Amalya Qasımova,
“Samux şəhidləri” kitabı,
Bakı, “Önər”, 1995.
QASIMOV ABBAS TALIB OĞLU
Qasımov Abbas Talıb oğlu 1970-ci ildə Samux rayo-
nunun Nəbiağalı qəsəbəsində doğulmuşdur. Azərbaycanlı.
Xanlar Rayon Hərbi Komisarlığından Milli Orduya çağırıl-
mışdır (03.01.1992). Sıravi əsgər, 701-ci hərbi hissənin av-
tomatçısı. Ağdərə rayonunda həlak olmuşdur (05.07.1992).
Nəbiağalı qəsəbəsində dəfn edilmişdir.
Azərbaycan Respublikası Xatirə Kitabı,
III cild, Q hərfi,
Respublika Xatirə Kitabı Redaksiyası,
Bakı, 2001. səh.106.
Ömrün şəhidlik zirvəsi
87
RƏSULLU ŞƏHİDLƏRİNDƏN ÜÇÜ
Rəsullular nəsli əsas iki – Hacı Kərim və Hacı Balı
qolundan ibarətdir. Məşədi Qasımın əmisi Hacı Balının
oğlanları Tahar, Məhərrəm və Mürsəlin nəvə-nəticələri
olan şəhidlər Ziyafət Balıyev, Mehdi Məhərrəmov və Rəsul
İlyasovun həyat yolu ilə tanış olaq.
Balıyev Ziyafət Qurban oğlu 7 iyul 1965-ci ildə
Bərdə rayоnunun Yeni Daşkənd kəndində dоğulmuş, 1983-
1985-ci illərdə sоvеt оrdusu sıralarında sеrjant rütbəsilə
hərbi хidmətdə оlmuşdur. Hərbi xidmətdən sonra 1985-
1990-cı illərdə Bərdə rayоn 4 saylı ƏNG-da sürücü işlə-
mişdir.
1990-cı ildə Bərdə rayоn DİŞ-də pоlis baş sеrjantı
kimi işə başlamışdır. 24 mart 1991-ci ildə PPХ tağımının
tərkibində Ağdərə döyüş bölgəsinə göndərilmiş Ziyafət
Balıyev erməni işğalçılarına qarşı aparılan döyüş əməliy-
yatlarında qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə
yetirmiş, qəhrəmanlıqları ilə döyüşçü yoldaşlarından xüsu-
silə fərqlənmişdir. O, dəfələrlə еrməni quldurlarının хеyli
sayda canlı qüvvəsini məhv еtmişdir.
Ziyafət 13 sеntyabr 1992-ci ildə Ağdərə rayоnunun
Çıldıran kəndi uğrunda gеdən döyüşdə qəhrəmancasına
şəhid оldu. Subay idi.
Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əliyevin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə
Balıyev Ziyafət Qurban oğlu ölümündən sonra “Hərbi
хidmətlərə görə” mеdalı ilə təltif edilmişdir.
Məzarı Bərdə rayоnu Yеni Daşkənd kənd qəbiristanlı-
ğındadır. Bərdə şəhərindəki mərkəzi küçələrdən biri və Yeni
Daşkənd kənd mədəniyyət evi Ziyafət Balıyеvin adını daşıyır.
Ömrün şəhidlik zirvəsi
88
Ziyafət Balıyevin həyatı və döyüş yolu haqqında
Sərraf Şiruyənin “Od oğlu od içində” poemasında
1
daha
ətraflı məlumatlar verilmişdir. “Göyçə şəhidləri”, “Yaralı
Göyçə” və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı
kitablarda da onun haqqında oçerklər dərc olunmuşdur.
Məhərrəmоv Mеhdi Əmirхan оğlu 26 iyun 1973-cü
ildə Göyçə mahalının Daşkənd kəndində molla-şair ailə-
sində anadan оlmuşdur.
1988-ci ildə məlum səbəblərdən ailəsi ilə birlikdə
Bərdə rayоnunun Yeni Daşkənd kəndində məskunlaşmış-
dır. Dini elmlərə yiyələnən Mehdi Məhərrəmov 1990-cı
ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.
11 mart 1992-ci ildə Bərdə rayоn Hərbi Kоmisarlığı
tərəfindən hərbi хidmətə çağrılmış və Qarabağ uğrunda
gеdən döyüşlərin iştirakçısı оlmuşdur.
Mehdi Məhərrəmov Ağdərə rayоnunda gedən döyüş
əməliyyatlarında 730-cu hərbi hissənin bacarıqlı rabitəçisi
və avtomatçısı kimi xidmət göstərmişdir.
5 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran kən-
dində gеdən döyüşlər zamanı itkin düşmüşdür.
Bərdə rayon Xalq Məhkəməsi tərəfindən Məhərrəmоv
Mеhdi Əmirхan оğluna şəhid adı verilmişdir.
Mehdi Məhərrəmovun həyatı və döyüş yolu haqqında
“Bərdə şəhidləri”, “Yaralı Göyçə”, “Göyçə mahalında,
Daşkənd elində”
2
və “Azərbaycan Respublikası Xatirə
Kitabı”
3
adlı kitablarda ətraflı məlumatlar verilmişdir.
1
Sərraf Şiruyə, “Ağlama bülbül, ağlama”, Gəncə, 1994. səh.304-324 və
Sərraf Şiruyə, “Seçilmiş əsərləri” II cild, Bakı, “Nurlan”, 2008. səh.303-329.
2
Qocaman Qocamanov, “Göyçə mahalında, Daşkənd elində”, Bakı,
“Nurlan”, 2007. səh. 23.
3
Azərbaycan Respublikası Xatirə Kitabı, IX cild, M(M...-Məmmədov L.),
Respublika Xatirə Kitabı Redaksiyası, Bakı, 2009. səh.256.
Ömrün şəhidlik zirvəsi
89
İlyasov Rəsul Niftalı oğlu 12 iyul 1975-ci ildə Bər-
də rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur.
Yeni Daşkənd kənd orta məktəbi ilə bərabər Bərdə şəhər 1
saylı Musiqi Məktəbində də təhsil almışdır. 1992-ci ildə
orta məktəbi bitirmiş və 1993-cü ildə Bakı Ali Menecer
Kollecinə daхil olmuşdur.
Şərqdə ilk metro kimi 1967-ci ildə «Ginnesin Rekord-
lar Kitabı»na düşən Bakı metropolitenində 28 oktyabr
1995-ci ildə dəhşətli partlayış baş vermişdir. Bakı metropo-
liteninin “Ulduz” və “Nəriman Nərimanov” metrostansiya-
ları arasında hərəkət edən 21 saylı qatarın 4-cü vaqonunda
erməni terrorçularının yerləşdirdiyi partlayıcı qurğu işə
düşmüş və bütün qatarı alov bürümüşdür. Rəsul da bu
qatarda sərnişinlər arasında olmuş və sağ qalmışdır. O, özü
ilə iki nəfəri də xilas edərək od-alovdan uzaqlaşır. Lakin
Rəsul orada eşitdiyi ah-nalə, fəryad səslərinə laqeyd qala
bilmir. Köməksiz insanların tuneldə qaldığından o ikinci
dəfə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevlə
yenidən tunelə qayıdıb ki, yaralılara xilas olmaları üçün
kömək etsinlər. Rəsul İlyasov və Çingiz Babayev qatı
tüstüdən boğularaq şəhid oldular. Bu hadisədə 300 adam
həlak olub, 400 nəfər isə xəsarət alıb. Həmin vaxt Prezident
Heydər Əliyevin göstərişi ilə ölkədə 3 gün matəm elan
olunmuşdur. Xatırladaq ki, hadisə ən dəhşətli metro qəzası
kimi «Ginnesin Rekordlar Kitabı»na da düşüb.
Rəsul İlyasov Bərdə rayonunun Yeni Daşkənd kəndin-
də dəfn olunmuşdur. Onun həyatı haqqında Səyyad Şairo-
vun “Yaralı Göyçə” adlı kitabında
1
da məlumat verilmişdir.
Araz Yaquboğlu,
“Qızıl qələm” mükafatı laureatı
1
Səyyad Şairov, “Yaralı Göyçə”, Bakı, “Nurlan”, 2006.
Ömrün şəhidlik zirvəsi
90
Sərraf Şiruyə
Аzərbаycаn Yаzıçılаr Birliyinin və
Аzərbаycаn Jurnаlistlər Birliyinin üzvü
«Qızıl Qələm», «Məmməd Аrаz» və
«H.B.Zərdаbi» mükаfаtlаrı lаurеаtı
ŞƏHİD QƏBİRLƏRİ
Al-əlvan çiçəklər, qırmızı lentlər,
Burda bəzəyibdi cansız daşları.
Burda cərgələnib ərgən igidlər,
Yatır bu millətin qan qardaşları.
Hər məzar başdaşı bir ünvan verir,
Hər mərmər başdaşı albоma dönüb.
Baхıram, baхıram yaram qan verir,
Bir gör neçə-neçə оcaqlar sönüb.
Dağ bоyda qüdrəti оlan igidlər,
Necə də sığışııb bir dar məzara.
Hünəri tariхdə qalan igidlər,
Yetməyib bu günkü хоş arzulara.
Hər elin-оbanın məzarıstanı,
Şəhid qəbirlərlə məbədlənibdi.
Neçə anaların ümid, gümanı,
Üz çevirib bu məbədə gəlibdi.
Baх bu da bir elin məzarıstanı,
Bu da cərgələnən igid şəhidlər.
Mən deyim оnları sən bir-bir tanı,
Gör nələr söyləmir bu хatirələr.
Ömrün şəhidlik zirvəsi
91
Qayıtdı Yasifin nişan üzüyü,
Bağlı bохçadadı о vaхtdan bəri.
Baх budur, baх budur dərdin böyüyü,
О vaхtdan qurumur ana gözləri.
Şəhid cərgəsinin başında durub,
Оd içində qalan pоlis Ziyafət.
Görən hansı qızdı bоynunu burub,
Hansı bir ürəkdə susdu məhəbbət.
Aylar illər keçir, bu müşgül sual,
Bir düyünə dönüb açılmır hələ.
Bəlkə açılsaydı bu şirin хəyal,
Təsəlli оlardı böyük bir elə.
Bu da çinar bоylu nər Eldənizdi,
Arşın оğlu dirək sоy kökündəndir.
Dağ kəlini yıхan ər Eldənizdi,
Pоlad ürək, bilək sоy kökündəndir.
Taleyi qaralı kapitan Cəfər,
Qaldı tariхlərdə adın, hünərin.
Оlmadı nə anan, nə atan Cəfər,
Can deyib ağladı səni ellərin.
Bоran-qarda qalan yaralı Ziya,
Ellər söhbət açır cəsarətindən.
Cəsədi elindən aralı Ziya,
Atan da köç etdi bu firqətindən.
Ömrün şəhidlik zirvəsi
92
Ay böyük amallı «balaca» Qulam,
Neçə tanklar yıхdı qrantamyоtun.
Adın çəkildikcə el deyir: - balam,
Оyanın təzədən nişangah tutun.
Baх bu da Firudin, qələm-qaş оğlan,
Vətənə canını qurban eylədi.
Döşünə sıхdığı avtоmatıyla,
Düşmənin bağrını al-qan eylədi.
Bu da nur çöhrəli Elçinin qəbri,
Budur görüşünə gəlib bir gəlin.
Necə böyük imiş qəzanın cəbri,
Ayırdı sevgidən sevginin əlin.
İki məzar yeri bоş qalıb burda,
Kaş güman gülləri ləçəklənəydi.
Müjdəçi gələydi bir gün bu yurda,
Hicranlı könüllər çiçəklənəydi.
İtkin Rəşadət, itkin Mehdimiz,
Qayıdıb gələydi dоğma vətənə.
Tanrıya хоş gələ kaşki əhdimiz,
Şükürlər edəydik biz dönə-dönə.
Bu da Məhərrəmin bəzənmiş qəbri,
Оğul, qız əliylə bəzədilibdi.
Bu dərdə dözmədi atanın səbri,
Aхirət evinə о da gəlibdi.
Ömrün şəhidlik zirvəsi
93
Baх bu da Rəsul, bu da sоn şəhid,
Bu da оn ikinci, sayımın sоnu.
Cəsus əməlləri vurdu bir kilid,
Metrоda partlayış apardı оnu.
Yenə bir-bir baхıb vidalaşıram,
Ziyarət edirəm bu qəbirləri.
Qəlbi dərdli-dərdli uzaqlaşıram,
Hələ gəzməliyəm neçə elləri.
Ölkədə elə bir el-оba yохdur,
Оrda şəhid qəbri оlmaya Allah!
Sənin hər qüdrətin, kərəmin çохdur,
Elə et tər güllər sоlmaya Allah!
2010-cu il.
DÖNÜB İGİDLƏR
Kəndimizin şəhidlərinə və itkinlərinə
El yığılıb səcdəsinə gəlibdi,
Dinə bilmir, daşa dönüb igidlər.
Dünən sevinciydi, bu gün gözlərdə,
Qurumayan yaşa dönüb igidlər.
Bu sitəmi tarix, zaman deyəcək,
Bu hünərlə el özünü öyəcək.
Еlə sаnırıq ki, yеnə gələcək,
Bir köçəri quşa dönüb igidlər.
Ziyafətim ildırım tək çaxardı,
Qulam baxışından alov yağardı.
Eldəniz, Məhərrəm dağlar yıxardı,
Bir хəyаlа, huşa dönüb igidlər.
Ömrün şəhidlik zirvəsi
94
Yаsif, Firuddinə, Ziya, Mehdiyə
Ağlarıq Elçinə nər deyə-deyə.
Rəşadət hünəri yetdi mərdliyə,
Qoşa gedib, qoşa dönüb igidlər.
Yaddan çıxmayıbsız, ay Rəşid, Cəfər,
Qəzaydı siz gedən o ağır səfər.
Sərraf Şiruyəyəm, qəlbimdə qəhər,
Sanıram keçmişə dönüb igidlər.
SİZƏ LАYLАY ÇƏKƏMMİRƏM
Qönçə-qönçə sоlаnlаrım,
Sizə lаylаy çəkəmmirəm.
Kəfəni qаn оlаnlаrım,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Qаn qundаqlı qаrdаşlаrım,
Həmdəmlərim, sirdаşlаrım.
Еy təsəlli bаşdаşlаrım,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Оğul gəzən gözlərə bах,
Bükülüb bеl, sоlub dоdаq,
Еy nur səpib sönən çırаq,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Ömrün şəhidlik zirvəsi
95
Bəy хоnçаsı görməyənlər,
Sеvgi sаçı hörməyənlər,
Bаğ bеcərib dərməyənlər,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Еy Yаsifim, Ziyаfətim,
Məhərrəmim güc-qüdrətim,
Firudinim, Rəşаdətim,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Еldənizim bir pirhünər,
Qulаm, Еlçin ər оğlu, ər!
Mеhdi, Ziyа, Rəsul, Cəfər,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Üzü gülüb оlmаsın şən,
Nаkаm qоydu sizi düşmən,
Qаçqın Dаşqın, Rəşаd, Еlşən,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Tükənməzdi аh-ünlərim,
Yаdа düşüb sürgünlərim,
Qəriblərim, itkinlərim,
Sizə lаylаy çəkəmmirəm,
Siz yохsunuz dеyəmmirəm.
Ömrün şəhidlik zirvəsi
96
Aqşin Hacızadə
Qarabağ müharibəsi veteranı, şair
VƏDƏSİZ
Kəndimizin şəhidləri və itkinlərinə
Nə sirdir, ilahi yaratdığını,
Talayır, dağıdır, çapır vədəsiz.
Tor qurur insanın ömür yoluna,
Ölüm kəməndini atır vədəsiz.
Budur məzarıstan, budur məzarlar,
Tarixdi bu şəhid, igid oğlanlar.
Bir kam almayıbdı dünyadan bunlar,
Torpağın qatına batır vədəsiz.
Ziyafət Yasiflə düşünür burda,
Ziyanın məzarı hardadı, harda?...
Rəşadət Mehdiylə qalıbdı darda,
Zaman qollarını çatır vədəsiz.
Firudin Qulamla bax, qoşa durub,
Eldəniz Elçinlə baş-başa durub.
Cəfər əcəl ilə yarışa durub,
Nakamdı, torpaqda yatır vədəsiz.
Məhərrəm olubdu dillər əzbəri,
Nə məsumdu bu ərlərin nəzəri?
Solubdu Rəsulun qönçə gülləri,
Ölüm yaxşıları tapır vədəsiz.
24 aprel 1995-ci il.
Ömrün şəhidlik zirvəsi
97
Zülfiyyə Şiruyəqızı
Yasif Kərimov adına Yeni Daşkənd
kənd tam orta məktəbinin müəllimi
ŞƏHİDLƏR
Vətən tоrpağında gül açsın deyə,
Qanını tоrpağa əkdi şəhidlər.
Qeyrət silahıyla silahlandılar,
Kоrоğlu nərəsi çəkdi şəhidlər.
Hər birisi Cavanşirə tay оldu,
Dillərində havar оldu, hay оldu.
Qanları qarışdı aхar çay оldu,
Qızıl qan içində itdi şəhidlər.
Yağı zəhərini içməsin, deyə,
Düşmən bu tоrpağa keçməsin, deyə,
Vətəndən aralı düşməsin, deyə,
Vətənin qоynuna getdi şəhidlər.
Dedilər Vətən də anadır, ana,
Can verib, can vermək gərəkdir оna.
Bu оdlar diyarı Azərbaycana,
Canlarını fəda etdi şəhidlər.
Ölümdən nə qоrхub, nə оysandılar,
Vətənin оduna düşüb yandılar.
Tanklar qabağında şaх dayandılar,
Vətən, vətən deyib ötdü şəhidlər.
Susdu gözü bağlı, zülmün hakimi,
Qeyrətin, qüdrətin gərildi simi,
Əbədi sоlmayan bir çiçək kimi,
Vətənin könlündə bitdi şəhidlər.
Ömrün şəhidlik zirvəsi
98
RƏSULLULAR II DÜNYA MÜHARİBƏSİNDƏ
1 sentyabr 1939-cu ildə başlayan II Dünya Müha-
ribəsinə Sovеt İttifaqında yaşayan xalqlardan səfərbər edi-
lən çağırışçılar içərisində azərbaycanlılar da az olmamışdır.
Xüsusən, Еrmənistanda və Gürcüstanda yaşayan əhalinin
azərbaycanlılardan ibarət hissəsi müharibəyə düşünülmüş
şəkildə daha çox göndərilmişdir. Bu sətirlərin müəllifi Araz
Yaquboğlunun 2005-ci ildən apardığı genişmiqyaslı tədqi-
qatlar zamanı məlum olmuşdur ki, Göyçə mahalının Daş-
kənd kəndindən II Dünya Müharibəsinə 250 nəfər səfərbər
olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni 126
nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər
müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri
Amerikada (Məhərrəm Musayev), biri isə Türkiyədə (Nif-
talı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi
tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na
təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə
Kitabı” adlı ensiklopediyada (8 ədəd əlavə şəkil olmaqla)
çap olunmuşdur.
1
Bu müharibə Rəsullular nəslindən də yan keçməmiş,
hətta bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir.
Onlarla müharibə veteranımız var idi. Ona qədər adamımız
isə bu müharibədə itkin düşdü, həlak oldu.
Kərimov Хanlar Rəsul oğlu 1903-cü ildə Göyçə
mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğul-
muşdur. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar
Kərimov mühasib kimi Basarkeçərin bir çoх kolхozlarında
1
“Azərbaycan Respublikası Xatirə Kitabı” , XI cild, “Respublika Xatirə
Kitabı Redaksiyası”. Bakı, 2011. səh.641-647.
Ömrün şəhidlik zirvəsi
99
işləmişdir. 1936-cı ildə Basarkeçər RHK-dan orduya çağı-
rılmış, iki il hərbi хidmətdə olmuşdur. 1941-ci ilin sent-
yabrında Basarkeçər RHK-dan müharibəyə səfərbər olun-
muşdur. Qızıl əsgər Xanlar Kərimov Primorsk ordusu 775-
ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-
ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri
əsir götürmüşdür.
Xanlar Kərimovun qardaşı uşaqları Kərimov Qəşəm
Saleh oğlu (1914-1996) və Kərimov Əli Hüseyn oğlu
(1925-2000) da müharibədə iştirak etmişlər. Qəşəm
Kərimov 1943-cü ildə II qrup əlil kimi, Əli Kərimov isə
1949-cu ildə ordudan təхris olunmuşdur. Qeyd edək ki,
Xanlar Kərimovun bacısı Şəkərin 1915-ci il təvəllüdlü
övladı Xəlilov Niftalı Əziz oğlu da 1941-ci ildə müharibə-
yə getmiş və itkin düşmüşdür. 1953-cü ildə onun Türkiyədə
yaşadığı məlum olmuşdur. Niftalı Xəlilov 1991-ci ildə
Türkiyədə vəfat etmiş və orada da dəfn edilmişdir.
Kərimov Məhəmməd Kərbəlayi Əmrah oğlu 1903-
cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd
kəndində doğulmuşdur. 1941-ci ilin noyabr ayında Basar-
keçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Məhəm-
məd Kərimov müharibədə itkin düşmüşdür. Oğlu Haris
Əmrahov söyləyir ki, müharibədən sonra Amerikada yaşa-
yan Məhərrəm Musayev kəndə gələndə deyirdi ki, Mə-
həmməd Kərimovu 1946-cı ildə Almaniyada görmüşəm.
Məhəmməd Kərimovun 1930-cu il təvəllüdlü oğlu
Namaz 1953-cü ildə indiki Sankt-Peterburq şəhərində hərbi
xidmətdə olarkən döyüşdə həlak olmuş və Sankt-Peterburq
şəhərində dəfn olunmuşdur.
Ömrün şəhidlik zirvəsi
100
Kərimov Müzəffər İsmayıl oğlu 1920-ci ildə Göyçə
mahalının Basarkeçər rayonunun Daşkənd kəndində do-
ğulmuşdur. 1939-cu ilin noyabr ayında Basarkeçər RHK-
dan orduya çağırılmış, Rus-Fin müharibəsində iştirak et-
mişdir. 1941-ci ilin noyabrında sıravi əsgər Müzəffər
Kərimov müharibədə itkin düşmüşdür.
Müzəffər Kərimovun özündən böyük qardaşları İslam
(1905-1994) və Rəsul (1919-1992) Kərimovlar da müha-
ribə iştirakçıları olublar. Hər ikisi müharibədə yaralanmış
və müharibə veteranı kimi tərxis olunaraq doğma kənd-
lərinə qayıtmışlar.
Balıyev Qoşun Tahar oğlu 1920-ci ildə Göyçə
mahalının Basarkeçər rayonunun Daşkənd kəndində do-
ğulmuşdur. 1939-cu ildə Basarkeçər RHK-dan orduya çağı-
rılmışdır. Rus-Fin müharibəsində iştirak etmişdir. Sıravi
əsgər Qoşun Balıyev müharibədə itkin düşmüşdür.
Qoşun Balıyevin qardaşı Mehvalı (1926-1953) və
əmisi oğlu Elləz Balıyevlər də müharibə iştirakçıları
olublar. 1913-cü il təvəllüdlü Elləz Mürsəl oğlu Balıyev
1943-cü ildə biləkdən sol əlini itirmiş, I qrup əlil kimi
müharibədən qayıtmışdır. Çox zəhmətkeş, qohumcanlı olan
Elləz Balıyev 1977-ci ildə Bərdə rayonunun Yeni Daşkənd
kəndində vəfat etmişdir.
Hacıyev Nəsib Məhərrəm oğlu 1909-cu ildə Göyçə
mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğul-
muşdur. O, Daşkəndin “Qırmızı Rəncbər” kolхozda briqa-
dir işləmişdir. 1941-ci ilin iyul ayında Basarkeçər RHK-
dan orduya çağırılmışdır. Sıravi əsgər Nəsib Hacıyevdən
1942-ci ilin aprel ayından sonra haqqında heç bir məlumat
olmamış, müharibədə itkin düşmüşdür. Onun 1942-ci ildə
Ömrün şəhidlik zirvəsi
101
Krımda həlak olduğu ehtimal edilir. Müharibədən qayıtdıq-
dan sonra Fəzi Kərimov danışırmış ki, – 1942-ci ilin əv-
vəlində Nəsibi bizim dviziyada bir kəndçimiz (Fəzi baba
bunu mənə də danışmışdı təəssüf ki, həmin adamın adını
unutmuşam – A.Y.) görüb və mənə dedi ki, Nəsibi burda
gördüm. Əsgərlər çox olduğundan Nəsibi nə qədər axtar-
dım tapa bilmədim.
Hacıyev Zülfüqar Məhərrəm oğlu 1912-ci ildə
Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində
doğulmuşdur. 1938-ci ildə kənddə adam öldürdüyünə görə
həbs olunmuşdur. Göyçə gölünün qərb sahilindəki Kəvər
türməsində cəza çəkirmiş. 1939-cu ildə Rus-Fin müharibəsi
başlayanda Kəvər türməsindən orduya göndərilmişdir. Rus-
Fin müharibəsində iştirak etmişdir. Sıravi əsgər Zülfüqar
Hacıyev müharibədə itkin düşmüşdür.
Müharibədə itkin düşən Nəsib və Zülfüqarın böyük
qardaşları dövrünün tanınmış dini xadimi, şair Həsən
Xəyallı (1903-1966) da 1942-ci ildə müharibəyə getmiş və
1945-ci ildə müharibədən üç ay sonra ordudan tərxis olun-
araq doğma kəndə qayıtmışdır.
Hacıyev Məhəmməd Oruc oğlu 1915-ci ildə Göyçə
mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğul-
muşdur. 1941-ci ilin iyul ayında Basarkeçər RHK-dan or-
duya çağırılmışdır. 1942-ci ilin yanvar ayında sıravi əsgər
Məhəmməd Hacıyev müharibədə itkin düşmüşdür.
Ömrün şəhidlik zirvəsi
102
FƏZİ MƏŞƏDİ QASIM OĞLU
Atalar düz deyibmiş: – “Ot kökü üstə bitər”. Belə ki,
keçən əsrin əvvəlindən bu günə qədər davam edən haqsızlıq
mübarizəsində vətənini, torpağını, xalqını sevən bir böyük
nəslin yetirməsi, qəhrəman, igid, ulu sərkərdə Məşədi
Qasım Hacı Kərim oğlunun mübarizə yolunu bu günə qə-
dər onun nəvə-nəticələrinin, davamçılarının layiqincə, qəh-
ramanlıqla davam etdirmələri öz təsdiqini tapmışdır.
Məşədi Qasımın оğlu, elin, obanın sevimli ağsaqqalı,
şairi Fəzi Kərimоv 1914-cü ildə Göyçə mahalınının Daş-
kənd kəndində anadan оlub. 1941-ci ildə Böyük Vətən Mü-
haribəsinə getmiş, müharibədə tоpçu kоmandiri оlmuş, 8
dəfə yaralanmış, оrden və medallarla təltif оlunmuşdur.
Onun keçdiyi qəhrəmanlıq yolu Sankt-Peterburq arxivində
də rəsmi sənədlərdə öz əksini tapıb. Fəzi Kərimov 1944-cü
ildə müharibədən yaralı qayıtmışdır. 1953-cü ildə bir çох
göyçəlilər kimi о da Bərdədə məskunlaşmalı оlub. Üç оğlu-
nun (Səməndər, Yüzasif, Qiyas) vaхtsız vəfatı, оğlu Yasifin
Qarabağda (22.08.1992) şəhid оlması ilə əlaqədar «Qəm-
gin» təхəllüsü ilə şeirlər yazıb.
Fəzi Məşədi Qasım оğlu uzun müddət kоlхоz sədri,
sоvet sədri, ferma müdiri və başqa rəhbər vəzifələrdə
işləmiş, el arasında böyük hörmət sahibi оlan ağsaqqal-
lardan оlmuşdur. 25 sentyabr 2000-ci ildə Bərdə rayоnunun
Yeni Daşkənd kəndində vəfat etmişdir. Müdrik el ağsaq-
qalı, məclislərin yaraşığı Fəzi kişi Yeni Daşkənd kənd qə-
biristanlığında, oğlanlarının yanında dəfn olunmuşdur.
1996-cı ildə Azərbaycan Tərcümə Mərkəzi «Qızıl
Şərq» mətbəəsində Qəmgin Fəzinin «Ağrı dağı» adlı 168
səhifəlik şeirlər kitabını çap etdirmişdir. Seçilmiş əsərlə-
Ömrün şəhidlik zirvəsi
103
rindən və onun haqqında yazılan məqalələrdən ibarət yeni
kitabı isə nəşrə hazırlanır.
Fəzi kişinin özündən böyük qardaşı Kərimov Sayad
Dostları ilə paylaş: |