Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə1/11
tarix26.11.2016
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11

Az Book Library

Palanik Çak
DÖYÜŞÇÜ KLUBU
“Döyüşçü klubu”nun birinci qaydasında deyilir:
«“Döyüşçü klubu” barədə heç kimə danışmamaq».
1
Mənim dözülməz xasiyyətimdən hamıdan çox əziyyət çəkən Kerol Miderə həsr edilir.
Bu Tayler gah məni ofisiant işinə düzəldir, gah da tapançanın lüləsini ağzıma
dürtərək bildirir ki, əbədi həyat qazanmaq üçün əvvəlcə ölmək lazımdır. Düzünü
desəm, uzun müddət biz Taylerlə yaxşı dost olmuşuq. Rastıma kim çıxsa, hamı
məndən Tayler Derdenlə tanış olub-olmadığımı soruşur.
Tapançanın lüləsi badamcıq vəzilərimə dirənib. Tayler deyir:
— Biz öləcəyik, amma bu gerçək ölüm olmayacaq. Mən dilimlə tapançanın
səsboğucusundakı dəliyi yoxlayıram. Bu dəliyi birlikdə deşmişdik. Atəş səsini ilk
növbədə barıt qazı, ikincisi — səs maneəsini kəsib keçən güllə yaradır. Ona görə,
səsboğucu düzəltmək üçün tapançanın lüləsində dəliklər açmaq lazımdır — çoxlu,
çoxlu dəliklər. Qazlar ordan çıxır, güllənin sürəti isə səsin sürətindən az olur.
Əgər dəliyi düz açmasan, tapança əlində partlayacaq.
— Əslində ölüm mövcud deyil, — deyir Tayler. — Biz əfsanəyə dönəcəyik. Biz
həmişəlik cavan qalacağıq.
Mən lüləni dilimlə tərpədirəm ki, o, yanağıma dirənsin:
— Tayler, sən nə sarsaqlayırsan! Axı, biz vampir deyilik!
Bizim indi olduğumuz bina on dəqiqədən sonra yer üzündən silinəcək. 98
faizlik tüstüləyən azot turşusunun bir hissəsini götürün və onu zənginləşdirilmiş
sulfat turşusunun üç hissəsi ilə qarışdırın. Bunu soyuq şəraitdə etmək lazımdır.
Daha sonra damcıtökənlə damcı-damcı qliserin əlavə edin. Siz nitroqliserin əldə
etdiniz.
Bunu bilirəm, çünki bunu Tayler bilir.
Nitroqliserini taxta kəpəyilə qarışdırın və siz əla plastit əldə edəcəksiniz.
Bəziləri nitroqliserini pampıq və ingilis duzu ilə qarışdırmağa üstünlük verir. Bu da
pis nəticə vermir. Bəziləri isə nitratı parafinlə qarışdırır. Belədə etibarsız partlayıcı
alınır.
Biz Taylerlə «Parker-Morris» göydələninin təpəsindəyik. Tapançanın lüləsi
mənim ağzıma soxulub. Uzaqdan qırılan şüşənin səsi gəlir. Damın kənarından bax.
Hava tutqundur, hətta bu hündürlükdə belə günəş görünmür. Bu, dünyada ən
hündür binadır, ona görə də onun başında hətta yayda da soyuq olur. Ətrafda

kosmik sükut hökmranlıq edir. Özünü elə hiss edirsən ki, sanki təlim görmüş
astronavt-meymunsan. Sənə nə öyrədiblərsə, onu da edirsən.
Dəstəyi çək.
Düyməyə bas.
Özün də nə etdiyini bilmirsən və budur — artıq meyitsən.
Aşağı bax, ora, damın kənarına.
Hətta yüz doxsan bir mərtəbə hündürlüyündən küçənin hərəkətdə olan sıx
izdihamla örtüldüyü görünür. Adamlar dayanıb yuxarı baxır. Sınan şüşə səsi isə
bizdən aşağıdakı mərtəbədən gəlir. Orda pəncərə sındırılır və böyük, qara
soyuducuya oxşayan sənədlərlə dolu şkaf atılır. O biri pəncərələrdən altı qutulu
kiçik dolablar atılır, onlar yerə yaxınlaşdıqca daha çox yağışın qara damlalarını
xatırladır. Damlalar getdikcə balacalaşır. Onlar hərəkətdə olan insan dənizində yox
olur.
Hardasa bizdən aşağıda, göydələnin yüz doxsan mərtəbəsinin birində
“Darmadağın Layihəsi”nin İtaətsizlik Komitəsindən astronavt-meymunların dəliliyi
tutub və onlar tarixin məhvinə başlayıblar.
Kimsə, nə vaxtsa, deyib ki, insanlara sevdiklərini öldürmək xasdır. Nə edəsən,
bunun əksi də doğrudur.
Ağzında tapanca olanda və sən onun lüləsini dişinlə sıxanda ancaq saitlərlə
danışmaq mümkün olur. Bizim yaşamaq üçün on dəqiqədən az vaxtımız qalıb.
Daha bir pəncərə sındı. Şüşənin qırıntıları quş dəstəsi kimi havaya atılır, sonra
pəncərədən İtaətsizlik Komitəsi üzvlərinin binadan atdığı uzun qara masanın qırağı
görünür. Masa uzun müddət dayanıqsız tarazlıqda yellənir, sonra düşür və havada
fırlanaraq sirli uçan aparat kimi izdihamın üstünə enir.
On dəqiqədən sonra «Parker-Morris» göydələni öz mövcudluğuna son
qoyacaq. Əgər sütunun bünövrəsinə sürtmək üçün kifayət qədər plastik götürsən
— dünyada heç bir bina buna davam gətirməz. Əlbəttə, o halda ki, əgər siz
partlayış dalğasının yeraltı qaraja dağılmaması və betona çırpılması üçün
sütunların hər tərəfinə səliqə ilə qum kisələri yığmağı unutmamısınızsa.
Heç bir tarix dərsliyində belə faydalı məlumatlar axtarıb tapa bilməzsən.
Napalmı üç üsulla hazırlamaq olar. Birincisi: benzin və donmuş portağal
konsentratının bərabər hissələrini qatışdırın. İkincisi: eyni şey, ancaq portağal şirəsi
yerinə — pəhriz kolası. Nəhayət, qurudulmuş və xırdalanmış pişik peyinini qarışıq
qatılaşana qədər benzində həll etmək olar.
Soruşun, əsəb-iflic qazının necə hazırlanmasını izah edim. Yaxud avtomobil
bombası.
Doqquz dəqiqə qalıb.
«Parker-Morris» göydələni yıxılacaq, onun bütün yüz doxsan mərtəbəsi
kəsilmiş ağac kimi yavaş-yavaş uçacaq. İstədiyin hər şeyi məhv etmək olar.
Fikirləşmək dəhşətlidir, ancaq bizim indi olduğumuz yer birazdan havada riyazi
nöqtəyə çevriləcək.

Biz damın kənarında dayanmışıq, — mən və Tayler. Tapançanın lüləsi mənim
ağzımdadır. Onun nə dərəcədə təmiz olduğunu bilmək istərdim.
Daha bir kontor şkafının binadan düşdüyünə heyranlıqla baxarkən az qala
Taylerin qətl və intihara dair fəlsəfəsini unutmuşduq. Yeşiklər uçuş zamanı açıldı,
ağ yazı kağızları dağılaraq dərhal hava axınları tərəfindən qamarlandı.
Səkkiz dəqiqə qaldı.
Bu an tüstü burumları sınıq pəncərələrdən çıxmağa başladı. Səkkiz dəqiqədən
sonra təxribatçılar komandası təşəbbüsçü partlayıcını işə salacaq, o, əsas
partlayıcıya təsir edəcək, binanın durduğu sütunlar uçacaq və «Parker-Morris»
göydələninin məhvini əks etdirən şəkillər bütün tarix dərsliklərinə düşəcək.
Göydələnin yıxılmasının müxtəlif mərhələlərini əks etdirən ani şəkillər. Birinci
şəkildə hələ bina dayanıb. İkincidə — vertikaldan on dərəcə əyilib. Üçüncüdə —
artıq iyirmi dərəcə. Növbəti şəkildə əyilmə bucağı artıq 45 dərəcə təşkil edir, həm
də armatur sıradan çıxmağa başlayır, ona görə də yana yatan bina qövs kimi əyilib.
Sonuncu şəkildə isə göydələnin yüz doxsan mərtəbəsi özünün bütün kütləsilə Milli
muzeyin üstünə aşır. Taylerin planında əsl hədəf də elə o idi.
— Bundan sonra bu dünya ancaq bizə məxsusdur, bizə və ancaq bizə, — deyir
Tayler. — Qədimlər artıq çoxdan qəbirdədir.
Əgər bütün bunların hansı istiqamət alacağını bilsəydim, indi qədimlərlə
birlikdə göylərdə olmağa üstünlük verərdim.
Yeddi dəqiqə qalıb.
Mən ağzımda Taylerin tapançası ilə damın üstündə dayanmışam. Şkaflar,
masalar və kompyuterlər göydələnin pəncərələrindən binanın ətrafına toplaşan
izdihamın üstünə uçur, sınmış pəncərələrdən tüstü çıxır. Burdan üç məhəllə aralıda
isə təxribatçılar komandası arabir saata baxır. Ancaq mən bütün baş verənlərin —
ağzımda tapançanın, anarxiyanın, partlayışın əsl səbəbini bilirəm — onun adı
Marla Zingerdir.
Altı dəqiqə qalıb.
Bu, məhəbbət üçbucağı kimi bir şeydir. Mən Tayleri sevirəm. Tayler Marlanı
sevir. Marla məni sevir. Ancaq mən Marlanı sevmirəm, heç Tayler də daha məni
sevmir. Mən «sevmək» deyəndə «qayğısına
qalmaq» — deyil, «yiyələnmək» mənasında «sevməyi» nəzərdə tuturam.
Marlasız Tayler heç kim olardı.
Beş dəqiqə qalıb.
Bəlkə biz əfsanəyə dönəcəyik, bəlkə də yox. Deyirəm, çox güman ki, yox,
ancaq nəyisə gözləməkdə davam edirəm.
Yevangelistlər olmasaydı, İsa peyğəmbər barədə kim xəbər tutardı?
Dörd dəqiqə qalıb.
Mən lüləni dilimlə itələyirəm ki, o, yanağıma dirənsin və deyirəm:
— Tayler, dostum, sən əfsanəyə dönmək istəyirsən? Mən sənə kömək
edərəm. Axı, mən bütün tarixçəni əvvəldən bilirəm.

Mən hər şeyi xatırlayıram.
Üç dəqiqə qalıb.
1
«Kiçik ölüm», orqazm (frans.).
2
Minneapolis aeroportu
3
Çikaqo beynəlxalq aeroportu
4
Nyu-York aeroportu (daxili xətlər)
5
Boston aeroportu
6
Vaşinqtonun beynəlxalq aeroportu, DG
7
Dallas aeroportu — Fort-Uort
8
Sietla aeroportu (daxili xətlər) də
9
Detroyt aeroportu
10
San-Diyeqo aeroportu
11
Çikaqo aeroportu (daxili xətlər)
12
Sietl beynəlxalq aeroportu
13
Məşhur isveçli dizayn firması

14
İsveçdə işləyən məşhur finlyandiyalı dizayner
15
Müasir isveçli dizayner
16
Amerikanın məşhur sirli tarixçələr almanaxı
17
Korkom şəhəri altında Blarni qəsrində daş; rəvayətə görə onu öpən natiqlik
qabiliyyətinə nail olur.
18
İtalyan merenqalı şokoladlı pirojna
19
Südlü təməldə soyuq kartoflu püre-şorba.
20
Soyuq ispan tomat şorbası
21
Amerikanın ailə konsultatsiya agentliyi və onların nəşr etdiyi jurnal
22
Feniks şəhərinin aeroportu, Arizona ştatı
23
Yeni üslubda mətbəx (frans.)
24
Nuş olsun (frans.)
25
P.B.Şellinin «Ozimandiya» şeirindən sətir

2
Bobun çox iri əlləri məni onun tərli, böyük — Allahın özü kimi böyük döşləri
arasında sallanan qaranlıq dayaz dərəyə tıxadı. Burada, kilsənin altında yarızirzəmi
yerdə biz hər axşam görüşürük: bu Art, bu Pol, bu da Bob. Bobun çox enli çiyinləri
mənim üçün üfüqü əvəz edir. Bobun düz, açıq rənqli saçları (əgər saç düzümündə
geldən balzam kimi istifadə edilibsə) nəyin baş verəcəyini nümayiş etdirir: təbiətdə
belə düz, sıx və açıq rənqli saç olmur.
Bobun iri əlləri məni qucaqlayır, onun belə oxşayan ovucu isə başımı onun
əzələli gövdəsini bəzəyən döşlərə sıxır.
— Hər şey yaxşı olacaq, — deyir Bob. — Sən bir qədər ağla!
Bütün bədənimlə Bobun daxilində bəsləyici maddələrin necə turşuduğunu hiss
edirəm.
— Bəlkə səndə ilkin mərhələdir — Bob deyir. — Bəlkə səndə ancaq
seminomadır.
Seminomadan hələ heç kim ölməyib.
Bob içini çəkəndə çiyinləri qalxır, sonra təkanlarla düşür. Qalxır. Düşür.
Artıq iki ildir hər həftə bura gəlirəm, hər həftə Bob məni qucaqlayır və mən
ağlayıram.
— Sən bir qədər ağla! — Bob deyir. Çiyinlər qalxır və enir, mən isə onların
vəzninə uyğun hıcrıqıb ağlayıram.
Böyük yaş sifət mənim təpəmə sıxılır, məhz bu vaxt, adətən, mən ağlamağa
başlayıram. Mən təkəm və ətrafda qaranlıqdır. Yad hərarətlə əhatələnib, heç nə
görməyəndə ağlamaq asandır, onda başa duşursən: bu həyatda nəyə nail olursan
ol, hər şey gec, ya tez heç olacaq.
Qürurlandığın hər şey gec, ya tez zibilliyə atılacaq.
Mən təkəm və ətrafda qaranlıqdır.
Mən artıq təxminən bir həftədir yatmıram.
Elə o vaxt mən Marla Zingerlə tanış oldum.
Bob ağlayır, çünki altı ay əvvəl onun xayalarını kəsiblər. Sonra onu hormonal
terapiyaya otuzdurublar, Bobun döşləri ona görə çıxıb ki, onda çox yüksək
testosteron var idi. Əgər qanda testosteronun səviyyəsini qaldırsan, onda balansı
bərpa etmək üçün sizin hüceyrələriniz estrogen yaradacaq.
Mən isə ona görə ağlayıram ki, həyatımın mənası yoxdur və o heç nə ilə
bitəcək. Hətta heç nədən daha pis — tamam unudulma ilə.
Qanda estrogen həddən artıq çox olanda səndə qancıq döşləri çıxır.

Biləndə ki, sənin sevdiklərinin hamısı ya nə vaxtsa səni atacaq, ya da öləcək
ağlamaq çətindir. Onlardan hər birinin uzun müddətli yaşama ehtimalı sıfra
bərabərdir.
Bob məni sevir, çünki elə bilir ki, mənim də xayalarımı kəsiblər.
Burada, Müqəddəs Troitsa yepiskopal kilsəsinin kasıblar üçün mebel
dükanından alınan dama-dama yastıqlarla tutulmuş yarızirzəmidə iyirmi kişi və bir
qadın toplaşıb. Onlar cüt-cüt, qucaqlaşıb dayanır və əsasən ağlayırlar. Bəziləri
yarıya qədər əyilib və güləşçilər kimi yanaq-yanağa söykənərək dayanıb. Yeganə
qadınla birlikdə olan kişi dirsəklərini onun çiyinlərinə qoyub — hər çiyninə bir
dirsəyini — və boynunu qucaqlayaraq hönkürüb ağlayırdı. Qadın isə başını yana
əyərək onun qolunun altından boylanır və siqaret çəkməyə başlayır.
— Mənim həyatım bitib, — Bob ağlayır. — Mən nə üçün yaşayıram, özüm də
bilmirəm.
Burda, bizim «Kişi qalaq» qrupumuzda, xaya xərçəngi xəstələrinə dəstək
qrupunda, partnyorunun ağırlığı altında əyilib siqaret çəkir və onun baxışı
mənimkilə rastlaşır.
Fitnəkar!
Fitnəkar!
Fitnəkar!
Qara tutqun, qısa saçlar, yapon cizgi filmlərindəki qızlarda olduğu kimi böyük
gözlər, yağı alınmış süd kimi solğun dəri, tünd-qırmızı qızıl gül naxışlı paltar — onu
artıq ötən cümə mənim vərəmli xəstələrə dəstək qrupumda görmüşəm. Çərşənbə
günü isə o melanoma xəstələri üçün dəyirmi masada idi. Bazar ertəsi onu
leykomiyadan əziyyət çəkənlər üçün «Qəti inam» diskussiya klubunda gördüm.
Telinin altında onun alnı görünür — solğun-solğun, ağappaq.
Bütün bu dəstək qruplarının elə gümrah, heç nədən xəbər verməyən adları var
ki! Cümə axşamları, «Daxili paklıq» adlanan qan parazitləri üçün qrupa gedirəm.
Beyin parazitləri olanların qrupu isə «Özünə qalib gəl!» adlanır.
Budur, bazar günü Müqəddəs Troitsa yepiskopal kilsəsinin yarızirzəmi yerində
«Kişi qalaq!» qrupunda mən yenə bu qadına rast gəlirəm.
Ən dəhşətlisi isə odur ki, əgər o yanımdadırsa, mən ağlaya bilmirəm.
Mən Böyük Bobun döşləri arasında gizlənib çarəsiz hönkürüb ağlamağı elə
xoşlayırdım ki. Səhərdən axşama qədər — iş, iş, iş. Ancaq burda özümə boşalmağa,
cilovu buraxmağa imkan verirəm.
Ancaq burda mən özümü adam hiss edirəm.
Özümün ilk dəstək qrupuma iki il əvvəl, növbəti dəfə həkimimə yuxusuzluqdan
şikayət edəndən sonra getməyə başladım.
Mən artıq üç həftədir yatmırdım. Bu üç həftədən sonra özümü klinik ölüm
yaşamış adamların dedikləri kimi bədəndən ayrılmış ruh kimi hiss edirdim. Mənim
terapevtim dedi:

— Yuxusuzluq — bu sadəcə simptomdur. Məsələ onda deyil. Sizdə nəyin
qaydasında olmadığını başa düşməyə çalışın. Öz bədəninizə qulaq verin.
Mən sadəcə yatmaq istəyirdim. İstəyirdim ki, mənə amital natriumun balaca
mavi həblərini yazsınlar. Ya da gülləyə oxşayan qırmızı-mavi tuinal kapsullar. Ya da
al qırmızı sekonal həbləri.
Terapevtim mənə valeryan kötüyü çeynəməyi və daha çox idmanla məşğul
olmağı məsləhət gördü. Bir də görəcəksən yuxu da qayıtdı.
Sifətim qoca, büzülmüş armuda oxşamağa başladı, məni xortlamış ölüyə
bənzədirdilər.
Terapevtim mənə dedi ki, əgər həqiqətən də halı pis olan adamları görmək
istəyirəmsə, çərşənbə axşamı Birinci Priçastiye kilsəsinə baş çəkməliyəm. Beyin
paraziti xəstələrinə baxım. Beyin toxuması xəstələrinə. Ali sinir sisteminin orqanik
pozulmasına. Xərçəng xəstələrinə.
Mən onun məsləhətinə əməl etdim.
Getdiyim birinci qrupda sadəcə tanışlıq keçirilirdi. Tanış olun bu — Elis, bu —
Brenda, bu isə — Dover. Hamı gülümsəyir, hər birinin başında isə cəhənnəm
maşını tıqqıldayır.
Dəstək qruplarında mən heç vaxt əsl adımı demirəm.
Bu skeletə oxşayan kiçik qadının adı Kloidir. Onun əynindəki şalvar arxasından
qəmli torba kimi sallanıb. Kloi deyir ki, beyin parazitlərinə görə heç kim onunla
məhəbbətlə məşğul olmaq istəmir. O qədər ölüb ki, tibbi sığortaya görə ödəmələr
yetmiş beş min dollar təşkil edib, indi istədiyi yeganə şey odur ki, kimsə onunla
məhəbbətlə məşğul olsun. Sevgidən heç söhbət də getmir: sadəcə məhəbbətlə
məşğul olsun — vəssalam.
Bu sözləri eşidən kişi cavabında nə deyə bilər? Bax, siz nə deyərdiniz?
Kloi sadəcə daimi yorğunluq hiss edəndən sonra ölməyə başladı. İndi isə hər
şey onun üçün o qədər əhəmiyyətsizdir ki, hətta prosedurlara da getmir. Onun evi
pornoqrafik filmlərlə doludur.
Kloi mənə danışdı ki, Fransa inqilabı zamanı həbsxanalarda yatan kübar
qadınlar — bütün bu baronessa, hersoginya, markiza, qrafinyalar onların
kamerasına buraxılan istənilən kişi ilə növbəli şəkildə məhəbbətlə məşğul
olurdular. İstənilən kişi ilə. Maraqlıdır, onların yanına kimləri buraxırdılar? Hə,
vaxtlarını məzəli keçiriblər.
La petite mort
1
. Deyəsən, fransızlar belə deyir?
Kloi deyir ki, əgər istəsəm, onun evinə gedib pornoqrafik filmlər kolleksiyasına
baxa bilərik. Onda amilnitrar da var. Həm də intim kremlər.
Əgər bunu mənə hansısa başqa qadın desəydi, ereksiyadan yaxa qurtara
bilməyəcəkdim. Ancaq Kloi daha çox bəzi yerlərinə sarı perqament çəkilmiş skeletə
oxşayır.
Kloi ilə müqayisədə mən heç nəyəm — miskindən də kiçik. Biz xalçanın
üstündə dairəvi otururuq və Kloinin çiyni mənim çiynimə sancılır. Biz gözlərimizi

yumuruq. Bu gün yönəldilmiş meditasiyaya rəhbərlik etmək, bizi rahatlıq bağına
aparmaq növbəsi Kloinindir. Kloi bizi yeddi qapılı sarayın olduğu təpənin başına
aparır. Sarayın içində — yeddi qapı var: yaşıl, sarı, narıncı. Kloi bizə bir- birinin
ardınca bu qapıları açmağı — mavi qapı, qırmızı, ağ — və hər qapının dalında nəyin
gizləndiyini danışmağı tapşırır.
Gözlərimizi yumub ayağımıza doğru üzərək yaxınlaşan və yuxarı — dizlərimizə,
belimizə, döş qəfəsimizə tərəf yuxarı qalxan ağ şəfa verən işığın kürəsi halında ağrı
təsəvvür edirik. Bizim çakralarımız açılır. Ürək çakrası. Baş çakrası. Kloi bizi
mağaraya aparır, orada bizim iradəmizin simvolu olan heyvanların himayədarları
ilə rastlaşırıq. Mənim heyvanım — pinqvindir.
Buz mağaranın döşəməsini örtür və pinqvin mənə əmr edir: «Sürüş!». Biz
onunla rahat və sevinclə tunel və qalereyalarda sürüşürük.
Sonra qucaqlaşma vaxtı gəlir.
Gözlərinizi açın.
Kloi izah edir ki, bu — terapevtik bədən təmasıdır. Bizim hər birimiz özünə
partnyor seçməlidir. Kloi mənim başımı qucaqlayır və ağlamağa başlayır. O deyir ki,
evində erotik alt paltarı var. Ətirli yağlar və dəri qamçılar. O qədər uzun müddət
ağlayır ki, o məni buraxana qədər əlimdəki saata on bir dəfə baxa bilirəm.
İlk dəstək qrupumda, iki il əvvəl mən hələ ağlamırdım. İkinci və üçüncü
qrupumda da ağlamırdım. Beyin parazitləri, bağırsaq şişi və ağıldan kəmlərə baş
çəkəndə də ağlamırdım.
Yuxusuzluq — bu çox ciddidir. Ətrafda hər şey elə uzaq görünür ki! Bir
surətdən çıxarılmış surətin surəti kimi. Yuxusuzluq ətrafda divar kimi dayanır: sən
heç nəyə toxuna bilmirsən, sənə də heç nə toxuna bilmir.
Sonra Bob gəldi. İlk dəfə mən xaya xərçəngi xəstələrinin yanına gələndə bu
nəhəng sığın, bu piy parçası üstümə yıxılıb göz yaşlarımı yalamağa başladı. «Kişi
qalaq!» qrupunda qucaqlaşmaq vaxtı çatanda o qollarını yana doğru geniş açaraq
mənə tərəf irəlilədi, gözlərinə isə yaş dolmuşdu. Fil ayaqlarını şaqqıldadan Bob
otağa keçib bütün cəmdəyi ilə üstümə yıxıldı.
O, məni öz altında sıxdı.
O, məni öz bürkülü qucağında əzdi.
Böyük Bob mənə bildirdi ki, əvvəl əzələli olub. Anabolik, bir də steroid, vistrol
atırdı. Onu cıdır atlarına da verirlər. Bobun əzələ şişirdənlərin toplaşdığı zalı da
olub. O, üç dəfə evli olub. O, televiziyada əzələlilər üçün məhsulları reklam edib.
Bəlkə mən görmüşəm, onun hələ belə proqramı da var idi: «Döş qəfəsini necə
böyütmək olar?»
Tanımadığım adamlar ürəyini mənə bu cür açanda yerə girməyə hazıram,
yəqin nəyi nəzərdə tutduğumu anlayırsınız.
Ancaq Bob bunu bilmirdi. O, öz tarixçəsini mənimlə bölüşməkdə davam edirdi.
Uşaqlıqdan onun huevoslarından biri sıxılıb və o bilirdi ki, onunla belə bir şey baş

verəcək. Bob mənə özünün əməliyyatdan sonrakı hormonal terapiyası barədə
danışdı.
Əksər əzəlilər özlərinə böyük testosteron dozaları vurur, bundan da
onlarda «qancıq döşləri» çıxır.
Mən Bobdan «huevos»un nə olduğunu soruşmalı oldum.
Bob izah etdi ki, meksikalılar xayaları belə adlandırır. Biz deyirik:
«pomidorlar», «əriklər», «kürələr». Meksikalılar isə huevos. Bob Meksikaya steroid
almağa gedirmiş.
Boşanma, boşanma, daha bir boşanma — Bob bunu deyib cüzdanını açdı,
yarışlarda çəkilən şəklini göstərdi. O, əzələsini şişirtdiyi görkəmdə dayanmışdı:
nəhəng, çılpaq və parıltılı.
— Axmaq həyatdır, — deyir Bob, — əzələ şişirdirsən, bədənini qırxırsan,
səhnəyə çıxırsan. Piy qatı bədənin çəkisinin iki faizindən artığını təşkil etmir, beton
kimi bərk və soyuq olana qədər diuretiklər içirsən, projektorlardan kor olursan,
musiqi nəriltisindən kar olursan, sonra da hakim göstəriş verir: «Sağ trisepsi
göstərin və onu dartın, gərginləşdirin!», yaxud «Sol əli uzadın, bisepsi qeyd edin!»
Ancaq bu, yenə də normal həyatdan yaxşıdır.
Bax belə, — dedi Bob, asta-asta şişin qarşısına gedək. Xəstəlik onu müflis edib.
Onun iki böyük uşağı var, onunla heç telefonla da danışmaq istəmirlər.
Tezliklə onu əməliyyat edəcəklər, qancıq döşlərini kəsəcəklər — döş əzələsini
çirtib mayeni çıxaracaqlar.
Daha heç nə eşidə bilmədim, çünki Bob məni sinəsinə daha möhkəm sıxdı və
başımı çənəsi ilə basdı, mən tam qaranlıq və sakitliyə düşüb hər şeyi unutdum.
Nəhayət ordan canımı qurtarandan sonra Bobun sinəsində mənim göz yaşlarımın
yaş izi qaldı.
Bu, iki il əvvəl, mənim ilk dəfə «Kişi qalaq!» qrupuna baş çəkdiyim vaxt baş
verib.
Bundan sonra demək olar ki, hər görüşdə Böyük Bobun sinəsində hönkürüb
ağlayırdım.
Bundan sonra bir dəfə də olsun terapevtin yanına baş çəkməmişəm. Heç
valeryan kötüyü də çeynəmirəm.
Azadlıq da elə bundan ibarətdir. Bütün ümidlərini itirəndə. Mən heç nə
demirdim və qrupdakı adamlar elə bilirdi ki, mənim vəziyyətim onlardan da ağırdı.
Onlar daha güclü hönkürürdülər. Mən də onlarla hönkürürdüm. Başını yuxarı
qaldırıb ulduzlara baxan kimi — batdın.
Qrupun toplantısından sonra evə qayıdanda özümü əla hiss edirdim. Axı,
məndə nə parazitlər, nə də xərçəng yoxdur — mən bütün kainatın ətrafına
fırlandığı kiçik isti mərkəzəm.
Mən istənilən məsum körpədən bərk yatırdım.
Hər axşam ölüb və yenidən dirilirdim.
Mən dirçəlirdim.

Hər axşam, ancaq bu gün yox. Bu qadın mənə baxanda ağlaya bilmirəm. Mən
o dərəcəyə çata bilmirəm. Dodaqlarımı elə dişləm-dişləm etmişəm ki, əgər dillə
onlara toxunsan, onların cırıq divar kağızı ilə örtüldüyünü düşünmək olar. Mən
artıq dörd gündür yatmırdım.
O mənə baxanda özümü yalancı kimi hiss edirəm. Ancaq o yalan danışır.
Fitnəkar qız! Bu gün axşam biz adəti üzrə özümüzü bir-birimizə təqdim edirik. Mən
— Bob. Mən isə — Pol. Mən — Terri. Mən — Devid.
Dəstək qruplarında heç vaxt əsl adımı demirdim.
— Bura xərçənglə? — soruşdu o.
Sonra da dedi:
— Salam, mənim adım Marla Zingerdir.
Görünür heç kim zəhmət çəkib Marla Zingerə bura gələnlərin hansı
xərçənglə gəldiklərini izah etməyib. Biz də susduq: hər birimizin başı içində yaşayan
uşaqla ünsiyyətə qarışıb.
Marlanın oyundaşı əvvəlki kimi onun çiynində hönkürür. Marla siqaret çəkir.
Bobun titrəyən döşlərinə qulağımı sıxaraq onu müşahidə edirdim.
Marla məni fitnəkar hesab edir. Onu gördüyümdən sonrakı axşam yuxuya
gedə bilmirdim. Ancaq yenə də o haqlıdır — birinci mən simulyantlıq etməyə
başladım. Əlbəttə ki, əgər bütün bu adamlar öz şişlərini, əzablarını simulyasiya
etmirsə. Hətta Böyük Bob, bu nəhəng sığır, bu piy parçası — simulyantlıq edir.
Onun saç düzümünə baxmaq bəs edir.
Marla siqaret çəkir və ətrafa baxır.
Bu an mənim yalanım Marlanın yalanında əks olunur və mən ətrafda ancaq
yalan görürəm. Onların həqiqətlərinin ortasında. Onlar ən pisi ehtimal etməyə
qorxur, onlar həyatdan yapışır və ağızlarında tapança lüləsi ilə yaşayırlar. Ancaq
indi, Marla siqaret çəkib ətrafa baxanda, mən isə Böyük Bobun hönkürtüdən
titrəyən cəmdəyi altında batanda qəfil ölüm və ölənlər videomaqnitafonun
üstündə duran süni plastik güllər kimi saxta görünməyə başlayır.
— Bob, — deyirəm, — sən məni əzəcəksən.
Əvvəl bunu pıçıltı ilə deyirəm.
Sonra bir qədər ucadan, ancaq yenə də sakit:
— Bob!
Nəhayət bağırıram:
— Bob, mən gedib qusmalıyam!
Tualetdə çanağın üstündə güzgü asılıb. Əgər mənim hesablamalarım
düzdürsə, onda mən Marla Zingerə beynin parazitik xəstəliklərindən əziyyət
çəkənlərin «Özünə qalib gəl!» qrupunda rast gələcəm. Marla ora gedəcək. Əlbəttə,
gedəcək, neyləyəsiydi. Onda gör mən neynəyəcəm — onun yanında oturacam.
Özümüzü bir-birimizə təqdim edəndən və meditasiya edəndən sonra, sarayın
yeddi qapısını açandan sonra, ağ şəfaverici işıq kürəsindən sonra, bütün çakraları

açandan və qucaqlaşma anı çatandan sonra mən bu balaca qancığı tutacam. Onun
əllərini böyürlərinə sıxandan sonra dodağımı qulağına dirəyib deyəcəm:
— Marla, sən fitnəkarsan! İtil burdan! Mənim həyatımda bu qruplardan başqa
heç nə yoxdur, sən isə hər şeyi korlayırsan! Lənətə gəlmiş turist!
Növbəti dəfə rastlaşanda deyəcəm:
— Marla, sən gəlirsən, sonra mən yata bilmirəm. Mənə isə yuxu vacibdir.
Rədd ol!
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə