Kafedra: neft-qaz geologiyasi müƏLLİM : dos. MƏMMƏdov. H. M geokiMYƏVİ TƏDQİqatlar



Yüklə 0,66 Mb.
səhifə9/14
tarix15.12.2022
ölçüsü0,66 Mb.
#74969
1   ...   6   7   8   9   10   11   12   13   14
C fakepathMühazir l r tam toplu

( MÜHAZİRƏ 17)
GEOKİMYƏVİ ANOMALİYALARIN TƏSNİFATI
Təbiətdə çox mütəlif karbohidrogen və qyeri-Kh anomaliyalar mövcuddur. Onaların düzgün təsnifatını vermək üçün, onların genetik təbiətini və təzahülərini bilmək vacibdir. Aşağıda verəcəyimiz təsnifat Prof. O.Kurnetsov, A.Petuxov və L.Zorkin tərəfindən hazırlanmışdır. Bu təsnifata görə miqrasiyanın növündən asılı olaraq, Kh qazların diffuzion, filtrasion və qarışıq diffuzion-filtrasion anomal konsentrasiyalı sahələri ayrılır.
Diffuzion anomaliyalara maye Kh-in və qazların kristalların və süxur hissəciklərinin səthi üzərində molekulyar yerdəyişməsi nəticəsində formalaşır. Bu proses molekulların istilik hərəkəti təsirindən sorbsiya prosesi ilə əlaqədar olaraq baş verir. Yığımlar üzərində meydana gələn bu tip anomaliyalar fasiləsiz yayılma ilə xarakterizə olunur.
Filtrasion anomaliyalar maye Kh-in və ya qazların çatlar, qırılmalar vasitəsilə yerdəyişməsi zaman meydana çıxır. Belə anomaliyaların lokallaşdırılması əsasən tədqiq olunan horizontun qırılma tektonikası və ya kollektor xüsusiyyətləri ilə əlaqədar olur. Flüidlərin filtrasion yerdəyişmələri zamanı Kh-qazların, heliumun, qeyri-Kh ( CO2 , N2 ) qazların, mikrofloranın dairəvi anomal sahələri ( anomaliyaları) yaranır. Sonuncularla eyni vaxtda və üst-üstə düşən istilik, elektrik və maqnit sahələrində də anomal effektlər meydana gəlir.
Diffuzion-filtrasion anomaliyalar eyni vaxtda həm maye Kh-in və qazların süxur hissəciklərinin səthi üzərində molekulyar yerdəyişməsi nəticəsində həm də çatlar və qırılmalar vasitəsilə yerdəyişməsi zamanı əmələ gəlir. Bu tip anomaliyalar təbiətdə tez- tez rast gəlinir. Onlar həm diffuzion, həm də filtrasion anomaliyaların xüsusiyyətlərinə malikdirlər.
Anomaliyaları yaradan qazları geokimyəvi təbiətinə görə singenetik (mənimsənilmə zonasında olan ÜM-dən əmələ gələn) Və epigenetik (mənimsənilmə zonasında tarixdən daxil olan) növlərə ayırmaq mümkündür. Singenetik qazların yarandığı sahələr Kh-in daxili mənbələri ilə əlaqədardır. Adətən bunlar normal konsentrasiyalı sahələr olur. Lakin mineral mühitin maddi tərkibində olan eyri-bircinslilik, fiziki-kimyəvi xassələrin və strukturların, kəskin dəyişməsi su-süxur sistemində qazların paylanmasına təsir göstərir və bunun nəticəsi olaraq, singenetik qazların anomal sahələri yaranır. Belə anomaliyalar adətən Cüzv və süxurlarda seyrək halda yayılan Kh-lər arasında korrelyasiya əlaqəsinin olması ilə səciyyələnir.
Qazların epigenetik sahələri isə əksinə bir qayda olaraq, Cüzv –la Kh-lər arasında sıx əlaqənin olması ilə səciyyələnir.





Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin