Ömrün şəhidlik zirvəsi



Yüklə 8,4 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix22.04.2017
ölçüsü8,4 Kb.
#15262
1   2   3   4   5   6   7   8   9

Hidayət Hacıyev, 
Bərdə batalyonu qərargah rəisinin müavini, leytenant 
«Ədalət» qəzeti, 8 sentyabr 1992-ci il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
16 
LAÇIN VÜQARLI YASİF 
 
Doğulduğum kəndin qəbirstanlığında ilk şəhid məzarı 
10  il  bir  sinifdə  bərabər  oxuduğum  Yasifin  məzarıdır. 
Yasiflə mən sinif yoldaşlığından əlavə bir soydan – Rəsul-
lular nəslindənik. O, sinifimizdə oxuyan oğlanların ən hün-
dürü,  ən  canlısı,  ən  tez  bığ  yeri  tərləyəni  idi.  Bəzən  mək-
təbimizə  gələn  yoxlamalar  onun  yaşı  ilə  maraqlanar,  elə 
başa  düşərdilər  ki,  o  bizdən  bir-neçə  yaş  böyükdür.  Bəli, 
Yasif belə bir laçın oğlan idi.  
Biz 1990-cı ildə orta məktəbi bitirdik. Yasif 18 yaşın-
da,  yəni  1991-ci  ildə  sevdiyi  qızla  nişanlanmışdı.  Zahirən 
çox  xoşbəxt  görünürdü.  Yaxşı  yadımdadır.  Mən  tələbə 
idim.  Təzəcə  Azərbaycan  İnşaat  Mühəndisləri  İnstitutuna 
(indiki  Azərbaycan  Memarlıq  və  İnşaat  Universiteti)  daxil 
olmuşdum.  Yataqxana  məsələsi  həll  olunmadığından 
müəyyən  müddət  Yasifin  qardaşı,  həmin  institutda  dosent 
işləyən  Azər  müəllimin  evində  qalırdım.  Həmin  ərəfədə 
Yasif və atası, el-obamızın ağsaqqalı Fəzi Kərimov Bakıya, 
Azər  müəllimgilə  gəlmişdilər.  Onu  da  deyim  ki,  Yasifin 
idarə  etdiyi  “Zaporojets”  maşını  atasına  Böyük  Vətən 
Müharibəsi  veteranı  olduğu  üçün  verilmişdi.  Yasiflə  Bakı-
dakı bir neçə günlük görüşümüz zamanı onun istədiyi qıza 
necə vurulmağından, onu necə sevdiyindən, necə nişanlan-
mağından ürək dolusu danışdı. Arzuları saysız-hesabsız idi. 
El misalında deyildiyi kimi “Sən saydığını say, gör fələk nə 
sayır”. Heç nişanlanmasından bir il keçməmiş Yasif yenicə 
yaranmaqda olan Milli Orduya yazıldı. Vətənimizin üzərin-
də dolanan qara buludlar onu da rahat buraxmadı. Təəssüf-
lər  olsun  ki,  Qarabağ  münaqişəsi  get-gedə  gərginləşməkdə 
idi.  Bu  gərginlik  sonucda  respublikamızı  Qarabağ  mühari-
bəsi kimi bir  müharibəyə  cəlb etdi. Gənclərimiz hərbi xid-

Ömrün şəhidlik zirvəsi 
 
 
17 
mətə  başlar-başlamaz  bir  başa  qaynar  nöqtələrə  göndəril-
dilər.  Yasif  nişanlı  olduğu  üçün  əsgər  yoldaşları  onu  qanlı 
döyüşlərə girməyi məsləhət bilmir, hətta qoymurdular. An-
caq Yasif bununla barışmır, özündə rahatlıq tapa bilmir və 
inadkarlıqla döyüşlərdə iştirak edirdi.  
Qarabağ  müharibəsinin  ən  ağır  ili,  ən  ağır  ayı  idi. 
Yasifin  son  döyüş  günü…  22  avqust  1992-ci  il...  Bərdədə 
yerləşən  18136-cı  hərbi  hissənin  avtomatçısı  olan  Yasif 
Kərimov Ağdərə rayonunun Drambon kəndi (indiki Kəlbə-
cər  rayonunun  Heyvalı  kəndi)  uğurunda  gedən  döyüşdə 
qəhrəmancasına  həlak  oldu.  Tanınmış  yazıçımız  Nahid 
Hacızadə  demişkən  “...torpağı  Vətənə  çevirən,  onun  adını 
al  qanı  ilə  günəşli  üfüqlərə  yazan  onun  övladlarıdır.”  Bəli, 
Yasif də al qanı ilə Vətənin adını torpaq üzərində yazdı. Və 
beləcə şəhidlik zirvəsinə ucaldı. Hərdən Yasifi xatırlayanda 
yaddaşımda  iz  qoyan  atası  Fəzi  kişinin  sözləri  məni 
duyğulandırır. Yasifin yas mərasimində bizim də əyləşdiyi-
miz  stolda  heç  kim  qoyulan  ehsana  əl  uzatmırdı.  Həyatda 
buna  qədər  üç  dəfə  oğul  itkisi  görən  ağsaqqal  Fəzi  baba 
stola  yaxınlaşıb dedi:  – “Ay balalarım, ay camaat. Yasifin 
toyu  üçün  bəslədiyim  heyvan  onun  ehsanına  qismət  oldu. 
Bişirilən ehsanı yeməmək günah sayılır, neyləmək olar qis-
mət beləymiş. Hamı bismillah eləsin, çörək kəssin.” 
...Kənd  camaatının  təklifi  və  tələbi  ilə  Yasif  Kərimo-
vun  təhsil  aldığı  Yeni  Daşkənd  kənd  orta  məktəbinə  onun 
adı  verilmişdir.  Məktəbdə  “Şəhidlər  guşəsi”  yaradılmışdır. 
Hər  il  şəhid  Yasif  Kərimovun  ad  günü  məktəbdə  geniş 
şəkildə qeyd edilir. Növbəti dərs ilində  məktəbin girişində 
şəhid  Yasif  Kərimovun  büstünün  qoyulması  nəzərdə  tutu-
lub. Yasif artıq bir evin yox, bir elin övladıdır. Onun xati-
rəsi onu tanıyanların və kənd əhalisinin qəlbində yaşayır.  

Ömrün şəhidlik zirvəsi 
 
 
18 
Allah  sənin  timsalında  bütün  şəhidlərimizə  rəhmət 
eləsin, Yasif! Sən ölmədin, sən ölümünlə ölməzliyi qazan-
dın.  Sənin  məzarın  səni  tanıyanların  hamısının  ziyarət  ye-
ridir. Rahat yat şəhid sinif yoldaşım. Qəbrin nurla dolsun! 
Araz Yaquboğlu, 
“Qızıl qələm” mükafatı laureatı 
“Dünya” qəzeti, №39-40, 2012-ci il. 
 
 
 
 
ƏBƏDİYAŞAR QƏHRƏMAN 
 
Yaddaşlara həkk olunan 1992-ci ilin 22 avqust günü, 
əziz,  unudulmaz  Yasiflə  həmişəlik  vidalaşdığımız  gün... 
Kaş ki, o günü silə biləydik yaddaşımızdan, xatirəmizdən.  
Acımız  heç  vaxt  yaddan  çıxmaz.  Azərbaycanımızı 
həyatı  qədər  sevən  Yasif  Fəzi  oğlu  Kərimov  azadlığımız, 
müstəqilliyimiz  uğrunda  son  damla  qanını  belə  əsirgəmə-
yən  mərd,  qeyrətli,  ulu  Göyçənin  ulu  sərkərdəsi  Məşədi 
Qasım  Hacı  Kərim  oğlunun  mənfur  erməni  qəsbkarlarıyla 
mübarizəsinin davamçısı kimi yaşadı, vuruşdu, şəhid oldu. 
Doğrudanda vaxtsız ölüm sənə yaraşmır! Tufan, şim-
şək  ömürlü  Yasif!  Heyif  səndən!  Sənin  yoxluğuna  inana 
bilmirik.  
Cəbhəyə  getməzdən  əvvəl  Bakıya  tez-tez  gəlirdi. 
Sonralar bir müddət Bakı şəhərində yaşayası oldu. O zaman 
bizdə qalırdı. İndiki kimi yadımdadı sözündən, söhbətindən 
doymaq  olmurdu.  Olduqca  mehriban,  ağıllı,  təvazökar,  öz 
yerini  bilən,  xeyirxah  bir  insan  idi  o!  Hər  söhbətində  dün-
yanın faniliyindən, həyatın vəfasızlığından, təbiətə vurğun-
luğundan,  onun gözəlliyindən söhbət edərdi.  Sanki hiss  et-
mişdi o, bu vaxtsız ölümü.  

Ömrün şəhidlik zirvəsi 
 
 
19 
Hələ  gənc  yaşlarından  vətənimizi,  torpağımızı  azad 
görmək  istəyirdi.  Elə  bu  arzu  sonda  onu  Tərtər  rayonuna 
cəbhə bölgəsinə odun-alovun qızğın yerinə gətirdi. 
22 avqust 1992-ci il, Bərdə rayonunun Yeni Daşkənd 
kəndinin daşı da, torpağı da göz yaşı axıdırdı həmin gün. El 
əhli  qohum  əqraba,  döyüş  yoldaşları,  dostları,  ata,  qardaş-
bacı naləsi, ana fəryadı göyə qalxmışdı. Həmişə eyş-işrətli 
olan ata evində başqa  əhvali-ruhiyyə var idi.  Ürəklər  sızıl-
dayır,  gizli-gizli  ağlayırdıq.  Vaxtsız  ölüm  hamını  sarsıt-
mışdı. 
 
Ölüm necə qıydı cavan canına. 
Torpaq şəhidini aldı qoynuna. 
Ahımız, naləmiz uçar yanına. 
Bir ana fəryadı səsləyər Səni! 
Qoruya bilmədik ölümdən Səni! 
 
Yenə  də  boy-buxunlu,  yaraşıqlı,  gülərüzlü,  xoşxasiy-
yətli,  hamının  sevimlisi  kimi  durmusan  gözlər  önündə, 
Yasif...  Səni  həmişə  belə  tanımış,  belə  görmüş,  belə  sev-
mişik. Təbəssümünə möhtacıq, yoxluğuna inana bilmirik.  
Acımız heç vaxt yaddan çıxmaz, unudulmaz! 
Allah  sənə  rəhmət  eləsin,  qəbrin  nurla  dolsun,  əbədi-
yaşar qəhrəman! Sənin əziz xatirən səni sevənlərin qəlbində 
daima yaşayacaqdır. 
 
Namizər Kərimova, 
Bakı şəhəri Xətai rayonu 249 saylı orta  
məktəbinin riyaziyyat müəlliməsi 
22 avqust 1993-cü il 

Ömrün şəhidlik zirvəsi 
 
 
20 
QORXMAZLIĞINI HAMI BİLİRDİ 
 
1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndin-
də anadan olub Yasif. Orta məktəbi qurtardıqdan sonra bir 
müddət “Göyçə” kolxozunda işləyib, sonra isə Bərdə ərazi 
özünümüdafiə  batalyonuna  üzv  yazılıb.  1992-ci  ildə  Ağ-
dərənin  Drambon  kəndi  ətrafında  gedən  döyüşlərdə  həlak 
olub. 
Saz  səsi  ilə,  şeir  nəfəsi  ilə  böyümüşdü  Yasif.  Atası-
nın,  ulu  babasının  vətəni  olan  Göyçənin  həsrəti  ilə  yaşa-
yırdı.  Hələ  Dağlıq  Qarabağda  münaqişə  başlamamışdan 
əvvəl  Yasif  oğuz  türklərinin  məskəni  olan  Göyçənin  nə 
vaxtsa  yenidən  Azərbaycanın  bir  hissəsinə  dönəcəyinə 
özünü  inandırmışdı.  Başqa  cür  də  ola  bilməzdi.  Səhər  də, 
günorta  da,  axşam  da  evlərində,  yaşadığı  Yeni  Daşkənd 
kəndində  Göyçə  ilə  bağlı  nəsə  danışılardı.  Bu  danışıqlar, 
bu söhbətlər Yasifi Göyçəyə elə bağlamışdı ki... başqa cür 
düşünə bilməzdi. 
Dağlıq  Qarabağda  münaqişə  başlayanda  Yasif  hələ 
yeniyetmə idi. 14-15 yaşı vardı. Amma bununla belə düş-
mənlə  mübarizəyə  atılmağa  hazır  idi.  Qədim  Göyçədən 
üzü bəri köç başlayanda Yasif də, Yeni Daşkənd kəndinin 
digər  cavanları  da  dözə  bilmirdi  dədə-baba  torpağının  iti-
rilməsinə. O, xəyallarında Göyçəni Azərbaycana birləşdir-
məyə  çalışırdı.  Ancaq  həyat  onu  başqa  acı  hadisələrlə 
qarşılaşdırdı. 
Əsgər yaşı çatar-çatmaz cəbhəyə yollandı. Bərdə özü-
nümüdafiə batalyonuna yazıldı. O, milli orduya gedən vaxt 
Dağlıq  Qarabağda,  xüsusilə  Ağdərə  bölgəsində  qanlı  dö-
yüşlər gedirdi. Ona görə da uzun-uzadı təlim-məşq keçmə-

Ömrün şəhidlik zirvəsi 
 
 
21 
yə vaxt yox idi. Qısa müddətli hazırlıqdan sonra Yasif Kə-
rimov birbaşa qaynar nöqtələrə göndərildi. 
Bərdə ərazi özünümüdafiə batalyonu qərargah rəisi-
nin  müavini,  leytenant  Hidayət  Bəhrəm  oğlunun  yazdıq-
larından: – Yasif az vaxta hərbi vərdişlərə  mükəmməl  yi-
yələnməsi  ilə  komandirlərin,  əsgər  yoldaşlarının  sevimlisi-
nə  çevrildi.  Neçə-neçə  quldur  yuvasının  təmizlənməsində 
iştirak etdi. Qələbəmizin lap yaxınlığında olduğuna heç bir 
şübhə yox idi. Onu ən ağır döyüşlərə aparan da bu inam, bu 
ümid  idi.  Fəqət  Ağdərə  bölgəsində,  Drambon  ətrafındakı 
döyüşlərdə  düşmən  qəlpəsi  həmişəlik  söndürdü  bu  gözlər-
dəki sonsuz ümid qığılcımlarını. 
Onun ölümü atası Fəzi kişini xeyli sarsıtsa da, son an-
da  özündə  bu  dərdə  dözüm  tapdı.  Bu  dəfə  o,  üzünü  ikinci 
oğluna,  Yasiflə  bir  batalyonda  xidmət  edən  Vasifə  tutdu. 
Düşməndən intiqam almağı tapşırdı.  
 
Mir Cəfər, “Bərdə şəhidləri”.  
Bakı, “Sabah”, 2005. səh.128-129. 

Ömrün şəhidlik zirvəsi 
 
 
22 
DƏRD ÜSTÜNDƏN DƏRD 
Aman qardaş, vay qardaş
Qaşı, gözü yay qardaş. 
Ölsə bacılar ölsün. 
Heç deməsin vay qardaş. 
Qoşa  oğul  dərdindən  beli  bükülmüş  atanın,  dərd-
qəmdən  qara  saçlarına  qar  ələnmiş  bədbəxt  ananın,  bəxtə-
vər qardaşlı sayılan bacıların qəm yükünü yüngülləşdirmək 
üçün  nələr  etməzdi?!  Cavan  ikən  torpağa  gömülmüş  iki 
qardaşın  küskün  baxışları,  onun  baxışlarında  əks  olunardı, 
hamımız  iki  qardaşımızda  itirdiklərimizi  Yasifdə  tapmış-
dıq. Elə bil onunla nəfəs alırdıq.  
Bir il əvvəl sevdiyi qız ilə nişanlanmışdı. Döyüşə get-
diyini  həmişə  gizli  saxlar,  “Anam  dözməz”,  –  deyərdi. 
Gəncliyinin  belə  sərt  dönəmlərindən  söz  düşəndə  həmişə 
anamı fikirləşirdi. Elə bil ananın dərdinin üstünə dərd qoy-
maqdan  ehtiyat  edərdi.  Yeddi  ay  döyüşdü,  neçə  dəfə  mü-
hasirəyə  düşdü,  amma  salamat  qayıtdı.  O  gün  isə...  Bərdə 
batalyonun  döyüşçüləri  Drambonda  4  gün  ölüm-dirim  sa-
vaşına girdilər və oranı ermənilərdən təmizlədilər. Lakin bu 
döyüş  də,  itkisiz  olmadı.  Şəhidlik  zirvəsinə  yüksəlmək 
üçün  bu  batalyonda  Yasiflə  dostlaşmış  özü  kimi  nişanlı 
olan Müşfiqlə birlikdə Vətən uğrunda şəhid oldular. Gözlə-
rindən məhəbbət süzülən iki gənc bir anda düşmən gülləsi-
nə tuş gəldi. Elə həmin andan yurdumun iki alagöz qızının 
toy  xonçasına  qara  bağlandı.  Ana-bacıların  ah-naləsi  ərşə 
dayandı.  Hər  çiynimdə  bir  qardaşın  qəm  yükünü  daşıyır-
dım. Zalım fələk mənə üçüncü qəm yükünü də əsirgəmədi. 
Sənubər Məmmədova,  
“And” qəzeti, №10(22).  
19 mart 1993-cü il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
23 
QEYRƏTLİ OĞUL İDİ 
 
Yasif Fəzi oğlu Kərimov 1973-cü ildə Bərdə rayonun 
Yeni  Daşkənd  kəndində  dünyaya  gəlsə  də,  əslən  Göyçəli 
idi.  Valideynləri  1948-53-cü  illərdə  erməni  təqibinə  məruz 
qalaraq  Basarkeçərdəki  Daşkənd  kəndindən  köçüb  Azər-
baycanda məskunlaşmışdılar.  
Qəhərdən  boğulan  gözləri  nəmli,  taleyi  qəmli,  Böyük 
Vətən  Müharibəsinin  ikinci  qrup  əlili,  şəhid  atası,  qaçqın 
Fəzi  Kərimov  dinimizin,  xalqımızın,  torpaqlarımızın  təhqir 
olunmasına dözmürdü. Öz həmyerlilərini yurdundan didər-
gin düşən igid atası Məşədi Qasım Hacı Kərim oğlunun ulu 
Göyçənin mərd, qeyrətli oğulları ilə birlikdə əvvəllər Basar-
keçərdə,  sonralar  Qarabağda,  Malıbəyli,  Xocalı  uğrunda 
gedən  döyüşlərdə  mənfur  yağı  düşmənlərlə  apardığı  ölüm-
dirim vuruşmasını, o vaxtkı hadisələri xatırlayırdı. O, həsrət 
qaldığı  doğma  ata-baba  yurdunun  xırdaca  daşının,  ağa-
cının  belə  gözləri  önündən  getmədiyini,  bir  an  belə  unut-
madığını  söyləyir,  “bir  də  o  yerləri  görəydim,  sonra  öləy-
dim”, – deyir. (Azər Fəzi, “Vətən səsi” qəzeti, 07.05.1993) 
1988-ci  ildə  Göyçəlilərin  Göyçədən  didərgin  düşməsi, 
atanın bir diyarda, balanın bir diyarda yeni yurd seçməsi Ya-
sifi göyüm-göyüm göynədirdi. O, bu haqsızlığa, Moskvanın, 
Yerevanın  bu  qurğusuna  heç  cür  dözə  bilmir,  daşnakların 
havadarlarını  lənətləyirdi.  Ona  görə  də  torpaq  qeyrəti,  ana-
bacılarımızın acı göz  yaşları Yasifi Bərdə batalyonuna gəti-
rib  çıxardı.  O,  hərbi  xidmətə  yollandı.  Qeyrəti,  cəsurluğu, 
istiqanlılığı  ilə  az  müddətdə  birinci  bölüyün  rəğbətini  qa-
zandı. Xoş arzuları tükənməz idi. Nişanlı olduğunu sözarası 
demişdi. Gözlərindən “Sənsiz keçən günlərim” intizarı oxu-
nurdu.  Qələbənin  yaxınlığına  heç  bir  şəkk-şübhəsi  yox  idi. 
(Hidayət Hacıyev, “Ədalət” qəzeti, 08.09.1992)  

Ömrün şəhidlik zirvəsi 
 
 
24 
Döyüşlərdə  Koroğlu,  Nəbi  qeyrəti  ilə  vuruşur,  bir  göz 
qırpımında  düşməni  al-qana  boyayır,  bütün  əməliyyatlarda 
ürəklə, cəsarətlə iştirak edirdi. O, heç vaxt qorxmurdu.  
22 avqust 1992-ci ildə Yasifin Vətən eşqi ilə  döyünən 
ürəyi daşnak gülləsinə tuş gəldi. Ağdərə rayonunun Dram-
bon  ətrafı  uğrunda  gedən  qanlı  döyüşlərdə  düşmən  qəlpə-
ləri  həmişəlik  söndürdü  sayrışan  sonsuz  bir  ümidin  qığıl-
cımlarını: 
Ölüm necə qıydı cavan canına, 
Torpaq şəhidini aldı qoynuna. 
Ahımız, naləmiz uçar yanına, 
Bir ana fəryadı səsləyər Səni! 
Qoruya bilmədik ölümdən Səni! 
Yasif öz şəhidliyi ilə ölməzlik qazandı, qəlblərə, ürək-
lərə azadlıq aşiqi kimi köçdü,  əbədiləşdi. Xalqımızın azad-
lıq rəmzi xalısı ilmələrini al qırmızı qanı ilə bəzədi, rənglər 
ümmanına qarışdı, mənim, sənin, bizim, hamımızın, Vətəni-
mizin sipər daşı oldu.  
Vətən!  Daşına,  torpağına  qurban  olum  sənin.  Uğrun-
da  ölərəmsə  onda  Vətənsən,  Vətənimsən  deyən  həmin  ba-
talyonda  döyüşən,  kiçik  qardaşı  Vasif  Kərimov  xalqımızın 
azadlığı,  müstəqilliyi,  torpaqlarımızın  bütövlüyü  uğrunda 
döyüşü  davam  etdirməyi,  şəhid  qardaşının  qanını  yerdə 
qoymayacağını  bildirir,  hamını  bu  müqəddəs  borcu  yerinə 
yetirməyə çağırır. 
Doğrudan  da,  ot  kökü  üstə  bitərmiş.  Başı  qarlı,  dağ 
vüqarlı el ağsaqqalı, müharibə əlili, dörd oğul itirmiş şəhid 
atası  Fəzi  Kərimov  bu  müharibədə  vuruşanların  və  şəhid 
olanların hamısı mənim balam, övladlarımdır, – deyir. İndi 
o  tək  bizim  deyil,  hamınındır  –  deyə  təsəlli  verir,  şəhidin 
döyüş  yoldaşlarına  uğurlar  diləyirdi.  (Hidayət  Hacıyev, 
“Ədalət” qəzeti, 08.09.1992) 

Ömrün şəhidlik zirvəsi 
 
 
25 
Biz  Yasifin  qardaşı,  Azərbaycan  İnşaat  Mühəndisləri 
İnstitutunun dosenti Azər Kərimovla polkovnik Zakir Kəri-
movun vasitəsilə tanış olduq. Onun qardaşı haqqında söylə-
diyi xatirələri olduğu kimi qələmə aldım: 
– “Şəhid qardaşımla ölümündən bir həftə əvvəl kəndi-
mizə gedən yolda rastlaşmışdıq. Bu onunla son görüşümüz 
oldu. Mən Bakıdan evə, o isə hərbi formada rayona, batal-
yona növbəyə gedirdi. Gözlərimə inanmadım, dünənə qədər 
uşaq  bildiyim  qardaşım  necə  böyüyüb  məğrurlaşmışdı. 
Üzündən,  gözündən  nur  tökülür,  hərbi  forma  onun  cən-
gavər  görkəmini  bir  az  da  cazibədar  edirdi.  Ayrılanda  bir 
şəkil  verdi  mənə.  Xatirə  saxla,  dedi.  Ayrıldıq!  Mən  kənd-
dəki evə, doğmalarla görüşə, o isə Vətənin keşiyində əbədi 
qalmağa  gedirdi.  Adətən  biz  bir-birimizlə  evdə  görüşməyi 
adət  etdiyimizdən  qürub  çağı  bizi  ayıran  bu  görüşdən  bir 
üşütmə  keçdi  ürəyimdən.  Bu  taleyinə  şəhidlik  qismət  olan 
qardaşım  Yasiflə  son  görüşüm  idi...  Dəfn  zamanı  şəhidin 
Bakıya,  Şəhidlər  Xiyabanına  aparılması  təklifini  eşidən 
atam, onu el qəbiristanlığında uyuyan qardaşlarından ayır-
mayacağını  bildirdi.  “Bu  şəhid  qanı  tökülən  torpaqlarımı-
zın  unudulub  sahibsizləşməsi  olardı.  Məgər,  şəhid  ruhu 
üçün Vətənin hər qarış torpağı müqəddəs deyilmi?” – dedi.  
Az  keçmədən  kənd  camaatı  daha  bir  sarsıdıcı  xəbər 
eşitdi.  Qısa  ömür  kitabını  qəhrəmanlar  salnaməsi  ilə  ta-
mamlayan  elimizin  qeyrətli  oğlu,  polis  baş  serjantı  Ziyafət 
Balıyev Ağdərədə şəhid olmuşdur. Taleyin hökmünə bax ki, 
sağlığında qoşa gəzən igid əmioğlular el qəbiristanlığında 
da qoşa oldular.” 
Qədir Аslаn,  
«Göyçə şəhidləri» kitabı,  
Bаkı, «İşıq», 1997. səh.180-183. 

Ömrün şəhidlik zirvəsi 
 
 
26 
CƏSUR DÖYÜŞÇÜ 
 
Bu şərəfli ömür yolu, 
Çox çəkmədi, qısa oldu. 
Ailənin sevimlisi, 
Bütöv elə örnək oldu. 
 
Yasif  Fəzi  oğlu  Kərimov  1973-cü  ildə  Bərdə  rayo-
nunun Yeni Daşkənd  kəndində  anadan  olub. Orta  təhsilini 
1990-cı ildə başa vurduqdan sonra "Göyçə" kolxozunda ilk 
əmək  fəaliyyətinə  başlayıb.  Daha  sonra  Bərdə  özünümü-
dafiə batalyonuna üzv olub. Az müddətə hərbi sirləri öyrə-
nən Yasif hərbi silahların sirrini hələ orta məktəbdə oxuyar-
kən yaxşı mənimsədiyindən "ot kökü üstə bitər", – deyimi-
nin doğruluğunu sübut etdi. Atasının, babasının yüksək atı-
cılıq qabiliyyətinə malik olduqları kimi, o, da silahların sir-
rini öyrənmişdir. 
Haşiyə:  Hələ  1917-ci  illərdə  babası  Məşədi  Qasım 
Göyçə  mahalında  erməni-müsəlman  davasında  mənfur  er-
mənilərə  qarşı  vuruşlarda  igidliklər  göstərmiş,  özünə  dəstə 
toplamış,  Qarabağda  gedən  döyüşlərdə  iştirak  etmək  üçün 
öz  dəstəsi  ilə  birlikdə  Ağdamın  Xocalı  kəndinə  gəlmiş, 
ermənilərə  divan  tutmaq  üçün  gecəsini  gündüzünə  qatmış, 
bir sözlə böyük igidliklər göstərmişdir. Ona görə də Məşədi 
Qasım adı həmişə vətənpərvərlər üçün örnək olmuşdur. 
Atası  Fəzi  Kərimov  uzun  müddət  kolxoz  quruculuğu 
ilə  məşğul  olmuş,  baş  mühasib,  kənd  sovetinin  sədri  kimi 
bir  çox  vəzifələrdə  işləmiş,  Böyük  Vətən  Müharibəsi  işti-
rakçısı,  gözəl  ağsaqqal,  yüksək  təbə  malik  şair  olmuşdur. 
Şeir  toplusu  çox  gec  nəşr  olunsa  da,  oxucuların  rəğbətini 
qazanmışdır. 

Ömrün şəhidlik zirvəsi 
 
 
27 
1941-1945-ci  il  Böyük  Vətən  Müharibəsinin  rəşadətli 
döyüşçüsü  olmuş,  dəfələrlə  yaralansa  da,  yenə  də  qaynar 
döyüş  nöqtələrində  iştirak  etmiş,  neçə-neçə  döyüşlərdə 
yüksək  döyüş  nümunəsi  göstərdiyinə  görə,  müxtəlif  döş 
nişanları,  orden  və  medallara  layiq  görülmüşdür.  Mühari-
bədən  sonra  doğma  kəndi  ulu  oğuz  yurdu  olan  Göyçə 
mahalının  səfalı  guşəsində  yerləşən  Daşkəndə  qayıtmış  və 
əmək  fəaliyyətinə  başlamışdır.  Harda  olursa-olsun  Fəzi 
Kərimov  yeni  nəslə  örnək  olmuşdur.  1953-cü  ildə  erməni-
lərin  növbəti  siyasi  (repressiya)  oyunlarına  son  qoymaq 
üçün  əlindən  gələni  etsə  də,  artıq  o  torpaqda  yaşamağın 
mümkünsüzlüyünü  görüb  öz  dədə-baba  yurdunu  tərk 
edərək,  Bərdə  rayonunun  Yeni  Daşkənd  kəndinə  köçmüş-
dür.  Gözəl  ağsaqqal,  şair  Fəzi  Qəmgin  kənddə  Böyük 
Vətən  Müharibəsi  iştirakçıları  birliyinin  öndəri,  Ağsaq-
qallar  Şurasının  sədri  olmaqla  kəndin  bütün  xeyir  və  şər 
işlərində  bir  ağsaqqal  kimi  özünəməxsus  yer  tutmuşdur. 
Qarabağ  müharibəsi  başlayanda  gecələri  yatmayan  Fəzi 
Kərimov  vətənin  müdafiəsinə  cavanların  yolasalma  məra-
simlərində  öz  müsbət  fikirlərini  gələcək  əsgərlərə  çatdır-
mağı özünə borc bilən bir ağsaqqal kimi kənd ziyalılarının 
hörmətini qazanmışdır. Lakin Yasifin ölüm xəbəri Fəzi da-
yını  çox  sarsıtmışdır.  Xalqın  təkidi  ilə  o,  kəndin  özünü-
müdafiə dəstəsinə rəhbərlik edirdi. 
Yasif  Fəzi  oğlu  da  ata-babasının  irsini  davam  etdi-
rərək,  Bərdə  özünümüdafiə  batalyonunun  üzvü  olaraq  tez 
bir zamanda hərbi sirlərə yiyələnməyə nail oldu və koman-
danlıq tərəfindən verilən bütün tapşırıqları yerinə yetirərək 
hamının sevimlisinə çevirilirdi. Çünki batalyonun ən gənc, 
cəsur  döyüşçüsü  idi.  Az  müddətdə  döyüş  əməliyyatlarında 

Ömrün şəhidlik zirvəsi 
 
 
28 
düşmənlə  üz-üzə  gəlməkdən çəkinməməsi və  qorxmazlığı, 
mətinliyi  onu  Ağdərənin  Drambon  kəndi  ətrafında  gedən 
döyüşlərə  çəkib  apardı.  Elə  bil  ki,  alın  yazısı  imiş  onun 
şəhidlik zirvəsinə ucalması. Gənc döyüşçü Yasif Fəzi oğlu 
bütün  döyüşçülərin  gözü  qabağında  erməni  quldurlarına 
qarşı  üzbəüz  vuruşmaların  birində  alın  nahiyəsindən  aldığı 
qəlpə yarasından əbədiyyətə qovuşdu. 
Təhsil  aldığı  Bərdə  rayon  Yeni  Daşkənd  kənd  orta 
məktəbi  indi  Yasif Fəzi oğlu Kərimovun adını daşıyır. Şa-
gird  və  müəllim  kollektivi  onun  döyüş  rəşadətini  əks  etdi-
rən  guşə  önündə  həmişə  tər  çiçəklərin  olmasını  özlərinə 
borc bilirlər. 
 
Mübarizdi, mətin idi
Onu duymaq çətin idi.  
Fikri-zikri qələbəydi, 
Heyf, qəlpəyə tuş oldu... 
 
Yüklə 8,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin