Ömrün şəhidlik zirvəsi



Yüklə 8,4 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix22.04.2017
ölçüsü8,4 Kb.
#15262
1   2   3   4   5   6   7   8   9

Səyyad Şairov,  
“Yaralı Göyçə” kitabı,  
Bakı, “Nurlan”, 2006. səh.28-30. 
 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
29 
YASİF KƏRİMOVU XATIRLARKƏN 
 
Yasif mənim əmim – ağsaqqalımız, şair Qəmgin Fəzi-
nin  oğludur.  Yasif  həm  də  mənim  ən  əziz  şagirdlərimdən 
biri  olub.  O,  mənim  xatirimdə  çox  səmimi,  tərbiyəli,  gü-
lərüz bir şagird kimi qalıb. 
Yasif kəndimizin ilk şəhididir. Onun şəhidliyi, qəhrə-
manlığı  soykökümüzdən  gələn  bir  haldır.  Belə  ki,  babamız 
Məşədi Qasım, atası Qəmgin Fəzi öz igidlikləri, qoçaqlıqla-
rı  ilə  hər  yerdə  tanınmışdılar.  Ona  görə  də  Yasifin  qəhrə-
mancasına şəhid olması təbii bir haldır. Yasif ilə bağlı çoxlu 
xatirələrim var, onlardan birini sizinlə bölüşmək istəyirəm.  
Rəhmətlik  Fəzi  əmim  II  Dünya  Müharibəsinin  vete-
ranı  olduğu  üçün  ona  "Zaporojest"  markalı  maşın  vermiş-
dilər.  Yasif  rəhmətlik  həmin  maşınla  nişanlısını  görməyə 
gələrdi. 
Bir dəfə  mən  Yasifin  maşını  döndərə  bilməyib, arxa-
sını su ilə dolu arxa saldığını gördüm. Yasif kənardan çöm-
bəlib maşına baxırdı. Soruşdum ki, nə olub? Dedi, müəllim, 
döndərə  bilmədim,  maşının  arxa  tərəfi  arxa  düşüb  əzilib. 
Mən  yaxınlıqdan  keçən  uşaqları  çağırdım,  köməkləşib 
maşını çıxartdıq. Soruşdum ki, Yasif, dədən (Yasif atasına 
dədə deyirdi) maşının əziyini görsə, nə deyəcəksən? Gülə-
gülə  dedi  ki,  müəllim,  əzik  tərəfi  qarajın  qaranlıq  yerində 
saxlayacam. Hamı gülüşdü, o isə bizə sağ ol deyib getdi. 
Çox təəssüf ki, Yasif bu gün aramızda yoxdu, kaş sağ 
olaydı,  maşını  yenə  arxa  salaydı.  Yasifin  əziz  xatirəsi  dai-
ma qəlbimizdə yaşayacaq. 
Allah Yasifə və bütün şəhidlərimizə rəhmət eləsin! 
Ələddin Balıyev 
Yasif Kərimov adına Yeni Daşkənd kənd  
tam orta məktəbinin tarix müəllimi 

Ömrün şəhidlik zirvəsi 
 
 
30 
SON GÖRÜŞ 
Qaçqınlıq  faciəsini  1953-cü  ildən  yaşayırıq.  Göyçə 
mahalının Daşkənd  yurdundan Bərdə rayonuna köçürülən-
də təskinlik üçün  kəndimizin adını da özümüzlə “gətirdik” 
– Yeni Daşkənd. Aradan xeyli vaxt keçsə də tarixin haqsız 
təkrarı yeni qaçqın dalğası yaratdı. Yenə də sinəmizə çalın-
çarpaz dağ çəkdi. Bir insan ömrü ərzində neçə dəfə qovul-
maq,  yurd-yuva  itirmək  olar?  Qardaşım  Yasifi  cəbhəyə 
aparan da bu qisas idi. Göyçə qisası, Xocalı qisası… 
Onunla  son  dəfə  görüşüm  kənd  yolunda  oldu.  Mən 
Bakıdan evə, o isə cəbhəyə gedirdi. Dünənə qədər uşaq bil-
diyim  Yasif  necə  də  məğrurlaşmışdı.  Hərbi  forma  onun 
cəngavər görkəmini daha da cazibədar edirdi. Mənim nara-
hatlığım onu əsəbiləşdirsə də dinmədi, bir qədər susduqdan 
sonra: 
–  Öz  torpağımızdan  neçə  dəfə  qaçqın  düşmək  olar 
qardaş? Geriyə yol yoxdur axı, – dedi. 
Bu inad, bu cəsarət Yasifi müqəddəsliyə qovuşdurdu. 
Avqustun  22-də  Ağdərə  uğrunda  gedən  döyüşdə  şəhid 
oldu.  Şəhidlik  vətənə  vurğunluğun  tükənməz  məhəbbətin 
son zirvəsi…  
Bir nəğmə oxuyur, 
Bülbül ömrü uzunu. 
Nə haqdadır o nəğmə, 
Bir kimsə bilmir bunu! 
Vətən nəğməsidir, 
Sevgi nəğməsidir, 
Dinlə bunu, ey könül. 
Olsaydı qeyri nəğmə
Çoxdan bezərdi bulbul! 
Azər Kərimov 
“Aydınlıq” qəzeti, №13(142). 19 mart 1993-cü il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
31 
ŞƏHİD RUHU YAD EDİLDİ 
 
“Biz şəhid olduq ki, vətən yaşasın!” 
 
Aylar,  illər  bir-birini  əvəz  edir,  zaman  dəyişir,  tarix 
zamanın  yaddaşında  özünə  yer  alır,  yaşıdlarımız  yaşlanır, 
qocalır, dəyişməyən isə daima yaddaşlarımızda gənc qəhrə-
manlar kimi yaşayan şəhid oğullarımızdır. 
Ölümləri ilə ölümsüzlük qazanan bu igidlər vətən  yo-
lunda şirin canlarından keçdilər. Yurdumuzun hər qarış tor-
pağında neçə-neçə igid oğullarımızın qanı axıdılıb. 
Respublikamızın hər yerində müqəddəs şəhidlərimizin 
doğum gününü, anım gününü qeyd etmək, şəhidlərin ruhu-
na dualar oxutdurmaq artıq gözəl bir ənənəyə çevrilmişdir. 
Bərdə  rayonunun  Yeni  Daşkənd  kəndində  də  bu  ənənə 
1993-cü ildən bu günə qədər hər il bütün kənd sakinləri və 
rayon rəhbərliyinin iştirakı ilə davam etdirilir. 
1992-ci  ilin  avqust  ayında  Qarabağ  döyüşlərində 
qəhrəmanlıqla  şəhid  olan  19  yaşlı  Yasif  Kərimov  bu  mək-
təbin  məzunu  olmuşdur.  Ölümündən  bir  neçə  ay  sonra  qə-
dirbilən  xalqımız  və  dövlət  rəhbərimiz  yurdumuzun  şəhid 
oğluna öz layiqli qiymətini verdi. 
Azərbaycan dövləti Yasif Kərimovu ölümündən sonra 
təltif etdi, – təhsil aldığı Yeni Daşkənd kənd orta məktəbinə 
onun  adı  verildi.  Elə  həmin  gündən  19  yaşlı  qəhrəma-
nımızın adı  əbədiləşdirildi və  ruhu  əbədiyaşar oldu. Hər il 
mart ayının 3-də  Yasif Kərimovun doğum  günü məktəbdə 
təntənəli surətdə qeyd olunur. Yasifin əbədiyaşar ruhu mək-
təbliləri,  kənd  sakinlərini  və  rayon  rəhbərliyini  bir  araya 
gətirir. Növbəti tədbirin təşkilində məktəbin direktoru Gül-
bəniz  xanımın,  həmçinin  dil-ədəbiyyat  müəllimi  Gülbəniz 

Ömrün şəhidlik zirvəsi 
 
 
32 
müəllimənin  və  bütün  müəllim  və  şagird  heyətinin  xüsusi 
xidmətlərini qeyd etməyi özümə borc bilirəm. 
Tədbiri  giriş  sözü  ilə  məktəbin  direktoru  Gülbəniz 
müəllimə  açdı.  O,  hüznlü  lakin  şərəfli  gündə  qonaqları 
salamlayaraq  şəhid  Yasif  Kərimov  haqqında  xoş  sözlər 
söylədi.  Kəndin  ağsaqqalı  və  mollası  Səməd  kişi  şəhidin 
ruhuna  dualar  oxudu.  Kənd  ağsaqqalı  Böyük  Vətən 
Müharibəsi iştirakçısı 84 yaşlı Abdulla dayı müharibə illəri 
ilə  bağlı  gənclik  xatirələrini  söylədi,  kəndimizin  qəhrəman 
şəhidləri Yasifi, Ziyafəti, Mehdini, Qulamı,  Cəfəri, Elçini, 
Firudini,  Eldənizi,  Məhərrəmi,  Rəşadəti,  Ziyanı  və  Rəsulu 
gənc  nəslə  nümunə  olaraq  göstərdi.  Məktəblilərin  hazır-
ladığı ədəbi-bədii kompozisiya ürəkləri kövrəltdi, könülləri 
oxşadı. Şair Şiruyə  müəllimin bu  igidləri  tarixi qəhrəman-
larımıza  bənzədərək  yazdığı  şeirləri  Hilalənin,  Vüsalın, 
Ünalın,  Nurcahanın,  Aytacın,  Ayselin,  Nərminin,  Bril-
yantın,  Aytənin,  Fəridənin  və  Sevincin  ifasında  elə  səs-
lənirdi  ki,  hər  kəsin  xəyalında  bu  qəhrəman  oğullar  vətən 
göylərində öz möhtəşəm sıralarını tuturdu. 
Yasifin  atası,  el  ağsaqqalı  şair  Qəmgin  Fəzinin  vətən 
həsrətli,  övlad  ağrılı  şeirləri  və  şəhidin  bacısı  Sənubər  xa-
nımın  qardaş  soraqlı  şeirləri  də  şagirdlərin  ifasında  tədbir 
iştirakçılarını kövrəltdi. 
Tədbirdə  iştirak  edən  şəhidin  anası  Gülü  xanım, 
qardaşı  Vasif  və  bacıları  tədbirdə  zəhmət  çəkən  hər  kəsə, 
başda  direktor  Gülbəniz  müəllimə  olmaqla  bütün  müəllim 
kollektivinə və şagirdlərə öz təşəkkürlərini bildirdilər. 
 
Kənan Məmmədov,  
“Press-Media” qəzeti,  
№14(138). 12 aprel 2010-cu il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
33 
ELİN CƏSUR OĞLU 
 
Azərbaycanın  qədim  şəhərlərindən  olan  Bərdə  rayon 
kimi  1930-cu  ildə  təşkil  olunmuşdır.  Təmiz  suyu,  havası, 
gözəl təbiəti ilə tanınan Bərdə cəsur, qəhrəman oğulları ilə 
tarixən fəxr etmişdir. 
Bu cəsur oğullardan biri də Yasif Fəzi oğlu
 
Kərimov-
dur.  3  mart  1973-cü  ildə  Bərdə  rayon  Yeni  Daşkənd  kən-
dində  Fəzi  Məşədi  Qasım  oğlunun  ailəsində  yeni  bir  oğul 
dünyaya göz  açdı. Fəzi babanın özü
 
də  elin-obanın  ağsaq-
qalı idi. Oğulun dünyaya gəlməsi bütün kənd üçün şad xə-
bər  oldu.  Hər  kəs  ağsaqqala  xeyr-dua  verib  "barını-bəhrini 
görəsən"  deyirdilər.  Fəzi  baba  oğlunun  adını  Yasif  qoydu 
və  "adını  mən  verdim,  qismətini  uca  Tanrımız  versin"  - 
dedi.  Amma  bilməzdi  ki,  balasının  həyat  yolu  belə  qısa 
olacaq. 
Yasif böyüdü, orta məktəbi bitirdi və
 
sıra Vətən qarşı-
sında olan borcunu  yerinə  yetirmək məqamına gəlib çatdı. 
Hərbi  xidmətə  yollandı.  Vətəni  qarşısında  olan  borcunu 
layiqincə  yerinə  yetirdi  və  Ağdərə  bölgəsində  şəhid  oldu. 
Əsgərlikdə  olarkən  nişanlı  olduğunu  heç  kəsə  deməmişdi. 
Sanki  torpağı  uğrunda  şəhid  olmaq  Yasif  Kərimovun  qəti 
fikri  idi.  O,  tez-tez  Bakıya  gəlib  “Şəhidlər  Xiyabanı”nı 
ziyarət  edərdi  və  yeni  bir  öhdəlik  götürərək  döyüşə  qayı-
dardı. Döyüşə gedərkən nişanlısına  yalnız anasını
 
tapşırar-
dı.  Komandir  Yasifin  nişanlı  olduğunu  biləndən  sonra 
(1992-ci  il  avqust  ayında)  göstəriş  verir  ki,
 
Yasif  döyüşə 
getməsin,  yaxında  toyu  olacaq.  Amma  Yasif  bu  göstərişlə 
razılaşmayıb  Ağdərə  uğrunda  gedən  döyüşlərdə  iştirak
 
edəcəyini bildirir. Bu Yasifin döyüşdə son iştirakı olur.  

Ömrün şəhidlik zirvəsi 
 
 
34 
O, Ağdərə bölgəsində torpaqlarımızın azadlığı uğrun-
da canından keçərək şəhid oldu. Zalım, amansız, vəhşi düş-
mən  gülləsi  ürəyində  sevgisi  gül  açmamış  Yasifin  ömrünə 
son qoydu. Bir el qızının xonçasına qara bağlandı, ana-bacı 
naləsi ərşə ucaldı. Yer-göy titrədi Yasifin ölümünə. Çiynin-
də  daşıdığı  3  oğul  itkisinin  ağırlığına  tab  gətirməyən  Fəzi 
baba da dünyasını dəyişdi, oğlanlarına qovuşdu.  
Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!  
Allah bütün şəhidlərə rəhmət eləsin! 
Fərqanə Mehrabova,  
“Respublika gəncləri” qəzeti,  
№9(265). 18 mart 2008-ci il. 
 
 
 
 
KƏRİMOV YASİF FƏZİ OĞLU 
 
Kərimov  Yasif  Fəzi  oğlu  03.03.1973-cü  ildə  Bərdə 
rayonunun 
Yeni 
Daşkənd  kəndində  doğulmuşdur. 
Azərbaycanlı.  Bərdə  Rayon  Hərbi  Komisarlığından  Milli 
Orduya  çağırılmışdır  (24.03.1992).  Sıravi  əsgər,  18136-cı 
hərbi  hissənin  avtomatçısı.  Ağdərə  rayonunun  Drambon 
kəndində həlak olmuşdur (22.08.1992). Yeni Daşkənd kən-
dində dəfn edilmişdir. Adına məktəb var. 
 
Azərbaycan Respublikası Xatirə Kitabı,  
VII cild, K, Q (Q...-Qaz.) hərfləri,  
Respublika Xatirə Kitabı Redaksiyası,  
Bakı, 2007. səh.233.

Ömrün şəhidlik zirvəsi 
 
 
35 
ONLAR ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDILAR 
 
Bayraqları bayraq yapan üstündəki qandır, 
Torpaq, əgər uğrunda ölən varsa Vatandır! 
Mithat Camal Kuntay 
 
Dostlar qara geysin ağlasın barı, 
Yurdumun bir igid balası getdi. 
Bir ata qəlbinin fəxri, vüqarı, 
Bir ana qəlbinin parası getdi. 
 
Yel qanadlı illər bir-birini əvəz etdikcə  yaşımızın üs-
tünə  yaş  gəlir.  Ömrün  axar-baxarlı  çağları  geridə  qalır. 
Yaşa  dolub  müdrikləşdikcə  öz  vicdanımız  qarşısında  daha 
çox  haqq-hesab  verməli  oluruq.  Bəzilərimiz  bu  vicdani 
sorğular qarşısında aciz qalır, bəzilərimiz bu sınaqdan alnı 
açıq çıxırıq. Bəzilərimizsə qısaca ömrümüzlə zamanın yad-
daşına  elə  bir  tarix  yazırıq  ki,  üstündən  yüzilliklər  keçsə 
belə  həmişə  xatırlanır,  ürəklərdə  əbədi  olaraq  şirin  xatirə-
lərə dönərək yaddaşlardan-yaddaşlara ötürülür, gələcək nə-
sillərə örnək oluruq. Bizim qəhrəman vətən şəhidləri kimi!  
Şəhidlər ölmədilər, onlar  da  ölümləri ilə  ölməzlik əf-
sanəsinə  çevrildilər.  Mənfur  qonşularımızla  qeyri-bərabər 
döyüşlərdə  şəhid  olan  qəhrəman  oğullarımızın  müqəddəs 
məzarları  yurdumuzun  hər  guşəsini  bir  qəhrəmanlıq  qala-
sına  çevirib.  Vətənimizin  bütövlüyü  uğrunda  şəhid  olan 
igidlərimizin  xatirəsi  xalqımız  və  dövlətimiz  tərəfindən 
daima anılır. Bu günlərdə Bərdə rayonu Yasif Kərimov adı-
na Yeni Daşkənd kənd orta məktəbində,  məktəbin  məzunu 
şəhid Yasif Kərimovun doğum günü təntənəli şəkildə qeyd 
olundu.  Yasif Kərimov 1992-ci il  avqust  ayının 22-də Ağ-
dərənin Drambon kəndi uğrunda gedən döyüşlərdə igidliklə 

Ömrün şəhidlik zirvəsi 
 
 
36 
şəhid olmuşdur. Artıq 20 ilə yaxındır ki, Yasifin doğum gü-
nü  təkcə  ailə  çərçivəsində  deyil,  bütöv  rayon  səviyyəsində 
Yasifsiz  qeyd  olunur.  Rayon  rəhbərliyi,  Təhsil  şöbəsinin 
nümayəndələri, kənd ağsaqqalları, şəhidin döyüş yoldaşları, 
kəndimizin  gəncləri  hər  il  olduğu  kimi  bu  il  də  şəhidin 
ailəsini  yalqız  buraxmadılar.  Adını  daşıyan  məktəbdə  dü-
zənlənən bu anım törənində Yasifin timsalında bütün şəhid-
lərin ruhuna dualar oxunur, xatirələr dilə gətirilirdi.  
Hər  il  olduğu  kimi  bu  anım  günündə  də  məktəbin 
direktoru Gülbəniz xanım ev sahibi olaraq qonaqları salam-
ladı, şəhidin doğum  günü  münasibətilə  ailə  üzvlərinə  ürək 
sözlərini  çatdırdı.  Bu  gün  xalqımız  Yasif  Kərimov  kimi 
igid  oğullarımızla  fəxr  edir.  Məktəbimizin  hər  bir  şagirdi 
hər  gün  Yasifin  xatirə  lövhəsi  qarşısında  bir  anlıq  ayaq 
saxlayır, onun döyüş yolunu xatırlayır əziz xatirəsi önündə 
baş  əyir.  Qeyd  etmək  yerinə  düşərdi  ki,  məktəbin  şagird-
lərinin  son  dərəcə  yüksək  vətənpərvərlik  ruhunda  tərbiyə 
almalarında  şəhid  oğullarımızın  rolu  təkzibolunmazdır. 
Məktəbin  şagirdləri  Hilalə,  Aytən,  Vüsal,  Aysel,  Ünal, 
Leyla,  Turanə,  Əfsanə,  Ümid,  Aytac,  Sevinc,  Səbinə,  Hu-
may, Nurcahan, Gözəl, Nərmin, Mövla və başqalarının işti-
rakı ilə məktəbin müəlliməsi Gülbəniz Mirzəyevanın hazır-
ladığı ədəbi-bədii kompozisiya yurdumuzun bütün şəhidlə-
rinin  qəhrəmanlığını  geniş  şəkildə  əhatə  elədi.  Şəhidin 
döyüş dostları Elmir, Camal, Xəyyam, Rizvan, Aqil, Vasif, 
Mürvət,  Aqşin,  Kamran,  Raqif,  Niyaz,  Nadir,  Adil,  Rafiq 
və başqaları Yasiflə bağlı xatirələri, onunla bağlı anıları bir 
daha  yaxınlarına  yaşatdı. Şagirdlərin bu eldən gedən şəhid 
oğullar  haqqında  söylədikləri  şeirlər  bu  elin  oğullarının 
qəhrəmanlığını obrazlı şəkildə hər kəsə çatdırdı. 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
37 
 
Bu eldən şəhid gedib, 
Hər biri bir nər idi. 
Bu eldən şəhid gedib, 
Hər biri bir ər idi. 
 
Bu eldən igid gedib
Cəmi igidlər gözü. 
Babası Qasım kişi 
Düşmənə sərtlik üzü. 
 
Ziyafəti görənlər, 
Budur Beyrək dedilər. 
Vuruşunu görənlər, 
Əgrək, Səgrək dedilər. 
 
Eldən Eldəniz gedib, 
Dəli hünər Qantural. 
Dağ kəlini boğduğu, 
Həqiqətmiş bu xəyal. 
 
Bu eldən Cəfər gedib, 
Düşmənə qanlı bıçaq. 
Vətənə, xalqa bağlı, 
Həm kamallı, həm qoçaq. 
 
Bu eldən Mehdi gedib, 
Cəsur, qorxmaz, yenilməz. 
Babası Hacı Rəhim tək 
Yüz düşmənə əyilməz. 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
38 
 
Bu eldən Ziya gedib. 
Dəli Domrul hünərdə. 
Əzrayılla güləşib, 
Yerdə, göydə, səngərdə. 
 
Bu eldən Qulam gedib,  
Aruz oğlu Basat xan.  
Gündə üç adam yeyən, 
Təpəgözdən alıb qan. 
 
Şir Şəmsəddin ürəkli, 
Firudin gedib əldən. 
Basat, Bəkil ürəkli, 
Firudin gedib əldən. 
 
Eldən Rəşadət gedib, 
Hünər, qeyrət rəmzidir. 
Eldən Rəşadət gedib, 
Bir cəsarət rəmzidir. 
 
Elçinin yerişinə, 
Dəli vuran dedilər. 
Meydana girişinə
Salur Qazan dedilər. 
 
Məhərrəm gedib eldən, 
Qəlbi bəbir, ürəkli. 
Məhərrəm gedib eldən, 
Zəfər, hünər diləkli. 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
39 
Rəsul gedibdir eldən, 
Arzuları tər qönçə, 
Olmayıbdı imkanı, 
Sevgi sözü dilində. 
 
Vətəndən qəbirləri, 
Qərib düşən igidlər. 
Rəşid ilə düşmənin 
Bağrın dələn igidlər. 
 
Gedibdir Ələsgər tək, 
Bizə şöhrət, şan eylər. 
Kəlbəcər həsrətiylə, 
Kəlbəcərdə qan eylər. 
 
Bilinmədi, nə oldu 
Daşqın düşdü daşqına. 
Bir çəkilməz dərd oldu
Vətənindən qaçqına. 
 
Elşən də Daşqın yollu, 
Elşən də bəd taleli, 
Yas donuna büründü, 
Qaçqın oldu bir elli. 
 
Tədbirin  sonunda  bütün  şəhidlərin  ruhuna  dualar 
oxundu. Allah bütün şəhidlərə rəhmət eləsin! 
  
Fərqanə Nürəddinqızı,  
“Göyçənin səsi” qəzeti,  
№1 (01). 11 aprel 2011-ci il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
40 
QARABAĞ QAZİLƏRİ İLƏ GÖRÜŞ 
 
Şəhid  Yasif  Kərimovla  bağlı  hazırladığım  “Ömrün 
şəhidlik zirvəsi” adlı kitabda onun döyüş yoldaşlarından da 
bir-neçəsinin
 
fikirlərini
 
yazmaq
 
istəyirdim.
 
Bu
 
məqsədlə
 
4 avqust 2012-ci ildə doğulduğum Yeni Daşkənd kəndində 
bir  sinifdə  oxuduğumuz  Qarabağ  müharibəsi  veteranları 
Aqil Əliyev və Elmir Şıxəliyevlə görüşdüm, birlikdə mək-
təbimizin  qarşısında  ucaldılmış  Yasifin  əzəmətli  büstünü, 
daha  sonra  isə  məzarını  ziyarət  etdik.  Söhbətimizin  məğzi 
ancaq  rəhmətlik  Yasifdən  idi.  Onların  xatirələrindən  bəzi 
məqamları qələmə aldım. 
Aqil Əliyev: 1992-ci il avqustun 18-də hərbi hissəmiz 
Bərdədən döyüş bölgəsinə gedərək Kasabetdə mövqe tutdu. 
Kasabet Drambondan hələ xeyli bəridir. Bir gün qaldıqdan 
sonra  biz  hücuma  keçdik.  Kasabetin  hardasa  içindən  3  km 
gedəndən  sonra  “Pioner”  heykəlinin  yanına  çatdıq.  Ordan 
dolama  yol başlayır. Artıq avqustun 19-u idi. Orada ermə-
nilər  bizim  əsgərlərə  tələ  qurmuşdular.  Yayın  istisində  əs-
gərlər susuzluqdan əziyyət çəkirdi. Hər tərəf meşə idi. On-
da  gördük  ki,  ermənilər  minomyotlardan  atırlar.  Heç  ara 
vermirdilər,  dəqiq  bilinmirdi  ki,  mərmilər  hansı  tərəfdən 
gəlir. Belə olanda komandir əmr verdi ki, bir qədər arxaya 
çəkilin.  Məlum  oldu  ki,  bizi  mühasirəyə  alıblar.  Atışma 
zamanı  bizim  və  Hacıqabul  batalyonundan  şəhid  olanlar, 
yaralananlar  oldu.  Sonra  biz  yenə  mövqeni  dünənki  yerdə 
qurduq.  Ayın  20-si  bizi  sıraya  düzüb  dedilər  ki,  indi 
dünənkindən də pis ola bilər. Yasif  məndən  sonra xidmətə 
gəldiyindən  döyüş  zonasında  hələ  çox  olmamışdı.  Yasifgil 
təzə  çağırışçı  olduqlarına  görə  onlara  dedilər  ki,  kim  qor-

Ömrün şəhidlik zirvəsi 
 
 
41 
xursa,  döyüşə  girməsin.  Heç  kim  qalmaq  istəmədi,  hamı 
dedi  ki,  döyüşə  bərabər  gedəcəyik.  Təzədən  biz  yenə 
Kasabetə girdik. Bu dəfə nəsə döyüş olmadı. Kəndə rahatca 
girdik. Artıq gecə idi. Kasapetin çıxacağında “Pioner” hey-
kəlinin yanında biz post qurduq, gecə orda qaldıq. Ayın 21-
də  səhər-səhər  həyacan  siqnalı  verdilər,  dolanbac  yollarla 
başladıq qalxmağa. Hər tərəf meşə idi. 150-200 nəfər əsgər 
olardı, tankımız da var idi. Hiss etdik ki, bizi görüblər, biz 
olan  yerə  atırlar,  dəqiqəyə  bir  qrad  mərmisi  düşürdü.  Gah 
uzanır,  gah  da  sürünə-sürünə  hərəkət  edirdik,  onlar  bizi 
hardansa  görürlərmiş.  Bizim  batalyonun  yarısı  həmin  yer-
dən tez keçib getdi. Arxamızca gələn batalyonlar daha çox 
itki verdi. Artıq Mehmanə kəndinə çatırdıq. Kəndin  yaxın-
lığında  kəşfiyyatçılar  var  idi.  Onlar  bizə  dedilər  ki,  burda 
ermənilər  var.  Biz  gələndə  burada  Gəncə,  Goranboy  və 
Tərtər  batalyonları  da  var  idi.  Batalyonlar  bir-biriylə  xeyli 
məsləhətləşdilər,  onlar  da  bizə  qoşuldular.  Bərabər  endik 
“Turbaza” deyilən yerə. Birləşəndən sonra ən azı 400 nəfər 
olduq.  Bizə  əmr  verdilər  ki,  gedirik  Drambona.  Qərargah 
rəisi “Azərbaycan bayrağı” ordenli Sərhəd Zöhrabbəyov bi-
zim komandir idi. Gəncədən Azərbaycanın Milli Qəhrəma-
nı Ənvər Arazov da orada idi. Hələ o bizi öyrədirdi ki, su 
tapılmayanda  sütül  fındığı  qırıb  onun  şirəsini  için.  Səhər 
saat  8-dən  yol  gedirdik  –  ən  azı  30  km  getmişdik.  Dram-
bona  5  km  qalırdı,  400  nəfər  əsgər,  zabit  bir-birinə  qarış-
mışdı.  Bəlkə  də  əsgərlərin  əvvəlindən  axırına  hərəkətin 
uzunluğu 2 km olardı. 
Biz “Ayı” heykəlinin yanına çatanda komandirlər plan 
qurdular  ki,  bütün  Bərdə  batalyonu  dərəylə  Drambonun 
arxa  tərəfinə  keçsin.  Goranboy  və  Gəncə  batalyonları  isə 

