Elmir Şıxəliyev: Yasiflə mən Aqilgillə getməli deyil-
dik. Çünki bizim təlimlər hələ qurtarmamışdı. Əynində
hərbi paltar, əlində avtomat, ayağında krosovka minib avto-
busa, mənə də əl elədi, çağırdı ki, gəl görüşək, hər şey ola
bilər, mən gedirəm döyüşə. Avtobusun açıq pəncərəsindən
əl-ələ görüşdük. O, nişanlı olduğu üçün onu əsgər yoldaş-
larımız buraxmırdı. Həm də qardaşı Vasif də bizim batal-
yonda idi. İki qardaşın birdən döyüş bölgəsinə getməyi
məsləhət deyildi, hər şey ola bilərdi. Yasif çox ciyərli,
ürəkli uşaq idi. Eləcə istəyirdi ki, döyüşə girsin. Hər gün
hərbi hissəmizin uşaqlarından yaralanan olurdu. Yasif heç
cürə dincəlmirdi ki, – Ə, bizi niyə qoymurlar döyüşə gedək.
Bizi ancaq hərbi hissədə təlimlərdən sonra keşikçi
qoyurdular. Biz özümüz də komandirlərə müraciət edirdik
ki, bəs nə vaxt döyüşə aparacaqsız? Ruh yüksəkliyi çox
böyük idi. Onlar deyirdilər vaxtı var, gedəcəksiniz. Günün
birində, yəni 1992-ci il avqustun 18-də uşaqlarla siqaret
çəkirdik. Birdən səs eşitdim: “Ayə Elmir, dur bəri gəl, dur
bəri gəl.” Çönüb baxdım ki, Yasif avtobusun lap arxa
oturacağında oturub pəncərədən məni çağırır. O, özü arxa-
da oturmuşdu ki, komandirlərin gözünə dəyməsin. Yoxsa
onu qoymazlar. Həm təlimdə olan əsgər kimi, həm də iki
qardaş xidmətdə olduqlarına və həm də nişanlı olduğuna
görə. Amma ən əsası o idi ki, biz təlimdə idik. Yasifdəki bu
hiss özündən asılı deyildi, vətənpərvərlik onun genində,
qanında var idi. Allah babası Məşədi Qasıma rəhmət eləsin,
Ömrün şəhidlik zirvəsi
46
haqqında çox eşitmişik. 1918-1920-ci illərdə ermənilərə
qarşı döyüşüb. Məşədi Qasım Göyçədən döyüşə-döyüşə gə-
lib Əsgərana. Onun ad-sanı Türkiyəyə gedib çıxan sərkərdə
olub. Atası Fəzi kişi 1941-1945-ci il müharibəsinin ən sayı-
lan döyüşçülərindən olub. Böyük Vətən Müharibəsi vetera-
nı idi, topçu olub, 8 güllə yarası alıb. O, bizə deyirdi ki, –
“A bala, qorxub eləməyin, erməni nə millətdi ki, ondan
qorxasız. Onları qovub torpaqlarımızdan çıxarın.” Bax
Yasifdəki bu hiss ordan gəlir. Yasif ayrı çür də ola bilməz-
di. Hələ Yasiflə bərabər kiçik qardaşı Vasif də döyüşürdü.
Çox vaxt onu saxlayırdılar ki, birdən birə ikiniz də döyüşə
getməyin, hər şey ola bilər.
Allah Yasifə rəhmət eləsin, uşaqlığımız bir yerdə ke-
çib. Əla yoldaşlığı var idi. Canlara dəyən dostum cənnət-
məkan oldu. Çox insanlar bu dünyaya gəlib-gedib, unudu-
lub, amma Vətən uğrunda şəhid olanlar heç vaxt unudulma-
yacaq.
Söhbəti qələmə aldı: Araz Hacıyev
Ömrün şəhidlik zirvəsi
47
Sənubər Fəziqızı
“Göyçənin səsi” qəzetinin
təsisçisi və baş redaktoru
АY АNА
Şəhid qаrdаşım Yаsifin dilindən
Qərib yеrə, yаd diyаrа düşmüşəm,
Əlim çаtmır dоst-düşmənə, аy Аnа!
Hеy istərəm sənə хəbər yеtirəm,
Ələ kеçməz bir kimsənə, аy Аnа!
Əzаbını hiss еdərəm, duyаrаm,
Qibləgаh tək sənə səcdə qılаrаm.
Səhər еrkən оyаnаrаm, durаrаm,
Əlim çаtmаz nеynim sənə, аy Аnа!
Yаmаn yеrdə fələk bizi аyırdı,
Tоy хоnçаm da, yаs bохçаsı sayıldı.
İsti yеrim mənə indi bаyırdı,
Dеyə bilməm bunu sənə, аy Аnа!
Аğılаrın məni yаndırıb-yахаr,
Оlsа idi məndə bir аz iхtiyаr.
Vеrəcəkdim bir kiçicik yаdigаr,
Sахlа bunu mən gələnə, аy Аnа!
Еlmirаmı çıхаrmаrаm yаdımdаn,
Güllə dəyib kеçdi yеddi qаtımdаn.
Mən dönmərəm əsilimdən, zаtımdаn,
Sоrаqlаrаm dönə-dönə, аy Аnа!
1 оktyаbr 1992-ci il.
Ömrün şəhidlik zirvəsi
48
UNUDULMАZ İGİDİM
Şəhid qаrdаşım Yаsifə ithаf еdirəm
Tаlеyindən qаrа yеllər əsdimi,
Yаğı düşmən dörd yаnını kəsdimi,
Fələkdənmi yохsа еldən qəstdimi?
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Qаrdаş dеdim qаrа bаğrım dəlindi,
Qаrа gеyən sən sеvdiyin gəlindi.
Dаş аltdаkı səninmi əllərindi,
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Üzündə ay dоğub, yаz аçılmışdı,
Hüsnünə min hеyrаn göz аçılmışdı,
Qаrа tаlеyindən söz аçılmışdı,
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Sən Vətənə dönük çıха bilmədin,
Аlоv kimi şölələndin sönmədin,
Аnаn dеdi: - Qаyıt оğul dönmədin,
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Qаrаbаğım səni itki sаnırmı?
Dоst-tаnışın bir аn səni аnırmı?
Hеç nаdаnlаr gör dərdimi qаnırmı?
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Ömrün şəhidlik zirvəsi
49
Qаrdаş dеyin bаcı yаnаr оdlаnаr,
Sinəmdə bir ürək dеyil, оd yаnаr.
Dərd əlindən şах qаmətim qаtlаnаr,
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Həsrətinlə dərdli-dərdli gəzərəm,
Qəm gölündə dаlğınlıqlа üzərəm.
Məzаrını gül-çiçəklə bəzərəm,
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Sənubərəm, qаrdаş dеyib аğlаrаm,
Аh-nаləmlə dаş ürəklər dаğlаrаm.
Əbədilik qаrа yаylıq bаğlаrаm,
Yаnаr qəlbim, mənim bəхtsiz şəhidim.
Unudulmаz sən tək şаhbаz igidim.
Ömrün şəhidlik zirvəsi
50
QАRDАŞ İTİRMİŞƏM MƏNƏ TОХUNMА
Dərd ürəyə, ürək dərdlərə həyаn,
Üzümə güzgü tut, içimə bоylаn.
Bir qızın gözünü yоllаrdа qоyаn,
Qаrdаş itirmişəm mənə tохunmа.
Yаnnаm gеcə-gündüz Yаsif оdundа,
Uçаydım Yüzаsif kаş qаnаdındа!
Cənnət göyərçini Qiyаs аdındа,
Qаrdаş itirmişəm mənə tохunmа.
Tаnrı göydən yеrə dаş tökəcəkdi,
Еdib bаhаrımı qış tökəcəkdi.
Gözlərim аğlаyıb yаş tökəcəkdi,
Qаrdаş itirmişəm mənə tохunmа.
Dаmаrımdаn ахаn qаn аyrılıbdı,
Ömrümdən ən хоşbəхt аn аyrılıbdı.
Cаnımdаn əzizim, cаn аyrılıbdı,
Qаrdаş itirmişəm mənə tохunmа.
Sənubərəm, şirin yохsа аcıyаm,
Üç igidin tеz аğаrаn sаçıyаm.
Üç qаrdаş dərdini çəkən bаcıyаm,
Qаrdаş itirmişəm mənə tохunmа.
22 аvqust 1993-cü il.
Ömrün şəhidlik zirvəsi
51
YASİFİN AD GÜNÜNƏ
Ad gününü gözü yaşlı keçirdik,
Dost-tanışa qəm şərbəti içirdik.
Səni axtarırdıq, səni itirdik,
Gözlərim gözünə həsrət qardaşım,
O gülər üzünə həsrət qardaşım.
Anam acı ağılarla oxşadı,
Atam qəmli təsəlliylə toxtadı.
Bacıların oğrun-oğrun ağladı,
Gözlərim gözünə həsrət qardaşım,
O gülər üzünə həsrət qardaşım.
Sən mənim gülümsər gözlərim idin,
Söylənmiş şəkərtək sözlərim idin.
Sənin həsrətinə dözməli idim,
Gözlərim gözünə həsrət qardaşım,
O gülər üzünə həsrət qardaşım.
Şəhid ruhun göylərimdə uçurdu,
Günəş kimi aləmə nur saçırdı.
Nişanlını başqa oğlan qaçırdı,
Gözlərim gözünə həsrət qardaşım,
O gülər üzünə həsrət qardaşım.
Sən mənim döyünən ürəyim idin,
Kövrək arzularım, diləyim idin.
Dar gündə qardaştək gərəyim idin,
Gözlərim gözünə həsrət qardaşım,
O gülər üzünə həsrət qardaşım.
Ömrün şəhidlik zirvəsi
52
Xasay Zeynalov
(1927-2011)
BU QARA TORPAQ
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş dayım
oğlu Yasif Fəzi oğlu Kərimovun əziz xatirəsinə
Uddu Yasif kimi neçə cavanı
Nə doydu, nə bezdi bu qara torpaq.
O Rüstəmi-Zalı da çəkdi qoynuna,
Dedi yenə azdı bu qara torpaq.
Neçə Süleymana qurubdu tələ,
Cəmşidi, Salsalı demirəm hələ,
Divlərin nərəsi saldı vəlvələ
Onlara da dözdü bu qara torpaq.
Dünyada hökm etdi Kirlər, Daralar,
Daha fikir edib, geymə qaralar.
Çoxuna vuracaq dərin yaralar
Qüdrətlidi, sazdı bu qara torpaq.
Qəm yemə, qəm çəkmə, a Fəzi dayı,
Fələyin əliylə quruldu yayı.
Əcəl gəldi, oldu torpağın payı,
Əzəldən acgözdü bu qara torpaq.
Fələk qoymur kamım alam, yarıyam,
Dərdi-kədərinə inan yarıyam.
Xasay deyər, qəm, qüssənin yarıyam,
Əli əldən üzdü bu qara torpaq.
1994-cü il
Ömrün şəhidlik zirvəsi
53
AĞLAMA, AĞLAMA, ŞƏHİD ANASI
Saç yolub, üz cırıb, saxlama yası
Ağlama, ağlama, şəhid anası.
Geyinib əyninə qara libası
Ağlama, ağlama, şəhid anası.
Müqəddəs torpağa üz qoyub oğlun,
Vətən savaşında iz qoyub oğlun,
Bilirəm sinənə köz qoyub oğlun,
Ağlama, ağlama, şəhid anası.
Vətən hamınındı aranlı, dağlı,
Oğul böyütmüsən torpağa bağlı.
Çoxdur sənin kimi sinəsi dağlı,
Ağlama, ağlama, şəhid anası.
Doğma vətən üçün gərək yanasan,
Vətəni hər şeydən üstün sanasan.
Vətən də anadır, sən də anasan,
Ağlama, ağlama, şəhid anası.
Ər oğlun göstərdi sədaqətini,
Qazandı bu xalqın məhəbbətini,
Eşit ahılların nəsihətini,
Ağlama, ağlama, şəhid anası.
İnşallah, ədalət zəfər çalacaq,
Ərənlər düşməndən qisas alacaq.
Şəhidlərin ruhu rahat olacaq,
Ağlama, ağlama, şəhid anası.
Ömrün şəhidlik zirvəsi
54
Başını dik saxla, əyilmə, çökmə,
Allaha xoş getməz, göz yaşı tökmə.
Xasayam, qəlbimə dağları çəkmə,
Ağlama, ağlama, şəhid anası.
VƏTƏN VURĞUNU
(poema)
Qarabağ müharibəsində, Vətən uğrunda şəhid olan
Bərdə rayonunun Yeni Daşkənd kəndinin sakini Kərimov
Yasif Fəzi oğluna həsr olunur.
Atalar deyibdi, bir misal da var,
Nəvələr həmişə babaya oxşar.
Bərdə rayonunda qədim bir eldə,
Min doqquz yüz yetmiş üçüncü ildə.
Bir arzu göyərdi ürəkdə, dildə,
Nəcib ailədə, o ağır eldə.
Bir oğlan göz açdı, dünyaya gəldi,
Ailə şad oldu, qəlbi dincəldi.
Körpəyə qoyuldu bir şərəfli ad,
Yasif adlandırdı həm yaxın, həm yad.
Böyüdü, bu oğlan gül kimi açdı,
Qəlbinə, üzünə şəfəqlər saçdı.
Ömrün şəhidlik zirvəsi
55
Deyirlər nəvələr babaya oxşar,
Bütün el edərdi ona etibar.
Nəsli-nəcabəti igid olubdu,
Dar gündə elinə həyan durubdu.
Gənclikdə varıydı mətanət, vüqar,
“İgidin hünəri darda sınanar.”
Vətənə, elinə məhəbbət vardı,
Məharət, sədaqət, şücaət vardı.
Axı, o Bərdədə açıb gözünü,
Deyərdi mərdanə, açıq sözünü.
Qohumlar, qonşular olardılar şad,
Hamı göstərərdi ona etimad.
Qohumla, dostlarla bir yığıncaqda,
Xalçalar bəzəmiş doğma ocaqda.
Qarabağ davası söhbəti düşdü,
Məclisdə araya bir sükut çökdü.
Ayağa qalxaraq Yasif dilləndi,
Onun sözləriylə məclis gülləndi.
Eşitmişəm mən də bir hekayəti,
Atasına baxıb, etdi söhbəti:
– “Deyrilər Göyçədə qaçqınlıq olub,
Babalar qaçaraq didərgin olub.
Ömrün şəhidlik zirvəsi
56
Deyirlər, babam da davada olub,
Göyçə mahalına o, həyan olub.
Ay ata, bir danış o hekayəti,
Məşədi Qasımdan eylə söhbəti.”
Fəzi kişi dedi, səlis bir dildə,
Tarixdən söylədi, təsbehi əldə:
– Göyçə dediyiniz gözəl mahaldı,
Dağları, düzləri yaşıldı aldı.
A bala, əslimiz olub Göyçəli,
Babalar qoyubdu orda təməli.
Hər tərəfi dağdı, düzdü, dərəydi,
İnsana zövq verən bir mənzərəydi.
Ortada yerləşir Göyçənin gölü,
Min dərdə dərmandı çiçəyi, gülü.
Oğlum, bu əsrdə azı dörd dəfə,
Yağılar alıbdı onu hədəfə.
Min doqquz yüz on doqquzuncu ildə,
O tarixi kəsə deyirəm dildə.
“Hay”lar Göyçəmizə hücum eylədi,
O mahalı tamam, talan eylədi.
Ömrün şəhidlik zirvəsi
57
Babanın döşündə qoşa patrondaş,
İdrisi, Ziyadı etmişdi yoldaş.
O, elləri xilas edə bildilər,
Göyçəlilər sevindilər, güldülər.
El yığışıb yenə məsləhət etdi,
Baban Sultan bəyin yanına getdi.
Əhvalatı Sultan bəyə söylədi,
Sultan bəy də onu sərdar eylədi.
O, öz dəstəsiylə hücuma keçdi,
Düşmənin səfini dağıtdı, biçdi.
Onlar Qarabağı eylədi azad,
Dillərdə dolaşdı iki gözəl ad.
Dünyada qaydadı, ömür yetişdi,
Baban dünyasını orda dəyişdi.
Bax, bunları görüb atanın özü,
Soruşdun, söylədim, qısaca sözü.”
Yasif yenə bir söz dedi ürəkdən,
Söz açdı qəlbindən keçən diləkdən:
– “Ata, deyirlər ki, olubsan topçu,
Qarşında diz çöküb çox quldur, qoçu.
Mən də sənin kimi topçu olacam,
Yağıdan qisası özüm alacam.
Ömrün şəhidlik zirvəsi
58
Qarabağ yağıdan qoy azad olsun,
Babamın orada ruhu şad olsun.
Ata, mən könüllü əsgər gedəcəm,
Özüm billəm orda nələr edəcəm.
Babamın məzarı tapdaq olmasın,
Ruhu rahat olsun, qəmə dalmasın.
Səhəri gün özü rayona getdi,
Cəbhəyə getməyi tamam həll etdi.
Gün keçdi, məsələ tamam açıldı,
Günəşin şəfəqi yerə saçıldı.
Ziyafət düzəldi məclis quruldu,
Yasifin qəlbi də onda duruldu.
Dilqəm də, Azər də qalxdı ayağa,
Hazırlıq görüldü yola salmağa.
Qohumlar, həm dostlar məclisə gəldi,
Çox saylı, bir böyük məclis düzəldi.
Masalar bəzəndi, üstü gülləndi,
Cəlil kişi qalxıb, birdən dilləndi:
– “Bu məclisə yaxşı bir aşıq gərək,
Göyçəli Hacını gedək gətirək.”
Ömrün şəhidlik zirvəsi
59
Oxucu bezməsin deyim kəsəsi,
Göylərə zilləndi Hacının səsi.
Aşıq Hacı sazla məclisə gəldi,
Həqiqətən onun ləfzi gözəldi.
Məclis, masabəyi Sabiri seçdi.
O, badə götürüb mətləbə keçdi:
– “Yasifi cəbhəyə yola salırıq,
Onun mərdliyindən ilham alırıq.
Gəlin hamılıqla yaxşı yol deyək,
Hər an cəbhələrdə zəfər diləyək.”
Səməd də, ay aşıq; – bir oxu dedi,
Sazını düzəltdi görün nə dedi:
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa – Qarqar.
Göyçə qar əlindən zara gəlibdi,
Muğan həsrət çəkər: a yağa qar, qar...
Ahən gəzər, səngə verər mər dana,
Mərd oğulun qəhrin çəkər mərd ana.
Mərd igid meydanda durar mərdana,
Müxənnət yapışar ayağa, qarqar.
Ələsgəri, çəkməyinən ala sən,
Geyinibsən, yar, qəddinə ala sən.
Lazımdı ki, qərib könlün alasan,
İncidərsən, sana, ay ağa, qarqar.
Ömrün şəhidlik zirvəsi
60
Novruz dedi: – Hacı bir azca dayan,
Çoxdu Yasif kimi Vətəni duyan.
Qarabağ yurdumuzun gözüdü,
Yasifin qəlbində onun közüdü.
O, qələbə çalıb geri dönəcək,
Elimiz sevinib, üzü güləcək.
Hamı bir ağızdan dedi: – Ay aşıq,
Bu məclisə verdin şuxluq, yaraşıq.
İndiki başladın sən Ələsgərdən,
Birini de, bizim qədim Göyçədən.
Hacı dilləndirdi sədəfli sazı,
“Göyçəgülü” ilə gəldi avazı:
Günəşli, gündüzlü bizim Göyçənin,
Gözəl yaylaqları, seyrangahı var.
Dörd tərəfi qatar-qatar dağlardı,
Ortasında qəşəng düzəngahı var.
Şahi-Mərdan ora nəzər salıbdı,
Zülfüqarı kafir üstə çalıbdı,
Daşda ayağının izi qalıbdı,
Neçə yerdə onun nişangahı var.
Cənnətə bənzəyir sanki qucağı,
Oradı dünyanın nadir bucağı.
Seyid Bayram, Miskin, Şişin ocağı,
Şəfalı, sınaqlı səcdəgahı var.
Ömrün şəhidlik zirvəsi
61
Qonaqsevər, qəlbi incə elləri,
Hatəm kimi səxavətli əlləri,
Əlvan-əlvan ətir saçan gülləri,
Ləçəkli, çiçəkli çəməngahı var.
Göyçənin gölündən baxsan yuxarı,
Bulaqların şırıl-şırıl axarı,
Gözəl mənzərədi Daşkənd baxarı,
Xasayın orada qibləgahı var.
Masabəyi dedi: – “Gözəl oxudun,
Sanki ürəklərə çələng toxudun.”
Mehdi də dilləndi: – Oxu, ay aşıq
Sözündən qəlbimiz alsın nur, işıq.
Gün kimi aləmi tutubdu adı,
İgidlər sultanı, xanı Dəli Alı.
Pirim – Şahi-Mərdan verib muradı,
Artırıb şövkəti, şanı Dəli Alı
Namərdlər əlindən çəkirlər haşa,
Namuslu igidsən, səni yüz yaşa!
Tüfəngin gülləsi işləyir daşa,
Tək qaytarır yüz düşmanı Dəli Alı.
Ələsgərin toy işi var əlində,
İşi təhər tapıb Göyçə elində.
Sənin kimi mərd igidin yolunda
Qurbandı aşığın canı, Dəli Alı.
Ömrün şəhidlik zirvəsi
62
Həkim Məzahim də gələrək dilə –
Dedi: – Fəzi dayı, bir şeir söylə.
Fəzi: – “Ağkilsəli Nəcəfə bir söz
Demişdim, deyirəm, gözəldi o söz.”
Vəfalı dostların sözü, naməsi,
Mənə qiymətlidi ləl əvəzində.
Uzaqdı aramız, görə bilmirəm,
Qoy kağız danışsın dil əvəzində.
Sevib, xoşlayıram kəlmələrini,
Hər bir naxışını, ilmələrini,
Qoy sinəm üstünə qədəmlərini,
Bir şux yeriş eylə, yol əvəzində.
Ustadtək salmaynan Fəzini üzə,
Hələ çox möhtacam hikmətli sözə,
Sazınnan, sözünnən qonaq gəl bizə,
İltimas edirəm el əvəzində.
Sabir dedi: – “Aşıq ləzzət alırıq,
Yasifi cəbhəyə yola salırıq”.
Ürəkləri Aşıq Hacı oxudu,
Zilə çəkib “Şərili”də oxudu.
Gedirsən, qardaşım, sənə yaxşı yol,
Yolunda nə çovğun, nə də qar olsun.
Hara, hansı səmtə qədəmləsən də,
Qadiri-Mövlamız sənə yar olsun.
Ömrün şəhidlik zirvəsi
63
Yadımızdan çıxmaz şirin söhbətin,
Könlümdə yeri var saf məhəbbətin.
Hörmətin, izzətin, şanın, şöhrətin,
El-oba içində bərqərar olsun.
Dərindən dərk eylə fani dünyanı,
Sənə kömək olsun Kərəmin kanı.
Ara, axtar, seylə dostunu tanı,
Xasayam, arada etibar olsun.
Sağ ol Aşıq – deyib, alqışladılar,
Vətənə qələbə arzuladılar.
Bu sözlər Yasifin üzün güldürdü,
O öz arzusunu belə bildirdi: –
– “Ata, arzumdu tez cəbhəyə gedim,
Vətəni yağıdan mən azad edim.”
Bu söz atasının qəlbindən oldu,
Qohumlar sevindi, ana şad oldu.
Məclis gözəlləndi, masa gülləndi,
Atası şəst ilə baxıb dilləndi.
– “Vətəni qorumaq şandı, şərəfdi,
Get, ay oğlum, get, haqq bizim tərəfdi.
Şücaət göstərib, gözəl ad qazan,
Çiçəyə bürünsün qoy Azərbaycan”.
Ömrün şəhidlik zirvəsi
64
Gülü ana baxıb, verirdi diqqət,
Qəlbindən gələni dedi, həqiqət.
– “Get, oğul, get, xaliq sənə yar olsun,
Sənə verdiyim süd halalın olsun.
Düşmənin yuvası tarimar olsun,
Həyatda qisməti ahu-zar olsun.”
Sabir müəllimin badə əlində,
Qəlbindən keçəni dedi dilində:
– “Bilin Yasif istədiyin edəcək,
Hər an ön sırada özü gedəcək.
Halal olsun belə kamil cavana,
Axı süd veribdi, ona mərd ana.
Səngərdə duracaq mərdi-mərdana,
Yaxşı yol, söyləyək belə cavana”.
Məclis əhli gözəl arzu dilədi,
Kəndimizdə qayda-qanun belədi.
Məclisə baxaraq Azər dilləndi
Arifdi, sərrafdı, dərin biləndi:
– “Var olsun elimiz, camaatımız,
Azad olsun gözəl Qarabağımız.
Ömrün şəhidlik zirvəsi
65
Vətənin ordusu qələbə çalsın,
Yeni Daşkəndlilər qisasın alsın.
İgidlər qayıtsın öz evlərinə,
Şadlıq məclisləri quraq biz yenə.”
Hərbi idarəyə gedəndə Yasif,
Komissarla söhbət edəndə Yasif;
“Vətən sağ gözümdü”, – deyib,
“Sərt qışı, yazımdı”, – deyib.
Polkovniklər olub şad,
Ona göstəriblər böyük etimad.
Deyiblər, bu oğlan qoçaqdı, qoçaq,
Cəbhədə hər zaman zəfər çalacaq.
Yasif cəsarətlə cəbhəyə getdi,
Ağdərə döyüşü, səngərə yetdi.
Baxın Yasif uca dağları aşır,
Qəhrəmanlıq düzü ona yaraşır.
Onunla oxuyan bütün şagirdlər,
Könüllü cəbhəyə yola düşdülər.
Onların hər biri igiddi, mərddi,
“Bərdə batalyonu” gör nələr etdi.
Ömrün şəhidlik zirvəsi
66
Öndə Yasif, Qulam, bir də Ziyafət,
Vətən torpağından alırdı qüvvət.
Tarixə yazıldı neçə-neçə ad,
Unutmaz onları nə yaxın, nə yad.
Yasif səngərə gərərək sinə,
Məğrur dayanaraq dillənir yenə:
– “Qardaşlar, çox mətin durun!
Topları birbaşa hədəfə vurun.
Düşmənin içinə vəlvələ salaq,
Qarabağımızı yağıdan alaq.
Vətənin uğrunda qazanaq bir ad,
Unutmasın bizi nə yaxın, nə yad.
Alay komandiri süzüb dilləndi,
Görün polkovnikin dediyi nədi?
– “Halal olsun sənə Bərdə balası,
Sənsən yurdumuzun arxa, xilası.”
Yasif bir az gedib birdən dayandı.
Dedi: – “Sayın görək neçə tank yandı.”
Düşməni izlədi, fikirə daldı,
Sanki İsrafildən dərsini aldı.
Qafur Məmmədovu yadına saldı,
Şücaət göstərdi, eldə ucaldı.
Ömrün şəhidlik zirvəsi
67
Yağılar əlindən çəkdi aman dad,
Qaçıb qurtarmağa axtardı imdad.
...Qulam Qədirov da o yan tərəfdən,
Ziyafət Balıyev düzgün hədəfdən.
Atdığı güllələr hədəfə dəyir,
Düşmən qorxusundan əsir, titrəyir.
BMP, BTR, PK avtomat,
Atır güllələri, düşmən olub mat.
Yasifin yanında igidlər vardı,
Onların məkanı qarlı dağlardı.
Sağdan Qulam xeyli zərbə vururdu,
Solda da Ziyafət hey vuruşurdu.
Qulamın əlində qrantamyotu,
Dedi: – “Ziyafətə al plamyotu.
Ağdərədən keçək o Çıldırana,
Düşmənlər qalsınlar qoy yana-yana.
Azad edək Sərsəng stansiyasın,
Günəş bu yerlərə salsın ziyasın.”
Yasif söylədi ki, – Bir arzum da var,
Yağıları qovaq edək tarimar.
Ömrün şəhidlik zirvəsi
68
Eşitmişəm gözəl bir diyar da var,
Orada yaşayıb ata-babalar.
Hər tərəfi güllü, gözəl diyardı,
Adı Göyçə, ətraf yaşıl dağlardı.
Gedib Ağdərəni azad edərik,
Oradan Göyçəyə keçib gedərik.
Göyçəni yağıdan təmiz alarıq,
Baba diyarında rahatlanarıq.
Orada da çoxlu, igid olubdu,
Elə, obasına həyan olubdu.
Ələsgərlə Nəcəf sazı çalıbdı,
Məmmədhüseyn ordan ilham alıbdı.
Səməd ağa olub Hatəm sayağı,
Qanlı kənddən təbib o Hacı Nağı.
Daşkənddə Nağı bəy, Alıyev Vəli,
Nərimanlıda da Qlava Balı.
Məşədi Qasımdı dillər əzbəri,
Əzizli Cəmilin varmış hünəri.
Toxlucada Topal Orucla Cığal,
Ardanışda Məşəd Hümbət, Gülcamal.
Ömrün şəhidlik zirvəsi
69
Güllübulaq kənddən o Böyük ağa,
Ağqala kəndində Mir Məcid ağa.
Qulam dedi: – “Vurun! Qələbə çalaq,
Yasifin dediyi arzuya çataq”.
İgidlər vuruşa-vuruşa getdi,
Drambon kəndinə gəlib yetişdi.
Marquşevandan Drambona qədər,
Yağıdan torpağı azad etdilər.
Qulam: – “Yasif, heç də darıxma dedi,
Tezliklə Göyçəyə çatarıq dedi.
Kəlbəcərdən yalı aşıb gedərik,
Dağlarda babanın izin görərik.”
Min doqquz yüz doxsan ikinci ildə,
Avqust ayının iyirmi ikisində.
Qəzanın qədəri qəddini əydi,
Namərdin gülləsi Yasifə dəydi.
Yer də, Göy də Yasif deyib ağladı,
Yoldaşın, sirdaşın qəlbin dağladı.
Yasif Fəzi oğlu şəhid olanda,
Qulam Əkbər oğlu gözü dolanda.
Yasifin qanını alacam, – deyib,
Bu qisası yerdə qoymaram, – deyib.
Ömrün şəhidlik zirvəsi
70
Yasifin arzusu qəlbində qaldı,
Qulam yağılardan qisası aldı.
Nəhayət, vətənin şəhidi oldu,
Ağdərə torpağı şahidi oldu.
Şaxtada, boranda səngərdə qaldı,
Düşmənin canına atəşi saldı.
Yasif son nəfəsdə söylədi – “Vətən”,
Vətənin qədrini bilməz hər yetən.
O, idi həqiqət Vətən vurğunu,
Hesaba almırdı şaxta, çovğunu.
Tarixdə qazandı bir şərəfli ad,
Bu gün odlar yurdu onu edir yad.
***
Yeni Daşkənddə var bir orta məktəb,
Onun şagirdləri etdilər tələb.
Gərək məktəb Yasif adına olsun,
Odlar diyarında adı car olsun.
Kəndin camaatı qərara aldı,
O məktəb Yasifin adını aldı.
Yasifin zəhməti getmədi hədər,
Hörmətlə yad edir onu şagirdlər.
Ömrün şəhidlik zirvəsi
71
Əvvəlcə Yasifin adını yazır,
Deyirlər cəbhəyə hazırıq, hazır.
Cəbhədə göstərib Yasif hünəri,
Ona görə olub dillər əzbəri.
Hələ də cəbhədən gəlməyib Yasif,
İnanın yaşayır, ölməyib Yasif.
Neçə ki, dünya var, yaşayacaq o,
Milyonlar qəlbində yaşayacaq o.
Tarixdə qazandı şərəfli bir ad,
Unutmaz nə Vətən, nə yaxın, nə yad.
Onun şücaəti yaddaşda qaldı,
Zeynalov Xasay da qələmə aldı.
Ömrün şəhidlik zirvəsi
72
Dostları ilə paylaş: |