XAÇMAZ RAYON MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ
(Metodika – biblioqrafiya şöbəsi)
“Xocalı soyqırımı bəşəriyyətə, insanlığa qarşı
törədilmiş ən qəddar cinayətdir”
(Xaçmaz rayon MKS-in kitabxana filiallarında Xocalı soyqırımının 23-cü ildönümü münasibəti ilə görüləcək tədbirlər üzrə metodiki tövsiyyələr )
Xaçmaz – 2015
"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.
Xocalı şəhidləri Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda şəhid olmuş vətəndaşlarımızdır. Bu müharibədə bir çox şəhidlər vermişik. Biz onların ruhu qarşısında baş əyirik. Allah Azərbaycanın müstəqilliyin, ərazi bütövlüyü uğrunda, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların hamısına allah rəhmət eləsi.
Beynəlxalq aləmdə tanınması
Xocalı soyqırımının tanınması- Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.
-
Azərbaycan
-
Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.
-
Pakistan 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib.
-
Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.
-
İslam Əməkdaşlıq Təşkilatı 2012
-
Çexiya 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.
-
Bosniya və Herseqovina 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır.
-
Peru 2013
-
Honduras 2014
Faciəni qətliam kimi tanıyan ABŞ ştatları -
2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir.
-
2011-ci ildə isə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2011-ci ildə isə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü ilin 25 fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.
-
2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü Aprel 3 tarixində West Virginia ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü Aprel 3 tarixində Connecticut ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2013-cü ilin Avqust 21 tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
-
2014-cü ilin Mart 4 tarixində Indiana ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
Azərbaycan xalqının milli matəm günü – Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kitabxanalarda bir sıra tədbirlər: foto stend, kitab sərgisi, dəyirmi masa, mütaliə həftəsi, sənədli filmlərin nümayişi , ədəbi-bədii kompozisiya, anım günləri keçirilməlidir.
Xocalı faciəsində həlak olanlar Azərbaycanın doğma övladlarıdın. Onlar respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban verdilər.
Xocalıların min əzab və işgəncələrlə həlak olması Azərbaycan xalqının qəhrəmanlığının, şücaətinin, dönməzliyinin nümayiş etdirən şəkillərdən ibarət fotostend hazırlanmalıdır.
Fotostend: “ Xalqımızın qan yaddaşıdır Xocalı faciəsi”.
Kitabxana filiallarda“Xocalı – insanlığa qarşı bəşəri cinayət” adı altında "dəyirmi masa" təşkil olunmalıdır. Tədbirdə kitabxananın kollektivi ilə yanaşı, rayon ziyalıları, şair və tarix müəllimləri iştirak etməlidir. Tədbirin əvvəlində 26 fevral 1992-ci il tarixində erməni vəhşiliyinin qurbanı olan günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. "Dəyirmi masa"nı giriş sözü ilə açan tədbir iştirakçısı bu qanlı hadisənin tarixinə nəzər salaraq, erməni vəhşiliyini bir daha xatırladıb, bu faciənin dünyada tanıdılmasının önəmindən danışır.“Bu gün, bizim tariximizin qanla yazılmış bir səhifəsidir. Təbii ki, gələcək nəsillər bu hadisəni unutmamalıdır. Bunun üçün də biz ziyalıların üzərinə çox böyük vəzifələr düşür ki, insanlıq əleyhinə olan bu ən dəhşətli vandalizm aktını böyüməkdə olan nəsillərə mənbələrin əsasında çatdıra bilək ki, öz milli tarixindən xəbəri ola bilsin”.
Müzakirələr zamanı qeyd edilir ki, həm Azərbaycan, həm erməni, həm də xarici yazılı mənbələrində 26 fevralda baş verən hadisələr erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri gözlər önünə gəlsə də, dünyada bir çox ölkələrin bu qətliamı faciə kimi qəbul etməməsi təəssüf hissi doğurur.
Kitabxana filiallar “Milli xəyanət və ya əsrin ən böyük faciəsi”, “Xalqımızın qan yaddaşıdır Xocalı faciəsi”, “Torpaq uğrunda ölən varsa vətəndir”, “Vətən yolunda ölmək - əbədi yaşamaqdır” mövzularda anım günü keçirilməlidir.
Mərkəzi kitabxana, uşaq və kənd kitabxana filiallarında Xocalı soyqırımının 23-ci ildönümünə həsr olunmuş tədbir “Xocalı – qisas çağırışı, fəryad səsidir” adlı ədəbi-bədii kompozisiya keçirilməlidir.
Tədbir Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanır. Tədbiri giriş sözü ilə açan aparıcı Xocalı faciəsi haqqında ətraflı məlumat verməli, Azərbaycanın tarixində ən qanlı hadisələrdən biri olan bu bəşəri cinayətin ağır nəticələrindən danışmalı, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırır. “Tarixin amansız qətliamı” adlı sərgidə bu faciədən bəhs edən kitablar, CD-lər, dövri mətbuat materialları ilə tədbir nümayiş etdirilir. Çıxışlardan sonra oxucuların iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya təqdim olunur. Tədbirin sonunda iştitakçılar “Xocalı cinayəti uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə də tanış olurlar. “Tarixin amansız qətliamı” adlı sərgi və sərgi haqqında xülasə tədbir iştirakçılarının diqqətinə çatdırmalıdır. Kitabxananın fəal oxucuları faciə qurbanlarının xatirəsinə həsr edilmiş şeirlər söyləyirlər.
Xocalı faciəsi
O fevral gecəsi şaxtalı bir gün,
Əsası qoyuldu ən böyük zülmün.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır bu matəm günü.
Dünyada heç belə qırğın olarmış?!
İnsan da insanı parçalayarmış?!
Düşmən bu cür açdı öz iç üzünü,
Tanıtdı dünyaya onlar özünü.
Cavana,qocaya,hətta körpəyə,
Aman vermədilər heç bir ürəyə.
Onların bayrağı o gün düzəlmiş,
Süngüyə keçilmiş körpələr imiş!
Həm anaq,anlayaq,unutmayaq biz,
Dünyada yaransın qara himnimiz.
Xocalı qırğını,Xocalı hüznü,
Vətən ağrısıdır,bu matəm günü!
Elşən Məmmədov.
Xocalı şeiri
İnsanlara qıymadan,
Güllə atəşinə tutdular.
Yaşlı, uşaq baxmadan,
Yanar oda atdılar.
Neçə şəhidlər verdik,
Neçə ana itirdik,
Neçə illər gözlədik,
Xocalı, ay Xocalı !
Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı,
Xocalı, ay Xocalı !
Gün gələr, dərdimiz sona yetər,
Hər kəs öz yurduna dönər,
Şəhidlərin ruhu sevinər,
Xocalı, ay Xocalı !
Sənin uğrunda döyüşməyə hazırıq,
Vətən torpağını qaytarmağa hazırıq,
Düşmənə hər cür əzab verməyə hazırıq,
Xocalı, ay Xocalı !
Şəhidlərin qanı yerdə qalmayacaq,
Anaların haqqı düşməndən sorulacaq,
İgid oğullar səni düşməndən qurtaracaq,
Xocalı, ay Xocalı !
Namazova İlhamə.
Kitab sərgisi
1. Başlıq: “Tarixin amansız qətliamı”
2.
3. Sitatlar:
-
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyriinsani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Heydər Əliyev
-
Xocalı soyqırımını ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullarından istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır.
Heydər Əliyev
-
Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir.Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu milli azadlıq yolu canlı, uğurlu yoldur.
Heydər Əliyev.
-
Ermənistanın Azərbaycana təcavüzü bü tün bəşəriyyətə qarşı cinayətdir.
Otto Hausen, Almaniyanın sabiq dövlət katibi
-
Biz dünyaya nümayiş etdirməliyik ki, Qarabağ və ətraf ərazilərdə bütün baş verənlər çox dəhşətli bir fəlakətdir və bu fəlakət aradan qaldırılmayıb.
Erix Fayql, professor, Vyana
-
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyir, şəriylə,
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər.
Vahabzadə Bəxtiyar.
Torpağa qan töküldü
Bu şəhid balaların
Ölən çağı deyildi.
Mədinə Gülgün.
Sərgidə istifadə olunan ədəbiyyat .
4. Vahabzadə B.Şəhidlər (Poema) “Elm”, 1990.-48səh.
5. Xəlil Rza Ulutürk. Ayla günəş arasında. –B.: “Yazıçı”, 1992. -560səh.
6. Mustafayev A. Dəli bir ağlamaq keçir könlümdən. –B.: “Nicat”,1992.-152səh.
7. SultanovZ. Xocalı faciəsi. -B.: “İşıq”,1993. -104şək.54səh.
8. Əliyev H. Müstəqilliyimiz əbədidir. –B.: “Azərnəşr”, 1997. -428səh.
9. Əliyev H. Müstəqillik yollarında. –B.; “Azərbaycan”, 1997. -514səh.
10. Müslümqızı S. “Qar üstünə qan yağırdı” –B.: “Azərnəşr, 1993. -124səh.
11. Xudiyev İ. Qarabağ münaqişəsi – faktlar və həqiqətlər. –B.: “Ünsiyyət”, 2007. -100səh.
12. Xudiyev İ. Erməni təcavüzünün Qarabağ ünvanı. –B.: “MSA”, 2013. -160səh.
13. Vəlizadəİ., Cəfərli Ə. Xocalı faciəsi. Erməni soyqırımı: mif və gerçəklik. –B.: “Adiloğl”, 2012. -368səh.
Metodiki tövsiyyənin hazırlanmasında stifadə olunmuş
ədəbiyyat siyahısı.
1. Kollektiv. Qarabağnamələr. -B.: “Yazıçı”, 1989. -192səh.
2. Vahabzadə B.Şəhidlər (Poema) “Elm”, 1990.-48səh.
3. Xəlil Rza Ulutürk. Ayla günəş arasında. –B.: “Yazıçı”, 1992. -560səh.
4. Mustafayev A. Dəli bir ağlamaq keçir könlümdən. –B.: “Nicat”,1992.-152səh.
5. SultanovZ. Xocalı faciəsi. -B.: “İşıq”,1993. -104şək.54səh.
6. Əliyev H. Müstəqilliyimiz əbədidir. –B.: “Azərnəşr”, 1997. -428səh.
7. Əliyev H. Müstəqillik yollarında. –B.; “Azərbaycan”, 1997. -514səh.
8. Müslümqızı S. “Qar üstünə qan yağırdı” –B.: “Azərnəşr, 1993. -124səh.
9. Xudiyev İ. Qarabağ münaqişəsi – faktlar və həqiqətlər. –B.: “Ünsiyyət”, 2007. -100səh.
10. Xudiyev İ. Erməni təcavüzünün Qarabağ ünvanı. –B.: “MSA”, 2013. -160səh.
11. Vəlizadəİ., Cəfərli Ə. Xocalı faciəsi. Erməni soyqırımı: mif və gerçəklik. –B.: “Adiloğl”, 2012. -368səh.
12. Şirinov T. “Qarabağda qan izləri. –B.: “Nərgiz”,2007. -252səh.
13. Hüseynov Y. Qarabağnamələr. Azərbaycan tarixini öyrənmək üçün məndə. –B.: “Elm”, 2007. 216səh.
14. Sevindik Mehman. İşğal. I kitab, -B.: “Qələm”, -270səh.
15. Zəlimxan Yaqub. Mən öz dastanımı yazıb gəlmişəm. –B.: “Elm və Təhsil”, 2009. -290səh.
16. Eyvazov Əli. Bir batalyonun tarixi. –B.: “Nurlan”, 2010. -240səh. şək.
17.Qəhrəmanov Nazim. I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili. –B.: “E.L.”Nəşriyyat Poliqrafiya Şirkəti MMC, 2008. -296səh.
18. Əbülfət İslam. Ürəyimlə oynama. –B.: “Kooperasiya”, 2011. -312səh.
19.İsgəndərzadə E. Bir ümid xarıbülbül. –B.: “Vektor”, 2008. -280səh.
20.Vətənə nəğmə çələngi. –B.: “QOLİAP”, 2011. -496səh.
21.Avşar E. Kim kimdir. –B.: “Araz”, 2013. -256səh.
22. Məcnun G. Göyçənamə. Şerlər və poemalar. –B.: “Nurlan”, 2007. -596səh.
23. Xaçmaz zəfər gözləyir. –B.: “Azərbaycan”, 1995. -256səh.
Redaktoru: P.Həsənova.
Tərtib edəni: E.Əşrəfova.
Dostları ilə paylaş: |