Ömrün şəhidlik zirvəsi 
 
 
42 
başqa  tərəfdə  mövqe  seçsinlər.  Bərabər  hücum  edib  kəndi 
tutmalı  idik.  Biz  dərəyə  düşəndə  qarışıqlıq  olduğundan  öz 
uşaqlarımızı səslədik. Bizə dedilər ki, sizin uşaqlar getdilər. 
“Ayı”  heykəlinin  yanındakı  dərədən  qalxıb  dağla  fırlanıb 
keçirdik  ki,  onda  gördük  meşəlikdən  qradla  atırlar,  amma 
biz  elə  yerdə  idik  ki,  qabağımızı  təpə  kəsirdi,  həm  də  ora 
“S”  şəkilli  bir  yer  idi.  Bəlkə  də  dəqiqəyə  3–4  mərmi 
düşürdü.  Bizim  tankın  birini  orda  vurdular.  Komandirlər 
dedilər  ki,  gecə  burada  qalmaq  olmaz,  geri  çəkilmək 
lazımdır. Gəldik Uluqarabəy kəndinin üst tərəfinə.   
  Bizim  kəndin  uşaqlarından  Yasif  Kərimov,  Müşfiq 
Məmmədov,  Adil  İsmayılov,  Kəmaləddin  Kərimov  burada 
idi,  başqa  kəndin  uşaqlarından  da  vardı.  Kapitan  Qədi-
movun  göstərişi  ilə  gecəni  orada  qaldıq.  Səhəri  dedilər  ki, 
gedirik  döyüşə.  Biz  gördük  ki,  Yasifin  ayağını  krosovka 
döyüb, yaxşı yeriyə bilmir, mənə dedi ki, Aqil ayağım məni 
yaman  incidir,  mən  də  dedim  ki,  getmə.  Gedib  Qədimova 
da  dedim ki, Yasifin ayağı narahatdır.  O,  da  qayğıkeşliklə 
bildirdi ki, ayağı ağrıyır getməsin, kimdir ona nə deyən.  
Gəlib Yasifə dedim ki, icazə aldım, sən qal burda.  
O  qaldı.  Artıq  ayın  22-si  idi.  Biz  2  km  yol  gəlib 
“Turbaza”dan  düşüb  asfalt  yola  çatanda  gördük  ki,  Yasif 
bir  “QAZ–66”-da  gəlir.  Dedim  ki,  Yasif  niyə  gəldin? 
Cavab  verdi  ki,  yox  ey,  ürəyim  durmadı,  sizdən  ayrı  qala 
bilmərəm, mən də gedirəm.  
Nə  qədər  elədik  qayıtmadı.  Maşından  düşüb  bizə 
qoşuldu.  4  km  də  gedib  o  yerə  çatmışdıq  ki,  dünən  ermə-
nilər bizi o dərədə bombalamışdılar. Amma indi heç nə yox 
idi. Sən demə, ermənilər güdükdə durublarmış. Saat 11-12 
olardı. Mal ətindən konservimiz var idi, açdıq ki, bir qismət 

Ömrün şəhidlik zirvəsi 
 
 
43 
çörək  yeyək,  yenə  yolumuza  davam  edək.  Ona  kimi  bizim 
batolyondan  iki  könüllü  əsgər  gəldi  ki,  sizi  aparacam  öz 
batalyonumuzun  yanına,  biz  dünən  qayıtdığımızdan  ayrı 
düşmüşdük,  yolu da tanımırdıq. Həmin an həyacan siqnalı 
verildi.  Tez  özümüzü  verdik  dərəyə.  40-50  nəfər  olardıq. 
Demək  dünəndən  erməni  oranıca  gözləyirmiş.  Elə  dərəyə 
girmişdik  ki,  ermənilər  bir  neçə  növ  iri  çaplı  silahlardan 
yağış  kimi  yağdırmağa  başladılar.  Biz  də  onlar  atan  isti-
qamətə  silahlarımızdan  atəş  açırdıq.  Qızğın  döyüş  başla-
mışdı.  Yasif  Kərimov  atışa-atışa  bizdən  qabaqda  gedirdi. 
Ora  elə  bir  yer  idi  ki,  qarmona  oxşayırdı.  Çökəkdə  olanda 
10  m  qabaqdakını  görmürsən,  o  da,  sən  də  hündür  yerdə 
olanda lap 50  m-dəkini də görmək olurdu. Hamımız  sürəti 
artırdıq ki, oranı tez keçək. Ora hədəf imiş. Mənim yanım-
da xaxol-rus uşaqlar da var idi. Kəmaləddin də yanımda idi. 
Mən  Yasifi  görmürdüm,  çünki  o  qabaqda  gedirdi.  Bərdəli 
Faiq,  Müşfiq  də  onun  yanında  olub.  Adildən,  Müşfiqdən, 
Yasifdən,  məndən  qabaqdakılardan  xəbərim  olmadı.  Gör-
düm ki, Kəmaləddin Kərimov ağzı üstə yıxılıb yerdə çaba-
layır, yaralıdır, qolundan qan gedirdi. Kəmaləddini qaldırıb 
geriyə  çıxartdım,  onda  gördüm  ki,  bir  xaxol  da  yaralanıb, 
qolunu  tutub  qaçır.  Mən  özüm  də  yaralanmışam,  amma 
hələ  xəbərim  yox  idi.  Qırağa  çıxdım  ki,  10-a  qədər  adam 
qaya  kimi  bir  yerə  söykənib  durublar.  Hərənin  bir  yeri 
yaralanıb. Ona  kimi təcili  yardım  gəldi.  Onu da  deyim  ki, 
50  nəfərdən  ölənlər  də  oldu.  Mən  elə  bildim  ki,  Yasifgil 
keçib  gediblər  və  bizim  batalyona  çatıblar.  3  təcili  yardım 
maşınında  yaralıları  yola  saldıq.  Mən  istəyirdim  ki,  başqa 
istiqamətdən keçəm o tərəfə, gördüm ki, oranı da vurublar, 
yaralılar da var. Həkimin biri mənə dərman içirtdi. Axırıncı 

Ömrün şəhidlik zirvəsi 
 
 
44 
təcili  yardım  maşını  qalmışdı.  Vüqara  dedim  ki,  mənim 
kürəyim yaman ağrıyır. O da dedi ki, sənə də qəlpə dəyib.  
Dedim: – Ola bilməz, əlini kürəyimə çəkib qanı mənə 
göstərdi.  
Qrad  atılanda  mən  ağzı  üstə  uzanırdım,  onda  kürə-
yimdən  qəlpə  dəyibmiş.  Həkim  dedi  ki,  sən  də  min  təcili 
yardım  maşınına. Dedim ki, ağır  yaralıları  apar,  mən  yün-
gül  yaralıyam.  Nəsə...  yaralıları  götürdük,  yer  olduğundan 
mən  də  mindim.  Gəldik  Kasabetdə  Bərdəli  Faiq  dedi  ki,  – 
“Yasif Kərimov şəhid oldu. Mən bilməzdim ki, Yasif belə 
ürəkli  oğlandı.  Qəti  qorxub  eləmirdi.  Ayaq  üstə  atışırdı 
düşmənlə. Onu qəlpə tutdu.” Ona kimi mən də elə bilirdim 
ki,  Yasif  keçib  gedib  bizim  batalyonun  uşaqlarına  çatıb. 
Sən  demə,  elə  oradaca  qəhrəmancasına  şəhid  olub.  Allah 
sənə  rəhmət  eləsin  Yasif.  Hələ  də  inana  bilmirəm  onun 
yoxluğuna. 
Onu  da  deyim  ki,  biz  2–3  gün  qabaq  Kasabetdən 
Drambon  istiqamətinə  gedəndə  dağın  döşündə  uzaqda  bir 
neçə erməni gördük. Qulam Qədirov dedi ki, qrantamyotla 
vurum,  komandirlər  dedilər  ki,  3–4  ermənidi,  bəlkə  də 
bizimkilərdi,  vurmaq  olmaz.  Sən  demə  bizi  səhərisi  onlar 
vurur,  hələ  qabağa  da  onlar  xəbər  verirlərmiş  ki,  Azərbay-
can əsgərləri gəlir. Drambon kəndinin alt tərəfi Sərsəng su 
hövzəsi,  yuxarı  tərəfi  isə  Mehmanə  kəndi  idi.  Mənim 
fikrimcə səhvimiz onda oldu ki, əvvəlcə Mehmanə alınmalı 
idi.  Kiçik  kənd  olmasına  baxmayaraq  erməni  silahlı  qüv-
vələri orada cəmlənmişdi.  
Bu döyüşlər  ən  ağır  döyüşlər idi. Göyçəli Milli Qəh-
rəman  Şövqiyar  Abdullayev  də  bizdən  bir-iki  gün  sonra 
orda vurulmuşdu. Özü də hələ o peşəkar hərbçi idi. Ağda-

Ömrün şəhidlik zirvəsi 
 
 
45 
mın tank batalyonunun komandiri idi. Biz yaralanandan bir 
neçə  gün  sonra  Kəlbəcər  yolu  açıldı.  Deyirdilər  ki,  hələ 
belə ağır döyüş olmayıb. Amma onu da deyim ki, ermənilər 
də bu döyüşdə çox itki verdilər.  
Yüklə 8,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin