Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika şöbəsi



Yüklə 165,79 Kb.
səhifə1/10
tarix02.01.2022
ölçüsü165,79 Kb.
#1044
  1   2   3   4   5   6   7   8   9   10


Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika şöbəsi



Mənəvi sərvətimiz-Abbas Səhhət
( Şair, dramaturq Abbas Səhhətin anadan olmasıının

140 illiyi ilə əlaqədar - 1874-1918 )

GƏNCƏ - 2014


I bölmə: Həyat və yaradıcılığı .


Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,

Sonra vermiş vətənim nəşvü nüma.

Vətənim verdi mənə nanu-nəmək,

Vətəni məncə unutmaq nə demək?!

Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə may ayının 24-da Şamaxıda müəllim ailəsində anadan olmuşdur.

Azərbaycan şairi ilk təhsilini Şamaxıda almışdır. 1900-cü

Ildə Tehran Universtitetinin Tibb fakultəsini bitirmişdir. Təhsilini bitirdikdən sonra vətənə qayıdan A.Səhhət həkimliklə yanaşı şeir yazmaqla da məşğul olmuşdur. Onun məqalələri və ilk şerləri 1903-cü ildən “Şərqi-Rus” qəzetində çap olunmuşdur. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha

sonra ”Poetik nitq”,”Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görmüşdür. A.Səhhət o dövrdə Bakıda nəşr olu-nan bütün jurnal və qəzetlərdə çıxış etmişdir.

1912-ci ildə şairin öz şeirlərindən ibarət “Sınıq saz” və “Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb günəşi” adlı toplusu işıq üzü görür.

Şair gənc yaşlarında lirik şeirlər yazmış, romantizmə meyl etmişdir. İctimai-siyasi görüşləri püxtələşdikcə şairin yaradıcılığında realist meyllər artmış, zamanın tələbinə uyğun, habelə uşaqlar üçün də şeirlər yazmışdır. Təbiəti son dərəcə gözəl təsvir etməklə, onu əkinçi məişəti ilə əlaqələndirərək mərdliyi, əməyi, zəhməti vəzf etmişdir. Abbas Səhhət 1916-cı ildə yazdığı “Şair, şeir pərisi və şəhərli” poemasında şairlər qarşısında... “Əgər sən şairsənsə qalx ayağa, xalqın içində axtar, ara, onların qəlbinin içindən qopar, ətrafın ilə ildırımlar saçacaq fırtınalar icad et” deyirdi.

Abbas Səhhət uşaqlar üçün yazılmış “Yay”, “Ata və oğul”,“Quşlar” və onlarla başqa şeir, mahnı, təmsillərin müəllifidir. O, tərcüməçi kimi də fəaliyyət göstərmişdir. A.S.Puşkinin, M.Y.Lermontovun, İ.A.Krılovun, V.Hüqonun, V.Götenin və bir sıra başqa xarici şair və yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.

Həkimlik A.Səhhətin həyatında xüsusi yer tuturdu.

Xalqına mənən xidmət etmək yolunda fədakarlıq göstərən bir şair, ona cismani cəhətdən də yardım etməkdən imtina edə bilməzdi. Çox çəkmir ki, A. Səhhət həkim “Abbasqulu” adı ilə məhşurlaşır, öz qayğıkeşliyi, təmənnasız səmərəli müalicələri, mehribanlığı ilə həmyerlilərinin sevimlisinə çevrilir. Şairin “Səhhət” təxəllüsünü seçməsi də təsadüfi deyildir. O, şerlərində “Səhhət”kəlməsini bəzən həm təxəllüs həm də şəfa, sağlamlıq mənasında işlətmişdir.

A.Səhhət yaradıcılığının məhsulu içərisində “Əhmədin qeyrəti” poeması, “Neft fontanı” pyesi kimi əsərləri də vardır. XX əsr Azərbaycan ədəbiyyatında “Əhmədin qeyrəti” poeması fəhlə mövzusunda yaranan ən gözəl nümunələrdən biridir. Bu poemada Bakı fəhləsinin sinfi dövrün çox aktual məsələsi qələ-mə alınmışdır. Əsərdə göstərilir ki, Bakının “Çorni qorod” adını daşıyan rayonundakı zavodda işləyən Əhməd, bu əliqabarlı fəhlə “vətəni müdafiə üçün” İran Azərbaycanına gedərək “əlində al bayraq” azadlıq mübarizəsində bir fədai kimi iştirak edir. Belə bir mövzuya müraciət A.Səhhətin müsbət qəhrəman axtarışlarında içəriyə doğru bir addım idi.

Azadlıq mövzusu A.Səhhətin romantik poeziyasında maarif mövzusunun ayrılmaz bir hissəsi kimi tərənnüm olmuşdu. Bu poeziyanın ətinə-qanına hopmuş, bütün ruhuna nüfuz etmiş, onun ideya-estetik mahiyyətini təşkil edən bir mövzu idi. “Hüriyyət” pərisinin 1905-ci ildəki müvəqqəti cilvəsini tərənnüm edərkən şair azadlığı, bəşəriyyətin ən böyük mənəvi tələblərindən biri , cəmiyyətin insan mənəviyyatının ən yüksək nemətlərindən biri kimi qiymətləndirir:



Yüklə 165,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin