Az Book Library Palanik Çak DÖYÜŞÇÜ klubu “Döyüşçü klubu”nun birinci qaydasında deyilir: «“Döyüşçü klubu” barədə heç kimə danışmamaq



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix26.11.2016
ölçüsü5,01 Kb.
#186
1   2   3   4   5   6   7   8   9   10   11

3
Sən Eyr Xarborda
2
oyanırsan.
Hər dəfə uçuş və enmə zamanı təyyarə qəfil böyrü üstə əyiləndə dua edirdim
ki, qəza olsun. Bu uçan siqaret qutusunda bizim tütün kimi yanacağımızı fikirləşən
kimi yuxusuzluğum keçir və mən sevincək mürgüləyirəm.
Bax beləcə, mən Tayler Derdenə rast gəldim.
Sən O`Xarada
3
oyanırsan.
Sən La Qardiyada
4
oyanırsan.
Sən Loqanada
5
oyanırsan.
Tayler yarımştat kinomexanik işləyərək əlavə qazanc əldə edirdi. O, ancaq
gecələr işləyə bilirdi — onun təbiəti belə idi. Hardasa kinomexanik xəstələnən kimi
həmkarlar ittifaqından zəng edib Tayleri çağırırdılar.
Bəzi adamlar — bayquş, bəziləri — torağaydır.
Mən torağayam, ancaq gündüzlər işləyə bilirəm.
Sən Dallsedə
6
oyanırsan.
Əgər sən ezamiyyət zamanı ölsən, sığorta pulu üç dəfə artır. Mən yandan
gələn küləyin şiddəti üçün dua edirdim. Dua edirdim ki, turbin qutanı sovurub
çəksin, texnik hansısa vacib qaykanı tarım çəkməyi unutsun, qanadların hissələri
donsun. Təyyarə zolağın üstündə sürət yığdığı vaxt bizim oturacaqların
söykənəcəkləri şaquli vəziyyətə gətirilib, stollar yığışdırılıb, əl yükü başımızın
üstündəki yük yerinin bölmələrinə yerləşdirilib, biz özümüzü saxlayıb siqarət
çəkmirik, mən dua edirdim ki, qəza baş versin.
Sən Lav Fildda
7
oyanırsan.
Kinoteatr köhnə olduğu halda proyeksiya yerində Tayler mövqeyini tez-tez
dəyişməli olurdu. Adətən proyeksiya yerində iki proyektor olur — filmin birinci

proyektorda quraşdırılmış hissəsi sona çatanda, sən ikincini işə salırsan. Bu da
«digər mövqeyə keçmək» adlanır.
Mən bunu bilirəm, çünki bunu Tayler bilir.
Beləcə, sən digər hissəni ikinci proyektorda quraşdırıb onu işə salırsan. Bir çox
filmlər müəyyən ardıcıllıqla əks etdirilməli olan altı-yeddi hissədən ibarətdir. Daha
təzə kinoteatrlarda bütün hissələr yapışdırılır, ona görə də yarım metr diametrli
böyük bobin yaranır. Bu halda artıq gah bu, gah o biri hissəni quraşdıraraq iki
proyektor arasında vurnuxmağa ehtiyac qalmır, bobin, elektrik açarının çaqqıltısı,
bobin, çaqqıltı.
Çaqqıltı.
Sən Si Takedə
8
oyanırsan.
Mən kreslonun cibindən çıxardığım laminasiyalı təlimatdakı adam şəkilləri ilə
tanış oluram. Qadın kreslonun yastığını sinəsinə sıxaraq okean dalğası üzərində
üzür. Tünd saçları küləkdə dalğalanır, qadının gözləri geniş açılıb, ancaq sifətində
nə gülüş, nə də qorxu mimikası görünmür. Digər şəkildə sərnişinlər əllərini
Hindistandaki inəklər kimi sakit tavandan asılı olan oksigen maskalarına uzadır.
Qəza şəraiti.
Vay!
Salonda təzyiq aşağı düşür.
Vay!
Sən ayılıb başa düşürsən ki, Uilloy Rana
9
düşmüsən.
Köhnə kinoteatr, təzə kinoteatr. Plyonkalı bobinləri bir kinoteatrdan o birinə
aparmaq üçün Tayler yenə də filmi altı, yaxud yeddi yerə bölməli olurdu. Balaca
bobinlər «yauflar» adlandırılan polad altıbucaqlı qulplu qutulara yerləşdirilir. Əgər
qulpundan tutub bir belə yaufu qaldırmağa cəhd etsən, çiynin burxula bilər — o
qədər ağırdı.
Tayler həm də şəhərin mərkəzində böyük oteldə ziyafətlərdə ofisiant da
işləyirdi. Bu onun kinopro- yektorlarda bobinləri dəyişmədiyi gecələr olurdu. Heç
bilmirəm mən yuxusuzluqdan əziyyət çəkdiyim gecələrdə Tayler nə qədər iş
görməyi çatdırırdı.
Hələ də iki proyektorun istifadə olunduğu köhnə kinoteatrlarda kinomexanik
mövqelərini elə dəyişməlidir ki, tamaşaçılar bir hissənin qurtarıb o birinin
başladığını hiss etməsinlər. Bunun üçün o ekranın yuxarı sağ küncündə ağ
nöqtələri izləməlidir. Bu xəbərdarlıqdır. Nə vaxtsa diqqətlə baxın: kinolentin hər
hissəsinin sonunda ekranın yuxarı sağ küncündə iki ağ nöqtə yanır.
Peşəkarlar onları «ulduzcuq» adlandırır.
Bir ağ nöqtə hissənin sonuna iki dəqiqənin qaldığı deməkdir. Bu an ikinci
proyektoru qoşmaq lazımdır ki, o çatdırıb qızsın.
İkinci ağ nöqtə hissənin qurtarmasına beş saniyə qalmış peyda olur. Səni kor
edə biləcək qədər parlaq ksenon lampalarının istisindən alışıb yanan iki
proyektorun arasında dayandığın zaman keçirdiyin hissi anlatmaq çətindir.

Ekranda ağ nöqtə yanır. Kinoteatrlarda səs zalda yerləşdirilən səsgücləndiricilər
vasitəsilə yayılır. Proyeksiya yerində heç nə eşidilmir, çünki o zaldan səs
izolyasiyası vasitəsilə ayrılıb. Bu proyektorların cırıltı və şaqqıltısının tamaşaçılara
mane olmaması üçündür. Lent linzalar arasından saniyədə altı fut sürətlə keçir, hər
futda — on kadr var. Proyektor saniyədə altmış kadrı pulemyot lenti kimi udur, bu
zaman əsl pulemyot kimi taqqıldayır. İki proyektor işləyir, sən onların arasında
dayanırsan və hər əlində qapağın qulpunu saxlayırsan. Göstərən ən köhnə bobinli
proyektorlarda hələ plyonka sona çatanda səs siqnalı da var.
«Ulduzcuqlar» hətta film videoya köçürüləndən sonra da qalır. Onlar
təyyarədə göstərilən filmlərdə də görünür.
Plyonkanın dolanmasından asılı olaraq qəbul edən bobin getdikcə zəif,
göstərən isə — daha sürətlə fırlanmağa başlayır. Səs siqnalı — bu, bobin çox
sürətlə fırlananda çalan zəngdir. Deməli — mövqeləri dəyişmək vaxtıdır.
Proyeksiya yerində qaranlıqdır, görünməyən lampalardan alov saçır, zəng
çalır. Sən əlində qapaqların qulpu iki proyektor arasında dayanıb ekranın yuxarı sağ
küncünə baxırsan. İkinci nöqtə yanır. Özlüyündə beşə qədər say. Bir qapağı bağla,
eyni vaxtda ikincini aç.
Mövqelərin dəyişməsi.
Film davam edir.
Zalda heç kim heç nəyi hiss etmir.
Göstərən bobində səs siqnalı varsa, kinomexanik özünə mürgüləməyə imkan
verə bilər. Kinomexaniklər, ümumiyyətlə, özlərinə çox şeyi imkan verə bilər. Bəzən
göstərən bobinda siqnal olmur. Evdə bəzən yuxuna girir ki, sən mövqelərin
dəyişməsi vaxtı yatıb qalmısan və gecənin yarısında dəhşət içində oyanırsan. Zalda
tamaşaçılar səs-küy salıb. Sən gümüş ekranın arzusunu sındırmısan, onları yuxudan
oyatmısan, onlar isə qəzəblənib. Kinoteatrın direktoru telefon dəstəyini götürüb
həmkarlar ittifaqına zəng etməyə hazırlaşır.
Sən Montqomeri Fildda
10
oyanırsan.
Səfərlərdə ən xoş olanı odur ki, — bu zaman səni birdəfəlik dünya əhatə edir.
Otel nömrəsində yerləşirsən və orda birdəfəlik sabun, birdəfəlik şampun paketləri,
kiçicik yağ briketləri, birdəfəlik ağız yaxalayıcısı, hətta birdəfəlik diş fırçası tapırsan.
Təyyarə salonunda standart kresloya oturub ətrafa baxın. Siz özünüzü liliputlar
ölkəsində Quliver kimi hiss edəcəksiniz. Sizin çiyinləriniz çox enlidir. Sizin
ayaqlarınız sehrli piroqu yeyəndən sonra uzanan Alisanın ayaqları kimi uzundur;
pəncəniz sizdən bir neçə mil aralıdadır və qabaqdakı qonşunun ayağına dirənib.
Nahar gətirirlər. O ««Kordon Blyu» cücəsini yığ» miniatur konstruktorunu
xatırladır, uçuş zamanı darıxmamaq üçün sənə verilən hansısa zərif tapmacadır.
Pilot «Kəmərləri bağlayın» tablosunu yandırır və bizdən yerlərimizi tərk
etməməyi xahiş edir.
Sən Meyqz Fildda
11
oyanırsan.

Bəzən Tayler Derden gecə yarısı vahimə içində oyanır, çünki yuxuda
mövqelərin dəyişməsi vaxtı yatıb qaldığını görür, yaxud plyonka qırılıb, yaxud
yönəldicinin içindən sürüşüb çıxıb, yaxud dişli çarx səs zolağını çeynəyib.
Əgər belə şey baş verirsə, onda səsləndirmə zamanı aktyorların atmacaları
əvəzinə tamaşaçılar vertolyotun pərlərinin fırlandığı zaman çıxardığı səsə bənzər
nəsə eşidir — fırr! fırr! fırr! Bu səs fotoelementə yönəldilən işıq şuası dişli çarxın
səs zolağında qoyduğu dəlikdən keçəndə yaranır.
Kinomexanikin etməli olmadığı daha bir şey: Tayler lentdən ayrıca ən uğurlu
kadrları kəsib onlardan slayd düzəldir. Geniş şöhrət qazanmış açıq, çılpaq yerlər
olan kinolentə aktrisa Endci Dikinsonun kadrları daxil idi.
Filmin surəti Qərb sahilindən Şərq sahilinə gəlib çatana qədər bütün çılpaq
şəkillər yoxa çıxdı. Bir kinomexanik kadrı kəsib. O biri kinomexanik kadrı kəsib.
Hamı çılpaq Endci Dikinsonun şəklini özündə saxlamaq istəyirdi. Filmlərdə
pornoqrafiya göstərməyə başlayanda isə bu oğlanlar epik slayd kolleksiyasına
sahib oldular!
Sən Boinq Filddə
12
oyanırsan!
Sən Los-Ancelesin beynəlxalq oyanırsan.
Bu gün bizim reysdə demək olar ki, sərnişin yoxdur, ona görə də qoltuqluqları
yığışdırıb kresloda sərilmək olar. Uzanırsan, ilan kimi burulursan, aeroportunda
belini, əllərini, ayaqlarını bükürsən, ətrafdakı üçdörd kresloya yayılırsan. Mən saatı
iki saat geriyə, yaxud üç saat irəliyə çəkirəm: Sakit okean, Mərkəzi, Şərqi saat
qurşaqları, Qayalı dağların saat qurşağı. Bir saat itirirsən, bir saat qazanırsan.
Bu sənin həyatındır, bu dəqiqə onun axırı çatacaq.
Sən Hopkins adına Klivlend aeroportunda oyanırsan.
Sən yenidən Si Takedə oyanırsan.
Kinomexanik işindən tez yorulursan və acıqlı olursan. Ancaq çox vaxt
darıxmağa başlayırsan. Onda sələfinin topladığı pornoqrafik kolleksiyadan slayd
götürürsən və böyük planda yekə qırmızı cinsi orqanın, yaxud açıq nəm uşaqlıq
yolunun kadrını bədii filmə yapışdırırsan.
Budur ekranda heyvanlar haqqında filmdir: səyahət zamanı sahiblərini itirmiş
it və pişik evin yolunu axtarır. Üçüncü hissədə bu insan səsli dördayaqlılar zibil
qutusundan tapdıqlarını yeyəndə ekranda bir anlıq mükəmməl ereksiya təsviri
görünür.
Bu, Taylerin işidir.
Ayrıca kadr ekranda saniyənin altmışda bir hissəsi müddətində görünür.
Saniyəni altmış bərabər hissəyə bölün. Məhz bu müddətdə ereksiya görsənib.
Dörd mərtəbəli ev hündürlüyündə böyük cinsi orqan popkorn çeynəyən publikanın
üzərindən sallanır və heç kim də onu görmür.
Sən yenidən Loqanda oyanırsan.
Bu səfərlər — əsl əzabdır. Mən müdirimin iştirak etmək istəmədiyi görüşlərə
gedirəm. Mən hər şeyi diqqətlə yazıram. Gəlirəm və hesabat verirəm.

Mənim vəzifəm gizli düsturun düzgün tətbiqindən ibarətdir.
Xalis riyaziyyat.
Dərslikdən klassik məsələ.
Əgər mənim işlədiyim şirkətin istehsal etdiyi maşın Çikaqodan saatda altmış
mil sürətlə çıxıb və burada onun differensialı pərçimlənibsə və o xəndəyə uçub
dağılıbsa, benzin çəni partlayıb və içindəkilər diri-diri yanıbsa, şirkətin bu
modeldən olan bütün avtomobilləri əyər-əskiyini düzəltmək üçün geri
çağırılmalıdırmı?
Bu ana qədər satılmış avtomobillərin ümumi sayını götürün (A), vurun ciddi
imtinaların orta sayına (B), sonra da hasilini məhkəmədən kənar qaydada
zərərçəkmişlərin qohumlarının iddialarının yoluna qoyulmasının orta dəyərinə
vurun (C).
A x B x C = X. Əgər modeli əlavə əyər-əskiyini düzəltmək üçün geri çağırmasaq,
problem bizə bu qədərə başa gələcək.
Əgər X əyər-əskiyin düzəldilməsinin dəyərindən artıq olursa, biz bu işləri
həyata keçiririk və bir də qəza olmur.
Əgər X əlavə işlərin dəyərindən azdırsa, biz əyər-əskikləri düzəltmirik.
Hara gedirəm gedim, yolun axırında məni yanmış və əyilmiş avtomobil
korpusu gözləyir. Mən şkafda gizlətdiyimiz hər skeleti tanıyıram. Bunu mənim
məxfi məlumatlara çıxışım hesab edin.
Gecələr mehmanxanalarda, restoranlarda şam yeməkləri. Yolda Loqandan
Montqomerə, Montqomeridən isə Uillou Ran yolunda qonşu kresloda peyda olan
birdəfəlik tanışlarla tanış olursan.
— Mən reklam şöbəsinin koordinatoru işləyirəm, — bunu cəmi bircə dəfə
gördüyüm tanışlarıma deyirəm, — ancaq qabyuyan olmağı arzulayıram.
Sən yenidən O`Xarada oyanırsan.
Birinci uğurdan sonra Tayler cinsi orqanı hara gəldi yapışdırmağa başladı. Ya
da ki, cinsi orqan yox, ancaq qanla dolu dördmərtəbəli, Böyük Kanyon
böyüklüyündə uşaqlıq borusu, şahzadə Zoluşkanı rəqsə dəvət etdiyi anda ekranda
görsənirdi. Adamlar baxırdı və heç nə görmürdü. Tamaşaçılar əvvəlki kimi içirdi və
çeynəyirdi, ancaq onların təhtəlşüurunda nə isə dəyişirdi. Bəzilərinin halı qəfil
pisləşirdi, yaxud onlar heç bir səbəb olmadan ağlamağa başlayırdı. Heç kim nə
olduğunu başa düşmürdü. Ancaq kolibri quşu Taylerin əlindən tuta bilərdi.
Sən Kennedi adına aeroportda oyanırsan.
Təyyarə yerə enən zaman, təkərin biri boğuq taqqıltı ilə zolağa toxunanda və
təyyarə bir tərəfə əyilərək tərəddüd vəziyyətində asılı qalıb çevriləcəyini, yaxud
yoluna davam edəcəyini bilməyən anda mən şirə kimi yayılıram. Bu anda hər şey
mənasını itirir. Başını qaldırıb ulduzlara baxmağın yetər — və sən batdın. Başqa
heç nəyin mənası yoxdur. Nə yükün salamat qalması, nə ağızdan gələn iy.
Pəncərələrdə qaranlıqdı və arxada turbinlər dağılır. Salon təhlükəli bucaq altında
əyilir və sən daha heç vaxt ezamiyyət vərəqini doldurmalı olmayacaqsan. İyirmi

beş dollardan artıq xərclər üçün qəbz təqdim etmək lazımdır. Sənə daha heç vaxt
bərbər lazım olmayacaq.
Yenə də boğuq taqqıltı — ikinci təkər örtüyə toxunur. Yüzlərlə bağlanmış
kəmərlərin kilidlərinin açılmasının qırıq-qırıq səsi gəlir və indicə yanında az qala
öldüyün növbəti yolüstü tanışın deyir:
— Güman edirəm sizdə hər şey rahat keçəcək.
Mən də güman edirəm.
Daha bir an arxada qaldı. Həyat öz axarı ilə gedir.
Bir dəfə tamamilə təsadüfən mən Tayler Derdenlə tanış oldum.
Məzuniyyətlər vaxtı gəldi.
Sən Los-Ancelesin beynəlxalq oyanırsan.
Yenidən.
Taylerlə mən Nudist çimərliyində tanış olmuşdum. Yayın axırı idi, isti məni
əldən salmışdı və mən mürgüləyirdim. Taylerin çılpaq bədəni tər və qumla
örtülmüşdü, yapışan uzun saçları sifətini gizlədirdi.
aeroportunda Tayler biz tanış olandan xeyli əvvəl qonşuluqda gəzib dolaşırdı.
Tayler axın zonasında sahilə atılmış ağac parçasını tutub onu çimərliyə
çıxarırdı. Daha sonra o, şalbanları yaş quma elə basdırırdı ki, onlar adam boyda
sütunlara çevrilirdi. Mən oyananda Tayler artıq beş şalbanı basdırmışdı və altıncını
sürüyürdü. O, qumda dərin quyu qazmışdı, sonra şalbanı bir tərəf üstə ora salladı
və o, təxminən, şaquli vəziyyətdə durdu.
Sən çimərlikdə oyanırsan.
Çimərlikdə bizdən başqa heç kim yox idi.
Tayler çubuq götürüb qumun üstündə şalbandan bir neçə fut aralıda düz xətt
çəkdi. Daha sonra o, şalbanın yanına qayıdıb ayaqları ilə onun ətrafındakı qumu
döyəcləməyə başladı.
Məndən başqa bunu heç kim görmürdü.
Tayler məni səslədi:
— Ey, bilmirsən saat neçədir?
Mən dedim:
— Baxır harda...
— Burda, — dəqiqləşdirdi Tayler. — Burda və indi.
Saat on altı sıfır altı dəqiqə.
Bir azdan Tayler şalbanların saldığı kölgədə bardaş qurub oturdu. Bir neçə
dəqiqə oturandan sonra qalxdı, suya baş vurdu, sonra mayka və şortlarını geyinib
getməyə hazırlaşdı.
Ondan soruşmaya bilməzdim.
Mən yatdığım müddətdə onun nə quraşdırdığını bilmək istəyirdim.
Əgər mən yuxuladığım yerdə deyil, başqa yerdə və başqa zaman kəsiyində
oyana bilirəmsə, nəyə görə bir dəfə də başqa adam kimi oyanmayım?
Taylerdən rəssam olub-olmadığını soruşdum.

Tayler çiynini çəkdi və mənə izah etdi ki, o, qəsdən bünövrəsinə doğru
genişlənən beş şalban seçib. Sonra qumun üstündə nə üçün xətt çəkdiyini və bu
xəttin köməyilə hər beş şalban vasitəsilə kölgənin yerini necə müəyyən etdiyini
başa saldı.
Bəzən sən anlaşılmaz yerdə oyanırsan və onda suallar verməli olursan.
Nəhəng əl kölgəsi — Taylerin yaratdğı budur. Ancaq indi böyük barmaqdan
başqa bütün barmaqlar Nosferatunun barmaqları kimi qeyri-mütənasib olaraq
uzun idi, böyük barmaq isə əksinə, çox qısa idi. Ancaq Tayler başa saldı ki, beşin
yarısında əlin kölgəsi ideal görünürdü. Nəhəng əlin kölgəsi vur-tut bir neçə dəqiqə
mükəmməl idi və məhz bu dəqiqədə Tayler yaratdığı bu mükəmməliyin kölgəsində
otururdu.
Sən oyanırsan və hər yerdə peyda olursan.
Tayler başa saldı ki, bir dəqiqə kifayət qədərdir. Mükəmməlliyə nail olmaq
üçün tər tökməli olursan, ancaq bir dəqiqəlik mükəmməllik bütün səylərini
doğruldur. Mükəmməllikdən uzun müddət davam etməyi də tələb etmək olmaz.
Sən oyanırsan və bundan məmnun olursan.
Onun adı Tayler Derden idi və o kinomexanik, bir də ki, dəbdəbəli
restoranlardakı ziyafətlərdə ofisiant işləyirdi. O, telefon nömrəsini mənə verdi.
Bax beləcə, biz tanış olduq.
4
Bu gün beyin parazitlərində anşlaqdır. «Özünə qalib gəl!»də iştirak edənlərin sayı
həmişə yüksək olur. Bu — Piter, bu Aldo, bu da — Marsi.
Salam!
Bizi bir-birimizə təqdim edirlər. Tanış olun, bu — Marla Zingerdir, o, bizdə
təzədir.
Salam, Marla!
«Özünə qalib gəl!»də biz, adətən, Xəbərlərin Mübadiləsindən başlayırıq.
Parazitlər barədə bir kəlmə də kəsmirik. Bizim qrupun parazitlərə bir dəxli var ki?
Qətiyyən belə deyil, hamı getdikcə yaxşılaşır. A, bu yeni müalicə metodikasıdır!
Hamının vəziyyəti indicə yaxşılaşmağa doğru getdi. Ancaq hər şeydə beş günlük
aramsız baş ağrısının naməlum dadı duyulur. Qadınlardan biri səbəbsiz göz yaşları
axıtmağa başlayır. Hamının sinəsində adı yazılan lövhəcik sallanır. Biz artıq bir ildir

hər çərşənbə axşamları görüşürük, bununla belə bir çoxları əlini sıxmağa
yaxınlaşanda adını bilmək üçün yaxandakı lövhəciyə baxır.
Bağışlayın, məgər biz artıq görüşmüşük?
Heç kim parazit sözündən istifadə etmir, hamı törədici deyir.
Heç kim müalicə sözünü istifadə etmir, hamı prosedur deyir.
Ona görə də Xəbərlər Mübadiləsi zamanı kimsə xəbər verir ki, törədici mikrob
qəfil onun onurğa beyninə nüfuz edib və ona görə də onun qəfildən əli tutulub. O
biri deyir ki, törədici onda kəllədaxili mayenin itkisinə səbəb olub və indi beyin
kəlləsinin divarlarına toxunur, buna görə də onda qıc olmalar baş verir.
Mənim qatıldığım sonuncu iclas zamanı Kloi bizə şad xəbər verdi. Kreslonun
qoltuqluğuna söykənib güclə ayağa qalxaraq bizə daha ölümdən qorxmadığını
bildirdi. Bu gün tanışlıq və Xəbərlərin Mübadiləsindən sonra əvvəllər heç vaxt
görmədiyim Qlenda adlı (lövhəciyə inansaq) bir qız dedi ki, o — Kloinin bacısıdır və
Kloi ötən çərşənbə axşamı səhər saat ikidə ölüb.
Əlaa...! İki il idi ki, Kloi mənim qucağımda ağlayırdı, indi budur, o ölüb və
torpaqda, yaxud urnada, yaxud məqbərədə, ya da nədir o — kolumbaridə yatır. Bu
bir daha sübut edir ki, günlərin bir günü sən də soxulcanlar üçün yem və bitkilər
üçün kübrə olacaqsan. Ölüm sehrli möcüzədir və əgər bu alçaq olmasaydı, mən
ona etiraz etməzdim.
Marla.
Onun gözləri yenə mənə zillənib, sanki məndən başqa parazitlərin yanında
baxmalı heç kim yoxdur.
Yalançı.
Fitnəkar .
Marla — fitnəkar. Sən də fitnəkarsan. Ətrafda hamı qəfil yerə yıxılanda,
xırıldayanda, ağızdan köpük axanda və şalvarını batıranda riyakarlıq edir.
Bu gün axşam istiqamətlənmiş meditasiya gözlənilmədən mənə təsir etmədi.
Sarayın bütün yeddi qapısı — yaşıl, narıncı qapının arxasında — Marla dayanıb.
Mavi qapının da arxasında Marla dayanıb. Yalançı. Mən mağaraya daxil olanda
mənim iradəmin simvolu olan heyvan da Marla olur. Marla siqaretə qullab vurub
ətrafa baxır. Qara saçlar və fransız yastıqları kimi koppuş dodaqlar. Fitnəkar.
Dodaqları dəri italyan divanı kimi zərifdir. Beləsindən qaçmaq olmaz.
Kloi isə həqiqi idi.
O, böyük əyləncə gecəsində gülümsəməyə və qonaqlara qulluq etməyə
məcbur edilən Coni Mitçelin skeletinə oxşayırdı. Mən tez-tez özüm üçün Kloinin
kiçik həşərat boyda olan və səhər saat ikidə qalereya və onun özünün içalatında
qaçan balaca multiplikasiyalı skeletini təsvir edirəm, bu vaxtı hardasa uzaqda
sirena vıyıldayır və kiminsə səsi elan edir: «On, doqquz, səkkiz saniyədən sonra
ölümə hazırlaşın». «Ölüm yeddi, altı... saniyədən sonra baş verəcək».

Qaranlıq gecədə Kloi yırtılan venaların və qaynar limfa fışqıran partlamış
boruların labirintində qaçır. Sinirlər toxumaların üstünə məftil dəstəsi kimi çıxır.
Abseslər qaynar ağ muncuq dənələri kimi çıxır.
Yuxarıdan səs elan edir: «Bağırsağın on, doqquz, səkkiz, yeddi... saniyədən
sonra boşaldılmasına hazır olun».
«Ruhun on, doqquz, səkkiz... saniyədən sonra təxliyə olunmasına hazırlaşın».
Kloi sıradan çıxmış böyrəklərdən axan mayenin içində yeriyir.
«Ölüm beş... saniyədən sonra baş verəcək»
«Beş, dörd...»
«Dörd...»
Hər yerdə parazitlərin həyat fəaliyyətinin ürəyin səthində aerozol boya ilə
çəkilmiş qraffititiyə oxşayan izləri görünür.
«Dörd, üç...»
«Üç, iki...»
Kloi iki əli və iki ayağı üstə boğazının kələ-kötür səthinə dırmaşır.
«Ölüm üç, iki... saniyədən sonra baş verəcək».
Ay işığı açıq ağıza axır.
«Axır nəfəsə hazırlaşın — sıfır!»
Ruh təxliyə olur.
Sıfır!
Bədəndən ayrılma.
Sıfır!
Ölüm baş verdi.
Bu necə də gözəl idi: özü çoxdandır yaş torpaqda yatdığı vaxt qucağında
Kloinin isti titrəməsini sıxmaq və sıxmaq!
Ancaq bunun əvəzində Marla mənə baxır.
İstiqamətlənmiş meditasiya zamanı mən içimdəki uşağı qəbul etmək üçün
qucağımı açıram, ancaq uşaq əvəzinə mənim qucağıma parovoz kimi tüstüləyən
Marla cumur. Ağ şəfa verən işıq kürəsi görunmür. Yalançı. Çakralar bağlı qalır. Hər
bir çakranı açılan gül kimi təsəvvür edin, ortasında yavaşıdılmış çəkilişdə olduğu
kimi ağ işığın şuaları alışır.
Yalançı.
Mənim çakralarım açılmaq istəmir.
İstiqamətlənmiş meditasiya başa çatandan sonra hamı ayaq üstə qalxır,
gərnəşir, çırpınır və terapevtik bədən təmasına hazırlaşır. Qucaqlaşmaq vaxtı
çatanda mən Marlaya tərəf üç addım atıram, qollarımı açıram və sonra nə
edəcəyimlə bağlı kömək axtararaq ətrafa baxıram.
Kömək: sənə tərəf gələni qucaqla.
Mənim əllərim Marlanın kürəyində birləşir.
Bu gün sənə lazım olanı seç. Marlanın siqaret sıxan əlləri ombama möhkəm
sıxılıb.

Özünü necə hiss etdiyini ona danış.
Marlada yumurtacıq xərçəngi yoxdur. Onda heç vərəm də yoxdur. O, heç
ölməyə də hazırlaşmır.
Y axşı, sözlərimi geri götürürəm, yüksək fəlsəfi nöqteyi-nəzərdən biz hamımız
yavaş-yavaş ölürük, ancaq Marla qətiyyən Kloinin öldüyü kimi ölmür.
Daha bir kömək: ən gizli saxladığınla bölüş.
Allo, Marla, sən alma sevirsən?
Ən gizli saxladığınla.
Marla, sürüşərdin burdan. Rədd ol! Rədd ol!
Sürüş burdan və səni görmədiyim yerdə ağla.
Marla düz sifətimə baxır. Onun qonur gözləri var. Qulağındakı sırğalıq deşilib,
ancaq o sırğa taxmır. Çatlaq-çatlaq olan dodaqlarında qabıq verən dodaqların
qabığı qırov kimi qalıb.
Sürüş burdan və ağla.
— Sən də elə bil heç ölmürsən, — deyir Marla.
Ətrafımızda qucaqlaşan cütlüklər hönkürür.
— Mənə düzünü danış, — təkrarlayır Marla, — mən də sənə danışacam.
İzah edirəm ki, biz həftəni bərabər bölə bilərik. Marla özünə sümük
xəstəlikləri, beyin xəstəlikləri və vərəmi götürür. Mən özüm üçün xaya xərçəngi,
qan parazitləri və xroniki ağıl kəmliyini saxlayıram.
Marla soruşur:
— Bəs bağırsaq xərçəngi necə?
Hə, bu qız öz dərsini yaxşı əzbərləyib.
Bağırsaq xərçəngini yarıya bölürük. Hər ayın birinci və üçüncü bazar günləri
ona düşür.
— Yox, — Marla sözümü kəsdi.
O, bağırsaq xərçəngini bütöv istəyir. Parazitləri də, digər xərçəngləri də. Marla
gözünü qıyır. O, özünü belə əla hiss edə biləcəyini heç arzulamayıb da. O, ilk
dəfədir özünü sağ hiss edir. Onun sızanaqları keçib. Bütün ömrü boyu o bir dəfə də
olsa, ölü görməyib. O, həyatın nə olduğunu anlamırdı, çünki onu müqayisə etmək
üçün heç nə yox idi. Ancaq indi o ölümün və ölməyin nə olduğunu, əsl dərd və
həqiqi itkinin nə olduğunu bilir. Ağlama və titrəmə, ölüm dəhşəti və vicdan əzabı
nədir. İndi Marla bizim hamımızla nə olacağını biləndə, öz həyatının hər anından
zövq ala bilər.
Yox, o mənə bir qrup da verməyəcək.
— Mən heç bir halda əvvəl yaşadığım kimi yaşamağa razılaşmayacam, — deyir
Marla. — Əvvəl, yaşamaq və ancaq hələ də nəfəs aldığımdan zövq almaq üçün
mən dəfn xidmətləri bürosunda işləyirdim. Düzdür, mənim ixtisasım tamam
başqadır, ancaq nə olsun ki?
— Onda burdan öz dəfn bürona sürüş, — deyə təklif edirəm.

— Dəfn — dəstə qrupları ilə müqayisədə heç nədir, — Marla etiraz
edir. — Dəfn — mücərrəd mərasimdir. Onlarda ölümün həqiqi duyğusu yoxdur.
Burda isə o var.
Ətrafımızdakı cütlüklər gözlərinin yaşını silir, burunlarını silirlər, əllərini bir-
birinin kürəyinə çırpıb ayrılırlar.
— Biz dəstək qrupuna birlikdə gedə bilmərik, — deyirəm mən.
— Onda getmə.
Bu mənə lazımdır.
— Onda dəfnlərə get.
Biz artıq dairə vurmuşuq və yekun ibadətə hazırlaşaraq əl-ələ tuturuq. Mən
Marlanı buraxıram.
— Sən nə vaxtdan bura gəlirsən?
— İki ildir.
Kimsə mənim əlimdən tutur. Kimsə Marlanın əlindən tutur.
İbadət başlayan kimi məndə, adətən olduğu kimi, nəfəsim tutulur. Bizə xeyir-
dua ver! Bizə qəzəb və qorxumuzda xeyir-dua ver!
— İki il? — Marla başını yana əyib pıçıldayır.
— Bizə xeyir-dua ver və qoru.
Kimlər mənim bu qrupda artıq iki il olduğumu bilə bilərsə, onlar ya ölüb, ya
sağalıb, ya da daha bura gəlmir.
Bizə kömək et, bizə kömək et.
— Onda belə, — deyir Marla, — onda mən xaya xərçəngini sənə verirəm.
Böyük Bob, yekə piy parçası, məni göz yaşları ilə isladır.
— Çox sağ ol, Marla. Bizi aqibətimizə yönəlt və bizə rahatlıq ver.
— Lütfən.
— Bax beləcə, mən Marla ilə tanış oldum.
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin