Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi 1680 qrup Səfərli E Səmədov Ayx
«Küçə uşaqları» anlayışı küçədə yaşayan və küçədə işləyən uşaqları əhatə edir. Onlar arasında həm baxımsız, həm də kasib ailələrdən olan uşaqlar vardır. Azərbaycan Respublikasında baxımsız və küçə uşaqları problemi iqtisadi keçid dövrünün sosial bəlası kimi meydana çıxmış və Ermənistanın Azərbaycan Respublikasına etdiyi təcavüz nəticəsində daha kəskin xarakter almışdır. Bu vaxta qədər respublikada baxımsız və küçə uşaqları ilə bağlı müəyyən işlər görülmüşdür. Lakin problemin aradan qaldırılması üçün qeyri-hökumət təşkilatlarını könüllü əsaslarla cəlb etməklə, beynəlxalq təşkilatların iştirakı ilə dövlət təşkilatlarının məqsədyönlü ardıcıl fəaliyyəti tələb olunur. İşləri səmərəli aparmaq məqsədi ilə hazırlanmış Tədbirlər Planında uşaq baxımsızlığı və küçə uşaqları probleminin aradan qaldırılması istiqamətində müvafiq işlərin aparılması, uşaq problemi ilə bağlı beynəlxalq tələbləri nəzərə almaqla uşaq hüquqlarının qorunub saxlanması istiqamətində aparılan işlərin gücləndirilməsi, zəif sosial qruplardan olan uşaqlar üçün sosial və psixoloji reabilitasiya işinin təşkili nəzərdə tutulmuşdur. Tədbirlər Planı Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyasına və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununa əsaslanaraq hazırlanmışdır və aşağıdakı bölmələrdən ibarətdir: I — ümumi və təşkilati məsələlər; II — uşaqların sosial-iqtisadi hüquqlarının müdafiəsi; III — uşaqların təhsili; IV — uşaqların səhiyyə problemləri; V — uşaqların dərsdənkənar fəaliyyətinin təşkili məsələləri; VI — uşaqların maraqları naminə ictimai və beynəlxalq əməkdaşlıq. 6 noyabr 2006-cı il tarixli 237 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 990) ilə “Azərbaycan Respublikasında baxımsız və küçə uşaqları probleminin həlli üzrə tədbirlər Planı”na aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1. 1.7-ci və 4.5-ci bəndlərinin “İcraçı orqanlar” sütununda “Qadın Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir; 2. 1.7-ci, 4.5-ci və 5.3-cü bəndlərinin “İcraçı orqanlar” sütununda “Gənclər, İdman və Turizm Nazirliyi” sözləri “Gənclər və İdman Nazirliyi” sözləri ilə əvəz edilsin; 3. 1.8-ci, 1.10-1.11-ci, 1.13-1.14-cü, 2.3-cü, 5.1-5.2-ci, 5.5-ci və 5.7-ci bəndlərində “Gənclər, İdman və Turizm Nazirliyi” sözləri “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir; 4. 3.2-ci, 4.4-cü və 5.3-cü bəndlərinin “İcraçı orqanlar” sütununda “Təhsil Nazirliyi,” sözlərindən sonra “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,” sözləri əlavə edilmişdir; 5. 1.9-cu və 1.12-ci bəndlərinin “İcraçı orqanlar” sütununda müvafiq olaraq “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözlərindən və “Şəhər və rayon icra hakimiyyəti orqanları” sözlərindən sonra “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ” sözləri əlavə edilmişdir. Bu gün ölkəmizdə uşaqların hüquqlarının qorunması, onların cəmiyyətdə özlərinə layiq yer tuta bilmələri istiqamətində demək olar ki, çox iş görülür. Bunlar da hər dəfə kütləvi informasiya vasitələrində əksini tapır. Lakin hələ də insanlarımızın dilində "küçə uşaqları" deyimi qalır. Bu cür adlandırılan, elə bu cəmiyyətin övladları olan həmin uşaqlar küçələrdə dolaşır. Onları bizdən ayıran amil də ağrılıdır: evsiz-eşiksizdirlər, valideyn qayğısından, valideyn sevgisindən məhrumdurlar. Görəsən, nə vaxtsa küçələrdə salfetka satan, təkər qaraldan, dilənən zavallı uşaqları görmədən gedə biləcəyikmi?! Təəssüf ki, hələlik bu suala biz birmənalı cavab verə bilmirik. Ümumiyyətlə, bu gün Azərbaycanda küçə uşaqları dedikdə, valideyn himayəsi olmayan, evi olmayan uşaqlar nəzərdə tutulur. Amma bu bizdə bir qədər fərqlidir. Belə ki, onlar valideyn nəzarətindən kənarda qalan, valideyn məsuliyyətsizliyi ucbatından küçələrə düşən uşaqlardır. Onların küçələrdə çox görünməsi isə mövsümlə əlaqəlidir. Hansı ki, qışda soyuq olduğundan daha çox daldalanacaqlara çəkilirlər. Yayda isə onları küçələrdə daha çox görmək olur.Onların əsas problemləri şəxsiyyəti təsdiqləyən doğum şəhadətnamələrinin olmaması, təhsildən yayınmaları, həmçinin ailə münaqişəsi zəminində küçəyə düşən uşaqlarda pis vərdişlərə qurşanmaq kimi hallar da çox müşahidə olunur.