Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#186
1   2   3   4   5   6   7   8   9   10   11

9
Taylerin tüpürcəyi iki səbəbdən lazım idi. Birincisi, yaş qələvinin yanıq yaradan
qabıqları yapışır. İkincisi, biz ancaq suda olan qələvi məhlulu ilə iş görəndə yanıq
baş verə bilər. Yaxud tüpürcəkdə.
— Bu kimyəvi yanıqdır, — deyir Tayler. — Bu vaxta qədər bildiklərinin
hamısından ağrılıdır.
Təsadüfi deyil ki, qələvidən tutulan kanalizasiyanı təmizləmək üçün istifadə
edilir.
Gözlərini bağla.
Qələvi və sudan ibarət pasta alüminium tavanı deşir.
Sulu qələvi qalıq saxlamadan taxta qaşığı əridir. Su ilə qarışdıranda qələvi iki
yüz dərəcəyə qədər qızır və məhz bu temperaturda mənim toxumalarımı
yandırmağa başlayır. Tayler əlimi çəkməyə imkan vermədən barmaqlarımı dizinə
sıxır, o biri ovcu ilə boyaya bulaşmış şalvarımın kəmərindən yapışır, deyir ki, mən
bu anı həmişəlik yadda saxlamalıyam, çünki bu mənim həyatımda ən vacib andır.
— Çünki bu vaxta qədər baş verənlər tarix oldu, — deyir Tayler, — bundan
sonra baş verəcəklər isə tarix olacaq.
Bu — bizim həyatımızın çox əhəmiyyətli bir anıdır.
Mənim əlimdəki qələvi yanığının şəkli dəqiqliyi ilə Taylerin dodaqlarının izini
təkrarlayır. Elə təəssürat var ki, sanki əlində ocaq qalayıblar, yaxud heyvanlara
vurulan damğa qoyulub, yaxud onun üstünə qəzalı nüvə reaktoru qoyulub. Ancaq
bu əl deyil — bu, uzun-uzadı yolun sonunda asılan qəribə dağılmış rəsmdir. Mən
onun haqqında belə düşünməyə çalışıram.
Təsəvvür edin, ocaq hardasa üfüq xəttində yanır. Günəş qürubu kimi.
— Ağrıdan ayrılmağa çalışma, — deyir Tayler.
Dəstək qrupunda Kloinin başçılığı ilə istiqamətlənmiş meditasiyaya çox
oxşayır.
Hətta ürəyində ağrı sözünü söyləmə.
Meditasiya xərçəngdə kömək edir, indi nəyə görə kömək etməsin?
— Əlinə bax, — deyir Tayler.
Ələbaxma.
Hətta ürəyində yandırma, ehtiras, toxuma, yanmış sözlərini söyləmə.
Öz iniltini eşitməməyə çalış.

Meditasiya elə.
Gözlərini yum və İrlandiyada olduğunu təsəvvür elə.
Sən kolleci bitirəndən sonra, yayda İrlandiyadasan, hər il yüzlərlə avtobusla
amerikalı və ingilis turistlərin Blarni daşı
17
öpmək üçün gəldiyi qəsrin yanında
pabda içirsən.
— Heç vaxt yaddan çıxarma, — deyir Tayler, — sabun kəşfi ilə insanın qurban
verilməsi arasında əlaqə mövcuddur.
Pab bağlananda sən oranı bir qrup kişi ilə tərk edirsən və kecə küçədə
gəzirsən. İndicə yağış yağıb və yaş damcılar parlaq muncuq dənələri ilə park edilən
avtomobillərin üstünü örtür. Nəhayət, sən Blarni qəsrinə gəlib çatırsan.
Qəsrdə döşəmələr çürüyüb, sən pilləkənlərin daşlarının üstü ilə qalxırsan və
hər addımınla qaranlıq daha da zülmət olur. Sənin yoldaşların inamla və rahat
qalxır, onlar belə bir qiyamda ilk dəfə deyil ki, iştirak edirlər.
— Qulaq as mənə, — deyir Tayler, — gözlərini aç.
— Qədim zamanlarda, — danışır Tayler, insanları hündür çay qırağında qurban
gətirirdilər. Minlərlə qurban gətirilirdi. Qulaq as mənə. Qurban gətirəndən sonra
bədənləri tonqalda yandırırdılar.
— Nə qədər istəsən ağla, — deyir Tayler, — qaç əl-üz yuyanın yanına və kranın
altında qələvini yu, ancaq başa düş: sən kütsən və sən öləcəksən. Mənə bax.
— Bir gün sən öləcəksən, — təkrarlayır Tayler, — sən bunu sona qədər dərk
etməyincə mənə lazım deyilsən.
Sən İrlandiyadasan.
— Nə qədər istəsən ağla, — deyir Tayler, — ancaq əlinə tökülən qələviyə
düşən hər göz yaşın yanan siqaret kimi yanıq izi qoyacaq.
Meditasiya. Sən İrlandiyadasan, yayda, kolleci bitirəndən sonra və bəlkə məhz
orda sən ilk dəfə olaraq anarxiya barədə arzulamağa başladın. Tayler Derdenlə
rastlaşmamışdan və vanil pudinqi islatmamışdan neçə illər öncə sən artıq zaman-
zaman kiçik qiyama cəsarət edirdin.
İrlandiyada.
Sən qəsr pilləkəninin yuxarı meydançasında dayanmısan.
— Yanığı neytrallaşdırmaq üçün biz sirkə istifadə edirik, — bildirir
Tayler, — ancaq əvvəlcə gərək sən dönəsən.
Yüzlərlə adamı qurban gətirib yandırandan sonra, — deyir Tayler, — mehrabın
altında qatı ağ piyin qalın qatı toplanırdı.
İlk əvvəl nöqtəyə çatmaq lazımdır.
Sən İrlandiyada qəsr pilləkəninin yuxarı meydançasında dayanmısan, hər
tərəfdən səni zülmət qaranlıq əhatə edib və sənin qarşında uzadılmış əl
məsafəsində daş divardır.
— Yağış, — deyir Tayler, — ildən-ilə dəfn tonqalına düşürdü və ildən ilə orda
insanları yandırırdılar. Ağac kömüründən sızıb yağış torta məhluluna çevrilirdi,

torta isə qurbanlardan əriyən piylə reaksiyaya girirdi, qatı ağ sabun mehrabdan
tökülüb yamacla çaya axırdı.
Sən irlandiyalılarla birlikdə platformanın kənarına yaxınlaşırsan və zülmət
qaranlığı isladırsan.
Budur sənin yoldaşların səni ruhlandırır: ürəkli ol, özünün vitamin və
hormonlardan sarı olan amerikan sidiyinə heyfin gəlməsin. Cəsarətlə öz sərvətini
boşalt.
— Bu — bizim həyatımızın əhəmiyyətli bir anıdır, — deyir Tayler, — sən isə
fikrinlə hardasa başqa yerdəsən.
Sən İrlandiyadasan.
Oho, afərin, sən axır ki, cəsarət etdin! Aha. Əladır. Birgünlük ammonium və B
vitamini normasının iyi.
Sabunun çaya axdığı yerdə, — deyir Tayler, — tonqal və yağış minilliklərindən
sonra insanlar paltarlarını yuyurdu və müşahidə edirdilər ki, burda paltar başqa
yerlərdən daha təmiz yuyulur.
Mən Barli daşının üstünə isladıram.
Salam! — deyir Tayler.
Mən müdirimin heç də ürəyincə olmayan qurumuş qan ləkələrim olan qara
şalvarıma isladıram.
Sən Kağız küçəsindəki evdəsən.
— Bu nəsə deməkdir, — deyir Tayler.
— Bu işarədir, — deyir Tayler.
Tayler — dəyərli məlumatlar dəryasıdır.
— Sabun tanımayan sivilizasiya, — deyir Tayler, — paltar və saç yumaq üçün
yuyucu vasitə kimi öz sidiyindən və itlərinin sidiyindən istifadə edirdi, çünki sidikdə
sidik turşusu və ammonium var.
Daha sonra sirkənin kəskin iyi və uzun-uzadı yolun sonunda güclə görünən
əlindəki alov nəhayət ki, sönür.
Sənin iybilmə sinirlərinin iltihablanmış sonlarında qələvi iyi ürəkbulandıran
xəstəxana iyi ilə əvəzlənir: sirkə və sidik iyi.
— Məlum olub ki, — deyir Tayler, — bütün bu insanları nahaq yerə qurban
gətirmirdilər.
Sənin əlinin arxa tərəfində iki qırmızı, parıltılı dodaq köpür, eynilə Taylerin
dodaqlarının şəklinin təkrarıdır. Onların ətrafında — siqaret yanıqlarına oxşayan
balaca, yumru göz yaşı izləridir.
— Gözlərini aç, — deyir Tayler və mən görürəm ki, onun sifəti göz yaşından
islanıb.
— Təbrik edirəm, — deyir Tayler, sən sona daha bir addım yaxınlaşdın.
— Sən bilirsən ki, — deyir Tayler, dünyada ilk sabunu qəhrəmanlardan
düzəldiblər.
Üzərlərində yeni maddələrin sınaqdan keçirildiyi heyvanlar barədə fikirləş.

Kosmosa göndərilən meymunlar barədə fikirləş.
— Onların ağrısı, ölümü, qurbanları olmasaydı, — deyir Tayler, biz heç kim
olardıq.
10
Mən mərtəbələr arasında lifti dayandırıram, bu vaxt Tayler qayışını açır. Lift
dayanan zaman paylama arabacığındakı şorba qazanlarının qapağının danqıltısı
kəsdi. Tayler şorba qazanının qapağını açır və buxar göbələk kimi tavana qədər
qalxır.
Tayler şalvarının düyməsini açır və deyir:
— Baxma, yoxsa məndə alınmayacaq.
Şorba qazanında Meksika koriandrı və molyusklu tomatlı püre-şorba var. Ətri
elədir ki, kənar iyi heç kim hiss etməyəcək.
Mən onu tələsdirirəm, daima çiynimdən baxıram, Tayler isə artıq şorba
qazanının üstünə öz çıxıntısını yarımdüym uzadıb. Kənardan bu olduqca məzəli
görünür: sanki qalstuk-kəpənəkli yaşı ötmüş fil özünün balaca solğun xortumu ilə
şorbanı çəkir.
Tayler deyir:
— Dedim axı sənə: «Baxma!».
Düz qarşımda liftin qapısında balaca pəncərə-illüminator var, oradan mən
ziyafət blokunun dəhlizində nələrin baş verdiyini görə bilirəm. Ancaq indi, lift
mərtəbələr arasında dayananda gördüyüm — ancaq tarakan boyda ensiz yarıq,
yaşıl linoleumun genişliyi, uzaqda isə — yarıaçıq qapının o biri tərəfində maqnatlar
və onların harın xanımları vedrələrlə şampan içir, toxluqdan gəyirirlər, mənim
həyatımdan böyük olan brilyantlarını bir-birlərinə nümayiş etdirirlər.
— Ötən həftə, — Taylerə deyirəm, — Nyu-York ştatının bütün hüquqşunasları
burda milad qonaqlığına toplaşanda mən özümə güc verib onlar üçün hazırlanan
portağal mussunun içinə doldurdum.
— Ötən həftə, — deyir Tayler, — o lifti saxlayıb və «Gənclər liqası»nın təşkil
etdiyi çay süfrəsi üçün hazırlanan bir arabacıq «Boccone Dolce»nın
18
üstünə hava
buraxıb.
Bu Tayler necə də hiyləgərdir! Bilir ki, merenqalar iyi özünə necə yaxşı çəkir!

Tarakan boyda yarıqdan bizə maqnatlar Stounxenca daşları kimi nəhəng
mərmər dişlərlə dolu ağızlarına hər biri çoşka boyda olan qoyun dilimlərini apardığı
zaman əsir arfa çalan qızın onlara həzz verdiyi müsiqi səsi gəlib çatır.
— Tez ol, — deyirəm mən.
— Bacarmıram, — Tayler cavab verir.
Əgər şorba soyusa, onu mətbəxə qaytaracaqlar.
Bu tiplər bəzən heç bir əsaslı səbəb olmadan yeməkləri geriyə, mətbəxə
yollayır. Onlar sadəcə istəyir ki, sən onların puluna bir az ora-bura qaçasan. Belə
əyləncə gecələrində çay pulları hesaba daxil olur, ona görə də onlar hesab edir ki,
artıq sənin zibil kimi rəftar etmək hüququnu alıblar. Biz əlbəttə ki, mətbəxə heç nə
göndərmirik. Yüngülvari yerini dəyişdirərik və digər yeməkdə kiməsə verərik və o
heç bunu hiss etməyəcək: fransızsayağı təzə kartof, yaxud holland sousu ilə
qulançar, hər şey qaydasındadır.
Mən deyirəm, Niaqara, Nil. Məktəb vaxtı inanırdıq ki, əgər yatmış adamın əlini
isti su olan qaba salsan, o yerini isladacaq.
Tayler deyir:
— Budur!
Mənim arxamda Tayler deyir:
— Hə! Getdi! Getdi! Nəhayət!
Zalın yarıaçıq qapılarından rəqsdə köhnə brodvey teatrındakı qızıl tikməli
məxbər pərdələr kimi uzun qızılı, qara və qırmızı tumanlar parlayır. Biz görürük ki,
yarıqda bir birinin ardınca şüşənin yerində qaytanlı cüt-cüt qara dəri «Kadillak»lar
sayrışır.
— Ağ eləmə, — deyirəm mən.
Biz Taylerlə xidmət sahəsinin partizanlarına çevrilmişik. Ziyafət şam
yeməklərinin təxribatçılarına çevrilmişik. Otel ziyafət təşkili ilə məşğul olanda hər
şeyi verir: yemək, şərab, qab və ofisiantları. Hər şey ödənilib. Artıq çay pulunu
aldığını bildiklərinə görə səninlə tarakan kimi rəftar edirlər.
Bir dəfə Tayler ziyafətdə xidmət edirdi. Məhz onda Tayler xain-ofisiant oldu.
Bu onun xidmət göstərdiyi ilk şam ziyafəti idi. Tədbir təpənin yamacına dirənən
polad ayaqları ilə şəhərin üzərində ucalan buluda oxşayan ağ şüşə evdə keçirilirdi.
Qonaqlara indicə balıq yeməyi verilib, bu an, Tayler boşqablardan spagettilərin
qalığını qazıyanda, evin xanımı əsən əllərində tutduğu kağız parçası ilə mətbəxə
qaçıb girir. Madam çənəsini aralamadan xəbər alır ki, ofisiantlar qonaqlardan evin
yataq otağı olan hissəsinə kiminsə keçdiyini görübmü? Xüsusən də qadın
qonaqlardan? Bəs evin sahibini heç kim görməyib?
Mətbəxdə Tayler, Albert, Len və Cerri boşqabları silib üst-üstə yığır, aşbazın
şagirdi isə sarımsaq yağı paylarını krevet və ilbizlərlə doldurulmuş ənginarın üstünə
yığır.
— Bizə evin o hissəsinə getməyi buyurmayıblar, — deyir Tayler.

Biz evə qarajdan keçmişik. Bizə qaraj, mətbəx və yemək otağından başqa heç
yerdə olmaq olmaz.
Bu dəm qapının yanında arvadının arxasında evin sahibi peyda olur, o, “belə
daha yaxşı olacaq” sözləri ilə kağız parçasını arvadının əsən əllərindən qapır.
— Bunu kimin etdiyini bilmədən — qadın hiddətlənir, — onlarla necə danışa
bilərəm?
Ev sahibi ovcunu onun ağ ipəklə örtülmüş çiyninə (evin rənginə uyğun paltar)
qoyur və qadın sakitləşir, çiyinlərini düzəldir və onun əllərinin əsməsi dayanır.
— Bu sənin qonaqlarındır, — kişi deyir. — Bu gecənin böyük əhəmiyyəti var.
Kənardan baxmaq xeyli məzəlidir: sanki öncədən xəbər verən kuklasını dirildir.
Madam onu astaca yemək otağı tərəfə itələyən ərinə baxır. Kağız parçası
döşəməyə düşür və mətbəxin qapısı açılanda onu Taylerin ayaqlarının yanına atır.
Albert soruşur:
— Orda nə yazılıb?
Len balıq yeməyindən sonra qabı təmizləməyə başlayır.
Lesli artişokların olduğu tavanı geriyə duxovkaya qaytarır və o da maraqlanır:
— Hə, orda nə yazılıb?
Tayler Leslinin düz gözlərinin içinə baxır və kağız parçasını qaldırmadan deyir:
— Sənin ətir şüşələrinin birində indi — mənim sidiyimdir.
Albert gülümsəyir:
— Onun ətirlərinə sən işəmisən?
— Yox, — deyir Tayler. — Sadəcə olaraq şüşələr arasında kağız parçası
qoymuşam. Vanna otağında güzgünün altında rəfdə onun yüzdən çox belə
flakonları var.
Lesli gülümsəyir:
— Deməli, sən işəməmisən?
— Yox, — deyir Tayler, — ancaq o, bunu bilmir, axı.
Göylərdəki buludlarda olan dəvətli ziyafətin bütün qalan hissəsində Tayler
evin xanımının qabından soyuq artişokları, sonra «pomm düşes» soyuq kartofla
soyuq mal ətini, sonra Polşasayığı soyuq gül kələmini götürürdü. O, yeməklərin heç
birinə toxunmayıb, ancaq onun qədəhinə Tayler gecədə azı on dəfə şərab tökməli
oldu. Masanın baş tərəfində əyləşən madam şam yeməyinə gələn qadınlardan
gözünü çəkmirdi, ziyafətin sonunda o, şərbət və ərik tortu arasında qəfil harasa
yoxa çıxdı.
Onlar artıq bulaşıq qabları yuyub qurtarıb boşqab və termosları otelə məxsus
avtofurqona yığırdılar, ev sahibi qəfil mətbəxə girib Albertdən onun üçün ağır bir
şey aparmasını istədi. Lesli deyir: — Bəlkə Tayler çox dərinə gedib?
Tayler ucadan və sürətlə unsiyası qızıldan baha olan ətirlər əldə etmək üçün
balinaların necə öldürüldüyündən danışır. Adamların çoxları heç diri balina
görməyib. Lesli iki balaca uşaqla pəncərələri sürət avtostradına çıxan mənzildə

yaşayır, evin sahibəsinin vanna otağındakı bütün bu şüşələr isə ofisiantların hər
birinin birillik qazancından bahadır.
Albert qayıdır və xilasetmə xidmətinin nömrəsini yığır.
Albert ağzını ovcu ilə tutub kənara pıçıldayır ki, Tayler bu kağızı yazmamalı idi.
Tayler deyir:
— Onda get, menecerə xəbərçilik elə. Qoy, məni işdən çıxarsınlar. Mən bu
murdar işlə evlənməmişəm.
Hamı diqqətlə öz ayaqqabılarına baxır.
— Bu, həyatında ola biləcək ən yaxşı şeydir, — deyir Tayler. — Səni işdən azad
edirlər, sən xəlbirlə su daşımağı tərgidirsən və öz həyatında nəyisə dəyişməyə
başlayırsan.
Albert telefonda bizə «təcili yardım»ın lazım olduğunu deyir və ünvanı
göstərir. Cavab gözləyərək bizə bildirir ki, evin sahibəsinin vəziyyəti ciddi şəkildə
pisləşib. Albert onu ayaqyolundan aparmalı olub. Qadın ərinə onu aparmağa icazə
verməyib. O deyib ki, əri ətirlərin içinə sidik töküb, çünki onun əsəbi
ürəkkeçmələrindən istifadə edib rəfiqələrindən biri ilə əlaqədə olmaq istəyib.
Sonra madam dedi ki, yorulub, özlərini onların evinin dostu adlandıranlardan
dəhşət dərəcədə bezib.
Ev sahibi xanımı yıxıldığı ayaqyolundan çıxara bilmirdi, çünki o sınıq ətir
şüşəsinin yarısını havada yelləyirdi və ona toxunacağı halda ərinin boğazını
kəsəcəyini deyirdi.
Tayler deyir:
— Belə yaxşıdı!
Albert iy verir. Lesli deyir:
— Albert, əzizim, sən pis iylənirsən!
— Vanna otağından iylənməmiş çıxmaq mümkün deyil, — deyir
Albert. — Bütün döşəmə sınıq flakonlarla örtülmüşdür, üstəlik unitazda bir qalaq
şüşə qəlpəsi, — var. Albert deyir, — bu buza oxşayır, otellərdəki dəbdəbəli
ziyafətlərdə bizim pissuarlara tökdüyümüz doğranmış buz kimi.
Vanna otağı iylənir, bütün döşəmə isə heç vaxt əriməyəcək buz parçaları ilə
doludur, Albert isə xanıma döşəmədən qalxmağa kömək edir. Onun ağ paltarı
bütünlüklə sarı ləkəlidir. Madam flakonun qırığını havada yelləyir, dağılan ətir və
şüşə parçalarının üstündə sürüşür və əlləri üstə yıxılır.
O, küncə sıxılıb ağlayır və onu qan aparır. O deyir:
— Uolter, necə yandırır. Necə yandırır! — madam zarıyır.
Ətirlər, ölü balinaların bütün bu ifrazatları çapıqların içinə dolur və dözülməz
yandırır.
Ev sahibi yenidən xanımı ayağa qaldırır. O, əllərini elə tutub ki, sanki dua edir,
ancaq ovuclarını bir birinə bitişdirmir, çünki onlardan qan sel kimi axır,
biləklərindən almaz bilərziyinin üstünə tökülür və dirsəklərindən damcılayır.
Ev sahibi deyir:

— Hər şey yaxşı olacaq, İnna.
— Mənim əllərim, Uolter, — madam sakitləşmir.
— Hər şey yaxşı olacaq.
Madam sual edir:
— Bunu kim edə bilərdi? Kim mənə belə güclü nifrət edir?
Ev sahibi Albertə deyir:
— Siz «təcili yardım» çağıra bilərsiniz?
Bu Taylerin, xidmət sahəsi terrorçusunun ilk aksiyası idi. Partizan-ofisiantın.
Minimal əmək haqqı ekspropriatoru. Tayler mənimlə tanışlıqda əvvəl uzun illər bu
işlə məşğul olub, ancaq o iddia edir ki, təklikdə yalnız uğursuz adamlar içir.
Albert söhbəti qurtaran kimi Tayler deyir:
— Belə yaxşıdır!
Budur, biz yenə də oteldəyik, lift mətbəx mərtəbəsi ilə ziyafət zalı
mərtəbələrinin arasında dayandırılıb, mən Taylerə dermatoloqlar konqresi üçün
verilən şirə tökülmüş alabalığın üstünə fınxırmağımı danışıram, sonra qonaqlardan
üçü mənə alabalığın çox duzlu olduğunu, biri isə ömründə belə dadlı yemək
yemədiyini dedi.
Tayler son damcını şorba qazanına tökür və bacardığı qədər özünü boşaltdığını
deyir.
Belə əməliyyatları soyuq şorbalarla, məsələn, vişisuaz
19
, yaxud bizim baş
aşbazın hazırladığı əsl təzə qaspaço
20
ilə həyata keçirmək asandır. Ancaq bu,
balaca bardaqlarda əridilmiş pendir qazmağı ilə üstü örtülən soğanlı fransız şorbası
ilə mümkün deyil. Bizim restoranda nahar üçün pulum olsaydı, məhz bunu sifariş
verərdim.
Bizdə Taylerlə kəskin ideya qıtlığı yarandı. Daima yeməyə nəsə qatanda, bu
səni tez bezdirir. Elə təəssürat yaranır ki, bu — sənin xidməti öhdəliklərindən
biridir. Ancaq bir dəfə həkim yaxud hüquqşunaslardan biri, vacib deyil kim, hepatit
virusunun paslanmayan poladın üstündə altı ay yaşadığını deyir. Təsəvvür
edirsiniz, o romda bişirilmiş kremli russayağı şarlotkada nə qədər yaşayır?
Yaxud qızıl balıqlı xörəkdə?
Həkimdən soruşdum ki, hepatit virusunu harda tapmaq olar, o da artıq
möhkəm sərxoş idi və ucadan güldü.
Xəstəxana zibillikləri çənlərində hər şey tapmaq olar, deyir və gülür.
İstənilən şey.
Xəstəxana zibilliyi: bu həqiqətən də — nöqtəyə çatmaqdır.
Barmağımı liftin düyməsinə qoyub Taylerdən hazır olub-olmadığını soruşuram.
Ovcumun arxa tərəfindəki çapıq köpüb və bu Taylerin öpüşünü dəqiqliyi ilə
təkrarlayan dodaq izidir.
— Bir saniyə, — deyir Tayler.
Tomat şorbası yəqin hələ də qaynardır, çünki Taylerin miyamçasında gizlətdiyi
iyrənc şeyi kral kreveti kimi buxardan qızarmışdı.

11
Cənubi Amerikada, ora əbəs yerə Məftunedici Diyar adlandırılmır, biz çayın dayaz
yerindən keçə bilərdik və balaca balıq Taylerin sidik borusuna soxulardı. Bu balıq
tamamilə irəli və geri çəkməyi bacardığı tikanlarla örtülüb. O, tikanları ilə Taylerin
sidik axarı divarlarına ilişəcək və kürü tökməyə başlayacaq. Şənbə gecəsini daha pis
keçirmək üçün o qədər daha pis imkanlar var!
— Biz Marlanın anası ilə daha betər rəftar edə bilərdik, — deyir Tayler.
— Kəs səsini, — cavab qaytarıram mən.
Tayler deyir ki, Fransa hökuməti bizi oğurlayıb Paris yaxınlığında yeraltı
kompleksdə gizlədə bilərdi, orda heç cərrahlar da yox, tələsik öyrədilmiş
laborantlar bizim göz qapaqlarımızı qaralma üçün yeni aerozolun zəhərləmə
qabiliyyətini sınaq keçirmək üçün kəsərdilər.
— Belə şeylər olur, — deyir Tayler. — Qəzetləri oxu.
Ən pisi odur ki, mən Taylerin Marlanın anası ilə bağlı nə təşkil etdiyini bilirəm.
Taylerlə tanış olduğumdan bəri ilk dəfədir ki, o yaxşı pul qazanır. Pul qapır.
Nordstromdan zəng edib milada «Taylerin Yanmış Qəndi» sabunundan üz üçün
iyirmi dənə sifariş veriblər. Onlar dənəsinə görə 20 dollar topdansatış qiyməti təklif
ediblər və bizim şənbə günü axşam havamızı dəyişməyə imkanımız oldu. Qaz
qızdırıcısını düzəltmək. Rəqs məclisinə getmək. Əgər mənim hər şeyə pulum
çatsaydı, işdən gedərdim.
Tayler «Kağız Küçəsində Sabunbişirmə Zavodu» lövhəsi ilə fəaliyyət göstərir.
Deyirlər, heç kim heç yerdə bundan yaxşı sabun görməyib.
— Əgər sən təsadüfən Marlanın anasını yesəydin, — deyir Tayler, — bu daha
pis olardı.
Az qala çeynədiyim «qun-bao» toyuğu ilə boğulacaqdım, Taylerə səsini
kəsməyi əmr etdim.
Bu şənbə gecəsini biz köhnə avtomobillər üçün dayanacaqda bağlı və təkərləri
buraxılmış halda dayanan, 1968-ci il istehsalı olan «impala»nın qabağ oturacağında
keçiririk. Biz Taylerlə söhbətləşir, bankadan pivə içirik və bizə «impala»nın qabaq
oturacağında rahatdır, çünki o bir çox adamların əyləşdiyi divanlardan rahatdır.
Şəhərin bu hissəsində demək olar ki, bütün küçələr dayanacaqlarla doludur.
Avtomobil alverçiləri belə maşınları «şprot» adlandırır: onların hamısı ikiyüz

dollardandır və gündüz onları bu alverə nəzarət edən qaraçı oğlanlardan almaq
olar. Qaraçılar onların kontorlarının olduğu faner köşklərin ağzında dayanıb uzun
nazik siqaretlər çəkirlər.
Belə maşınları yuxarı sinif şagirdləri almağı xoşlayır ki, onu əzik-üzük etsin və
daha heç nə barədə narahat olmasın. «Qremlinlar», «peyserlər», «maveriklər» və
«xornetlər», «pinto», «İnterneyşnl Xarvester» pikapları, açıq «kamaro», «daster»
və «impala»lar. Sahiblərinin nə vaxtsa sevdiyi, sonra tulladıqları maşınlar.
Heyvanlar suvatda. «Qudsvilla»dan don geyinmiş gəlinlər. Qara, qırmızı və boz
bamperlərlə, dibində heç kimin heç vaxt qumvuran maşından təmizləməyəcəyi
kəf. Salonun işlənilməsi: ağaca oxşar plastik, dəriyə oxşar plastik, xroma oxşar
plastik. Qaraçılar gecələr bu maşınların qapısını kilidləmir.
Bulvardan keçən maşınların fənərləri bir anlıq «impala»nın panorama filminin
ekranı kimi böyük yan şüşəsində yazılan qiymətə işıq salır. Bu Amerikadır. Qiyməti
— doxsan səkkiz dollar. İçəridən bu səksən doqquz sent kimi görünür. Sıfr, sıfr,
nöqtə, səkkiz, doqquz. Amerikaya, bu nömrəyə zəng edin.
Burda maşınların əksəriyyətinin qiyməti yüz dollardan baha deyil və onların
hamısının yan şüşəsində satış şərtləri yazılıb: «OLDUĞU KİMİ GÖTÜRÜN».
Biz «impala»nı ona görə seçdik ki, əgər şənbə gecəsi maşında yatmalı olsaq,
ondan geniş oturacaq tapa bilməyəcəyik.
Biz çinlilərin yanında yeyirik, çünki evə gedə bilmərik. Ya burda yatmalı, ya da
səhərə qədər gecə klubunda qalmalıyıq. Ancaq biz gecə klublarına getmirik. Tayler
deyir ki, gurultulu səsli müsiqi, xüsusi bas mahnıları onun bioritmini pozur. Biz
sonuncu dəfə diskotekaya gedəndən sonra Tayler bildirdi ki, bərk səsli müsiqi onda
qəbizlik yaradır. Bundan əlavə, klubda demək olar ki, danışmaq mümkün deyil: bir
cüt stəkandan sonra hər kəs özünü kainatın mərkəzi kimi hiss edir, ancaq əslində
tamamilə dünyadan təcriddirlər.
Klassik ingilis detektivində olan meyit kimi.
Biz bu gecə maşında yatırıq, çünki Marla bu gün bizə buyurub və polis
çağırmaqla hədələyir ki, məni onun anasını bişirdiyimə görə həbs etsinlər. Sonra
Marla mənim yırtıcı və adamyeyən olduğumu qışqıraraq səs-küylə evi dağıtmağa
başladı. O, «Riderz Daycest» və «Neyşnl Cioqrafik» qalaqlarını bütün ev boyu
təpiklə itələyirdi; mən onu bu iş başında qoydum. Vəssalam.
«Regent» otelində «ksanaks»ın köməkliyi ilə uğursuz intihar cəhdindən sonra
inanmıram ki, Marla polis çağırmağa cəsarət edə. Ancaq hər halda Tayler qərar
verdi ki, bizim bu gecə başqa yerdə gecələməyimiz daha yaxşı olar.
Hər ehtimala qarşı: birdən Marla evi yandırar.
Hər ehtimala qarşı: birdən Marla gedib tapança alar.
Hər ehtimala qarşı: bəlkə Marla hələ ordadır.
Hər ehtimala qarşı.
Mən fikrimi cəmləməyə çalışıram:

Ayın tutqun siması
Yalnız bir anlıq ulduzu narahat edir
Lya-lya, lya.
Maşınlar bulvarın yanından ötür, mən pivə bankasını əlimdə sıxıram; «impala»nın
bərk bakelit sükan çarxının diametri bəlkə də üç futa çatır, çatlamış vinil oturacaq
cinsin parçasından arxamı didir. Tayler deyir:
— Bir daha mənə nə baş verdiyini danış.
Bir neçə həftə mən Taylerin Marlanın anası ilə bağlı nə təşkil etdiyinə fikir
verməməyə çalışırdım. Bir dəfə mən Taylerlə birlikdə «Vestern Union» bölməsinə
getdim və onun Marlanın anasına bu məzmunlu teleqram göndərdiyini gördüm:
BÜTÜN BƏDƏNİM QIRIŞLARLA ÖRTÜLÜB (nqt) TƏCİLİ SƏNİN KÖMƏYİN LAZIMDIR
(nida)
Tayler klerka Marlanın oxucu biletini göstərdi və Marlanın adı ilə teleqramı
imzaladı, o, bəzən oğlanlara da Marla adının qoyulduğunu dedi və klerk öz işini
davam etdirdi.
Biz «Vestern Union»dan çıxanda Tayler mənə dedi ki, əgər mən onu
sevirəmsə, ona etibar etməliyəm. O, bu işin mənə dəxli olmadığını əlavə edib məni
«Qarbonzo»ya xummus porsiyasına dəvət etdi.
Məni teleqramdan çox restorana dəvət qorxutdu. Heç vaxt heç bir halda
Tayler mənim yanımda nağd ödəniş eləmirdi. Geyimi Tayler belə əldə edir: o
mehmanxana, yaxud gimnastika zalına gedir və sonra tapıntılar şöbəsinə müraciət
edir. Bu, əlbəttə ki, Marlanın avtomat-çamaşırxanalarda quruducudan cinsləri
oğurlayıb “Second-hand”də cütünü on iki dollara satmasından yaxşıdır. Tayler heç
vaxt restoranlarda yemirdi, Marlanı isə heç də qırışlar basmamışdı.
Bunun üçün heç bir səbəb olmadan Tayler Marlanın anasına altı kiloqramlıq
şokolad qutusu göndərdi.
Şənbə gecəsini pis keçirməyin daha bir pis variantı, Tayler «impala»da oturub
danışır, bu — qəhvəyi tərkidünya-hörümçəkdir. Dişləyərkən o zəhər deyil, həzm
fermenti yeridir — bu elə bir turşudur ki, dişlək yerinin ətrafında bütün toxumaları
əridir, ona görə də əlin, yaxud ayağın gözlərinin qabağında əriyir.
Bu axşam bütün bunlar baş verəndə Tayler hardasa gizləndi. Marla bizə qapını
döymədən buyurdu.
O, sadəcə, giriş qapısının ağzında dayanıb bərkdən qışqırdı: «Tak-tak-tak!»
Mən mətbəxtdə «Riderz Daycest» oxuyurdum və heç yerimdən tərpənmədim
də.

Marla bağırdı:
— Tayler, sən evdəsən? Gəlmək olar?
Mən Taylerin evdə olmadığını dedim.
Cavabında Marla mənə qışqırdı:
— Bədqılıq olma!
Mən qapıya yaxınlaşıram. Marla qapıda «Federal Ekspress»in təcili banderolu
ilə dayanıb deyir:
— Sənin soyuducunun buz gözünə bir şey qoymalıyam.
Mən onun ardınca mətbəxə gedib «lazım deyil» deyirəm.
Lazım deyil.
Lazım deyil.
Lazım deyil.
Mənim evimdə hər zir-zibili saxlamaq olmaz.
— Mənim nömrəmdə soyuducunun buz gözü yoxdur, — deyir
Marla. — Dovşan, axı, sən özün mənə dedin ki, səninkindən istifadə edə bilərəm.
Mən bunu deməmişəm. Ən çox istəmədiyim şey Marlanın öz cır-cındırını
hissə-hissə daşıyıb evimə köçməsidir.
Marla mətbəxdə banderolu açıb oradan içində nəsə ağ bir şey olan paket
çıxardı və hər tərəfə polistirol qablarını səpərək sifətimin qarşısında silkələməyə
başladı.
— Bu zibil deyil, — deyir o. — Bu mənim anamdır, kənara çəkil.
Marla əlində bizim Taylerlə yağ əritdiyimiz həmin ağ maddə ilə dolu olan
sendvic paketlərindən birini tutub.
— Əgər sən həmin paketlərdən birinin içindəkini yesəydin, — deyir
Tayler, — daha pis olardı. Sən nə vaxtsa gecə yarısı oyanıb onun içindən bu ağ
lehməni sıxıb çıxardıb ona «Kaliforniya soğan şorba»sının konsentratını əlavə edib
sousuna katrof çipslərini batırıb yeyərdin. Yaxud brokkoliyə.
Biz Marla ilə mətbəxtdə dayanmışdıq və dünyada ən çox istədiyim Marlanın
dondurucunu açması idi.
Ondan bu ağ maddə ilə nə etməyə hazırlaşdığını soruşdum.
— Dodaqlar, — dedi Marla — yaşlaşdıqca dodaqlar ağıza çəkilir. Bunu
kollagen inyeksiyası ilə düzəltmək olar. Mən sənin soyuducunda artıq 30 funta
yaxın kollagen yığmışam.
Mən ondan belə inyeksiyadan sonra dodaqlarının nə boyda olacağını
soruşdum.
Marla daha çox əməliyyatın özündən qorxduğunu deyir.
Paketlərdə, «impala»da oturub Taylerə danışıram, bizim sabun düzəltdiyimiz
maddə var idi. Silikonun zərərli olduğunu aşkar edəndən sonra qırışların açılması,
dodaqların böyüdülməsi, yaxud çənənin korreksiyası üçün kosmetik
əməliyyatlarda kollagen istifadə etməyə başlayıblar. Marla mənə izah etdi ki, ucuz
kollagenin əksəriyyəti sterilləşdirilmiş və emal edilmiş mal piyindən istehsal edilir,

ancaq belə ucuz kollagen bədəndə uzun müddət qalmır. Orqanizm onu rədd edir:
altı ay keçməmiş sənin dodaqların yenə nazilir.
Marla izah edir ki, ən yaxşı kollagen budlarından çəkilmiş, xüsusi üsulla
təmizlənib emal edilmiş, sonra isə geriyə dodaqlarına yeridilmiş sənin öz piyindən
düzəldilən kollagendir.
Dondurucudakı paketlər — Marlanın kollagen fondudur. Marlanın anasının
budlarında artıq piy əmələ gələn kimi o, onu sorur və paketlərə yerləşdirir. Marla
deyir ki, bu prosedur seçim adlanır. Əgər Marlanın anasına kollagen lazım olmursa,
onu Marlaya göndərir. Marlanın özünün piyi yoxdur, anası isə hesab edir ki,
qohumun kollageni mal ətindən olan ucuz kollagendən daha yaxşı uyğunlaşa bilər.
Bulvardan fənərin işığı maşının pəncərəsindən süzülür və OLDUĞU KİMİ
GÖTÜRMƏK sözlərini Taylerin üzündə göstərir.
— Hörümçək, — deyir Tayler, — sənin dərinin altında yumurta sala bilər,
sonra isə onun sürfələri keçidləri gəmirməyə başlayacaq. Gör bəziləri ilə necə
bədbəxtçiliklər baş verir.
Bu sözlərdən sonra mənim qatı souslu badamlı cücəmin dadı elə olur ki, sanki
onu Marlanın anasının budlarından düzəldiblər.
Burda, mətbəxtə Marla ilə dayananda Taylerin nə etdiyini anladım.
BÜTÜNLÜKLƏ QIRIŞLAR BASIB
Mən onun Marlanın anasına nə üçün konfet göndərdiyini anladım.
TƏCİLİ SƏNİN KÖMƏYİN LAZIMDIR
— Marla, — deyirəm, — axı, sən dondurucu kameraya baxmaq istəmirsən.
Marla təkrar soruşur: «Nə?»
— Biz, axı, qırmızı ət yemirik, — Tayler mənə biz «impala»da oturduğumuz
vaxt izah edir, — toyuq piyindən isə ancaq duru sabun düzəltmək olar.
— Biz bununla varlanacağıq, — deyir Tayler, — biz evin pulunu verəcəyik.
Sən Marlaya deməlisən, deyirəm mən, yoxsa o elə bilir ki, bunu mən etmişəm.
— Piyin sabunlaşması, — deyir Tayler, — bu kimyəvi reaksiyadır, onun
köməkliyi ilə keyfiyyətli sabun alınır. Nə toyuq, nə də yüksək duz tərkibli digər piy
buna yaramır.
— Qulaq as, — deyir Tayler, — bizdə böyük sifariş var. Ona görə Marlanın
anasına daha çox şokolad, bir də — meyvəli kekslər göndərmək lazımdır.
Qısası, Marla dondurucu kameraya baxdı. Ancaq dərhal yox, əvvəl bir qədər
qurdalandı. Mən ona mane olmağa cəhd etdim, o, kisəni yerə saldı, kisə partladı.
Bu yağlı ağ iyrənci şeyin üstündə sürüşdük və bizim az qala ürəyimiz bulanacaqdı.
Mən Marlanı arxadan belindən tutdum, onun sıx qara saçları gözümə girirdi, mən
onun əllərini sıxıb bunu mən etmədiyimi dedim. Bunu mən etməmişəm. Mən
etməmişəm.
— Mənim anam! Sən mənim anamı linoleumun üstünə yaxdın!

Bizə sabun bişirmək lazımdır, bunu Marlanın boynunun ardına deyirəm.
Şalvarı yumaq, ev pulunu vermək və qazı təmir etmək üçün. Bunu mən
etməmişəm.
Bunu Tayler edib.
Marla qışqırır:
— Sən nə sarsaqlayırsan! — və paltarını mənim əlimdə qoyub əlimdən çıxır.
Mən Marlanın güllü hind paltarını əlimdə sıxıb sürüşkən döşəmədən qalxmağa
cəhd edirəm, Marla isə kolqotkada və kənd stilli koftada, hündür dabanlı tuflidə
soyuducunun buz yerini açır və kollagen fondunun yoxa çıxdığını aşkarlayır.
Dondurucu kamerada fənərin iki köhnə batareyasından başqa heç nə yoxdur.
— Hanı o?
Mən geriyə sürünürəm: əllərim və ayaqlarım sürüşkən linoleumun üstündə
hərəsi bir tərəfə sürüşür, dalım isə çirkili döşəmədə Marladan və soyuducudan
aralanan təmiz zolaq çəkir. Mən həqiqəti deyəndən sonra Marlanın sifətini
görməmək üçün gözlərimi paltarı ilə bağlayıram.
Həqiqəti.
Biz ondan sabun bişirdik. Marlanın anasından. Sabun.
— Sabun?
— Sabun. Piyi bişirirsən. Qələvi əlavə edirsən. Sabun əmələ gəlir.
Marla ciyildəməyə başlayanda mən paltarını onun üzünə atıb qaçıram.
Sürüşüb yıxılıram. Qalxıb yenidən qaçıram.
Marla birinci mərtəbədə ardımca qaçır, yan taxtadan tutur, divara
çırpılmamaq üçün əlləri ilə pəncərə altından itələnir, sürüşüb yıxılır.
Güllü divar kağızlarının üstündə yağlı, çirkli izlər qoyur. Taxta divar panellərinin
üstünə çarpır, qalxır və yenidən ardımca qaçır.
O qışqırır:
— Sən mənim anamı bişirmisən!
Ancaq onun anasını Tayler bişirib.
Marla məndən yarım addım geri qalaraq qışqırır.
Onun anasını Tayler bişirib.
— Sən mənim anamı bişirmisən!
Giriş qapısı əvvəlki kimi açıqdır.
Ciyildəyən Marlanı arxamda qoyub özümü ora atdım. Beton səkidə ayaqlarım
artıq sürüşmürdü və mən var gücümlə irəli qaçdım. Mən Tayleri, yaxud Tayler
məni tapana qədər qaçdım və ona nə baş verdiyini danışdım.
Biz Taylerlə oturmuşuq, hərəmizin əlində pivə şüşəsi, o — arxa oturacaqda,
mən — qabaqda. Yəqin indi də Marla hələ evdə ora-bura qaçır, köhnə jurnalları
dağıdır və məni sarsaq, ikiüzlü, hiyləgər kapitalist yaramazı adlandırır. Mənimlə
Marla arasında — hər tində ya melanoma, ya zəhərli həşərat, ya da məhsuldar
virusun keşik çəkdiyi gecə var. Orda qalmaq burdan yaxşıdır.

— Adamı ildırım vuranda, — deyir Tayler, — onun başı beysbol topu boyda
kömürə dönür, şalvarının düyməsi isə əriyir.
Mən maraqlanıram, biz bu gün nöqtəyə çatmışıq?
Tayler arxaya atılır və soruşur:
— Əgər Merilin Monro hələ sağ olsaydı, o nə ilə məşğul olardı?
— Gecən xeyrə, — deyirəm mən.
Tavandan parça-parça olunmuş plakat sallanır və Tayler deyir:
— Tabutun qapağından yapışardı.
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin