-şübhəsi yox idi.  
Fəqət,  22  avqust  1992-ci  ildə  Ağdərə  rayonu  Dram-
bon  ətrafı  uğrunda  gedən  döyüşlərdə  düşmən  qəlpələri  hə-
mişəlik söndürdü sayrışan sonsuz bir ümidin qığılcımlarını: 
 
Ölüm necə qıydı cavan canına. 
Torpaq şəhidini aldı qoynuna. 
Ahımız, naləmiz uçar yanına. 
Bir ana fəryadı səsləyər Səni! 
Qoruya bilmədik ölümdən Səni! 
 
Öz  şəhidliyi  ilə  ölməzliyi  qazandı,  qəlblərə,  ürəklərə 
köçdü,  əbədiləşdi.  Xalqımızın  azadlıq  rəmzi  olan  xalının 
ilmələrini al qırmızı qanı ilə bəzədi, rənglər ümmanına qa-

Ömrün şəhidlik zirvəsi 
 
 
15 
rışdı,  Mənim,  Sənin,  Bizim  hamımızın,  Vətənimizin  sipər 
daşı oldu.  
Vətən! Daşına, torpağına qurban olum. Sənin uğrunda 
ölərəmsə,  onda  Vətənsən,  Vətənimsən  deyən  həmin  batal-
yonda  döyüşən  kiçik  qardaşı  Vasif  Kərimov  xalqımızın 
azadlığı,  müstəqilliyi,  torpaqlarımızın  bütövlüyü  uğrunda 
döyüşü davam etdirməyi, şəhid qardaşlarımızın qanını yer-
də qoymayacağını bildirir, hamını bu müqəddəs borcu dərk 
etməyə çağırır.  
Doğrudan  da,  ot  kökü  üstə  bitərmiş!  Başı  qarlı,  dağ 
vüqarlı  el  ağsaqqalı,  Böyük  Vətən  Müharibəsinin  ikinci 
qrup  əlili,  dörd  oğul  itirmiş  şəhid  atası,  babam  Fəzi 
Kərimov bu müharibədə vuruşanların və şəhid olanların ha-
mısı  mənim  balam,  övladlarımdır!  İndi  o  tək  bizim  deyil, 
hamınındır,  -  deyə  təsəlli  verir,  şəhidin  döyüş  (cəbhə)  yol-
daşlarına uğurlar diləyirdi.  
Bu  ağsaqqal  xeyir-duası  mənə  tanış  idi.  Onu  babam 
bu ilin yazında Xanlar batalyonunda döyüşən, Goranboyun 
Mənəş,  Buzluq,  Erkəc,  Başkənd,  Başqışlaq  kəndlərinin, 
Gülüstanın  alınmasında,  Ağdərənin  Talış,  Qırmızı  kənd, 
Maqadis kəndlərində və rayon mərkəzinədək gedən döyüş-
lərdə qəhrəmanlıqla vuruşaraq şəhid olan - snayperçi nəvəsi 
Abbas  Talıb  oğlu  Qasımovun  ölüm  xəbərini  eşidəndə  də 
demişdi:  
Vətən torpağı qu tükü olsun
Ana südü halal olsun Sizə. 
Şəhid oğul, şəhid nəvə! 
Əhsən sənə qəhrəman ata, qəhrəman baba!  
Allah rəhmət eləsin!  
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə