logo
AZE
RUS
Ana səhifə
Xəbərlər
Bölgə
Siyasət
Cəmiyyət
Hüquq
Araşdırma
Monitorinq Analiz
Sosial
Ədəbiyyat
Foto
Video
Layihələr
Əlaqə
RSS
Analiz
Share on vkShare on facebookShare on mymailruMore Sharing Services
YAMANLIĞA YAXŞILIQ (“İncil”-“Quran” aydınlığında)
2012-01-21 - 14:05:00
Nəriman QASIMOĞLU
Müqəddəs Müjdədə oxuyuruq: “Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizə lənət
oxuyanlara xeyir-dua verin və sizə əziyyət verənlər üçün dua edin. Bir yanağına vurana o birini də çevir
və üst paltarını aparandan köynəyini də əsirgəmə. Səndən bir şey diləyən hər kəsə ver və sənin malını
aparandan geri istəmə. İnsanların sizinlə necə rəftar etməyini istəyirsinizsə, siz də onlarla eləcə rəftar
edin... (Luka, 6:27-31).
Bu deyilənlərdə xristian əxlaqının zaman-zaman daha çox təbliğ edilən keyfiyyətləri sıralanır. Belə görünə
bilər ki, sadalanan xeyirxahlıqların məzmununda şərə müqavimət prinsipinin üstündən ümumiyyətlə xətt
çəkilir. Kitabın “Mattaya görə” variantında da oxuyuruq: “Pisliyə müqavimət göstərmə” (5:39).
Bütün bu alicənablıqlar siyahısını aid olduğu kontekstdən kənar və mütləq mənada tutduğumuzda
deyilənlər həyatilikdən məhrum, gəlişigözəl sözlər təsiri bağışlayır. Təbii ki, şərə müqavimətsizlik xeyrin
qələbəsinin mümkünlüyünü olduqca mücərrəd və xəyali bir şey edir ki, bu da Tanrı istəyi ola bilməz.
Tanrı istəməz ki, toplumda cəzasızlıq, özbaşınalıqlar baş alıb gedə. Müqəddəs Müjdənin çeşidli
variantlarından, eləcə də müqəddəs Oxunun ilahi zəmanətlə dəyişməz qalan (15, 9) nüsxəsindən
öyrəndiyimiz Tanrı istəyi hər şeydən öncə budur ki, yaxşılıqlar, saleh əməllər bütün müstəvilərdə – övlad-
valideyn, kişi-qadın, insan-toplum münasibətlərində aparıcı dəyərlərə çevrilsin.
Günahlardan keçən, bağışlayan, tövbələri qəbul edən Tanrı bu gözəllikləri bəndələrinə aşıladığında Onun
siyasətində belə bir maraqlı “taktika” da müşahidə olunur. Tövbə ilə sonuclanmayan yamanlığı bəzən
yaxşılıqla cavablamaq təlqin edilir imanlı şəxslərə. Çünki bu cür davranış yaxşılıqlar seriyasına yeri
gələndə əlavə bir yaxşılıq olayı da gətirə bilir. Rəbbimiz buyurur: “Yaxşılıqla yamanlıq bərabər deyil.
Yamanlığı daha gözəl nəsnə ilən dəf elə. Baxarsan ki, aranızda düşmənçilik olan kəs ipisti bir dost olub.
Təkcə səbr yiyəsinə veriləndi bu, təkcə böyük savab yiyəsinə veriləndi bu” (41, 34-35).
Ayədə açıqca bildirilir ki, yamanlığın yaxşılıqla aradan qaldırılması hər kəsə nəsib olan iş deyil. Bu, böyük
ruh yiyələri, peyğəmbər xislətli şəxsiyyətlərin qismətinə düşəndir. Nəzərdə tutduğu davranışı Rəbbimiz
hamıdan öncə belələrindən umur. Peyğəmbərə ünvanladığı müraciətləri də bu kontekstdə: “Hələ də
xəyanət görürsən onların bir çoxundan. Ancaq necə olsa da əfv et, bağışla onları. Allah sevər gözəl
davrananları” (5, 13); “Əfv eləmək yolunu tut, bağışla, yaxşı əməllər buyur, cahillərdən üz çevir” (7, 199).
Müqəddəs Müjdədən gətirdiyim ifadələrin subyektləri Kitab mətninin bütünlüyü fonunda araşdırıldıqda
görünür ki, imana gələnlərin bir qismidir, peyğəmbər İsa Məsihin şagirdləri və ona ilkin tapınmışlardır.
Bunlar küfrün meydan suladığı bir mühitdə sayca xeyli azlıq təşkil edərək təktanrılığın o zamana görə
yeni yaranan elitasına daxil şəxslər. Və bu elitaya aid qeyri-adi davranış tərzi, şərə müqavimət
göstərməməklə yaxşılıqlarda ifrata varmağın nümayişi əslində yaxşılıq dəyərlərinin zavala uğradığı,
gerçək yəhudiliklə saxta din arasında rəqabətin ikincinin xeyrinə çözüldüyü şəraitdə bir cihad-mübarizə
forması idi. Belə bir cihad-mübarizə forması xeyirlə qıcıqlandırıcı təsirindən başqa faktiki, ziyansız və ilk
baxışda iddiasız məzmun daşıdığından İsa peyğəmbərin təlimini yaymaq işində vacib rol oynayırdı.
Missionerlər könüllərində Tanrı-İsa sevgisi hər cür məhrumiyyətlərə dözməli, nəhayətsiz ölçüdə səbr
sərgiləməli və Allahın sevimli “oğullarına” (Matta, 5:45), yəni peyğəmbər xislətli bəndələrinə çevrilməli
idilər. Şübhəsiz ki, ilk mücahid missionerlərin, bu fədakar insanların, böyük ruh sahiblərinin tarixdə şərəfli
yeri var. Ancaq bu da nəzərə alınmalıdır ki, şərə müqavimət göstərməmək müddəası xristian
toplumlarında təbii olaraq kütləviləşə bilməmiş, tapınılan dəyərlər iyerarxiyasının başında dayanmış,
dindarlar kütləsindən kənarda yaranan elitar dəyərlər mətbəxinə aid olaraq qalmış.
Haşiyə çıxaraq qeyd edim ki, müqəddəs Oxunun orijinal mətnində Kitabımızın başqa adlarından biri
“Furqan”, yəni haqqı batildən “ayırd edən” Kitab. Və bu Kitabda yəhudilərə, xristianlara, eləcə də
müsəlmanlara birmənalı münasibət deyilən şey yox. Müqəddəs Oxu “Ayırd” olaraq ayrı-ayrı tarixi
dönəmlər və səviyyələrdə təktanrılığa bu tapınmışların öz içlərində də təsnifat aparır, bunları
imanlarında səmimiyyət dərəcələrinə görə dəyərləndirir.
Güman ki, yuxarıda dediyimiz həmin o “elitar” qrupları nəzərdə tutaraq Rəbbimiz deyir: “İman
gətirənlərə ən çox sevgi bəsləyən insanlar arasında “bizlər xristianlarıq” deyənləri tapacaqsan. Çünki
keşişlər və rahiblər var bunların arasında. Təkəbbürlük etməz onlar” (5, 82).
Müqəddəs Oxu xristian kilsə institutlarının basqısı altında təhrifə uğramış iman əsaslarına aid görüşləri
(məsələn, Ata-Oğul-Müqəddəs Ruh üçlüyünə tapınma), formal olaraq İsa ardıcılları siyahısında sayılan
yolsuzları, fitnəkarları yetərincə tənqidə tutursa belə, bu dinin içində qalaraq elitar yaxşılıq dəyərləri ilə,
Tanrıya gerçəkdən bağlılıq impulsları ilə yaşayanları da gözəl bir şəkildə təqdim edir, onları cənnətlə
müjdələyir.
Yamanlığa yaxşılıq hərəkətini ayrıca bir Müjdə prinsipi kimi dəyərləndirmək, zənnimcə, doğru olmazdı.
Bu müqəddəs Kitabın bizə çatan nümunələrində səmavi səltənət məfhumu ədalət ölçülərinə hər mənada
riayət edilən müqəddəs bir dərgahdır. İlkin qavrayışda səmavi səltənət yalnız axirətə aiddir elə bil. Yəni
Tanrı axirətdə təkcə yaxşı əməlləri mükafatlandıracaq deyə insan yamanlığa qarşı da yaxşılıq sərgiləməyə
şirnikləndirilir ki, əvəzində savab qazana. Və pisliklərə qarşılıq vermə səlahiyyəti Tanrıya aid bilindiyindən
bu mənada Onun işinə qarışmaq olmaz və s. və i. Bir daha deyim ki, məsələnin bu cür qavranılması elə
bilirəm səthi yanaşma, mətnlə yarımçıq tanışlıq sonucunda meydana çıxa bilər.
Müqəddəs Müjdə ifadələrində “səmavi səltənət”in ədalət meyarları dünya həyatından gətirilən
məsəllərlə izah edilir. Bu məsəllərin birində Tanrı-insan münasibətləri camaat üçün daha anlaşıqlı bir
müstəviyə – hökmdar-qul müstəvisinə köçürülür. Qulun hökmdara on min talant (gümüş pul vahidi)
borcu varmış. Ağası ilə hesablaşma zamanı ondan tələb olunur ki, arvad-uşağını, əmlakını satmaqla
borcunu qaytarsın. Ağasından səbrli olmağı diləyir, möhlət istəyir. Hökmdar bəndəsinin halına acıyır,
hətta borcundan da keçir.
Həmin bu qula bir başqasının da borcu varmış. Onu görər-görməz boğazlayır ki, borcunu qaytarsın.
Borclu yalvararaq möhlət istəyir, ancaq yalvarışı cavabsız qalır. Həmin qul bu adamı borcunu
qaytarmadığına görə zindana saldırır. Xəbər hökmdara çatır. O da qəzəblənərək öncə mərhəmətə layiq
görülə-görülə sonradan başqası ilə mərhəmətsiz davranmış qulunu işgəncələrə məruz qoyur.
Əhvalata belə bir ifadə sonluq vurur: “Hər biriniz qardaşlarınızın təqsirlərini ürəkdən bağışlamasanız,
səmavi Atanız (yəni Rəbbiniz) da sizə elə edər” (Matta, 18:24-35). Yəni Tanrının edəcəyi bir hərəkətin
bənzəri dünya həyatındaca həyata keçirilir və buna haqq qazandırılır. Dünyəvi cəza səmavi səltənət
meyarlı ədalət prinsipini rəhbər tutmaqla verilir.
Şagirdlərinə ilahi qanunları anlatmaq üçün İsa peyğəmbərin gətirdiyi həmin məsəldə güdülən məqsəd ilk
növbədə qüsurların bağışlanmasına təşviqdir. Ancaq burada həmçinin cəzasızlıq mühitinin
əngəllənməsinə, özü də pisliyə öz qədərincə qarşılıq verməklə əngəllənməsinə bir tələbatın da nəzərə
çatdırılması var.
Müqəddəs Müjdənin Matta variantında İsa peyğəmbərin həbsi ilə bağlı gedən epizodda belə bir hərəkət
oxucu diqqətindən yayınmır. Tərəfdarlarından biri qılıncını çəkir, peyğəmbəri həbs etməyə göndərilmiş
kölələrdən birinin – baş kahinin qulunun qulağını üzüb yerə salır. İsa Məsih deyir: “Qılıncını qınına qoy,
qılınc tutanlar qılıncdan həlak olacaqlar” (26:52).
Müqavimətin faydasızlığı anında İsa tərəfdarlarının silaha əl atması sadəcə emosional bir hərəkətdir.
Burada qınanan mətləb emosionallıq, yaxud situasiyaya görə ağılsız hesab edilən hərəkət deyil.
Peyğəmbər konkret situasiyadan haşiyə çıxır və səmavi səltənətin buyurduğu ədalət meyarına car çəkir.
Bu meyara görə, cəzasızlıq absurd bir şeydir. Tanrı həm bağışlayan, həm də cəza verəndir.
Və yenə deyim ki, məhz cəza məsələsində ədalət prinsipi mütləq şəkildə gözlənilir, yəni yamanlıqlar öz
həcminə, ölçüsünə, məzmununa görə qarşılıq alır – nə az, nə çox. Bunun daha aydın və həyatı
təfərrüatlarına müqəddəs Oxuda rast gəlirik: “Kim ki, sizə təcavüz eyləmişsə, təcavüz eyləyin ona eləcə,
sizə necə təcavüz eyləmişsə” (2, 194); “Pislik eləyən bir kimsənin cəzası elədiyi pisliyinin misli ilə verilər”
(42, 40).
Maraqlı cəhət burasındadır ki, yamanlıqlardan fərqli olaraq yaxşılıqlara əvəz verərkən Tanrı mütləq
ədaləti, yaxud deyək, ədalətdə mütləqliyi pozmuş kimi davranır bəndələri ilə. Verilən qarşılıqlar
yaxşılıqların həcminə görə deyil: “Allaha gözəl bir borc versəniz, qat-qat artıq qaytarar o borcunu, keçər
suçlarınızdan” (64, 17); “Yaxşılıq eləyənin haqqı on qat artıq qaytarılar özünə. Pislik eləyənsə yalnız
cəzalandırılar elədiyi pisliyinin misli ilə” (6, 160). Qat-qat artıq əvəzlə ilahi həvəsləndirmə insan
mənəviyyatını yaxşılıq dəyərlərinə alışdırmaq siyasətidir.
Tanrı siyasətində yamanlığa yaxşılıq məsələsinin də maraqlı incəlikləri var. Yuxarıda yazmışdıq ki, bu cür
davranış keyfiyyəti yalnız peyğəmbərlərə və başqa böyük ruh sahibləri şəxsiyyətlərə aid edilir. Rəbbimiz
nisbətən sıravi iman yiyələrinin üzərinə bunu əlahiddə bir davranış norması kimi yükləmir. Birincisi, o
səbəbdən ki, yamanlığa yaxşılığın əhali və ayrı-ayrı fərdlər üçün müsbət sonuclanması ilə bağlı effekt
məhz qeyd olunan şəxsiyyətlərin nümunəsində lazımi və təsirli ölçüdə əldə oluna bilir. İkincisi, Tanrı
istəmir ki, Ona inananların böyük kütləsi içərisindəkilər kənar şəxslərdən aldıqları mənəvi-maddi-fiziki
zərbələrin ədalətsizliyindən, rəzalətə düşməkdən iztirab çəksinlər. Bu məzmunda çəkilən iztirabın
psixoloji bir hal olaraq iman duyğusunu hansısa ölçüdə zədələməsi ehtimalını da nəzərə alır Rəbbimiz.
Onu da nəzərə alır ki, insan fitrətində Yaradanın Özünün kodlaşdırdığı dəyərlərdə ədalətə meyllilik
duyğusu başlıca yer tutur. İmanlı şəxslərdə daha həssas olan bu duyğu tapdanmış ədaləti bərpa etmək
tələbatını şərtləndirir. İnsanın təbii iç tələbatını Tanrı nəinki əngəlləmək istəmir, hətta ödəmək üçün belə
ayələrdə konkret təlimatlar verir. Və yamanlıqlar toplumun sıravi dediyimiz fərdləri səviyyəsində
neytrallaşdırıldıqca küfrün, imansızlığın yayılışı önündə də məhdudiyyətlər yaranır, şərə müqavimət
məsələsi çözülür.
Beləliklə, yamanlığa yaxşılığı “öncüllərə”, yamanlığa yamanlığı isə “sıravilərə” yükləməklə Tanrı
yürütdüyü mənəviyyat siyasətinin cizgilərini bizlərə gözəl bir şəkildə tanıtdırır. Bu siyasətin
dinamikasında o da var ki, “sıravilər” “sıraviliyində” qalmaya bilərlər və zatən qalmamalıdırlar. İnsanın
imanı kamilləşdikcə şəxsiyyəti dolğunlaşır və ucalmaq, yaxşılıqlardan feyz almaq, Tanrıya yaxınlaşmaq
şanslarını haqq etmiş, qazanmış olur. İman kamilliyinə aparan yollardan biri “yamanlığa yamanlıq” və
“yamanlığa yaxşılıq” arası ikinciyə doğru keçidlə də təmin edilir. Müqəddəs Oxu ayələrinin aydınlığında
bu yol belə görünür: “Cəza vermək istəsəniz bir kəsə sizə vermiş əzabı qaytarın onun özünə. Əgər səbr
göstərsəniz, bu daha yaxşı. Səbr xeyir gətirər səbr yiyələrinə” (16, 126); “Bir pisliyin cəzası bu pisliyin
misliylədir, bağışlayan, barışan kimsənin əcrinisə Allah verər. Zalımları sevməz O” (42, 40).
Müqəddəs Oxuda inananların qisas haqqından söz açır Rəbbimiz (2, 178). Bununla belə, Tanrı qisasdan
vaz keçməyi uca tutduğunu da açıqlayır. Müqəddəs Törəyə böyük dəyər verən Oxu ayələrində (5, 43-44)
də Rəbbimiz qisas məsələsinə toxunaraq deyir: “İntiqam almağı yazdıq onlara o Kitabda – cana can, gözə
göz, buruna burun, qulağa qulaq, dişə diş və yaraya yara. Kim qisasdan əl çəkərsə, bu öz suçlarının
yuyulması deməkdir” (5, 45).
Oxuda yəhudilərə məsləhət görülür ki, öz məsələlərini müqəddəs Törənin işığında həll etsinlər. Yəni
imanlı yəhudilərin qisas haqqı bir ilahi yazı kimi tanınır. Oxuda isə Törədəkinin davamı olaraq qisasdan əl
çəkməyi daha uca tutduğunu bəyan etməklə Rəbbimiz yəhudilərə iman kamilliyinə nail olmaq üçün də
şans verir. Beləliklə, “yamanlığa yamanlıq” və “yamanlığa yaxşılıq” arası iman kamilliyinə keçid Törə –
Oxu arası Tanrıya aparan yol özəlliyini də qazanır.
Bu yolda müqəddəs Müjdə məsafəsi var: “Gözə göz, dişə diş” deyildiyini eşitmisiniz. Mən isə sizə
deyirəm: pisliyə müqavimət göstərmə” (Matta, 6:38-39). Əsasən din elitasına ünvanlanan bu ifadədə
inananların qisas haqqından istifadə etmələrini də bir gerçəklik olaraq görməmək olmur. Onu da
görməmək mümkün deyil ki, yamanlığa yaxşılıq xüsusiyyətinin istər ayrıca dindar əxlaqında, istərsə də
bütövlükdə toplumda təsdiqinin gerçək mexanizmi məhz Oxu məntiqində üzə çıxır. Başqa sözlə,
Müjdədə bəyan ediləni Oxu həyata keçirir.
Maraqlıdır ki, pisliklərə fərdi səviyyələrdə müqavimət göstərməməyi təlqin edən müqəddəs Müjdədə
bunların qarşısını ictimai səviyyədə daha qəddar tədbirlərlə almaq tövsiyə olunur. Oxuyuruq: “Allah
buyurmuşdur “atana, anana hörmət et” və “atasını, anasını yamanlayan şəxs qoy öldürülsün” (Matta,
15:4).
Valideynə hörmət Oxunun bir çox ayələrində inananlara fərz olaraq təlqin edilir, hörmətsizlik qınansa da,
buna görə dünya həyatında hər hansı fiziki cəza tədbiri tanınmır. Ölüm cəzası Oxuya görə yalnız məqsədli
şəkildə həyata keçirilən qətlin qarşılığı ola bilər. Rəbbimiz qatildən qan bahası almaqla onun üzərindən
ölüm cəzasını götürmək səlahiyyətini də verir qətlə yetirilənin yaxınlarına və bu səlahiyyətdən istifadəni
təqdir də edir (2, 178). Hər hansı xəta üzündən baş vermiş ölüm hadisəsinə görə, ölüm cəzası isə,
ümumiyyətlə, nəzərdə tutulmur (nəzərdə tutulan yüngülləşdirici təfərrüatlar üçün bax: 4, 92).
Təbii ki, müqəddəs Müjdədəki “atasını, anasını yamanlayan şəxs qoy öldürülsün” hökmü bu ilahi Kitabın
öz məntiqilə uyğun sayıla bilməz. Həmin məntiqin əsasında başlıca olaraq “səmavi səltənət”in ədalət
meyarlarını açıqlayan və İsa peyğəmbər tərəfindən camaata nəql edilən məsəllər, əhvalatlar durur ki,
yuxarıda bunların birindən söz açmışdıq.
Bu kontekstdə anlaşılmayan başqa bir Müjdə ifadəsinə da diqqət çəkmək istərdim. İsa peyğəmbərin
dilindən deyilir: “Kim mənə inanan bu kiçik kimsələrdən birini büdrədərsə (pis yola çəkərsə), boynundan
dəyirman daşı asılmalı, dənizin dibinə atılmalı. Belə daha yaxşı olar onun üçün (Mark, 9:42).
Təəssüf ki, bu qəbildən ifadələr, eləcə də müqəddəs Oxuda yer almayan, ancaq islam şəriət qanunlarında
tarixən əksini tapmış bəzi hökmlər xalis din dəyərlərinə kölgə salır. İlahi məntiq gərəkçələrindən kənara
çıxanda dözümlülük fanatizmlə, ibadət terrorla, mərhəmət qəddarlıqla əvəzlənə bilir. Bu da Tanrı
hikmətlərinə sayğısızlığın bir növ cəza əvəzi.
Biz Oxuya inandığımız qədərincə Müjdəyə və Törəyə də inanırıq. Tanrının göndərdiyi Yazılardır.
Öncəkiləri təsdiq olaraq Oxunu nazil buyuran Rəbbimiz bu sonuncuya “Ayırd” adını da vermiş. Vermiş ki,
insan və zamanın redaktəsinə məruz qalan bəzi hökmlərə Oxu işığında baxaq. Bu cür baxdığımızda
gözlərimiz daha çox aydınlıqlara açılır və müqəddəs Kitablar arasında ilahi bir varislik bağlarını ayırd
edirik. Necə ki, “yamanlığa yaxşılığın” tədqiqi fonunda sanıram bu varislik bağlarından birini görə bildik.
Alqış Tanrıya, aləmlərin Rəbbinə. İşığımızı bol elə, İlahi!
"525-ci qəzet", 20 yanvar 2012
XƏBƏR LENTİ
“Media forum” saytının oxucularına / 2015-01-05 - 17:18
“Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb / 2014-12-31 - 19:54
“Media forum”un adamları... / 2014-12-31 - 19:29
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuları təbrik edib (Foto/Video) / 2014-12-31 - 17:27
“Necə yaşamışıqsa, bundan sonra da elə olacaq” / 2014-12-31 - 15:24
Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin edilib / 2014-12-31 - 15:21
Prezident jurnalistlərin ikinci binasının tikintisinə əlavə vəsait ayırıb / 2014-12-31 - 15:06
“Azadlıq” radiosu Baş Prokurorluğun ittihamlarına cavab verib / 2014-12-31 - 15:04
Abgül Süleymanov 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb / 2014-12-30 - 18:35
İlkin Rüstəmzadənin atası ümidini itirmir / 2014-12-30 - 18:31
İstintaq bitdi / 2014-12-30 - 18:25
İşimiz, gücümüz / 2014-12-30 - 18:18
Baş Prokurorluğun “Azadlıq” radiosu ilə bağlı rəsmi açıqlaması / 2014-12-30 - 18:00
Alim Qurbanov: “Xaricdə oynamalıyıq ki, inkişaf edək” / 2014-12-30 - 17:50
“Sevinə bilmədik, çünki bütün dostlarımız azad olunmadılar” / 2014-12-30 - 17:40
“Ziraat Bank Azərbaycan”a lisenziya verildi / 2014-12-30 - 16:36
Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilmədi / 2014-12-30 - 16:18
Yanvarda hava necə olacaq? / 2014-12-30 - 15:29
Babək Bəkir ifadə verib / 2014-12-30 - 15:08
Hakimlərin təqaüd yaşı qaldırıldı / 2014-12-30 - 15:06
45 inanclı fəal həbsdədir / 2014-12-30 - 14:57
Media məhbusları: içəridə 12 nəfər qalır / 2014-12-30 - 14:44
Gülağa Aslanlı: “Narazılarla bağlı problem artıq həll olunmaq üzrədir” / 2014-12-30 - 14:28
İtən təyyarənin qara xəbəri gəldi / 2014-12-30 - 14:16
Azərbaycan vətəndaşı olmaq istəyənlər and içəcəklər (Andın mətni) / 2014-12-30 - 14:13
Parlament əmanətlərə vergi tətbiq etdi, bahalaşdırma qərarları verdi / 2014-12-30 - 14:11
Müsavatda yeni təyinat / 2014-12-30 - 14:07
“Media forum” saytının oxucularına / 2015-01-05 - 17:18
“Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb / 2014-12-31 - 19:54
“Media forum”un adamları... / 2014-12-31 - 19:29
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuları təbrik edib (Foto/Video) / 2014-12-31 - 17:27
“Necə yaşamışıqsa, bundan sonra da elə olacaq” / 2014-12-31 - 15:24
Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin edilib / 2014-12-31 - 15:21
Prezident jurnalistlərin ikinci binasının tikintisinə əlavə vəsait ayırıb / 2014-12-31 - 15:06
“Azadlıq” radiosu Baş Prokurorluğun ittihamlarına cavab verib / 2014-12-31 - 15:04
Abgül Süleymanov 8 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb / 2014-12-30 - 18:35
İlkin Rüstəmzadənin atası ümidini itirmir / 2014-12-30 - 18:31
İstintaq bitdi / 2014-12-30 - 18:25
İşimiz, gücümüz / 2014-12-30 - 18:18
Baş Prokurorluğun “Azadlıq” radiosu ilə bağlı rəsmi açıqlaması / 2014-12-30 - 18:00
Alim Qurbanov: “Xaricdə oynamalıyıq ki, inkişaf edək” / 2014-12-30 - 17:50
“Sevinə bilmədik, çünki bütün dostlarımız azad olunmadılar” / 2014-12-30 - 17:40
“Ziraat Bank Azərbaycan”a lisenziya verildi / 2014-12-30 - 16:36
Xədicə İsmayılın apellyasiya şikayəti təmin edilmədi / 2014-12-30 - 16:18
Yanvarda hava necə olacaq? / 2014-12-30 - 15:29
Babək Bəkir ifadə verib / 2014-12-30 - 15:08
Hakimlərin təqaüd yaşı qaldırıldı / 2014-12-30 - 15:06
45 inanclı fəal həbsdədir / 2014-12-30 - 14:57
Media məhbusları: içəridə 12 nəfər qalır / 2014-12-30 - 14:44
Gülağa Aslanlı: “Narazılarla bağlı problem artıq həll olunmaq üzrədir” / 2014-12-30 - 14:28
İtən təyyarənin qara xəbəri gəldi / 2014-12-30 - 14:16
Azərbaycan vətəndaşı olmaq istəyənlər and içəcəklər (Andın mətni) / 2014-12-30 - 14:13
Parlament əmanətlərə vergi tətbiq etdi, bahalaşdırma qərarları verdi / 2014-12-30 - 14:11
Müsavatda yeni təyinat / 2014-12-30 - 14:07
Valyuta məzənnəsi
2014-12-22
Manat
1 Avro 0.9602
1 ABŞ dolları
0.7844
1 Rusiya rublu 0.0135
1 Türk lirəsi
0.3386
Hava proqnozu
Bakı
+4 .. +10oC
Gəncə +4 .. +15oC
Lənkəran
+5 .. +12oC
Naxçıvan
-3 .. +12oC
Quba 0 .. +9oC
Sumqayıt
+4 .. +12oC
Şəki
+4 .. +11oC
Zaqatala
+4 .. +12oC
Arxiv
2015Aprel
BEÇAÇCACŞB
303112345
6789101112
13141516171819
20212223242526
27282930123
© 2014 Internews Azerbaijan - Bütün hüquqlar qorunur
Sayt 2004-cü ilin dekabrından fəaliyyət göstərir
Ana səhifə SpyLOG iNet Rating - ðåéòèíã èíòåðíåò ðåñóðñîâ Àçåðáàéäæàíà Rambler's Top100
Dostları ilə paylaş: |